Firuz Mustafa: “Əsərdə hər bir hər bir sözün “yükdaşıma” qabiliyyəti olmalıdır...”
Cəmiyyət
Oxunub: 1004
21 Aug 2019 | 12:52
Firuz Mustafa:  “Əsərdə hər bir hər bir sözün “yükdaşıma” qabiliyyəti olmalıdır...”
Tanınmış yazıçı-filosof, Respublikanın Əməkdar incəsənət xadimi Firuz Mustafanın çoxcildliyinin ilk səkkiz cildinin siqnal (“qaranquş”) nüsxələri nəşr olunub. Cildlərə müəllifin pyesləri daxil edilmişdir. Həmin pyeslərdən əksəriyyəti  bir çox yerli və xarici ölkə teatrlarında səhnəyə qoyulmuşdur.
Biz Firuz Mustafanın çoxcildliyə yazdığı önsözünü  oxucularımıza təqdim edirik.

Çoxcildliyə qısa müəllif müqəddiməsi

Yay. Günəş. Yaşıllıq. Dağ çayının zümzüməsi. Arabir bu zümzüməyə nəğməli quşların nəqəratı da qoşulur...

Oxuduğunuz bu qısa cümlələr ilk baxışda hansısa pyesin remarkasını xatırlada bilər.  Amma bu cümlələrin indiki halda pyesə birbaşa dəxli yoxdur. Məsələ burasındadır ki, mən bu anlarda həmin qısa cümlələrin axarında özümün əhatə olunduğum real ətraf mühitin təsvirini  verməyə çalışıram. 
Bəli, hazırda doğulduğum kənddəyəm. Gədəbəy, Şınıx, İsalı. İyul. Pəncərəmizdən Ər dağının zirvəsi görünür. Mən hər il doğulduğum obaya istirahət məqsədilə gəlirəm. Amma bu, ilk baxışdan belədir. Əslində isə günümün böyük hissəsi yazı masamın arxasında keçir. Bu il “əl kompyüteri”mi də özümlə gətirmişəm. Yox, təkcə yazı-pozu məqsədilə yox, hərçənd ki, bu da istisna deyil. Məsələ burasındadır ki, mənim az qala bütün “arxivim”, indiyəcən yazdıqlarım kompüterin yaddaşındadır. Yaşın soyuğunu isidə bilməyən bu yay günlərində öz yazılarımı sistemləşdirmək niyyətindəyəm. Yazılarınsa say-hesabını dəqiq bilmirəm. Orasını da deyim ki, son illərdə bütün yazılarımın mətnini özüm yığır, onların hamısını özüm korrektə və redaktə edirəm.

Bu yazıların çoxunu gecələr qələmə almışam. Bəli, onlar məhz qələmlə yazılıb. Sonralar qələmlə yazılanları tədricən kompütürlə yığmağa başlamışam.

Yaradıcılıq “laboratoriyama”,  iş rejimimə az-çox bələd olan dostlar bəzən yarızarafat-yarıciddi deyirlər: “Az yatdığın üçün çox yazırsan”. Mənim onlara cavabım adətən belə olur: “Az yatdığım üçün çox yazmıram, çox yazdığım üçün az yatıram”. 

Məni daxili tələbatım yazmağa təhrik edir. Özümü nə vaxtsa zorən yazmağa məcbur etdiyim anı xatırlamıram. 

Mən yazmaq xatirinə yazmağın əleyhinəyəm. İndi elə bir vaxt gəlib yetişib ki, hətta başqalarına “əsər” yazdıran “müəlliflərə” də təsadüf olunur. Hesab edirəm ki, yaradıcılıq həm də həzz mənbəyidir. Mən öz yazdıqlarımdan həm də daxili bir zövq alıram. Yazı masasının arxasına keçmək zorla biyara getməyi deyil, bayrama getməyi xatırlatmalıdır. Mənim belə “bayramlarımın” isə sayı-hesabı yoxdur. 
Bədii əsərdə hər bir cümlənin, hər bir ifadənin, hətta, hər bir sözün “yükdaşıma” qabiliyyəti olmalıdır. Zənnimcə, hər soz bir vaqona, hər cümlə bir qatara bənzəyir. O qatarın lokomotivi isə oxuculara, tamaşaçılara ünvanlanmış ideyalardır. Boş, mənasız, cəfəng söz yığınından ibarət solğun cümlələr, daha çox  üz tutduğu ünvanı dəqiq bilinməyən, fəzadakı “qara çuxuru” xatırladan  boşluğa üz tutmuş sürücüsüz qatarlara bənzəyir...

Bəli, mən uzun illərdən bəri yazdıqlarımı, indi bu yay günlərində, daha doğrusu yay gecələrində nizama salıram. Vaxt azdır. Ömür günəşinin zeniti keçərək sürətlə qüruba yaxınlaşdığını, qarşıdakı zamanın qısalığını bu ucqar dağ kəndində daha yaxından hiss edirəm. Axı burada elə Günəş də, Ay da Yerə çox yaxın olur...

... Uzun götür-qoydan sonra belə qərara gəldim ki, tərtib edəcəyim seçilmiş əsərlərin ilk cildlərinə pyeslərim daxil edilsin. Niyə məhz pyeslər?

Məsələ burasındadır ki, mən əvvəllər də “çoxcildliyimin” nəşrini həyata keçirməyə çalışmışam. Hətta, bu cildlərdən bir neçəsi işıq üzü görüb. Amma açığını deyim ki, əsasən, maddi çətinliklər ucbatından o cildlərin hamısı oxucularla “görüşə” bilməyib. Yəni nəşr yarımçıq qalıb. Nə etmək olar? Reallıq budur. 

Əvvəllər nəşr edilən “çoxcildliyim” nəsr əsərlərimlə açılırdı. Hazırda həmin formatı dəyişmək qərarına gəlmişəm. Belə ki, artıq sözümün əvvəlində qeyd etdiyim kimi, bu dəfə nəşr ediləcək seçilmiş əsərlərimin ilk cildlərinə dramlarım daxil ediləcək. Bu da təsadüfi deyildir. Axı mənim yaradıcılığımın əsas kvintessensiyasını, özəyini pyeslərim təşkil edir. Həmin pyeslərin də böyük əksəriyyəti ölkədaxili və xatici teatrlarda tamaşaya qoyulmuşdur. Digər janrlarda yazdığım əsərlərin əksəriyyəti sanki mənim pyeslərimin çoxcildli remarkalarıdır. Çoxcildliyə daxil ediləcək dram əsərlərimin ümumi həcmi  səkkiz cilddən ibarət olacaq.

Digər cildlərə nəsr və publisistik əsərlərim, habelə ədəbi tənqidlə, ədəbiyyatşünaslıqla, dilçiliklə, tarixlə, psixologiya ilə bağlı məqalələrim daxil ediləcək.

Yeni cildlərdə elmi-fəlsəfi aspektdə qələmə alınmış monoqrafiya və rəylərim də yer alacaq.
Uzun illərdən bəri gündəliklər yazıram. Çoxcildliyə həmin gündəliklərin daxil edilməsi nəzərdə tutulmayıb. Ən yaxşı halda gündəliklərdən ictimai mahiyyət kəsb edən bəzi parçalar işıq üzü görəcək. Zira belə hesab edirəm ki, insanların öz şəxsi-intim aləmi, elə hər kəsin özü üçün maraq kəsb edə bilər. 

Bir məsələni də qeyd etməyi vacib bilirəm. Mənim əsərlərimin mütləq əksəriyyətinin əlyazmaları Respublika Ədəbiyyat arxivində saxlanılır. Onların ümumi həcmi yüz qovluğa yaxındır. Bir çox əsərlərimin isə əlyazma və çap variantları obyektiv və subyektiv amillərə görə it-bata düşüb. Bu “it-batın” səbəbləri də kifayət qədər çoxdur: şəraitsizlik, yanğın, biganəlik... Uzun müddət daimi yaşayış yerimin olmaması, tez-tez baş verən “yerdəyişmələr”... Sonrakı mərhələdə kompüter “qəzaları”, xaker hücumları... Özümün cırıb atdığım, məhv və ya imtina etdiyim yazılar da az deyildir.

Seçilmiş əsərlərin tirajı məhdud olacaq. Çox güman ki, dram əsərləri teatrlara, bədii və  elmi əsərlərsə müvafiq qurumların kitabxanalarına çatdırılacaq.

Hesab edirəm ki, “seçilmişlərim” bir neçə oncilddən (30 cilddən) ibarət olacaq.
... Beləliklə, “naməlum rəssamın”   saysız-hesabsız rəngləri qarışdıraraq təbiətin ucu-bucağı görünməyən nəhəng “kətanı” üzərində şəkdiyi abstrakt və realist mənzərələri xatırladan  bu günəşli yay günlərində yeni, ünvanlı bir səfərə çıxıram.

Bütün tamaşaçı və oxucularıma xoş istəklərimi çatdırıram.

30.07.2019

Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."