Xəbər lenti
24/11/2020 [13:08]:
“Deyirdim ki, necə yəni Qarabağın azad edilməsini görməyəcəm, bundan sonra rahat ölmək olar”
24/11/2020 [13:06]:
“Yuxuda balamın üstünü palçıqlı gördüm, demə, öz qanı imiş” - Şəhid gizirin anası
24/11/2020 [13:02]:
“Evdə ürəyim sıxılırdı, dedim bir az fırlanım” - COVİD-19 xəstəsi
24/11/2020 [13:00]:
“Qarabağ döyüşlərində dronların uğuru” - İspaniya qəzeti yazır
24/11/2020 [12:50]:
Torpağımız alınandan...
24/11/2020 [12:50]:
Ermənilər küçə itlərini də tutub aparır...- Kəlbəcərdən son görüntülər- VİDEO
24/11/2020 [12:47]:
ABŞ gəmisi Rusiya dövlət sərhədini pozdu
24/11/2020 [12:44]:
Ermənistanda daha bir nazir istefaya göndərilir
24/11/2020 [12:43]:
"Azərbaycanlılar gözlərini yeni bir ölkədə açdılar" -Eldar Əzizov
24/11/2020 [12:40]:
QAT Fransa rəhbərliyinin antiazərbaycan siyasətinə qarşı bəyanat verib
24/11/2020 [12:37]:
Jurnalist Seymur Verdizadəyə ağır itki üz verdi
24/11/2020 [12:33]:
Ermənistan MN-də zabitlər kütləvi istefaya hazırlaşır
24/11/2020 [12:28]:
Şəhid polkovnik Babək Səmidli dəfn olunub - YENİLƏNİB + FOTO
24/11/2020 [12:25]:
Lavrov və Şoyqunun qovluğunda nələr vardı? - “Sülhməramlılarla bağlı narahatlıq...”
24/11/2020 [12:23]:
Mübariz İbrahimovun şəhid olduğu posta bayrağ sancan Şəhid - VİDEO
24/11/2020 [12:20]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilib
24/11/2020 [12:18]:
Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA - VİDEO
24/11/2020 [12:17]:
Milli Məclisin daha bir deputatı koronavirusa yoluxub
24/11/2020 [12:16]:
Oklahoma Dövlət Universiteti ilə ADAU arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb
24/11/2020 [12:01]:
İlham Əliyev: “Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda” - VİDEO
24/11/2020 [11:58]:
Kəlbəcərin incisi Xudavəng: Düşmənin natamamlıq kompleksi fonunda Alban məbədinin taleyi - FOTO
24/11/2020 [11:52]:
Sahibə Qafarova Siyavuş Novruzovun təklifi barədə: “Bu məsələ müzakirə mövzusu deyil”
24/11/2020 [11:51]:
“Onda “Qarabağ” universiteti açmaq istəyirdim, amma ara qarışdı, hakimiyyət dəyişdi”
24/11/2020 [11:49]:
Ermənilər murdarladıqları Kəlbəcərdən qəbir daşlarını da çıxarıb aparır - VİDEO
24/11/2020 [11:48]:
Vilayət Eyvazov Surxanının polis rəisini yüksək vəzifəyə təyin etdi
24/11/2020 [11:39]:
Evdə müalicə alan COVID-19 xəstələrinin sayı açıqlanıb
24/11/2020 [11:39]:
Salyan xəstəxanasına yeni baş həkim təyin olundu
24/11/2020 [11:38]:
Polietilen torbaların satışını qadağan edən layihə II oxunuşda təsdiqləndi
24/11/2020 [11:36]:
Orden və medalların təsis olunmasına səs verməyən deputatın adı məlum oldu
24/11/2020 [11:30]:
“Dekabrın 1-də atama gözaydınlığı verib deyəcəm ki, axır ki, arzuların həyata keçdi...”
24/11/2020 [11:27]:
"Müharibənin bütün sirlərini açmaq tezdir, vaxt gələcək, çox maraqlı məsələlər üzə çıxacaq"
24/11/2020 [11:26]:
Parlament yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
24/11/2020 [11:17]:
Sahibə Qafarova koronavirusa yoluxan deputalardan DANIŞDI
24/11/2020 [11:12]:
Üç gün mühasirədə qalan yaralı komandir: “Şuşanı almaq, Qarabağın açarını almaq idi”
24/11/2020 [11:11]:
Əziz Mirəhmədovun kitabşünaslıq görüşləri
24/11/2020 [11:10]:
“Görmədiyim, amma xəyalımda canlandırdığım Gülablını görmək mənə də qismət olacaq...”
24/11/2020 [11:04]:
BDU-nin işçi heyətinə də smart Təhsil kartı təqdim edildi
24/11/2020 [10:58]:
İşğalçı ölkənin terrorçuları Kəlbəcərdən çıxmaqdan imtina edir...
24/11/2020 [10:52]:
"Söz vermişəm ki, gedim o doğma yurdumuzda azan verək, torpağımızı öpək..."
24/11/2020 [10:39]:
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir
24/11/2020 [10:33]:
Ömrünün qızmar yay fəslini yaşayıb, payızına doğru addımlayan...
24/11/2020 [10:30]:
“Güllü çiçəkli torpaqlarımızı tikanlı bir məmləkət kimi geri aldıq...”
24/11/2020 [10:24]:
Türkiyədə şəhidimizin adı oxuduğu universitetdə yaşadılacaq - FOTOLAR
24/11/2020 [10:16]:
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
24/11/2020 [10:00]:
Milli birlik, İlahi ədalət və Böyük Sərkərdə...
24/11/2020 [09:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
24/11/2020 [09:28]:
Dünyanın ilk antibakterial smartfonu hazırlandı
24/11/2020 [09:26]:
“Düşmən bizdən 5-6 dəfə artıq itki verib”
24/11/2020 [09:24]:
Dördüncü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı - ANBAAN VİDEO
24/11/2020 [09:22]:
Milli Məclis bu günə iclas ÇAĞIRIB
24/11/2020 [09:17]:
Zaqatalada ferma və yük maşını külə döndü
24/11/2020 [09:16]:
Şirvan sakini tüstüdən boğularaq ölüb
24/11/2020 [09:14]:
Qarakənd də bizimdir!..- Ermənilərə bunu rəsmən anlatmaq gərəkdir...
24/11/2020 [08:23]:
Araik Arutyunyan Rusiyaya məxfi səfər etdi - Vəzifədə saxlanılması üçün...
24/11/2020 [07:44]:
ABŞ rəhbərliyinin dəyişilməsinə başlanıldı...
24/11/2020 [07:40]:
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət etdi
24/11/2020 [00:24]:
BMT Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirmək üçün çalışır
24/11/2020 [00:10]:
"Şuşada məscidin yanında Heydər Əliyev əlini İlham bəyin çiyninə qoymuşdu və..."
24/11/2020 [00:06]:
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
23/11/2020 [23:59]:
Qaraciyər sirrozu ilə neçə il yaşamaq olur?
23/11/2020 [23:56]:
Kişiyə hamiləlik diaqnozu qoyub, Bakıya göndərdilər - Xaçmazda inanılmaz OLAY...
23/11/2020 [23:53]:
Gözlərimiz də vitamin defisitindən əziyyət çəkirsə... - Həkim məsləhəti
23/11/2020 [23:52]:
Quterreş: "BMT Azərbaycana humanitar yardım göstərməyə hazırdır"
23/11/2020 [23:51]:
Zaqatalada sahibkara məxsus ferma və yük maşını yanıb
23/11/2020 [23:50]:
Zabit Səmədov "Kuruluş Osman"da - FOTOLAR
23/11/2020 [23:09]:
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
23/11/2020 [22:41]:
"Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"
23/11/2020 [22:33]:
Bakı-Quba yolunda ağır yol qəzası baş verib, ölən və yaralı var - FOTO
23/11/2020 [22:30]:
Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət - VİDEO
23/11/2020 [22:20]:
İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO
23/11/2020 [22:16]:
“Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
23/11/2020 [22:13]:
"Ayaqlarımın topuqdan qopduğunu gördüm" - Polad Rzayev
23/11/2020 [22:02]:
"Fransa Minsk qrupu çərçivəsində işğal faktını sona çatdıra bilmədiyi üçün aqressivləşib..."
23/11/2020 [22:01]:
Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
23/11/2020 [21:50]:
İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək
23/11/2020 [21:47]:
Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib
23/11/2020 [21:41]:
Əfqanıstandakı müharibədə 14 il ərzində 26 min uşaq həyatını itirib- STATİSTİKA...
23/11/2020 [21:35]:
Porye - Makqreqor döyüşünün vaxtı açıqlandı
23/11/2020 [21:10]:
Netanyahu Səudiyyə şahzadəsi ilə gizlicə görüşüb - Pompeo və kəşfiyyat şefi də onlarla birgə olub
23/11/2020 [21:00]:
Şıxheybətli Qazinin Şəhid oğlu…
Bütün arxiv bir sırada
02/08/2019 [15:22] - Maraqlı - ( 2419 dəfə baxılıb)

Marsel Prust yeni ədəbi zövqü və səbri olan oxucular müəllifidir



                                       

(Marsel Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)

I məqalə

Qardaşı Robert deyirdi ki, , Prustu oxumaq üçün

gərək xəstələnib yatağa düşəsən.

        

Marsel Prust (1871-1922) 1900-cü illərdə “İtmiş zamanın sorağında” romanını yazmağa başlamamış “Qətl edilən kilsələrin xatirəsinə” və “Kilsələrin süqutu” başlıqları altında toplanmış məqalə və esselərini yazdı.

Bu mətnlər təcrübəsiz bir yazıçının eksperimenti deyildi, gələcək romana giriş mahiyyəti daşıyırdı. Bir az sonra, I Dünya müharibəsi zamanı Qərb cəbhəsində hərbi əməliyyatlar əsasən Fransada baş verdi və Fransanın bir çox şəhər və kəndlərinə ağır zərbələr vuruldu. Tarixi abidələrin dağıdılması xüsusilə ağrılı idi, o cümlədən 1914-cü ilin sentyabrında alman artilleriyası tərəfindən darmadağın edilmiş məşhur Reyms kilsələri...  Bu hadisə ziyalıların da etirazına səbəb oldu. Tanınmış  yazıçı, “Jan-Kristof” roman-epopeyasının müəllifi  Romen Rollan alman ordusunun vəhşiliklərinə pamfletlər həsr etdi.

Lakin Prustun əsərləri xeyli əvvəl yazıldığı üçün sırf müharibə ilə bağlı deyildi. Kilsələrin dövlət tərəfindən sıxışdırılması, dini ayinlərin icrasına maneçilik və s. bu kimi siyasi xarakterli nüanslar var idi.

Orta əsr memarlıq abidələri romantik ədəbiyyat mətnlərində milli dəyər və ekzotika elementi kimi qabardılırdı. M.Prust sonralar romanlarında  bütün başqa xırdalıqlarda olduğu kimi dini abidələrin elementlərini təsvirdə də bir neçə sənət estetikasından (rəssamlıq, memarlıq, rəngkarlıq, yazıçılıq, filosofluq və s.) çıxış edərək bədii-estetik zövq formalaşdıran fraqmentlər yazırdı. M.Prustun 1999-cu ildə çap olunan “Qətl edilmiş kilsələrin xatirəsinə” (Марсель Пруст. Памяти убитых церквей: Согласие; Москва; 1999, 68 c.) adlı kitabının ön söz müəllifi S.Zenkin yazırdı ki, alman alimi, italyan rəssamlığının məşhur bilicisi Abi Varburq deyirdi ki, “tanrı detallarda, şəklin “xırda” hissələrindədir. Prust yəqin ki bu fikri bəyənirdi və sübut edirdi ki, yeni dövrün əsl möcüzəsi sənət əsərinin hərtərəfli, dəqiq təhlilində də özünü göstərir. Yəni elə təhlillər ki, abidələr vasitəsi ilə zamanlar görüşə bilsin. Bu hal nə vaxtsa o əsəri yaradan, onun barəsində düşünən adamlarla bizi doğmalaşdırır.

Prust inanırdı ki, hər bir mədəniyyət adamının  müxtəlif zamanlarda məhv edilmiş sənət abidəsi ilə mənəvi əlaqəsi var. Bu  təkcə “mənəvi” (dini) deyil, həm də  müasir, dünyəvi bir sivilizasiyaya xas olan bəşəri hisslərin əlaqəsidir. Bu elə məqamdır ki, şəxsiyyətin mədəni-intellektual baxımdan inkişafında öz sözünü deyir.  M.Prust bu mövzuya həsr etdiyi oçerklərini, esselərini sonralar yazacağı “İtmiş zamanın sorağında” romanına daxil edəcəkdi. Din və estetika problematikasının obrazlı inikasını romanlarında da görürük.

“Qətl edilmiş kilsələrin xatirəsinə” kitabında ruhani xidmətini digər yaradıcı adamların fəaliyyətindən daha üstün hesab etdiyini yazırdı. “Onlar  həqiqi ruhanilərdir və onların xidmətləri daha gözəldir, çünki onları ruhlandıran estetik hiss deyil, imandır”.

1831-ci ildə V.Hüqo “Paris Notr-Dam kilsəsi” romanını yazmışdı. M.Prustdan az qala bir əsr əvvəl V.Hüqo kilsə, orta əsr insanının dini dünyagörüşü, mənəvi azadlıq və stereotipləri qırmaq ideyasını reallaşdırdı. Tarixi hadisələr, xronologiyaya əsaslanan sənədlər fonunda orta əsrlər Parisi və fransız cəmiyyətinin romanını yazmaq  təcrübəsi artıq var idi. V.Hüqo da V.Skott ənənəsinə dayanırdı. Lakin dəyişən zamanlarda ictimai-siyasi, sosial fərqliliklər həm də ədəbi-estetik yenilik tələb edirdi.  “Hüqonun diqqətini niyə məhz XV əsrin cəlb etməsi də təsadüfi deyil. Yazıçı orta əsrlərdən İntibaha keçid hesab olunan bu dövr haqqındakı çağdaş təsəvvürləri – du dövrü yeni sivilizasiyanın başlanğıcı hesab edən bir çox tarixçilərin (F.Gizo, P.de Brant), yazıçıların (Volter Skott), eləcə də utopist mütəfəkkirlərin (Ş.Fürye, A.Sen-Simon) fikirlərini bölüşürdü. Onların fikrincə XV yüzildə ilk dəfə kor-koranə dini inanca qarşı şübhələr yaranmağa başlayır, bu inancın daşlaşdırdığı dəyərlər sistemi dəyişir, əski ənənələr buraxılır, ilk dəfə “azad araşdırma ruhu”, yəni insanın azadfikirliliyi və mənəvi müstəqilliyi  məsələsi meydana çıxır. Hüqo bu ideyaları dəstəkləyirdi. Bundan başqa o, keçmişə aid olan bu hadisələri Fransada baş verən cari hadisələrlə (1830-cu il inqilabının gedişində senzuranın ləğvi və söz azadlığının bərqərar olunması) əlaqələndirirdi. Bu aksiyanı o, böyük nailiyyət və tərəqqi, XV əsrdə başlanan prosesin davamı  hesab edirdi. Orta əsrlərin sonlarından bəhs edən romanında Hüqo gələcəyin keçmişin varisi olduğunu göstərməyə çalışır”. (V.Hüqo. Paris Notr-Dam kilsəsi”, “Şərq-Qərb”, Bakı, 2007, 488 s.)

Paris Notr-Dam kilsəsi Hüqonun romanında  XI-XV əsr abidəsi kimi yalnız memarlıq baxımından deyil, həm də ictimai-siyasi, dini-fəlsəfi dünyagörüş simvolikasıtək səciyyələndirilirdi. Memarlıqda roman üslubunu kobud, primitiv və ehkamlara boyun əyən sənət növü kimi tənqid edir,  qotika estetikası yeniliyini alqışlayırdı. Hətta onu xalq sənəti qədər azadfikirlilik şəraitində yaradılmış baxış növü hesab edirdi. V.Hüqo insanın qaranlıq və primitiv üslubda tikilmiş kilsələrdə aciz varlıq, instiktiv davranışlara ram olan həşərat qədər ibtidai element səviyyəsində özünüifadəsinə etiraz edir, ali varlıq olan yaradıcı insanın şüur və qabiliyyətinin əzəmətini ifadə edən möhtəşəmlik tələb edirdi. Bu möhtəşəmlik Paris Notr-Dam kilsəsində özünü göstərdi.

M.Prustun ilham mənbəyi isə başqa adam idi. Avropada böyük  şöhrət qazanmış ingilis yazıçısı, tənqidçisi, sənətşünas Con Raskinin kitabları Prustu heyran edirdi.

Fransada o dövrdə onun əsərləri ilə az adam tanış idi. C.Raskinin estetik nəzəriyyələri yeni dövrün  manifestinə çevrilmişdi. Yazıçı, rəssam, sənət nəzəriyyəçisi, ədəbiyyatşünas və şair, Arundel Cəmiyyətinin üzvü olan bu sənətçi XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində sənət tarixi və estetikasının inkişafına böyük təsir göstərmişdir. Prust onun əsərlərini çox böyük çətinliklə (ingilis dilini bilmədən) tərcümə edirdi.  “Bəla onun ingilis dilini bilməməsi idi: yalnız latın, yunan və alman dillərini öyrənirdi. Ancaq özünəməxsus təfəkkürlə, tanış olmayan dildə kitabları başa düşməyin ən yaxşı yolu, onları öz dilinə tərcümə etməkdir və Prust bu işə başlamışdı. Əvvəlcə anası ona kömək etdi: Xanım Prust çox savadlı idi və ingilis dilini yaxşı bilirdi. Sonra başqa bir köməkçi Mary Nordlinger, yaxın dostu, bəstəkar Reinaldo Ananın ingilis əmisi oğlu tapıldı”. (Марсель Пруст  Три письма. “Иностранная литература”, Москва,  2009, №3) O həm də yəhudi əsilli fransız filosofu Anri Bеrqsondan təsirlənmişdir. “İtmiş zamanın sorağında” romanında onun Berqsonun “zamanı yaradan yaddaşdır” – tezisindən istifadəsi müşahidə olunur.

Bu təsirlənmələr və məftunluq sonradan Prustun romanlarında təməl rolu oynadı. Prust Con Raskinin iki kitabını tərcümə etmiş və öz romanlarında onun fransız dilinə tərcümə olunmamış iyirmi beş əsərinə istinad etmişdir. Bu da onun ingilis dilini lazımınca biməsə də, Raskini orijinaldan oxumaq bacarığını göstərirdi.

M.Prust Konstanten de Brankovana tərcümələri ilə bağlı məktubunda yazırdı:  “Gizlətməyəcəyəm, ingilis dilində danışmağımızı istəsən, səni başa düşməyəcəm, çünki astma xəstəliyinə tutulmuşam və danışa bilməyəndə ingilis dilini öyrənmişəm.  Dili gözlərimlə öyrəndim və ingilis dilindəki sözləri tələffüz edə və ya qulaqla eşidə  bilmirəm. İngilis dilini bildiyimi iddia etmirəm. Raskinin əsərlərini bildiyimi isə iddia edirəm. Bəlkə də səni inandırmadım və yenə də tərcüməmin qeyri-dəqiqliklərlə dolu olduğunu düşünürsən...

 İngilis dilində  bilmirəm və ingilis dilində oxumuram. Amma mən dörd ildir ki, “Amiens İncili”ndə işləyirəm və bunu əzbər bilirəm; Mətnin mənası mənə tamamilə aydındır”. (Марсель Пруст  Три письма. “Иностранная литература”, Москва, 2009, №3) Məktublarla bağlı izahat verən Yelena Baevskaya bu barədə çox marqlı ifadə işlədir: “Və əslində Prust yalnız “Raskinin  ingilis dilini”  bilirdi”.

Konstantin de Brankovan Parisdə yaşayan  Rumıniya aristokrat ailəsinin üzvü idi., 1902-ci ildə “Latın intibahı” jurnalını nəşr edirdi. Brankovan 1903-cü ildə  Prustu tərcümə ilə bağlı əməkdaşlığa cəlb etmişdi. 

 Dünya ədəbiyyatında əbədi olaraq itirilmiş, sonsuza qədər keçmişə doğru uzadılmış, qeyb olmuş bir məfhumun – “Ölü zaman”ın romanını bu həcmdə (3000 səhifədən çox)  ilk və son dəfə M.Prust yazdı.  Heç tələsmədən, bezmədən, usanmadan hər kəsin  yoxluq, boşluq, heçlik hesab etdiyi “İtirilmiş zaman”a romanı ilə əbədi heykəl ucaltdı.  Gözümüzün qarşısında damla-damla, zərrə-zərrə əriyib yoxa çıxan zamanın peşində bu qədər həssaslıqla kəşfiyyatda olmaq hər yazarın, filosofun işi deyil.  Zaman-məkan-hərəkət sisteminin (həm də kateqoriyalarının) bir aparıcı qüvvəsi var: yaddaş! Hamısını yaddaş idarə edir. X.L.Borxes deyirdi ki, hər kəs öz yaddaşı boyda, çəkisindədir. 
Həqiqətən də, kiçik, primitiv, subyektiv həyatdan ibarət yaddaş insanı fərddən şəxsiyyətə çevirməz . Yaddaşsızlıq isə, ümumiyyətlə,  yoxluq,  heçlik, köləlikdir. Yaddaş əzəməti yaratmaq üçün həm də filosof olmalısan. Prust yazar və filosof yaddaşı ilə öz psixologiyasını, şəxsiyyətini, kimliyini müəyyənləşdirməyə çalışırdı. Amma bu yaradıcılıqda həm də bütün insanlığın və insanların yaddaşını oyatma təşəbbüsü vardı.

 Uşaqlıq və gənclik xatirələri ilə yola çıxan, əslində isə daima yatan adam obrazı roman boyu gözümüz önündə donub qalır. Dünya, illər, saat əqrəbləri bu adamın başına fırlanır elə bil.  Və bu adam  hər dəfə, bəlkə milyonuncu kərə yuxudan oyanan andaca  təşviş içərisində məkanını, zamanını və kim olduğunu ayırd etməyə çalışır, səsləri, rəngləri, əşyaları, qaranlıq boşluqlardakı zaman izini arayır. “...çünki harada olduğumu xatırlamırdım, kim olduğumu da bilmirdim. Ən ibtidai, ən sadə formada, bəlkə də bir hörmüçəyin öz torunda necə hərəkət etdiyi kimi mən də mövcudluq hissimi oyadırdım; bir mağara adamından daha aciz olurdum. Ancaq sonra bir yaddaş deyilən şey (hazırkı yerimin yaddaşı olmasa belə) , əvvəllər yaşadığım və indi özümdən çıxa bilməyəcəyim bu boşluqdan çıxartmaq üçün göydən uzanan kömək əlitək mənə qayıdırdı”. (s.6)  O keltlərin inancını xatırladır, “İtirdiyimiz insanların, daha ibtidai bir varlığın, bir heyvanın, bitkinin və ya içərisində həbs olunan cansız bir şeyin ruhlarının olduğuna inanıram; həqiqətən bu ruhları itirmişik. Başqalarından fərqli olaraq sən bir gün ruhunu əsir etmiş ağacın yanından keçirsən, ruhunu saxlayan obyekti təsadüfən ələ keçirirsən. Sonra ruh titrəməyə,  çağırmağa başlayır və bunu bilən kimi yazım pozulur. Bizim xilas etdiyimiz ruh ölümü qovur və yenidən bizimlə yaşamağa başlayır. Keçmişimiz üçün də eyni şey baş verir. Keçmişi xatırlamaq səyimiz əbəsdir, ağlımızın bütün səyləri puçdur. Keçmiş heç vaxt imkan vermədiyimiz bir cisimdə (bu cismin bizə verəcəyi duyğu) ağılın, ağıl aləminin gücündən kənarda gizlənir. Ölməzdən əvvəl bu obyekti görməyimiz təsadüfdən asılıdır” – deyirdi.

Prustun romanında hər şeyin yaddaşı var və süjet xətti boyu bütün hadisələr bu yaddaşın oyanışı ilə hərəkərlənir. Anası onun  həvəssiz, xəstəhal vaxtında  tortla çay təklif edir. Tortun dadı, ağız, damaq yaddaşı instiktiv olaraq onda yeni ovqat yaradır. “Bu  xoşbəxtlik haradan gələ bilər? Çayın və tortun dadı ilə bir əlaqəsi olduğunu hiss etdim, amma bunun üstündən keçdi. Haradan gəlirdi? Mənası nə idi? Harada tutuldu? İkinci qurtumu alıram, birinci qurtumdan, üçüncü qurtumdan daha çox şey tapa bilmirəm, ikincisi tapdığım qədər deyil. İçməyə son verməm gərək, iksirin təsiri azalır sanki. Axtardığım həqiqətin bu olmadığı aydındır”. 

Zehnini işə salır, həqiqəti tapmaq zehin, düşüncə, yaddaşla mümkündür. Səbəbsə adi tort kəsimi və çay oldu.  Özünün də dediyi kimi, o təkcə həqiqəti axtarmırdı, həm də yaradırdı...  “Yenə özümə sual verməyə başladım ki, bu naməlum əhval-ruhiyyə nədən ibarət ola bilər, verdiyi xoşbəxtlik və digər əhval-ruhiyyələri sildiyi həqiqət üçün heç bir məntiqi sübut təqdim etmir, amma bu xoşbəxtliyi və gerçəyi əks etdirir. Onu təkrar ortaya çıxarmaq istəyirəm. İlk qurtuma qayıdıram. Eyni ruh halını, yeni bir aydınlanma olmadan tapıram. Zehnimden daha bir səy göstərməsini, qaçan duyğunu geri gətirməsini istəyirəm. Bütün maneələri, əlaqəsi olmayan düşüncələri kənara qoyub qulaqlarımı və diqqətimi qonaq otağından gələn səslərə yönəldirəm ki, ağlım bu hərəkəti etmək üçün heç bir şey mane olmasın”. 

Nəticədə çox uzaq və qarmaqarışıq keçmişi, Leoniya xalasının bazar ertələri çay və ya cökə suyuna batırıb verdiyi şirniyyat dadını yadına saldı. Xalasına baş çəkmək üçün getdiyi günlərdə o həmin tort dadını andıran şirniyyata onu qonaq edirdi. Kombre günlərini büsbütün, bütün xırda təfərrüatı ilə yadına sala bilir və kiçik bir detal yeni roman söylədir... Uzun illər boyunca yaddaşlardan çox şeylər silinir, yox olur. Dağıdılan, məhv edilən keçmişin xarabalıqları üzərində şüur oyanışı və yuxu vasitəsilə həmin zamanın şəklini yenə yaddaş çəkib ortaya çıxarır. Və o bu xatirəsini yada sala bildiyi üçün çox sevinir, özünü hədsiz dərəcədə xoşbəxt sayır.  Bu prosesdə qoxular və dad daha etibarlı, daha güvəniləndir. “Ancaq uzaq keçmişdən heç bir şey qalmadıqda, insanlar öldükdə, əşyalar yox olduqdan sonra tək, kövrək, lakin daha uzunömürlü, mənəvi aləmlə bağlı olan, daha sabit, daha sadiq qoxu və daddır”.

Leoniya xalasının evini bütün cizgiləri, o uzaq ovqatdakı şəkli  ilə təsvir edir, şəhər, nahardan əvvəl gəzdiyi  meydan, alış-veriş etdiyi küçələr,  hava gözəl olduqda gəzdikləri yerlər onun yaddaşında tam yerini tutur.  Onları tez-tez ziyarət edən, evlərinin çox hörmətli qonağı, aristokratiya nümayəndəsi Svanla bağlı xatirələr sıralanır...

Bir parça tortla başlanan yaddaş rəngli bir dünyaya, bənzərsiz çiçəklərə, evlərə və insanlara çevrilir. Təmiz qəlbli kənd sakinləri, küçələr, çaylar, kilsə...

Xalası daima öz-özünə danışar və monoloq xarakterli çıxışlar edərdi.  Adətən “Yatmadığımı yadıma salmalıyam” ifadəsini dönə-dönə təkrarlayardı. Fransuaza onunla yaxşı davranırdı və o, ümumiyyətlə, romanda azad, sərbəst düşüncəli, qulluqçu olmasına baxmayaraq, daha iradəli və müstəqil fikri olan obraz kimi təqdim edilir. Leoniya xala ilə dialoqunda da bu davranış aydınca görünür:

“ – Qızım, sizin də vaxtınızı alıram.

– Nə olcaq madam Oktav, mənim vaxtım o qədər qiymətli deyil, vaxtı yaradan, bizə pulla satmadı ki... Gedim. Yenə ocağa baxım, birdən sönmüş olar”. 

        Prust Kombre kilsəsini bütün qeyri-estetik və kobud elementləri, lakin həm də böyük sevgi ilə xatırlayır. Əsrlər qalın kilsə divarlarının arxasında gizlənmişdi, Kombre kilsəsinin həqiqətən bir estetik dəyəri olduğunu izah edə bilmir,  “o qədər kobud idi, estetik və hətta dini təsirdən məhrum idi!” – deyir.  Kənardan baxanda  yol qovşağı aşağıda olduğuna görə, kobud divarlar, çınqıllarla örtülmüş, söküntü daşından hazırlanmış oturacaqlar görünürdü.  Divardakı pəncərələrin yuxarıda olması belə, kilsəni yox, həbsxananı xatırladırdı.

“Şübhəsiz ki, belə baxanda daha gözəl olan bir çox zəng qülləsi var; Kombrenin tutqun küçələrindən fərqli bir gözəlliyə sahib, damların üzərində yüksələn zəng qülləsindən meydana gəlmiş müxtəlif şəkillər yaddaşıma nəqş olunmuşdur.  Normandiya, Balbeк yaxınlığındakı qəribə bir şəhərdə də onları müxtəlif səbəblərdən sevdim və hörmətlə yanaşdım. XVIII əsrdən olan iki cazibədar malikanəni heç vaxt unutmayacağam...  Sent-Oqyustin kilsəsinə aid olan bu qübbə,  Parisin Piranezini,  Roma mənzərələrini xatırladır, ancaq bu kiçik oymaların heç birində yaddaş yoxdur. Çoxdan itirdiyim hisslərin heç birini başqa yerdə tapmıram, yəni obyektləri sadəcə görüntü kimi qəbul edirəm. Kombredə isə insanların bənzərsiz olduqlarına inandığıma görə yaddaşım doğma hisslər yaşayır.  Heç bir abidəni həyatımın dərin bir hissəsini özündə yaşadan kilsənin arxasındakı küçələrin zəng qülləsi görüntüsü kimi dəqiqliklə xatırlamıram”.

“Ürəyimdə bir küçə var” - həsrəti ilə danışdığı hekayələrdə insanlar da abidələr kimi əbədiyaşar görünür. Məsələn, mühəndisin obrazını belə ifadə edir: “M.Legranden, bizimlə qarşılaşanda “Salam, dostlar” –  deyərək bizə yaxınlaşar, “Burada uzun müddət qala bildiyiniz üçün şanslısınız,  mənim sabah Parisə, kiçik yuvama dönməm lazımdır” – deyirdi. Sonra  özünəməxsus incə istehza və xəyal qırıqlığı ilə gülümsəyir, “Evimdə         gərəksiz   əşyaların     hamısı var, şübhəsiz. Sadəcə gərəkli olan şey yoxdur: buradakı kimi qocaman bir göyüzü parçası. Həyatınızın üstündə daima bir göyüzü parçası saxlamağa çalışın, balalarım!”  

Xəstə və ürəksıxıntısından əzab çəkən qəhrəmanın xarirələri əsla ağırlıq, bədbinlik yaratmır. Qapalı mühitdə belə gözəllikləri, ülvi və işıqlı simaları, xasiyyət və əlamətləri diqqətə çatdıra bilir. Prust Versalda olarkən, 1906-cı ildə Meri Nordlingerə yazdığı məktubda belə bir kədərli fikir ifadə edir: “Əziz dostum, sən qəlbimə nə qədər yaxınsan və getməyin bu yaxınlığa nə qədər zərər vurdu! Səni həmişə isti hisslərlə və keçmişə aid xatirələrimizi daima həsrətlə düşünürəm. Bədbəxt həyatımda, qırıq qəlbimdə sənə qarşı incə davranış və diqqət  üçün hələ də yer var”. (Марсель Пруст  Три письма. “Иностранная литература”, Москва; 2009, №3)

M.Prust işıqlı insanlar və ya insanlarda işıq axtarırdı. Keçmişdə, xatirələrində belə olsa, onları unutmurdu.  Leoniya xala onu anlaya biləcək, özünə doğma hesab etdiyi bir adamın adını  çəkir: Yevlaliya.

 Yevlaliya,      bir ayağı axsayan, qulağı ağır eşidən xeyirxah  qızdır.  Kiçik yaşlarından qulluqçu  kimi verildiyi  Madam Bretonerienin            ölümünden sonra təqaüdə çıxmış,  kilsənin yanında bir otaq kirayələmişdi. Hər gün kilsəyə, ayinlərə, dua mərasimlərinə  gedər, kimlərəsə yardıma yetişərdi. Qalan vaxtlarda isə Leoniya xala kimi xəstələri ziyarət edib onlara kilsədə olanlardan danışar, onları darıxmağa qoymazdı.

Platonik bir eşqlə teatrı sevən yazıçının xatirəsində teatr mənzərələri sadəcə  xəyali bir aləm idi. Çünki valideynləri teatra getməyə izn verməzdilər. Lakin hər səhər qaça-qaça Morris afişa dirəyinə baxar, orada hansı təmsilləri göstərdiklərini öyrənərdi.

Romanda fraqmentlər yaddaş qırıntısı kimi görünsə də, mahiyyət etibarilə süjetin əlaqəli detalıtək yazılır. Məsələn, əmisinin ölən günədək ondan və ata-anasından inciməsini kiçik bir hekayə ilə xatırladır. İznsiz, xəbər vermədən onu ziyarətə gedir. Həmin gün əmisinin bir qadın qonağı varmış. Əmisi bu qəfləti gəlişdən narahat olur və qadınla onun dialoqunu yarımçıq kəsib getməsini istəyir.

“– Xeyr qalması mümkün deyil –  dedi əmim. Heç vaxtı yoxdur, çox çalışır. Məktəbdə həmişə birincidir”.  Və mənim bu yalanı eşidib düzəliş verəcəyimdən qorxduğu üçün əlavə etdi:

– Kim bilir bəlkə də gələcəkdə bir balaca Viktor Hüqo, ya da Volabelya olacaq, elə deyilmi?

– Sənətçilərə bayılıram – deyə cavab verdi “çəhrayı xanım”, –  qadınları bir tək onlar anlayır... Bir onlar, bir də sizin kimi seçkin kişilər”.  

O, fərqinə varmadan əmisinin evində gördüklərini ata-anasına danışır, anlaşılmazlıq, kiçik diqqətsizliklər qohumlar arasında dərin uçurumlar yaradır. Bunun səbəbkarı kimi oğlan çox əzab çəkir və əmisinin ölümündən sonra o evə getmək belə istəmir.

            Prust realistcəsinə müqayisələr aparır, həyatla, mövcud mənzərələrlə insanların xəyal və sənət estetikası  arasındakı absurdluğu qələmə alır. Məsələn, qiymətli rəsm əsərləri kolleksioneri aristokrat Svan qulluqçu qızların portretini alıb divardan asır, o əsərlərdəki “mərhəmət” mövzusunu müzakirə edirlər. Lakin elə bu evdə hamiləliliyinin son günlərini yaşayan qabyuyan qızın  dayanmadan çalışdığını hamı görür, mərhəmət hissi isə yalnız divardan asılmış tabloya baxarkən baş qaldırır.

           Prustun ana babası yəhudi idi. Romanda yəhudilərə və yəhudiliyə münasibət də birmənalı deyil.

“Babam yaxınlıq etdiyim və evə gətirdiyim dostlarımın hamısının yəhudi olduğunu söylədi, amma o, bir qayda olaraq etiraz etmədi –  öz dostu Svan da yəhudi mənşəli idi, belə baxanda mənim seçdiyim dostlar adətən yəhudilərin tanınmayan nümayəndələrindən olurdu. Evə yeni bir dost gətirdiyim zaman, o, tez-tez yəhudi qadının “Ey əcdadlarımızın Allahı” ya da “Yəhudilər, zəncirlərinizi qırın”- misralarını pıçıldayırdı,  melodiyasını sözlərsiz (la-la-la) oxuyardı, amma qorxurdum ki, dostum melodiyaları tanıyacaq və sözlərini xatırlayacaq. Babam onları görmədən, yəhudi adına bənzər bir ad eşidər-eşitməz yəhudi olub-olmadığını belə dəqiqləşdirmədən bəzilərinin ailələri haqqında pis ehtimallar yürüdərdi.

“–  Bu axşam gələcək olan yoldaşının soyadı nədir?

– Dumont, baba.

– Dumont, ha! Aman! Heç güvən olmaz!

 Sonra mahnıya keçərdi:

– Oxatanlar, diqqət yetirin! Dayanmaq yox, ehtiyatla davam edin.

Başqa ürəküzücü suallar da soruşandan sonra:

– Diqqət, diqqət –  deyə qışqırırdı və ya həmin adam gəldikdən sonra hiss etdirmədən onu sorğu-sual edirdi. Özünün də xəbəri olmadan yəhudiliyini etiraf  etməyə məcbur olmuş dostuma heç bir şübhəsi qalmadığını bildirmək üçün:

–  Mümkünsüzdür, tutub burayamı gətirdiniz bu utancaq yəhudini? – deyirdi.

Ya da sevimli “Hebron vadisi, babamın tarlaları” və yaxud, “Bəli, mən seçilmiş irqdənəm” misrasını anlaşılmaz şəkildə mızıldanıb bizə baxmaqla kifayətlənirdi”.

Prustun xatirələri və yaddaşı zamanı dondurub diri saxlaya bilir, ən əsası da usta qələmi ilə oxucusunu da bu diriliyə, canlılığa, mövcudluğa inandırır.  Onun yuxuları, yaddaşı və xatirələri zamanı sərhədləyir, müəyyən bir çərçivəyə alıb onun tarixini, müddətini rəsm edir. Yaddaşa dönüş isə keçmiş zamanın ruhundan qopardığı hər bir xatirədə ağrı ilə oyanır. Keçmiş zamanı sancı, ağrı, kədər və nisgillə təsvir edir.  “Keçmiş” isə bəzən uşaqlıq xatirələrindəki məişət detalları ilə dolu, bəzən isə Adəm və Həvvaya qayıdışa qədər bəşəri çalarlı olurdu. “Bəzən yuxumda həyatımın ilk illərinə – keçmişdə əbədi qalacaq bir yaşa səylə qayıdırdım, uşaq qorxularımdan biri, məsələn, saçlarımın kəsildiyi günə qədər yaşadığım qorxu – mənim üçün yeni bir dövrün başlanğıcını simvolizə edir. Böyük əmimdən qurtulmaq üçün oyanmağı bacardıqda dərhal xatırlayacaqdım, ancaq xəyallar aləminə qayıtmadan əvvəl başımı möhkəmcə yastığıma çırpardım”.

Doqquz yaşından astma xəstəliyinə tutulan Prustu ailəsi “xəstə uşaq” kimi qəbul edir və ona daima güzəştli münasibət sərgiləyirdilər. Bu münasibət isə Prustu sıxırdı. O təsəlli xarakterli yanaşmaların mahiyyətini çözür, anasının, nənəsinin, əmilər və xalalarının, atasının aristakratiyaya xas jestlərini təkcə özü ilə bağlı deyil, həm də cəmiyyətə qarşı münasibətini təhlil və təsvir edirdi. Özünü ailənin deyil, həm də cəmiyyətin bir üzvü kimi kənarda axtarmağı bacarırdı. Nəticədə aristokratiya yanaşmasındakı qeyri-etik, meşşan və təkəbbürlü  məqamları ortaya çıxarırdı.  Təsvir edilən zamanın aristokratiyası isə öz çöküş tarixini yaşamaqda idi. 1900-1905-ci illərdə onun ailə həyatında bəzi hadisələr baş verdi. 1903-cü ildə böyük qardaşı Robert evləndi və ailəni tərk etdi, elə həmin il atası öldü. Onun üçün daha böyük itki anasının ölümü oldu. Anasının ən böyük arzusu oğlunu məşhur yazıçı görmək idi. Prustu məşhurlaşdıran əsərlər isə anasının ölümündən sonra yazıldı. Lakin 1905-ci ildə anasını itirən yazıçı məhz onun arzusunu reallaşdırmaq, ruhu qarşısındakı sözünə əməl etmək üçün o zamandan başlayaraq 1922-ci ilə ölümünədək “İtmiş zamanın sorağında” romanı üzərində işlədi. Dünya ədəbiyyatında modern roman estetikası yaradan bu əsər həm də həyata, zamana, dünyanın gedişatına münasibəti dəyişə bildi. Prust yeni ədəbi zövqü və səbri olan oxucular müəllifidir. 10 il boyunca həyatını daha çox qapalı şəraitdə, öz otağında keçirən Prust romanında sanki bütün Fransanı, ictimai-siyasi prosesləri, cəmiyyət hadisələrini və bu hadisələrin mərkəzində dayanan insanları, onların dünyagörüş və düşüncə tərzini rəsm edirdi. Zaman onun romanında sadəcə xatirələr seli kimi ifadəsini tapmırdı, həm də siniflər və ictimai təbəqələr, elita, aristokratiya ilə aşağı təbəqə kontrastı kuliminasiyasını əks etdirirdi.

M.Prustu çox zaman C.Coysa bənzədir və onunla müqayisə edib “şüur axını” ədəbi-estetik nəzəriyyəsindəki oxşar məqamları misal göstərirlər. Lakin “Uliss”romanı ilə “İtmiş zamanın sorağında” silsiləsində “zaman və şüur axını”, daha doğrusu, zaman seli və şüur axını fəlsəfəsi tam olaraq eyni yanaşma və üslub, təfəkkür tərzi ilə ifadə olunmur. Coys bütün süjeti beyin kontekstində, şüur enerjisinin yayılma prosesində şaxələndirir, Prust isə ən kiçik zaman parçasında ən kiçik fraqmenti tutub saxlayır, onu  dərindən təhlil və analiz edib həmin məqama sanki məhkəmə qurur. Və bu eksperiment və mühakimələrdə təkcə hadisələrin mahiyyəti deyil, həm də insanların xarakter və xisləti ortaya qoyulur. Romanda böyük hadisələrdən qaçmaq, bəlkə də bilə-bilə ən ötəri, elementar, kiçik hesab etdiyimiz nüansları mərkəzə çəkir. Gün ərzində yüz dəfə qarşılaşdığımız bu ötəri nüansların romanını yazmaq qədər möhtəşəm sənət estetikası yaratmaq qəribəlik deyildi ancaq, həm də hünər idi...

Məsələn, anası bir axşam onun otağına çıxıb “gecən xeyrə qalsın” demir. Bunu evdə hörmətli bir qonağın olması ilə əlaqələndirir. Lakin oğlan israrlıdır, dəmir qanunlarla yaşayan elit bir ailədə nəyisə dəyişmək, nədəsə cızıqdan kənara çıxmaq hikkəsi var. “Anamı görmədən yatmamağa qərar vermişdim. Nəyin bahasına olursa olsun, onunla uzun müddət küsülü qalmalı olsam belə, yatmağa çıxanda onu mütləq öpəcəyəm! Tərəddüdümün sona satmasının mənə gətirdiyi rahatlıqqədər, gözlənti də, təhlikə və qorxu da həddindən çox bir coşqu verirdi”.

Bəzən də yuxusunda Adəmin qabırğasından Həvvanın doğuşu kimi bir qadının doğulduğunu vücudunda hiss edir, düşünürdü ki, onun təsvir və izah etmədk istədiyi həqiqi həzz və eşq məhz bu qadınla bağlıdır. Həmin qadın Prustun yaddaşını zəbt etmiş anası da ola bilirdi. Hər gecə yatmazdan öncə onun yanına qalxıb üzündən öpən və “gecən xeyrə qalsın” – deyən bu qadının ən kiçik zaman parçasındakı bu rituala çevrilmiş davranışı onun ayağını yerdən üzürdü sanki. “Bir neçə saniyə əvvəl ayrıldığım bu qadınla müqayisədə digər insanlar məndən çox uzaq olardı; Yanağımdakı öpüşün istisini hiss edərdim, bədənim öz ağırlığı altında əzilirdi”.

 “Svanların tərəfi” bölümündə Marsel anasının onu öpüb “gecən xeyrə qalsın” demədiyi gecələri necə ağır keçirdiyini yazır. İlk sevgi, anadan qopub anaya doğru uzanan bədənin nəvazişdən uzaqlaşması sıxıntısı ilə öləziyir və o  bu xırda görünən diqqətsizliyə görə göz yaşı tökür. Bu öpüşü əldə etmək üçün plan qurur və kiçik bir məktub yazıb ev xidmətçisi Fransuaza vasitəsi ilə aşağı mərtəbədə qonaqlarla məşğul olan anasına yollayır. Hətta xidmətçi belə əlində tutduğu kağıza baxıb: “Belə övladı olan ata-anaya yazıq!” – istehzası ilə düşüncəyə dalır.  O, israrla anasının bu ritualı davam etdirməsini tələb edir. Övlad kimi atasından tez-tez gördüyü istehzalı münasibəti sanki anasının ikiqat diqqət və sevgisi ilə əvəzləmək istəyir.

Ancaq ağrı ilə yazır: “Anam gəlmədi”...  Bu “gəlməmək” məsələsi üçün də daha bir neçə səhifə həsr edir.  Beş dəqiqə sonra özünü pəncərədən aşağıya atmalı olsa belə, o anda istədiyi yalnız anasını görmək, ona xeyirli axşamlar diləmək idi. Arzusunu reallaşdırmaq üçün bütün gücünü səfərbər etmiş, israrla mübarizəyə qalxmışdı. Lakin vəziyyət birdən-birə dəyişir, indi bu laqeydlikdən, anasının onu cavabsız qoyması gözlənilməzliyindən qisas almaq, daha qətiyyətli olmaq əzmi göstərməyə, əks reaksiya verməyə cəhd etməli idi. Anasını görmədən yatmaq, əgər o otağa gələrsə belə ona etinasızlıq göstərmək istədi... Onun ağlamağının o qədər dərin mənası, sonsuz səbəbləri olduğu halda niyə onu ən doğma insanlar anlamırdı? Niyə qulluqçu qızın sualına (“Xanım əfəndi, kiçik bəyin nəyi var ki, belə ağlayır?”) anası onu incidəcək qədər laqeyd və yanlış cavab verir:  “Özü də bilmir  ki,        Fransuaza,       sinirləri            pozulub”.                      Lakin  vəziyyət daha kəskin xarakter alır, ən kiçik yanlışlığa görə anındaca cəzalanan uşaq indi heç bir qorxu hiss etmədən dəhlizdə anasının qarşısını kəsir.  “Qaç tez, tez qaç ki, atan belə dəlilər kimi gözləməyini görməsin! – dedi anam. Mən hələ də “Gəl, mənə gecən xeyrə qalsın – de!” – deyib durmuşdum.  Atamın əlindəki şamın işığının divarda böyüməkdə olduğunu görüb dəhşətə gəlir, amma bir yandan da onun yaxınlaşmasından bir təhdid olaraq               istifadə edir, anam imtina etməyə davam edərsə, atamın məni orada görməsindən qorxaraq “Otağına get. Gəlirəm!” – deyəcəyini gözləyirdim. Amma çox gec idi. Atam artıq qarşımızda dayanmışdı. Özümdən asılı olmadan, heç kimin eşitməyəcəyi bir səslə: “məhv oldum!” – deyə pıçıldadım”.

         Prust atası haqqında “onun gözlərində insan haqları ilə bağlı heç bir ifadə olmazdı” – deyir. Anası və nənəsinin ona verdiyi azadlıqları da həmişə atası ləğv edirdi. “Çünki anamın və nənəmin mənim barəmdə bildiyini atam o günə qədər bilmirdi. Onlar mənim hər axşam nə qədər bədbəxt olduğumu anlayırdılar, atamsa yox”.

İndi dəhlizdə “Gecən xeyrə qalsın!” vaqeəsinin kuliminasiya nöqtəsi yaşanırdı. Ata çaşqın və əsəbi bir ifadə ilə ona baxır, ana nələrisə anlatmağa çalışır və final gözlənilməz olur. Ata elə bir qərar verir ki, Prust o təkrarolunmaz anları heç vaxt unutmayacağını yazır.        

“–  Canım,      yanına getsənə, uşağın, – dedi –  onsuz da yuxunun gəlmədiyini deyirdim, bir az otağında oturarsan, mənim də heç nəyə ehtiyacım yoxdur.

–Amma həyatım, – deyə cavab verdi anam sıxıla-sıxıla. Yuxumun gəlib-gəlməməsində deyil məsələ, uşağı vərdiş etdirməkdədir.

– Vərdiş etdirmərik, canım, – dedi atam çiyinlərini silkələyərək. Görürsən ki,  uşaq pərişandır, çox üzülmüşdür, biz də işgəncəçi deyilik axı...  Uşaq xəstələnsə daha yaxşı olacaqmı?”

Problem bu cür həll olunduğu anda onun içindən tam əks  bir istək keçir: “O anda cəsarətim olsaydı, anama: “xeyr, istəmirəm, burada yatma!” – deyərdim”. Beləcə kiçik bir zamanın səhifələrcə analizi, təhlili davam edir. İnsan duyğularının, iradəsinin hər an yeni və fərqli sıçrayışları, kaprizləri mürəkkəb və anlaşılmaz vəziyyətlər yaradan qığılcım kimi mənalandırılır. Bəlkə bütün dünyadakı müharibələr, inqilablar, sülh və asayiş də bu cür qəfləti və gözlənilməz daxili püskürtülərdən qaynaqlanır?

Anası oma “Tarla uşağı” kitabını oxuyur... Prustun romanında simvollar, ümumiyyətlə, simvolizm detalları çoxdur. 

Dekadentizm və Prust yaradıcılığının, dünyagörüşünün üslub və estetikası haqqında bir qədər sonra söz açacayıq. Prust hazır ədəbi cərəyan qəlibində çıxış etmirdi. Onun epopeyası yeni estetik nəzəriyyələrə yol açırdı. Mənəvi baxımdan süquta varmış insanların intibahi oyanışı da elə onların öz daxili aləmlərində baş verirdi. Bu çöküş və oyanış kontrastının romanını təfərrüatı ilə yazmaq sənətdə yeni yanaşma, üslub və ictimai-siyasi, sosial, mədəni mühitə fərqli baxış nümunəsi idi.  Romanın qəhrəmanı xatirəsində, yaddaşında qalan nə varsa, onu var olan, “yaşayan zaman” tarixçəsinə aid edirdi. Qalan nə vardısa, ölmüş, qeyb olmuş zamanın içərisində ərimişdi. Ümumiyyətlə, zamanın özü yoxa çıxmışdı.

Onun təsvir etdiyi qaranlıqlarda illər, ölkələr, yollar, təyyarələr, dondurulmuş kimi illərdir dayanıqlı vəziyyətdə olan əşyalar –hər şey yaddaş zamanının sorğulamasından keçirdi. Dəyişməyən son suallar isə bu olurdu: “Mən kiməm? Hardan gəlib hara gedirəm? “Gəldiyim yer getdiyim yer deyilmi? Keçmiş gələcəkdirmi? Və s.  Zaman onu, o isə zamanı əsir etmişdi. Romanda daima axan zaman selini Prustun sərhədlədiyini aydınca hiss edirik. Zamanı qələmilə durdurub, bütün dəyişimləri, təkrarları, irəliləyişləri təhlil edir. Hətta bəzən həyatın, reallığın  sürətini deyil, əslini təqdim etdiyini düşünürük. Çünki təqdim etdiyi səhnənin orijinala tam uyğun gələn portretini yaratdığını düşünürük.  Onda həm də yaşadığı otağı bütün əşyaları ilə gündə yüz dəfə yenidən görmək qabiliyyəti vardı. Yorğun, süst və daima uyuşmuş kimi hiss etdiyi bədənini, əzalarını yuxudan oyadanda onları instiktiv olaraq zaman qavramı işinə yönəldirdi.  Onun bədəninin də yaddaşı vardı. “Vücudumun yaddaşı, qabırğalarımın, dizlərimin, çiyinlərimin yaddaşı,  yatdığım otağı dəfələrlə mənə təqdim edərdi. Bu vaxt, təsəvvür edilən otağın şəklindən asılı olaraq  tərpənməz divarlar, qaranlıqda çubuq kimi hərəkətli olurdu. Fikrim zamanların və formaların astanasında durdu, yenə otaqları, bədənimi, hər bir otaq haqqında ayrı-ayrı detalları, yatağın növü,  qapıların yeri,  pəncərələrin işığı,  dəhliz olub-olmadığını xatırlayacaqdım”. 

Bədənini “keçmişin ən vəfalı gözətçisi” adlandırırdı. Bədən yaddaşı ilə keçmişi xatırlaya bildiyi üçün... Sonda bir xeyirxahlıq mələyinin gəlib bütün bu anlaşılmazlığı nizama saldığını da yazır. Əşyaları, bədəninin əzalarını, məkanını – hər şeyi. Yenidən yuxuya gedər və oyananda isə hər şey – bütün əzab təkrarlanardı. İtmiş zamanın sorğulanması başlanardı...  Təkrar-təkrar dönən qarışıq xatirələri nizama salmaq və keçmişin yaddaşında onlara yer eləmək əzabını yaşayan qəhrəman alışqanlıq və vərdişi qorxulu bir yaşantı əlaməti sayırdı, deyirdi ki, zehnimiz həftələrlə eyni vərdişlərdən əzab çıkir, bunun səbəbi isə alışqanlıqdır! Alışqanlığımız bizim bu əzabımıza göz yumur...  

Dünyanı metafizikcəsinə öyrənmə çabası modern roman,  yeni zaman həqiqəti, həqiqətin yeni zamanı ideyası kontekstində reallaşırdı. M.Prust bitmiş zamanı hərəkətləndirir, daima yaşayan və var olan zaman mexanizminin fəlsəfəsini yaradır.

 

İradə Musayeva

Ardı var...

02.08.2019

 

loading...
Türkiyədə şəhidimizin adı oxuduğu universitetdə yaşadılacaq - FOTOLAR
Kişiyə hamiləlik diaqnozu qoyub, Bakıya göndərdilər - Xaçmazda inanılmaz OLAY...
Zabit Səmədov "Kuruluş Osman"da - FOTOLAR
"Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"
Xankəndi necə Stepanakert oldu...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
Ermənilər küçə itlərini də tutub aparır...- Kəlbəcərdən son görüntülər- VİDEO
Cəmiyyət
“Onda “Qarabağ” universiteti açmaq istəyirdim, amma ara qarışdı, hakimiyyət dəyişdi”
Cəmiyyət
"Söz vermişəm ki, gedim o doğma yurdumuzda azan verək, torpağımızı öpək..."
Maraqlı
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Dünya
“Bu günlərdə İranda bir çox özəl teatrlar iflas edərək birdəfəlik bağlandı” - FOTOLAR

Yazar
İlham İsmayıl
Putinin müsahibəsi: Marağımıza uyğun və zərərli olan nədir?
Elşad Paşasoy
Fransa məhz özü bacısı Ermənistanı fahişəliyə sürükləmişdi ki...
Sultan Laçın
Azərbaycandakı Rusiya sülhməramlılarına(?) rəsmən  xatırladılmalı olan bəzi məqamlar...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
4 saat yaralı vəziyyətdə mühasirədə qalan əsgərin vəsiyyəti tapıldı
"Azərbaycan yenidən müharibəyə başlaya bilər" - AÇIQLAMA
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
Ermənilər Kəlbəcər yolu ilə həm çıxır, həm də qayıdırlar?..- “Artıq 8 min nəfər qayıdıb” 
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
“Sədamın Şuşadan, Ağdamdan gələcəyi günü səbrsizliklə gözləyirdim, amma olmadı...”
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
"Məgər Kəlbəcərin statusunu ermənilər müəyyən edir, bəs üçtərəfli bəyanat harda qaldı?"
“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247