Xəbər lenti
18/09/2019 [08:46]:
Azərbaycanda xeyriyyəçi milyarderlər niyə çox deyil?
18/09/2019 [08:44]:
Nyu-Yorkda avtomobil “Trump Plaza”ya girdi – VİDEO
18/09/2019 [08:42]:
Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM
18/09/2019 [08:36]:
Texas sahillərinə sayca 11-ci qasırğa yaxınlaşır
18/09/2019 [08:34]:
Azadlıq prospektini qırmızı işıqda keçən "Jeep" qəza törətdi - FOTO/VİDEO
18/09/2019 [08:33]:
Bu gün Milli Musiqi Günüdür
18/09/2019 [08:31]:
Ronaldu pulları və maşınları haqda danışdı
18/09/2019 [08:30]:
Gülərüz kirpi İnternetin ulduzuna çevrildi – FOTO
18/09/2019 [08:28]:
Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək
18/09/2019 [08:23]:
Düşmən gələn ay Laçının Qarıqışlaq kəndində  üçmərtəbəli məktəb istifadəyə verəcək...-FOTOLAR
18/09/2019 [07:01]:
"Birinci seriyada evli bir qadın ərinin  ikinci arvad aldığını bilir və...” -FOTOLAR
18/09/2019 [06:15]:
Iblisin insanları yoldan çıxarmaq üçün universal düsturu...
18/09/2019 [01:14]:
"17 ildir şəkər xəstəsi olduğum üçün bu diqqəti iki qat artırmışam..."
18/09/2019 [00:41]:
Limfoma: Bütün bədənə yayıla bilən bədxassəli xəstəliyin səbəbləri...
17/09/2019 [23:58]:
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
17/09/2019 [23:42]:
Duyğularını onunla bölüşməkcün ağzını açmağa ehtiyac qalmır, o, səni UZİ kimi oxuyur...
17/09/2019 [23:15]:
Gülnarə Kərimova yoxa çıxıb - Vəkilindən açıqlama
17/09/2019 [23:10]:
“Hərcai”nin qəhrəmanının 120 kiloqram çəkidəki - FOTOLAR
17/09/2019 [23:05]:
Prezident məmurları cəzalandırdı
17/09/2019 [23:02]:
Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu
17/09/2019 [22:48]:
Bakıda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdü - FOTOLAR
17/09/2019 [22:45]:
Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu
17/09/2019 [22:40]:
Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı ilə görüşdü
17/09/2019 [22:31]:
İmişlidə iki maşın toqquşdu: xəsarət alan var
17/09/2019 [21:37]:
SSRİ rəhbərlərinin ABŞ-a qaçan uşaqları: "Stalin nəvəsini görsəydi, öldürərdi"
17/09/2019 [21:33]:
Çində insanı əlindəki damarlardan tanıyan sistem ixtira olundu
17/09/2019 [21:31]:
"Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini beynəlxalq və regional təşkilatlarda dəstəkləyib"
17/09/2019 [21:28]:
Bakıda 80 yaşlı kişi qadını boğazından bıçaqlandı
17/09/2019 [21:26]:
Elnarə: "Uşaqlarımın dayəsi, həkimi, sürücüsü, aşpazıyam"
17/09/2019 [21:17]:
"İndi başıma bir iş gələndən sonra deyəcəklər ki, “yaxşı sənətkar idi” və sairə..."
17/09/2019 [21:13]:
Azərbaycanda abort edən qadınların sayı azaldı
17/09/2019 [21:11]:
"Ölkəmizdə davamlı sülhün əldə olunması üçün Azərbaycan regional görüşlərə ev sahibliyi edib"
17/09/2019 [21:07]:
Ukraynalı futbolçu: "Bu, azərbaycanlıların erməniləri sevməmə səbəblərindən biridir" - VİDEO
17/09/2019 [21:03]:
Aysu tanınmış evli meyxanaçıyla eşq yaşayırmış - FOTOLAR
17/09/2019 [21:00]:
ABŞ Türkiyəni onlardan silah almağa çağırdı
17/09/2019 [20:43]:
Ana öz qızlarını körpüdən aşağı atdı: "Onlar məni öldürmək istəyirdi"
17/09/2019 [20:33]:
İlham Əliyev onları “Tərəqqi” medalı ilə təltif etdi - SİYAHI
17/09/2019 [20:32]:
Azərbaycan Prezidenti onlara fərdi təqaüd təyin etdi
17/09/2019 [20:30]:
Dünyanı sarsıdan partlayışla bağlı ilk açıqlama
17/09/2019 [20:25]:
İlham Əliyev çilili həmkarını təbrik etdi
17/09/2019 [20:21]:
Əfqanıstan prezidenti Azərbaycana gələcək
17/09/2019 [20:04]:
Məşhur məmur qadın Naftalanda “şokalad vannası”nda "boğuldu"...
17/09/2019 [19:58]:
"Əncir diplomatiyası": 3 "mehriban düşmən"i müttəfiqə çevirən gərdiş...
17/09/2019 [19:55]:
Azərbaycan holdinqi Rusiyada çoxmilyardlıq aktivi aldı
17/09/2019 [19:19]:
Ermənilər Dağlıq Qarabağ haqda ABŞ MKİ-dən sızdığı iddia olunan sənədlər yaydı... - FOTOLAR
17/09/2019 [18:54]:
"10 il boyunca mənə uşaqlarımın gözü önündə təcavüz etdi" - AĞLASIĞMAZ...
17/09/2019 [18:39]:
Bu da oldu: Hindistanda "qaz çıxarma" yarışması keçiriləcək...
17/09/2019 [18:32]:
MDTF tərəfindən "Yaxşılıq unudulmur" layihəsi ilə bağlı mükafatlandırma mərasimi keçirilib
17/09/2019 [18:23]:
"Dünyanın ən xoşbəxt kirpisi" fenomenə çevrildi - MARAQLI
17/09/2019 [18:22]:
“Qarabağ uğrunda intellektual, diplomatik və fiziki savaşa hazır olmalıyıq”
17/09/2019 [17:41]:
“ƏDƏBİYYAT QƏZETİ”NİN MÜZAKİRƏ SAATI” KİTAB OLDU
17/09/2019 [17:39]:
Universitet tələbələri sərxoş vəziyyətdə gülünc duruma düşdülər - FOTOLAR
17/09/2019 [17:35]:
Hərəkətdə olan avtomobilin üzərinə ildırım düşdü - QORXUNC... + VİDEO
17/09/2019 [17:29]:
"Ekologiya postu"na yeni rəis təyin olundu - Nazir əmr imzaladı...
17/09/2019 [17:17]:
54 saat dayanmadan üzərək rekord qırdı - MARAQLI
17/09/2019 [17:16]:
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17/09/2019 [17:09]:
Azərbaycan Polisinin “Bilik Günü”nə töhfəsi - FOTOLAR
17/09/2019 [17:07]:
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edəcək
17/09/2019 [17:05]:
“Rəngarəng Türk Dünyası” rəsm müsabiqəsi elan olunur
17/09/2019 [17:00]:
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib - FOTOLAR
17/09/2019 [16:57]:
“Azərsu” ASC Bakının yağış sularının yığılma təhlükəsi olan qəsəbələrində yeni layihələrin icrasına başlayıb
17/09/2019 [16:06]:
“Övladımız olmadığı üçün ikimizi də boşadılar...” - Əkiz bacıların acı taleyi...
17/09/2019 [15:45]:
UNICEF və BAMF rəhbərliyi Goranboyun icra hakimiyyəti başçısı ilə müzakirələr aparıb
17/09/2019 [15:43]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17/09/2019 [15:40]:
Arvadını 6 il əvvəl öldürüb, basdıran şəxs hakim qarşısına çıxarılıb
17/09/2019 [15:33]:
“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb
17/09/2019 [15:25]:
Türkiyənin şəhid ailələri və qaziləri Qənirə Paşayeva ilə görüşüb - FOTOLAR
17/09/2019 [15:20]:
“Sınıq Körpü” də film kimi olay- 1 MİLYON 700 MİN AVROLUQ DƏRMAN NECƏ SAXLANILDI?
17/09/2019 [15:15]:
Aygün Kazımova: ”Sami Yusufdan başqa kimsəni dinləməmişəm”
17/09/2019 [15:14]:
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17/09/2019 [14:41]:
Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu - FOTO
17/09/2019 [14:37]:
“Dədə Süleyman”dan acı xəbər- Gözü tutuldu...
17/09/2019 [14:35]:
“Müdafiədən hücuma!..- Bunu Azərbaycan əvəzinə, həyasız düşmən deyir...-VİDEO
17/09/2019 [14:31]:
Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO
17/09/2019 [14:20]:
Məhkəmə Koçaryanla bağlı qərar verdi
17/09/2019 [14:19]:
Azərbaycanın yeddi klubu 800 manat cərimələndi
17/09/2019 [13:52]:
"Bu gün teatr və aktyor sənəti haqda bilən də, bilməyən də danışır, belə olmaz, ayıbdır"
17/09/2019 [13:47]:
“Qarabağ yalnız iqtidarın problemi deyil” – “Bu, bütün xalqın problemidir”
17/09/2019 [13:34]:
Bakıda qəbiristanlıqda bir nəfər intihara cəhd edib
17/09/2019 [13:31]:
İlham Əliyev gürcüstanlı naziri qəbul edib
Bütün arxiv bir sırada
09/08/2019 [00:08] - Hadisə - ( 3186 dəfə baxılıb)

Anastas Mikoyan və "Türkiyə Ermənistanı" məsələsi...



Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edir. 


Anastas Mikoyan 1915-ci ilin noyabrında bolşeviklər partiyasına üzv olur. Dərhal da partiyadan tapşırıq alır: “Tələbələr arasında təbliğat aparmaq, müharibənin əsas problemlərini, çar avtokratiyasının devrilməsi uğrunda mübarizə aparmaq, gənclərə milli məsələlərdən bəhs etmək, erməni gənclərinin Osmanlı dövlətinə kin və nifrətini artırmağa çalışmaq!” Bunları o, öz xatirələrində yazır. 

Birinci dünya müharibəsi bolşeviklər üçün hakimiyyətə yeni meydan oxumaq fürsəti yaratmışdı. 1915-1916-cı illərdə RSDI(b)P-nin Qafqaz bürosunun rəhbərliyi ilə erməni bolşevikləri öz təşkilatlarını yenidən qurdular və ya yeni partiya qrupları yaratdılar. Onların fəaliyyəti 1917-ci il oktyabr inqilabı zamanı daha da aktivləşdi. Mikoyan Stalin və Şaumyanın rəhbərliyi altında bütün bu fəaliyyətlərdə iştirak edən erməni bolşeviklərindən biri oldu. Artıq bolşeviklər partiyasının etibarlı üzvü idi. Çar avtokratiyasının dağılması və 1917-ci ilin fevralında Rusiyada çar hakimiyyətinin sona çatması, müvəqqəti hökümətə siyasi suverenliyin verilməsi nəticəsində erməni bolşevikləri səfərbər oldular. 
“Müvəqqəti hökumətin Türkiyə Ermənistanı haqqındakı tənzimlənməsi” adlanan Qafqaz Xüsusi Komitəsinin yeganə erməni üzvü M.I.Papacanyan olsa da, erməni inqilabçıları orada fəal iştirak edə bilirdilər. Mikoyan xatirələrində ön cərgədə yer almaq istədiyini yazır.  Dünya müharibəsindən sonra Cənubi Qafqazdakı siyasi və sosial-iqtisadi vəziyyət ermənilərin dövlət qurmaq planını bu torpaqlara keçirmək fikrini ortaya çıxarmışdı. “Erməni məsələsini” hər fürsətdə gündəmə gətirmək siyasi təşkilatlarının prioritet istiqamətlərindən biri idi. 1917-ci ilin fevralında “Müvəqqəti hökumətin Türkiyə Ermənistanı haqqındakı tənzimlənməsi” ilə hakimiyyətə gələn beş üzvdən ibarət Qafqaz Xüsusi Komitəsinin keçici rus hökuməti 9 may 1917-ci ildə sona çatdı. Lakin bolşeviklər bu mövzunu davam etdirdilər. 

Oktyabr inqilabından qısa müddət sonra Mikoyana Bakıda partiyada çalışmaq tapşırıldı. Bakı Rusiyanın əsas sənaye mərkəzi və Qafqazdakı bolşeviklərin əsas qalası idi. Bakı Sovetinə bolşeviklər, menşeviklər, daşnaklar, sosialist inqilabçıları və digər partiyalar daxil idi. Bolşeviklər Leninin təklifi ilə RSDİ(b)P Mərkəzi Komitəsinin üzvü Stepan Şaumyanı 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdilər. 1918-ci ilin aprelində Mokoyanın da daxil olduğu Xalq Komissarları Şurası elan olundu. Bolşevik hökumətinin ermənilərə qarşı siyasətinin əvvəlki hakimiyyətdən fərqli olmasına baxmayaraq, erməni iddiaları və bunu dəstəkləyən fəaliyyətlər dəyişmədi. 
Lenin tərəfindən 1917-ci ilin dekabrında Bakıda fövqəladə komissar vəzifəsinə erməni əsilli Stepan Şaumyanın təyin olunmasından sonra Qafqazdakı erməni bolşeviklərinin fəallığı daha da artmağa başladı. Yenə "Türkiyə Ermənistan"ı mövzusu gündəmə gətirildi. "Türk Ermənistanı" adlandırılan Osmanlı torpaqları - Qars ilə birlikdə Erzurum, Erzincan, Muş, Van və Bitlis əyalətləri və bu əyalətlərin yaratdığı xəttin şərq hissəsində Rusiya sərhədinə qədər uzanan bütün bölgələr idi. "Türk Ermənistanı" adlandırılan türk torpaqlarına bir erməni qubernatoru təyin edilməsi erməniləri daha çox məmnun etmişdi. Bolşeviklər də bunu dəstəkləyirdilər. 1917-ci il oktyabr inqilabı nəticəsində Rusiyada yeni qurulmuş bolşevik hökumətinin siyasəti əvvəlki hakimiyyətdən fərqli olsa da, erməni iddiaları və onu dəstəkləyən fəaliyyətlər dəyişməmişdi. Onlar bolşevik bayrağı altında taktiki dəyişiklik etdilər. Əvvəllər başqa bir fikir və partiyaya mənsub olanlar bolşevik partiyasına qoşuldular və həm Qafqazda, həm də Rusiyaya aid Qars vilayətində fəaliyyətlərini intensivləşdirdilər. Mikoyanın adı bolşevik olsa da, erməni millətçisi kimi çıxış edirdi.

Bolşeviklər Hakimiyyəti ələ keçirdikdən dərhal sonra "Türkiyə Ermənistanı" ilə əlaqədar yeni bir təmimnamə ortaya çıxdı. V.Lenin, İ.Stalin, V.Bonç-Bruyeviç, N.Gorunov tərəfindən imzalanan bu təmimnamə uzun və kollektiv çalışmalar nəticəsində meydana çıxmamışdı. Onu ermənilər bolşeviklərə təqdim etmişdilər. 15 yanvar 1918-ci il tarixində Üçüncü Rus Sovet Qurultayı tərəfindən təsdiqlənən bu təmimnamənin 1917-ci il dekabrın 29-da tələsik verilməsi və istifadəyə təqdim edilməsi erməni bolşeviklərinin nə dərəcədə aktivliyinin göstəricisi idi. Mikoyan bu "işlərin” mərkəzində olduğuna görə Mərkəzin təlimatlarına əməl etməli idi. 1919-cu ildə o, Qafqaz Regional Komitəsinin üzvü təyin edildi, Moskva ilə münasibətləri möhkəm saxladı. 1919-cu ilin oktyabrında Qafqaz Regional Komitəsi təyin edildikdən sonra Denikin cəbhəsini aşaraq Moskvaya gəldi və Leninlə görüşür. Bu dövrdə Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro və Təşkilat Bürosunun Bakıda və Zaqafqaziyada partiyaların qurulması ilə bağlı qərarların qəbul edildiyi iclaslarında iştirak etdir. 1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyətinin qurulması zamanı Bakıda idi və idarəçi vəzifəsini icra edirdi.

Erməni bolşeviklərinin də Şərqi Anadolu vilayətləri üçün xüsusi planları var idi. Bu, hər hansı bir partiyaya aid proqram deyildi, siyasi baxışlarından asılı olmayaraq, bütün ermənilərə aid bir plan idi. Hamı bunu dəstəkləyirdi. Erməni arxivlərindən əldə edilən yeni sənədlərdə Moskvanın göstərişlərinin bu erməni planlarının reallaşmasına mane olduğu ortaya çıxır. Moskva Atatürk Türkiyəsini öz tərəfinə çəkmək siyasəti yürüdürdü və erməni Bolşeviklər də bunu dəstəkləməyə məcbur idilər.
1919-ci ilin dekabr ayında RK(b)P Qafqaz Regional Komitənin üzvü A.Mikoyanın Leninə göndərdiyi "Qafqaz məsələsinə dair" başlıqlı hesabatında isə öz fikrinin əksinə olaraq fərqli münasibət sərgiləməli oldu. Bəlkə də o anlamışdı ki, "Türkiyə Ermənistanı” ilə bağlı əvvəlki fikirlərini davam etdirsə, bu, Moskva tərəfindən qəbul edilməyəcək və özü də etibarını itirəcək. 

Məruzədən bir hissə:

“... Erməni şovinistləri imperialist müttəfiqlərin və mürtəce general Denikin dəstəyinə arxalanaraq Qara dənizindən Aralıq dənizinə qədər yeddi vilayəti də əhatə edən tarixi sərhədlər daxilində cinayətə çevrilmiş xam bir xəyala, “Böyük Ermənistan” qurmaq fikrinə qapılırlar. Bölgədə ermənilərin olmaması və yalnız müsəlmanların məskunlaşması onları utandırmır. “Böyük Ermənistan” əhalinin əksəriyyətinin istəyi ilə qurula bilməz, ancaq imperialist silahların gücü ilə qurulacaqdır, dağıntılar və “yadların” günahsız cəsədləri üzərinə qurularaq, Ermənistanın qanla və dəmirlə “günahkar ünsürlərdən” və müsəlmanlardan təmizlənməsi yoluyla tətbiq olunacaqdır. Belə bir cəhənnəmi yaratmaq, belə bir kabus və təcavüzü həyata keçirmək proqramı ən yaxşı, ən qabiliyyətli və ən sadiq agentləri olaraq gördükləri ermənilərin vasitəsilə Türkiyəni yağmalamaq, özlərinin müstəmləkəsi və maliyyə kapitallarını dəyərləndirəcəkləri bir bölgə halına gətirmək istəyən imperialist müttəfiqlər tərəfindən müvəffəqiyyətli şəkildə dəstəklənir...”
Bolşevik Anastas Mikoyan “erməni problemi”ndə gecikmədən yeni, daha düzgün bir iş görülməsini vurğulayırdı. Siyasi düşüncəsini tək yönümlü qiymətləndirmək mümkün olmayan Mikoyan 1919-cu ildə verdiyi şərhlərdə erməni hərəkatını sərt sözlərlə tənqid edirdi. Yenicə tanış olduğu Leninə verdiyi məruzədə Mikoyan millətçiliyə xas olmayan təmkinli bir kommunist imici yaratmaq potensialını nümayiş etdirmişdi. O yazırdı ki, erməni milli hərəkatı liberal hərəkat olmağı dayandırıb və mürtəce, işğalçı (imperialist) hərəkatına çevrilib. “Türkiyə Ermənistanı”, "Böyük, tək və müstəqil Ermənistan"la əlaqədar düşüncəni zərərli, qatilcəsinə və mürtəce hesab edərək, buna qarşı Kommunist partiyasının mübarizə aparmasının lazım olduğunu vurğulayırdı. Erməni milli hərəkatının işğalçı-imperialist hərəkat kimi səciyyələndirilməsi bu hərəkatın nəticələrindən qaynaqlanan yeni suallar və cavablar doğurur.
O, daşnak liderindən fərqli fikirlər irəli sürürdü. Maraqlıdır ki, bolşevik Mikoyan “Böyük Ermənistan” fikrini artıq əsassız hesab edirdi. O, Osmanlı İmperiyasının yeddi əyalətindən ibarət olan, Qara dənizdən Aralıq dənizinə qədər “ Böyük Ermənistan” yaradılması ideyasının boş bir xəyal və cinayət olduğunu 1919-cu ilin dekabrında Vladimir İliç Leninə etdiyi məruzəsində qeyd etmişdi. Bu mövzuya yanaşması bir neçə təmələ söykənirdi: İddia edilən "Türkiyə Ermənistanı" torpaqlarında ermənilər yaşamır və yalnız müsəlman əhali var; əhalinin əksəriyyətinin iradəsinə uyğun gəlmir və imperialistlərin alətidir; müharibədən sonrakı şəraitdə beynəlxalq inqilabla və imperializmə qarşı mübarizənin maraqlarına ziddir.

Anastas Mikoyan "Erməni problemi" ilə əlaqədar Kommunist partiyasının mövqeyini izah edərkən "Türkiyə Ermənistanı" ilə əlaqədar təlimatnamədə də öz yanaşmasını sərgiləmişdi. Bu məsələdə bolşeviklərin müharibədən əvvəlki və sonrakı şərtlərə uyğun olaraq yanaşma sərgilədiyini qeyd etmişdi. Belə ki, I Dünya müharibəsinə qədər "Türkiyə Ermənistanı" torpaqlarında ermənilər əhalinin böyük hissəsini təşkil etməklə yanaşı, bir çox yerdə hətta əksəriyyətini təşkil edirdilər. Onların milli azadlıq mübarizələri Türkiyədəki feodal despot rejimə qarşı inqilabçı bir hadisə ikən, döyüş əsnasında və döyüşdən sonra vəziyyətin dəyişdiyini açıqlamışdır. "Erməni problemi" ilə bağlı əvvəlki mövqedə israr etmək, müstəqil "Türkiyə Ermənistanı" düşüncəsini dəstəkləmək "Qafqaz Ermənistanı"nın "faşist hökuməti" ilə birlik olmaq demək idi.

Erməni faşistlərini İttifaq dövlətlərinin Türkiyədəki agentləri adlandıran Mikoyan döyüşdən sonra meydana gələn şərtlərdə strateji məqsədlər istiqamətində davranmağı doğru hesab edirdi. Şərq müsəlmanlarının imperializmə qarşı üsyanını, Türkiyənin müsəlman xalqları arasında sinifləşmə və daxili ictimai-siyasi inkişaf prosesini axsatma məqsədiylə çıxarılan, "Türkiyə Ermənistanı" ilə əlaqədar təlimatnaməni ciddi səhv olaraq görürdü. Sovet Rusiyası üçün "Türkiyə Ermənistanı”nın müstəqilliyi ilə əlaqədar çıxan bu təlimatnamənin heç bir müsbət nəticə doğurmadığını, tam əksinə, yalnız Türkiyənin deyil, həm də Qafqazın bütün müsəlman əhalisini Sovetin əleyhinə çıxartdığını ifadə edirdi. Mikoyan erməni yoldaşlarının kiçik bir qrupuyla "Türkiyə Ermənistanı" mövzusunda çıxan təlimatnamənin elan edilməsinin ilk günlərindən etibarən ona qarşı olduğunu və bu səhvi düzəltmək məsələsində gecikdiyini qeyd edirdi.
Güman ki, 1917-ci ilin payızında Bakı bolşeviklərinə qatılan, partiyanın Bakı Komitəsinin üzvü olan Anastas Mikoyanın düşüncəsi və münasibəti “Qafqazın Lenini” adlandırılan Stepan Şaumyanın fikrinə və məntiqinə qalib gələ bilməmişdi. Çünki "Türkiyə Ermənistanı" düşüncəsinin ilham pərisi və bununla əlaqədar təlimatnaməni tətbiq edən S.Şaumyanın fərqli qətnamələri və hərəkətləri olmuşdu. Bu məsələyə millətin öz müqəddəratını təyinetmə hüququ istiqamətində yanaşılmışdı. Rusiya Kommunist partiyasının Qafqaz Regional Komitəsinin üzvü olan Mikoyan 1919-cu ilin oktyabrında komitənin tapşırığı ilə Denikin cəbhəsindən keçərək Moskvaya gəlmişdi və Leninlə görüşmüşdü. Mikoyan dekabrın əvvəlində Moskvada etdiyi 16 səhifəlik məruzəsində Qafqazdakı vəziyyət və aparılacaq siyasətlə bağlı tezislərini təqdim etdi.

Mikoyanın hesabatı budur:

“Rusiya Kommunist Partiyası Qafqaz Komitəsinin üzvü ANASTAS MIKOYANın
Leninə göndərdiyi "Qafqaz problemi" hesabatı:

(Moskva, 1919 dekabrın əvvəlində)”

Ardı var...

loading...
loading...
Duyğularını onunla bölüşməkcün ağzını açmağa ehtiyac qalmır, o, səni UZİ kimi oxuyur...
Məşhur məmur qadın Naftalanda “şokalad vannası”nda "boğuldu"...
"10 il boyunca mənə uşaqlarımın gözü önündə təcavüz etdi" - AĞLASIĞMAZ...
Bu da oldu: Hindistanda "qaz çıxarma" yarışması keçiriləcək...
"Dünyanın ən xoşbəxt kirpisi" fenomenə çevrildi - MARAQLI
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ermənilər Dağlıq Qarabağ haqda ABŞ MKİ-dən sızdığı iddia olunan sənədlər yaydı... - FOTOLAR
Cəmiyyət
“Dədə Süleyman”dan acı xəbər- Gözü tutuldu...
Cəmiyyət
"Bu gün teatr və aktyor sənəti haqda bilən də, bilməyən də danışır, belə olmaz, ayıbdır"
Gündəm
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Cəmiyyət
“Nəvələrimin toyunu görmək üçün Allahdan ömür istəyirəm...”
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
"Məlumat gəldi ki, Ayaz Mütəllibovun bir maşın silahı Corat qəbiristanlığında gizlədilib..."
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247