Xəbər lenti
04/04/2020 [15:42]:
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
04/04/2020 [15:42]:
Paralimpiadaya son təsnifat yarışı Bakıda olacaq
04/04/2020 [15:41]:
İtaliyada koronavirus pandemiyası ilə mübarizədə faciəvi səhvlər...
04/04/2020 [15:39]:
"Carçıoğlu" şirkətindən nümunəvi addım: 100 imkansız ailə himayəyə götürüləcək...
04/04/2020 [15:38]:
Koronavirus Avropa Birliyinin mövcudluğu üçün son damla ola bilər -Ekspertlərin xəbərdarlığı
04/04/2020 [15:30]:
Kennedilər ailəsinin başının üstündəki bəla əskilmir: Robert Kennedinin nəvəsi daşqında itkin düşüb
04/04/2020 [15:29]:
Bioloji savaşın əsas şifrəsi: Kraliçaya kimlər silah doğruldub, onu hədələmişdilər...
04/04/2020 [15:24]:
Allahşükür Paşazadə: "Bu, bizim üçün böyük imtahandır"
04/04/2020 [15:23]:
Bakıda “Whatsapp” vasitəsilə narkotik satanlar ələ keçdi - FOTOLAR
04/04/2020 [15:08]:
"Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər" - Allahşükür Paşazadə
04/04/2020 [15:04]:
Dünyada koronavirusdan ölənlərin sayı 60 mini keçdi
04/04/2020 [14:57]:
Sərtləşdirilmiş karantin rejimi ilə bağlı ən çox verilən suallar və cavablar
04/04/2020 [14:55]:
“İndiki məqamda önəmli olan şaiyələrin yayılmasına yol verməməkdir”
04/04/2020 [14:52]:
Universitet tələbəsi eşitmə problemi olan insanlar üçün maska hazırladı - FOTO
04/04/2020 [14:49]:
Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
04/04/2020 [14:46]:
Bu ölkədə 600 hərbçi koronavirusa yoluxdu
04/04/2020 [14:39]:
İspaniyadan Türkiyəyə ŞOK İTTİHAM: Tənəffüs cihazlarımıza əl qoydu
04/04/2020 [14:32]:
MİQ müsabiqəsindəki suallar çətinləşdiriləcək? -RƏSMİ CAVAB
04/04/2020 [14:31]:
Pakistanlılar kütləvi ibadətə mane olan polisləri daş-qalaq etdilər - VİDEO
04/04/2020 [14:29]:
Artur Vanesyan Laçına gəldi –  Erməni uşaqlara distant "vətənpərvərlik" dərsi keçdi...-VİDEO
04/04/2020 [14:26]:
Milli Məclisin deputatları və Aparat işçiləri xidməti vəsiqə ilə hərəkət edəcəklər
04/04/2020 [14:26]:
DİN-in iki generalı qandallandı - qərarı şəxsən Putinin tələbə yoldaşı verib
04/04/2020 [14:23]:
Hansı rayonlarda koronavirus yayılmayıb? - Tam siyahı
04/04/2020 [14:21]:
Milli Məclisin iclasının vaxtı DƏYİŞDİRİLDİ
04/04/2020 [14:20]:
Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü
04/04/2020 [14:12]:
ABŞ-da beş körpədə koronavirus tapıldı
04/04/2020 [14:11]:
Şəxsiyyət vəsiqəsinin vaxtı bitən şəxslər SMS-lə icazə ala biləcək?
04/04/2020 [14:09]:
Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB
04/04/2020 [14:04]:
Hava ilə bağlı növbəti xəbərdarlıq
04/04/2020 [13:57]:
İranda koronavirusdan ölənlərin sayı 3 452-yə çatdı
04/04/2020 [13:54]:
İspaniyada pandemiya qurbanlarının sayı 12 minə çatır
04/04/2020 [13:23]:
Azərbaycan OPEC+ ölkələrinin görüşünə qatılacaq
04/04/2020 [13:14]:
Heydər Əliyev Mərkəzi koronavirusun geniş yayıldığı ölkələrə dəstək verdi - VİDEO
04/04/2020 [13:14]:
Gürcüstanda koronavirusdan ilk ölüm qeydə alınıb
04/04/2020 [13:13]:
Xidmətçini “sən koronasan, bizə yoluxdurub qaçırsan” deyib döydü
04/04/2020 [13:12]:
Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib
04/04/2020 [13:11]:
Bakı-Sumqayıt yolundakı ağaclar bu rayonlara köçürülüb
04/04/2020 [13:09]:
“Survivior”da uduzanlar Türkiyəyə qayıda bilmir
04/04/2020 [13:04]:
DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi
04/04/2020 [13:03]:
Ağzını qapamadan öskürən sərnişinə əsəbləşən avtobus sürücüsü öldü...
04/04/2020 [13:02]:
DİN-dən jurnalistlərə xəbərdarlıq: Avtomobildən şəxsi məqsədlər üçün istifadə etmək olmaz...
04/04/2020 [13:00]:
Polis postlarında hərarət ölçən cihazların tətbiqi reallaşa bilərmi?
04/04/2020 [12:59]:
Karantin rejimini pozan daha 9 nəfər həbs edildi
04/04/2020 [12:58]:
Fransada 600-ə yaxın hərbçi koronavirusa yoluxdu
04/04/2020 [12:56]:
Koronavirusa yoluxan Neftçala sakini: “Nəfəs almaq mənim üçün çətin idi...”
04/04/2020 [12:51]:
Sarkisyan Qarabağdakı məğlubiyyətlərini etiraf edib
04/04/2020 [12:46]:
Koronavirus beyinə ciddi zərər vura bilər...
04/04/2020 [12:45]:
“Bakının mərkəzindən kənarda olan rayonlarda belə, internet problemi var” - Distant təhsilə əngəl
04/04/2020 [12:44]:
Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun
04/04/2020 [12:41]:
Tibb Universitetinin könüllü tələbələri klinikalara GÖNDƏRİLDİ
04/04/2020 [12:41]:
ADAU Aqrar məsləhət xidməti mobil telefonla ödənişsiz aqrar məsləhətlər təklif edir...
04/04/2020 [12:22]:
Putindən koronavirus etirafı: “Rusiya iqtisadiyyatı çətin durumadadır...”
04/04/2020 [12:08]:
"Qırmızı Aypara Cəmiyyəti bu ağır gündə nə ilə məşğuldur, yığdığı pullar nəyə xərclənib..?"
04/04/2020 [12:00]:
Vəziyyət gərgindir, niyə anlamırsız? - Baş epidemioloq
04/04/2020 [11:52]:
Xüsusi karantin rejimi dövründə 18775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
04/04/2020 [11:51]:
Ermənistanda virusa yoluxanların sayı 800-ə yaxınlaşır
04/04/2020 [11:43]:
Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı
04/04/2020 [11:39]:
İranda ikihəftəlik körpədə koronavirus aşkarlandı
04/04/2020 [11:38]:
“Fonda köməklik etməyə imkanım yoxdur, kifayət qədər dövlətimə, millətimə pul xərcləmişəm...”
04/04/2020 [11:28]:
Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı
04/04/2020 [11:26]:
“Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib
04/04/2020 [11:24]:
UNEC-də onlayn formada növbəti iclas keçirilib
04/04/2020 [11:23]:
ADU THİK xüsusi karantin rejimi ilə əlaqədar təxminən 100 aztəminatlı tələbənin hesabına maddi yardım köçürəcək
04/04/2020 [11:22]:
İmperator adı daşıyan, yəhudilərin qətliamına səbəb olan pandemiyalar – Dəhşətli tarix...
04/04/2020 [11:22]:
“Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov
04/04/2020 [11:20]:
Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
04/04/2020 [11:17]:
Oturaq həyat tərzindən qurtulmağın yolları
04/04/2020 [11:17]:
Tramp maska taxmaqdan imtina etdi...-"Bu, statusuma uyğun deyil..."
04/04/2020 [11:12]:
“Bütün əhali evdən çıxmadan testdən keçirilsin” - Karantin xəstəxanasının həkimi
04/04/2020 [11:08]:
Fransız həkimin korona təklifi dünyanı silkələdi - VİDEO
04/04/2020 [11:07]:
Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!”
04/04/2020 [11:04]:
Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq üçün - ŞƏRTİNİ AÇIQLADI
04/04/2020 [11:04]:
“Buna qədər insan oğlu özünü çox yekəxana aparırdı, indi özümüzü yığışdırmalıyıq...”
04/04/2020 [10:56]:
Koronavirusdan ölənləri gözləyən qəbiristanlıq - FOTO
04/04/2020 [10:56]:
İmmuniteti gücləndirən qidalar - SİYAHI
04/04/2020 [10:55]:
ABŞ-da 5 körpədə koronavirus aşkarlandı
04/04/2020 [10:49]:
Karantin rejimini pozan 2 189 sürücü və sərnişin cərimələndi
04/04/2020 [10:47]:
Lukaşenkodan etiraf: "MDB əhəmiyyətini itirir"
04/04/2020 [10:44]:
Qəbiristanlıqda yer qalmadı, virusdan ölənləri evlərinin qarşısına atırlar...
04/04/2020 [10:42]:
BMT Azərbaycanın COVID-19-la mübarizəsini alqışlayır
Bütün arxiv bir sırada
17/08/2019 [09:43] - Cəmiyyət - ( 848 dəfə baxılıb)

Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir?



Ermənistan rəsmilərinin son təxribatçı bəyanatları Dağlıq Qarabağa dair sülh danışıqlarını davam etdirib-etdirməməklə bağlı sualı bütün ciddiliyi ilə gündəmə gətirib. Maraqlıdır ki, problemin həlli üçün görəvli olan ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri hələ də “Dağlıq Qarabağ Ermənistanındır. Nöqtə” avantürasına reaksiya verməyiblər. Bu da faktiki şəkildə işğalçını şirnikləndirən yanaşma sayıla bilər.

Artıq rəsmi Bakı məsələyə öz münasibətini bildirib. İrəvan yetkililərinin - baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zoqrab Mnatsakanyanın bu açıqlamalarının olduqca riskli, bölgədə yeni savaşa təhrik edən mövqe olduğu barədə xəbərdarlıq edilib. Əslində indi elə bir vəziyyət yaranıb ki, müharibənin tətiyi hər an çəkilə bilər. Buna görə də artıq bir tərəf suçlu olacaq - özünün təxribatçı hərəkətləri ilə Qarabağ düyününə yeni düyünlər vuran işğalçı Ermənistan.

Zohrab Mnatsakanyan ile ilgili görsel sonucu
Lakin həmsədrlərdən “miatsum” sərsəmləməsinə reaksiya gəlməsə də obyektiv düşüncəli əcnəbi şərhçilər İrəvan rəsmilərinin bu qəbildən bəyanatlarını təhlükəli, sülh prosesinə ciddi zərbə hesab etməklə yanaşı,   ölkəmizin ərazi bütövlüyünü müdafiə edən açıqlamalar verirlər. O sırada rusiyalı tanınmış ictimai xadim, Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov Real TV-yə müsahibəsində deyib ki, “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

*****

Bu arada Azərbaycan özünün hərbi qüdrətini artırmaqda davam edir. Ermənistanın kövrək danışıqlar prosesini də torpedaladığı indiki həssas vaxtda hərbi faktor şübhə yox ki, xüsusi önəm kəsb edir. Bu və digər səbəbdən Bakı silahlı qüvvələrimizin hərbi və döyüş hazırlığına diqqəti daha da artırıb. Bura yeni texnikaların alınması və mümkün dərəcədə onların yerli istehsalını təşkil eləmək də daxildir.

Məsələn, bu günlərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi sərgidə “Harop” adlanan pilotsuz uçuş aparatlarının (PUA) buraxıcı qurğusu nümayiş etdirilib. Məlumatına görə, “Maz” markalı zirehli avtomobildə yerləşdirilən qurğu 12 ədəd pilotsuz uçuş aparatını daşıya və havaya buraxa bilir. Qurğu yerləşdirildiyi avtomobildə 45 dərəcə bucaq altında hərəkət edir. Qurğuda İsrail istehsalı olan pilotsuz uçuş aparatı yerləşdirilə bilir. Qurğu döyüşə hazır vəziyyətə gətirilərkən 9 dəqiqə ərzində öz-özünü test edir və döyüşə hazır olub-olmaması barədə komanda verir. Özünütest zamanı hansısa aparat və ya cihazda nasazlıq aşkarlanacağı təqdirdə qurğu avtomatik bloklanır.

“Harop” adlanan pilotsuz uçu ile ilgili görsel sonucu
Maşında yerləşdirilən PUA 200 kilometr məsafədən idarə olunur. PUA hədəfi izləyir, yerini müəyyən edir və komanda vasitəsilə hücuma keçir. PUA hədəfi 100 faiz vurmağa qadirdir. Aparat 16 min metr hündürlükdə uçduğundan düşmənin onu görməsi, müəyyən edib vurması qeyri-mümkündür. Qeyd edək ki, “Harop” 2016-cı ilin aprel döyüşlərində istifadə olunub və 100 faiz uğur əldə edib.

*****

Azərbaycan özünün hərbi potensialını artırmaq üçün təbii ki, 1 nömrəli müttəfiqimiz qardaş Türkiyə ilə əlaqələrə və onun döyüş təcrübəsinə məxsusi önəm verir. İki ölkə arasında müntəzəm şəkildə həm Azərbaycan, həm də Türkiyə ərazisində birgə hərbi təlimlər keçirilir. Qardaş dövlət Azərbaycanın mühüm silah tədarükçülərindən biridir. Türkiyə ələlxüsus da Naxçıvanın təhlükəsizliyinin gücləndirilməsi yönündə gərəkən addımlar atmaqdadır. Muxtar bölgənin təhlükəsiz mövcudluğu isə Qarabağda müharibə variantında Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Yalnız o halda Azərbaycan Ordusu Naxçıvan sarıdan arxayın olaraq, bütün gücünü erməni işğalçıları ilə mübarizəyə yönəldə bilər.

Azərbaycan Ordusu Naxçıvan ile ilgili görsel sonucu
Lakin bu da hamısı deyil. Məsələ ondadır ki, iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığının potensialı daha böyükdür. Bu potensial özündə Azərbaycan ərazisində Türkiyə hərbi bazaların qurulmasını da ehtiva edir. Yəqin ki, proseslər buna doğru gedir. Artıq məsələ heç vaxt olmadığı qədər Azərbaycanın siyasi-hərbi gündəliyinə çıxıb. Azərbaycanlı siyasilər və analitiklər bu yöndə çağırışlar edirlər.   

“Ümid edirəm ki, gələcəkdə Türkiyənin Azərbaycanda iki hərbi bazası qurulacaq”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

“Qətər əmiri ölkəsini açıq və gizli düşmənlərdən qorumaq üçün Türkiyədən ikinci hərbi bazasını yaratmağı xahiş etdi. Türkiyə Qətərdən əvvəl Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan Ermənistanla bacara bilər. Ancaq tək Ermənistanla iş bitmir ki. İnanıram ki, bir gün gələcək Türkiyənin Qətərdə olduğu kimi Azərbaycanda da iki hərbi bazası - Naxçıvanda və Abşeronda mövcud olacaq. Başqa alternativimiz yoxdur. Haqqında çox danışdığımız arxa cəbhədən arxayın olmalıyıq”, - E.Şahinoğlu bildirib.

*****

Əlbəttə ki, nə vaxtsa bu da reallaşa bilər. Bəziləri iddia edir ki, NATO üzvü olan bir ölkənin Azərbaycanda baza qurması çətin olacaq. Ancaq NATO üzvü olmayan Qətərin timsalında artıq nümunə var. İkinci yandan belə fikirlər səslənir ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası ölkəmizdə xarici bazaların qurulmasını yasaq edir. Ancaq konsepsiyaya, qanunlara müvafiq düzəlişləri eləmək də Azərbaycanın daxili işi, suveren haqqıdır. Qalır iki paytaxtın ortaq siyasi qərarı. Xain qonşularımızın Qarabağa düyününə yeni düyün vurduğu vaxtda bu qərar tarixi önəm kəsb edir...(musavat.com)

Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
"Carçıoğlu" şirkətindən nümunəvi addım: 100 imkansız ailə himayəyə götürüləcək...
28 aprel işğalı - Rusiya dövlət sosial siyasi tarix arxivinin sənədlərindəki ilginc faktlar...
Koronavirus səbəbi ilə həyatını itirən 6-ıncı tibb işçisi oldu - FOTO
Maskalar yuyularaq təmizlənə bilərmi? - Mütəxəssislər açıqladı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
"Qırmızı Aypara Cəmiyyəti bu ağır gündə nə ilə məşğuldur, yığdığı pullar nəyə xərclənib..?"
Araşdırma
İmperator adı daşıyan, yəhudilərin qətliamına səbəb olan pandemiyalar – Dəhşətli tarix...
Hadisə
Qəbiristanlıqda yer qalmadı, virusdan ölənləri evlərinin qarşısına atırlar...
Hadisə
Karantin zamanı qumar oynayanlar 10 min cərimələndi– Ev sahibi tutuldu...
Siyasət
"Bu, onun torpaqlarımızın işğalda qalmasının əsas səbəbkarlarından biri olmasına dəlalət edir”
Yazar
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Küçələrimizdəki gerçək dilənçilər: pandemiya dönəmində onlara yardım edən olacaqmı?..”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Koronavirus bizi nələrdən məhrum edir və nəyə doğru aparır? - AYIQ OLUN!..
Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı
Koronovirusu dərmansız sağaldan Azərbaycanlı həkim ortaya rəsmi sənəd qoydu
Koronavirusa görə birbaşa maliyyə yardımı necə veriləcək? - Mikayıl Cabbarov açıqladı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247