Xəbər lenti
15/09/2019 [20:48]:
Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır
15/09/2019 [20:15]:
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
15/09/2019 [20:02]:
Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu
15/09/2019 [19:57]:
Osmanlının təhlükəyə qarşı tikdirdiyi Gəncə qalasını Çar Rusiyası eyni qorxudan dağıtdı - FOTO
15/09/2019 [19:37]:
Türkiyə Vitse-prezidenti Bakıya gəlib
15/09/2019 [19:16]:
Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? - VİDEO
15/09/2019 [19:04]:
"Sənin 10 milyon izləyicin yoxdur ki, ancaq mənim var, məni dəli etmək istəyirsən?"
15/09/2019 [18:20]:
“Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib
15/09/2019 [18:06]:
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?
15/09/2019 [18:00]:
Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
15/09/2019 [17:48]:
Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirildi - FOTO/VİDEO
15/09/2019 [17:46]:
Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi - VİDEO
15/09/2019 [17:10]:
Gəncədə yük maşını körpünü keçə bilmədi - VİDEO
15/09/2019 [16:53]:
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
15/09/2019 [16:50]:
İnsulin alan xəstələr ehtiyatlı olsun: Ölüm təhlükəsi var!
15/09/2019 [16:31]:
Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu
15/09/2019 [16:30]:
Vahid Ələkbərovun şəhərə gəlişinə görə şam ağaclarını və otları rənglədilər
15/09/2019 [16:29]:
Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq
15/09/2019 [16:28]:
İranda qadınlar stadionda futbol izləyə biləcəklər
15/09/2019 [16:26]:
KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
15/09/2019 [16:23]:
ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir
15/09/2019 [16:23]:
Səfir: "Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi"
15/09/2019 [16:05]:
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
15/09/2019 [15:50]:
Arvadına işgəncə verən kişiyə ağır cəza- FOTOLAR
15/09/2019 [15:27]:
"İl ərzində 20 min tələbəyə distant təhsil verə biləcək UNEC EXTERN yaratmışıq"
15/09/2019 [15:00]:
Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu oldu - VİDEO
15/09/2019 [14:50]:
Qulu Məhərrəmli: "Bu gün PAYTAXT günü elan olunmalıdır"
15/09/2019 [14:43]:
Qədim türk şəhəri Bakı... – Ərdoğanın müşaviri
15/09/2019 [14:40]:
Amerikalı senator İranın neft emal zavodlarını vurmağa çağırdı
15/09/2019 [14:35]:
Nazilə əri ilə şəklini paylaşdı - “Məndən 8 yaş böyükdür”
15/09/2019 [14:33]:
Beyləqana yeni icra müavini təyin olundu
15/09/2019 [14:29]:
Artıq çəkisinə görə məktəbdən çıxardılar
15/09/2019 [14:24]:
Tunisin sabiq Prezidentinin həyat yoldaşı vəfat etdi
15/09/2019 [13:56]:
Ayı İsmayıllı sakininə həyətində hücum etdi
15/09/2019 [13:54]:
Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”
15/09/2019 [13:53]:
Muqabe mavzoleydə dəfn ediləcək
15/09/2019 [13:41]:
Özbəkistanın Türk Şurasına gəlişi ilə bağlı BƏYANAT
15/09/2019 [13:23]:
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO
15/09/2019 [12:54]:
İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"
15/09/2019 [12:53]:
SON DƏQİQƏ! Sərnişin avtobusu AŞDI - 1 ölü, 40 yaralı var / FOTO
15/09/2019 [12:50]:
Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ
15/09/2019 [12:48]:
Sabiq millət vəkili vəfat etdi - FOTOLAR
15/09/2019 [12:45]:
Tunisdə prezident seçkiləri keçirilir
15/09/2019 [12:40]:
Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı?
15/09/2019 [12:23]:
İlk dərs günü ölkə ərazisində 30 dərəcəyədək isti olacaq
15/09/2019 [12:21]:
Azərbaycanda yeni turizm məktəbi yaradılacaq
15/09/2019 [12:10]:
Bu il Bakı şəhəri üzrə 14 məzun məktəbi qızıl medalla bitirib
15/09/2019 [12:07]:
“Azərişıq” son 4,8 ildə elektrik enerjisi üzrə texniki itkiləri 2 dəfəyə qədər azaldıb
15/09/2019 [11:57]:
Rusiyada vertolyot itib
15/09/2019 [11:39]:
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
15/09/2019 [11:30]:
İslam Abbasov dünya çempionatına qələbə ilə start verib - YENİLƏNİB
15/09/2019 [11:20]:
Mehriban Əliyeva məktəbliləri Bilik günü münasibəti ilə təbrik edib
15/09/2019 [11:19]:
"Başımız bədənimizə qaytarıldı, amma onu yaxşı işlədə bilmədiyimizdən bu dəfə ürəyimizi itirdik"
15/09/2019 [11:15]:
Sabirabadda maşın su kanalına aşıb, sürücü ölüb
15/09/2019 [11:09]:
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
15/09/2019 [11:03]:
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
15/09/2019 [10:48]:
Bu gün "Qarabağ" və "Neftçi" komandaları qarşılaşacaq
15/09/2019 [10:30]:
Tehran Ər-Riyada qarşı neft savaşına başladı: Husilərin “Aramco”-ya hava hücumlarının iç üzü
15/09/2019 [10:30]:
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
15/09/2019 [10:28]:
Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
15/09/2019 [10:27]:
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
15/09/2019 [10:24]:
Əzrayılın erkək-dişiliyi...
15/09/2019 [10:14]:
Çürük kartof   4 adamı öldürdü…
15/09/2019 [10:01]:
ABŞ-ın SSRİ-yə qarşı göyərçin "agentlər"inin üstü açıldı - Sənədlər ələ keçdi
15/09/2019 [09:58]:
Antalyada rus turistlərinin paraşütünü külək belə uçurdu - VİDEO
15/09/2019 [09:19]:
Roma Papası ömürlük həbs cəzasına qarşı çıxdı
15/09/2019 [09:18]:
Snouden Fransadan sığınacaq istədi
15/09/2019 [09:02]:
ABŞ-da metroda silahlı insident, ölən və yaralılar var
15/09/2019 [08:57]:
Xanımını binadan atmaqda suçlanan direktorun işində video-görüntlər izlənildi - məhkəmə yekunlaşır
15/09/2019 [08:53]:
Böyük Britaniya digər raketləri müdafiə edə biləcək raket hazırlayacaq
15/09/2019 [08:51]:
ABŞ bazarı sabitləşdirmək üçün ehtiyat neftdən istifadə etməyə hazırdır
15/09/2019 [08:50]:
Fıstıq allergiyasına qarşı ilk dərman təsdiqləndi
15/09/2019 [08:49]:
Türkiyədə millət vəkili axtarışa verilib - FOTO
15/09/2019 [08:07]:
Niyə Həzrət Peyğəmbərin (s) səhabələri İmam Hüseynə (ə) qoşulmamışdılar?
15/09/2019 [00:52]:
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
15/09/2019 [00:42]:
Bu gün Azərbaycanda Bilik Günüdür
15/09/2019 [00:34]:
Türk ordusu Bakını bu xəritə əsasında azad edib – Osmanlı arxivindən tarixi sənəd...
15/09/2019 [00:04]:
"Ermənistanın yersiz iddiaları Türkiyənin də bu mövzu üzərində baş sındırmasını zəruri edir"
14/09/2019 [23:58]:
Putin Köçəryanla Yerevan həbsxanasında görüşəcəkmi...
14/09/2019 [23:54]:
57 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət aldı
Bütün arxiv bir sırada
19/08/2019 [16:28] - Şou-biznes - ( 943 dəfə baxılıb)

Mənim doğma universitetim...

Bakı Dövlət Universiteti-100.


“Bakı Dövlət Universiteti Azərbaycan xalqının,Azərbaycan Respublikasının milli sərvətidir,milli iftixarıdır...”
Heydər Əliyev
 Ümummili lider.

Hər dəfə Bakı Dövlət Universitetindən söhbət düşəndə sözlə ifadə edilməyəcək  bir qürur,fəxarət hissi keçirirəm.Çünki BDU mənim də universitetimdir,burada təhsil almaq səadəti,çox xoş ki, mənim də qismətimə düşüb.BDU-da keçirtdiyim  tələbəlik illərindən bir qərinə keçsə də,o günlərin şirin xatiratı daim yaddaşımdadır.Etiraf edim ki, Bakı Dövlət Universitetinin məzunu olmağımla həmişə öyünmüşəm. Ümummilli lider Heydər Əliyev  də  BDU-nun yetirməsi olmaqla fəxr edib:  “Mən fəxr edirəm ki,Bakı Dövlət Universitetinin  məzunuyam”-deyib.


Bakı Dövlət Universitetinin minlərlə yetirməsi  bu gün təhsil aldığı elm ocağının 100 illk yubileyini əziz bayram kimi qarşılayır.Harda işləməyindən,yaşamağından  asılı  olmayaraq,hər bir məzunun içində BDU ilə bağlı bir  xatirə dünyası yaşayır. Bu məzunlardan biri kimi mən də  BDU-da təhsil aldığım 1982-1987-ci illəri ömrümün ən mənalı çağları hesab edirəm.S.M.Kirov adına  ADU (indiki BDU) ötən əsrin son onilliyinə kimi Azərbaycanda yeganə universitet olduğundan bura daxil olmaq ,təhsil almaq  böyük fəxarət sayılırdı. Respublikanın yeganə universitetinə qəbul olan tələbələrə Azərbaycan gəncliyinin ən öndə gedən hissəsi,ölkənin gələcək elmi potensialı kimi baxılırdı.Bu gün diqqət edəndə görürük ki, həqiqətən də, bu baxış özünü doğruldub,BDU Azərbaycan elminin  flaqmanı olub,ölkənin inkişafına böyük töhfələr verib, ziyalı mühitinin formalaşmasında müstəsna rol oynayıb, bütöv bir ziyalı nəslinin yetişdirilməsinə yardımçı olub.Bu gün Azərbaycanın hər yerində-  ictimai, sosial, mədəni həyatın bütün sahələrində BDU-nun yetirmələri yorulmadan fəaliyyət göstərir, ölkənin inkişafına töhfələrini verirlər.Vətəndə və ya vətəndən uzaqlarda-fərqi yoxdur,BDU məzunları fəaliyyətləri ilə daima seçiliblər,örnək olublar.

 Həqiqət hər şeydən üstün,düzlük hər şeyə meyardır.BDU-da bizə belə öyrətdilər.“Ən ali meyar həqiqət,düzlükdür. Həqiqətin tərəzisini düz saxlasanız,insanların gözünə də dik baxacaqsınız”.İndi haqq dünyasında olan mərhum professor Şirməmməd Hüseynov tez-tez təkrarlayardı bu sözləri.Təhsil aldığım illərdə  jurnalistika fakültəsində elə  təmiz,şəffaf,səmimi mühit var idi ki,bu gün də o saflığın xiffətini çəkirəm, tələbəlik illərimin xatiratına dönəndə o  təmizliyi ruhən yaşayıram.Jurnalistika fakültəsində rüşvətdən,tapşırıqla qiymət yazdırmaqdan söhbət belə gedə bilməzdi.Bu səmimi ab-havanı mərhum dekanımız Tofiq Rüstəmov  başda olmaqla fakültəmizdə dərs deyən müəllimlərimiz yaratmışdı.Müəllim tələbəsi qarşısında alnıaçıq idi ,tələbədən təmənna gözləmədiyinə görə gözükölgəli deyildi və elə buna görə də  dedikləri təsirli idi,tələbənin gözündə şəxsiyyət idi.Yubiley ərəfəsində BDU   “100 ilin  zirvəsində”  biz məzunlara  necə görünür? sualına  fikirləşmədən-əsl elm ocağı,mehriban ana qucağı,saflıq mücəssəməsi kimi-deyərdim! Hər sözü bir həyat dərsi olan mərhum professorumuz Şirməmməd Hüseynov,tələbələri ilə nəfəs alan,uşaq kimi saf və kövrək Nəsir İmanquliyev,Famil Mehdi,sərt və tələbkar Əliş Nəbili,diplom rəhbərim professor Qulu Xəlilov adi pedaqoq deyildilər,ziyalılıq etalonu idilər- sözün hər mənasında .Bu gün BDU-da belə pedaqoqların sayı yüzlərlədir. 

İnkaredilməz faktdır ki,  Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökümətinin təhsil sahəsində siyasətinin ən uğurlu nəticəsi  Azərbaycanın elm,təhsil və mədəniyyət sahəsində özünəməxsus rolu olan Bakı Dövlət Universitetinin yaradılması olub.Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski bu ali təhsil ocağının  Azərbaycanın mənəvi həyatında oynayacağı rolu irəlicədən gördüyü üçün yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı.Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı.Avropa və Asiyanın  qovuşağında yeni məşəl yandı.Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü  xoşbəxt hesab edə bilərik”.

 BDU-nun yaradılmasının 50 illiyi münasibəti ilə keçirilən yubiley tədbirindəki çıxışında Heydər Əliyevin dediyi : “Azərbaycan  universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi,doğma xalqı maarifləndirmək uğrunda ,dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi” sözləri  V.İ.Razumovskinin fikrinin davamıdır və  bu elm ocağının Azərbaycan xalqının,elminin tarixində oynadığı əhəmiyyətli rolunu əks etdirir.

 “Heç bir millət tarixən ilk addımında darülfünuna  sahib olmamışdır.Darülfünun hansı dildə olsa da-olsun,açıb oxumalıyıq”.Tarixin gedişi sübut etdi ki,Məmməd Əmin Rəsulzadə fikrində nə qədər haqlı imiş və darülfünun rus dilində açılması belə Azərbaycan elminin inkişafına təkan verdi,yerli ziyalıların yetişdirilməsində,elmi kadrların hazırlanmasında müstəsna rol oynadı.

BDU-nun yaranmasından 100 il keçir.100 il tarix üçün nədir ki?Zaman ölçüsündə cəmi I əsr.Amma BDU I əsr ərzində bir neçə əsrlik yol keçə bilib.Azərbaycanda yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında müstəsna rol oynayıb.Bu gün fəaliyyət göstərən universitetlərin əksəriyyəti BDU-nun bazasında yaradılıb.Elə hazırda çalışdığım Lənkəran Dövlət Universiteti  də  Azərbaycan Respublikası Nazirlər kabinetinin 25 sentyabr 1991-ci il tarixli qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı kimi açılmış,Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli sərəncamı ilə ölkənin ilk dövlət statuslu ali məktəbi kimi fəaliyyətə başlamışdı.Hazırda LDU Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir,ötən tədris ilində BDU ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb.

Ulu öndər Heydər Əliyevin  “Azərbaycan xalqının ,Azərbaycan Respublikasının milli sərvəti,milli iftixarı” adlandırdığı BDU-nun 100 illk yubileyi adicə tarix deyil,bir xalqın şərəf,şöhrət zirvəsidir. “100 ilin zirvəsində” BDU Azərbaycan elminin səmasında günəş kimi görünür,bu elm ocağının minlərlə yetirməsi ölkədə elmin çırağını yandırır.Hazırda universitetin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas,magistraturada 197 ixtisaslaşma,doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır.BDU tarixi missiyasını  bu gün də şərəflə davam etdirir.Bu gün Bakı Dövlət Universitetində gedən dəyişiliklər,təhsil və idarəetmədə olan yenilklər hər bir azərbaycanlının ürəyincədir,BDU-nun gələcək uğurlarının təminatıdır.
 Ötən əsrin əvvəllərində maarifpərvər ziyalı,yazıçı və dövlət xadimi  Nəriman Nərimanov ürək ağrısı ilə yazırdı: “Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir.Ancaq elmin gücünə tərəqqi etmək mümkündür”.Bu sözlər indi təstiqini tapıb,bu gün Azərbaycan dövlətinin inkişafı elm və təhsilin inkişafı ilə üst-üstə düşür.

100 illk yubiley münasibətilə bu elm ocağını təsis edən vətən təəsübkeşlərini  minnətdarlıqla yad edir,ruhunuz şad olsun- deyirəm.Zaman-zaman bu elm ocağında çalışıb  ölkənin ziyalı fondunun,potensialının yaradılmasında əməyi olan hər kəsə təşəkkür,  haqq dünyasında olanlara rəhmət düşür.BDU-nun 100 illk yubileyi təkcə burda çalışanların,təhsil alanların, məzunların deyil,bütün xalqın bayramıdır.BDU Azərbaycan xalqının milli-mənəvi sərvətidir.Ona görə də yubiley münasibətilə bütün xalqımızı təbrik edirəm.100 yaşın mübarək,əziz universitetim!Uğurlarınla fəxr edir,daim zirvədə olmağını arzulayıram. “100 ilin zirvəsində”sən Azərbaycanımızın elm və təhsilinin zirvəsi kimi görünürsən.Daim bu ucalıqda qal,qədim Azəri  xalqımın 100 yaşlı elm məbədi!

Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

 “Yazı Bakı Dövlət Universitetinin  “100 ilin zirvəsində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”.

loading...
loading...
Əzrayılın erkək-dişiliyi...
Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası...
Siqaret çəkərkən ölümdən döndü - QORXUNC...
Bombalı paketi açan rektorun əli qopdu - QORXUNC... + VİDEO
Hamiləlikdə yaşanan stress baxın nəyə səbəb olur - ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
Dünya
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
Hadisə
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
Siyasət
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
Cəmiyyət
“Polisin aztəminatlı ailələrlə bağlı atdığı addım hər kəs üçün gözəl nümunədir”
Həftənin ən çox oxunanları
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Bir dəfə Heydər Əliyev iclas keçirəndə indiki icra hakimiyyəti başçılarından biri deyib ki..."
“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
"Qolos Armenii": “İlham Əliyev Ermənistanın içəridən necə dağıldığını görür...”
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247