“Düşmənə təsir göstərmək üçün daha ciddi hərbi əməliyyatlara ehtiyac var”
Dövlət Sərhəd Xidmətinin Qazax istiqamətində neytral ərazini nəzarətə götürməsi və 4 yeni sərhəd döyüş məntəqəsi yaratması cəmiyyətdə böyük sevincə səbəb olub.
Bəs hərbçilərimizin bu
uğuru Azərbaycan diplomatiyasının da mövqelərini möhkəmləndirə bilərmi? Ümumiyyətlə,
hərbi uğur və qələbələrin İrəvanı sülh danışıqlarında iştiraka və güzəştə vadar
etməsi mümkündürmü?
Moderator.az-a açıqlama
verən AMİP-in fəxri lideri Etibar Məmmədov Ermənistanı güzəştlər vadar etmək
üçün daha böyük qələbələrə ehtiyac olduğunu bildirdi:
“DSX tərəfindən nəzarətə
götürülən torpaqlar bizim ərazimizdir. Hansı ki, bu vaxta kimi neytral zona
kimi tanınırdı. Bizim Silahlı Qüvvələrimiz onu nəzarət altına almamışdı. Indi isə
öz nəzarətlərinə alıblar. Bunu böyük hərbi əməliyyat adlandırmaq olmaz. Sərhədçilərimiz üzərlərinə
düşən vəzifəni yerinə yetiriblər. Belə xırda şeylərlə ermənilərə təsir göstərmək
olmaz. Ermənilərə təsir göstərmək üçün ciddi hərbi əməliyyatlar keçirilməlidir.
Düşmən işğaldakı torpaqlarımızda sakit yaşamamlıdır. Imkan vermək olmaz ki, təcavüzkar
zəbt etdiyi torpaqlarda sakit yaşasın. Bu isə bizim Silahlı Qüvvələrimizin üzərinə
düşən bir işdir”.
Seymur ƏLİYEV
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247