Rəhim Qazıyev Prezident Aparatını bombaladacağı ilə bağlı iddialara cavab verdi - şok ittihamlar, sərt suallar
Oxunub: 1723
20 Aug 2019 | 10:08
Rəhim Qazıyev Prezident Aparatını bombaladacağı ilə bağlı iddialara cavab verdi -  şok ittihamlar, sərt suallar
Sabiq baş nazir, AXP sədri Pənah Hüseynin “Yeni Müsavat”ın ötən sayında gedən açıqlamaları siyasi gündəmdə zəlzələ effekti yaradıb. Müsavat Partiyasının başqanı Arif Hacılının 26 il öncə paylaşdığı videoçıxışına münasibət bildirən sabiq baş nazirin açıqladığı iki fakt kifayət qədər diqqət çəkib.

P.Hüseyn 1993-cü il 9 fevralda Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov və o zaman müdafiə naziri olan Rəhim Qazıyevin xəyanətkar elan olunmaları ilə bağlı AXC İcraiyyə Komitəsinin qəbul etdiyi bəyanatın televiziyada səsləndirilməsindən sonra R.Qazıyevin ona zəng etdiyini deyir.

Sitat: “Sənəd TV-də oxunandan bir qədər sonra o vaxtkı müdafiə naziri mənə zəng edib. Olduqca emosional formada etiraz bildirib. Hətta sonda, ola bilsin emosional çılğınlıq halının təsiri ilə və yəqin ki də belə olub, hərbi təyyarələri qaldırıb Prezident Aparatının binasını bombalamaqla hədələyib”.

Pənah
Sabiq baş nazirin açıqladığı ikinci fakt daha ilgincdir. O, 1993-cü ilin fevralında Gəncədə baş verən hadisələrlə tanış olmaq üçün ora gedən mərhum prezident Əbülfəz Elçibəyin geri qayıdarkən təyyarəsinə atəş açıldığını bildirir: “Ali Sovetin sədri İsa Qəmbərlə məsləhətləşmədən sonra prezidentin Gəncədən təcili olaraq Bakıya qayıtması qərara alınıb. Üzərində geniş dayanmayaraq qeyd edirəm ki, prezident təyyarəsinin Gəncə hava limanından uçmasının qarşısının alınmasına cəhd edildi və prezident təyyarəsi ekstremal bir vəziyyətdə qaranlıq hava limanından havalandı və təyyarənin uçuş marşrutu ənənəvi olmayan xətt üzrə həyata keçirildi. Yəni təyyarə Mingəçevir su anbarı üzərindən dövrə vurmadı. Sonrakı günlərdə Mingəçevir su anbarını mühafizə edən S20 raketlərindən birinin prezident təyyarəsinə atıldığı məlumatı gəldi. Rəsmi təhqiqat başlanıldı, cinayət işi açıldı və həmin cinayət işinin materialları saxlanır. Bir məsələni qeyd edim ki, prezident təyyarəsinin vurulması planı heç cür AXC İcraiyyə Komitəsinin bəyanatı ilə bağlı ola bilməzdi. Bir neçə saat ərzində bu cür planı hazırlayıb, icra etmək qeyri-mümkün məsələdir. Bu baxımdan ola da bilər ki, AXC İcraiyyə Komitəsinin bəyanatının açıqlanması daha dəhşətli sui-qəsd planını pozmuş oldu”.

Rəhim
Rəhim Qazıyev “Yeni Müsavat”a açıqlamasında Pənah Hüseynin dediklərinə cavab verdi: “Allah ona ağıl versin. Ölkənin bu qədər ağır vaxtında gör nədən söz açırlar. Onun dediklərinə bir daha təəssüf edirəm. Arif Hacılı açıqlama verir ki, Surət Hüseynov Elçibəyçi idi. Bütün bunlar nəyə xidmət edir, bilmirəm. Sizlərin də bir neçə dəfədən sonra yadına düşüb ki, Rəhim Qazıyevin cavab haqqı var. Qısacası onu demək istəyirəm ki, Pənah, nə demək istəyirsən? Onunla telefonla o zaman danışanda kəskin şəkildə fikirlərimi ifadə etmişəm. 26 ildən sonra belə fikirləri demək ayıbdır. Rəhim Qazıyev partladan olsaydı, partladardı ki, ovcumuzun içərisində olan qələbə sizin əməllərə görə məğlubiyyətlə əvəzləndi. Onu deyim ki, 19 fevral 1993-cü ildə üçüncü ərizəmi yazıb istefaya getdiyim günə qədər biz qeyrətli, namuslu balaların qanı hesabına Dağlıq Qarabağın ümumi ərazisinin 52%-ni azad etmişdik, rus ordusunun sürətlə Azərbaycandan çıxarılmasına nail olmuşduq. Bu təkcə mənim xidmətim deyildi. Qeyrətli balalarımızın hesabına erməni köpəklərini it balası kimi qovurduq, Xankəndinin 8-10 kilometrliyinə çatmışdıq. Məndən sonra bir metr torpaq almayıblar. Aldığımız mövqeləri saxlaya bilmədilər. Pənahgilin təkidi ilə mən istefa verəndən qısa zamandan sonra Kəlbəcər getdi. 9 fevral bəyanatının verilməsinin əsas səbəbi o idi ki, Rəhim Qazıyev nüfuzunu itirsin, Surət Hüseynov imkanlarından məhrum olsun, bunlar biabır olub çıxsınlar, amma cəhənnəm məğlubiyyət olsun. Pənah indi islahat ideyasını ortaya atıb, istəyir ki, deputat mandatı alsın. 26 il öncə dövlət rəhbərliyindəki üç adamdan biri sən idin. Digəri isə İsa Qəmbər və Əbülfəz bəy idi. Niyə həbs etmirdiniz? Deyirsiniz ki, cinayət işi qaldırıldı. Prezidentin təyyarəsinə raket açıldı. Bununla bağlı indi də cinayət işi durur. Həmin hadisədən sonra 4 aya yaxın bunlar hakimiyyətdə oldular.

Rəhim
Əgər bu müddətdə prezidentin həyatına qəsd edənlərə cinayət işi qaldırıb, cinayətkarları ortaya qoymamısınızsa, prezidentin ən qəddar düşmənləri siz olmusunuz. Qaldırdığınız cinayət işi bu günə qədər də durur. Sizin hakimiyyətdən sonra həbs edildim. Əgər barəmdə o hadisə ilə bağlı cinayət işi olsaydı, məni sağ buraxardılar? O qədər qondarma ittihamlara nə gərək var idi? Pənah Hüseynə çox təəssüf edirəm. Ona ayıb olsun. 26 ildən sonra bunun mahiyyəti nədir? Doğrudan da buna məəttəl qalıram. Ad da qoya bilmirəm. Bugünkü gündə bunun məqsədi nədir? Məsuliyyətimlə bunu deyirəm ki, hazırda Azərbaycanın dövlətçiliyi, ərazi bütövlüyü və xalqımızın taleyi ən böyük təhlükə altındadır. Buna Pənah Hüseyn niyə münasibət bildirmir? Jurnalistlər ona sual verməyə bu qədər acizdirlər? Başa düşmürəm ki, qarpızın bu qədər bazarda xod getdiyi vaxtda Pənah Hüseyn gedib niyə alveri ilə məşğul olmur? Bir daha deyirəm ki, onun dediyi telefon söhbətində ona ağır sözlər demişəm. Mən axmaq deyiləm ki, gecə-gündüz uğrunda  mübarizə apardığım vətənə və dövlətçiliyimizin simvolu olan Prezident Aparatına bomba atam. Mən heç vaxt ağlımı itirməmişəm. İtirmək də fikrim yoxdur. Əbülfəz bəy həmin vaxt Gəncədə idi. Ağdərədə ağır vəziyyət yaranmışdı. Ölkə prezidentinə qarşı edilən hörmətsizliyə görə yerindəcə tədbir görülməli idi, amma bunlar onu görmədilər. Mənim elmi dərəcəm var. Pənah Hüseynin özündən və papkasından başqa heç nəyi yoxdur. Onlar partiya yarada bilirdilər, mən yox? İndiyə qədər nə partiya yaratmışam, nə də bir partiyanın üzvü olmuşam. Pənahdan vicdanı qarşısında oturub hesabat verməyi xahiş edirəm. Mən heç vaxt kiməsə sui-qəsd planı hazırlamamışam. Əbülfəz bəylə çox kəskin mübahisələr etmişəm, bizim mübarizə yoldaşımız idi. Pənah Hüseyn hamıdan yaxşı bilir ki, mən müdafiə naziri olaraq qalsaydım, Əbülfəz bəyi devirməkdən ötrü mənim meyitim üstündən keçərdilər. Mən atamın oğluyam. O, mənim Ali Baş Komandanım idi.

Rəhim
Dövləti cinayətin müddəti yoxdur, məsələni qaldırsın, istintaq orqanlarına rəsmi müraciət etsin. Mən heç vaxt kiminsə sualından qaçmamışam. Müdafiə naziri olan vaxt canımla, qanımla çalışırdım ki, qələbə qazanım. Daxildə olan xəyanətlər sonda məğlubiyyətə gətirib çıxardı. Pənah Hüseynin sayıqlamaları gündəm olur, manşetlərə çıxır. Ya 2005, ya da 2006-cı il olardı, onunla sizin qəzetə debata gəlmişdim. Həmin Pənah Hüseyn açıq şəkildə demişdi ki, Fərəcin bəyanatını bu əllərimlə yazmışam. Özündən soruşun, desə ki, yalandır, zəng edin mənə deyin. Bəyanatı yazmaqda məqsəd nə idi? Prezidentin təyyarəsinə raket atılandan sonra açılan cinayət işi niyə sona qədər aparılmadı? Bundan sonra Əbülfəz Elçibəy 4 ay hakimiyyətdə oldu. Pənah Hüseyn o cinayət işini niyə sona çatdırmadı? Onlara nə mane oldu? Ortada bu söhbətlər var”.

Elçibəy
Elçibəy iqtidarının baş prokuroru olmuş İxtiyar Şirin cinayət işinin üstünü aça bilmələrinə bu cür aydınlıq gətirdi: “Cinayət işini biz qaldırdıq. Hakimiyyətimizdən sonra cinayət işi bir tərəfə atıldı. İstintaq dayandırıldı, çünki onların hamısı Surət Hüseynova aid adamlar idi. Bizdə olan materiallara görə Mingəçevir su anbarını mühafizə edən Hava Hücumundan Müdafiə Qüvvələri Əbülfəz Elçibəyin təyyarəsinə raketdən atəş açmışdılar. Bu, Surət Hüseynovun və Rəhim Qazıyevin əmri ilə baş tutmuşdu. Cinayət işinin istintaqını ona görə tam başa çatdıra bilmədik ki, o quldur dəstəsinə tam yaxın getmək mümkün deyildi. Həmin hadisədən sonra Kəlbəcərin işğalı baş verdi. Başımız başqa işlərə qarışdı. Daha ciddi və vacib işlər idi. Nəticədə o cinayətkar qrupun tam şəkildə ifşasına nail ola bilmədik. Məhz bunun nəticəsində Gəncə hadisələri baş verdi. Ölkənin siyasi rəhbərliyinin humanist davranışları da cinayətkar qrupun ram edilməməsinə səbəb olan amillərdən biri idi. Əbülfəz bəy istəyirdi ki, bu məsələlər konkretləşmə ilə yoluna qoyulsun.

Məhz bu səbəbdən ola bilsin ki, bu məsələdə ciddi, qəti qərarların lehinə deyildi. İstəmirdi ki, bu adamlara qarşı çox ciddi qərarlar qəbul olunsun. Ona görə məsələni kökündən qazıyıb birdəfəlik həll etmək mümkün olmadı. Təyyarəyə atəşi açanlar deməli idilər ki, bu əmri kim verib. Onlar Surət Hüseynovun dəstəsində olduqları üçün onları həbs etmək, dindirmək mümkün olmadı. Amma müəyyən istintaq hərəkətləri aparılmış, bəzi məsələlər aydınlaşdırılmışdı. İşi hərbi prokurorluq aparırdı. Həmin prokuror da mərhum Rövşən Əliyev idi. Orada müəyyən qətiyyətsizlik var idi. Bu qətiyyətsizlik sonralar meydana çıxdı. Məlum oldu ki, qanunun tərəfində durmayıblar”.(musavat.com)
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO