Xəbər lenti
22/10/2020 [07:28]:
Fransada iki müsəlman qadın bıçaqlandı... - FOTO
22/10/2020 [07:23]:
"İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında azan..." -Ərəb saytları
22/10/2020 [07:15]:
"İslamı müharibə  dini kimi qiymətləndirmək əsassızdır..."
22/10/2020 [01:05]:
Nurməhəmmədov və Qetji arasında “baxışların döyüşü” - VİDEO
22/10/2020 [00:57]:
Türkiyədə son sutkada koronavirusdan 68 nəfər ölüb
22/10/2020 [00:39]:
Prezidentin köməkçisi: “PKK terrorçuları əsasən Ermənistan ordusunun ilk müdafiə xəttində yer alır”
21/10/2020 [23:41]:
TİKA-dan cəbhə bölgəsinə 2 min ailəyə çatdırılacaq 40 ton ərzaq dəstəyi...
21/10/2020 [23:26]:
Rəsmi Bakı istəsə, Türkiyə Azərbaycana qoşun göndərməyə hazırdır...
21/10/2020 [23:24]:
Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”
21/10/2020 [23:23]:
“Dərman var, sadəcə onu görmək lazımdır...”
21/10/2020 [23:20]:
Diabet, xərçəng, ürək, artritə qarşı ƏVƏZOLUNMAZ NEMƏT...
21/10/2020 [23:15]:
"Bunu sözlə izah edə bilmərəm, o qədər sevinmişdim ki, göz yaşlarımı saxlaya bilmədim"
21/10/2020 [23:07]:
Gürcüstanda hakim “Gürcü arzusu” Partiyasının ofisində atışma: yaralılar var
21/10/2020 [23:06]:
Gürcüstanda bankda girov götürülənlər xilas edildi: Cinayətkar saxlanıldı
21/10/2020 [21:58]:
Braziliyanın Səhiyyə naziri COVID-19-a yoluxdu
21/10/2020 [21:55]:
Yaşayan, yaşadan tarix...
21/10/2020 [21:51]:
"Qarabağ savaşının dayandırılması üçün başqa bir dövlət münaqişəyə müdaxilə etməməlidir”
21/10/2020 [21:46]:
Azərbaycanlı ekspertlərin İngiltərə mətbuatında Qarabağ həqiqətləri barədə məqaləsi dərc edilib
21/10/2020 [21:44]:
“Valideynlərim evi tərk edəndə yaddan çıxıb məni kənddə unudublar, daha sonra isə...”
21/10/2020 [21:38]:
"1 milyon 200 min facebook istifadəçsinə məlumat çadırdıq"
21/10/2020 [21:34]:
Cəhənnəmə xoş gəldin, Paşinyan!
21/10/2020 [21:31]:
Polad Bülbüloğlu: “Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün şərait hələ yetişməyib”
21/10/2020 [21:30]:
Azərbaycan əsgərinin türk dronları ilə erməni ordusuna çəkdiyi dağ: İrəvan NATO-ya yalvarır
21/10/2020 [21:19]:
Pakistan səfiri ordumuzun uğurları münasibətilə Azərbaycan xalqını təbrik edib
21/10/2020 [21:08]:
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
21/10/2020 [20:55]:
İbrahim Kalın Paşinyanın açıqlamasına münasibət bildirdi
21/10/2020 [20:48]:
Britaniya Azərbaycanlıları Assosiasiyası ordumuza yardım etdi
21/10/2020 [20:39]:
“Zəngilandan atamın "Kamaz"ı ilə çıxmışdıq, əlimizə keçəni götürdük” - ATV-nin aparıcısı
21/10/2020 [20:34]:
"Azərbaycan Ordusu 30 ildən artıqdır ki, kağız üzərində qalan BMT qətnamələrinin icrasını yerinə yetirir"
21/10/2020 [20:23]:
Daha 22 kəndimiz erməni tapdağından qurtuldu: İlham Əliyevdən yeni qələbə xəbəri...
21/10/2020 [19:51]:
Xəstəxana dəhlizləri cəsədlə doldu QORXUNC GÖRÜNTÜ...+ VİDEO
21/10/2020 [19:36]:
"Bizim Qarabağ üçün duetimiz həmişə hazırdır..."
21/10/2020 [19:14]:
2 min məhkum həbsxanadan qaçdı, komendant saatı elan edildi...
21/10/2020 [18:51]:
Baş nazir canlı yayımda qorxu dolu anlar yaşadı - VİDEO
21/10/2020 [18:47]:
Fikrət Məmmədov dünya prokurorlarına müraciət etdi
21/10/2020 [18:43]:
Birinci vitse-prezidentin köməkçisi: “Mədəni irsə əhəmiyyət verilmir” - FOTO
21/10/2020 [18:35]:
Sevgilisi ilə yaxalanan qadın oğlunu öldürdü - DƏHŞƏT...
21/10/2020 [18:31]:
Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib
21/10/2020 [18:03]:
BQXK Ermənistana 1500 hərbçinin meyitini təhvil verib
21/10/2020 [18:00]:
Aleksandr Lukaşenko ilə görüşən müxalifətçilərdən biri onun üstünə qışqırıb
21/10/2020 [17:59]:
İlham Əliyev Yaponiya qəzetinə müsahibə verdi
21/10/2020 [17:58]:
Baş İdarənin rəisi QHT Koalisiyası ilə görüşdü
21/10/2020 [17:44]:
“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir...”
21/10/2020 [17:32]:
Paşinyan Qarabağla bağlı yenidən SƏRSƏMLƏDİ
21/10/2020 [17:21]:
"Görsənir ki, quldur Nikolun başı tam əzilməyincə yerində sakit oturmayacaq..."
21/10/2020 [17:20]:
Erməni general Qarabağdan xəstəlik adı ilə qaçıb
21/10/2020 [17:17]:
Qarabağa görə başına yaylıq bağlayan şair...
21/10/2020 [17:14]:
Qarabağda məhv edilən erməni hərbçilərin rəsmi sayı 842-yə ÇATDI
21/10/2020 [17:12]:
Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular...
21/10/2020 [17:12]:
Şuşada QARABAĞ Universiteti - Dünyanın güclü ali təhsil ocağı yaradıla bilər
21/10/2020 [17:10]:
Erməni əslli rusiyalı kinorejissordan Qarabağla bağlı İrəvana od qoyan etiraflar - VİDEO
21/10/2020 [17:07]:
Baş Prokuror İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb
21/10/2020 [17:06]:
Azərbaycanda icbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
21/10/2020 [17:05]:
DİN vətəndaşlara xəbərdarlıq edib
21/10/2020 [17:04]:
Ombudsman: "Sentyabrın 27-dən ermənilərin atəşi nəticəsində 8 uşaq həlak olub, 32 uşaq isə yaralanıb"
21/10/2020 [17:03]:
Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb
21/10/2020 [17:01]:
Qarnına təpik vurulan Tovuz sakini xəstəxanada öldü
21/10/2020 [16:49]:
"Ümidləri Kardaşyan kimi əxlaqsızlara, xarici havadarlarına qalan Ermənistan çökmək üzrədir"
21/10/2020 [16:47]:
“Evimizin divarını öpdüm, qapısını açarladım, uşağlığımı orda dəfn edib gəldim”- FOTOLAR
21/10/2020 [16:42]:
“Döyüş meydanında şərtlər bizim lehimizədir və bu bizim diplomatik masada da əlimizi ciddi şəkildə gücləndirir...”
21/10/2020 [16:37]:
Deputatlar Dağlıq Qarabağ münaqişəsini beynəlxalq ictimaiyyətə çatdıran çarx hazırlayıblar - VİDEO
21/10/2020 [16:36]:
Ermənistana məxsus daha üç PUA məhv edildi - RƏSMİ
21/10/2020 [16:24]:
“Onlar bir ailənin deyil, bütün xalqın şəhididir” - MDTF-nin kampaniyasına dəstək...
21/10/2020 [16:04]:
"İşğaldan azad edilən kəndlərdən birinə "Bayraktar" adı verilsin..." - Maraqlı təklif
21/10/2020 [16:00]:
Fransada müsəlman qadınları bıçaqladılar
21/10/2020 [15:59]:
ABŞ iqtisadiyyatına son 20 il ərzində irqçilik səbəbindən dəyən zərər hesablandı
21/10/2020 [15:48]:
Elman Rüstəmov: “Şokların iqtisadiyyata təsir kanalları məhdudlaşdırılıb”
21/10/2020 [15:45]:
Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüb
21/10/2020 [15:44]:
TANAP “İlin Layihəsi” oldu - FOTO
21/10/2020 [15:29]:
Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - VİDEO
21/10/2020 [15:21]:
Mərkəzi Bankın 200 milyon manat həcmində hərracı keçirilib
21/10/2020 [15:19]:
Azərbaycanda sutka ərzində daha yeddi nəfər koronavirusdan öldü: Yeni yoluxma rekordu - FOTO
21/10/2020 [15:17]:
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində məcburi köçkünlərə yardım göstərilib
21/10/2020 [15:12]:
“Şəhidlərimizin xatirəsini işğaldan azad edilən torpaqlarımızda da yaşadacağıq...” -Şəhid atası...
21/10/2020 [15:06]:
Fəzail Ağamalıdan dünyanın bir çox siyasi partiyalarına və beynəlxalq təşkilatlara məktub
21/10/2020 [15:04]:
Azərbaycan ordusu 24 günə Ermənistana illik büdcəsi qədər ziyan vurub
21/10/2020 [15:02]:
Düşmənin atıb-qaçdığı, məhv edilən hərbi texnikalarının görüntülərini yayıldı - VİDEO
21/10/2020 [14:39]:
“Azərbaycan-İran sərhəddinin tam bərpa edilməsi düşmənə növbəti mesajdır”
21/10/2020 [14:18]:
“Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilməlidir” -Vahid Əhmədov
21/10/2020 [14:18]:
MDTF “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayır
Bütün arxiv bir sırada
18/08/2019 [21:11] - Cəmiyyət - ( 1075 dəfə baxılıb)

Fətəli xan Xoyski – Erməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri



Uzun illər adının çəkilməsi belə qadağan edilən, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradıcılarından biri – Fətəli xan Xoyskinin həyat və fəaliyyəti haqqında son vaxtlara qədər xüsusi tədqiqatlar aparılmayıb. Məhz onun təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti formalaşdırılıb.

Xoyski Azərbaycanda ali təhsil ocaqlarının yaranmasının, gələcəyə savadlı gənclərin yetişdirilməsinin vacibliyini təbliğ edən şəxs idi. Təsadüfi deyil ki, məhz o, Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin əsasının qoyulmasına təşəbbüs göstərənlərdən biri olub.

Azərbaycanda Baş nazir idarə formasının əsasını qoyan, AXC-nin ilk Baş naziri kimi tarixə düşən, sonralar Şimali Azərbaycana – Şəkiyə köç etmiş məşhur xoyskilər nəslindən olan Fətəli xan Xoyski haqqında maraqlı məlumatları təqdim edirik:

Yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi kimi tanınan Fətəli xan İskəndər xan oğlu Xoyski 1875-ci ildə Nuxada – indiki Şəki şəhərində anadan olub. O, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olan, sonralar Şimali Azərbaycanın Şəki şəhərinə köç edən məşhur xoyskilər nəslindəndir.

Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiyasının general leytenantı, anası Şərəbanı xanım isə Şəki xanları nəslindən olan Hacı Molla Zeynalın qızı olub.

Fətəli xan Xoyski
Fətəli təhsilini Gəncə klassik gimnaziyasında alıb. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitirən Xoyski Tiflis Məhkəmə Palatasının sərəncamına göndərilib. Eyni ildə o, Tiflis Məhkəmə Palatasının əmri ilə Gəncə dairə Məhkəməsi yanında kiçik məhkəmə məmuru vəzifəsinə təyin olunub. Dövrünün savadlı kadrlarından olan Fətəli xan ildən-ilə daha yüksək vəzifələrə gətirilib.

Fətəli xan rus və Azərbaycan dillərini bilsə də, ana dilində güclə danışırdı. O, daha sonra islamı qəbul edərək Ceyran xanım adını almış Yevgeniya Vasilevna ilə ailə həyatı qurub. Bu nikahdan cütlüyün üç övladı dünyaya gəlib: Tamara (1902-1990) adlı qızı, Murad (1910-1973) və Ənvər (1914-1935) adlı oğlu.

Qızı Tamara xanım Azərbaycan SSR Kp MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynovla ailə qurub. Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər Moskvada diabet xəstəliyindən əməliyyat olunduqdan sonra narkozdan sonra oyanmayıb.

1907-ci ildə Fətəli xan Gəncə quberniyasından Rusiyanın 2-ci Dövlət Dumasının müstəqil millət vəkili seçilib. Daha sonra müxtəlif komissiyalara: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, Ədliyyə Nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət Dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət Dumasının müzakirəsinə qəbul edilməsi məsələsinə baxılması üçün yaradılan komissiyalara üzv seçilib.

Xoyskinin fəal siyasi fəaliyyətə başlaması isə 1917-ci ildə Rusiyada baş verən fevral inqilabına təsadüf edir. Fətəli xanın fəaliyyətinin ən məşhur dövrləri də məhz çarizm üsul-idarəsi devrildiyi ərəfələr hesab olunur. Həmin ilin aprelində o, Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanlarının Qurultayında fəal iştirak edir və onun təşkilatçılarından biri olur.

Oktyabr inqilabının qələbəsindən sonra – 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradılıb. 1918-ci il fevralın 23-də isə Tiflisdə Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya Seymi öz işinə başlayıb. Zaqafqaziya Seyminə Zaqafqaziyadan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar daxil idi. Seymin Azərbaycan fraksiyasına daxil olan 44 deputatdan biri də məhz Fətəli xan olub.

ADR
(Xoyski (sol tərəfdə oturub) İkinci Dövlət Dumasının bir qrup deputatı ilə birlikdə)
O, Dövlət Dumasının iclaslarında “Müsəlman fraksiyası” adından dəfələrlə çıxış edən, çar Rusiyası əsarəti altında yaşayan müsəlmanların-türklərin milli haqq və hüquqlarını müdafiə edən şəxslərdən biri olub. Fətəli xan hər zaman çar hökumətinin ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı çıxıb. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra Ədliyyə naziri olan Xoyski Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan edəndə bu məsələyə münasibət bildirib:

“Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-biri ilə elə sıx bağlıdırlar ki, onların ayrılması asan olmayacaq. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır”.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirilir. Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası (azərbaycanlı deputatlarının fövqəladə iclası keçirilir) Tiflisdə bir araya gələrək, Azərbaycan Milli Şurasını yaradıb.

Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilib. Hərtərəfli və uzun sürən müzakirədən sonra onlar özlərini Azərbaycan Milli Şurası elan edir və Azərbaycanın idarəsini öz öhdələrinə götürüblər.

Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqilliyi bəyan olundu və müstəqil dövlətin ilk Baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan gətirildi. Beləliklə, Fətəli xan baş nazir olmaqla yanaşı, Daxili İşlər naziri vəzifəsini də icra etməyə başladı.

Mayın 30-da Nazirlər Şurasının sədri F. X.Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra Xarici İşlər nazirlərinə (Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen) radioqram göndərib:

Fətəli xan Xoyski(Xoyskinin Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə bir sıra dövlətlərin Xarici İşlər nazirlərinə göndərdiyi radioqramın surəti. 30 may 1918-ci il)
“Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan edib, Azərbaycan Respublikasını yaradıb. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir”.

İmza: Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri.

1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası keçirilib və yeni hökumətin təşkil edilməsi Fətəli xan Xoyskiyə tapşırılıb. O, Azərbaycan Respublikasının ikinci Nazirlər Kabinetini təşkil edib.

AXC dövründə F.Xoyskinin bəzi qohumları görkəmli dövlət və inzibati vəzifələri tutublar. Böyük qardaşı Hüseynqulu xan Xoyski bir müddət Gəncə qubernatorunun müavini vəzifəsində çalışıb. Kiçik qardaşı Rüstəm xan Xoyski Fətəli xan Xoyskinin hökumətində Himayədarlıq naziri olub.

Ümumiyyətlə, paytaxt Bakıya köçürülənə qədər F.Xoyski hökuməti Gəncədə ölkənin iqtisadi həyatı, dəmiryolunun, poçtun bərpası kimi bir sıra digər mühüm tədbirlər də həyata keçirib. O, Azərbaycan üçün an ağır və mürəkkəb dövrdə, sözün əsl mənasında Azərbaycanın varlığı, ölüm və ya olum məsələsinin həll olunduğu illərdə fəaliyyət göstərib.

Belə bir dövrdə ölkəyə rəhbərlik etmək ağlagəlməz dərəcədə çətin bir iş idi. 1918-ci il sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçür. Bakı Azərbaycanın paytaxtı elan olunur. Bütün Şimali Azərbaycan ərazisi F.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökumətinin hakimiyyəti altına keçir. Azərbaycan Parlamentindəki bir sıra partiya fraksiyaları elə ilk aylardan Fətəli xan hökumətinə qarşı kəskin müxalif mövqe tuturlar.

Fətəli xan yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi idi. 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə Baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verdi.

Fətəli xan Xoyski sonralar Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə naziri (1918) və Xarici İşlər naziri (1918-1919 və 1919-1920) vəzifələrində çalışıb.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradılması bütün dünyaya bəyan edildikdən sonra Milli Şura və Azərbaycan Hökuməti bilavasitə öz ölkəsi ərazisində fəaliyyətini genişləndirmək məqsədilə 1918-ci il iyunun 16-da Gəncəyə köçür.

Fətəli xanın hesabatına görə, hökumət ağ rəngli aypara və səkkizguşəli ulduzla mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan Azərbaycan bayrağını, Azərbaycanın dövlət bayrağını təsdiqlədi (9 noyabr); 19 yaşına çatmış (11 Avqust) bütün Azərbaycan müsəlman inanclı vətəndaşlarını əhatə edən ümumi bir səfərbərlik elan edildi.

1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra – 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin Xarici İşlər naziri olmuş Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi.

Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır. 1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxılıb. Dəfn olduğu yerdə, yəni Tbilisi Nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb. Şəkidə əvvəllər Karl Marksın adını daşımış küçənin adı “Fətəli xan Xoyski”yə çevrilib.(oxu.az)

loading...
2 min məhkum həbsxanadan qaçdı, komendant saatı elan edildi...
Baş nazir canlı yayımda qorxu dolu anlar yaşadı - VİDEO
Sevgilisi ilə yaxalanan qadın oğlunu öldürdü - DƏHŞƏT...
"Görsənir ki, quldur Nikolun başı tam əzilməyincə yerində sakit oturmayacaq..."
Düşmənin atıb-qaçdığı, məhv edilən hərbi texnikalarının görüntülərini yayıldı - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
Azərbaycan əsgərinin türk dronları ilə erməni ordusuna çəkdiyi dağ: İrəvan NATO-ya yalvarır
Dünya
Xəstəxana dəhlizləri cəsədlə doldu QORXUNC GÖRÜNTÜ...+ VİDEO
Cəmiyyət
"Bizim Qarabağ üçün duetimiz həmişə hazırdır..."
Maraqlı
Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular...
Cəmiyyət
“Döyüş meydanında şərtlər bizim lehimizədir və bu bizim diplomatik masada da əlimizi ciddi şəkildə gücləndirir...”

Yazar
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
Prezident fransız aparıcının “Nə qədər türk dronunuz var?” sualına gülərək cavab verdi: “Kifayət qədərdi...”
“Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə ölümcül yaralanmışdım...” - Xalq artisti
“Bakı Ermənistana zərbə vursa belə, Rusiya İrəvanı müdafiə etməyəcək”- Perenciyev
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
30 illik işğala son qoymaq üçün savaşan Şanlı Ordumuza 30 tonluq tibbi yardım... - FOTOLAR
Atası azərbaycanlı olan xain separatçı generalın doğulduğu kənd də azad edildi...
Ermənilər hazırkı hərbi itkilərinə görə Xocalı qatilinin yaxasından yapışdı...
Azərbaycan Ordusu Gəncənin qisasını belə aldı - VİDEO
“Babam əsir düşməmək üçün özünü partlatdı, nənəmi vəhşicəsinə öldürdülər...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247