Xəbər lenti
23/11/2019 [00:05]:
İctimai birliyin "Sərhədləri Birlikdə Aşaq" layihəsinə yekun vuruldu - FOTOLAR
22/11/2019 [23:58]:
Kələntərov yenə gül vurdu: ”Bu münasibətlər zamanın sınağından keçib...”
22/11/2019 [23:37]:
Gözəllərin gözəlliyi göz qamaşdırdı - FOTOLAR
22/11/2019 [23:29]:
"İndiki siyasətin davam etdirilməsi Qarabağın həmişəlik itirilməsinə gətirib çıxaracaq..."
22/11/2019 [23:19]:
"Qida zəhərlənməsində burundan qan gəlmir, ölüm səbəbi..." - BDU tələbəri barədə ŞOK
22/11/2019 [23:14]:
Təzyiq xəstələrinin ömrünü uzadacaq elementar məsləhətlər - Bunlara əməl etsəniz...
22/11/2019 [23:13]:
Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirdi - FOTO
22/11/2019 [23:11]:
Qızlıq pərdəsi bu hallarda zədələnə bilər - MARAQLI SƏBƏBLƏR...
22/11/2019 [22:33]:
Azərbaycan əsgəri İstanbulu almaq istəyən erməni polkovnikini məhv etdi – 27 il öncə...
22/11/2019 [22:32]:
"Sumqayıt"ın prezidenti: "Məbləği bir azdan öz aramızda danışacağıq"
22/11/2019 [22:22]:
"Qarabağ" mövsümdə ilk məğlubiyyətini alıb
22/11/2019 [22:19]:
Putin Mehriban Əliyevaya Azərbaycanda rus dilinə olan münasibətə görə təşəkkürünü bildirib
22/11/2019 [22:17]:
Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunub -FOTOLAR
22/11/2019 [21:57]:
Ərdoğanı səhv başa düşən Tatlısəs hər kəsi güldürdü - VİDEO
22/11/2019 [21:42]:
İlham Əliyev və Vladimir Putinin görüş vaxtı müəyyənləşdi
22/11/2019 [21:38]:
Şamaxı yolunda sürücülərin işi çətinləşdi - VİDEO
22/11/2019 [21:30]:
Ədliyyə işçilərinə yeni ali xüsusi rütbələrin paqonları təqdim olunub - SƏRƏNCAM
22/11/2019 [21:18]:
"Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın başlıca ticarət tərəfdaşıdır"
22/11/2019 [21:09]:
Əli Babacanla eks-prezident barədə - sensasion iddia
22/11/2019 [21:08]:
Avtomobillə motosiklet toqquşdu, sürücü havaya uçdu - QORXUNC... + VİDEO
22/11/2019 [21:03]:
Bərdədə 26 yaşlı oğlan qızdırmadan öldü
22/11/2019 [20:45]:
Bahalı dərmanlar kreditlə satılacaq
22/11/2019 [20:41]:
Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib - FOTOLAR
22/11/2019 [20:35]:
“Bu təhlükə Domokl qılıncı kimi bütün türk dünyasının başı üzərindədir”
22/11/2019 [20:33]:
Fransanın sabiq prezidenti Bakıda olub - FOTO
22/11/2019 [20:30]:
ADNSU-da “Vətən məndən başlanır” adlı sosial layihənin təqdimatı keçirilib
22/11/2019 [20:28]:
Samuxda baş vermiş avtoqəzada iki qardaş xəsarət alıb
22/11/2019 [20:21]:
Türk təyyarəsi Odessa aeroportunu iflic etdi
22/11/2019 [20:08]:
Tarix İnstitutunda BDU-nun və Tarix fakültəsinin 100 illiyi qeyd olundu - FOTO
22/11/2019 [20:08]:
Tələbələrin dərsdə yatmaq haqqı var - AzTV-də qızğın təhsil müzakirəsi - VİDEO
22/11/2019 [20:03]:
Aldıqları evin hovuzunu görüncə şok yaşadılar - MARAQLI
22/11/2019 [19:58]:
"Fəaliyyət planının təsdiq edilməməsi o anlama gəlmir ki, qollarımızı sallayıb oturmuşuq"
22/11/2019 [19:52]:
Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib?
22/11/2019 [19:47]:
Xəyanət edən ərindən elə bir intiqam aldı ki,... - MARAQLI
22/11/2019 [19:45]:
İstifadəyə yararsız çörək sexi aşkarlanıb - FOTO
22/11/2019 [19:32]:
Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi -FOTOLAR
22/11/2019 [19:24]:
"Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA
22/11/2019 [19:05]:
Polislər üçün yaddaş kitabçası hazırlandı
22/11/2019 [19:01]:
Motosiklet sürücüləri xəstəxana morquna basqın etdi - SƏBƏB
22/11/2019 [18:56]:
DAP-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Türk səfir ilə görüşdü
22/11/2019 [18:54]:
“Hansı torpaq güzəştindən söhbət gedə bilər?” – TAHİR RZAYEV
22/11/2019 [18:43]:
Rusiya bankı  müştərisinə  "yəhudiləri öldürün!"  kodu göndərdi... -Ağlasığmaz-FOTO..
22/11/2019 [18:41]:
Arıqlama həbləri bu xəstəliklərə səbəb olur
22/11/2019 [18:38]:
İstirahət günlərinin hava PROQNOZU
22/11/2019 [18:36]:
Rövşən Rzayev Beyləqanda qəbul keçirib
22/11/2019 [18:34]:
“Nar”dan hədiyyə qazanmaq imkanı!
22/11/2019 [18:31]:
Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ
22/11/2019 [18:15]:
Əbubəkr Nurməhəmmədov UFC-dən uzaqlaşdırıla bilər
22/11/2019 [17:54]:
Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi
22/11/2019 [17:49]:
Sığorta şirkəri sübut tələb etdi, dəfn mərasimi 9 gün gecikdi- FOTOLAR
22/11/2019 [17:49]:
Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ
22/11/2019 [17:45]:
Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək
22/11/2019 [17:38]:
Rusiyalı nazir: "Azərbaycanla qeyri-neft məhsulların mübadiləsində maraqlıyıq"
22/11/2019 [17:37]:
"İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda konfrans keçirildi
22/11/2019 [17:25]:
“Öldükdən sonra başqa adamların sevinci və...”
22/11/2019 [17:17]:
Almaniya polisindən daha bir xüsusi əməliyyat...
22/11/2019 [17:05]:
Bakı-Gəncə qatarının sürəti artırılır – FOTO
22/11/2019 [17:04]:
"Qarabağ fərqli işdi, burda səviyyəli və təsirli diplomatiya lazımdır ki..."
22/11/2019 [17:00]:
İranda yeni mərhələ: Təbrizdə Azərbaycan bayrağı qaldırıldı – VİDEO
22/11/2019 [16:56]:
Prezidentdən əlil və şəhid ailələri ilə bağlı - SƏRƏNCAM
22/11/2019 [16:31]:
Kılıçdaroğludan çox bu qız danışıldı... -VİDEO
22/11/2019 [16:24]:
Yeni ombudsman 1-ci gün seçiləcək
22/11/2019 [16:06]:
Metsamor AES-i “böyüyür”: 2027-ci ildə dünya ikiqat nüvə təhlükə ilə üz-üzə qalacaq...
22/11/2019 [15:54]:
FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər
22/11/2019 [15:48]:
“Bunu elə tənzimləmək lazımdır ki, sui-istifadə hallarına yol verilməsin...”
22/11/2019 [15:37]:
“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda konfrans keçirildi
22/11/2019 [15:17]:
"Rəy sorğularının nəticələri Prezidentin siyasətinə etimadın olduğunu isbatlayır"
22/11/2019 [15:02]:
Paytaxtda iki marşrut xətti üzrə avtobuslar əvəzləndi
22/11/2019 [14:59]:
“İrandakı olaylar dünyanın simasını dəyişə, onun altını-üstünə çevirə bilər”
22/11/2019 [14:48]:
Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB
22/11/2019 [14:42]:
"Mənim də oğlum evlənib və iki nəvəm var, gəlinim isə təbii ki, şou - biznesdən deyil..."
22/11/2019 [14:39]:
Putinin dünya jurnalistlərini bu tarixdə başına toplayacaq
22/11/2019 [14:30]:
Bakıya yağış, rayonlara qar yağacaq
22/11/2019 [14:28]:
“Bacımgil həmin gecə suşi yeməyiblər”
22/11/2019 [14:12]:
"Qadınların qalan 84 faizi bu məzuniyyəti almaq imkanına malik deyillər"
22/11/2019 [14:04]:
Sumqayıt-Bakı qatarında gecikmənin səbəbi açıqlandı
22/11/2019 [14:01]:
“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi...
22/11/2019 [13:56]:
“Ata Abdullayev üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib” – XİN
22/11/2019 [13:54]:
Oqtay Əsədov MDB PA-nın yubiley sessiyasında iştirak edib
22/11/2019 [13:48]:
Azərbaycanda ödənişsiz erməni dili kursları təşkil ediləcək
Bütün arxiv bir sırada
20/08/2019 [21:35] - Hadisə - ( 22742 dəfə baxılıb)

"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."

"Azərbaycanda qara qutunun oxunması üçün laborotoriya yaradıldığından elə Bakıda oxunacaq, amma ola bilər ki, Ukraynadan mütəxəssis cəlb olunsun"


İtkin düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 qırıcısı və pilotun nəşi tapılsa da qəzanın səbəbləri barədə məlumat verilmir.

Hadisədən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də qəzanın səbəbləriylə bağlı rəsmi məlumatın olmaması cəmiyyətdə müxtəlif iddiaların müzakirəsinə səbəb olub.

Bəzi təhlilçilərin iddialarına görə, təyyarənin qəzaya uğramasına səbəb Rusiyanın radio-texnika qüvvələrinin təsirləri ola bilərdi. Digərləri isə qırıcının qəzaya uğramasında Rusiya tərəfinin təsirini inandırıcı saymır və səbəblər barədə qəzanı araşdıran komissiyanın qərarını gözləməyi məsləhət görürlər.

Azərbaycan Müdafiə Nazirliyindən itkin düşmüş MiQ-29 qırıcısının axtarışları və qəzanın ilkin ehtimal edilən səbəbləri barədə şərh almaq mümkün olmayıb.

MiQ-29 təyyarəsi 24 iyulda təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb. Gecə saat 10 radələrində təlim uçuşlarını həyata keçirən üç hərbi təyyarədən ikisi uçuş bazasına qayıdıb, pilot Rəşad Atakişiyevin təyyarəsi isə qayıtmayıb.

Ən son məlumat nədir?

Qırıcının itkin düşmüş pilotu Rəşad Atakişiyevin qayınatası Qabil Hüseyinli BBC News Azərbaycancaya deyib ki, pilotun bədəninin hissələri "deformasiya olunmuş halda tapılıb. Əvvəlcə bir ayağı sonra isə təyyarənin gövdəsindəki oturacağında bədəninin digər hissələri aşkar olunub".

Polkovnik-leytenanat pilot Rəşad AtakişiyevFotonun müəllifiMOD.GOV.AZ
Image captionAxtarış qrupu Qabil Hüseyinliyə məlumat verir

"Azərbaycan və Türkiyə heyəti lazımı axtarışları aparıb təyyarəni və pilotun nəşini tapıb çıxarıblar. Qırıcının qara qutusu da sudan çıxarılıb, amma hələ oxunmayıb. Pilotun oturacağı təyyarənin əsas gövdəsinin altında müəyyən edilib", Qabil Hüseyinli deyib.

Onun sözlərinə görə, təyyarənin suya ön hissəsi üstə düşdüyü aydın olur və pilot oturacağının qırıcının gövdəsində olmağı "katapult" istifadə olunmadığını göstərir.

Qara qutu necə oxunur?

Qabil Hüseyinli bildirib ki, qırıcının qara qutusunun şifrəsinin açılması üçün əvvəlcə üzərində kimyəvi əməliyyatlar aparılır.

"Azərbaycanda qara qutunun oxunması üçün laborotoriya yaradılıb. Qara qutu elə Bakıda oxunacaq, amma ola bilər ki, Ukraynadan mütəxəssis cəlb olunsun", cənab Hüseyinli bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məsələ ilə bağlı "şərh verməyəcəklərini" bildiriblər.

Hadisədən 6 gün keçdikdən sonra hərbi təyyarənin Xəzər dənizindəki axtarışlarına Türkiyədən 10 nəfərlik mütəxəssis cəlb olunub.

Qabil Hüseyinli deyib ki, axtarışlara Rusiya heyəti qoşulmayıb. Onun sözlərinə görə, Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və onların gəlməsinə ehtiyac qalmayıb.

Azərbaycan Müdafiə Nazirliyi BBC News Azərbaycancaya qırıcının axtarış tədbirləri barədə şərh verməyib.

Səbəb nə ola bilərdi?

Qırıcının radarlardan itməsindən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, qəzanın səbəbləriylə bağlı rəsmi məlumatın olmaması cəmiyyətdə müxtəlif iddiaların müzakirəsinə səbəb olub.

Hərbi məsələlər üzrə şərhçi Üzeyir Cəfərov BBC News Azərbaycancaya deyib ki, onun itkin düşmüş qırıcı ilə bağlı bir neçə iddiası var və bu iddialar qırıcı barədə suallara aydınlıq gətirilənə qədər qüvvədədir.

"Mənim fərziyələrimdən biri odur ki, Azərbaycan qırıcısı Xəzər dənizi üzərində təlim uçuşları həyata keçirən zaman ona Rusiya Cənub Hərbi Dairəsinin Radio Elektron Qoşunlarının cihazları təsir edə bilər. Qəzanı araşdıran komissiya bu iddianı yoxlamalıdır", Üzeyir Cəfərov deyib.

Ehtiyatda olan polkovnik deyib ki, "bu avadanlıqların funksiyası qarşı tərəfin radio-elektron avadanlıqlarına ziyan vermək, onların düzgün işləməsinə mane olmaqla onları sıradan çıxarmaqdan ibarətdir".

Onun sözlərinə görə, təcrübəli pilot polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissənin rəhbərlərindən biri olub və bu qəzada pilot səhvi inandırıcı görünmür.

"Qırıcının elektron avadanlıqlarına uzaq məsafədən təsir mümkün olan haldır. Rusiyanın malik olduğu "Krassuxa-4", "Leyer-3" və digər bu kimi avadanlıqlar təyyarələrə 300-600 km məsafədən təsir etmək imkanlarına malikdir", hərbi şərhçi Üzeyir Cəfərov deyib.

Hərbi şərhçi əmindir ki, qırıcının qara qutusunu oxunması üçün onu "Rusiyadakı laboratoriyaya göndərmək olmaz".

"MiQ-29-un qara qutusunun şifrəsinin açılması üçün Azərbaycanda imkanlar yoxdur", Üzeyir Cəfərov bildirib.

Polkovnik xatırladır ki, 2008 və 2011-ci ildə baş vermiş MiQ-29 və Su-25 avia qəzalarından qara qutular Rusiyaya göndərilib, lakin onlardan heç bir məlumat verilməyib.

"Bu məhsullar keçmiş Sovet istehsalı, Rusiyanın məhsullarıdır və nüfuzlarına xələl gəlməsin deyə Rusiya o barədə məlumat verməyin marağında olmaz. Qəzada müəyyən olunsa ki, burada Rusiyanın təsiri var, onlar bunu gizlədə bilərlər", polkovnik Cəfərov BBC News Azərbaycancaya deyib.

Şərhçi bildirib ki, iyulun 24-də olan qəzadan sonra Azərbaycanda MiQ-29-ların uçuşu dayandırılıb.

Müdafiə Nazirliyi "şübhə yaradır"

Təqaüddə olan polkovnik İsa Sadıqov "qırıcıya radio-texnika qurğuları ilə təsir olunması hallarının olmasını" istisna etmir.

Cənab Sadıqov əsaslı şübhələrinin olmasını Müdafiə Nazirliyinin məsələyə aydınlıq gətirməməsi ilə izah edib.

Onun sözlərinə görə, Rusiyadan alınan bu təyyarələrdə nasazlıq ola bilər.

"90-cı illərdə Rusiya hərbiçiləri bizə təhvil verdikləri texnikanı sıradan çıxarmaq üçün əllərindən gələni edirdilər. Yanacaq baklarına şəkər tozu tökmək kimi əməllər törədirdilər", İsa Sadıqov "şəxsi təcrübələrinə" əsaslanaraq bu fikirləri söylədiyini deyib.

"Rusiyanın bu silahları verəndə səmimi olmasını düşünmək sadəlövlük olar. Naviqasiya və idarəetmə sistemləri onların əlindədir", İsa Sadıqov bildirib.

TURAZ qartalı, MiQ-29Fotonun müəllifiGETTY IMAGES
Image captionAzərbaycan və Tükiyə hərbi təyyarələrinin birgə keçirdiyi TURAZ qartalı hərbi təlimlərinə qatılan MiQ-29 qırıcıları, Konya, Türkiyə

MiQ-29 "əlverişlidir"

Ehtiyatda olan kapitan Tərlan Eyvazov isə hesab edir ki, MiQ-29-ların Azərbaycanda və digər ölkərin ordularında istifadəsi tamamilə qəbulediləndir və bu texnika köhnə sayılmır.

"MiQ-29-lar coğrafi baxımından, iqtisadi baxımdan və kadr baxımından Azərbaycan üçün əlverişli silahdır. Bu texnikaların əsas hissəsi bizə Sovet ordusundan qalanlardır ki, Azərbaycan bunların bir çoxunu sonradan modernləşdirib", Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan son nəsil qırıcıları alsa belə onlar sürət yığana kimi ölkənin hüdudlarını keçəcək.

"500-1000 km məsafəni vura bilən raketləri almaq bizim nəyimizə lazımdır? Biz kiminləsə müharibə aparmağa çalışmırıq. Bizə lazım olan silahlar müdafiə silahlarıdır və bu da müdafiə üçün hələki işə yarayan texnikadır", ehtiyatda olan kapitan Eyvazov deyib.

Tərlan Eyvazov onu da deyib ki, keçmişdə Rusiyadan alınan silahların bəzilərinin "yararsız olması halları ilə razılaşsa da, bunu bütün silahlara aid etmək olmaz".

Tərlan Eyvazov bildirib ki, "Sovet ordusunda baxımsızlıq ucbatından heç də bütün texnika və silahların hamısı saz vəziyyətdə deyildi, Azərbaycana verilən silahlar arasında da saz vəziyyətdə olanları da olub, olmayanları da".

O, bu fikirləri 1991-ci ildə Müdafiə Şurasında, Rusiyadan silahların təhvil alınmasında iştirak edən şəxs kimi bildirib.

Cənab Eyvazov onu da deyib ki, MiQ-29-lar sonradan alınmış təyyarələrdir: "Onların alınmasına 30-40 milyon pul xərclənib və onların işləkliyini çox böyük komissiya yoxlayıb".

Tərlan Eyvazov bildirib ki, MiQ-29-lar Ukraynada modernləşdirilib və bu silahların yararsız olması ehtimalı yoxdur.

MiQ-29Fotonun müəllifiGETTY IMAGES
Image captionTəlim uçuşu zamanı qəzaya uğrayan MiQ-29 qırıcısı və katapult edən pilot

Tərlan Eyvazovun sözlərinə görə, itkin düşmüş qırıcının axtarışından yayılan fotoşəkilərdən və məlumatlardan o qənaətə gəlib ki, MiQ-29 partlayaraq parçalanıb, katapult isə işləməyib.

"Sensasion iddialar üçün fakt yoxdur. Kiminsə nəsə deməsi hələ də fakt deyil", Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov onu da deyib ki, "qəzanı araşdıran komissiyanın rəyi verilənə qədər müxtəlif iddialar bir fikir kimi yaşamaq hüququna malikdirlər".

"Rusiyanın radio-texniki vasitələrinin MiQ-29-a zədə yetirməsi iddialarını doğru saymıram və burada məqsəd aydın deyil. Rusiya dəfələrlə Azərbaycana özünün MiQ, SU tipli hərbi təyyarələrini təklif edib, amma necə ola bilər ki, o markalı təyyarəni də qəzaya uğratsın", cənab Eyvazov şərhinə əlavə edib.

Azərbaycanda əvvəlki MiQ-29 qəzası

Hərbi şərhçilərin sözlərinə görə, Azərbaycanda istifadə olunan 12 MiQ-29 qırıcısı Rusiyada istehsal olunsalar da, 2005-2007-ci illərdə Ukraynadan alınıb.

Azərbaycanda MiQ-29 qırıcısının qəzası ikinci dəfədir ki, baş verir. İlk belə qəza 2008-ci ilin yanvarında təlim uçuşu zamanı baş verib.

Qəza nəticəsində MiQ-29 təyyarəsini idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olublar. Kapitan Əfqan Aslanovun cəsədi tapılsa da polkovnik-leytenant Fəxrəddin Əsgərovun meyiti bu günə kimi tapılmayıb.

2019-cu ilin iyulun 24-də 11 il sonra Azərbaycan Hərbi Hava Qüvvələrinin ikinci polkovnik-leytenantını Rəşad Atakişiyev qəzaya uğrayıb.

Dünyada sayına görə ən çox MiQ-29 qırıcıları Rusiyadadır. İstehsalçı olan Rusiya da MiQ-29 qırıcılarının qəzaya uğramasından sığortalanmayıb.

Rusiyada 2008-ci ildən bu günə kimi 12 MiQ-29 qırıcısı və onun müxtəlif modifikasiyaları qəzaya uğrayıb.

MiQ-29Fotonun müəllifiGETTY IMAGES
Image captionTürkiyənin Konya şəhərindəki hərbi bazada Azərbaycan və Türkiyə pilotlarının uçuşa hazırlanması

MiQ-29 nədir?

MiQ-29 yüngül çoxfunksiyalı qırıcı təyyarədir və Mikoyan-Qureviça dizaynı ilə 1970-ci illərdə hazırlanıb.

Soyuq müharibə illərinin əsəri olaraq qəbul edilən MiQ-29 təyyarələri o dövrdə ABŞ və SSRİ arasında gedən silahlanma yarışı zamanı ərsəyə gəlib. O dövrdə SSRİ və ABŞ iki konsepsiyada ağır və yüngül qırıcılar hazırlayıb.

O dövrün Sovet hava qüvvələrində Sukhoi Dizayn Bürosu ağır təyyarələrindən Su-27 hazırlamışdı və onlar yüngül təyyarələrdən MiQ-29 ilə birlikdə xidmətə qəbul ediliblər.

Ağır hərbi təyyarələr bahalı sistemlərlə təchiz olunub və daha mürəkkəb tapşırıqlar üçün hazırlanıb. Yüngül qırıcılar isə hava döyüşləri və yerdə olan hədəflərə taktiki və operativ dərinliklərə zərbə vurmaq üçün dizayn edilib.

MiQ-29 qırıcıları bir neçə dəfə modernləşdirilib və onlardan ən sonuncusu MiQ-35 hesab olunur.

MiQ-29 tək Rusiya və keçmiş Sovet ölkələrində deyil, Yaxın Şərq, ərəb ölkələrində, hətta üç NATO ölkəsinin aviasiya bölməsində də istifadə olunur.

loading...
loading...
Avtomobillə motosiklet toqquşdu, sürücü havaya uçdu - QORXUNC... + VİDEO
Aldıqları evin hovuzunu görüncə şok yaşadılar - MARAQLI
Xəyanət edən ərindən elə bir intiqam aldı ki,... - MARAQLI
Motosiklet sürücüləri xəstəxana morquna basqın etdi - SƏBƏB
Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
Kələntərov yenə gül vurdu: ”Bu münasibətlər zamanın sınağından keçib...”
Hadisə
"Qida zəhərlənməsində burundan qan gəlmir, ölüm səbəbi..." - BDU tələbəri barədə ŞOK
Müsahibə
"Fəaliyyət planının təsdiq edilməməsi o anlama gəlmir ki, qollarımızı sallayıb oturmuşuq"
Cəmiyyət
Sığorta şirkəri sübut tələb etdi, dəfn mərasimi 9 gün gecikdi- FOTOLAR
Cəmiyyət
“Bunu elə tənzimləmək lazımdır ki, sui-istifadə hallarına yol verilməsin...”
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
"Cəmiyyətin 30 faizi itinə də toy edir, 70 faizsə özünə toy edə bilmir, hər məmur sevgilisinə bir veriliş açıb"
"Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdim" - VİDEO
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: Rayon əhalisi də şokda, polis-prokurorluq da...
“Kişi kişi ilə sevişib-yatır, kimə ərə gedim?" - FOTOLAR
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247