İcra başçısını isti yay günü orta məktəbə aparan səbəb...  - FOTOLAR
1780
16 Aug 2019 | 19:09

İcra başçısını isti yay günü orta məktəbə aparan səbəb... - FOTOLAR

Prezidentxa0 İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıt şəhərində 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binasının tikintisi həyata keçirilir.

Sumqayıtxa0 şəhərininxa0 İnşaatçılar qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olanxa0 9 nömrəlixa0 tamxa0 ortaxa0 məktəbinxa0 binası sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilir. Hazırda tikinti yüksək sürətlə davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil müəssisəsinin tikintisi ilə yaxından taqnış olub.

Məlumat verilib ki, 1958-ci ildən fəaliyyət göstərən Sumqayıtxa0 şəhər 9 nömrəlixa0 tam orta məktəb 324 yerlik idi. Məktəbxa0 üçün 2008-ci ildə yenixa0 korpus inşa edilib və 624 yerlik olub. Lakin məktəbin əsas binası yararsız vəziyyətdə olduğundan, yerləşmə mövqeyinə görə şagird kontingentinin çoxluğu, eləcə də məktəbin qədim tarixə malik olması yenidən əsaslı şəkildə yenixa0 binanın tikintisinəxa0 zəmin yaradırdı. Ölkə prezidentinin də məlum sərəncamı bütün sadalananların öz həllini tapmasına imkan verdi. İndi artıq valideyinlər övladlarının müasir məktəbdə təhsil alacaqları üçün çox sevinclidirlər.

Bildirildi ki, 4 korpusdan ibarətxa0 yeni məktəb binasında 69xa0 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.

Link kopyalandı!
Son xəbərlər