Xəbər lenti
05/04/2020 [09:50]:
İranda zəlzələ qeydə alınıb
05/04/2020 [09:45]:
Ağciyər xərçəngini müəyyən etməyin yeni üsulu tapıldı
05/04/2020 [09:41]:
ABŞ idxal olunan neftə rüsum tətbiq edəcək
05/04/2020 [09:38]:
Meksikada 79 nəfər koronavirusdan öldü
05/04/2020 [09:31]:
Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı
05/04/2020 [09:25]:
Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir - VİDEO
05/04/2020 [09:21]:
Səs-küy etdikləri üçün qonşularını güllələdi - VİDEO
05/04/2020 [09:20]:
Binədə 19 yaşlı gənc biləyini kəsdi
05/04/2020 [09:18]:
Koronavirusla bağlı SON STATİSTİKA
05/04/2020 [00:59]:
"Pandemiya Qarabağa çatarsa, bunun üçün 6 nəfər məsuliyyəti öz üzərinə götürməlidir..."
05/04/2020 [00:56]:
"Xəstəliyə hamı tutula bilər, amma əsas təhlükə xəstəliyin bədəndə yayılması tempidir"
05/04/2020 [00:36]:
Qənirə Paşayevanın rəhbərlik etdiyi İctimai Birlikdən "Evdə qal" kampaniyasına dəstək...
05/04/2020 [00:33]:
"Gəlin, başqalarından təcrid olunmaqla göstərilən şərtlər daxilində yaşamağa alışaq"
05/04/2020 [00:07]:
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB 100-dən çox ailəyə tibbi ləvazimat göndərib
05/04/2020 [00:07]:
Zəncəfil koronavirusun müalicəsində effektivdirmi? - ÜST rəsmisi açıqladı - VİDEO
04/04/2020 [23:45]:
Gəncədə kişi həyat yoldaşını benzinlə yandırıb
04/04/2020 [23:41]:
Hansı qohumların dəfnində iştiraka icazə verilir? - DİN-dən açıqlama
04/04/2020 [23:40]:
"Vətəndaşın posta icazəsiz gəlib çıxması müəyyən olunsa, məsuliyyətə cəlb ediləcək" - VİDEO
04/04/2020 [22:44]:
Azərbaycanda fərqlənmə nişanı olmayan taksi sürücüləri cərimələnəcək
04/04/2020 [22:42]:
DANX: Yalnız "Fərqlənmə Nişanı" olan taksilər fəaliyyət göstərəcək
04/04/2020 [22:38]:
AzTV "Lələtəpə əməliyyatı" filmini təqdim etdi - EFİRDƏ İLK DƏFƏ + VİDEO
04/04/2020 [22:37]:
Dünyada koronavirusa yoluxanların siyahısında ciddi dəyişiklik: Çin 6-cı yerə endi...Yeni siyahı
04/04/2020 [22:35]:
Azərbaycanda koronavirusa yoluxma nə üçün indi artır? - professor detalları açıqladı
04/04/2020 [22:26]:
"Bütün günü insanları koronavirusdan qorunmağa dəvət edənlər özləri qaydaları pozurlar"
04/04/2020 [22:22]:
Tanınmış iqtisadçı alimdən koronavirusa görə hökumətə antibohran RESEPTİ...
04/04/2020 [22:20]:
Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ
04/04/2020 [22:16]:
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
04/04/2020 [22:13]:
Azərbaycan İnkişaf Korporasiyası yaradılacaq
04/04/2020 [22:07]:
Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı
04/04/2020 [21:58]:
Azərbaycanda Dövlət İnvestisiya Holdinqi yaradılacaq
04/04/2020 [21:56]:
Rusiya və Azərbaycan arasında 300-ə qədər sənəd imzalanıb
04/04/2020 [21:50]:
Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötdü
04/04/2020 [21:49]:
Azərbaycanda sahibkarlıq üçün Koordinasiya Şurası yaradılacaq
04/04/2020 [21:48]:
Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq
04/04/2020 [21:33]:
Nazirlik: OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək
04/04/2020 [21:27]:
Fransa bayrağı Heydər Əliyev Mərkəzinin binası üzərində - FOTO
04/04/2020 [21:21]:
Sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillər veriləcək
04/04/2020 [21:20]:
Azərbaycanda fərdi sahibkarlara dəstək üçün 80 milyon manat ayrılıb
04/04/2020 [21:20]:
Azərbaycanda 50 min ictimai iş yeri yaradılır
04/04/2020 [21:19]:
Azərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcək
04/04/2020 [21:05]:
Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı
04/04/2020 [21:04]:
Operativ Qərargah xarici ölkələrdə olan azərbaycanlılara çağırış etdi
04/04/2020 [21:03]:
Koronavirusun ziyanlarının qarşılanması ilə bağlı Tədbirlər Planı təsdiqləndi
04/04/2020 [21:02]:
Azərbaycanda 300 min muzdlu işçiyə kompensasiya veriləcək
04/04/2020 [21:00]:
İcra başçısı tibb işçilərinə səsləndi: "Siz bizim görünməyən qəhrəmanlarımızsınız"
04/04/2020 [20:36]:
Gün ərzində bilərəkdən SMS göndərən şəxslər cəzalandırıla bilərlər
04/04/2020 [20:34]:
Azərbaycana bütün sərnişindaşıma xidmətləri dayandırıldı - RƏSMİ
04/04/2020 [20:17]:
Azərbaycanda varlı qadın fəhlə bazarında PUL PAYLADI - Koronavirusa görə... - VİDEO
04/04/2020 [20:04]:
SMS-siz evdən çıxanlar bu hallarda cərimələnməyəcək - VİDEO
04/04/2020 [20:04]:
K.Uşinskinin dilimizi məhv edən “vəsiyyəti”
04/04/2020 [20:04]:
“Koronavirusla mübarizədə Britaniya təcrübəsindən istifadə mümkündür”
04/04/2020 [19:54]:
"Bu virusun beyində də ağır fəsadlar törədə bilməsi mümkündür, ona görə də..."
04/04/2020 [19:51]:
ADNSU-da onlayn tədris dərslərin 100%-ni, tələbə kontingenitinin isə 86%-ni təşkil edir
04/04/2020 [19:47]:
Rusiya Çindən 80 milyon tibbi maska alır
04/04/2020 [19:43]:
“Bu geyim dözülməzdir” - Koronavirusla mübarizə aparan həkim - VİDEO
04/04/2020 [19:40]:
Moskvada bir gündə 14 uşaqda koronavirus tapıldı
04/04/2020 [19:28]:
Altı mindən çox məhbus həbsxanadan azad edildi - Koronavirus təhlükəsi...
04/04/2020 [19:21]:
Komitə əməkdaşları evlərə zəng edir: Koronavirusla bağlı maarifləndirmə...
04/04/2020 [19:06]:
13 alman klubu müflis ola bilər
04/04/2020 [19:03]:
Mədət Quliyev Milli qəhrəmanlar adından Prezidentə müraciət ünvanladı
04/04/2020 [19:00]:
Rusiyanın İrəvandakı səfirliyi qarşısında ermənilər etiraz aksiyası keçirdi - VİDEO
04/04/2020 [18:53]:
DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət edib
04/04/2020 [18:46]:
Cazibədar aktrisa: “Hələ də gələcəkdə uşaq dünyaya gətirməyi fikirləşən varsa, arsızdır”
04/04/2020 [18:43]:
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
04/04/2020 [18:34]:
""Keçilməz" "Ohanyan səddi" darmadağın edildi və işğalçı ordu qaçmağa başladı..."
04/04/2020 [18:28]:
Naxçıvanda artilleriya bölmələri gecə şəraitində taktiki təlim keçirib- VİDEO
04/04/2020 [18:21]:
"Bu kabusun nə qədər sürəcəyi bəlli deyil və onlar bunu nəzərə alaraq addım atmalıdırlar"
04/04/2020 [18:18]:
Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq
04/04/2020 [17:35]:
TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi axtarır
04/04/2020 [17:33]:
“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxub
04/04/2020 [17:32]:
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
04/04/2020 [17:29]:
"Gəlin, gözəlliyimiz üçün qurbanlar verməyək" - Əməkdar incəsənət xadimi xanımlara səsləndi
04/04/2020 [17:08]:
“Yağışlı hava koronavirusun yayılmasını azaldır” iddiası nə dərəcədə doğrudur?
04/04/2020 [17:07]:
Əhməd İsmayılov KİVDF-yə sədr təyin edildi - Prezident Sərəncamı
04/04/2020 [17:03]:
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib - SƏRƏNCAM
04/04/2020 [16:54]:
Vüqar Səfərli işdən çıxarıldı
04/04/2020 [16:50]:
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək
04/04/2020 [16:45]:
Milli Məclisin Toponomiya Komissiyasına sədr seçildi
04/04/2020 [16:43]:
İqtisad Universiteti evlərdən distant təhsilə başlayır
04/04/2020 [16:35]:
“Kitablarımı oxusunlar” -Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırır
Bütün arxiv bir sırada
23/08/2019 [00:14] - Siyasət - ( 1123 dəfə baxılıb)

Nabranda Vikipediya düşərgəsi - FOTO + VİDEO



Azərbaycan həqiqətlərinin dünyada daha geniş tanıdılması üçün “Vikipediya Virtual Ensiklopediyası” ən önəmli layihələrdəndir. Bu işdə gənclərin daha fəal olmasına ehtiyac duyulur. Bu məqsədlə Nabranda “WikiCamp 2019” – gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsi layihəsi çərçivəsində vikidüşərgə təşkil edilib. Düşərgədə iştirak edən gənclərə vikipediya ilə bağlı nəzəri və praktiki təlimlər keçirilib. Düşərgədə iştirak edən gənc tədqiqatçılar - Elnur Nəciyev və Günay Nəciyeva düşərgənin təşkili ilə bağlı təəssüratlarını əks etdirən məqalə və video hazırlayıb.

Moderator.az bu məqaləni və videonu təqdim edir:
16 iyulda “WikiCamp 2019” – gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsi layihəsi çərçivəsində təlimlərə qoşulmaq üçün həyat yoldaşımla (Günay Məmmədova) birgə tələb olunan sənədləri göstərilən ünvana göndərdik. Seçimlər vaxtı hər ikimizi eyni gündə, lakin müxtəlif vaxtlarda müsahibəyə dəvət etdilər. Lakin bir xanım tərəfindən aparılan müsahibədə bir vaxtda və birlikdə iştirak etdik. Özümüzlə bağlı sorğu-suallar sonrası artıq Nabrandakı düşərgəyə seçilən namizədlər arasında olduğumuz məlum oldu.    
Qeyd edim ki, “ProDemos” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən bu layihənin keçirilməsi avqustun 2-ci ongünlüyünə planlaşdırılırdı.

Səfər 10 avqustdan 13 avqusta qədər nəzərdə tutulmuşdu. İlk dəfə bir vikidüşərgədə 4 gün olacaqdıq. Əvvəllər iştirak etdiyimiz düşərgələr adətən 2 gün çəkirdi. Bu dəfə isə 21 nəfərlik heyətlə Nabranda 3 gecə, 4 gün qalacaqdıq. Düşərgənin maraqlı keçəcəyinə şübhə etmirdik. Gümanımız bizi aldatmadı və gözlədiyimizdən də maraqlı bir düşərgə oldu.

Nabran Xəzər dənizinin sahilində yerləşir. Keçmiş adı Nabranqışlaq olub. Mənbələrdə Köhnə Xudat kəndinə məxsus qışlaq kimi qeyd olunur. XIX əsrin əvvəllərində həmin kənddən çıxan ailələr burada kiçik oba yaradıb və sonralar böyüyüb yaşayış evləri artdıqca kəndə çevrilib. Bəzi tədqiqatçılar Nabran toponimini “çaysahili meşəlik” kimi izah edirlər. Bəzi fikirlərə görə isə Nabranın adı qızılbaş tayfa ittifaqına daxil olan zülqədərlərin nabur tirəsinin adı ilə bağlıdır. Bir vaxtlar Quba qəzasında Naburlu kəndi mövcud olub. Qobustan rayonu ərazisində Nabur yer adı, bulaq, silsilə, palçıq vulkanı var. Tarixdə Nabur kəndi yaxnlığında imzalanan Nabur sülhü də bizlərə məlumdur. Nabran adının sonluğundakı “an” şəkilçisi cəmlik bildirir. Deməli, Nabran toponimi “naburların məskəni” mənasını ifadə edir.

10 avqust tarixində Nabrana yola düşmək üçün saat 13:30-da nəzərdə tutulan görüş yerinə getdik. Həmin günü hava çox isti idi. Artıq saat 2-də yola düşəcək heyət tamamlandığına görə Nabrana doğru yol aldıq. İlkin təəssürat olaraq onu deyim ki, bizdən düşərgə öncəsi müsahibə götürən Sona xanım xaricində hələ ki heç kəsi tanımırdıq. Səfər iştirakçılarının hər birinin özünə aid dar çərçivələri var idi. Bu dar çərçivəni necə vahid bir düşərgə ab-havasına salacaqları mənə maraqlı gəlirdi. Nabrana qədər 3 saat yarımlıq yolu başa vurub düşərgənin keçiriləcəyi Kardinal istirahət mərkəzinə çatdıq. Yerbəyer olduqdan sonra ilk dəfə şam yeməyində toplaşdıq. Vikitəlimlər sabahdan başlayacağına görə yemək sonrası asudə vaxtdan istifadə edib kimisi stolüstü oyunlar, kimisi isə həmsöhbət olaraq həm tanış olmağa, həm də maraqlı vaxt keçirməyə çalışırdı, kimisi də qaldığımız istirahət mərkəzinin ərazisini gəzərək dincəlirdi. Həqiqətən də düşərgə üçün əlverişli bir mərkəz seçilmişdi. Burada növbəti günlərdə də görcəyəmiz kimi həm təlimlər üçün, həm də dincəlmək üçün hər cür imkan var idi. Tək dərdimiz bizi yemək boyu müşahidə edən arılar idi. İlk gün düşərgə iştirakçıları üçün kəşfiyyat xarakerli bir gün oldu. İştirakçılar daha çox müşahidə etməyə və bir-birlərinə qarşı necə rəftar etməyi götür-qoy edirdilər. Beləcə ilk günü başa vurduq.

11 avqust tarixində Gedən günün axşamı güclü külək başlamışdı. Xoşbəxtlikdən külək davamlı olmadı və səhərə doğru hava sakitləşdi. Səhər yeməyi və qısa fasilədən sonra təlimlərə başlanılacaqdı. Təlimlər başlanılana qədər Kardinal istirahət mərkəzini gəzib dolaşdıq. Ətrafdakı cürbəcür güllər, meyvə ağacları (alma, armud, gavalı, alça) xoş əhval ruhiyyə verirdi. Kompleksin ətrafı 2 hektar olan meşə ilə əhatə olunmuşdu. Bu ərazilər Samur-Yalama Milli Parkına aid idi. Təəssüf doğuran hal istirahət mərkəzinə girişinə yaxın, Kəhrə baba piri löhvəsi qoyulan yerdəki zibilxana idi. Növbəti günlərdə də insanların Nabranda yolboyu bu cür “əsərləri”nə tez-tez şahid olduq. 

İlk gün üçün “Vikipediya nəzəriyyəsi”nin düşərgə iştirakçılarına aşılanması nəzərdə tutulurdu. Əvvəlcə Nəzrin xanım Vikipediya layihəsi və onun məqsədləri, daha sonra da Sona xanım Vikipediya anlayışı, əsas qaydaları, prinsipləri barədə geniş məlumat verdi. Sona xanım eyni zamanda Vikipediyanın qayda və prinsiplərinin ətraflı nümayişli izahını verdi. Günorta yeməyinə az qala istirahət etmək fürsətimiz oldu. Voleybol oynayıb yüngülvari stres atdıq. Günorta yeməyindən sonra da kifayət qədər boş vaxtımız oldu. Fürsətdən istifadə edib Kəhrə baba pirini ziyarət etmək istədik. Lakin milli parkın içərisində yerləşən pirə qədər yolu yarı edib geri qayıtdıq. Günün sonu, xüsusilə də şam yeməyindən sonra daha maraqlı keçdi. Saat 8-də düşərgə oyunlarına start verildi. Tanışlıq oyunu oynadıq. Hərə növbə ilə bir kibrit yandırıb özü barədə daha çox fakt saymağa çalışırdı. Qalib həyat yoldaşım Günay xanım oldu. 1 kibrit yanıb sönənə qədər özü barədə 16 fakt saymağı bacardı. Nə yalan deyim, düzü mən də gözləmirdim. Çünki əsas məqsəd özünü qısa-qısa faktlarla düşərgə iştirakçılarına tanıdasan. Düşərgə iştirakçılarının adları daha yaxşı yadımızda qalsın deyə İlqar bəy hər kəsə növbə ilə öz adını və sevdiyi meyvəsini deməyi tapşırdı. Hər növbəti iştirakçı özündən əvvəlki iştirakçının adını və sevdiyi meyvəni, əlavə olaraq öz ad və sevdiyi meyvəsini təkrarlamaqla deməyə çalışırdı. Demək olar ki, hər kəs bu işin öhdəsindən gəldi. Zarafat deyil, 19  nəfərin adını və sevdiyi meyvəsini demək zehin işidir. Məhz ona görə indiyə qədər hər kəsin adı və sevdiyi meyvəsi yaddaşımıza həkk oldu. Düşərgədə oyunlar bir-birini əvəz edirdi: kinkonq, mumiya, 9 vərəq və s. Olduqca maraqlı vaxt keçirdik. Beləcə düşərgənin növbəti günü həm təlim oldu, həm də tətil.

12 avqust tarixi üçün planda təlimlərin ilk günündə deyilən əsas qayda və prinsiplərin təkrarı, o cümlədən də yeni redaktorların fərdi praktik fəaliyyəti nəzərdə tutulurdu. Bugünün təlimləri yeni redaktorlar üçün faydalı oldu. Təlimlər sonrası nahar fasiləsi edib çimərliyə getdik. Çimərliyə qədər məsafə bir o qədər də uzaq deyil, qaldığımız istirahət mərkəzindən dənizə qədər olan məsafə 2 km-dən bir qədər çox olardı. Yəni piyada getmək istəyənlər bu yolu 30-35 dəqiqəyə qət edə bildilər. Nabranın dənizində ilk dəfədir olurduq. Təəssürat pis olmadı. Bakının bir çox çimərliklərindən daha təmiz və səliqəli idi. Dənizdə sərinlənənlər də oldu, bizim kimi dəniz kənarı gəzintiyə çıxanda. Dincimizi alanadan sonra istirahət mərkəzinə qayıtdıq. Şam yeməyi sonrası əvvəlcə stolüstü oyunlarla başımızı qatdıq. Daha sonra Elçinin və İlkinin təşəbbüskarlığı ilə düşərgə iştirakçıları musiqi sədaları altında səhnəyə doğru yol aldılar. O qədər oynayıb, deyib gülüb əyləndik ki, indiyə qədər dincəlməkdən bu qədər yorulduğumu xatırlamıram. Beləcə daha bir günü başa vurduq.

13 avqust tarixində Nabranda vikidüşərgə başa çatırdı. Düşərgə iştirakçıları səhər yeməyindən sonra Vikipediyada məqalə yaratmaqla məşğul oldular. Plana uyğun olaraq vikipediyada fərdi praktiki fəaliyyət, məqalələrin kollektiv müzakirəsi, komanda şəklində məqalələrin hazırlanması və müzakirəsi keçirildi. Biz son günü fürsət bilib Kəhrə baba pirini ziyarət etdik. Pirdə məzar olmasa da pirin ərazisində üzərinə saplar bağlanmış ağaclar, gələn ziyarətçilər üçün əlverişli şərait var idi. Pirin aşağısında bulaq suyu vardı. Pirlə bağlı öyrəndiyimiz tək bir məlumat Kəhrə baba adı ilə yanaşı İsmayıl baba piri adını da daşıması idi. Pirin tarixçəsi ilə bağlı nəsə məlumat ala bilmədik. Pirin adı ilə bağlı bəzi ehtimallar irəli sürə bilərik. Kəhrə adında bitki mövcuddur. Pirin digər adı – İsmayıl babanın kimliyi məsələsi də məlum deyil. Kəhrə baba pirini ziyarət etdikdən sonra yaxınlıqdakı Maralgöl istirahət mərkəzində bir qədər dincəldik. Daha sonra düşərgəyə qayıdıb təlimlərin növbəti mərhələsinə qoşulduq. Vikidüşərgədə qarşıya qoyulan məqsədə nail olunmuşdu. Düşərgə iştirakçıları artıq Vikipediyada qaydalar çərçivəsində məqalələr yaratmağı öyrənmişdilər. Günorta yeməyindən sonra düşərgə iştirakçıları sertifikatlarla təltif olundu. Təltiflər başa çatdıqdan sonra Bakıya qayıdış üçün hazırlaşmaq imkanımız oldu. Nabranda vikidüşərgə saat 4-də yekunlaşdı və biz Bakıya doğru yol aldıq. Artıq saat 7-də biz Bakıya çatdıq. Beləcə 4 günlük Prodemos ictimai birliyinin təşəbbüsü ilə təşkil olunmuş vikidüşərgə başa çatdı. Bizə qalan gözəl anlar, xoş xatirələr və qazanılan dostluqlar oldu. Düşərgənin təşkilində əməyi keçən hər kəsə minnətdarlığımızı bildirir və bu cür düşərgələrin davamlı olmasını arzu edirik.

"Xəstəliyə hamı tutula bilər, amma əsas təhlükə xəstəliyin bədəndə yayılması tempidir"
"Bütün günü insanları koronavirusdan qorunmağa dəvət edənlər özləri qaydaları pozurlar"
Tanınmış iqtisadçı alimdən koronavirusa görə hökumətə antibohran RESEPTİ...
“Kitablarımı oxusunlar” -Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırır
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Gündəm
“Koronavirusla mübarizədə Britaniya təcrübəsindən istifadə mümkündür”
Hadisə
Altı mindən çox məhbus həbsxanadan azad edildi - Koronavirus təhlükəsi...
Hadisə
Rusiyanın İrəvandakı səfirliyi qarşısında ermənilər etiraz aksiyası keçirdi - VİDEO
Cəmiyyət
"Qırmızı Aypara Cəmiyyəti bu ağır gündə nə ilə məşğuldur, yığdığı pullar nəyə xərclənib..?"
Araşdırma
İmperator adı daşıyan, yəhudilərin qətliamına səbəb olan pandemiyalar – Dəhşətli tarix...
Yazar
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Küçələrimizdəki gerçək dilənçilər: pandemiya dönəmində onlara yardım edən olacaqmı?..”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı
"Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək" - POLİTOLOQ...
Koronovirusu dərmansız sağaldan Azərbaycanlı həkim ortaya rəsmi sənəd qoydu
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247