Xəbər lenti
25/08/2019 [17:59]:
Hakimlər matça kabab sifariş verdilər - MARAQLI
25/08/2019 [17:30]:
Old Boy! – Qoca Oğlan
25/08/2019 [17:25]:
Asama bir ayda ikinci dəfə püskürdü
25/08/2019 [16:17]:
"Türkiyə o heykəlin götürülməsi ilə bağlı Ermənistana nota verməlidir" - QALMAQAL...
25/08/2019 [16:14]:
"Fənərbaxça"nın altı illik həsrəti sona çatdı
25/08/2019 [16:11]:
Məşhur rejissor faciəvi şəkildə öldü - FOTO
25/08/2019 [15:56]:
Ermənilər Azərbaycan səmasında 3-cü hava festivalı keçirdi – Bu dəfə qırıcılar qaldırılmadı...- FOTOLAR 
25/08/2019 [15:35]:
Qaraçuxurda uşaq bağçasında yanğın - FOTO/VİDEO
25/08/2019 [15:33]:
Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi
25/08/2019 [14:48]:
Erməni vandalizminin gerçək üzü: Heykəlin ayağının altında Talat Paşanın kəsilmiş başı...
25/08/2019 [14:05]:
Tələbə Fondunun yaradılması ilə bağlı Təşəbbüs Qrupu öz işinə başlayır
25/08/2019 [14:02]:
Renat Portuqaliyada debüt etdi
25/08/2019 [13:13]:
“Onlar məni ölkəmin parçalanmasına imza atmaq üçün dilə tutmaq istəyirdilər”
25/08/2019 [13:10]:
“Soruşun ki, yaşamaqdan yorulmamısan, ölmək istəmirsən ki?”
25/08/2019 [13:05]:
İranda soydaşlarımızın yaşadığı vilayətlərdə Azərbaycan dili tədris olunacaq
25/08/2019 [12:57]:
“Həyat prezidentlərdən daha sürətlə dəyişir”
25/08/2019 [12:49]:
65 yaşlı kişidən dəhşətli cinayət: arvadı və qızını güllələdi, sonra...
25/08/2019 [12:45]:
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı
25/08/2019 [12:43]:
Bakıda oğlan sevdiyi qıza etdiyi jestə görə döyüldü - VİDEO
25/08/2019 [12:39]:
"Hababam sınıfı"nın aktyoru öldü
25/08/2019 [12:16]:
Dünya futbolunda nadir hallarda rast gəlinəcək foto Türkiyədə çəkildi
25/08/2019 [12:10]:
Rəsmi Kreml Rusiyanın G8-ə dönüşünü şərh etdi
25/08/2019 [11:58]:
Tanınmamış Abxaziya prezidentini seçir
25/08/2019 [11:48]:
ABŞ-da sualtı kitabxana açılıb
25/08/2019 [11:45]:
Samira: "İbrətamiz həyat yaşayıram"
25/08/2019 [11:42]:
“Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı
25/08/2019 [11:37]:
"Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi"
25/08/2019 [11:24]:
"Putini gələn dəfə dəvət edəcəyik" - Tramp
25/08/2019 [11:23]:
Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyası tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub
25/08/2019 [11:19]:
ABŞ astronavtı kosmik stansiyada bank oğurluğu edib
25/08/2019 [11:17]:
Oğuzda meşə yanğını: FHN təyyarə və iki helikopter göndərdi
25/08/2019 [10:50]:
Qubada dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb
25/08/2019 [10:05]:
Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb
25/08/2019 [10:02]:
Mövqelərimiz atəşə tutuldu
25/08/2019 [10:00]:
“Arzularınız içinizdə qaldı, ““Mammad Amin Resulzadeh” heç vaxt batmayacaq"
25/08/2019 [09:47]:
“Ciddi problemlərdən biri orta məktəblərin xarici dil tədrisinin heç də yüksək səviyyədə olmamasıdır”
25/08/2019 [09:34]:
Şimali Koreya yeni nəhəng raketi sınadı - FOTO
25/08/2019 [09:33]:
Azərbaycanlı gimnastdan Rusiyada növbəti çempionluq - FOTO
25/08/2019 [09:31]:
Conson sazişsiz “Brexit”ə görə Aİ-ə $ 37 milyard ödəməyəcəyini vəd etdi
25/08/2019 [09:29]:
Rusiyada “An-2”ni əvəz edən yeni təyyarə yaradılacaq
25/08/2019 [09:19]:
Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar...
25/08/2019 [08:48]:
Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var
25/08/2019 [08:46]:
Bakıda gənc oğlana iki bıçaq xəsarəti yetirildi
25/08/2019 [07:35]:
Azərbaycan adından texniki yardım və qrant alan qurumlar hesabat verəcək
25/08/2019 [07:33]:
Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edildi
25/08/2019 [07:11]:
“G7” liderləri Rusiyanın iştirakı ilə “G8”-ə qayıtmağı müzakirə etdilər
25/08/2019 [07:08]:
ABŞ-da ildırımdan 6 nəfər xəsarət aldı
25/08/2019 [07:07]:
İki gündə Braziliyadakı meşə yanğınlarının sayı 1,5 min dəfədən çox artdı
25/08/2019 [07:03]:
“Böyük yeddilik” İranla bağlı qərar verdi
25/08/2019 [00:43]:
“Liverpul” “Arsenal”ı məğlub etdi
25/08/2019 [00:40]:
Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürüldü
25/08/2019 [00:37]:
Azərbaycanlı bloger Rusiyada saxlanıldı
24/08/2019 [23:44]:
27-ci komissar necə sağ qaldı? - "Anastas, bizi bu sirri açmağa məcbur etmə...”
24/08/2019 [23:41]:
81 yaşlı kral ürəyindən əməliyyat olundu
24/08/2019 [23:39]:
Allahverdi Yolçuyev: "Xəstəliyimin müalicəsi Türkiyədədir"
24/08/2019 [22:57]:
“Əcnəbi tələbələrin müharibədən zərər çəkən bölgələrə səfərlərini faydalı hesab edirəm”
24/08/2019 [22:55]:
Oğuzda meşə massivi yanır - Foto/Video
24/08/2019 [22:45]:
Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi - MARAQLI + VİDEO
24/08/2019 [22:34]:
Hovuzlu "Ciyar axşamı"nın ilginc təfərrüatları bəlli oldu - VİDEO
24/08/2019 [22:14]:
“Ön xətdə bu cür səfərlər jurnalistlər üçün həm də bir təhsildir”
24/08/2019 [22:13]:
Sumqayıtda şadlıq sarayı yanır - VİDEO
24/08/2019 [22:08]:
Ruhani rialdan 4 sıfırı silmək istəyir
24/08/2019 [21:56]:
Nura Suri təltif edildi - FOTO
24/08/2019 [21:55]:
"AZAL"ın keçmiş prezidenti: “"MiQ 29" təyyarəsinin vurulma ehtimalı var”
24/08/2019 [21:54]:
Restoranların ən çox pul qazandığı rayonlar
24/08/2019 [21:53]:
Çin qeyri-adi gəmisini dünyaya tanıtdı - FOTO
24/08/2019 [21:43]:
Ağstafada 17 yaşlı qızı maşın vurdu
24/08/2019 [21:18]:
Gecə klubunda 52 nəfər saxlanıldı
24/08/2019 [21:14]:
“İstanbulu sel basdı, bəyəfəndi tətildə” - VİDEO
24/08/2019 [21:10]:
Hulusi Akar: “ABŞ-la Müştərək Hərəkat Mərkəzimiz tam tərkiblə fəaliyyətə başladı”
24/08/2019 [21:07]:
Rusiyada biabırçılıq: polislər gənc qızı xidməti maşında zorladılar
24/08/2019 [21:01]:
Avropa İttifaqından Braziliyaya kömək təklifi
24/08/2019 [20:59]:
Banqladeşdə avtobusun dərəyə aşması nəticəsində 8 nəfər öldü
24/08/2019 [20:52]:
"Koçaryan hirslə bildirdi ki, düşmən əhatəsində yaşamaq ermənilərin taleyidir...”
24/08/2019 [20:46]:
Uşağa bu meyvəni 1 ədəddən çox vermək olmaz - Moskvanın baş pediatrından tövsiyyə...
24/08/2019 [20:39]:
"Mən elə bilirdim ki, məni anam qədər kimsə sevə bilməz, səhv etmişəm..."
24/08/2019 [20:29]:
65 yaşlı qadın 19 ildir ümumi tualetdə yaşayır - FOTO
24/08/2019 [20:00]:
Selfi insanı yalnız və zəif göstərir - MARAQLI ARAŞDIRMA
24/08/2019 [19:46]:
Ukraynada İlon Maskı nazir görmək istəyirlər
24/08/2019 [19:29]:
Şahzadə Corcun dərs proqramı açıqlandı - FOTO
Bütün arxiv bir sırada
23/07/2019 [23:12] - Müsahibə - ( 4530 dəfə baxılıb)

"Həm kişilərə, həm də qadınlara marağım var, hər iki cinsdən olan birini sevə bilərəm"



"Universitetdə oxuduğum zaman çox problemlərim olub, dəfələrlə oğlanlar tərəfindən döyülmüşəm"

Son günlər Azərbaycanda, xüsusilə paytaxt Bakıda transların, lesbiyan və geylərin sayı hiss ediləcək qədər artıb. Hər iki cinsin nümayəndələri hesab edilən bu şəxslər əvvəlki dövrlərlə müqayisədə artıq öz kimliklərini gizlətmirlər.

Belə insanlardan biri olan trans Devran İbrahimsoydur. O, dünyaya qadın olaraq gəlib, lakin sonradan cinsini dəyişdirərək, kişi olmaq fikrinə düşüb. O, AYNA-nın həmsöhbəti olaraq, hansı səbəbdən cinsini dəyişdiyi, buna nə zaman qərar verdiyi sonradan peşman olub-olmamasından danışıb.

- Bəzən homoseksuallar bildirirlər ki, ağır qəza, keçirdikləri hansısa stress onlara psixoloji təsir etdikdən sonra özlərini fərqli hiss etməyə başlayıblar. Bəziləri isə bunu düşdükləri mühitlə əlaqələndirir. Siz necə oldu ki, homoseksual olduğunuzu hiss etdiniz?

- Bu, mühitdən asılı deyil, homoseksuallıq anadangəlmədir. ABŞ-da araşdırma aparılıb və aydın olub ki, hər kəs homoseksualdır. Hətta özlərini heteroseksual kimi təqdim edənlər də homoseksualdır. Məlum olub ki, heteroseksual insan yoxdur. Sadəcə bu, şüuraltıdır, üzə çıxması üçün münbit təsir olmalıdır.

Mənim də özümü 15 yaşında tam dərk etmişəm. Ancaq uşaq vaxtından oğlan oyuncaqları ilə - maşınla, silahlarla oynamışam. Qızlarla gəlincik oynatmağa marağım olmayıb. Yəni qız kimi olmamışam. Uşaqlıqda mənə qız deyəndə belə, əsəbləşirdim. Hətta qızlar yanımda paltar dəyişəndə üzümü çevirirdim, baxmırdım. On beş yaşım olanda isə məni maşın vurdu və həmin qəzadan sonra özümü oğlan kimi hiss etməyə başladım, 22 yaşında isə tam dəyişməyə qərar verdim.

- İndi hansı cinsin nümayəndələrinə maraq göstərirsiniz?  

- Mən biseksualam. Həm kişilərə, həm də qadınlara marağım var. Hər iki cinsdən olan birini sevə bilərəm. Amma sadiq biri olduğum üçün eyni anda iki nəfəri sevə bilmərəm. Həm də uzunmüddətli münasibətlərə üstünlük verən biriyəm. Sadəcə, mən cinsiyyət kimliyindən əziyyət çəkirəm. Bədənimin qadın kimi olması mənə əziyyət verir.

- İlk sevgiliniz qadın olub, yoxsa kişi?

- İlk dəfə liseydə bir qız ilə sevgili olmuşam. O zaman mən 8-ci sinifdə oxuyurdum, o isə 5-ci sinifdə. Münasibətimiz 9 il çəkdi. Aramızda nişanlanmışdıq da. Bir gün oğlan dostum mənə şəkil göstərib dedi ki, "fırlatdığı" qızdır. Gözlərimə inanmadım, sevgilimin şəkli idi. Məndən xəbərsiz 2 il dostumla da münasibət qurubmuş. Onun xəyanəti nəticəsində ayrıldıq.

- Hormonal dərmanlar vasitəsilə bədəninizi kişi bədəninə oxşadırsınız. İllər sonra bir kişi sevsəniz, görünüşünüz sizə problem yaratmayacaq?

- O zaman mən gey sayılacam. Mən ruhən onsuz da oğlanam. Cismimi də qısa zamanda dəyişdirəcəyəm. Amma Azərbaycanda yox, xaricə köçmək və orada tam dəyişiklik etmək niyyətindəyəm. Çünki bizim cəmiyyət buna hələ hazır deyil.

- Görünüşünüzə görə problemləriniz olurmu?

- İnsanlar tərəfindən çox zorakılıqlara məruz qalmışam. Oğlanlar məni çox döyüb. “Dönmə”, “ibnə”, “petux” kimi sözlər deyirlər. Bir müddət öncə metroda sevgilimlə gedirdik. Oğlanlar bizi gördü və hamının gözü qarşısında “dönmə”, “gey” deyərək təhqir etməyə başladılar. Susdum, cavab vermədim. Sevgilimi evlərinə yola salıb metroya düşəndə isə həmin oğlanlar tərəfindən döyüldüm.

- Dindar şəxslərin sənə münasibəti necədir?

- Mən Şəmkirdə doğulub, böyümüşəm. Orada dindarlar mənə cin deyirdilər. Xalam biseksual olduğumu biləndə mənə dedi ki, bu, İslam dinində günah hesab olunur, Allah səni necə yaradıbsa, elə də olmalısan. Mən də dedim ki, dinə qarşı çıxan biriyəm, ateistəm, necə şəriətə uyğun hərəkət edim?

- Şəmkirdə sizin kimi şəxslər var?

- Əlbəttə, sayları çoxdur. Sadəcə rayon olduğu üçün gizlədirlər. Onları Bakıya buraxsınlar, o zaman görün, nələr edərlər.

- Ailənizlə, qohumlarınızla münasibətiniz necədir?

- Atamla anam çoxdan ayrılıb. Atamı uzun zamandır görmürəm. Mən anama, xalalarıma daha yaxınam. Onlara görə canımı qurban verərəm. Anam mənim qızlara meylli olduğumu bilirdi. Hər dəfə anama cinsiyyətimi dəyişəcəyimi deyirdim. Yəqin ki, anam sayıqladığımı düşünüb, məni ciddiyə almırdı. Bir ay öncə hormon dəyişdirən iynələrə başlayanda ailəmlə problemlərim yarandı. Artıq 1 aydır evdən, tamamilə ayrılmışam. Məni yalnız balaca bacım dəstəkləyir. O da müasir gənc olduğu üçün belədir.

- İş tapmaqda problemləriniz yaranmır?

- Görünüşümə görə çox problem yaranır. Bəzən “gedin, xəbər edəcəyik” deyirlər, amma xəbər etmirlər. Amma hazırda dostumun gəcə klubunda ofisiant işləyirəm. Klubda işləyəndə də problem yaranır. Müştərilərin əksəriyyəti oğlan olduğu üçün ofisiant qızların onlara qulluq etməsini istəyirlər. Bir ara xalamın yanında işləyirdim. Hamı soruşurdu ki, yaşım ötür, niyə ailə qurmuram, uşaq dünyaya gətirmirəm. Bu söhbətlərdən bezdim və onlara sevdiyim qızın olduğunu dedim. Hər kəs şokda idi.

- Azərbaycanda həkimə cinsiyyət dəyişimi üçün müraciət edəndə həkimin reaksiyası necə olur?

- İlk dəfə Şəmkirdə terapevtə yaxınlaşdım. Həkimin qəbuluna keçəndə mənə ilk sualı belə oldu: “Cinsi əlaqədə necə olursan?” Utanmadım, cavab verdim ki, cinsi əlaqədə olmuram. Həkimə dedim ki, bioloji olaraq qızam, görünüşcə isə oğlan. Həkim şoka düşdü, məsləhət gördü ki, psixoloq yanına gedim. Dedim ki, yox, psixoloq ilə daim ünsiyyətdə oluram, psixoloji problemim yoxdur, sadəcə cinsiyyətimi dəyişmək istəyirəm və buna illərlə hazırlaşmışam. Eyni zamanda ginekoloqa gedəndə daha çox problem yaranır. İlk dəfə ginekoloqa gedəndə mənə demişdi ki, uroloq aşağı mərtəbədədir. Mən qadın olduğumu deyəndə digərləri kimi şoka düşmüşdü. Məni müayinə edəndən sonra isə demişdi ki, ilk dəfədir trans yoxlayır. Daha sonra həmin ginekoloq məni sosial şəbəkələrdə taparaq xoşu gəldiyini etiraf etmişdi.

- Ali təhsillisiniz? 

- Liseydə zəif oxumuşam. Müəllimlərim düşünürdü ki, universitetə daxil ola bilməyəcəm. Amma mən Azərbaycan Tibb Universitetinin tələbəsi oldum. Ailəm “qız nədir, evdən ayrı qaldı nədir, Bakıya getdinsə, pozulacaqsan” düşüncələri ilə ali təhsil almağıma razı olmadılar. Amma mən mübarizə apardım və Bakıya ali təhsil almaq üçün gəldim. Dörd il sonra isə iki səbəbə görə universitet təhsilimi yarımçıq qoydum. Birinci səbəb ailəmin təhsil almağıma razı olmaması idi, çünki ailəmdən uzaq qaldığıma görə sıxılırdım. İkinci səbəb isə universitetin oğlanlarının mənimlə problem yaratması və dəfələrlə döyməsi idi. Təhsili atdığım üçün bəzən müəyyən qədər peşmançılıq hissi keçirirəm. Amma sonra düşünürəm, yaxşı ki, ali təhsil almadım, xaricə gedərəm və orada təhsil alaram. Yaxşı rəsm çəkirəm, dizaynı bacarıram. Bəlkə də idman sahəsi ilə bağlı ali təhsil aldım.

- İdmançısınız. Yarışda qızlarla döyüşürsünüz, yoxsa oğlanlarla?

- Braziliya ciu-citsusu ilə məşğulam. Bu idman növündə qadın və kişilər eyni döyüşürlər. Mən də rəqibim olmayanda öz yaşımda, çəkimdə və mənlə eyni kəmərdə bir olan kişilərlə döyüşürəm.

- Hər kəs övlad sahibi olmaq istəyir. Siz uşaq probleminizi necə həll edəcəksiniz?

- Uşaqları çox sevirəm. Ancaq uşaq dünyaya gətirsəm, cinsiyyətimi dəyişə bilməyəcəm, buna icazə yoxdur. Çünki bu zaman valideyn uşağa psixoloji travma vermiş olur. Amma uşaq istəyirəm. Artıq elm inkişaf edir. Qadının onurğasından ilik götürüb onunla süni mayalanma edirlər və partnyorun bətninə yerləşdirirlər. Bu gedişlə dünyada kişilərə ehtiyac qalmayacaq. O da alınmasa, 1 yaşına qədər hansısa atılmış körpəni himayəyə götürmək istərəm. Amma təbii ki, bütün bunları Azərbaycanda yox, xaricə getdikdən sonra orada reallaşdıracağam.

loading...
loading...
Hakimlər matça kabab sifariş verdilər - MARAQLI
Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar...
65 yaşlı qadın 19 ildir ümumi tualetdə yaşayır - FOTO
Selfi insanı yalnız və zəif göstərir - MARAQLI ARAŞDIRMA
Gündə 9,5 saat oturmaq erkən ölümə səbəb olur - QORXUNC ARAŞDIRMA
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Onlar məni ölkəmin parçalanmasına imza atmaq üçün dilə tutmaq istəyirdilər”
Hadisə
Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi - MARAQLI + VİDEO
Hadisə
Hovuzlu "Ciyar axşamı"nın ilginc təfərrüatları bəlli oldu - VİDEO
Cəmiyyət
Uşağa bu meyvəni 1 ədəddən çox vermək olmaz - Moskvanın baş pediatrından tövsiyyə...
Cəmiyyət
“Dünyanın hər yerində Sabirlə bağlı məlumatları əldə etmək mümkün olacaq...”
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat - VIDEO
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
"Ürəyim sıxılan kimi ərim ilə sevişirəm" deyən model çılpaq halda... -FOTO
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)