Xəbər lenti
23/08/2019 [19:55]:
MN-dən İsrail dronlarının Azərbaycana gətirilməsi ilə bağlı xəbərə münasibət: "Yalandır və..."
23/08/2019 [19:41]:
“On dəqiqə keçmədi ki, ermənilər canlarını qurtarmaq üçün qaçmağa başladılar...” 
23/08/2019 [19:37]:
"Rusiya MiQ-29-un "quşa görə" sıradan çıxmasında maraqlı olmaz, ən azı ona görə ki..."
23/08/2019 [19:35]:
Əminənin qatilinə ömürlük həbs cəzası istənildi
23/08/2019 [19:33]:
Ramzan Kadırovdan Avropanın ən möhtəşəm məscidinin onun adına verilməsinə etiraz...
23/08/2019 [19:32]:
İrana hücum üçün İsrail dronlarının Azərbaycana daşınması barədə məlumatların heç bir əsası yoxdur
23/08/2019 [19:30]:
Nazirlikdən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!”
23/08/2019 [19:02]:
Kovaç: "47 yaşım var və cəmi 10 dəfə sərxoş olmuşam"
23/08/2019 [19:00]:
Meyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLAR
23/08/2019 [18:52]:
Şamaxıda maşın vuran 13 yaşlı oğlan xəstəxanada öldü
23/08/2019 [18:50]:
Obama ailəsinin son halı
23/08/2019 [18:48]:
Məhkəmə yol polisi əməkdaşının ölümünə səbəb olan sürücüyə bəraət verdi
23/08/2019 [18:47]:
Qızmar günəş altında həyatı bahasına pul qazananlar... FOTO
23/08/2019 [18:44]:
Həzrəti Süleymanın “qızı” həbs edildi - “Qanım şəfalıdır” deyib insanlara içirdi
23/08/2019 [18:31]:
Tağıyevin milyonlar qazandığı balıq kombinatı qəzalı vəziyyətdədir - FOTO
23/08/2019 [18:28]:
Türkiyə ilə Rusiya prezidentləri arasında telefon danışığı oldu
23/08/2019 [18:28]:
Bakıda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb - TƏFƏRRÜAT
23/08/2019 [18:24]:
İlham Əliyev Zelenskini təbrik etdi
23/08/2019 [18:17]:
Böyük Millət Məclisində təmsil olunan deputatdan erməni həyasızlığı: “Təəssüf doğurur...”
23/08/2019 [18:08]:
Raquf Orucovun xanımı: “Deyirlər, şəhidin ordeni yoxdursa, adını əbədiləşdirə bilmərik”
23/08/2019 [17:58]:
Fira məşhur mağazanı fırıldaqçılıqda ittiham edir
23/08/2019 [17:49]:
“Bu dövlət 300 ildir Azərbaycanı şantaj edir” – “Yaltaqlar onun adını çəkməyə cəsarət etmir”
23/08/2019 [17:41]:
Qəbələdə də meşə yanır: helikopter və təyyarə cəlb edildi
23/08/2019 [17:28]:
Sakit okeanda yoxa çıxan qadın pilotun sirli ölümü - FOTOLAR
23/08/2019 [17:20]:
Həbsxanaya "heroinli tort" keçirmək istədilər
23/08/2019 [17:19]:
Hirkan Milli Parkında yanğın tam söndürülüb: Təngivanda tüstülənmə var
23/08/2019 [17:16]:
Astarada ana uşaqları ilə evdən qaçdı
23/08/2019 [17:12]:
Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış
23/08/2019 [17:10]:
Sezen Aksuya ağır itki üz verib
23/08/2019 [17:10]:
Oğlunu itirən Zöhrə Abdullayevanın yeni görüntüsü yayıldı - VİDEO
23/08/2019 [17:06]:
Suraxanıda 50 şam ağacı yandı
23/08/2019 [17:03]:
“Ana, nə olar ölmə!” - VİDEO
23/08/2019 [16:42]:
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
23/08/2019 [16:32]:
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
23/08/2019 [16:26]:
Bərdədə balıq tutan şəxs göldə batıb
23/08/2019 [16:25]:
Bakıda iranlı iş adamına qarşı dələduzluq edilib
23/08/2019 [16:23]:
Azərbaycanda şagird sayı 20 nəfərdən az olan 290 məktəb var
23/08/2019 [16:20]:
Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib
23/08/2019 [16:13]:
Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTOLAR
23/08/2019 [16:11]:
Zakir Fərəcov sakinlərlə görüşdü – FOTOLAR
23/08/2019 [16:09]:
DYP havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib
23/08/2019 [16:09]:
"Pul qazana bilmək üçün tualet də təmizləmişəm"
23/08/2019 [16:08]:
Amerikada müsəlman polis rəisi təyin edildi- MARAQLI...
23/08/2019 [16:00]:
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb
23/08/2019 [15:57]:
Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib
23/08/2019 [15:51]:
“Bunu görəndən sonra evdəki kişiyə yemək vermək istəmirsən”
23/08/2019 [15:16]:
Cəbrayıldan olan həkimlər məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirdi - FOTOLAR
23/08/2019 [15:15]:
“Təyyarəni Ağdam avtobusuna çevirən Röya” - VİDEO
23/08/2019 [15:14]:
Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır"
23/08/2019 [15:14]:
Türkiyədə FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat –19 ünvanda axtarış aparılıb
23/08/2019 [15:11]:
Bölgənin xəritəsini Ermənistan yox, Azərbaycan cızacaq!
23/08/2019 [15:10]:
Hindistanda məbədin divarları çökdü - ölənlər var
23/08/2019 [15:09]:
“Bu kateqoriyadan olan tələbələrə "part-time” təhsil modeli tətbiq olunsun” - Təhsil ekspertindən təklif
23/08/2019 [15:07]:
Orta məktəblərdə bir sıra vəzifələrə vakansiya seçimi başa çatır
23/08/2019 [15:06]:
Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib -FOTOLAR
23/08/2019 [15:05]:
Suriya ordusu Türkiyə hərbi bazasını mühasirəyə aldı - FOTO
23/08/2019 [15:05]:
"Ağızları sanki "ACIQ QƏBİR"-ə dönüb bəzi savadsız, təkəbbürlü xəstələrin..."
23/08/2019 [15:02]:
"Tramp bütün dünyanın əziyyət çəkdiyi problemə çevrilib, lakin..." - The Guardian
23/08/2019 [15:01]:
Türkiyəyə ərə gedən aktrisa ana olacaq - FOTOLAR
23/08/2019 [14:58]:
"Heydər Əliyev adına sarayda tamaşaçılarımıza sürpriz etmək istəyirik" - Xalq artistləri
23/08/2019 [14:57]:
“Ciyər axşamı” idi” - Hovuzda oynayanlarla bağlı açıqlama
23/08/2019 [14:55]:
Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI
23/08/2019 [14:48]:
Fransa və Əlcəzair Azərbaycana yeni səfir təyin etdi
23/08/2019 [14:47]:
Rusiyadan gələn maşında bunlar aşkarlandı - Foto
23/08/2019 [14:38]:
Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı
23/08/2019 [14:33]:
Müharibə veteranları DSX-nin sərhəd döyüş məntəqələrində olublar - FOTOLAR
23/08/2019 [14:25]:
Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi
23/08/2019 [14:12]:
Yaqub Zurufçu: "Azərbaycan olmasaydı, məhv olub getmişdim"
23/08/2019 [14:08]:
Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var
23/08/2019 [14:06]:
Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO
23/08/2019 [14:04]:
Bakıda yanacaq daşıyan avtomobildə texniki nasazlıq yaranıb - FOTO
23/08/2019 [13:50]:
Cocuq Mərcanlının ilk məzunlarından biri BDU-da oxuyacaq
23/08/2019 [13:27]:
"Yanıma yüzlərlə valideyn gəlib deyir ki, uşaqlarımız universitetə qəbul olunsa da..."
23/08/2019 [13:26]:
Yer kürəsi təhlükədə - Məşhurlar bundan yazır
23/08/2019 [13:22]:
Azərbaycanın xarici dövlət borcunun ÜDM-də nisbəti 19% təşkil edib
23/08/2019 [13:19]:
Nazir müavini: "Müəllimlərin işə qəbulu üzrə müsahibələrdə 2 632 namizəd iştirak edib"
23/08/2019 [13:15]:
Futbol komandası qəzaya düşdü - Bir futbolçu öldü
23/08/2019 [13:03]:
Bolsonaro: "Makron Braziliyadan şəxsi siyasi mənfəəti üçün istifadə etməyə çalışır"
23/08/2019 [13:01]:
750-dək məcburi köçkün yeni proqrama cəlb olundu
23/08/2019 [12:57]:
“Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi”
Bütün arxiv bir sırada
12/08/2019 [22:10] - Araşdırma - ( 837 dəfə baxılıb)

Azərbaycan dövlətçiliyinin qızıl dövrü: Səfəvilər sülaləsi – VI məqalə



I məqalə burada: http://www.moderator.az/news/282815.html?fbclid=IwAR1d5Dl2AINh7bV7wWWHr9O4RrPhCnokobOn9CdXk2DtOHBEMds_d8z8YPc

 

II məqalə burada: http://www.moderator.az/news/282939.html?fbclid=IwAR1lGCuF3jqFwVsHIXnLBFyJFUN7IM5Eit40M6JPaSMwEN_1Mt8kT8C68sQ

 

III məqalə burada: http://www.moderator.az/news/283188.html?fbclid=IwAR1lwSHci9q0nUiOzAdVrhdXn83OUygODWq1kO1fMSskL_se7QpG9rLsOgU

 

IV məqalə burada: http://www.moderator.az/news/283398.html?fbclid=IwAR0esOwp3_dLo77So004GNsQzweJ7CuI0Ql8z4KaTMklohv

 

V məqalə burada: http://www.moderator.az/news/283465.html?fbclid=IwAR3FoM_fWo0PhUQJycZ5T02Z_gJoFOsHMmWqviBB6NYkVusWxBJglHchb-Y

 


XX əsrin 30-cu illərindən başlayaraq İranda fars dilindən başqa digər dillərdə yazmaq qadağan olundu. Türk dili xüsusilə ciddi nəzarət altına düşdü. Türklərin assimlyasiya olunmasına start verildi. İran tarixçilərini daha çox qorxudan Azərbaycan Səfəvi dövləti və onun banisi Şah I İsmayıl idi. Çünki o, Azərbaycan türklərinin tarixi arzusunu gerçəkləşdirib Azərbaycan Səfəvi dövlətini yarada bilmişdi. Bax, İran bundan qorxurdu. Buna görə də İran tarixçiləri bu dövləti daha çox şiə dövləti kimi təqdim edir, türkçülükdən danışmırdılar. Əli Şəriətidən tutmuş hamısı bu xətti davam etdirirdilər. Ortaya “şüubiyyə”ni atdılar. Amma “şüubiyyəni” də fars maraqlarından izah etməyə çalışdılar. Onların təbirincə, “şüubiyyə” Sasanilər zamanında ərəb işğalına qarşı yönəlmiş bir mübarizə, yəni hərəkat forması idi ki, farsçılığın qorunub saxlanmasına xidmət edirdi. Azərbaycan tarixşünaslığında “şüubiyyə” məsələsinə ilk dəfə önəm verən Şeyxülislam Allahşükür Paşazadə olmuşdur. O, “İslamda ümmət və şüubilik” adlı əsərini yazmaqla bu hərəkatın nə olduğunu və məqsədini İran tarixçilərindən fərqli olaraq obyektiv şəkildə təqdim edə bilmişdir. A.Paşazadə yazır: “Şüybiyyə istilahı şü`ub (xalqlar) ərəb sözündən düzəltmədir və görünür, Qurani-Kərimin mübarək “Biz sizi xalqlar və qəbilələr qıldıq” (Hücurat, 13) ayəsi ilə əlaqədar olaraq meydana çıxmışdır. Qeyd edilən ayədəki “xalqlar” kəlamı şüubi ovqatlı qeyri-ərəb müsəlman mütəfəkkirləri tərəfindən qəbiləyə nisbətən daha geniş, “açıq”, dönməli, daha “mədəni” insan birliyi forması kimi dərk edilir və bu mənada da qəbilələr (qəbail) kəlamına qarşı qoyulurdu” .
Bununla bağlı R.Əliyev özünün “Şeyxülislam, İctimai xadim, Alim” adlı əsərində A.Paşazadənin yazdığı əsərə toxunaraq qeyd edir: “Bu əsər orta əsr müəslman mədəniyyətinin genezisi və dinamikasının, bu mədəniyyətin təşəkkülündə etnik olanla dini olanın nisbəti məsləsinin tədqiqi baxımından olduqca əhəmiyyətli əsərdir. Əsərdə ilk dəfə olaraq din ümumiliyi ideyasına əsaslanan siyasi-ideoloji təsisat kimi ümmətlə qeyri-ərəb müsəlman xalqlarının Xilafətə və ərəb təəssübkeşliyinə qarşı yönəlmiş siyasi hərəkatı kimi şüubiliyin qarşlıqlı təsiri müxanizmi araşdırılır, şüubilik islamdan kənar, yaxud islama zidd fikir cərəyanı kimi deyil, ərəb milli təəssübkeşliyinə qarşı yönəlmiş bir hadisə kimi qiymətləndirilir” . R.Əliyev islama aid başqa bir kitabında yazır ki, “İslamın Qərbi Ərəbistanda meydana gəlməsi, ərəb qəbilələri arasında qısa bir zaman içərisində bütün Ərəbistanı öz bayrağı altında birləşdirməsi, Ərəbistan yarımadası hüdudlarını aşaraq Asiya, Afrika və Avropanın bir çox ölkələrində yayılması” məlumdur. Bu dinin banisi və onun insanlara çatdırılmasında Allahın elçisi seçilən, dünyanın ən möhtəşəm peyğəmbər kimi tanıdığı Həzrəti Məhəmməd (s.ə.s.)dir. Bu məsələyə toxunan A.Paşazadə yazır ki, “İslam dininin Müqəddəs kitabı-Qurani-şərifin bir çox ayələri sübut edir ki, İslam yalnız ərəblərə yox, bütün insanlar, bəşər nəslinə nazil edilmiş bir dindir. Müxtəlif xalqların bu dini asanlıqla, demək olar ki, sülh yolu ilə qəbul etməsi də islamın cahanşümul keyfiyyətlərinə dəlalət edir”. Bu məsələ “Qurani-Kərim”in müqəddəs surələrində də öz əksini tapmışdır. “Ən-Nəhl” surəsində deyilir: “(Ya Məhəmməd!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (28, “ən-Nəhl”, 125). Bəllidir ki, ilk islam dövləti kimi Xilafət də tarixə Ərəb dövləti kimi daxil olmuşdur. İslam o zamanlarda yayılarkən ərəblər arasında iki meyl özünü göstərirdi. Bu məsələyə özünün yazmış olduğu dissertasiyada toxunan Əlirza Qafarov qeyd edir ki, “Birinci meyl tərəfdarları islamın yayılmasından qənimət toplamaq və varlanmaq məqsədilə istifadə edənlər, ikinci meyl tərəfdarları isə islamın təbliğinə qoşulmaqla bu dinin ümumdünya risaləsinin gerçəkləşməsinə kömək etmək niyyətində olanlardır. Həqiqətən də İslamı mənfəət naminə qəbul edənlərlə bağlı Quranın “əl-Hucurat” surəsində gözəl buyrulur: “(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!”- dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, isalmı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatlarınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (29, 75; 30, “əl-Hücurat”, 14). Bu meylləri birər-birər təhlil edən Şeyx həzrətləri belə qənaətə gəlir ki, qənimət toplamaq və varlanmaq məqsədi güdən ərəblər qeyri-ərəb müsəlman xalqlarına “məvali” – yəni himayə altında olanlar, azad edilmiş qul, nökər kimi münasibət bəzləyərək özlərini onlardan yüksək tutmağa çalışalar da, ikinci meylin tərəfdarları islamın təbliği ilə məşğul olub onun ümumdünya çevrəsinin genişlənməsi və bunun nəticəsində təşəkkül tapan müsəlman ümmətinin birliyinə, onların arasında bərabərliyin bərqərar olmasına çalışmışdır. Bu barədə Qurani-kərimin “əl-Hücurat” surəsində verilən ayədə buyurulmuşdur: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lğa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə, rişxənd olunanlar daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-biriniz pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i.a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etmyənlər zalimlərdir! (Özlərinə zülm edənlərdir!) (30, “əl-Hücurat”, 11). Tarix sübut edir ki, qeyri-ərəb müsəlmanlara təkəbbürlü ərəblərin bu cür münasibəti bir mənalı olmamışdır: bu xalqlar islamı qəbul etsələr də, Allahın Rəsuluna, Quranı-kərimə iman gətirsələr də, ərəblərin onların üzərində üstün olmaq iddialarını qəbul etməmiş, həmişə kütləvi halda öz etirazlarını bildirmişlər. Bu cür çıxışlar, etiraz islam tarixində “Şüubilik”, yəni “xalqçılıq” hərəkatı kimi qeyd olunmuşdur. “Şüub” sözü ərəbcədə, ərəb qəbilələrini (qaba’il), ərəb olmayan (əl-əcəm) qəbilələr mənasında işlənmişdir. Bu baxımdan Şüubiyyə, ərəb qüruruna rəqib olan və ya ərəb olamayanları ərəblərdən üstün tutan ərəblərə nifrət edən firqə idi” . 
Şeyx həzrətləri Şüubilik hərəkatının tarixinə nəzər salanda vurğulayır ki, bu hərəkatın nəticəsində ərəb qəbilə təəssübü xalq təəssübünə çevrilmişdir, lakin bütün bunlara baxmayaraq hakimiyyətdə hansı xalqın nümayəndələri üstünlük təşkil etmişlərsə, Xilafətdə də həmin xaqın təəssübünə uyğun siyasət yeridilmişdir. Şeyx həzrətlətləri buna misal olaraq qeyd edir ki, Əməvilərin hakimiyyəti dövründə ərəblər, Abbasilərin xilafəti zamanında isə əvvəlcə fars, sonra türk təəssübkeşliyi üstünlük təşkil etmişdir. Doğrudan da xilafətdə ictimai ədalət, hüquq bərabərliyi məsələləri mühüm yer tutsa da, ərəblərin başqa xalqlara münasibətində şovinist əhval-ruhiyyə qalmaqda idi. Əlbəttə ki, belə məqamda azadfikirli əcəmi (qeyri-ərəb) şairlərin, alimlərin ilkin orta əsrlərdə mühüm tənqid hədəfinə çevrilmiş ərəb şovinizminə qarşı Şüubilik (əş-Şüubiyyə) kimi bir hərəkatın yaranması təbii idi”. 


Yekun olara qeyd edək ki, A.Paşazadənin Şüubilik haqqında bu fikirləri reallığı tam əks etdirir: “İstət islam fikir tarixində, istərsə də müasir tədqiqat əsərlərində şüubulik bir çox hallarda islam hüdudlarından kənara çıxan, islama zidd olan bir hərəkat kimi həzərdən keçirilir. Hər halda, bəlkə də kiməsə tutarlı görünən bu iddianın tənqidi təhlili oluqca mühümdür. Təbiidir ki, Şüubiliyin milli olana birinci dərəcəli əhəmiyyət verməsi, “milli şüura” yönəldilmiş olması Qurani-Kərimin açıq-aşkar dəlilləri əsasında ümməti bütün möminlərin vahid icması kimi qavrayan ardıcıl islam nöqteyi-nəzərindən məqbul sayıla bilməz, igər tərəfdən isə, “milli olan” haqqında islam təsəvvürlərinin təhlili göstərir ki, islam “xalq” və “qəbilə” kimi insan birliyi formalarını rədd etmir – Hidayət Kitabına görə , bu cür birliklərin varlığı feli-İlahinin ayətlərindəndir. Deməli, şüubiliyin qövmiyyət yönümü onun “islama zidd” səciyyə daşıdığına dəlalət etmir və bu barədə irəli sürülən hər hansı bir iddia mübahisə doğurmaya bilməz. Zənnimizscə, Şüubiliyi hər halda islam hadisəsi kimi nəzərdən keçirmək daha düzgün olardı: bu hərəkat yalnız islam dövründə meydana gəlmiş və heç vaxt darülislam hüdudlarından kənara çıxmamışdır; Şüubilik siyasi-məfkurəvi və ictimai-psixoloji hadisə kimi islamın yayılması və ümmətin çoxmillətli ictimai orqanizm kimi meydana çıxması şəraitində təşəkkül tapmışdır; Şüubiliyi qidalandıran birinci amıl müsəlman xalqlarının ümmətdən kənarda deyil, məhz ümmət daxilində özünətəsdiq cəhdi olmuşdur. İstər ərəb mütəfəkkirləri tərəfindən məfkurəcə əsaslandırılan “mərkəzin şüubiliyi”, istərsə də əcəm əql-zəka sahiblərinin təbliğ etdikləri “əyalətlərin şüubiliyi” miras alınmış mədəni ənənələrin müdafiəsinə yönəldilmiş olsalar da, “hər iki firqə islam hüdudları daxilində fəaliyyət göstərir və ərəb dilindən istifadə edirdi. Nə farslar, nə də onlardan nümunə götürən nəbətiyyəlilər, qibtilər, bərbərlər və həbəşlər özlərini inqilabçı elan etmirdilər; onlar yalnız ümmət daxilində öz mövqelərini müdafiə edirdilər. IX əsrdə İran əyalətlərinin əksər hallarda mərkəzi hökumətin birbaşa nəzarətindən yayınıb bilə-bilə öz spesifik keyfiyyətlərini qoruyub saxladıqlarına və təbliğ etdiklərinə baxmayaraq, şüubilərin fars dilini inkişaf etdirdiklərinə dair sübut-dəlil yoxdur”. 
Şüubilər özləri də mötədil (mülayim, mütanasib), və ifratçılar (həddi-hüdudu bilməmə) olmaq baxımından iki qismə bölünürdülər. Birincilər üçün ərəblərlə başqa xalqlar arasında heç bir fərq olmadığı və onlar ictimai bərabərliyi təbliğ etdikləri halda, ikinci qism tərəfdarları isə ərəbləri hər hansı cəhətdən öz xalqlarından aşağı sayırdılar. Təbii ki, islam Xilafət daxilində baş verən bu hadisələrdən çox-çox uzaq olmuşdur, çünki bütün çağlarda islam xalqları birliyə, həmrəyliyə, qardaşlığa çağırmışdır. Müqəddəs Qurani-kərimdə deyilir: “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (30, “əl-Hücurat”, 10). Bizim “Şüubiliyə” bu qədər yer verməyimiz saxta İran tarixçilərinin uydurmalarına cavab vermək idi. Saxta İran tarixçiləri Şüubiyyəni Sasanilərdən qalma bir hərəkat kimi təqdim edir və səfəviləri də ona bağlamaqla səfəvilərin Azərbaycan Türk dövləti olmasına kölgə salmağa çalışırlar. Amma Şüubiyyəni Səfəvilərə tətbiq etmək nə dərəcədə düzgündür? Əgər Səfəvilərin başlıca amalı Azərbaycan dövlətini ortaya qoymaq idisə, hansı Şüuibiyyədən söhbət gedə bilər. Qızılbaşların ətrafında formalaşan Türk tayfalarımı Şüubiyyə ideologiyası ətrafına birləşmişdi? O zaman ərəbizm var idimi? Əksinə, Şah İsmayıl Xətai özünü həzrəti Əli (ə)nin məhzəri sayır və münasibətlərində islamdan gələn əxlaqı təcəssüm etdirirdi. Təpədən-dırnağa qədər sufi kimi yetişdirilən bir insana Şüubiyyə ideoloqu kimi baxmaq nə dərəcədə düzgündür? Səfəvi-Qızılbaş ailəsinə aid bir dənə fars tayfası göstərə bilərsinizmi? Səfəvilərdə olan şiəlik İslam dini baxımından necə araşdırılıbdır? Orta əsrlər üzrə bütün Qərb tarixçiləri vurğulayırlar ki, indiki İran şiəliyi ilə orta əsrlər şiəliyi arasında eynilik yoxdur. Orta əsrlər şiəliyi daha çox sufizmə yaxın idi. İndiki İran şiəliyi isə siyasi maraqlara xidmət edən bir ifrat cərəyana çevrilibdir ki, bunu kökündə də farsçılıq dayanır. Səfəvi mənbələri birmənalı şəkildə vurğulayır ki, Şah I İsmayıl sufilər içərisində böyümüş və tərbiyə almışdı. Bütün dinlər haqqında ona bilgilər verilmiş, səmavi kitabları əzbərlətmişdilər. O, bir sufi kimi yetişdirilmişdi. Xürrəmiliyə, Hürufiliyə, Bəktaşiliyə rəğbəti çox yüksək idi. Burada bir məsələyə toxunaq ki, türklər müsəlmanlığı basmaqəlib bir din olaraq qəbul etməmişlər. Bu dini özlərinin kültür və mədəniyyət nümunələri ilə zənginləşdirmişdilər. Bəktaşilik, Qızlıbaşlıq (Ələvilik), Tahtacılıq kimi müsəlmanlığı qədim Türk tayfalarının dini ənənləriylə qarışdıran təriqətlərin inanc və törənlərində Türk zehniyyəti nəzərə çarpmaqdadır. Sərbəst düşüncəyə, gözəl sənətlərə, ədəbiyyat və müsiqiyə baş yer verməklə topluluq həyatı yaşamaq, böyüklərə sayğı, möhtəşəm bir nizam, qardaşlıq, qarşılıqlı münasibət, qarşılıqlı inam, azad düşüncə, azad ruhlu Türk ənənələri bu təriqətlərin təməlində vardır. Bu mənada Qızılbaşlıq”la “Şühibiyyə”ni müqayisə etmək yalnız xüsusi məqsədlərdən irəli gəlirdi. Bir məsələni də diqqətinizə çatdıraq ki, İndiki İran şiəliyi siyasi bir cərəyana çevrilmişdir, ona daha çox fars ənənələri əlavə olunmaqla, İran İslam dövlətinin maraqlarına xidmət edir. Maraqlıdır ki, İranda aparılan bu ideoloji xətt öz işini görmüşdür. Bu gün Azərbaycanın Güneyində yaşayanlarda Şah I İsmayıla, Səfəvilərə qarşı bir antipatiya var və onları molla qismində görürlər. Burada tarixi reallıq yada düşür. Tarix o deyil ki, təkcə onu öyrənəsən və hadisələri biləsən. Tarix odur ki, nəticə ortaya qoyasan. İran bu nəticəni ortaya qoydu. Azərbaycanın Güneyində Səfəvilərə qarşı münasibətdə istədiyinə nail oldu. Amma Quzeydə bu baş vermədi. Bu da yuxarıda qeyd etdiyimiz kimi, SSRİ-nin o zaman İrana olan münasibəti və Azərbaycan dövlətlərini, o cümlədən Azərbaycan Səfəvi dövlətini gündəmə gətirməsi idi. Bu mənada Səfəvilərə münasibətdə Güney və Quzeydə yaşayanlar arasında fərqlilik yarandı. Bu da bir faciədir! Bizim üzərimizə düşən öhdəlik də bundan ibarətdir ki, bu ideoloji sistemi darmadağın edək. Artıq bu istiqamətdə ciddi işlər gedir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda bu məsələ nəinki həllini tapıbdır, əksinə qardaş Türkiyə tarixçilərinin bir çoxu da bizim səsimizə səs verirlər. Hesab edirik ki, bu məsələ tezliklə öz həllini tapacaqdır və İran tarixşünaslığının yalanları puç olacaqdır. Bu gün də İran tarixşünaslığı bu istiqamətdə işlər aparır. Lakin unudurlar ki, artıq müstəqil Azərbaycan tarixşünaslığı vardır və həmişə onlara layiqli cavablar verənlər yetişibdir.
Azərbaycan Səfəvi dövlətinin yaranış yolu uzun yüzilliklərdən keçmişdir. XII əsrdən sonrakı sufi təriqətləri içərisində «Səfəviyyə» Azərbaycanın siyasi ictimai həyatında və fəlsəfi-ədəbi fikir tarixində mühüm rol oynamışdır. Şeyx Səfiəddindən başlayıb Şah İsmayıla qədər uzanan bu hərəkatın nəticəsi olaraq 1501-ci ildə Azərbaycan Səfəvilər dövləti qurulmuşdur. Səfəvilərin iqtidara gəlməsinə qədər keçən 250 illik məsafə ərzində təriqət köklü dəyişikliklərə məruz qalmışdır. Ümumilikdə isə, Azərbaycan nəinki sufi cərəyanlarının toparlaşdığı ərazi olmuş, eyni zamanda bəşər elminə sufi sistemində özünəməxsusluğu ilə seçilən «Xürrəmilik», «Hürufilik», “Xəlvətiyyə”, «Səfəviyyə» kimi təriqətləri bəxş etmişdir. «Xəlvətiyyə» təriqəti onun ikinci piri sayılan Seyid Yəhya Bakuvinin hesabına daha da məşhurlaşmış, Azərbaycan sərhədlərini aşaraq, Osmanlı imperiyasında rəsmi status almışdır. Bu təriqətlər içərisində «Səfəviyyə» təriqəti xüsusi olaraq seçilmiş, məhz bu təriqətin bazasında sonralar meydana çıxan «Qızılbaşlıq» hərbi-siyasi-dini doktrinanın hesabına sufilərin rəhbərlik etdiyi sekulyar bir dövlət qurulmuşdur. Beləliklə, orta əsrlərdə tarix səhnəsində analoqu olmayan bir dövlət Dünya xəritəsində özünə yer almışdır. Bu istiqamətdə rol oynayan əsas faktor həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və «Qızılbaşlığa» sadiq olmalarıydı.

 

Dilavər Əzimli

BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

 

loading...
loading...
Rus müxalif lideri həbsdən çıxdı - Açıqlama...
Sabiq deputat imkansız tələbələrə dəstək üçün “Savadlı Gələcək Naminə” səhifəsi yaratdı
Turistləri ildırım vurdu: 3 ölü, 22 yaralı...
Bu şəhərin var olmadığını sübut edənə 1 miyon avro veriləcək - MARAQLI
Bitki çaylarının içindən böcək parçaları, qaş və kiprik çıxdı - İNANILMAZ...
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Böyük Millət Məclisində təmsil olunan deputatdan erməni həyasızlığı: “Təəssüf doğurur...”
Müsahibə
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
Gündəm
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
Cəmiyyət
“İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”
Gündəm
“Şəhid qəbiristanlığı” gənclərin gülüş obyektinə çevrilib: Əslində, elə belə də olmalı idi!
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)