Xəbər lenti
17/09/2019 [20:43]:
Ana öz qızlarını körpüdən aşağı atdı: "Onlar məni öldürmək istəyirdi"
17/09/2019 [20:33]:
İlham Əliyev onları “Tərəqqi” medalı ilə təltif etdi - SİYAHI
17/09/2019 [20:32]:
Azərbaycan Prezidenti onlara fərdi təqaüd təyin etdi
17/09/2019 [20:30]:
Dünyanı sarsıdan partlayışla bağlı ilk açıqlama
17/09/2019 [20:25]:
İlham Əliyev çilili həmkarını təbrik etdi
17/09/2019 [20:21]:
Əfqanıstan prezidenti Azərbaycana gələcək
17/09/2019 [20:04]:
Məşhur məmur qadın Naftalanda “şokalad vannası”nda "boğuldu"...
17/09/2019 [19:58]:
"Əncir diplomatiyası": 3 "mehriban düşmən"i müttəfiqə çevirən gərdiş...
17/09/2019 [19:55]:
Azərbaycan holdinqi Rusiyada çoxmilyardlıq aktivi aldı
17/09/2019 [19:19]:
Ermənilər Dağlıq Qarabağ haqda ABŞ MKİ-dən sızdığı iddia olunan sənədlər yaydı... - FOTOLAR
17/09/2019 [18:54]:
"10 il boyunca mənə uşaqlarımın gözü önündə təcavüz etdi" - AĞLASIĞMAZ...
17/09/2019 [18:39]:
Bu da oldu: Hindistanda "qaz çıxarma" yarışması keçiriləcək...
17/09/2019 [18:32]:
MDTF tərəfindən "Yaxşılıq unudulmur" layihəsi ilə bağlı mükafatlandırma mərasimi keçirilib
17/09/2019 [18:23]:
"Dünyanın ən xoşbəxt kirpisi" fenomenə çevrildi - MARAQLI
17/09/2019 [18:22]:
“Qarabağ uğrunda intellektual, diplomatik və fiziki savaşa hazır olmalıyıq”
17/09/2019 [17:41]:
“ƏDƏBİYYAT QƏZETİ”NİN MÜZAKİRƏ SAATI” KİTAB OLDU
17/09/2019 [17:39]:
Universitet tələbələri sərxoş vəziyyətdə gülünc duruma düşdülər - FOTOLAR
17/09/2019 [17:35]:
Hərəkətdə olan avtomobilin üzərinə ildırım düşdü - QORXUNC... + VİDEO
17/09/2019 [17:29]:
"Ekologiya postu"na yeni rəis təyin olundu - Nazir əmr imzaladı...
17/09/2019 [17:17]:
54 saat dayanmadan üzərək rekord qırdı - MARAQLI
17/09/2019 [17:16]:
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17/09/2019 [17:09]:
Azərbaycan Polisinin “Bilik Günü”nə töhfəsi - FOTOLAR
17/09/2019 [17:07]:
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edəcək
17/09/2019 [17:05]:
“Rəngarəng Türk Dünyası” rəsm müsabiqəsi elan olunur
17/09/2019 [17:00]:
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib - FOTOLAR
17/09/2019 [16:57]:
“Azərsu” ASC Bakının yağış sularının yığılma təhlükəsi olan qəsəbələrində yeni layihələrin icrasına başlayıb
17/09/2019 [16:06]:
“Övladımız olmadığı üçün ikimizi də boşadılar...” - Əkiz bacıların acı taleyi...
17/09/2019 [15:45]:
UNICEF və BAMF rəhbərliyi Goranboyun icra hakimiyyəti başçısı ilə müzakirələr aparıb
17/09/2019 [15:43]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17/09/2019 [15:40]:
Arvadını 6 il əvvəl öldürüb, basdıran şəxs hakim qarşısına çıxarılıb
17/09/2019 [15:33]:
“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb
17/09/2019 [15:25]:
Türkiyənin şəhid ailələri və qaziləri Qənirə Paşayeva ilə görüşüb - FOTOLAR
17/09/2019 [15:20]:
“Sınıq Körpü” də film kimi olay- 1 MİLYON 700 MİN AVROLUQ DƏRMAN NECƏ SAXLANILDI?
17/09/2019 [15:15]:
Aygün Kazımova: ”Sami Yusufdan başqa kimsəni dinləməmişəm”
17/09/2019 [15:14]:
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17/09/2019 [14:41]:
Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu - FOTO
17/09/2019 [14:37]:
“Dədə Süleyman”dan acı xəbər- Gözü tutuldu...
17/09/2019 [14:35]:
“Müdafiədən hücuma!..- Bunu Azərbaycan əvəzinə, həyasız düşmən deyir...-VİDEO
17/09/2019 [14:31]:
Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO
17/09/2019 [14:20]:
Məhkəmə Koçaryanla bağlı qərar verdi
17/09/2019 [14:19]:
Azərbaycanın yeddi klubu 800 manat cərimələndi
17/09/2019 [13:52]:
"Bu gün teatr və aktyor sənəti haqda bilən də, bilməyən də danışır, belə olmaz, ayıbdır"
17/09/2019 [13:47]:
“Qarabağ yalnız iqtidarın problemi deyil” – “Bu, bütün xalqın problemidir”
17/09/2019 [13:34]:
Bakıda qəbiristanlıqda bir nəfər intihara cəhd edib
17/09/2019 [13:31]:
İlham Əliyev gürcüstanlı naziri qəbul edib
17/09/2019 [13:17]:
18 sentyabrda gözlənilən hava şəraiti
17/09/2019 [13:15]:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daha bir yeni addım...
17/09/2019 [13:06]:
Ölümlə nəticələnən qəza törədən sürücü həbs edildi
17/09/2019 [12:55]:
Azərbaycanın turizm potensialının tanıdılmasının növbəti ünvanı Pakistandır
17/09/2019 [12:49]:
Şəkidə attraksiondan yıxılan qızla bağlı cinayət işi başlanıb
17/09/2019 [12:46]:
Kulis.az şeir müsabiqəsi elan edir: ŞƏRTLƏR...
17/09/2019 [12:45]:
Hikmət Hacıyev: Ermənistan tərəfi provokativ addımlar atır
17/09/2019 [12:32]:
"Niyə təkcə “Kapital bank", başqa bankların bankomatları yoxdurmu..?"
17/09/2019 [12:17]:
Ucar sakinindən külli miqdarda narkotik götürüldü - FOTOLAR
17/09/2019 [12:14]:
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək
17/09/2019 [12:12]:
Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir
17/09/2019 [12:10]:
DİM dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan etdi
17/09/2019 [12:05]:
DİM dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan etdi...
17/09/2019 [12:02]:
“Konsertimdə Nəsimiyə müraciət etdim, amma bu gün Afətlə Samini gündəmə gətirmək düzgün deyil...”
17/09/2019 [11:49]:
“Kəfənimi kipriyinlə tikərsən...”
17/09/2019 [11:32]:
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
17/09/2019 [11:26]:
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
17/09/2019 [11:22]:
“Nəvələrimin toyunu görmək üçün Allahdan ömür istəyirəm...”
17/09/2019 [11:14]:
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
17/09/2019 [11:07]:
Keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə şübhli bilinən şəxs tutuldu
17/09/2019 [10:58]:
Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA
17/09/2019 [10:55]:
Azərbaycanda genişmiqyaslı təlimlərin ikinci günü - VİDEO
17/09/2019 [10:53]:
ADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilib
17/09/2019 [10:53]:
“Ermənistanın bu günki hakim dairələrindən hər şey gözləmək olar..."
17/09/2019 [10:50]:
“Bütün dünya başını itirdiyi bir zamanda biz başımız uğrunda mübarizədən qalib çıxa bildik”
17/09/2019 [10:47]:
VK rəhbərliyi Türk-AV-ın baş assambleyasının 3-cü zirvə toplantısında iştirak edib
17/09/2019 [10:39]:
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
17/09/2019 [10:32]:
İsrail növbədənkənar seçkilərə gedir
17/09/2019 [10:28]:
Vüqar Bayramov: “Hökumət neftin qiymətini 50 dollar götürməliydi”
17/09/2019 [10:23]:
АDU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib- SİYAHI
17/09/2019 [10:19]:
Rəsmi İrəvan təlaşda: “Rusiya bu dəfə əhali üçün də qazın qiymətini qaldıracaq?!.” 
17/09/2019 [10:10]:
“Hindistanla gərginlik yaşayan Pakistanın yanında olmağa borlcuyuq, çünki...”
17/09/2019 [09:38]:
Səudiyyənin neft zavodlarındakı partlayış birjaları da “alovlandırdı”
17/09/2019 [09:34]:
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır - Araşdırma (Video)
17/09/2019 [09:32]:
“Google”un fəaliyyətində problem yaranıb
Bütün arxiv bir sırada
17/08/2019 [19:20] - Cəmiyyət - ( 1483 dəfə baxılıb)

Xruşov onun mahnısını yasaqlayıb, Brejnev ad, Əliyev xeyir-dua verib – Müslüm Maqomayevin zəngin həyat yolu



Bu gün onun doğum günüdür. Yaşasaydı, 77 yaşı tamam olacaqdı. Görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti, saysız-hesabsız titulların sahibi, Azərbaycanı dünyanın ən böyük səhnələrindən vəsf edən, milyonların sevimlisi Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub.

66 illik ömür yollarında səsi və ifaları kimi Müslüm Maqomayevin həyatı da zəngin və maraqlı keçib. Helsinkidə gənclər festivalından, Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərindən sonra 19 yaşlı Müslüm Maqomayev bu tədbirlərdəki uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. Konsertlər, efir çıxışları, tədbirlərə dəvət üçün Müslüm Maqomayev heç kimin qapısını döyməyib. Mükəmməl ifası və insan kütlələrinin sevgisi onu bütün siyahılarda birinci edib. Dövlət tədbirlərində hətta birinci şəxslər onun iştirakının təmin olunmasını göstəriş veriblər. Sözsüz ki, gözlənilməyən sürprizlər, maraqlı hadisələr onun da həyatından yan keçməyib.


İncəsənətə çox da meyl göstərməyən, daha dəqiq desək, bəlkə də anlamayan Nikita Xruşov arabir gənc Müslümün ifalarını dinləyib. Məhz həmin dövrdə Müslüm Maqomayevin çox populyar olan Moskva haqqında “Dünyanın ən gözəl şəhəri” (“Luçşiy qorod zemli”) mahnısı bir ay ərzində “Yunost” radiosu ilə səsləndirilib. Və bu, həm də o ərəfəyə təsadüf edib ki, Xruşov SSRİ-də tvist janrına qadağa qoyub. Sözügedən mahnı da məhz tvist stilində bəstələnib. Bu haqda Xruşova məlumat verəndə, o, əlini stola çırparaq mahnının səsləndirilməsini qadağan edib:

- Moskva haqqında tvist? Ola bilməz, qadağan edin...

Təbii ki, bu qadağa nə radio rəhbərliyinin, nə də Müslüm Maqomayevin xoşuna gəlməyib. Bu hadisədən cəmi bir-iki ay ötdükdən sonra Xruşov Kremlin məşhur çevriliş planı nəticəsində devrilib. Elə səhərisi gün radionun müsiqi verlişləri redaksiyasının redaktoru efir rejissoruna göstəriş verib:

- Maqomayev Xruşovu devirdi. Mahnını efirə buraxın...

Leonid İliç Brejnevin Müslüm Maqomayevə xüsusi simpatiyası olub, onu həvəslə dinləyib. Baş katib xüsusilə “Bella Çao” mahnısından sonra emosiyalarını gizlətməyi bacarmayıb, Müslüm Maqomayevi elə ürəklə aşqışlayıb ki, hətta ətrafında olanlar ona təəccüblə baxıblar.

Maraqlı məqamlardan biri də Brejnevin 1978-ci ildə Bakıya səfəri zamanı baş verib. Brejnevin Azərbaycana səfər tarixi müəyyənləşdikdən sonra Bakıda baş katibin qarşılanması, görüşləri, iştirak edəcəyi tədbirlərlə bağlı ciddi hazırlıq işləri görülüb. Sözsüz ki, ali qonağın şərəfinə veriləcək ziyafətin və konsert proqramının üzərində də ciddi düşünülüb. Bu məqsədlə Müslüm Maqomayevə də təklif olunub ki, xüsusi bir mahnı hazırlasın. Nəzərə alınıb ki, Leonid İliç Müslüm Maqomayevin ifalarından feyziyab olacaq. Baş katibin bu şakərinə görə Müslüm Maqomayevin çıxışı və xüsusilə də, yeni ifası vacib sayılıb.

Müslüm Maqomayev bu təklifi tərəddüdlə qəbul etsə də, Heydər Əliyevlə görüşündən sonra yeni mahnı üzərində işləməyi zəruri sayıb və bu haqda çox hörmətlə yanaşdığı, özünə doct saydığı bir insana, şair Robert Rojdestvenskiyə zəng vuraraq fikrini bildirib. O isə öz növbəsində təklifi qəbul edərək səhərisi günü təyyarə ilə Bakıya uçub. Bir neçə günlük gərgin yaradıcılıqdan sonra mahnı ərsəyə gəlib.

Mahnının ilk dinləyicisi Heydər Əliyev olub. Heydər Əliyev Müslüm Maqomayevə deyib ki, konsertdən sonra o, mahnının musiqisi və mətni yazılmış xüsusi hazırlanmış qovluğu Leonid İliçə xatirə kimi hədiyyə etməlidir.


Beləliklə, Brejnevin Azərbaycana səfəri başlanıb. Səmimi qarşılanma, yüksək qonaqpərvərlik, protokol qaydalarına uyğun tədbirlər, görüşlər hamısı plan üzrə gedib. Təntənəli konsertdə Müslüm Maqomayev yeni mahnını ifa edib.

Konsertdən sonra Brejnevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayev Heydər Əliyevin dediyi kimi xüsusi hazırlanmış qovluğu xatirə hədiyyəsi olaraq Leonid İliçə təqdim edib:

- Hörmətli Leonid İliç, mən bu musiqi əsərini sizə bütün Azərbaycan xalqı, Azərbaycanın incəsənət nümayəndələri və şəxsən öz adımdan təqdim edirəm.

Müslüm Maqomayev bu sözləri o qədər aşağı tonla deyib ki, Brejnev heç nə eşitməyib. Görkəmli ifaçı sonralar bunu özü də etiraf edib:

“Mən fikirlərimi çox yavaş ifadə edirdim. Demək olar ki, dodağımın altında mızıldanırdım. Hiss etdim ki, Brejnev heç nə eşitmədi və onu da hiss etdim ki, Brejnevin eşitmə qabiliyyəti çox zəifdir”.

Heç nə anlamayan Brejnev qovluğu götürüb stolun üzərinə qoyub. Elə düşünüb ki, Müslüm Maqomayev ondan avtoqraf istəyir. Qələmini çıxarıb qovluğa öz imzasını qoyub. Çaş-baş qalan Müslüm Maqomayev nə edəcəyini bilməyib və sakitcə Heydər Əliyevdən soruşub:

- Mən nə etməliyəm?

- Qovluğu götür, belə hadisə hər gün baş vermir, yadigar saxlayarsan.


Beləliklə, saysız-hesabsız insanlara avtoqraf verən Müslüm Maqomayev anlaşılmazlıq nəticəsində avtoqraf almağa məcbur olub. Özü də Leonid İliç Brejnevdən...

Moskvada mənzil problemi olduğu illərdə Müslüm Maqomayev uzun müddət paytaxtın “Rossiya” mehmanxanasında yaşayıb. Bu Moskvanın ən məşhur və ən bahalı mühmanxanalarından biri sayılıb. Əmisi Camal Müslüm Maqomayeva Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin mehmanxanasında yaşamağı, orada yaşamağın bir az ucuz başa gələcəyinə görə yerini dəyişməyi məsləhət görüb. Bu yerdəyişmədən müğənni həmişə yayınmağa çalışıb və bunun səbəbini də öz xatirələrində açıqlayıb:


“Əmim Camalın bu məsləhəti ağlabatan idi. Amma mən orada tam nəzarətdə olacaqdım. Onsuz da haqqımda Heydər Əliyevə yetərincə məlumat verirdilər. Gecə əyləncələri, “qonaqlarım” haqqında, nə qədər içirəm, kimlərlə yoldaşlıq edirəm, bunlar haqqında Heydər Əliyev tam məlumatlı idi. Buna görə də hər görüşümüzdə mənə deyirdi:

- Müslüm, sənə təcili evlənmək lazımdır. Özünü “pis” aparırsan.

Nəhayət, günlərin birində Heydər Əliyevə evlənəcəyimi söylədim. O, bu xəbərdən çox sevindi və təbrik etmək üçün məni Tamara ilə birlikdə qəbul edəcəyini söz verdi. Mən onda artıq daimi nümayəndəliyin mehmanxanasında yaşayırdım. Elə toyumuzu da orada qeyd edəcəkdik. Həmin gün Heydər Əliyev də Moskvada idi. Bir gündən sonra Bakıya qayıtmalı idi. Məclis hazır oldu, dostlar yığışdılar. Axşam düşdü, amma Heydər Əliyev bizi çağırmadı. Düşündüm ki, sabah qayıdacaq, vaxt qıtlığı olduğundan yəqin ki, imkan tapa bilmir. Elə bunu nəzərə alıb məclisimizi açıq elan etdik. Gecə saat 4-ə kimi təntənə davam etdi. Orkestrimizin inzibatçısı Feliks səhər tezdən xaş gətirdi. Xaş süfrəsi açıldı, özü də hər “təmtərağı” ilə. Saat 9-da qapı döyüldü. Əmim Camal dedi ki, hazırlaşın, Heydər Əliyev sizi gözləyir. Açığını deyim ki, belə “vəziyyətdə” Heydər Əliyevin yanına getməkdən imtina etmək istədim. Amma bu mümkün olan məsələ deyildi. Yuyundum, bir az qara çay çeynədim və görüşə yollandıq. Görüşümüz daimi nümayəndəliyin binasında olmalı idi. Tamara qəbul otağında gözlədi, mən içəri daxil oldum. Salamlaşdıqdan sonra Heydər Əliyev təəccüblə mənə baxaraq soruşdu:


- Üzünə nə olub?

Nəyə işarə etdiyini dərhal anladım, neçə bəhanənin içərisindən ağlıma birinci gələni dedim:

- Heydər Əliyeviç, həyat yoldaşıma xaş yeməyi öyrədirdim...

Gülümsədi, sonra Tamara da gəldi və o bizi təbrik etdi:

- Təbrik edirəm, əgər istəsəniz bu əlamətdar günü birlikdə qeyd edə bilərik, qatarda, mənimlə birlikdə Tulaya qədər gedərsiniz, oradan isə mənim sürücüm sizi geriyə, Moskvaya qaytarar.

Belə bir təklifdən kim imtina edərdi? Qatarda gözəl süfrə aşıldı, qeyri-adi məclis qurduq, Heydər Əliyev xeyir-duamızı verdi...”

Müslüm Maqomayev populyar olmasına baxmayaraq, o heç zaman özü üçün heç kimdən nəsə xahiş etməyib. Amma ondan xahiş edənlərin bir çox problemlərini yoluna qoyub. Buna baxmayaraq, ona qarşı, xüsusilə həmkarları tərəfindən böyük qısqanclıq olub. Onun SSRİ Xalq artisti adı alması üçün təqdimat Azərbaycandan göndərilib. Amma bir müddət bu təqdimat Müslüm Maqomayevin “xeyirxah” tanışlarının əli ilə Moskvada kənara qoyulub. Bu məsələdən xəbərdar olan Heydər Əliyev Brejnevlə görüşlərinin birində, “Müslüm hələ də xalq artisti deyil” deyərək baş katibi məsələdən agah edib. Səhərisi gün Müslüm Maqomayev layiq olduğu adı alıb.

Müslüm Maqomayev Fransa qastrolundan qayıtdıqdan sonra onu həmin ölkədə üçqat qonorar aldığına görə günahlandırıblar.

Bir müddət onun çıxışlarına qadağa qoyulub. Ancaq bu qadağanın da ömrü uzun sürməyib. Dövlət Təhlükəsizliyi Komitəsi əməkdaşlarının peşə bayramında konsert proqramında çıxış edəcək incəsənət nümayəndələrinin siyahısını Yuri Andropova təqdim edəndə, Müslüm Maqomayevin adını görməyən DTK rəhbəri mədəniyyət naziri Furtsevaya zəng vurub:

- Yekaterina Alekseyevna, bizim tədbirimizə Müslüm Maqomayevi dəvət etməyi unutmusunuz?

- Yuri Vladimiroviç, o bizdə “qara” siyahıdan keçir.

- Sizdə haradan keçdiyini deyə bilmərəm, əsas odur ki, “KQB”-nin heç bir siyahısından keçmir.

Beləliklə, Müslüm Maqomayev yenidən böyük səhnəyə qayıdıb...


Dünya şöhrətli müğənni 25 oktyabr 2008-ci ildə, 66 yaşında ürək tutmasından vəfat edib. O, Bakıda I Fəxri Xiyabanda dəfn edilib.(musavat.com)

loading...
loading...
Məşhur məmur qadın Naftalanda “şokalad vannası”nda "boğuldu"...
"10 il boyunca mənə uşaqlarımın gözü önündə təcavüz etdi" - AĞLASIĞMAZ...
Bu da oldu: Hindistanda "qaz çıxarma" yarışması keçiriləcək...
"Dünyanın ən xoşbəxt kirpisi" fenomenə çevrildi - MARAQLI
"Niyə təkcə “Kapital bank", başqa bankların bankomatları yoxdurmu..?"
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ermənilər Dağlıq Qarabağ haqda ABŞ MKİ-dən sızdığı iddia olunan sənədlər yaydı... - FOTOLAR
Cəmiyyət
“Dədə Süleyman”dan acı xəbər- Gözü tutuldu...
Cəmiyyət
"Bu gün teatr və aktyor sənəti haqda bilən də, bilməyən də danışır, belə olmaz, ayıbdır"
Gündəm
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Cəmiyyət
“Nəvələrimin toyunu görmək üçün Allahdan ömür istəyirəm...”
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
"Məlumat gəldi ki, Ayaz Mütəllibovun bir maşın silahı Corat qəbiristanlığında gizlədilib..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247