Xəbər lenti
15/09/2019 [20:15]:
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
15/09/2019 [20:02]:
Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu
15/09/2019 [19:57]:
Osmanlının təhlükəyə qarşı tikdirdiyi Gəncə qalasını Çar Rusiyası eyni qorxudan dağıtdı - FOTO
15/09/2019 [19:37]:
Türkiyə Vitse-prezidenti Bakıya gəlib
15/09/2019 [19:16]:
Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? - VİDEO
15/09/2019 [19:04]:
"Sənin 10 milyon izləyicin yoxdur ki, ancaq mənim var, məni dəli etmək istəyirsən?"
15/09/2019 [18:20]:
“Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib
15/09/2019 [18:06]:
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?
15/09/2019 [18:00]:
Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
15/09/2019 [17:48]:
Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirildi - FOTO/VİDEO
15/09/2019 [17:46]:
Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi - VİDEO
15/09/2019 [17:10]:
Gəncədə yük maşını körpünü keçə bilmədi - VİDEO
15/09/2019 [16:53]:
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
15/09/2019 [16:50]:
İnsulin alan xəstələr ehtiyatlı olsun: Ölüm təhlükəsi var!
15/09/2019 [16:31]:
Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu
15/09/2019 [16:30]:
Vahid Ələkbərovun şəhərə gəlişinə görə şam ağaclarını və otları rənglədilər
15/09/2019 [16:29]:
Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq
15/09/2019 [16:28]:
İranda qadınlar stadionda futbol izləyə biləcəklər
15/09/2019 [16:26]:
KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
15/09/2019 [16:23]:
ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir
15/09/2019 [16:23]:
Səfir: "Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi"
15/09/2019 [16:05]:
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
15/09/2019 [15:50]:
Arvadına işgəncə verən kişiyə ağır cəza- FOTOLAR
15/09/2019 [15:27]:
"İl ərzində 20 min tələbəyə distant təhsil verə biləcək UNEC EXTERN yaratmışıq"
15/09/2019 [15:00]:
Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu oldu - VİDEO
15/09/2019 [14:50]:
Qulu Məhərrəmli: "Bu gün PAYTAXT günü elan olunmalıdır"
15/09/2019 [14:43]:
Qədim türk şəhəri Bakı... – Ərdoğanın müşaviri
15/09/2019 [14:40]:
Amerikalı senator İranın neft emal zavodlarını vurmağa çağırdı
15/09/2019 [14:35]:
Nazilə əri ilə şəklini paylaşdı - “Məndən 8 yaş böyükdür”
15/09/2019 [14:33]:
Beyləqana yeni icra müavini təyin olundu
15/09/2019 [14:29]:
Artıq çəkisinə görə məktəbdən çıxardılar
15/09/2019 [14:24]:
Tunisin sabiq Prezidentinin həyat yoldaşı vəfat etdi
15/09/2019 [13:56]:
Ayı İsmayıllı sakininə həyətində hücum etdi
15/09/2019 [13:54]:
Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”
15/09/2019 [13:53]:
Muqabe mavzoleydə dəfn ediləcək
15/09/2019 [13:41]:
Özbəkistanın Türk Şurasına gəlişi ilə bağlı BƏYANAT
15/09/2019 [13:23]:
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO
15/09/2019 [12:54]:
İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"
15/09/2019 [12:53]:
SON DƏQİQƏ! Sərnişin avtobusu AŞDI - 1 ölü, 40 yaralı var / FOTO
15/09/2019 [12:50]:
Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ
15/09/2019 [12:48]:
Sabiq millət vəkili vəfat etdi - FOTOLAR
15/09/2019 [12:45]:
Tunisdə prezident seçkiləri keçirilir
15/09/2019 [12:40]:
Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı?
15/09/2019 [12:23]:
İlk dərs günü ölkə ərazisində 30 dərəcəyədək isti olacaq
15/09/2019 [12:21]:
Azərbaycanda yeni turizm məktəbi yaradılacaq
15/09/2019 [12:10]:
Bu il Bakı şəhəri üzrə 14 məzun məktəbi qızıl medalla bitirib
15/09/2019 [12:07]:
“Azərişıq” son 4,8 ildə elektrik enerjisi üzrə texniki itkiləri 2 dəfəyə qədər azaldıb
15/09/2019 [11:57]:
Rusiyada vertolyot itib
15/09/2019 [11:39]:
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
15/09/2019 [11:30]:
İslam Abbasov dünya çempionatına qələbə ilə start verib - YENİLƏNİB
15/09/2019 [11:20]:
Mehriban Əliyeva məktəbliləri Bilik günü münasibəti ilə təbrik edib
15/09/2019 [11:19]:
"Başımız bədənimizə qaytarıldı, amma onu yaxşı işlədə bilmədiyimizdən bu dəfə ürəyimizi itirdik"
15/09/2019 [11:15]:
Sabirabadda maşın su kanalına aşıb, sürücü ölüb
15/09/2019 [11:09]:
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
15/09/2019 [11:03]:
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
15/09/2019 [10:48]:
Bu gün "Qarabağ" və "Neftçi" komandaları qarşılaşacaq
15/09/2019 [10:30]:
Tehran Ər-Riyada qarşı neft savaşına başladı: Husilərin “Aramco”-ya hava hücumlarının iç üzü
15/09/2019 [10:30]:
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
15/09/2019 [10:28]:
Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
15/09/2019 [10:27]:
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
15/09/2019 [10:24]:
Əzrayılın erkək-dişiliyi...
15/09/2019 [10:14]:
Çürük kartof   4 adamı öldürdü…
15/09/2019 [10:01]:
ABŞ-ın SSRİ-yə qarşı göyərçin "agentlər"inin üstü açıldı - Sənədlər ələ keçdi
15/09/2019 [09:58]:
Antalyada rus turistlərinin paraşütünü külək belə uçurdu - VİDEO
15/09/2019 [09:19]:
Roma Papası ömürlük həbs cəzasına qarşı çıxdı
15/09/2019 [09:18]:
Snouden Fransadan sığınacaq istədi
15/09/2019 [09:02]:
ABŞ-da metroda silahlı insident, ölən və yaralılar var
15/09/2019 [08:57]:
Xanımını binadan atmaqda suçlanan direktorun işində video-görüntlər izlənildi - məhkəmə yekunlaşır
15/09/2019 [08:53]:
Böyük Britaniya digər raketləri müdafiə edə biləcək raket hazırlayacaq
15/09/2019 [08:51]:
ABŞ bazarı sabitləşdirmək üçün ehtiyat neftdən istifadə etməyə hazırdır
15/09/2019 [08:50]:
Fıstıq allergiyasına qarşı ilk dərman təsdiqləndi
15/09/2019 [08:49]:
Türkiyədə millət vəkili axtarışa verilib - FOTO
15/09/2019 [08:07]:
Niyə Həzrət Peyğəmbərin (s) səhabələri İmam Hüseynə (ə) qoşulmamışdılar?
15/09/2019 [00:52]:
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
15/09/2019 [00:42]:
Bu gün Azərbaycanda Bilik Günüdür
15/09/2019 [00:34]:
Türk ordusu Bakını bu xəritə əsasında azad edib – Osmanlı arxivindən tarixi sənəd...
15/09/2019 [00:04]:
"Ermənistanın yersiz iddiaları Türkiyənin də bu mövzu üzərində baş sındırmasını zəruri edir"
14/09/2019 [23:58]:
Putin Köçəryanla Yerevan həbsxanasında görüşəcəkmi...
14/09/2019 [23:54]:
57 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət aldı
14/09/2019 [23:51]:
Novxanıda ağır qəza, 8 nəfər ölüb, 6 nəfər xəsarət aldı
Bütün arxiv bir sırada
19/08/2019 [17:09] - Cəmiyyət - ( 1287 dəfə baxılıb)

Deputatın oğlu və qardaşı oğlu haqda həbs qətimkan seçildi



Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb.

Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərindən musavat.com-a daxil olan birgə məlumatda qeyd olunur ki, son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir.

Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılmışdır. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olmuşdur. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilmişdir. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişlər.

İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmamışdır.

Bu səbəbdən real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.

Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşmiş, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilmişdir. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməmişdir. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirmiş, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetirmişlər.

Həmin faktla bağlı cinayət işi başlanmış, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunmuşlar.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülmüş, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunmuş, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilmişdir.

Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, hadisələrin baş vermə məkanı fiksasiya olunmuş, maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilmişdir.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır.

loading...
loading...
Əzrayılın erkək-dişiliyi...
Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası...
Siqaret çəkərkən ölümdən döndü - QORXUNC...
Bombalı paketi açan rektorun əli qopdu - QORXUNC... + VİDEO
Hamiləlikdə yaşanan stress baxın nəyə səbəb olur - ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
Dünya
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
Hadisə
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
Siyasət
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
Cəmiyyət
“Polisin aztəminatlı ailələrlə bağlı atdığı addım hər kəs üçün gözəl nümunədir”
Həftənin ən çox oxunanları
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Bir dəfə Heydər Əliyev iclas keçirəndə indiki icra hakimiyyəti başçılarından biri deyib ki..."
“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
"Qolos Armenii": “İlham Əliyev Ermənistanın içəridən necə dağıldığını görür...”
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247