Xəbər lenti
19/02/2020 [01:25]:
MDTF könüllüləri üçün Şəki şəhərində “Qış məktəbi” təşkil edilib
19/02/2020 [00:46]:
Goranboyda ağır qəza olub, bir nəfər həlak olub - VİDEO
19/02/2020 [00:35]:
Putin “mənə böyük Rusiya lazımdır” dedi, Ukraynada silahlar dilə gəldi...
19/02/2020 [00:35]:
Borcların mübahisəsiz alınması sənədlərinin siyahısında dəyişiklik edildi - RƏSMİ
19/02/2020 [00:02]:
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
18/02/2020 [23:58]:
"Gizləyəcək heç nə yoxdur, heç kimə yalan danışmıram, həyatımı yaşamağa çalışıram"
18/02/2020 [23:56]:
İker Kasilyas karyerasına son qoydu
18/02/2020 [22:50]:
Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı
18/02/2020 [22:32]:
Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar - 6 məntəqə ləğv edildi
18/02/2020 [22:27]:
Dövlət Xidmətinin regional idarələrində işçilərin sayı müəyyənləşdi
18/02/2020 [22:25]:
Dairə sədri “DOST mərkəzi”ndə işləyir? - Nazirlikdən açıqlama
18/02/2020 [22:23]:
Muxtar Babayev “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış oldu
18/02/2020 [21:51]:
Təyyarədə dava salan sərnişinlər uça bilmədi
18/02/2020 [21:43]:
Türkiyədə yenidən güclü zəlzələ oldu
18/02/2020 [21:13]:
Putin Vladislav Surkovu prezidentin köməkçisi vəzifəsindən azad edib
18/02/2020 [21:10]:
Dövlət Baxçalı: "Türkiyədə heç bir hərbi çevriliş olmayacaq"
18/02/2020 [20:59]:
Baş Nazirdən mədəniyyət sahəsi ilə bağlı mühüm QƏRAR
18/02/2020 [20:56]:
Türkiyə-Azərbaycan matçının yeri və vaxtı açıqlandı
18/02/2020 [20:24]:
Hindistanda onlarla şagird soyunmağa məcbur edildi - AĞILASIĞMAZ SƏBƏB...
18/02/2020 [20:20]:
Aldadıldığını bilən qadın ərindən belə intiqam aldı - FOTO
18/02/2020 [20:17]:
Baldızını öldürüb, arvadını bıçaqlayan şəxsə hökm oxunub
18/02/2020 [20:16]:
"“Palmali” kimi şirkətin sahibi olmağıma nə həyat yoldaşım, nə də qayınatam səbəb olub"
18/02/2020 [20:08]:
"Saxtakarlığı həyat kredosu seçən, təhsil sistemini 30-40 min saxta diplomla elə 30-40 il geri salan biri..."
18/02/2020 [20:02]:
Bu görüntülər dünyanı ayağa qaldırdı - DƏHŞƏT... + VİDEO
18/02/2020 [20:00]:
Əşrəf Qani yenidən Əfqanıstan Prezidenti seçilib
18/02/2020 [19:58]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18/02/2020 [19:55]:
Serbiya ilə sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrə başlanıb
18/02/2020 [19:54]:
"Etibar Əliyev öz abırına qısılıb və Mehman Hüseynovun təhdidi ilə üz-üzə qalıb..."
18/02/2020 [19:51]:
Gəncədə yol qəzası baş verdi, ölən və yaralananlar var - YENİLƏNİB
18/02/2020 [19:48]:
Arpadarainin dairəsində altı məntəqənin nəticəsi ləğv edildi
18/02/2020 [19:37]:
Nəhəng timsah 4 ildir bu şəkildə yaşayır - MARAQLI... + VİDEO
18/02/2020 [19:36]:
Azərbaycan Ombudsmanı Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18/02/2020 [19:33]:
Azərbaycan əsgəri qarlı dağlarda döyüş təlimi keçir - FOTO/VİDEO
18/02/2020 [19:10]:
Nadir oğluna diplomat qızı alır: "Savadlı, kübar və sağlam ailədilər"
18/02/2020 [19:08]:
"Yaxın 3 ildə Bakının avtobus parkı tam yenilənəcək"
18/02/2020 [19:05]:
Putin oxşarı ilə bağlı suala cavab verdi
18/02/2020 [18:52]:
“Bu orduda “oğru qanunları” fəaliyyət göstərir”
18/02/2020 [18:47]:
Ermənilər Tərtər rayonu ərazisində öz balaları üçün belə bağça tikməyə başladı... –FOTO
18/02/2020 [18:26]:
Ermənistanın Baş Qərargah rəisi istefa verməkdən imtina etdi
18/02/2020 [18:21]:
Daha üç seçki məntəqəsinin nəticələrinin üstündən xətt çəkildi
18/02/2020 [18:16]:
Meşədə əl qumbaraları və partladıcılar tapılıb - FOTOLAR
18/02/2020 [18:16]:
ABŞ-ın hərbi hava qüvvələrinin şahı “havada qalıb”: F-35-lərə müştəri tapılmır...
18/02/2020 [18:11]:
Xaçik Almaniyanın Ermənistandakı səfirliyini partlatmaq istədi...
18/02/2020 [18:09]:
“Baş redaktorların əksəriyyəti xəsisdir” - Moderator.az-ın köşə yazarı narazıdır...
18/02/2020 [17:57]:
Tarix İnstitutu İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır
18/02/2020 [17:56]:
“Hansı Seçki Məcəlləsində yazılıb ki, biz şikayətçiyə rəy verməliyik?”
18/02/2020 [17:54]:
Ölkədə hər doğulan 100 qıza 114 oğlan düşür - üçəmlər, dördəmlər...
18/02/2020 [17:52]:
Azərbaycanda uşaq və qadın CİNAYƏTKARLAR - adam oğruluğu, zorlama, narkotik alveri...
18/02/2020 [17:51]:
Türkiyəni çətinə salan taktiki gediş: Türk düşmənləri birləşir...
18/02/2020 [17:49]:
Barmaq şıqqıldatmağın TƏHLÜKƏSİ
18/02/2020 [17:46]:
"Bir kəlməyə görə qadının başını kəsərəm" - VİDEO
18/02/2020 [17:37]:
Gələcəyin ixtisasları açıqlandı
18/02/2020 [17:35]:
"Qaçqınkom" yataqxanada baş verən yanğınla bağlı məlumat yaydı
18/02/2020 [17:33]:
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrıldı
18/02/2020 [17:31]:
"Pozuntu olan yerlərdə nəticələrin ləğv edilməsinə meylliyik"
18/02/2020 [17:30]:
Baş Prokurorluqda yüksək vəzifəyə TƏYİNAT
18/02/2020 [17:07]:
Məzahir Pənahov: “Seçki komissiyaları günahkardır”
18/02/2020 [17:06]:
Tuneldə 30 maşının toqquşduğu dəhşətli qəza - ANBAAN VİDEO
18/02/2020 [17:02]:
79 saylı İmişli Seçki Dairəsinin beş məntəqəsində səsvermənin nəticələri ləğv edilib
18/02/2020 [17:00]:
"Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və..."
18/02/2020 [16:55]:
Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var - FOTO
18/02/2020 [16:54]:
Rəsmi Ankara Suriyaya çoxlu sayda hərbi texnika göndərdi
18/02/2020 [16:46]:
“Dünya yazıçılarıyla müqayisədə əlbəttə, bizim yazıçıların əsərləri xarici ölkələrdə çox az-az çap olunur...”
18/02/2020 [16:45]:
“Ailə quran gənclərlə bağlı belə ibrətamiz addımı təbliğ etmək yaxşı olar və bu adətə çevrilə bilər...”
18/02/2020 [16:34]:
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı
18/02/2020 [16:32]:
İran, Rusiya və Türkiyə prezidentləri Tehranda görüşəcəklər
18/02/2020 [16:31]:
İşğalçı qüvvələrdə əsgər ölümləri: “müdafiə naziri” və daha bir neçə general işdən çıxarıldı
18/02/2020 [16:19]:
İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
18/02/2020 [16:15]:
Şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə yeni qaydaların detalları açıqlandı
18/02/2020 [16:12]:
Manaf Ağayevdən qalmaqallı açıqlama: “Bizə çörək lazımdır, sənət yox” - VİDEO
18/02/2020 [16:07]:
Azərbaycanda yüksək vəzifəyə təyinat
18/02/2020 [16:00]:
Gəncənin icra başçısı özünə yeni köməkçi təyin etdi
18/02/2020 [15:56]:
Məktəblərdəki münaqişə hallarına görə beş məsul şəxsə töhmət verildi
18/02/2020 [15:45]:
Bu rayonlarda olan restoran sahiblərinə xəbərdarlıq
18/02/2020 [15:43]:
Ukrayna ordusunun qərargahı: "Döyüşlər dayandı, mövqelərimizi əldən vermədik"
18/02/2020 [15:37]:
Ukrayna parlamenti Xocalı soyqırımının tanınması məsələsinə baxacaq
18/02/2020 [15:26]:
Qəbələ və ətraf rayonların əhalisinin diqqətinə - Pulsuz hüquqi yardım
18/02/2020 [15:24]:
Almaniyada Ümumavropa Qarabağ Mitinqi keçiriləcək - VİDEO
18/02/2020 [15:16]:
Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı - FOTO
18/02/2020 [14:54]:
Əbülfəs Qarayev Londonda Karoline Mebayla görüşdü
Bütün arxiv bir sırada
18/08/2019 [14:14] - Cəmiyyət - ( 894 dəfə baxılıb)

Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...



Avqust ayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin 70 yaşı, fəaliyyətinin 40 ili tamam olur.

1979-cu ildə, 30 yaşında QMİ sədri seçilən A.Paşazadə istər sovet, istərsə də müstəqillik dövründə ölkənin ictimai-siyasi həyatında fəal iştirakı ilə diqqət çəkib. Bu fəaliyyət nəticəsində QMİ Azərbaycanın ictimai həyatında yerini möhkəmləndirib və dini cameənin avanqardı kimi çıxış edib. A.Paşazadənin din xadimi kimi fəaliyyəti zəngindir. QMİ sədri sovetdən qalma ənənəvi dini passivliyi dağıdaraq ona yeni nəfəs verməyi bacarıb.

Şeyxülislam 40 illik fəaliyyətində həm də imza atdığı ilklərlə yadda qalıb. 

O, 30 yaşında Şeyxülislam seçilməklə sovet məkanında ən gənc dini rəhbər olaraq özünü təqdim edə bilib. Buna qədər SSRİ məkanında müsəlman din xadimləri həddən artıq yaşlı və cəmiyyətdən təcrid olunmuş halda idilər. Gənc Allahşükür paşazsənin sovet kommunist rəhbərliyi qarşısında dağıdılmış Bibiheybət məscidinin bərpası üçün qaldırdığı təklif 80-ci illərin əvvələri üçün kifayət qədər riskli addım idi. Ona qədər Azərbaycanda dini rəhbərlər bunu açıq şəkildə dillərinə gətirməmişdilər. 30-cu illərdə bolşeviklər tərəfindən dağıdılmış Bibiheybət məscidinin ərazisində isə Stalinin qorxunc heykəli ucalırdı.

1986-cı ilin oktyabrında dünyanın 30-dan çox dövlətini təmsil edən 600-dən çox din xadimi Bakıya toplaşmışdı. Qafqaz Müsəlmanları İdarəsinin sədri, 36 yaşlı Allahşükür Paşazadənin təşkilatçılığı ilə Azərbyacanda ilk dəfə İslam Konfransı Təşkilatının himayəsi altında “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans təşkil olunmuşdu. Bu beynəlxalq konfrans Azərbaycanın dünya müsəlmanlarının yeni əməkdaşlıq mərkəzinə çevrilməsində mühüm rol oynadı. Buna qədər SSRİ-də son dərəcə nadir hallarda keçirilən belə beynəlxalq tədbirlər yalnız Orta Asiyada - Daşkənddə baş tuturdu.

Bakıda keçirilən bu konfrans Azərbaycanın müsəlman dünyası ilə yaxın əlaqələr qurmasında bir vəsilə oldu. Üstündən 5 il ötəndən sonra –1991-ci ildə Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İslam Konfransı Təşkilatının (hazırkı adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.

80-ci illərdə SSRİ-də başlanmış yenidənqurma prosesi dini müstəvidə bir oyanışa səbəb oldu. Müsəlman respublikalarının dini liderləri arasında dövrün yeni çağırışlarına cavab verəcək azsaylı ruhanilər sırasında A.Paşazadə də var idi.

1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına keçirilən  seçkilərdə ilk dəfə olaraq Sovet İttifaqının dindar kəsiminin nümayəndələrinin iştirakına imkan yarandı. Seçkilərin nəticələrinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə SSRİ xalq deputatı mandatını aldı. Şeyxülislam SSRİ Ali Sovetinin Aşkarlıq, vətəndaş hüquqları komitəsinin üzvü oldu və SSRİ-də dindarlara ilk dəfə hüquq verən “Vicdan azadlığı haqqında” qanun layihəsini hazırlayan işçi qrupun tərkibinə daxil edildi.

QMİ sədrinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq 1989-cu ildə Bakı İslam Universiteti açılıb.

1990-cı ilin 20 yanvar qırğını Azərbaycanda prosesləri dəyişdirən məhək daşı oldu.

Şeyxülislamın qanlı qırğınla bağlı SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən bəyanatı dünyada böyük rezonans vdoğurdu və onu ittifaq məkanında tanınmış ictimai xadimə çevirdi. Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ittiham edən ilk belə bəyanat idi. 1990-cı il martın 14-də Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz olaraq  Şeyxülislam Allahşükür Paşazadə SSRİ Xalq deputatı mandatından imtina etdi.

Azərbaycanın müstəqilliyi uğrunda gedən hərəkatın fəal iştirakçısına çevrilmiş A.Paşazadə bu illər ərzində bir sıra yeni təşəbbüsləri ilə tolerantlıq və birgəyaşayış prinsiplərinin möhkəm təməlini yarada bilib. 

1991-ci ilin dekabrında QMİ sədrinin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İslam Konfransı Təşkilatının (indiki adı İƏT - İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.

Bu, 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi. Toplantıda iştirak edən Türkiyə, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir və 20-yə yaxın ölkənin dövlət rəhbərləri ilə şəxsi görüşləri sayəsində Şeyxülislam Azərbaycanı həm İslam Konfransı Təşkilatının, həm də İslam İnkişaf Bankının tamhüquqlu üzvü etməyə nail oldu. Həmin toplantıda Pakistanın Baş naziri Nəvaz Şərif ölkəsinin Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.

Həmin dövrdə ölkəmizin mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi.

Azərbaycanın üzləşdiyi Qarabağ probleminin həlli üçün ilk gündən səyini əsirgəməyən Şeyxülislam dünyanın din xadimləri ilə apardığı danışıqlar nəticəsində münaqişənin dini çalar daşıması barədə erməni iddialarını darmadağın edə bilmişdi. 1995-ci ildə Moskvada Rusiya patriarxının təşəbbüsü ilə keçirilmiş Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli danışıqlarının yekun bəyanatında münaqişənin dini motivli olmadığı dünyaya rəsmən bəyan olundu.

Müxtəlif dini konfessiyaların  yaşadığı Azərbaycanı xaricdən  “doğru ilahi əmrlər” ixrac edən maraqlı qüvvələr üçün cazibədar edir. Dinləri bir-birinə qarşı qoymaqla siyasi  dividend qazanmağa çalışan qüvvələrin  at oynatdığı bir dünyada tolerantlıq prinsipləri, birgəyaşayış mesajları sülh və barış üçün əsas resept sayılır. 

QMİ sədri müsəlman dünyası üçün çox nadir olan bir ilkə nail olmaqla tolerantlığın yaxşı nümunəsini yarada bilib.  Min ildən artıqdır ki, İslam dünyasının iki böyük məzhəbinin – şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb.

Qurani-Kərimdə Allah bütün müsəlmanları birliyə və vəhdətə çağırır. Belə bir zamanda Azərbaycan bütün dünyaya nümunə ola biləcək növbəti addım ata bildi. Məscidlərdə müxtəlif məzhəblərin nümayəndələri birgə Vəhdət namazı qıldılar.

QMİ sədrinin atdığı mühüm addımlardan biri də Aşura mərasimlərində qanvermə aksiyasıdır. Şeyxülislam yüzillərlə davam edən müqəddəs gündə başyarma kimi mövhumatçı adəti xəstələrə qanvermə aksiyasına çevirməklə islam dininin xeyrixah əməllərə çağırış mesajını bir daha praktik subut etdi.

QMİ sədri islam dini və dünyəvi elmlər arasında  münasibətləri əlaqələndirən bir alim kimi də tanınır. Allahşükür Paşazadənin hələ SSRİ dönəmində yazdığı, elmi redaktoru akademik Ziya Bünyadovun olduğu “Qafqazda İslam” əsəri Azərbaycan elmi tarixində öz layiqli yerini tutur.

Kitab həmin dövrə qədər Azərbaycanda islam və onun tarixinə dair sovet ideoloji platformasından kənar yazılan ilk araşdırmadır.

Şeyx bununla SSRİ zamanında dini sinfi mövqedən tənqid edənləri tənqid edən ilk müəliflərdəndir. Həmin tənqidçilərin yazılarındakı dinin sinfi mövqedən tənqidi metodologiyası Şeyxülislamın elmi qənaətləri ilə köklü şəkildə rədd edilib. Onun əsərləri islamşünaslığa dair tədqiqatlara böyük təsir göstərib. Bu əsərləri ilə Şeyxülislam Allahşükür Paşazadə özünü təkcə din xadimi kimi deyil, həm də istedadlı tarixçi və filosof kimi tanıda bilib.

Özünün məhsuldar fəaliyyəti ilə Azərbaycanı Qafqazda dini əməkdaşlıq mərkəzinə çevirməklə A.Paşazadə eyni zamanda Prezident İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin dünyada və MDB məkanında təbliğini yol açıb və Bakını bu siyasətin məhək daşına çevirib.(modern.az)

Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
Hindistanda onlarla şagird soyunmağa məcbur edildi - AĞILASIĞMAZ SƏBƏB...
"“Palmali” kimi şirkətin sahibi olmağıma nə həyat yoldaşım, nə də qayınatam səbəb olub"
Bu görüntülər dünyanı ayağa qaldırdı - DƏHŞƏT... + VİDEO
Nəhəng timsah 4 ildir bu şəkildə yaşayır - MARAQLI... + VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Putin “mənə böyük Rusiya lazımdır” dedi, Ukraynada silahlar dilə gəldi...
Dünya
Aldadıldığını bilən qadın ərindən belə intiqam aldı - FOTO
Cəmiyyət
“Dünya yazıçılarıyla müqayisədə əlbəttə, bizim yazıçıların əsərləri xarici ölkələrdə çox az-az çap olunur...”
Dünya
Koronavirusun ilk aşkar edildiyi xəstəxananın direktoru da öldü - FOTOLAR
Dünya
“Onu Şuşaya aparacağıma söz vermişəm...”- Xalq şairinə doğum günü təbriki...
Həftənin ən çox oxunanları
Türkiyənin təyyarələrlə bağlı xəbərdarlığı Rusiyanı qoxuya saldı: Yada düşər xatirələr...
Hədəfi 640 km uzaqlıqda haqlayan ölümcül güc: Ən qüdrətlilər belə onun qarşısında acizdir!
"İllərlə xalqdan nə çaldınız, FETÖ-ya nə qədər para yedirdiniz, hamısı deşifrə olacaq..."
Ərdoğandan dünyanı SİLKƏLƏYƏCƏK SÖZLƏR - "Əsədi darmadağın edəcəyik"
“Türkiyə bizim qərargahımızdır: Moskvanı bu qərargahla hesablaşmağa məcbur etməliyik!”
Seçildiyi dairənin nəticələri ləğv edilən Hadi Rəcəbli: “Qurtardı”
"25 il bundan qabaq kişilikdən istefa vermişəm..."
"Ziya Məmmədov büdcəni, Misir Mərdanov təhsili, Fazil Məmmədov iqtisadiyyatı çökdürəndə..."
60 Xankəndi ermənisi Milli Məclisə seçkilərdə necə iştirak etdi? - ŞOK İDDİA...
Ermənilər 26 il öncə Ömər aşırımındakı qələbələrini xatırlatdı...-FOTOLAR+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247