Xəbər lenti
15/11/2019 [00:14]:
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış PKK-nın üzərinə getməlidir..."
14/11/2019 [23:31]:
BDU-da Aşıq Şəmşirə həsr olunmuş "Ozan sənəti milli sərvətimizdir" mövzusunda tədbir - FOTOLAR
14/11/2019 [23:22]:
Mobil telefonu cibinizdə gəzdirməyin - KİŞİLƏRİN DİQQƏTİNƏ!...
14/11/2019 [23:19]:
Yatanda ayaqların arasına yastıq qoyun - 5 inanılmaz FAYDASI...
14/11/2019 [23:17]:
Gül kələminin 10 faydası - Bu xəstələr üçün çarədir...
14/11/2019 [22:56]:
"İnanıram ki, müraciətimizə DİN-in rəhbər şəxsləri ciddi şəkildə reaksiya verəcək" - VİDEO
14/11/2019 [22:50]:
Azərbaycan millisi Lixteynşteynə qalib gəldi
14/11/2019 [22:46]:
Süründürməçi hakimlər cəzalandırıldı: Birinin fəaliyyətinə xitam verildi
14/11/2019 [22:21]:
Başı telefona qarışan sürücü ağır qəza törətdi - VİDEO
14/11/2019 [21:33]:
Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib- SİYAHI
14/11/2019 [21:23]:
Almaniyada azərbaycanlı mühacirə aid restoran və mənzillərdə axtarışlar aparılıb
14/11/2019 [21:06]:
Lukaşenkodan Kremlin ünvanına qəzəbli sözlər: “Biz havayı yeyənlər deyilik...”
14/11/2019 [20:36]:
Ərdoğan Trampın tələbini rədd etdi
14/11/2019 [20:15]:
Gerçək qatillər qondarma qurbanların “soyqırım meşəsi”ni genişləndirir
14/11/2019 [19:54]:
Türkiyənin məşhur müğənnisinin bacısı oğlu həmcinsi ilə evləndi - FOTO
14/11/2019 [19:45]:
Kəsdiyi dırnaqlardan baxın nə hazırladı - MARAQLI... + FOTOLAR
14/11/2019 [19:18]:
Sürətli çəki almağa səbəb olan vərdişlər açıqlandı
14/11/2019 [19:14]:
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Qanun ləğv edildi
14/11/2019 [19:12]:
Prezident Raşid Temrezovla görüşdü - YENİLƏNİB + FOTO
14/11/2019 [19:10]:
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
14/11/2019 [19:01]:
Vilayət Eyvazovdan yeni təyinat
14/11/2019 [18:58]:
12 adamı doğrayıb, 52 torbaya yığdılar
14/11/2019 [18:56]:
Nəsimişünas alim İmadəddin Nəsimi haqqında yayılan yanlış məlumatlara aydınlıq gətirdi
14/11/2019 [18:48]:
“Ermənistanda bioloji laboratoriyaların mövcudluğu ilə bağlı deyilənlər araşdırılmalıdır"
14/11/2019 [18:40]:
İş sahibindən azərbaycanlı jurnalistə əxlaqsız təklif: "Qısa geyin, mənə aid ol" - FOTOLAR
14/11/2019 [18:35]:
Türkiyə Suriyada yeni hərbi baza inşa edir
14/11/2019 [18:33]:
ÜMİD TV-nin əməkdaşı Ərdoğanın köməkçisi ilə görüşdü
14/11/2019 [18:26]:
"Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır"
14/11/2019 [18:22]:
Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələri artırılıb
14/11/2019 [18:17]:
TIR 20 metr hündürlükdən belə aşdı - ANBAAN VİDEO
14/11/2019 [18:14]:
Prezident bu sazişləri təsdiq etdi
14/11/2019 [18:12]:
İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI
14/11/2019 [18:10]:
İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü - FOTO
14/11/2019 [18:07]:
Emin Həsənli Şimali Kipr prezidenti və nazirlə görüşüb
14/11/2019 [18:06]:
Şamaxıda qaz xətti bir gündə 2 dəfə zədələnib
14/11/2019 [18:03]:
İkinci dəfə əməliyyat olunan Xalq artisti: “Ağrılarım çoxdur”
14/11/2019 [17:56]:
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14/11/2019 [17:45]:
“Qarabağ məsələsində romantizmə yer yoxdur”
14/11/2019 [17:40]:
BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib - FOTO
14/11/2019 [17:30]:
İnək nəcisindən sabun, sidiyindən isə kosmetik vasitə hazırlanacaq - MARAQLI
14/11/2019 [17:28]:
“Sevil” tamaşasının primyerası olub - FOTO
14/11/2019 [17:16]:
BSU-da Pedaqoji fakültədə təhsil alan tələbələr üçün seminar keçirilib - FOTO
14/11/2019 [16:59]:
İlham Əliyev Mahmud Abbası təbrik edib
14/11/2019 [16:58]:
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14/11/2019 [16:50]:
İcazəsiz ov edən şəxslər saxlanılıb
14/11/2019 [16:43]:
Goranboy rayonunun Xasadarlı kəndinə qaz verilib - FOTO
14/11/2019 [16:38]:
Şuranın dəstəyi ilə yaradılan grant.az saytının təqdimatı keçirilib - FOTOLAR
14/11/2019 [16:33]:
QAT erməni jurnalistlərin səfərinin mümkün olmayacağını bildirib
14/11/2019 [16:28]:
“Burda Tramp faktoru var və o, çalışacaq ki, Türkiyəylə münasibətlərdə tam qırılma olmasın...”
14/11/2019 [16:21]:
Şair Şamxal Rüstəm vəfat etdi - FOTO
14/11/2019 [16:20]:
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır
14/11/2019 [16:17]:
Bakıda məktəbli qız uşaq dünyaya gətirdi
14/11/2019 [16:14]:
Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI
14/11/2019 [16:10]:
Ərdoğan Trampın sözünü kəsdi və səhvini düzəltdi - VİDEO
14/11/2019 [16:10]:
ADNSU-da Fərman Salmanova həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib
14/11/2019 [16:07]:
“Xaricdən gələn investisiyalara vergidən azadetmə və güzəştlər tətbiq edilsin”
14/11/2019 [16:05]:
BMqT-nin Azərbaycan nümayəndəliyi Zaqatalada təlim-seminar keçirtdi
14/11/2019 [16:00]:
Beyləqan şəhərinə 8,5 km magistral su xətti çəkilib - FOTOLAR
14/11/2019 [15:53]:
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO
14/11/2019 [15:41]:
İranda yol qəzasında 28 nəfər ölüb
14/11/2019 [15:38]:
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
14/11/2019 [15:36]:
Akademik Musiqili Teatrın aktyoruna Mədəniyyət Nazirinin mükafatı təqdim olundu
14/11/2019 [15:33]:
Bankomatlara xüsusi kameralar quraşdırılacaq - Rusiyada
14/11/2019 [15:32]:
""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur"
14/11/2019 [15:31]:
Azərbaycanda birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənib
14/11/2019 [15:30]:
Gürcüstan müxalifəti genişmiqyaslı mitinqlərin keçiriləcəyini bəyan edib
14/11/2019 [15:29]:
Ali təhsil çox böyük transformasiyalara uğrayıb”
14/11/2019 [15:25]:
Azərbaycan neftinin bareli 67,43 dollara satılır
14/11/2019 [15:24]:
Kərim ona gələn təkliflərdən DANIŞDI: “Bəylər mənə yazır” –FOTO/VİDEO
14/11/2019 [15:21]:
“Məni kim tanımır ki?!” - FOTO/VİDEO
14/11/2019 [15:20]:
ATU rektoru Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru ilə görüşüb - FOTO
14/11/2019 [15:08]:
Milli Məclis Aparatının saxlanmasına 45,488 milyon manat XƏRCLƏNƏCƏK
14/11/2019 [15:02]:
Özündən 48 yaş böyük kişi ilə evlənən aktrisa boşanır - FOTO/VİDEO
14/11/2019 [14:57]:
Bu dünya ulduzu 13 ildir mobil telefondan istifadə etmir
14/11/2019 [14:57]:
Tanınmış aktrisanın səhnədə vəziyyəti pisləşdi, xəstəxanaya qaldırıldı
14/11/2019 [14:55]:
Türkiyə prezidenti Allahşükür Paşazadəni təbrik edib
14/11/2019 [14:52]:
Türkiyədə hərbi hissədə partlayış: 17 nəfər xəsarət aldı
14/11/2019 [14:50]:
Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib
14/11/2019 [14:48]:
Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb - FOTO
14/11/2019 [14:46]:
Şamaxıda dörd uşaq anasını zorlamaq istəyənlər məhkəmə qarşısında
Bütün arxiv bir sırada
22/08/2019 [13:05] - Cəmiyyət - ( 918 dəfə baxılıb)

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?”



“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhid anaları və şəhid xanımlarının qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin ailəsinə ziyarətini təşkil edib.


 Bu ziyarətdə şəhid ailələrini Modern.az-ın əməkdaşı da müşayiət edib.

Rəşad Atakişiyevin ailəsini şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova (İctimai birliyin sədri), şəhid pilot, mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Aprel şəhidləri Mahir Quliyevin anası Lalə Quliyeva və Müşviq Orucovun anası Aygün Orucova ziyarət edib.

Ziyarətçiləri mərhum pilotun anası Tatyana xanım və bibisi qarşıladı. Ananın qəlbindəki yanğı gözlərindən oxunurdu. Milliyətcə rus olan Tatyana Atakişiyeva bütün Azərbaycan əsgərlərinə dua edib, Allahdan onları qorumasını istədi. 

Rəşadın yaşadığı mənzilə daxil oluruq... Həyat yoldaşı Könül xanımı ovuda bilmirlər... O, ziyarətçiləri göz yaşları içində qarşıladı.

 

Aprel şəhidi Urfan Vəlizadənin həyat yoldaşı özünü təqdim edəndən sonra iki pilot xanımı eyni dərdlə bir-birlərinə sarıldılar... Bu məqamda onları bir-birlərindən başqa heç kəs yaxşı başa düşə bilməzdi...

 

“Sən necə dözmüsən, necə ayaqda qalmısan?!” - deyən Könül Atakişiyeva sual dolu baxışlarla Könül Vəlizadəyə müraciət etdi...



Sonrada övladları qarşısında düşdüyü vəziyyəti anlatmağa çalışdı... Könül Atakişiyeva övladlarına atalarının Suriyaya getdiyini və bir gün geri dönəcəyini deyib. Pilotun 7 yaşlı oğlunun gözləri iyulun 24-dən yol çəkir, “ana, atama zəng elə, onun üçün darıxmışam, səsini eşitmək istəyirəm” deyir. İndi ana oğluna atasının getdiyi yoldan bir daha geri dönməyəcəyini necə deyəcəyini bilmir.

Könül xanım Urfan Vəlizadənin həyat yoldaşına dayanmadan eyni sualı verirdi: “Mən necə deyəcəm oğluma, necə başa salacam? Sən necə dedin?”  

 

Əslində bəlkə də Rəşad Atakişiyevin oğlu olanları dərk edib. Məlum oldu ki. uşağı bir neçə gündür  ev gətirmirlər ki, yas yerinə gələn insanları görüb atasının həlak olmasından duyuq düşməsin.




Şəhid pilotun xanımı:

“Təyyarə qəzaya uğrayandan sonra, Rəşadın nəşi tapılmazdan öncə bizə gəlib başsağlığı verirdilər, amma biz qəbul etmirdik. Biz onun dönəcəyinə ümid edirdik. Axı Rəşad hər gün xidməti yerinə gedir və sonda evinə dönürdü. Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız gerçəkləşmədi”.

 

Rəşadın qaynanası Məhbubə xanım:

 

“Nəvələrim üçün narahatam. Atalarının yoxluğunu onlara desək, psixologiyasına çox pis təsir edəcək. Gözləyirik, bəlkə yavaş-yavaş atalarının yoxluğuna alışarlar. Bəlkə onda deyə bildik”.


Pilotun ailə üzvləri ilə görüşdən sonra şəhid anaları və xanımları II Fəxri Xiyabana gedib Rəşad Atakişiyevin məzarını ziyarət etdilər…



Arayış: Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. “Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib.


R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötən ilki Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb. 

Rəşad Atakişiyevin 2 oğul övladı var. Birinin 3, digərinin 7 yaşı var.

Rəşadın hərbidən ehtiyata buraxılmasına 3 il qalmışdı, amma əcəl imkan vermədi…





loading...
loading...
Mobil telefonu cibinizdə gəzdirməyin - KİŞİLƏRİN DİQQƏTİNƏ!...
Yatanda ayaqların arasına yastıq qoyun - 5 inanılmaz FAYDASI...
Gül kələminin 10 faydası - Bu xəstələr üçün çarədir...
Pulsuz benzin üçün bunu da etdilər - MARAQLI + FOTOLAR
Bu heyvanlar da insanlar kimi yas saxlayır - MARAQLI ARAŞDIRMA
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"İnanıram ki, müraciətimizə DİN-in rəhbər şəxsləri ciddi şəkildə reaksiya verəcək" - VİDEO
Cəmiyyət
Sürətli çəki almağa səbəb olan vərdişlər açıqlandı
Gündəm
“Ermənistanda bioloji laboratoriyaların mövcudluğu ilə bağlı deyilənlər araşdırılmalıdır"
Cəmiyyət
“Burda Tramp faktoru var və o, çalışacaq ki, Türkiyəylə münasibətlərdə tam qırılma olmasın...”
Dünya
İranda yol qəzasında 28 nəfər ölüb
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Yanvardan pensiyalar bu qədər ARTACAQ
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
“Onlar rus ordusunun hücumunu önləməyə qadir deyil”
Rusiyanın zəmanəti ilə Talışa köçürülən ermənilər...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247