Xəbər lenti
23/01/2020 [10:07]:
ABŞ 700 kentilyon dollarlıq qızıl asteroidin peşində...
23/01/2020 [09:44]:
“Rusiya bir “Titanik”dir, kapitan hara çıxsa da, batacaqdır”
23/01/2020 [09:29]:
Fransa prezidenti Qüdsdə polislərə qəzəbləndi – VİDEO
23/01/2020 [09:28]:
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
23/01/2020 [09:26]:
İlham Əliyev Mixail Qusmanı təltif etdi
23/01/2020 [09:15]:
Gələcəyin keçmişlə görüşü: Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşdü...
23/01/2020 [08:46]:
Məktəbli Seyid  Həccə getmək üçün   4 il pul topladı...–İbrətamiz-FOTOLAR+VİDEO
23/01/2020 [08:02]:
"Bu ayədə behiştə və cəhənnəmə düşmüş tanışların söhbətindən bəhs olunub..."
23/01/2020 [00:50]:
Gəncədə 5 saylı Şəhər Poliklinikasında yanğın olub
23/01/2020 [00:49]:
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
23/01/2020 [00:23]:
Dövlət başçısı: “Bizim coğrafi mövqeyimiz çox əlverişlidir”
23/01/2020 [00:22]:
“Biz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir”
23/01/2020 [00:22]:
Prezident: “Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir”
23/01/2020 [00:18]:
Aqil Məmmədov növbəti təbliğat kompaniyasını Goranboyda davam etdirib - FOTO
23/01/2020 [00:12]:
Dünya şöhrətli müğənni anasının ölümündən bir neçə saat sonra konsert verdi
23/01/2020 [00:08]:
Türkiyədə yüksək vəzifəli məmur çıxışı zamanı infarkt keçirdi - VİDEO
22/01/2020 [23:42]:
Deputatlığa namizəd Mehdiabadda məskunlaşmış cəbrayıllılarla görüşdü - FOTOLAR
22/01/2020 [23:26]:
“Xamenei şiələr tərəfindən lənətlənəcək” – Hizbullahın keçmiş liderindən şok açıqlamalar
22/01/2020 [23:09]:
"Gizli elmlər" hansı sirləri açır? - Elmi-lədun
22/01/2020 [23:06]:
Prezident İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
22/01/2020 [23:04]:
"Bundan sonra da etimadınızı doğrultmaq üçün var gücümlə çalışacağam" - FOTOLAR
22/01/2020 [22:55]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında - YENİLƏNİB+FOTO/VİDEO
22/01/2020 [22:49]:
Umayra Tağıyeva: "Bakıya ilk qar yağacaq"
22/01/2020 [22:46]:
Rusiya Xalq artistinin nikahdankənar oğlu olduğunu deyən Timur Bakıya qayıdır
22/01/2020 [22:05]:
Bu gün şəhid ailələrinin qapısını süng edənlər, sabah bu qapını yad edəcəkmi?
22/01/2020 [21:58]:
Elnarə Abdullayevadan sərt sözlər: "İş görə bilməyən qızlar ərə getməsin!" - VİDEO
22/01/2020 [21:42]:
Məşhur aparıcı canlı yayımda rüsvay oldu - RƏZALƏT...+ VİDEO
22/01/2020 [21:37]:
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
22/01/2020 [21:25]:
"Puldan əvvəl namus və şərəf gəlir, siz belə şeyləri bilməzsiniz, ay şərəflərini pula satanlar"
22/01/2020 [21:16]:
İyirmi altı il fərarilik həyatından sonra yol polisinin qarşısına çıxdı...
22/01/2020 [21:15]:
Təyyarədəki sərxoş qadını bu cür sakitləşdirdilər - MARAQLI... + VİDEO
22/01/2020 [21:03]:
İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşüb
22/01/2020 [20:56]:
Balıq ovuna çıxdı, həyatının şokunu yaşadı - QORXUNC...+ FOTOLAR
22/01/2020 [20:46]:
Məleykə Əsədova: "Gözəl görünməyimə baxmayın..."
22/01/2020 [20:38]:
Ən qədim krater bu ölkədə kəşf edildi - MARAQLI
22/01/2020 [20:33]:
8 saylı Binəqədi birinci seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR
22/01/2020 [20:27]:
ABAY VƏ QAZAXISTAN XXI ƏSRDƏ
22/01/2020 [20:19]:
Aİ rəsmisi: “Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik”
22/01/2020 [20:15]:
Ötən il Azərbaycanda 2308 nəfər soyad sonluğunu dəyişdirib
22/01/2020 [20:09]:
Bu görüntülər dünyanı ayağa qaldıracaq - AĞLASIĞMAZ... + VİDEO
22/01/2020 [20:04]:
Saakyan Kəlbəcərin Tutqun dərəsindəki oteldə gizli görüş keçirdi... - FOTOLAR
22/01/2020 [20:03]:
Ölkədaxili qatar biletləri ilə bağlı yenilik
22/01/2020 [19:47]:
“Azərsun Holdinq” 500 fəhlənin işdən qovulmasına aydınlıq gətirdi
22/01/2020 [19:44]:
Mişel Platini yeni vəzifəyə təyinat alıb
22/01/2020 [19:40]:
Davosda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb
22/01/2020 [19:33]:
Niyaməddin Orduxanlının minlərlə seçki bukleti çap edildi
22/01/2020 [19:31]:
İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi
22/01/2020 [19:25]:
“O klipdən sonra övladım öldü” - Səyyad Əlizadə başına gələn məşum hadisədən danışdı - VİDEO
22/01/2020 [19:11]:
Ehsan Zahidov: "Əlizamin Salayevlə bağlı yazılanlar həqiqətə uyğun deyil"
22/01/2020 [19:08]:
“Əhalinin etibar etdiyi adamlar…” - Prezident seçkilərdən danışdı
22/01/2020 [18:57]:
Neft çənində qaynaq aparan fəhlənin partlama anı - VİDEO
22/01/2020 [18:45]:
Daxili İşlər Nazirliyi işçi axtarır - Müsabiqə elan edildi
22/01/2020 [18:43]:
Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirildi
22/01/2020 [18:30]:
BDU-nun ölən tələbəsinin atası Rusiya səfirliyinə müraciət etdi
22/01/2020 [18:23]:
Nazirlik əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
22/01/2020 [18:22]:
Təcrübəli pilot yeni təyyarənin havaya qalxacağına inanmadı - VİDEO
22/01/2020 [18:06]:
İlham Əliyevin Davosdakı çıxışı Türkiyə telekanalında - VİDEO
22/01/2020 [18:04]:
Fransa prezidenti: "İranın nüvə silahı ola bilməz"
22/01/2020 [17:50]:
İlham Əliyev Monqolustan Prezidenti ilə danışıqlarda - FOTO
22/01/2020 [17:48]:
İlham Əliyev görüş keçirdi - FOTO
22/01/2020 [17:47]:
İlham Əliyev Polşa Prezidenti ilə görüşdü - FOTO
22/01/2020 [17:42]:
Fəzail Ağamalının Milli Məclisdəki çıxışlarından fraqmentlər...- VİDEO
22/01/2020 [17:29]:
"Sonra gec ola bilər, bu təhlkəli vurusdan Gürcüstanda və Rusiyada da ölənlərin sayı artır"
22/01/2020 [17:25]:
Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO
22/01/2020 [17:19]:
"Namizədlər anlamalıdırlar ki, deputat mandatı üstünlük deyil, ağır məsuliyyətdir"
22/01/2020 [17:18]:
Azərbaycanda evdən qaçan ana ilə bağlı şok təfərrüat: Qırmancla döyülüb, dəhşətli şiddətə məruz qalıb
22/01/2020 [17:14]:
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fövqəladə Hallar Nazirliyində olub
22/01/2020 [17:13]:
Həftarın ordusu Tripolini bombaladı
22/01/2020 [17:12]:
İlham Əliyev Putinlə görüşünü anons etdi
22/01/2020 [17:09]:
Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib
22/01/2020 [17:05]:
DİM 2020-ci ildə keçiriləcək imtahanların tarixləri haqqında məlumat yaydı...
22/01/2020 [17:04]:
YAP-ın 22 saylı Nəsimi II Seçki Dairəsi üzrə namizədinin seçicilərlə görüşü keçirilib
22/01/2020 [16:54]:
Trece Company şirkətinin nümayəndələri ADAU-da - FOTOLAR
22/01/2020 [16:49]:
Əlisahib Hüseynovun seçicilərlə görüşləri davam edir
22/01/2020 [16:48]:
Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub
22/01/2020 [16:23]:
Trampdan ölkəsində dünyaya gələcək əcnəbi körpələrə zərbə: Bundan sonra onlara...
22/01/2020 [16:05]:
“Xudu Məmmədov başda olmaqla ziyalıların ondan xahişi  Ermənistan qaçqınlarını Qarabağda yerləşdirmək olub…”
22/01/2020 [15:49]:
SDU-da ənənəvi "Açıq qapı" günü keçirildi - FOTOLAR
22/01/2020 [15:39]:
Kraliça Meqan Marklın zinət əşyalarını əlindən alır
22/01/2020 [15:36]:
İlham Əliyev: "Yenilənmiş Milli Məclis Azərbaycanda aparılan islahatların vacib hissəsi olacaq"
Bütün arxiv bir sırada
14/08/2019 [00:58] - Araşdırma - ( 888 dəfə baxılıb)

Azərbaycan dövlətçiliyinin qızıl dövrü: Səfəvilər sülaləsi – VII məqalə



I məqalə burada: http://www.moderator.az/news/282815.html?fbclid=IwAR1d5Dl2AINh7bV7wWWHr9O4RrPhCnokobOn9CdXk2DtOHBEMds_d8z8YPc

 

II məqalə burada: http://www.moderator.az/news/282939.html?fbclid=IwAR1lGCuF3jqFwVsHIXnLBFyJFUN7IM5Eit40M6JPaSMwEN_1Mt8kT8C68sQ

 

III məqalə burada: http://www.moderator.az/news/283188.html?fbclid=IwAR1lwSHci9q0nUiOzAdVrhdXn83OUygODWq1kO1fMSskL_se7QpG9rLsOgU

 

IV məqalə burada: http://www.moderator.az/news/283398.html?fbclid=IwAR0esOwp3_dLo77So004GNsQzweJ7CuI0Ql8z4KaTMklohv

 

V məqalə burada: http://www.moderator.az/news/283465.html?fbclid=IwAR3FoM_fWo0PhUQJycZ5T02Z_gJoFOsHMmWqviBB6NYkVusWxBJglHchb-Y

 

VI məqalə burada: https://www.moderator.az/news/283547.html?fbclid=IwAR2sQi0jNHrxk0TP84pnKf-k1dcO8b0jAw1ahCREz9xl0l4LbVX0vqOnfrY

 


«Qızılbaşlıq» nədir və hansı prinsipləri özündə əks etdirir, buna aşağıda aydınlıq gətirəcəyik. 
Qızılbaşlıq bir başa Şeyx Heydərlə bağlıdır. Bu barədə mənbələrdə əksini tapan fikirlər odur ki, onun zamanında gördüyü bir yuxuya əsasən o zaman dəbdə olan Türkman papağını on iki zolaqlı “Heydər papağı” (“tərəke-Heydəri”) ilə əvəz etdi. Onun arxasınca gedən və ona itaət edən adamlar da onun əqidəsini qəbul etdilər. Elə buna görə də, onun ətrafındakılar “Qızılbaş” ifadəsi ilə məşhur oldular.
Əslində, Şeyx Heydər ənənəvi Türkman papağının başlığına 12 qırmızı dilimli tac (Tacı Heydəri adlandırılır) əlavə etdi. Bu başlığı geyənlərin əksəriyyəti türk idilər. Bunlara Qızılbaş deyildi. Onları Qızlbaş adlandırdılar. Bu ad onların başlarına qoyulan papaqlarından gəlirdi. 12 dilim də 12 imamı simvolizə edirdi. Bu Qızlıbaş adı çox geniş yayıldı. Bütün Türk tayfaları, Qzılbaşların müridləri oldular. Onların sufilərinə çevrildilər. Bütün bunlar Şeyx Heydər zamanında baş verdi. Daha sonralar Şah Xətai tərəfdarları da o adı aldılar. Onların qurduğu dövlət də Qızılbaş dövləti adlandırıldı. Onlarla bütün qonşu dövlətlər də onları bu adla qəbul etdilər. Qaynaqlarda bu ad daha çox yazılır. Səfəvilər isə sülalənin adıdır. Qızılbaşlıq isə dövlət quran, daha geniş ərazini əhatə edən bir sistemin adı idi. 
Qızlbaşlıq deyimi ilə bağlı ömrünün böyük hissəsini təriqətlərin öyrənilməsinə sərf edən İrene Melikoff belə yazır: “Qızılbaş deyimi Şah İsmayılın 1460-cı ildə doğulan və 1488-ci ildə öldürülmüş babası Şeyx Heydər zamanında ortaya çıxmışdır. O zaman ilk səfəvilərin qırmızı papaq geyən tərəfdarlarını adlandırmaqdla işlədilən və başlanğıcda siyasi bir ad olan bu deyim ilk Səfəvilərin dini təbliğatlarının nəticəsində, başlıca olaraq On iki imam inancına bağlı qalmaqla birlikdə, təcəlla (Tanrının insanoğlu surətində görünməsi), tənasüx (ruhun köçü, yaxud formaların çoxu və ruhun çoxluq aləmindəki köçü) inancları və şəxsən məzhər-ullah (yəni, Allahın bəşər surətində təcəllası) olan Əli (ə)nin təcəssümü (reincarmationu, bədənə dönüşü) sayılan Səfəvi hökmdara tapınma ilə birləşərək ifrat şiəliyin bütün ayırıcı xüsusiyyətlərini ortaya qoyan Türkmən bir şiəlik biçiminin adı oldu. Daha sonra Səfəvi sülaləsi Qızılbaşlığın özündə əks etdirdiyi şiəliyə aid bu maddələri ifrat şiə düşüncə sisteminə uyğun olaraq yeni bir inanca dönənə qədər, ayırd etməyə məcbur qalacaq. Ən qədim qaynaqlara və başda Şah İsmayılın divanına baxarsaq, “Ələvi” deyimin keçmədiyini görürük. Buna qarşılıq olaraq Şah İsmayıl tərəfdarlarını və özünü adlandırarkən Qızlbaş deyimini işlədir: “Yüreği dağ, bağrı kızıl yakut gibi kab olmadan, Kızılbaş olmak kimsenin haddi degildir”. Şah İsmayıl haqqında verilən və təlimlərini məhkum edən fətvada, eyni Qızılbaş deyiminin rafizi və mülhid deyimlərinə bənzədildiyinin şahidi oluruq: “Müslümanlar bilün ve ağah olun şol taife-i Kızılbaş ki reisleri Erdebil oğlı İsmaildür”. Ahmet Refik tərəfindən yayınlanan və bu məzhəb mənsublarının məhkum edildiyi sənədlərdə rastlanan bu üç deyim bunlardar: “Qızlbaş, rafizi, Mülhid. Bircə dəfə də olsun Ələvi deyiminə rast gəlmək olmur. Bu nümunələrdən, burada incələnən faktlardan aşkar olunan ən doğru deyimin “Qızılbaşların dini” deyimi olduğu görünür. Bizim də mümkün olduğu ölçüdə açıqlamaya və təyinatına çalışacağımız da bu, “Qızılbaşların dini” olacaqdır. Uzun illər incələmə sahəm “Qızlbaş” çevrələr, ya da bu gün onların dediyi kimi Anadolu “Ələvi” çevrələri oldu. Öncə şiəliyin Qızlbaş görünümü olaraq yuxarıda təqdim etdiyim inanc biçimiylə qarşı-qarşıya qaldığımı sanırdım. Fəqət araşdırmalarımı iki ildən bəri eyni faktlara daha da zəngləşdirdim və İran Azərbaycanına getməyə fürsət tapdım. Bu ərazilərdə gəzintilərim və görüşlərim fikirlərimi bir az dəyişdirdi. Söz mövzusu olan şiə bir islamlıq deyil, daha çox Səfəvi təbliğatı ilə şiələşdirilmiş və sufiləşdirilmiş Türkmən bir din anlayışı idi” . 
“Qızılbaşlıq”la bağlı Nihat Çətinqaya bunları yazır: “Bugün yazarlar, araşdırmaçılar və bir qism bilim adamları, böyük ölçüdə Osmanlı tarixçilərinin təsiriylə Qzılbaş adını tamamən Şeyx Heydərin türkmənlərə geydirdiyi söylənilən 12 dilimli “Tac-l Heydəri” deyilən qızıl, yaxud qırmızı başlıqlar baxımından ortaya çıxdığını və “İran mənşəli” etiqadi bir çərçivəyi ifadə edən bir söz olaraq ifadə edirlər. Bu cür yazanların başlıca olaraq söykəndikləri Osmanlı dönəminin qeydləridir. Osmanlı qaynaqlarında Qızılbaş deyəndə ümumilikdə üsyançı, talançı, rafizi, mülhid, zındıq Anadolu Türkmanları nəzərdə tutulur. Osmanlının dönmə-devşirmə tarixçiləri, Türk və Türkman adlarını da Qızlbaş mənsubiyyətilə “etrak-i bi idrak” (idraksız Türk, ağılsız Türk), “düşüncəsiz, yaramaz Türk”, kimi daha bir çox qaralayıcı, aşağılayıcı sifətlərlə anarlar. Bu gün ölkəmizdə Qızlıbaş deyilincə bir az səviyyəli çevrələrdə radikal şiəlik, Anadolunun Ələvi türkmanları, zamanında Səfəvi dövlətinə bağlı olan tərəfdarlar və onların indiki uzantıları anlaşılmaqla bərabər, bu zamanda yanlış olaraq iranlılar kimi qəbul edilirlər. Orta səviyyəli bəzi çevrələrdə və sünni xalqın bəzi mühitlərində, bunların yanında, daha çox dindən çıxmış, rafizi, mülhid, sapqın, daha çox da ana-bacısıyla cinsəl əlaqələrdə bulunan anlamında “mum söndürənlər” və bənzəri bir çox ağır günahların yapışdırıldığı anlamlarda ifadə edilirdi. Qızılbaş Türkmanlar Türkiyədə də müxtəlif adlarla anılırlar. Aşağılayıcı sifətlərin yanında bunlar üçün genəldə Ələvi və Qızılbaş adı istifadə olunmaqla bərabər, bəzi bölgələrdə onlar Türkman, Yörük, Sıraç, Abdal, Çepni, Tahtacı və Bəktaşii adlarıyla da anılmaqdadır. Radikal-dinçi çevrələrdə onlara aşağılıyıcı bir tərzdə “Mum sönürənlər” deyilirdi” (bax.Nihat Çətinqaya).


Səfəvi dövlətini quran və yaşadan türklər Qızılbaş, yaxud da türk adlanırdı. Bu deyim təkcə dövlətin əsgəri baxımdan dayandığı türk ünsürü adını ifadə etmir, həm də onun qurduğu, yaşatdığı dövlətə “Dövlət-i Qızılbaş” və hakim olduğu yerə “Ölke-i Qızılbaş” deyilirdi (Faruk Sümer. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu. Ankara: Türk Tarih Kurumu Basımevi, 1977, s.149, 150, 151; 2.Bayramlı Z.H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu. Bakı: Avropa, 2015, s.46.).
Şeyx Heydərin müridlərini digər təriqət mənsublarından ayırmaq və gücünün nə olduğunu göstərmək üçün 12 dilimli qırmızı rəngli və ağ rənglənmiş başlıq geydirməsindən sonra Səfəviyyə təriqətinin müridlərinə “Qızılbaş” deyilməyə başlanmışdır. Osmanlı xronikalarında və arxiv qaynaqlarında Qızılbaşlıq iki anlamda işlədilir. Şəxs olaraq Qızılbaş Səfəviyyə təriqətinin müridi deməkdir. Arxivlərdə əks olunan şikayətlərdə Qızılbaşlar Səfəvi dövləti üçün casusluq edən, şahın hizmətinə girməyə çalışan Işık, Torlak, Bədrəddini kimi tayfalarla birləşib üç xəlifəyə və səhabəyə küfr edən olaraq əks olunmuş, bunların təqibi, hərəkətlərinin qrşısının alınması yolunda əmrlər göndərilmişdi. Qızlbaşların keçmişi ilə bağlı bilgilər verilməsi zərurətində Osmanlı qaynaqları Şeyx Səfiəddindən təriflə bəhs edərlər və onun haqqnı təslim etməyə qeyrət göstərərlər. Ancaq təriqətin pozulduğunu, rafizilərin təkkəyə hakim olduğunu və nəhayət yoldan çıxdıqlarını dilə gətirirlər (Tufan Gündüz. Kızılbaşlar, Osmanlılar, Safeviler. İstanbul: Yeditepe, 2015, s.110-111; Tufan Gündüz. Son Kızılbaş Şah İsmail. İstanbul: Yeditepe, 2013, s.32). Beləcə bu təriqətin müridləri yolunu azmış sayılır. Sofyalı Balı Efendinin Rüstəm Paşaya göndərdiyi məktubunda “Bunlar dəlalət (azmışlar) toxumları əkərlər, cəhənnəm atəşinin xəbərçiləridirlər; bunların ölüsü də, dirisi də İslama zərərdir” şəklindəki ifadəsi də bunun bir göstəricisidir (Tufan Gündüz. Sofyalı Balı Efendi’nin Safevilere Dair Rustem Paşa’ya Gönderdiği Mektup, Türk Kültürü ve Hacı Bektaş Veli Dergisi, sayı 56, s.203-210). Eyni zamanda Balı Efendinin tələbələrindən biri tərəfindən qələmə alındığı anlaşılan Qızılabşlığa aid bir sənəddə də bu fikirlər təkrarlanır: “Ərəb, Əcəm, Hind, Sind, Rum, Türk və Deyləm bu azğın və sapqın taiyfanın küfrünə, qətlinə və həlakına fətva vermişlərdir, kəsdikləri yeyilməz, nigahları səhih olmaz deyə imza etmişlərdir” deyə yazmışdır. Mətn boyunca kafir, fasiq, facir, Rafiz kimi ifadələr sıx-səx təkrarlanıb bunların açıqlanmaları yoluna gedilmişdir (Tufan Gündüz. Kızılbaşlar, Osmanlılar, Safeviler. İstanbul: Yeditepe, 2015, s.111). 
Qızılbaş kəlməsinin ikinci anlamı isə Səfəvi dövlətidir. Osmanlı qaynaqlarında Qızılbaş üzərinə səfərə çıxmaq, Qızılbaş tərəfi, Qızılbaş əskəri kimi təbirlərdən doğrudan Səfəvi dövləti qəsd edilir. Beləcə Qızılbaş Osmanlı dövlətinin savaşdığı dövlətlərdən biri anlamına gəlir və mənfi anlamda xatırlanır (Tufan Gündüz. Kızılbaşlar, Osmanlılar, Safeviler. İstanbul: Yeditepe, 2015, s.111).
İtalyan səyyahının təspitlərinə görə, Qızılbaş təbiri sadəcə xalq və ordu üçün işlədilmir; özəlliklə Səfəvilərin qonşuları tərəfindən bütün əraziyə aid edilir. “Qızılbaşa gedəlim” demək Səfəvilərə getmək anlamına gəlir. Xalq arasında isə hər bir Qızılbaşdan bəhsedilməsi durumunda bunun anlamı Səfəvi bir “əskər” deməkdir (Tufan Gündüz. Kızılbaşlar...s.112). Sənədlər və mənbələrdən bəlli olur ki, Qızılbaş təbiri sünni çevrələrində zındıq, mülhid, rafizi, kafir kimi sifətlərlə adlanırılıb sürətlə mənfi anlam qazandırmışdır (Tufan Gündüz. Kızılbaşlar...s.114). 
Bir həqiqətdir ki, istər Əməvilərin, istərsə də Abbasilərin hakimiyyətləri dövründə Əhli-beytə (ə) qarşı amansız mübarizə aparılıb və onların əksəriyyəti qətlə yetirilib. Qalanları da üzünü Türklərin yaşadıqları əraziyə üz tutublar. Unutmayaq ki, Abbasilərin iqtidarı ələ keçirməsində sufilər əvəzsiz rol oynamışlar. Abbasilər insanları aldadaraq bildirirdilər ki, onlar Əməvilərdən Əhli-beytin (ə) intiqamını alırlar və Əhli-beytin (ə) haqlarını özlərinə qaytarmaq məqsədi güdürlər. Buna görə də sufilərin böyük əksəriyyətini Əməvilərə qarşı qaldıra bildilər. Əməvilərin yıxılmasında böyük rolu olan sufilərin önündə Əbu Müslim Xorasani gedirdi. Əbu Müslim Abbasiləri Bağdadda iqtidara gətirən bir gücə rəhbərlik etmişdir. Sonradan Abbasi xəlifəsi tərəfindən saraya dəvət edilərək 755-ci ildə aradan götürülmüşdür.
Abbasilər (iqtidara artıq qeyri-ərəblər gəlmişdilər-D.Ə.) mənşəyinə görə əməvilərdən fərqlənsə də, onlar da hakimiyyəti Əməvilər kimi idarə etməyə başladılar. Cəmiyyət arasında parçalanma yaratmaq üçün sünni-şiə ideologiyasını aktiv şəkildə yaymağa başladılar. Onlar şiələri elə qələmə verirdilər ki, guya onlar yolunu azmışlardır və sünnətdən xeyli uzaqlaşıblar. Əslində, Əməvilər zamanı mübarizə Əhli-beyti (ə) sevənlərlə əməvilər arasında gedirdisə, Abbasilər zamanında əhli-beyti sevənlər (ə) arasında müəyyən parçalanmalar yaradılmasına nail olundu. Abbasilər bir zamanlar Əhli-beyt(ə) tərəfdarı olan nüfuzlu şəxsləri vəzifələrə irəli çəkdilər. Onlar da ən güclü təbliğat ruporçularına çevrildilər. Hər birinin ardınca da xeyli sayda insan gedirdi. Əməvilər dövründə lənətlənən Əhli-beyt(ə) Abbasilər dövründə də lənətlənirdi. Abbasilər zamanında cəmiyyət sünni və şiə adlı düşmən cəbhəyə bölündü. Düzdü, istər sünni, istərsə də şiə ədəbiyyatlarında sünni-şiəliyin tarixi daha qədimlərə aparılır. Lakin həmin dövrün tarixi mənbələrinin tədqiqi sübut edir ki, istər İslam peyğəmbəri, istərsə də dörd xəlifə zamanıda bu cür təbəqələşmə olmamışdır. Buna görə də Şeyx Səfiəddin zamanında dörd xəlifənin dördü də müqəddəs sayılırdı. İslamda təbəqələşmə isə Əməvilər zamanıda baş verdi. Həmin zamanlarda dörd xəlfiənin dördünün də tərəfdarları Əhli-beytin (ə) hüquqlarının pozulmasına qarşı Əməvilərlə mübarizə aparırdı. Lakin elə Əməvilərin zamanıda da bir cərgədə olan cəmiyyətin siyasi cəhətədən bölünməsinin əsası qoyuldu. Vaxtilə dördüncü xəlifə həzrəti Əli (ə)nin zamanında ondan ayrılan xaricilər tərəfindən həzrəti Əli (ə) Əməvilərdə olduğu kimi ləntələnməyə başlandı. Bundan uğurla istifadə edən Abbasilər də cəmiyyəti iki yerə parçalamaqla sünni-şiə tərəfdarlarına böldülər. Abbasilərin iqtidarda olmasını nəzərə alsaq, xilafətin böyük ərazilərində onların tərəfdarı olan sünnilərin sayı artırıldı. Onlara qarşı dayanan qüvvə isə şiələr oldular. Məhz, belə bir vaxtda sufilər aktiv fəaliyyətə başladılar. Bundan qabaq onlar yalnız ideoloji zəmində iş aparırdılarsa, indii isə hərbi-siyasi təşkilatlarda birləşməyə başladılar. Sufilərin söykəndiyi əsas ünvan həzrəti Əli (ə) idi. Lakin sufilərin təsəvvür etdiyi Əli şəriətdəki Əli ilə eyni deyildi. Sufilərin təsəvvür etdiyi Əli Allahın yerdəki təcəllası idi. Yəni, Allah Əlinin simasında təcəlla etmişdi. Bu məsələyə özünün «İslamda sufi ordenləri» kitabında toxunan C.S.Triminqem yazırdı ki, «baxmayaraq ki, sufilər özlərinin gizli şəcərə xətlərini Əliyə qədər aparıb çıxarırdılarsa, onu hörmətlə anıb və böyük ehtiramla əhatə edirdilərsə də, onlar ona şiə imamı kimi baxmırdılar». Elə tədqiqatçıları çaşdıran da bu məsələ olmuşdur. Çünki onların fikrincə, Əli (ə) tərəfdarları əslində, elə şiələrdir. Lakin şəriətdəki Əli (ə) tərəfdarları ilə irfandakı Əli (ə) tərəfdarları arasında yuxarıda sitat gətirdiyimiz ciddi fərq mövcuddur. Bununla belə onları birləşdirən Əliyə (ə) olan sonsuz məhəbbətləri idi. Şəriətdəki Əli (ə) tərəfdarları belə bir fikirdə həmrəy idilər ki, İslam peyğəmbərindən (s.ə.s.) sonra hakimiyyətə onun varisi sayılan Əli (ə) gəlməliydi. Onlara görə, Hz.Məhəmməd (s.ə.s.)dən sonra Hz.Əli (ə) doğmadır və peyğəmbərin vəsiyyəti yolu ilə xəlifə-imam təyin edilmişdir, lakin bu baş vermədi və baş verən proseslər qeyri-qanuni məcrada inkişaf etdi. Şəriətdəki Əli (ə) tərəfdarlarından fərqli olarq süfilərdə isə Əli (ə) obrazı xəyali obraz idi. Bununla belə bu məsələdə ciddi araşdırmalar belə deməyə imkan verir ki, həmin ərəfədə sufilərin özləri birbaşa şiə kimi qəbul edilirdi. Burada əsas obyekt kimi onların Əliyə (ə) olan sevgisi nəzərdə tutulur. Bu baxımdan italiyan tədqiqatçısı M.M.Mazzaouınin fikirləri maraqlıdır. O, yazır: «Şərq Şiizmi Təsavvüf deməkdir və eyni şəkildə elə gerçək Təsəvvüf şiizmdən başqa bir şey deyildir». Məsələ ondaydı ki, sufilərin Əliyə (ə) hansı münasibəti yalnız onların özlərinə məlum idi. Bundan əlavə, onların Əli (ə) surətini Allahın təcəllası kimi təsvir etmələri həmin dövrdə şəriəti əlində bir istifadə aləti kimi tutanların maraqları ilə üst-üstə düşmürdü. Buna görə də qarşı-qarşıya gəlirdilər. Belə çıxır ki, həmin ərəfədə şiəlik sözü əslində, müxalif təbəqənin iradəsini əks etdirirdi. Buradaca xatırlatmaq lazımdır ki, Səfəviyyənin çox qızğın çağları olan Şah İsmayıl dövründə şiəilik daha çox islamiyyətlə müxalifətdə olan bir təriqət, məslək kimi meydana çıxıb qərməti, mülhid və batini kimi sözlərlə eyni mənada və yanaşı işlənirdi. Bu mənada Məhəmməd Təqi Bahar yazır ki, «qərməti, mülhid və batinidən gizlində şiə ilə bir yerdə ad çəkilirdi və hamısı bir gözdə görünürdü».

 

Dilavər Əzimli

BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

 

Deputatlığa namizəd Mehdiabadda məskunlaşmış cəbrayıllılarla görüşdü - FOTOLAR
“Xamenei şiələr tərəfindən lənətlənəcək” – Hizbullahın keçmiş liderindən şok açıqlamalar
Məşhur aparıcı canlı yayımda rüsvay oldu - RƏZALƏT...+ VİDEO
İyirmi altı il fərarilik həyatından sonra yol polisinin qarşısına çıxdı...
Təyyarədəki sərxoş qadını bu cür sakitləşdirdilər - MARAQLI... + VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Rusiya bir “Titanik”dir, kapitan hara çıxsa da, batacaqdır”
Köşə
Bu gün şəhid ailələrinin qapısını süng edənlər, sabah bu qapını yad edəcəkmi?
Dünya
Yunanıstan tarixində ilk qadın prezident o, seçildi- FOTO
Cəmiyyət
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Cəmiyyət
“Mənə elə gəlir ki, bu yaşa çatdığıma görə Allaha şükür etmək lazımdır...”
Həftənin ən çox oxunanları
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247