Yazar
Sultan Laçın
Bütün yazılar
kse
4067
22 Aug 2019 | 13:16

"Neynirik “alov qüllələri"ni? – Bizə Xudu müəllimin Dəlidağda tikdirdiyi məbədi qaytarın!..”

Dünən rəhmətlik Xudu müəllimdən bəhs edən kitablardan birini təkrar varaqlayanda foto-şəklini gördüm və yadıma düşdü ki, özümüzün kifayət qədər dəyər vermədiyimiz bu dünya şöhrətli dahi Azərbaycan(!) alimi(!), ziyalısı(!) 1980-ci illərin əvvəllərində 26-cı ildir işğal altında qalan Kəlbəcər-Laçın ərazisindəki Dəlidağda -2000-3000 metr ucalıqda özünün çox maraqlı bir layihəsi ilə məbəd adlandırıla biləcək bir mədəniyyət evi tikdirib.
Dərhal gözümün önünə tez-tez Azərbaycanın, Bakınınxa0 inkişafından danışarkən fəxrlə nümayiş etdirdiyimiz 33(!) mərtəbəli “Alov qüllələri” kimi göydələnlərimiz gəldi və qeyri-iradi qəlbimdən bir fəryad-çağırış keçdi: “Neynirik “alov qüllələrini”?- Bizə Xudu müəllimin Dəlidağda tikdirdiyi məbədi qaytarın!..”

Düzdü, uca, yaraşıqlı binaların tikilməsi, şəhərlərimizin zahirən abadlaşması, gözəlləşməsi də inkişafın bir inkişaf göstəricisidir; fəqət, onu qəti bilmək lazımdır ki, əksər bitkilər, ağaclar kimi insan da, yurdlarından qovulmuş didərginlər də doğma torpaqsız əsl mənada inkişaf edə bilməz- biz torpaqlarımıza, Qarabağa, Şuşaya, Laçına, Kəlbəcərə... qayıtmalıyıq...

P.S. Xudu Məmmədovun Dəlidağda bəhs edilən məbədi necə tikdirməsi haqda yaxın müddətdə ətraflı danışacağıq...

Sultan Laçınxa0




Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər