Xəbər lenti
12/12/2019 [21:24]:
Abşeron rayonunda üçmərtəbəli evdə yanğın baş verib
12/12/2019 [21:08]:
Təcili yardıma yol verməyən xanım sürücüdən daha bir kobudluq - VİDEO
12/12/2019 [21:03]:
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
12/12/2019 [21:01]:
Azərbaycanlı bəyin çılğınlığı dünya mediasında - VİDEO
12/12/2019 [20:53]:
Ukraynalı nazir maaşının azlığından şikayətləndi - “4 uşağım var”
12/12/2019 [20:47]:
UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib
12/12/2019 [20:43]:
“Qarabağ” və “Düdelanj” komandalarının start heyətləri açıqlanıb
12/12/2019 [20:42]:
Tramp Makronu “yumşaq yerdə tikan” adlandırdı...-TƏHQİR
12/12/2019 [20:35]:
Heydər Əliyev “Azərxalça”nın filiallarında ehtiramla yad edilib
12/12/2019 [20:32]:
"Ümid edək ki, islahatların nəticəsi kimi yeni parlamentdə çoxpartiyalılıq təmsil olunacaq"
12/12/2019 [20:31]:
Bakının “Ləhiş bağları”na təbii qaz verildi
12/12/2019 [20:26]:
ADPU-da Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirildi
12/12/2019 [20:24]:
Dövlət Statistika Komitəsində Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib
12/12/2019 [20:22]:
İsveçdə İbrahimoviçin heykəlinin ayaqlarını kəsərək aparmaq istəyiblər
12/12/2019 [20:21]:
Heydər Əliyevin vəfatının 16-cı ildönümü Belqradda da anıldı - FOTOLAR
12/12/2019 [20:16]:
"Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil..."
12/12/2019 [20:08]:
Yol polisindən piyadavurmaların qarşısını alacaq YENİLİK - VİDEO
12/12/2019 [20:07]:
Bu sistem dalğıcları bitməyən oksigenlə təmin edir - MARAQLI İXTİRA
12/12/2019 [20:07]:
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi
12/12/2019 [20:00]:
Siyasi Büro üzvü Yakovlev Yerevanda dedi: “Dərhal Dağlıq Qarabağı Azərbaycandan götürün…”
12/12/2019 [19:48]:
Azərbaycanlının cibindən qumbara çıxdı, tutuldu
12/12/2019 [19:47]:
Ədliyyə işçiləri Heydər Əliyevin əziz xatirəsini yad ediblər
12/12/2019 [19:35]:
Gömrük Akademiyasında Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib
12/12/2019 [19:35]:
Nigeriyada hərbi bazaya hücum oldu - 73 əsgər öldü
12/12/2019 [19:23]:
Gürcüstanın baş prokuroru vəzifəsindən gedib
12/12/2019 [19:16]:
Goranboyda məktəblini maşın vurub
12/12/2019 [19:07]:
UEFA türkiyəli futbolçuların əsgər salamı ilə bağlı qərar verib
12/12/2019 [19:02]:
Yol ortasında ağlasığmaz görüntü - Avtomobilin üzərinə çıxıb...+ VİDEO
12/12/2019 [18:42]:
3 yaşlı qızın başı qazana sıxıldı, çıxarmaq üçün səfərbər oldular - QORXUNC... + VİDEO
12/12/2019 [18:40]:
102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var
12/12/2019 [18:36]:
Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
12/12/2019 [18:15]:
Bakıda xəyanətə uğramış ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı
12/12/2019 [18:12]:
Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA
12/12/2019 [18:11]:
Emin Həsənli: “Heydər Əliyev Fondunun gördüyü işlərə kölgə salmaq yolverilməzdir”
12/12/2019 [18:10]:
Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR
12/12/2019 [17:53]:
“Məşhurluq həbsxanada yatmaq kimidir” - FOTO
12/12/2019 [17:49]:
İnternat məktəbləri bağlanılır: Uşaqlar ailələrinə təhvil verilir...
12/12/2019 [17:47]:
Tərtərdə kişinin ağzından güllələnməsinin təfərrüatı məlum oldu
12/12/2019 [17:46]:
Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb
12/12/2019 [17:38]:
Zakir Fərəcovun prokuror oğluna vəzifə verildi
12/12/2019 [17:36]:
Soros Ermənistan İctimai Şurasına nəzarəti  ələ keçirdi...
12/12/2019 [17:19]:
Qızın yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişdi
12/12/2019 [17:18]:
Azərbaycan Dünya Bankının kreditindən imtina edib
12/12/2019 [17:02]:
Rusiya idmançılarının sanksiyaları sərtləşdirilməyəcək
12/12/2019 [17:01]:
“Açığı, mən bilmirəm ki, Milli Məclis xarici siyasətdə hansı rol oynayır...”
12/12/2019 [16:57]:
Zəngilan necə işğal edildi? - Erməni general açıqladı
12/12/2019 [16:49]:
Vasif Talıbov yeni qurum yaratdı
12/12/2019 [16:47]:
"Orta məktəblərdə əlavə 800 psixoloqa ehtiyac var"
12/12/2019 [16:37]:
"Qarabağ"ın oyununa görə "Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
12/12/2019 [16:34]:
Almaniyadakı erməni mafiyası - narkotik alveri və qanlı qarşıdurmalar
12/12/2019 [16:33]:
"Gəncədən Turan yoluna - Əhməd Cəfəroğlu" - Alimlə bağlı elmi konfrans Gəncədə davam edib
12/12/2019 [16:31]:
Əli Əhmədov Vladimir Zelenski ilə görüşüb - FOTO
12/12/2019 [16:10]:
Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU
12/12/2019 [15:59]:
“Heydər Əliyev haqqında bədii və sənədli filmlərin çəkilməsinə ehtiyac var”
12/12/2019 [15:57]:
"Gürcüstan parlamentinə kimyəvi hücum olub"
12/12/2019 [15:56]:
“Niyaməddin ölsə, bu şərəfsizlər başına xına yaxacaq?”
12/12/2019 [15:41]:
Türkiyədə 100-dən çox məktəbli zəhərləndi
12/12/2019 [15:35]:
Nazir müavinindən məktəblərdə Yeni il tətili - AÇIQLAMASI
12/12/2019 [15:33]:
Xalq artisti xəstəxanaya yerləşdirilib
12/12/2019 [15:31]:
Putini Kremldən qovmaq istəyən şaman cərimələnib
12/12/2019 [15:26]:
Məşhur ərəb şahzadəsi narkotikdən öldü - FOTOLAR
12/12/2019 [15:23]:
Putin Yuri Lujkovla vida mərasimində iştirak edib - FOTOLAR
12/12/2019 [15:20]:
"Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsinə yardım edəcək"
12/12/2019 [15:18]:
Vaynşteyn təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək
12/12/2019 [15:03]:
Brilliant Dadaşova: “Silahı çəkib içəri girirdim...”
12/12/2019 [14:59]:
“On dörd gündür küçələrdə qalmışıq, niyə bizə qarşı bu münasibəti sərgiləyirlər?”- Xalq artisti fəryad etdi...
12/12/2019 [14:57]:
BSU-da Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
12/12/2019 [14:55]:
“Söhbət Xoşqədəmdən gedirsə, burada xoşməramlı heç nə ola bilməz”
12/12/2019 [14:51]:
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO
12/12/2019 [14:46]:
Myanmar lideri Haaqa məhkəməsi önündə
12/12/2019 [14:45]:
"Nöqsanlara yol verən direktorları cəzalandırmaqdan çəkinmirik"
12/12/2019 [14:22]:
Ermənistan  35 yaşadək həkimlərin  orduya çağırışını elan etdi...
12/12/2019 [14:07]:
“Vaqif müəllim sağalan kimi kitabının təqdimatını keçirəcək...”
12/12/2019 [14:06]:
Türk F-16-ları yunan pilotlara dəhşət yaşatdı - VİDEO
12/12/2019 [14:02]:
Rusiyadan daha çox ehtiyatlanmalıyıq, ya İrandan - ekspertlərdən ilginc yanaşmalar
12/12/2019 [13:57]:
"Gürcüstandakı Azərbaycandilli məktəblərdə kadr təyinatı məsələsi diqqətimizdədir"
12/12/2019 [13:55]:
Məmur olmaq istəyənlərin nəzərinə!
12/12/2019 [13:54]:
Deputatlar silahlarını təhvil verib? - “Tapançanın iki darağından bir güllə belə istifadə etmədim”
12/12/2019 [13:39]:
Koçaryan xərçəng xəstəliyindən müalicə alır
12/12/2019 [13:38]:
“Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!
Bütün arxiv bir sırada
14/08/2019 [19:59] - Cəmiyyət - ( 1192 dəfə baxılıb)

“Kurdemir Agro” – Halal qazancın canlı eksponatı




“İlk başda Prezidentə borcluyuq”

Qarşımızda başarısından qürurla danışan həmsöhbətimizə ikinci sualı yönəldirik:

- «Kurdemir Agro» bu nailiyyətini kimə və nəyə borcludur?

- Əlbəttə, ilk başda cənab Prezidentimizə. Sirr deyil ki, siyasi iradə investisiya mühiti üçün uyğun şərait yaratmasaydı, biz də bu işləri görə bilməzdik. Ölkə başçımızın qayğısı və çağırışı ilə bir çox investorlar kimi, biz də bu işə girişdik. Türkiyəli tərəfdaşlarımla uzun illər ölkənin ən ünlü istixanalarına rəhbərlik etmiş və ciddi təcrübə qazanmışdım. Azərbaycanda aqrar sektorun inkişafı üçün edilən təşviqlər bizi bu sahəyə investisiya yatırmağa həvəsləndirdi. Təbii ki, gördüyünüz istixananı ərsəyə gətirmək üçün tələb olunan vəsaitim yox idi. Mən də Türkiyədən olan dostlarımı bu işə cəlb etməyə çalışdım. İsmayıl və Səlcuq Çağlayan qardaşları təşəbbüsümü bəyəndilər. Əl-ələ verib bu təsərrüfatı yaratdıq.

Zaur bəyin sözlərinə görə, istixananın ərsəyə gəlməsində Azərbaycan İqtisadiyyat Nazirliyinin də böyük xidmətləri olub. İnvestorların hazırladığı iqtisadi təşviq sənədi layihəsini dərhal təsdiqləyən nazirlik onların fəaliyyəti qarşısındakı bütün əngəlləri aradan qaldırıb, bir çox güzəştlər tətbiq edib.

“Mənfəət və gəlir vergisində 50%, torpaq və əmlak vergisindən tam azadolma kimi güzəştlər olmasaydı, biz yəqin ki, Rusiya bazarında yerli istehsalçılarla rəqabət apara bilməzdik. Üstəlik, istixana üçün tələb olunan texnikaların gətirilməsi üçün də Dövlət Gömrük Komitəsinə heç bir rüsum ödəmədik. Bu da bizə əlimizdə olan ilkin kapitalı tam şəkildə müəssisənin qurulmasına yatırmağa imkan verdi. Əks halda, ilkin kapitalımız azalar, nəticədə biz indiki böyüklükdə və keyfiyyətdə istixana qura bilməzdik”-Zaur Əmirov belə dedi.

Bunun üçün İqtisadiyyat naziri Şahin Mustafayevə də təşəkkür borcu olduğunu bildirən iş adamı iqtisadi təşviq şərtlərinin də Prezident tərəfindən müəyyənləşdirildiyini vurğuladı: “Bilirsiniz ki, Prezident İlham Əliyevin 2016-cı ilin ilk günlərində yeni sənaye müəssisələrinin yaradılmasının və  bu sahələrə investisiyaların cəlb olunmasının təşviqi məqsədilə Fərman imzalanmışdı. Daha sonra bu Fərmandan irəli gələn şərtlər də müəyyənləşdi. Etiraf edim ki, İqtisadiyyat Nazirliyi bu sənədlərin hazırlanmasında öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdi”.

   

Ceyhun Cəfərovun fərasəti

Kürdəmir İcra Hakimiyyətinin də istixananın ərsəyə gəlməsində böyük xidmətləri olub. Zaur Əmirovun bildirdiyinə görə, İcra başçısı Ceyhun Cəfərov tez-tez istixanaya baş çəkir və müəssisənin problemləri ilə yaxından maraqlanır. Bir çox bürokratik əngəllərin aşılmasında icra başçısının bu diqqətinin xüsusi rolu olduğunu gizlətməyən iş adamı rayon rəhbərliyindən də razıdır.

İş adamının fikirlərini dinlədikcə, öz-özümə düşünürdüm: Ceyhun Cəfərovun bu diqqəti səbəbsiz deyil. Relyef etibarilə yarımsəhra və quru çollərdən ibarət olan Kürdəmir torpağı boz-çəmən tiplidir. Bu isə onun əkinə o qədər də yararlı olmadığından xəbər verir. Belə bir coğrafiyada uğurlu əkinçilik sahəsinin yaradılması, sözsüz ki, rayon üçün Allahın göndərdiyi nemətdir. Ağlı başında olan istənilən icra başçısı bu fürsəti dəyərləndirməli və yüzlərlə sakini işlə təmin edəcək layihəyə dəstək verməlidir. Di gəl ki, bir çox icra başçılarımızda bu fərasət olmadığından, Ceyhun Cəfərovun sövq-təbii diqqəti iş adamlarımızı təəccübləndirə bilirmiş. Azərbaycan reallığını nəzərə alanda Zaur Əmirovla razılaşmamaq mümkün deyil.

Yeri gəlmişkən, iş adamından bir məsələyə də aydınlıq gətirməsini istədim. Kürdəmirin bu yarımsəhra torpağını seçməkdə onların marağı nə olub? Axı Azərbaycanda daha münbit torpaq tapmaq mümkün idi.

   


Əsl innovativ yanaşma belə olar

İş adamı bu seçimin sirrini Kürdəmirin günəşi və suyu ilə əsaslandırdı. Dediyinə görə, əraziyə investisiya qoymamışdan əvvəl həm günəş enerjisini, həm də suyu analiz etdiriblər. Günəşin radiasiya gücü burda Bakıətrafı ərazilərdən daha çoxdur. Pomidor istehsalı üçün ən dəyərli komponent də elə günəş şüasıdır:

“Onsuz da biz istixana ərazisindəki torpaqdan istifadə etmirik. Torpağı əvəz edən  torf, perlit, vermikulit, yanmış heyvan gübrəsi, qum, torpaq qarşığı olan kokopitləri Şri-lankadan gətiririk. Bizə burda əsas lazım olan günəşin şüası və tempuratur dərəcəsidir. Yaxşı pomidor yetişdirmək üçün gecə ilə gündüz arasındakı tempuratur fərqi 6 yaxud 8 dərəcə olmalıdır. Kürdəmirdə də məhz belə olur. Yaxınlığımızdan keçən Sabir kanalının suyu da arzuladığımız standartlara cavab verir. Biz onu Osmos cihazından keçirməklə şitilləri suvara bilirik”.

Müəssisə rəhbərliyinin məsələyə bu qədər elmi yanaşması məni xeyli təəccübləndirdi. Deməli, bizdə də işinin əhli olan fermerlər varmış. Aqrar sektorun bu cür bacarıqlı və elmli insanlara həvalə edilməsi ölkəmizin gələcəyi barədə öləziləşmiş ümidimi dirçəldir.

   

Qarşılıqlı etimada söykənən şəriklik

Zaur Əmirovun bildirdiyinə görə, ortaqları olan İsmayıl və Səlcuq qardaşları pomidor istixanaları üzrə dünyanın ən yaxşı müxtəxəssislərindəndirlər. Azərbaycanda əksər istixanaları onlar qurublar. Hazırda Orta Asiyada bu fəaliyyətlərini davam etdirən Çağlayan qardaşları indiyədək sadəcə sifariş əsasında istixanalar qurub sahibkarlara təhvil verirmişlər. İlham Əliyevin çağırışından sonra onlar özləri də bu işə investisiya qoymağa həvəsləniblər. Sözsüz ki, türk iş adamlarının bu qərara gəlmələrində Zaur Əmirovun da inandırıcı təbliğatı az rol oynamayıb. Həmsöhbətimiz Çağlayan qardaşlarının bu etimadını qazanmasının özəl bir sirrini də bizdən gizlətmədi. Sən demə, Zaur Əmirovla İsmayıl Çağlayan kirvə imişlər. Bir sıra başqa istixanalarda birgə çalışmaqla başlayan və qohumluq əlaqələri qurulmasına qədər uzanan bu etimad onları “Kurdemir Agro”da 3 ortağa çevirib.

   

 
Tarladan tövləyə kompleks yanaşma

Maraqlıdır ki, “Kürdemir Agro” işgüzar fəaliyyətə heyvandarlıqdan başlayıb. İstixanadan hardasa 1 km aralıda inşa etdikləri tövlədə mal-qara saxlayan iş adamları südçülüklə təsərrüfatını genişləndirmək istəyirmişlər. Amma südün qiyməti ucuz olduğundan arzuladığı effekti ala bilməyən ortaqlar pomidor işinə girişiblər. Yeni iş sahəsində ciddi nailiyyətlərə imza atan müəssisə rəhbərliyi köhnə fəaliyyətlərini də buraxmaq fikrində deyil. Növbəti cəhdlərində sadəcə profillərini dəyişdirməyi düşünürlər. Südçülükdən ətçiliyə keçərək Kürdəmirdə yeni iş yerləri açmağı planlaşdıran “Kurdemir Agro” əkindən fermaya bütün istehsal yükünü yerli imkanlar sayəsində reallaşdırmaq əzmindədir. Bunun üçün isə əllərində olan torpaq sahələrinin böyük hissəsini arpa və otlağa ayırmaq planları var:

“Cari ildə müasir standartlara cavab verən tövlə tikməyi planlaşdırırıq. İldə 1000 başa yaxın mal-qaranı öz məhsullarımızla qidalandıracağıq. Bunun üçün əlimizdəki boş ərazinin hardasa 10 hektarı yoncaya, qalan qismini isə apraya ayırmağı düşünürük. Tövləmizin yaxınlığında 300 ton arpanı saxlamaq üçün anbar inşa etmişik. Saxlayacağımız mal-qara özümüzün əkib-biçdiyimiz taxıl və yonca ilə yemlənəcək. Tamamilə orqanik yemlə yetişdirəcəyimiz bu mal-qara Azərbaycanın qida təhlükəsizliyinin qorunmasına xidmət edəcək. Beləcə, cənab Prezidentimizin fermerlərin qarşısında qoyduğu başlıca hədəflərindən birinin reallaşmasında bizim də kiçik töhfəmiz olacaq”.

Saxlayacaqları mal-qaranın yarımcins olacağını bildirən həmsöhbətimizdən bir danadan neçə kiloqram ət almağı planlaşdırdıqlarını soruşuram. Z.Əmirovun dediyinə görə, hər dananın diri çəkisi, təxminən, 300 kiloqram olacaq. Diri çəkinin yarısınin ətə çevrildiyini nəzərə alsaq, bu, hardasa ildə 150 ton ət istehsalı deməkdir. Azərbaycanın birillik ət istehlakının 360 min ton olduğunu nəzərə alsaq, “Kurdemir Agro”nun il boyu istehsal edəcəyi ət miqdarı ümumi istehlakımızın 0.0004%-nə bərabər olacaq. Belə çıxır ki, özümüzə yetəcək potensiala gəlmək üçün “Kurdemir Agro” boyda 2500 fermer təsərrüfatına ehtiyac var. Bu nisbəti müqayisə edəndə Zaur Əmirovun dediyi kimi, “Kurdemir Agro”nun istehsal həcmi Azərbaycanın ətlə təchizatında duz və istiot qədər olacaq. Belə görünür ki, Prezidentin fermerlər qarşısında qoyduğu hədəfə çatmaq üçün hələ çox işlər görülməlidir.


 
Hacı Zeynəlabidindən miras qalan əxlaq

Müəssisənin təsisçisinə inşa etməkdə olduqları fermaya da baş çəkmək niyyətimi bildirirəm. O da sözümü yerə salmır. Bərabər getdiyimiz fermada bir vaqontipli ev diqqətimi çəkir. Həmin yerin qaraulxana olduğunu təxmin edirəm. Məgər ki, deyilmiş. Zaur bəyin dediyinə görə, bura “Kurdemir Agro”-nun ilk baş ofisi imiş. İndiyədək bu “baş ofis”in saxlanılması ilə maraqlanıram. İş adamının sözləri məni sonuncu dəfə heyrətləndirir:

“Səhv etmirəmsə, Hacı Zeynəlabdin Tağıyev olmalıdır; əmək fəaliyyətinə uşaq yaşda fəhləliklə başlayır. Daha sonra tale ona böyük zənginliklər bəxş edir. Hacı Zeynəlabidin Tağıyev zənginləşəndə belə, çəkicini bir kənara atmır. Əksinə, otağının qapısından asır. Bunu belə izah edir ki, hər dəfə iş otağıma girəndə əmək alətlərimi görüb keçmişimi xatırlayıram. Bu, mənim öz yolumu azmamağıma vəsilə olur. Mən də eyni məntiqlə ilk “baş ofisimi” iş yerimin girəcəyinə qoymuşam”.

Açığını desəm, övladları və özləri harınlıq edən iri məmurlarla dolu bir məmləkətdə ortaya qoyulan bu əxlaq nümunəsi insanı sevindirir. Üzəri indiyədək hər gün silinib təmizlənən bu “tarixi eksponat” mənim gözümdə  halallıqla haramın fərqinin canlı heykəli kimi ucalır. Bu qanacağın daşıyıcı olan müəssisə rəhbərliyi də həmçinin...

  

Bakıya qayıdarkən “Kurdemir Agro”da gördüklərimin təsiri altında idim. Kürdəmirdən Hacıqabula qədər uzanan şoran torpaqları seyr edə-edə bu yarımsəhralıqda cənnət vahəsi yaradan insan oğlunun başarısının sirri mənə Aşıq Veysəlin məşhur misralarını xatırladırdı:

Qarnın yardım qazma ilə, bel ilə,

Üzün yırtdım dırnaq ilə, əl ilə,

Yenə məni qarşıladı gül ilə,

Mənim sadiq yarım qara torpaqdır.

Bəli, “Kurdemir Agro”çular qara torpağı əlləri-dırnaqları ilə becərə-becərə axıtdıqları tərlərinin halal bəhərini toplayırlar.

Məmməd Tahir

Şair-publisist, AYB üzvü

Moderator.az

loading...
loading...
"Ümid edək ki, islahatların nəticəsi kimi yeni parlamentdə çoxpartiyalılıq təmsil olunacaq"
Bu sistem dalğıcları bitməyən oksigenlə təmin edir - MARAQLI İXTİRA
Yol ortasında ağlasığmaz görüntü - Avtomobilin üzərinə çıxıb...+ VİDEO
3 yaşlı qızın başı qazana sıxıldı, çıxarmaq üçün səfərbər oldular - QORXUNC... + VİDEO
Almanın özü qədər faydalı olan çəyirdəklərinin TÜKƏNMƏZ FAYDALARI...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Şou-biznes
“Niyaməddin ölsə, bu şərəfsizlər başına xına yaxacaq?”
Cəmiyyət
“On dörd gündür küçələrdə qalmışıq, niyə bizə qarşı bu münasibəti sərgiləyirlər?”- Xalq artisti fəryad etdi...
Cəmiyyət
“Vaqif müəllim sağalan kimi kitabının təqdimatını keçirəcək...”
İqtisadiyyat
“Qeyri-neft sektorunun inkişafı prioritet sahə olaraq qalmaqdadır”
Cəmiyyət
"Zəif parlamentlə güclü dövlət qurmaq olmaz" - Əməkdar elm xadimi ilə 2-ci söhbət...
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
"Atam evə buraxmadığı üçün 15 yaşından tək yaşayıram" - VİDEO
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247