Xəbər lenti
29/02/2020 [10:01]:
Konstitusiya Məhkəməsi seçki üçün toplanacaq
29/02/2020 [10:00]:
Suriyada türk əsgərinə xain hücumun pərdəarxası -
29/02/2020 [09:57]:
Keçmiş nazir İsmət Abbasova cinayət işi açıla bilər – hüquqşünas şərhi
29/02/2020 [09:47]:
11 yaşlı vunderkind Eynşteynin rekordunu qırdı
29/02/2020 [09:46]:
İrandan qayıdan Ağdaş sakini karantinə alındı
29/02/2020 [09:44]:
Doqquzuncu sinif şagirdi qızı binanın girişində zorladı
29/02/2020 [09:44]:
Fransanın səhiyyə nazirindən koronavirus çağırışı: “Əl sıxmaqdan qaçının”
29/02/2020 [09:43]:
Paşinyan sadə erməni ailələrinə baş çəkməyə başladı...-Növbəti şou- FOTO
29/02/2020 [09:43]:
Daha bir ölkədə koronavirus aşkarlandı
29/02/2020 [09:42]:
Türkiyə ordusu İdlibdə şəhid verdi
29/02/2020 [09:40]:
Son 1 gündə Çindən kənarda koronavirusa yüzlərlə insan yoluxub
29/02/2020 [09:39]:
Rusiyada helikopter qəzaya uğrayıb: Ölən var - VİDEO
29/02/2020 [08:37]:
Mollalar keşişlərlə futbol oynadı...-FOTOLAR
29/02/2020 [08:05]:
"Sağlamlığı qorumağın ən səmərəli üsulu bədəni hərəkətsizlik halından çıxarmaqdır..."
29/02/2020 [07:44]:
Müəllim sinifdə “Məsti Xumar” mahnısını qoşaraq əndamını oynatmaqla rəqs etdi - VİDEO
29/02/2020 [07:38]:
Son 1 həftədə dünyanın 500 ən zəngin insanı 444 milyard dollar itirdi: KORONAVİRUS...
29/02/2020 [07:36]:
11 yaşlı "ağıl dəryası" Albert Eynşteynin rekordunu təzələdi
29/02/2020 [07:34]:
Putinlə Ərdoğan arasında Moskvada kritik görüş baş tutacaq: Peskovdan açıqlama...
29/02/2020 [07:28]:
Sükana nəzarəti itirən sürücü avtomobili aşırdı - VİDEO
29/02/2020 [07:25]:
Türk ordusu kimyəvi silah təsisatını bu cür məhv etdi - VİDEO
29/02/2020 [07:20]:
ABŞ-da yalnız 1 koronavirus xəstəsi qaldı
29/02/2020 [07:18]:
Baş infeksionist: "Hazırda məktəb və bağçalarda dezinfeksiya işləri aparılır"
29/02/2020 [07:16]:
Tramp Milli Kəşfiyyatın rəhbəri vəzifəsinə namizədini irəli sürüb
29/02/2020 [07:15]:
Xərçəngə səbəb olan məhsul açıqlandı
29/02/2020 [07:14]:
Son sutka ərzində Çindən kənarda koronavirusa mindən artıq insan yoluxub
29/02/2020 [07:10]:
Cavan qalmaq istəyən əkiz bacılar qocalmadan öləcəkdilər - FOTO
29/02/2020 [07:07]:
İtaliyada koronavirusun qurbanlarının sayı 20 nəfəri ötdü
29/02/2020 [07:06]:
Koronavirus ən zənginləri də “vurdu” – 444 milyard dollar itirdilər
29/02/2020 [00:45]:
Türkiyə İdlibdə daha bir şəhid verdi: Ankara Dəməşqə müharibə elan edəcəkmi..?
29/02/2020 [00:38]:
BBC-dən şok iddia: "İranda koronavirusdan 210 nəfər ölüb..."
29/02/2020 [00:20]:
Türkiyənin bu partiyaları ortaq bəyanat yaydı
29/02/2020 [00:17]:
Nərimanovda helikopter yerə çırpıldı - Yeniləndi
29/02/2020 [00:13]:
Türk dronları darmadağın edir, ruslar isə mane olmur - VİDEO
29/02/2020 [00:02]:
Koronavirus ABŞ-da pivə satışına təsir etdi
28/02/2020 [23:59]:
Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər
28/02/2020 [22:58]:
Azərbaycanda koronavirusa yoluxmuş şəxsin yerləşdirildiyi xəstəxana məlum oldu
28/02/2020 [22:54]:
Pakistanda avtobusun qatarla toqquşması nəticəsində 15 nəfər ölüb
28/02/2020 [22:36]:
Kürdəmirdə zəncirvari yol qəzası
28/02/2020 [22:34]:
"Xəzərdəki ən böyük donanma bizə məxsusdur"- İlham Əliyev
28/02/2020 [22:27]:
Prezident: "Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir"
28/02/2020 [22:24]:
Azərbaycanda bu küçə öz-özünə işıqlanır - VİDEO
28/02/2020 [22:22]:
"Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət - VİDEO
28/02/2020 [22:20]:
Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI
28/02/2020 [22:18]:
İlham Əliyev: "Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb"
28/02/2020 [22:17]:
Dövlət başçısı: "Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb"
28/02/2020 [22:15]:
Sarımsaq koronavirusla mübarizə aparmır, əksinə, mikrofloranı zəiflədir - Pediatrdan MƏSLƏHƏT...
28/02/2020 [22:11]:
Bir barmağından istifadə edərək kitab yazdı - MARAQLI
28/02/2020 [22:06]:
Qubad İbadoğludan yeni kampaniya: "Virusu məktəbə buraxmayaq!"
28/02/2020 [22:02]:
Putinin qızı milyardlıq büdcəyə malik “Süni intellekt problemləri institutu”nun rəhbəri oldu
28/02/2020 [21:55]:
Uorren Baffet: “Kriptovalyutalar bir zibilə də yaramır”
28/02/2020 [21:51]:
Batan qadını xilas etmək istəyən kapitan özünü gəmidən atdı - FOTO
28/02/2020 [21:51]:
Ərdoğan və Tramp arasında telefon danışığı oldu
28/02/2020 [21:48]:
Koronavirusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur - TƏBİB
28/02/2020 [21:44]:
Dənizin altında nəfəs aldıran yeni bir alət icad etdi - MARAQLI... + VİDEO
28/02/2020 [21:44]:
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - YENİLƏNİB
28/02/2020 [21:31]:
İsrailin müdafiə naziri İranı hədələdi: "Suriyadan rədd olun, 1 ilə onları qovacağıq”
28/02/2020 [21:28]:
Yaşlı kişi cinsi orqanını, boğazını və biləklərini kəsdi - DƏHŞƏT...
28/02/2020 [21:28]:
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə müsabiqə elan etdi - ŞƏRTLƏR...
28/02/2020 [21:26]:
Metroda mahnı oxudu, həyatı dəyişdi - FOTOLAR
28/02/2020 [21:23]:
İranda dövlət idarə və müəssisələrində iş saatı azaldılıb
28/02/2020 [21:21]:
Putinlə Ərdoğanın görüşü planlaşdırılır
28/02/2020 [21:00]:
Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı
28/02/2020 [20:57]:
Rusiya və Türkiyə arasında kritik görüş başa çatdı
28/02/2020 [20:56]:
“Onu yandıraq, yandırmazdan əvvəl boğaq”
28/02/2020 [20:49]:
Şəhid atası Akara elə sözlər söylədi ki... - Ürəkağrıdıcı anlar
28/02/2020 [20:47]:
“Namusun varsa, arvadını başqa kişi ilə tutanda niyə çəkib, paylaşırsan?”
28/02/2020 [20:43]:
Sumqayıtda "Paşa", Sergiyev Posadda "Qarik" Eduard Qriqoryanla bağlı faktlar - FOTOLAR
28/02/2020 [20:36]:
Rusiyanın məşhur onkoloqu Azər Axundov kimdir?
28/02/2020 [20:31]:
İran parlamentində 4 nəfər koronavirusa yoluxub, bütün iclaslar təxirə salınıb
28/02/2020 [20:29]:
BMT-nin Təhlükəsizlik Şurası İdlib üçün toplanır!
28/02/2020 [20:15]:
Britaniya Xarici İşlər naziri: "Türk əsgərlərinin öldürülməsini qınayıram"
28/02/2020 [20:12]:
Hökumət karantini pozan şəxslərlə bağlı göstəriş verdi
28/02/2020 [20:07]:
Azərbaycan Misirə başsağlığı verdi
28/02/2020 [19:58]:
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı azərbaycanlılara müraciət etdi: "Təşvişə düşməyin"
28/02/2020 [19:56]:
Azərbaycanda koronavirusla bağlı qaynar xətt yaradıldı
28/02/2020 [19:54]:
Baş infeksionist dəhşətli virusa görə məktəb və universitetlərin bağlanması məsələsindən danışdı
28/02/2020 [19:23]:
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlandı
28/02/2020 [19:10]:
Prezident DTX-nin strukturunda dəyişiklik etdi - FƏRMAN
28/02/2020 [18:08]:
Məktəblərdə koronavirus təhlükəsinə görə dərslər dayandırılacaq? - RƏSMİ
28/02/2020 [18:06]:
Operativ qərargah rəsmisi: “Azərbaycanda koronavirusa yoluxan şəxsin təxliyyəsi gözlənilmir” - CANLI
Bütün arxiv bir sırada
11/08/2019 [09:24] - Cəmiyyət - ( 11861 dəfə baxılıb)

Mircəfər Bağırovu heyrətləndirən aktyor - Əliağa Ağayevin qeyri-adi ÖLÜMÜ



O, yayın istisində ictimai nəqliyyatda  gənc bir oğlanın qəzəblə axan göz yaşlarını sildiyini görür. Yaxınlaşıb soruşur ki, heç sənin kimi gənc də bu şəkildə göz yaşı tökərmi? Gənc oğlan cavab verir ki, əgər üç il bir ali məktəbdən kəsirlərsə, başsız qalmış bacı-qardaşlarına çörəkpulu qazanmaq üçün iş tapmazsa, əlbəttə, tökər. Soruşanın məşəqqətli uşaqlığı və gəncliyi düşür yadına. Oğlanı yanına salıb indicə kəsilib çıxdığı ali ocağa aparır. Onun xahişi ilə gənci həmin ali məktəbin gecə şöbəsinə qəbul edib, gündüzlər isə elə həmin institutun tələbə yataqxanasında qarovulçu kimi işə götürürlər.  O vaxtlar sənətkara belə hörmət vardı.   
 

Atasını 1918-də ermənilər qətlə yetirib  

Hələ 2 yaşında olanda anasını itirmişdi. 5 yaşında, 1918-ci ildə atasını ermənilər qətlə yetirib. Atası Qazaxdan, anası Tiflisdən idi. Atası anasını qaçırtmışdı, sonra isə Tiflisə köçmüşdülər. 

1918-ci ildə ermənilər Tiflisdə yaşayan azərbaycanlılara qarşı soyqırımına başlayanda onlar qaçıb Azərbaycana gəlirlər, amma bilmirdilər ki, eyni hadisələr Bakıda da cərəyan edir. 

O vaxt Əliağanın cəmi beş yaşı vardı. Üç qardaş idilər, çox çətinliklərlə boya-başa çatdılar.

 7-ci sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə düzəlir ki, çörək pulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır. 

Elə ilk günlərdən dram dərnəyi rəhbəri onun istedadını sezir. Oynadığı obrazlar tezliklə zavod kollektivinin, sonra Bakı camaatının diqqətini çəkir, onlarda maraq yaradır. 

Bu minvalla Əliağa hələ çox gənc yaşlarından Gənc Tamaşaçılar Teatrının truppasına gəlib çıxır.

Onu Mirzəağa Əliyev kimi sənətkar bəyənir, ştata götürülməsinə nail olur. 

O vaxtdan bu teatrın afişasına yeni, həm də ətrafına tamaşaçı toplaya biləcək bir imza yazılır – Əliağa Ağayev.   
 


İlk sevgi və evlilik   

Gənc Tamaşaçılar Teatrının özülünü qoyanlardan biri olan aktyor az bir zamanda oynadığı obrazlarla, istedadı və xoş xasiyyəti ilə hamının sevimlisinə çevrilir. Kollektivin gənc qızları arasında onu sevənlər də az deyildi, amma Əliağanın gözü onlardan birini tutmuşdu. 

Gənc aktrisa Cəvahir İsgəndərova ilə səhnədə tərəf müqabili idilər. Məhəbbətlərinin özülü elə səhnədə qoyuldu.  Ağadadaş Qurbanov bir gün onların münasibətlərindən xəbər tutub Əliağanı yanına çağırır. Deyir ki, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb: “Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə uzaqlaş, ürəkdəndirsə gecikmə, yaxınlaş”. 

Ürəyini qıza açmağa cəsarət eləməyən gənc bu sözlərdən sonra qəti addım atıb Cəvcahirlə evlənir. 

Uşaqları dünyaya gələndən sonra Cəvahir xanım evdə oturmalı olur, Əliağa uşaqları ona etibar edib özü sənətin zirvələrinə doğru kəşməkəşli yola çıxır. 

Onun da oynadığı “Hacı Qara” tamaşasına Mircəfər Bağırov baxır. Tamaşadan sonra Bağırov Əliağanı yanına çağırtdırır. Əliağanın qardaşı Mirzəağa 1937-də ildə repressiyaya uğramışdı. Bunu nəzərəa alan aktyor kəfənini boynuna salıb Mircəfər Bağırov qəbuluna yollanır. Sən demə, Mircəfər Bağırov onu çağırtdırıb ki, oynadığı obrazdan heyranlığını ifadə etsin. Deyib ki, çox bəyəndim. Fəxri adının olub-olmamağını da soruşub. Bir müddətdən sonra Əliağa Ağayevə əməkdar artist fəxri adı verilib. Sonra da xalq artisti olub.  Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə xalq artisti Əliağa Ağayev idi. 

SSRİ xalq artisti fəxri adı verilməsi üçün aktyora Kommunist Partiyasına keçməsi təklif olunub. Hər dəfə bu söhbətdən yumorunu işə salmaqla yayınan aktyor ömrünün sonuna qədər nə partiyaya  daxil olub, nə də SSRİ xalq artisti adı üçün cəhd göstərib.  

 

Məşədi İbada verilən kürk 
 

 “O, olmasın, bu olsun” filmindən sonra Əliağa Ağayevi hamı tanıyırdı, amma adı ilə deyil, oynadığı obrazla, Məşədi İbad kimi. 

Aktyorla birgə çox tamaşalar hazırlayan rejissor Ağakişi Kazımov xatırlayır ki, bir dəfə İraqda qastrol zamanı Əliağa bazarda itib: “Dedilər, bu harada ola bilər? Hərləndim bazarı gördüm ki, bir yerdən səsi gəlir. Gördüm ki, əfqanlar yığılıb onun başına, qabağında da bağlama var. Dedim bu nədir gətirmisən? Dedi tanıdılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər". 

Mirzəağa Əliyev dünyasını dəyişəndən sonra bir gün Şıxəli Qurbanov Əliağa Ağayevi çağırıb deyir ki, sən “Azdrama”nın səhnəsinə lazımsan. 

Əliağa Ağayev əşyalarını götürmək üçün doğma teatrına gələndə Gənc Tamaşaçılar Teatrının ilk aktyorlarından biri Süleyman Ələsgərov qəmə qərq olur: “Sən bu teatrın qapısına qıfıl vurub gedirsən, buranın tamaşaçıları bundan sonra “Azdrama”ya gedəcəklər”. 

Əliağa Ağayev Məşədi İbadı oynayanda qara, gur saçları olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb. 

Saqqalının üstündə isə günlərlə özü işləyib, nəhayət təbii göründüyünü hiss edəndən sonra çəkilişə razılıq verib. 

Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bircə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin. 

Onun teatrın bufetinə girməyi yetərmiş ki, bütün aktyorlar başına yığışsın. Deyib-gülməyi, yeyib-içməyi çox xoşlayırmış, elə bunun da güdazına gedir.

Heç vaxt şəxsi işləri üçün kimdənsə xahiş etməyi xoşlamayıb.  

Bir qızı, iki oğlu vardı. Deyirdi, bir rollarım, bir də övladlarımdır həyatdakı qazancım. Sənətini də çox sevərdi, amma övladlarının bu sənətə gəlməsinə razı olmazdı. Oğlu Vaqif ondan gizlin o vaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunmuşdu. Hər il atasına “Politexnik”ə hazırlaşıram” deyə yalan satan Vaqif  Ağayev yalnız diplomunu alandan sonra onu atasına göstərib həqiqəti etiraf etmişdi. Vaqif Ağayev çox istedadlı rejissor oldu. Musiqili Komediya Teatrının səhnəsində  şöhrət qazanan “Hicran” tamaşasına o quruluş vermişdi. Hayıf ki, həyatdan vaxtsız köçdü.   


İynə vurdurub filmə çəkilib   


Əliağa Ağayev isə sağlam adam idi. Səhnədə, yeyib-içməkdə, çəkilişlərdə keçdi ömrü. Son illər, yəni ömrünün axırlarında səhhətində bəzi narahatlıqlar olub, bu da yaşın göstəricisi idi. 

Çəkildiyi son “Evlənmək istəyirəm” filminin rejissoru Cahangir Mehdiyev danışır ki, biz onu qızdırmanın içində çəkdik: “Dedim ki, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə bilər, razılaşmadı. Həkim çağırıb iynə vurdular, temperaturu bir az düşdü,  çəkdik, çəkilişdən sonra təcili yardımla getdi”. 

Amma ondan sonra  neçə-neçə çəkilişlərdə, tamaşalarda oldu Əliağa Ağayev. 

Yetmiş yaşı ərəfəsində, yubileyqabağı dostlarıyla kafedə oturub deyib-gülürmüşlər. Əliağa Ağayev danışdığı lətifəyə ətrafdakılarla birgə ürəkdən gülüb. Necə ürəkdən gülübsə ürək damarı partlayıb.  Dostları elə biliblər ki, zarafat edir, baxıblar ki, yox, kişi dünyasını dəyişib. 

Bu hadisə 3 noyabr 1983-cü ildə olub... (modern.az)


Ramilə Qurbanlı,

“33 pərdəli dram”

"Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət - VİDEO
Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI
Bir barmağından istifadə edərək kitab yazdı - MARAQLI
Dənizin altında nəfəs aldıran yeni bir alət icad etdi - MARAQLI... + VİDEO
Yaşlı kişi cinsi orqanını, boğazını və biləklərini kəsdi - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Siyasət
Paşinyan sadə erməni ailələrinə baş çəkməyə başladı...-Növbəti şou- FOTO
Cəmiyyət
“Həkimlər deyir ki, bu xəstəlik ömrünün sonuna qədər səninlə olacaq...”
Gündəm
Çarəsizliyin, çaşqınlığın və ümidsizliyin FOTOSU!
Gündəm
Koronavirusun insan hüceyrəsinə necə nüfuz etməsi  görüntüləndi...- FOTOLAR
Siyasət
Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...
Yazar
İlham İsmayıl
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
Seymur Əliyev
DSX-nın bu torpaqdan pay umanlara verəcəyi yeganə hədiyyə budur: Ölüm!
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Leyla Namazova
“28 il öncə Xocalıda təkcə Xocalı sakinləri qətlə yetirilmədi...”
Həftənin ən çox oxunanları
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Ərdoğanın Qarabağla bağlı bəyanatı Ermənistanı qorxuya salıb
ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general
Ermənilər Yerusəlimə iddialarını rəsmən bildirdilər: Yəhudi-erməni davası ola bilərmi?
Azərbaycanlı İrəvanda meydan oxudu: "Erməni xüsusi xidmət orqanları..." - VİDEO
"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247