Xəbər lenti
22/09/2019 [20:09]:
Maykl Pompeo: "Tramp və Zelenskinin danışığı məxfidir"
22/09/2019 [19:39]:
Çində məscidləri dağıdırlar
22/09/2019 [19:35]:
Çeçenistanda cinlərə inansalar da, cadugərləri cəzalandırırlar - VİDEO
22/09/2019 [19:33]:
Rusiyalı boksçu eyvandan düşərək öldü
22/09/2019 [19:30]:
NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir? -FOTOLAR
22/09/2019 [19:09]:
“Cinayəti iyirmi gün öncə planlaşdırmışdım...” - Toy gecəsi kürəkənini öldürən qaynata danışdı...
22/09/2019 [19:00]:
Ölkədə çoxuşaqlı ailələrin sayı niyə azalır? - Əhali arasında VİDEOSORĞU
22/09/2019 [18:45]:
Melaniya Tramp açılış lentini kəsə bilmədi - VİDEO
22/09/2019 [18:40]:
Qazaxıstanda UNO-ların göründükləri yerlərin xəritəsi tərtib edildi - FOTOLAR
22/09/2019 [18:28]:
IAEA 2019 çərçivəsində konfrans öncəsi praktik məşğələlər KEÇİRİLİR
22/09/2019 [18:24]:
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...
22/09/2019 [18:19]:
Hilton” otellər şəbəkəsinin sahibi vəfat edib
22/09/2019 [18:17]:
Ukraynada yük avtomobili mikroavtobusla toqquşub, 9 nəfər ölüb
22/09/2019 [18:14]:
Türkiyədə avtomatik dua oxuyan “Duamatik” icad olundu - VİDEO
22/09/2019 [18:08]:
Ərdoğan Qərbə meydan oxudu: "Ölümdən qorxmayan millət"
22/09/2019 [18:00]:
ABŞ-da atışma olub, altı nəfər yaralandı
22/09/2019 [17:58]:
Xəzər rayonunda 3 otaqlı ev yandı
22/09/2019 [17:53]:
“ “Vor-zakonlar” haqda qanun qəbul olunarsa- onlar ölkədən qaçacaq...”
22/09/2019 [17:44]:
Cəbrayıl Həsənov dünya ikincisi oldu
22/09/2019 [17:23]:
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verdi - TƏFƏRRÜAT
22/09/2019 [17:16]:
Türkiyə və Ukrayna sürücülük vəsiqəsinə görə razılığa gəldi
22/09/2019 [17:14]:
Ərdoğanı ABŞ-da izdiham qarşıladı
22/09/2019 [16:47]:
Albaniyada baş vermiş zəlzələlər zamanı 100-dən çox insan xəsarət aldı
22/09/2019 [16:42]:
"İlk milyonu şalvar satıb qazandım..."
22/09/2019 [16:25]:
Rumıniyanın məşhur cadugəri: “Trampın mühacirlərə qarşı davranışlarını əngəlləyəcəyik” - FOTOLAR
22/09/2019 [16:06]:
Cəlilabadda 8 otaqlı ev yandı
22/09/2019 [16:03]:
Ruhani: "İran bütün qonşulara dostluq əlini uzadır"
22/09/2019 [15:55]:
“Rembo” uğrunda Al Paçino, Robert De Niro, Dastin Hoffmana qalib gələn Silvestr Stallone
22/09/2019 [15:54]:
“Papanin yolu” on il sonra açıldı - VİDEO
22/09/2019 [15:14]:
Ağsuda iki minik avtomobili toqquşub, bir nəfər xəsarət aldı
22/09/2019 [14:44]:
Türkiyədə rusiyalı turistlərin olduğu avtobus aşıb, 15 nəfər xəsarət aldı
22/09/2019 [14:31]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri erməniləri belə ifşa etdi - VİDEO
22/09/2019 [14:07]:
"Azərbaycanlılar rahat yatsın, İsrail buna yol verməz" - Diplomat
22/09/2019 [14:00]:
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verildi
22/09/2019 [13:54]:
"Toylar bizi məhv edəcək səviyyəyə çatıb..."
22/09/2019 [13:50]:
Hərbi qulluqçumuz dəfn edildi - FOTOLAR
22/09/2019 [13:47]:
Pakistanda avtobus qəzaya uğrayıb, 22 nəfər öldü
22/09/2019 [13:45]:
Tovuzda quyuya düşən körpəni belə xilas etdilər – VİDEO
22/09/2019 [13:22]:
Türkiyə ordusu İraqın şimalında PKK terrorçularını zərərsizləşdirdi
22/09/2019 [13:17]:
Məşqçi bütün pilates sirlərini açdı: Faydası və zərərləri -FOTOLAR
22/09/2019 [13:16]:
Gürcüstan gəncləri prezident sarayının qarşısında etiraz aksiyası keçiriblər
22/09/2019 [13:08]:
Gürcüstanın dövlət sərhədini pozan 4 Azərbaycan vətəndaşı saxlanıldı
22/09/2019 [13:06]:
Rusiya Suriyadakı sınaqlardan sonra 12 silahın istehsalını dayandırdı
22/09/2019 [13:03]:
“Uşağımın babası tanınmış məmurdur, adını desəm...” – Türkiyədə yaşayan Seva -FOTO/VİDEO
22/09/2019 [12:50]:
Həftənin ilk gününə olan hava proqnozu açıqlandı
22/09/2019 [12:48]:
Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu
22/09/2019 [12:46]:
“Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir”
22/09/2019 [12:39]:
“O, rus qadınla evləndiyi üçün övladımızın da dəfninə gəlmədi...” - Tək oğlunu itirən qadının hekayəsi...
22/09/2019 [12:32]:
Şəmkirdə bir nəfər hovuzda boğuldu
22/09/2019 [12:16]:
Yaponiyada 400-dən çox aviareys təxirə salındı
22/09/2019 [12:13]:
Mia Xalifa ona mesaj yazan futbolçunu belə ifşa etdi - FOTOLAR
22/09/2019 [12:09]:
Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb, dağlara qar yağdı
22/09/2019 [11:57]:
Qubanın dağlıq kəndlərinə qar yağdı - FOTO
22/09/2019 [11:57]:
Yunanıstanda 1985-ci ildə təyyarənin qaçırılması faktına görə axtarılan şəxs həbs edilib - FOTO
22/09/2019 [11:54]:
Mütəxəssisdən lazerə gedən qadınlara məsləhət: "Erotikanı pozmayın"
22/09/2019 [11:24]:
Ağ Evə qarşı “üçlər ittifaqı”: ABŞ Yaxın Şərqin “qapı”sı arxasında qala bilər
22/09/2019 [11:20]:
ABŞ-dan İrana şok: Birini də biz vuraq, səs çıxartmayın!
22/09/2019 [10:59]:
Bakıda 1 manata obyekt satılır - Foto
22/09/2019 [10:52]:
Bəyi toy gecəsi öldürdülər - Ən xoşbəxt günü, son günü oldu-FOTOLAR
22/09/2019 [10:49]:
Poroşenko həbs olunmaq ehtimalından danışdı
22/09/2019 [10:24]:
"Başımıza dəysin belə demokratiya, gözümüzə girsin belə mübarizə..."
22/09/2019 [10:22]:
Bir qrup ukraynalı bloger Azərbaycanın işğal altındakı torpaqlarına gəldi... - FOTO
22/09/2019 [10:15]:
Ramzan Kadırovun dəbdəbəli həyatı ilə bağlı Ukrayna TV-sindən VİDEOŞOK...
22/09/2019 [10:09]:
Sevgilisinə su altında evlilik təklif edərkən boğulub öldü
22/09/2019 [10:08]:
KİV: Rusiya Kraliça II Yelizavetanın oğluna qarşı kompromat ələ keçirib
22/09/2019 [09:58]:
“ASAN xidmətin səyyar briqadaları yaradılmalı və xaricdəki azərbaycanlıları sənədləşdirməlidir”
22/09/2019 [09:51]:
Bədən qoxunuz xəstəliyinizdən xəbər verir
22/09/2019 [09:45]:
Müsəlman ölkəsi Ermənistanın bayramını təntənə ilə qeyd etdi - FOTO
22/09/2019 [09:17]:
Ali Baş Komandanına və dövlətinə sadiq olan general...
22/09/2019 [08:43]:
Yüksək maaş verən şirkətlərin reytinqi – TOP 10
22/09/2019 [08:38]:
Bu gün "Neftçi" və "Keşlə" arasında yubiley oyunu keçiriləcək
22/09/2019 [08:23]:
Assanjın həbsxanada saxlanma şəraiti sərtləşdirildi
22/09/2019 [08:21]:
“Hüseyn kimdir?” könüllüləri ABŞ-ın Luisvil şəhərində ehtiyaclı insanlara ərzaq payladı...
22/09/2019 [08:18]:
Ukrayna sərhədlərini amerikasaayağı qoruyacaq
22/09/2019 [08:16]:
Imam Hüseyn(ə.s.) dünyaya nə vaxt və necə gəldi?..
22/09/2019 [00:57]:
"Heç kim "BP"dən soruşmur ki, nə üçün Bakının göbəyində zəhərli maddələrdən istifadə edirlər?”
22/09/2019 [00:37]:
"“Parabeyin” onlara ağır söyüşlər söydükdən sonra tapancasını polis rəisinə tuşladı..."
21/09/2019 [23:01]:
İran hava məkanına girən bütün PUA-ları vuracaq
21/09/2019 [22:34]:
Prostat genişlənməsi: Əksər kişilərin “qorxulu yuxusu” - Əlamətləri, müalicəsi...
21/09/2019 [22:03]:
Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında 3 yanaşmanın hamısını boşa verib
Bütün arxiv bir sırada
18/08/2019 [14:19] - Cəmiyyət - ( 708 dəfə baxılıb)

Gəncləri öz qurbanına çevirən estetik əməliyyatlar...



Adil Qeybulla: "Pasientin, xüsusən də gənc şəxsin əməliyyatda dünyasını dəyişməsi ciddi araşdırılmalıdır"

Məlum olduğu kimi, bu günlərdə Bakıda özəl klinikalardan birində burun estetik əməliyyatı (rinoplastika) zamanı 16 yaşlı yeniyetmə oğlan dünyasını dəyişdi. Faktla bağlı araşdırma işləri aparılır.

Qeyd edək ki, buna qədər bir neçə gənc və yeniyetmənin burun estetik əməliyyatından sonra dünyasını dəyişdiyinin şahidi olmuşuq. Məsələn, iki il öncə Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan 18 yaşlı qız rinoplastika əməliyyatının qurbanı olmuşdu. Hadisədən bir qədər sonra onun əməliyyat olunduğu özəl klinika bağlanmışdı. 

Gəncədə isə 17 yaşlı Aygül Orucova özəl tibb mərkəzlərinin birində burnundan əməliyyat olunarkən dünyasını dəyişmişdi. Həmin hadisədə əməliyyat zamanı gənc qız narkozdan ayıla bilməmişdi. Həkimlərin bütün səylərinə rəğmən qız dünyasını dəyişmişdi. 

Əlbəttə ki, istər klinikaların bağlanılması, istərsə də həkimlərin cəza alması estetik gözəlliyin qurbanı olmuş gəncləri geri qaytarmır.

Ümumiyyətlə, müşahidələr də onu göstərir ki, illər öncə Amerika, Avropada, İranda dəb halını alan plastik əməliyyatlar artıq Azərbaycanda da sürətlə artmağa, adiləşməyə başlayıb. Nəticədə gözəllik qurbanı olanların da sayı da artmaqdadır. Əgər əvvəllər şou-biznes nümayəndələri, sənətçilər estetik əməliyyatlara üz tuturdusa, hazırda sadə insanlar da müraciət edir, bəzən bu əməliyyatlar üçün banklardam kredit götürür və sairə. İnsanlar keçirəcəyi estetik əməliyyatların onlara həyatı bahasına başa gələcəyini, ölüm riskini bilə-bilə yenə də bu yola addım atırlar. 

Heç də gizlin deyil ki, estetik cərrahiyə inanılmaz dərəcədə inkişaf etsə belə, hər zaman təhlükəlidir. Çünki mütəxəssislər dəfələrlə bildirirlər ki, istənilən cərrahiyə əməliyyatının ölüm riski var. Belə ki, əgər xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. Xəstənin qan, ürək, diabet, revmatizm, damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı varsa, bu da təhlükə yarada bilər.

Təəssüf ki, ölkəmizdə gözəllik qurbanı olanlar daha çox 18-22 yaşlı gənclərdir. Nəticədə bəzən gənclər nəinki mövcud olan gözəlliklərini, hətta həyatlarını itirirlər.

Ən çox müraciət olunan estetik əməliyyat hansıdır? 

Məlum olub ki, dünyada ən çox müraciət edilən plastik əməliyyat “ritidektomiya”, sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanılıb. 

“Liposaksiya”, bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb. 

“Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur. 

Araşdırmalara görə ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat isə “rinoplastik” əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır. 

Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.

Son vaxtlarda isə dərialtı piylərin xaric edilməsi əməliyyatları dəb halını almağa başlayıb. Botoks əməliyyatına gəldikdə isə, təəssüflə qeyd etmək lazımdır ki, bu əməliyyat dünyada 45-50 yaşlı insanlar arasında aparılsa da, ölkəmizdə daha çox gənclər bu əməliyyata müraciət edir. Ən təhlükəsi isə bu əməliyyatın daha çox gözəllik salonlarında, qeyri-peşəkarlar tərəfindən aparılmasıdır. Bunun üçün də tez-tez botoks əməliyyatından həyatı təhlükəyə düşən insanlar haqqında məlumatlara rast gəlirik.

Bəs gəncləri qurbanına çevirən burun əməliyyatı nə dərəcədə təhlükəlidir? 

Qeyd edək ki, əksər mütəxəssislər burun əməliyyatının 18 yaşdan sonra aparılmasını məsləhət görür. Həkimlər xüsusən də yetkinlik yaşına çatmayanların burunun estetik əməliyyatına müraciət etməsinin təhlükəli olduğunu bildirirlər. Erkən yaşdan burunun estetik əməliyyatının ciddi fəsad vermə təhlükəsi daha çoxdur. Buna səbəb isə yeniyetməlik dövründə digər orqanlar kimi burunun da formalaşması tam başa çatmır. Yalnız 18-19 yaşdan sonra bu proses yekunlaşır. 18 yaşdan əvvəl burun əməliyyatı edilərsə, gələcəkdə mütləq tənəffüsdə problemlər ortaya çıxarır. Maraqlıdır ki, son illərdə gənc qızlar qədər gənc oğlanların da estetik əməliyyata müraciətləri artıb.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla musavat.com-a danışıb: 

"Bir şeyi həmişə nəzərdə saxlamaq lazımdır ki, istənilən şəxsin evdə və yaxud xəstəxanada dünyasını dəyişirsə, mütləq bu məhkəmə tibbi ekspertizanın subyekti olmalıdır. Yəni, mütləq ölümün səbəbi araşdırmalı, diaqnoz qoyulmalı, sonra verilməlidir. Çox təəssüf ki, çox zaman bu səs-küyə səbəb olsa da, sonradan ört-basdır edilir, olduğu kimi qalır.

Sonuncu hadisədə də çox güman ki, bu cür olacaq. Müxtəlif rəylər veriləcək, bu rəylər daha çox özünü müdafiə xarakteri daşıyacaq.

İkinci bir bir tərəfdən, dünya ölkələrində şəxs estetik əməliyyata girməzdən əvvəl psixoloq və hüquqşünasla danışılır, ümumi müqavilə imzalanır, daha sonra estetik əməliyyat aparılır. Çünki müraciət edənlər xəstə sayılmır, onlar xüsusi statuslu pasiyentlərdir. Yəni, bu pasiyentlər əməliyyata girməsələr də sağlamlığı təhlükə altında olmur.

Qeyd olunduğu kimi, ölkəmizdə burun əməliyyatı, rinoplastika geniş yayılıb. Bu əməliyyat zamanı pasiyent tənəffüs orqanları müayinəsindən keçir və əməliyyat üçün narkoz alır. Yəni burada ciddi təhlükə olmur. Əgər problem olubsa, bu mütləq araşdırılmalıdır. Nəzərə alaq ki, pasiyent gənc olub, onda təhlükə riski azdır. Bir daha qeyd edirəm ki, əməliyyat zamanı və yaxud əməliyyatdan sonra pasiyent dünyasını dəyişirsə, bu məsələ ciddi araşdırılmalıdır. Ola bilsin ki, pasiyent əməliyyatdan öncə tam araşdırılmayıb, yoxlanılmayıb və yaxud əməliyyat zamanı hansısa yanlışlığa yol verilib, qanaxma baş verib və sairə. Düşünürəm ki, bu araşdırmalardan sonra daha dəqiq obyektiv rəy verə bilərik. Ümumiyyətlə, sağlam və gənc şəxsin əməliyyata girib, dünyasını dəyişməsi təəssüfedici və yolverilməz haldır.
Düşünürəm ki, cəmiyyətimiz maraqlı olmalıdır ki, bu cür məsələlər sona qədər araşdırılsın".

Adil Qeybulla onu da bir daha vurğuladı ki, estetik əməliyyata girməzdən əvvəl mütləq psixoloqla məsləhətləşmək lazımdır: 

"Burun formasının dəyişdirmək istəyən şəxsi psixoloq bu istəyindən daşındıra bilər. Bəzən burun çəpəri əyriliyi, bu zaman tənəffüs almaq çətinləşir və yaxud doğuşdan sonra bəzi qadınların qarnı nahiyələrində estetik deformasiya olur ki, bu zaman korreksiyaya ehtiyac olur, bəzən bunlar psixoloji gərginlik gətirir və sairə. Xarici ölkələrdə bu məsələni psixoloq həll edir. Amma təəsüf ki, Azərbaycanda pasiyent birbaşa estetik cərrah ilə təmasda olur, əməliyyata girir və bəzən bu xoşagəlməz halla, ölümlə nəticələnir. Bu məsələ xarici ölkələrdə olduğu kimi tənzimlənmədiyindən hələ də bu sahədə problem yaşayırıq". 

İlk estetik əməliyyata girən azərbaycanlı məşhurlar kimlərdir? 

Vaxtilə Sovet dövründə plastik əməliyyatlar çox az idi və ancaq Moskvada, mərkəzi klinikalarda aparılırdı. Orada nəinki hər tərəfli müayinələr, həm də mütləq şəkildə psixoloqun icazəsi lazım idi. 

Azərbaycanda ilk dəfə plastik cərrahiyyə əməliyyatı keçirən məşhur xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı olub. O, burnunu əməliyyat etdirib. Onun ardınca xalq artisti, müğənni Flora Kərimova əməliyyat stoluna uzanıb. İfaçı SSRİ dövründə iki dəfə plastik əməliyyat etdirib və hər iki əməliyyat Gürcüstanda baş tutub.

Məşhur Azərbaycan müğənnisi Nəzakət Məmmədovanın isə plastik əməliyyat etdirməsi həyatı bahasına başa gəlib. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.

Müğənni Reyhan Müslümova isə plastik yolla çəkisini azaltmaq istəsə də, buna nail olmur. Əməliyyat stolunda keçinən müğənniyə əvvəlcədən şəkərinin çox olması səbəbindən ölə biləcəyi xəbərdarlığı edilsə də o, buna məhəl qoymayıb. Və elə əməliyyat stolundaca dünyasını dəyişib. 

loading...
loading...
Ali Baş Komandanına və dövlətinə sadiq olan general...
2500 km üzən pinqivin əldən düşmüş halda tapıldı - MARAQLI
Mütəxəssislərdən xəbərdarlıq: "UŞAQLARINIZI QIDIQLAMAYIN"
Körpələrini görmək istəyərkən başqa bir üzlə qarşılaşdılar - MARAQLI
Abşeronda qəzaya düşən avtomobil alov topuna döndü - VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Cinayəti iyirmi gün öncə planlaşdırmışdım...” - Toy gecəsi kürəkənini öldürən qaynata danışdı...
Cəmiyyət
“O, rus qadınla evləndiyi üçün övladımızın da dəfninə gəlmədi...” - Tək oğlunu itirən qadının hekayəsi...
Maraqlı
Ramzan Kadırovun dəbdəbəli həyatı ilə bağlı Ukrayna TV-sindən VİDEOŞOK...
Cəmiyyət
Prostat genişlənməsi: Əksər kişilərin “qorxulu yuxusu” - Əlamətləri, müalicəsi...
Kriminal
Banda üzvləri Bakıda adam oğurladılar, “baqaja” qoyub apardılar- "Dedi dili uzanıb, kəsmək lazımdır"
Həftənin ən çox oxunanları
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
“Mənimlə evləndiyi üçün onu Azərbaycana deportasiya etdilər...” - Belaruslu qız...
Banda üzvləri Bakıda adam oğurladılar, “baqaja” qoyub apardılar- "Dedi dili uzanıb, kəsmək lazımdır"
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
"Siz OMON-un özbaşınalıqlarının qarşısını alın, mənim işlərimə qarışmağa ixtiyarınız yoxdur"
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Tramp İrana qarşı “ən yüksək səviyyəli sanksiya” tətbiq etdi: "Uşaqlar, başlayın..."
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247