Xəbər lenti
17/09/2019 [16:06]:
“Övladımız olmadığı üçün ikimizi də boşadılar...” - Əkiz bacıların taleyi...
17/09/2019 [15:45]:
Xamneyi ABŞ-la dialoq müzakirəsinə nöqtə qoydu
17/09/2019 [15:43]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17/09/2019 [15:40]:
Arvadını 6 il əvvəl öldürüb, basdıran şəxs hakim qarşısına çıxarılıb Arvadını 6 il əvvəl öldürüb, basdıran şəxs hakim qarşısına çıxarılıb Arvadını 6 il əvvəl öldürüb, basdıran şəxs hakim qarşısına çıxarılıb
17/09/2019 [15:33]:
“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb
17/09/2019 [15:25]:
Türkiyənin şəhid ailələri və qaziləri Qənirə Paşayeva ilə görüşüb
17/09/2019 [15:20]:
“Sınıq Körpü” də film kimi olay- 1 MİLYON 700 MİN AVROLUQ DƏRMAN NECƏ SAXLANILDI?
17/09/2019 [15:15]:
Aygün Kazımova: ”Sami Yusufdan başqa kimsəni dinləməmişəm”
17/09/2019 [15:14]:
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17/09/2019 [14:41]:
Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu - FOTO
17/09/2019 [14:37]:
“Dədə Süleyman”dan acı xəbər- Gözü tutuldu...
17/09/2019 [14:35]:
“Müdafiədən hücuma!..- Bunu Azərbaycan əvəzinə, həyasız düşmən deyir...-VİDEO
17/09/2019 [14:31]:
Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO
17/09/2019 [14:20]:
Məhkəmə Koçaryanla bağlı qərar verdi
17/09/2019 [14:19]:
Azərbaycanın yeddi klubu 800 manat cərimələndi
17/09/2019 [13:52]:
"Bu gün teatr və aktyor sənəti haqda bilən də, bilməyən də danışır, belə olmaz, ayıbdır"
17/09/2019 [13:47]:
“Qarabağ yalnız iqtidarın problemi deyil” – “Bu, bütün xalqın problemidir”
17/09/2019 [13:34]:
Bakıda qəbiristanlıqda bir nəfər intihara cəhd edib
17/09/2019 [13:31]:
İlham Əliyev gürcüstanlı naziri qəbul edib
17/09/2019 [13:17]:
18 sentyabrda gözlənilən hava şəraiti
17/09/2019 [13:15]:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daha bir yeni addım...
17/09/2019 [13:06]:
Ölümlə nəticələnən qəza törədən sürücü həbs edildi
17/09/2019 [12:55]:
Azərbaycanın turizm potensialının tanıdılmasının növbəti ünvanı Pakistandır
17/09/2019 [12:49]:
Şəkidə attraksiondan yıxılan qızla bağlı cinayət işi başlanıb
17/09/2019 [12:46]:
Kulis.az şeir müsabiqəsi elan edir: ŞƏRTLƏR...
17/09/2019 [12:45]:
Hikmət Hacıyev: Ermənistan tərəfi provokativ addımlar atır
17/09/2019 [12:32]:
"Niyə təkcə “Kapital bank", başqa bankların bankomatları yoxdurmu..?"
17/09/2019 [12:17]:
Ucar sakinindən külli miqdarda narkotik götürüldü - FOTOLAR
17/09/2019 [12:14]:
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək
17/09/2019 [12:12]:
Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir
17/09/2019 [12:10]:
DİM dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan etdi
17/09/2019 [12:05]:
DİM dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan etdi...
17/09/2019 [12:02]:
“Konsertimdə Nəsimiyə müraciət etdim, amma bu gün Afətlə Samini gündəmə gətirmək düzgün deyil...”
17/09/2019 [11:49]:
“Kəfənimi kipriyinlə tikərsən...”
17/09/2019 [11:32]:
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
17/09/2019 [11:26]:
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
17/09/2019 [11:22]:
“Nəvələrimin toyunu görmək üçün Allahdan ömür istəyirəm...”
17/09/2019 [11:14]:
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
17/09/2019 [11:07]:
Keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə şübhli bilinən şəxs tutuldu
17/09/2019 [10:58]:
Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA
17/09/2019 [10:55]:
Azərbaycanda genişmiqyaslı təlimlərin ikinci günü - VİDEO
17/09/2019 [10:53]:
ADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilib
17/09/2019 [10:53]:
“Ermənistanın bu günki hakim dairələrindən hər şey gözləmək olar..."
17/09/2019 [10:50]:
“Bütün dünya başını itirdiyi bir zamanda biz başımız uğrunda mübarizədən qalib çıxa bildik”
17/09/2019 [10:47]:
VK rəhbərliyi Türk-AV-ın baş assambleyasının 3-cü zirvə toplantısında iştirak edib
17/09/2019 [10:39]:
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
17/09/2019 [10:32]:
İsrail növbədənkənar seçkilərə gedir
17/09/2019 [10:28]:
Vüqar Bayramov: “Hökumət neftin qiymətini 50 dollar götürməliydi”
17/09/2019 [10:23]:
АDU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib- SİYAHI
17/09/2019 [10:19]:
Rəsmi İrəvan təlaşda: “Rusiya bu dəfə əhali üçün də qazın qiymətini qaldıracaq?!.” 
17/09/2019 [10:10]:
“Hindistanla gərginlik yaşayan Pakistanın yanında olmağa borlcuyuq, çünki...”
17/09/2019 [09:38]:
Səudiyyənin neft zavodlarındakı partlayış birjaları da “alovlandırdı”
17/09/2019 [09:34]:
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır - Araşdırma (Video)
17/09/2019 [09:32]:
“Google”un fəaliyyətində problem yaranıb
17/09/2019 [09:18]:
Gürcüstan Amerikanın tank daşıyan gəmisini ərazi sularına buraxmadı... 
17/09/2019 [09:02]:
Əli Kərimli-İlqar Məmmədov debatı - moderator kim olsun?
17/09/2019 [09:01]:
“Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - politoloq
17/09/2019 [08:59]:
Qabil Hüseynli: “Xarici təhlükələrin içərisində təkcə Azərbaycanda siyasi hakimiyyət məsələsi yox, həm də...”
17/09/2019 [08:57]:
Əliməmməd Nuriyev: "Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"
17/09/2019 [08:54]:
Hacıqabulda evakuator “Kamaz”a çırpıldı, sərnişinin ayaqları kəsildi
17/09/2019 [08:52]:
“Taxt oyunları” 10 “Emmi” aldı – FOTO
17/09/2019 [08:39]:
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - AFİŞA
17/09/2019 [08:38]:
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub
17/09/2019 [08:13]:
Gənc karateçilərimiz Macarıstandan 3 qızıl, 5 bürünc gətiriblər
17/09/2019 [08:13]:
28 erməni fahişə saxlanıldı- VİDEO
17/09/2019 [08:12]:
Donald Tramp: ABŞ İran tərəfi ilə münaqişədən yayınır
17/09/2019 [08:11]:
Putin Ankarada "Quran"dan sitat gətirdi - VİDEO
17/09/2019 [07:15]:
Həccə gedənlərdən rüşvət alan cinayətkar məmur qrupu ifşa olundu...
17/09/2019 [06:16]:
Niyə İmam Hüseyn (ə) kufəlilərin dəvətini qəbul etdi?..
16/09/2019 [23:38]:
BMW yoldan çıxıb aşdı, Qax sakini xəsarət aldı - FOTO
16/09/2019 [23:33]:
"Ankarada baş tutan üçtərəfli görüş Türkiyənin siyasi qələbəsidir" - Siyasi analitik...
16/09/2019 [23:24]:
Rusiya, İran və Türkiyə liderlərinin növbəti görüşü Tehranda baş tutacaq
16/09/2019 [23:03]:
Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər
16/09/2019 [23:00]:
Daha bir boksçumuz dünya çempionatının 1/8 finalında
16/09/2019 [22:22]:
Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” şüarını təkrarladı və Brayzaya cavab verdi...
16/09/2019 [21:58]:
Sumqayıtda kitab yarmarkası keçirilib- FOTO/VİDEO
16/09/2019 [21:47]:
Argentinada yeddi balina sahilə çıxdı, biri öldü: xilasetmə əməliyyatından VİDEO
16/09/2019 [21:42]:
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16/09/2019 [21:14]:
Rus parlamentindən ilginc görüntülər - FOTOLAR
16/09/2019 [21:09]:
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi - FOTO+VİDEO
Bütün arxiv bir sırada
21/08/2019 [00:35] - Araşdırma - ( 3085 dəfə baxılıb)

Anastas Mikoyanın Bakı fəaliyyətləri: Bolşevik erməninin ilginc etirafları...



Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edir. 

27-ci komissar niyə sağ qaldı?

Xatirələrindən də göründüyü kimi, Mikoyan Bakıya xüsusi təlimatla gəlmişdi. Bolşevik partiyasının üzvü olsa da, erməni milli mücadiləsi üçün gəldiyini xatirələrində də yazır. 

Mikoyan Bakıya hansı vəzifələrin öhdəsindən gəlmək üçün gəlmişdi? Daha sonra görüləcəkdi ki, o, tez-tez Şaumyanla görüşür, hətta ona ağıl da verirdi. Bakıya gəlişi barədə Mikoyan xatirələrində belə yazırdı: “Axşam saatlarında yenidən partiyanın Bakı komitəsinə getdim və bu dəfə Şaumyanı tapdım. Səfərimin məqsədi barədə danışdıqdan sonra, Şaverdyandan gətirdiyim zərfi ona verdim”. 
Şaumyana verdiyi vizit kartının arxasında o, bunları yazmışdı: "Hörmətli Stepan! Bu notu sizə təqdim edəcək Anastas Mikoyan bizə yeni qoşulmuş sosial demokratdır və kifayət qədər hazırlıqlıdır, çox istedadlı insandır, daşnaklarla döyüşmək üçün onu sizə göndərirəm. Buradakı vəziyyəti sizə izah edəcək.
Sənin müşavirin".

Buradakı “daşnaklarla mübarizə aparmaq” ifadəsi məcazi məna daşıyırdı. Şaumyan Mikoyanı neftçilərlə işləməyə təlimatlandıranda əsas məqsəd üzə çıxdı. Əlbəttə, Mikoyan təkcə neft mədənlərində təbliğat aparmadı. Xatirələrin sonrakı hissələrində Şaumyanın xüsusi tapşırıqla neft mədənlərində işləməsi barədə yazır və bunun xüsusi məqsədlə edildiyini söyləyir. Buradan aydın olur ki, Mikoyan Bakı nefti ilə bağlı xüsusi tapşırıqla Bakıya göndərilib. 

Bakı neft mədənlərinin müsadirə edilməsi təklifini də o vermişdi. Bakıda neft sənayesinin milliləşdirilməsi məsələsi ortaya çıxdı. 1918-ci ilin fevralından başlayaraq bu məsələ təkrarlandı və müzakirə mövzusuna çevrildi. Bəzi yüksək vəzifəli məmurlar Sovet Rusiyasının yalnız neft hasilatını ələ keçirməklə xilas ola biləcəyini söyləyərək narahatlıqlarını ifadə edirdilər: bunlar texniki heyət, neft mədənlərinin rəhbərliyi və b. idi. Bakıdan göndərilən yanacağın miqdarı Rusiyadakı Sovet hakimiyyətinin taleyini həll edə bilərdi. Şaumyan bu məsələ ilə bağlı dəfələrlə Leninlə məsləhətləşdi. Lenin dərhal müsadirə qərarında Şaumyanı dəstəklədi. Xalq Komissarları Şurasının qərarı qəbul edildi.
Bolşeviklər Qafqazda ikinci dəfə hakimiyyətə gəldikləri zaman daha əvvəl bəhsi keçən "Türkiyə Ermənistanı" ilə əlaqədar siyasətində taktiki dəyişikliklər etdilər. 1918-ci il təcrübəsinin səhv olduğunu deyən bəzi Qafqaz kommunistləri 1920-ci ildə yeni geosiyasi mühitin reallıqlarına uyğun danışdılar. Onlara qarşı olan erməni millətçiləri gerçək vəziyyəti qəbul etmək istəmir, “Türkiyə Ermənistanı”nın müstəqilliyini rədd etməyi "Türk zalımların və cəlladlarının” yanında olmaq kimi dəyərləndirirdilər.  
Bakıda fövqəladə komissar Şaumyanın başçılığı ilə erməni-bolşevik koalisiyası yaradıldı və Mikoyan da həmin komitəyə daxil edildi. Bakıya yeni gələn bir gəncin bu koalisiyada iştirak etməsi şübhə doğururdu. Beləliklə, Şaumyan, Mikoyan, Amiryan, Korqanov və Daşnaksütyun partiyasının digər nümayəndələri buranı da “Böyük Ermənistan”ın bir hissəsinə çevirmək siyasətini bolşevik bayrağı altında yürüdürdülər. Əvvəlcə Bakıda nizamlı bir erməni ordusu yaratmaq üçün fəaliyyətə keçdilər. Şaumyan Qafqaz cəbhəsindən təxris edilmiş və ya qaçmış rus əsgərlərinin silahlarını alaraq Bakıda erməniləri silahlandırırdı. O bilirdi ki, güclü hərbi hissə olmadan Bakını tam nəzarətə götürmək mümkün olmayacaq. Eyni zamanda, türklərin silahlanmasına hər üsulla əngəl olmağa çalışırdı. Beləliklə, 1918-ci il mart soyqırımından əvvəl bolşeviklər tez bir zamanda erməniləri silahlandırmışdılar. Əsas hərbi heyətə Qriqori Korqanov rəhbərlik edirdi. Əvvəllər o, Qafqaz Ordu Şurasının rəhbəri olmuşdu. Mikoyan da Avakyan və Stamboltsyan ilə birlikdə həmin qrupda yer almışdılar.

Bolşeviklərin Bakıda formalaşdırdığı ordunun ermənilərdən təşkil olunması sovet tarixçiləri tərəfindən də etiraf edilmişdi. Onlardan biri də Y.Ratqauzerdir. Müəllif göstərirdi ki, sovetin formalaşdırdığı Qızıl Ordu əks-inqilabi burjua və mülk sahiblərinin qiyamının qarşısını ala biləcək gücə malik deyildi. Buna görə sovetlər şəhərdə məskunlaşmış daşnak hərbi hissələrindən yararlandılar. Bolşevik Mikoyan xatirələrində şəhərin müsəlmanlardan təmizlənməsinə öz töhfəsini verəcəyini yazırdı. Bakıda Daşnaksütyun partiyasına və Erməni Milli Şurasına bağlı yaxşı silahlanmış hərbi hissələr var idi. Onlara keçmiş Rusiya ordusundan çox sayda silah miras qalmışdı. Eyni zamanda, kifayət qədər pulu olan Ermənistan Milli Şurası təxris olunmuş rus əsgərlərindən silah alırdı. Erməni daşnak hərbi hissələri yaxşı təhsil almış və türklərə qarşı dərin nifrət hissi ilə tərbiyə olunmuşlar. Mart soyqırımı ərəfəsində baş qərargah rəisi Daşnaksütyun Partiyasının üzvü olan erməni general Zaven Avetisov olan Qızıl Ordunun 80%-i erməni idi.

Anastas Mikoyan xatirələrində yazır ki, “bu qiyamın başlamasından bir həftə əvvəl bütün təbliğatlarını dayandırıb, işçilərin yığıncaqlarına getməyib və bütünlüklə silahlı qüvvələrin təsis edilməsi, silahlandırılması məsələsinə diqqət yetirib". Halbuki 1917-ci ildən bolşevik partiyasının üzvü olan A.Baranovun xatirələrinə görə, Anastas Mikoyan mart ayında Bakı qalasının qapısında təşkil olunmuş hərbi əməliyyata rəhbərlik edib, hətta ayağından yaralanıb. Bu da onu göstərir ki, Mikoyan Azərbaycan türklərinə qarşı mart soyqırımında şəxsən iştirak edib. 

Stepan Şaumyan Bakını Rusiya ilə birləşdirmək üçün bir plan hazırlamışdı. Bu plandan da Mikoyanın xəbəri vardı. Bu plan mart ayında həyata keçirilməli idi. Plana görə, Bakıdan şimala qədər bütün torpaqlar türk-müsəlmanlardan təmizlənəcəkdi. Mikoyan bu planın çətin olacağını Şaumyana bildirmişdi. Şaumyana görə, cənubi Qafqaz müxtəlif xalqların yaşadığı yer olduğundan, bu bölgənin Rusiyadan ayrılmasının nəticələri çox pis fəsadlara yol aça bilər. Bakı və Azərbaycanın şimal hissəsi Rusiyaya birləşdirilməliydi. Bununla yanaşı, özünü milliyyətçilik anlayışından tamamilə təcrid edə bilmədiyi görülür. Ənənəvi erməni millətçiliyi Şaumyanda  da mövcud idi. Belə ki, cənubi Qafqazdakı millətlərin muxtariyyət və ya müstəqillik fikirlərini sərt şəkildə tənqid edib. Bu bölgələrin idarəetmə üsulu müzakirə edilərkən, erməni xalqının və Osmanlı İmperiyasındakı erməni azlıqlarının taleyini görməməzlikdən gəlməyib, “onlar əgər Rusiya ilə birləşəməyə qərar verərlərsə, Ermənistanla birləşməlidirlər” söyləyib. Hətta gələcəkdə mümkün olacaq təqdirdə, Bakı da Ermənistana bağlanacaqdı. Şaumyanın yürütdüyü bu siyasəti III briqadanın siyasi komissarı təyin edilən Mikoyan da davam etdirmişdi. 

Şaumyan və Mikoyan arasındakı əməkdaşlıq Azərbaycanda müstəqillik uğrunda mübarizənin aparıldığı dönəmdə də davam etdi. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə Şaumyan Mikoyan və Amiryanın dəstəyi ilə Müsavat partiyası üzvlərinə qarşı fəaliyyətlərini artırdı. Mayın 24-də Şaumyan Rusiya Sovet Federativ Respublikası Xalq Komissarları Sovetinə göndərdiyi məktubda  türklərin şimali İranı ələ keçirmək və Bakıya yürüş etmək məqsədini ifadə edirdi. Şaumyan 22 mayda Stalinə, "Yelizavetpol (Musavatlar) bəyləri bizə qarşı yeni bir yürüşə başladılar. Dünən Hacıqabul bölgəsində Bakıya gedən yolu qoruyan qruplarımızla süvarilər arasında qarşıdurma oldu. Kömək üçün təcili olaraq əsgər və silah göndərin” - şəklində bir teleqraf göndərdi. Sovet Rusiyası Bakı Sovetinə, xüsusilə hərbi sahədə lazımi kömək göstərirsə də, bu, Şaumyanı razı salmırdı. Bu mənada o, Türk Ordusunun hücumunun qarşısını almaq və müsavatçıların Gəncədən çıxarılması üçün hazırladığı planları sovetlərə təqdim etdi. Lakin Şaumyan düşünürdü ki, Cənubi Qafqaz üç vilayətə bölünməlidir: 1. Qərbi Qafqaz - Kutayisi, Batumi vilayətləri və Tiflis əyalətinin bir hissəsi. 2. Şərqi Qafqaz - Yeravan vilayəti, Tiflis vilayətinin bir hissəsi, Qars və Yelizavetpol vilayətləri. 3. Bakı vilayəti - Yelizavetpol əyalətinin bir bölümü və Dağıstan vilayəti.

O zaman Gəncəyə edilən hücum bir nəticə vermədi. Şaumyan Moskvaya göndərdiyi bir teleqrafda, “Biz Bakıdakı vətəndaş müharibəsindən sonra çox kiçik bir qüvvə ilə birbaşa Gəncəyə getsəydik, daha yaxşı olardı", - deyə yazdı. Stalin yardımın 1918-ci il 10 iyun tarixində Bakıya göndərildiyini,  Şaumyan isə Sığırlıdan sonra Kürdəmirin də ələ keçirildiyini bildirdi. Bakı sovetinin Şaumyanın əmriylə 12 iyunda Gəncəyə qarşı təşkil etdiyi hücum nəticəsində Azərbaycan Cümhuriyyətinin varlığı ciddi təhlükə altına düşdü. 4 iyun 1918-ci il tarixli Batumi müqaviləsinin 4-cü maddəsinə əsasən, Osmanlı imperiyasının təcili köməyi sayəsində bu təhlükənin qarşısını almaq mümkün oldu. Bütöv Azərbaycan və türk qüvvələri Göyçay yaxınlığında 27 iyun - 1 iyul tarixləri arasında davam edən mübarizədən sonra Bakı Sovetinin əsgərlərini məğlub edərək onların Gəncəyə yürüşünü əngəllədilər. Nuri Paşanın əks hücumu ilə Qızıl Ordunun Göyçayda məğlubiyyəti  Şaumyan, Mikoyan və Amiryanın hədəflərini boşa çıxardı. 
Bundan əlavə, Bakıda uzun müddət davam edən münaqişə vəziyyəti daha da ağırlaşdırdı. Rusiyadan istədiyi hərbi yardımlar Həştərxandan gələn 170 nəfərlik süvari və Moskvanın əmri ilə Ukraynadan göndərilən Petrovun komandanlığı altındakı 780 nəfərlik piyada dəstəsi və bir neçə topdan ibarət idi. Göndərilən yardım çox az idi və təcili olaraq başqa bir dəstəyə ehtiyac vardı. İki seçim ön planda idi. Onlardan biri polkovnik Biçeraxov, digəri Dunsterville tabeliyindəki ingilis əsgərləri idi. Bolşeviklər ingilislərə güvənmirdilər. Xüsusilə Şaumyan Bakının ingilislərin əlinə keçməsindənsə, başqa bir müvəqqəti qüvvə tərəfindən idarə edilməsini tərcih edirdi. Sonda Bakı HKS Biçeraxovun köməyini qəbul etdi. 

Ancaq o, Bakını müdafiə etmək əvəzinə, şəhərin 60 km cənubundakı bir bölgəyə çəkilərək həm Bakının siyasi mühitindən uzaqlaşmaq, həm də olduğu yerdən Türk ordusuna basqınlar etməyə başlamışdı. Biçeraxov uğursuzluğa uğradı və qoşunlarını cəbhədən çəkərək şimala doğru yönəldi. Bütün bunlar baş verərkən ruslar Azərbaycanın Osmanlı qoşunları tərəfindən işğal olunduğunu,  əslində Azərbaycan müstəqillik məsələsini heç düşünmədiyini, özünü Osmanlı imperiyasının bir hissəsi olaraq qəbul etdiyini iddia edirdilər.  Bakı Soveti, Şaumyanın ingilis Osmanlı dövlətinin Azərbaycan, Gürcüstan və Ermənistanla ayrı-ayrılıqda imzaladığı Batumi Sazişi ermənilərə görə, "Ermənistanın böyük bir hissəsinin Türk yeniçərilərinin ayaqları altında əzilməsi” anlamına gəlirdi. 

Ardı var...

loading...
loading...
Arvadını 6 il əvvəl öldürüb, basdıran şəxs hakim qarşısına çıxarılıb Arvadını 6 il əvvəl öldürüb, basdıran şəxs hakim qarşısına çıxarılıb Arvadını 6 il əvvəl öldürüb, basdıran şəxs hakim qarşısına çıxarılıb
"Niyə təkcə “Kapital bank", başqa bankların bankomatları yoxdurmu..?"
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
Sağsağanın hücum etdiyi 76 yaşlı kişi həyatını itirdi - QORXUNC...
Yeni doğuş keçirən qadının qoxusu baxın nəyə səbəb olur - MARAQLI ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Dədə Süleyman”dan acı xəbər- Gözü tutuldu...
Cəmiyyət
"Bu gün teatr və aktyor sənəti haqda bilən də, bilməyən də danışır, belə olmaz, ayıbdır"
Gündəm
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Cəmiyyət
“Nəvələrimin toyunu görmək üçün Allahdan ömür istəyirəm...”
Siyasət
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
"Məlumat gəldi ki, Ayaz Mütəllibovun bir maşın silahı Corat qəbiristanlığında gizlədilib..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247