Xəbər lenti
12/11/2019 [17:28]:
Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı - ANBAAN VİDEO
12/11/2019 [17:23]:
İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər - FOTOLAR
12/11/2019 [17:18]:
"Ermənistanda əhalinin narazılığı artdıqca hərbi xərcləri azaltmağa məcbur olacaqlar"
12/11/2019 [17:15]:
"Ana itkisini indi yaşadım, o qədər ağladım..." - VİDEO
12/11/2019 [17:11]:
Zakir Həsənov əməliyyat təlimləri ilə bağlı müşavirə keçirdi - VİDEO
12/11/2019 [17:07]:
Ramiz Mehdiyev kadr dəyişikliyi ilə bağlı sərəncam imzaladı - FOTO
12/11/2019 [17:02]:
Deputat tibbi sığorta ilə bağlı məsələ qaldırdı: “Onların aqibəti necə olacaq?”
12/11/2019 [17:01]:
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
12/11/2019 [16:57]:
"Lavrovun və Azərbaycan XİN-nin bəyənatı işğalın uzun müddət davam etməsinə xidmət edir"
12/11/2019 [16:52]:
Allahşükür Paşazadənin qızı: “Atamın tövsiyəsi ilə həkim oldum”
12/11/2019 [16:50]:
Bakı Şəhər Baş Polis İdarəsi Müsavatın piket cəhdi ilə bağlı açıqlama yayıb
12/11/2019 [16:47]:
“Bu gün valideynlər uşaqlarına repetitor tutmağa məcburdurlar, amma sistem dəyişəndə..."
12/11/2019 [16:46]:
"Piket nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub"
12/11/2019 [16:44]:
Erməniləri qorxudan səbəb: "Azərbaycan diasporu burada çox güclüdür, onlardan çəkinirik"
12/11/2019 [16:43]:
“Azərbaycan nəqliyyat layihələrindən həm siyasi, həm də iqtisadi dividendlər götürəcək”
12/11/2019 [16:38]:
"Antimilli və rəzil olmuş qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz"
12/11/2019 [16:25]:
İmişlidə “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində gənclərlə görüş təşkil edilib
12/11/2019 [16:15]:
İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşdü - FOTO
12/11/2019 [16:10]:
ABŞ-ın daha bir ştatı Qarabağın “müstəqilliyi”ni tanıdı
12/11/2019 [16:10]:
Makrondan beynəlxaq böhranla bağlı - XƏBƏRDARLIQ
12/11/2019 [16:08]:
Sürücülərin diqqətinə! Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz- VİDEO
12/11/2019 [16:05]:
Füzulinin “Ərəb divanı” tapıldı
12/11/2019 [15:54]:
Əmisi arvadı ilə gizli eşq yaşayan kişi onu yumruqla öldürdü - MƏHKƏMƏ
12/11/2019 [15:51]:
Moldova hökuməti istefaya göndərildi
12/11/2019 [15:51]:
Övladlarına miras verməkdən imtina etdilər - FOTOLAR
12/11/2019 [15:49]:
Yaşamaq üçün Gürcüstana gedən azərbaycanlıların sayı açıqlandı
12/11/2019 [15:45]:
Tamara Sinyavskayanın sağlamlıq durumu haqda yeni XƏBƏR
12/11/2019 [15:36]:
Kəbədəki Qara Daşın parçası spiker oğlunun əlinə necə keçdi?..-FOTO+ VİDEO
12/11/2019 [15:36]:
Bakıda qaydaları pozan sürücülərin törətdiyi qəzalar - VİDEO
12/11/2019 [15:31]:
Ermənistanda tələbələr təhsil nazirinin istefası tələbi ilə tətil edir
12/11/2019 [15:27]:
DİM musiqi təhsili almaq istəyən abituriyentlərə müraciət edib
12/11/2019 [15:27]:
Xəzərdə buxarlanma artacaq, su qıtlığı yaranacaq - QORXUNC PROQNOZ
12/11/2019 [15:26]:
Elçin Mirzəbəyli: “Lavrov Paşinyanın fikirlərini olduğu kimi təkrarladı”
12/11/2019 [15:21]:
İmamoğlu özü haqqında kitab yazdırdı, CHP qarışdı
12/11/2019 [15:16]:
Pul vermək istəməyən turist qadın dəmirlə döyüldü - VİDEO
12/11/2019 [15:15]:
“Dəvət mənim üçün sürpriz oldu” - Camalov
12/11/2019 [15:11]:
Anjey Kaspşik cəbhə xəttində monitorinq keçirəcək
12/11/2019 [15:09]:
“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - ŞİKAYƏT
12/11/2019 [15:00]:
"Milli Məclis rəhbərliyi səviyyəsində ona deyilməlidir ki, iclaslarda iştirak etməsin..."
12/11/2019 [14:58]:
“Dövlətqaçqınkom” Nərimanovdakı yataqxanada araşdırma aparıb
12/11/2019 [14:56]:
Xruşovun Hollivudda “Kankan” rəqsinə etirazı – O, pencəyini qaldırıb, arxasını amerikalılara göstərib
12/11/2019 [14:54]:
"Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik"
12/11/2019 [14:42]:
Azərbaycanda maye qaz istehsalı nə vaxt bərpa olunacaq? - SOCAR-dan açıqlama
12/11/2019 [14:40]:
Prezident fahişə ilə yazışan deputata ACIQLANDI
12/11/2019 [14:38]:
Hava kəskin dəyişir - XƏBƏRDARLIQ
12/11/2019 [14:34]:
Başçı təyin edilən Qarabağ qazisi - Dosye
12/11/2019 [14:34]:
Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
12/11/2019 [14:32]:
Aysel Teymurzadə Xalq artisti əri ilə belə əyləndi - VİDEO
12/11/2019 [14:26]:
İntensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
12/11/2019 [14:23]:
Müsavat Partiyasının başqanı saxlanılıb
12/11/2019 [14:21]:
“Hamısını o qadın elədi, ərimin qarşısına şərt qoymuşdu ki, ya öz ailən, ya da mən..."
12/11/2019 [14:19]:
Kişi canlı yayımda müxbiri öpdü - VİDEO
12/11/2019 [14:15]:
Sevgisizliyin qisasını azyaşlılardan aldı: 51 uşağı yandırdı
12/11/2019 [14:15]:
“Ölkəmiz 1979-cu il inqilabından bu yana ən ağır günlərini yaşayır”
12/11/2019 [14:12]:
Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi
12/11/2019 [14:12]:
“WhatsApp” bu istifadəçiləri bloklayır
12/11/2019 [14:09]:
Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb
12/11/2019 [14:03]:
Milli Məclis deputatlarının sayı 117-yə enəcək
12/11/2019 [13:54]:
Deputat sənaye parklarının daha 3 il müddətə vergidən azad edilməsinə qarşı çıxıb
12/11/2019 [13:53]:
Vüqar Gülməmmədov: “Dövlət büdcəsində sosial yönümlü xərclər artıb”
12/11/2019 [13:52]:
Mikayıl Cabbarov: “Azərbaycan yeni inkişaf drayverlərini işə salmalıdır”
12/11/2019 [13:52]:
“Ünvanlı sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”
12/11/2019 [13:52]:
Milli Məclisin komitə sədri: “Durub buna görə bizi tənqid edirlər”
12/11/2019 [13:51]:
Samir Şərifov: “Gələn ilin büdcə zərfi yeni layihələr nəzərə alınmaqla tərtib olunub”
12/11/2019 [13:50]:
Oqtay Əsədov gələn ilin büdcəsindən DANIŞDI
12/11/2019 [13:45]:
Əli Nağıyev Daşkənddə beynəlxalq terrorizmə qarşı Azərbaycanın mübarizəsindən danışdı
12/11/2019 [13:45]:
“Qərbdə seçkiləri Rusiya keçirir” - Klintondan Boyük Britaniyanı silkələyəcək açıqlama
12/11/2019 [13:37]:
Yasamalın yeni icra başçısı kimdir?
12/11/2019 [13:30]:
"Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın"
12/11/2019 [13:21]:
Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
12/11/2019 [13:20]:
“Gələn ilin büdcə zərfi yeni layihələr nəzərə alınmaqla tərtib olunub”
12/11/2019 [13:14]:
Xətai rayonuna icra başçısı təyin olundu - SƏRƏNCAM
12/11/2019 [13:12]:
İlham Əliyev yeni icra başçısı təyin etdi
12/11/2019 [13:10]:
Bərdə sakini üç qadını aldadıb bank kartlarından pul çıxarıb
12/11/2019 [13:09]:
Məhkəmə-hüquq islahatlarının ikinci paketinə nələr daxildir? - AÇIQLAMA
12/11/2019 [13:08]:
““Kölgə iqtisadiyyatı”na qarşı mübarizə öz nəticələrini verir”
12/11/2019 [13:04]:
Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
12/11/2019 [12:58]:
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
12/11/2019 [12:58]:
“İslam dinində bütün mənbələr musiqini haram hesab edir...”- İlahiyyatçı...
12/11/2019 [12:56]:
"İslahatlar iqtisadi inkişaf üçün yaradılmış potensialı daha da gücləndirir"
Bütün arxiv bir sırada
23/08/2019 [16:42] - Müsahibə - ( 2267 dəfə baxılıb)

"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."



Moderator,az “Yeni Müsavat”a istinadən  Kinorejissor Rüstəm İbrahimbəyovun sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, xalq artisti, görkəmli aktyor Rasim Balayevlə müsahibəsini təqdim edir

- Rasim müəllim, Şeyx Əbdül deyir ki, “Nəsimi” filmi dünyanın 138 ölkəsində nümayiş olunub. Bu, həqiqətdirmi?

- Mənim bundan xəbərim yoxdur. İlk dəfə eşidirəm. Şeyx Əbdül statistikanı haradan əldə edib bilmirəm. Amma sovet vaxtı “Daşkənd” film festivalı varıydı. Bu festivala 80 ölkə gəlirdi.

Mən orada olanda eşitmişdim ki, 40-a yaxın ölkə “Nəsimi” filmini alıb. Sovet vaxtı “Eksport” film şirkəti varıydı, onlar filmləri alırdılar.

- “Nəsimi”nin satışına görə sizə qonorar və ya mükafat ödənilirdi?

- Bir qəpik də verilmirdi. Düzü, buna görə səlahiyyətimiz yox idi.

- Bu film şairin şəxsiyyətinə yoxsa yaxşı kino işinə görə belə şöhrət qazanmışdı?

- Vallah, nə deyim... Görünür, baxımlı film alındı ki, indi də baxırlar. Yaxşı aktyor və rejissor işi var idi. İlk növbədə filmin uğuru rejissor işindən asılıdır. “Nəsimi” filmində də böyük rejissor ustalığı və gözəl aktyor heyəti yer almışdı. Bu gün də baxılırsa, deməli, ortalığa nümunəvi sənət işi qoyulub.

- Amma “Nizami” haqda da film çəkilib, belə baxımlı olmayıb.

- Bunun səbəbləri çoxdur, gərək oturub bütün incəliklərini xırdalayasan. Təhlil edəsən ki, nə üçün uğur qazanmadı, günah aktyor, rejissor işindəydi, yoxsa ssenarisi zəif idi, təbliği olmadı, yəni hamısı müzakirə edilməlidir. Yəni uzun söhbətin mövzusudur ki, niyə o film baxımlı alınmadı.

- Firudin Qurbansoy isə sizin yaratdığınız Nəsimi obrazını bəyənmir, edam səhnəsində “Məndə sığar iki cahan” qəzəlinin yeri olmadığını düşünür, həm də guya əruz ritmini pozmusunuz...

- Əşi, bu film 50 il qabaq çəkilib, uğur qazanıb, bu gün də sevə-sevə baxılır. Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin. Biz nə deyirik ki? Danışır ki, guya Nəsiminin şeirləri filmdə düzgün oxunmayıb.

Mənim müəllimim Əli Fəhmi olub, onun dırnağı Firudin Qurbansoydan min qat istedadlı idi. O, getsin Əli Fəhmidən öyrənsin, sonra gəlsin. Bu gün tamaşaçı “Nəsimi” filmini sevə-sevə izləyir. Bu da “çevir tatı, vur tatı” danışır, özünün guya intellektini, ağıllı olmasını göstərir. Belə oğulsan, get yaxşı ssenari yaz, ortaya qoy, biz də deyək ki, afərin!

Məsələ bəyənməmək deyil axı?! Gərək ortaya iş qoyasan, sonra danışasan. Bir tənqidçi və yaxud Nəsimişünas ortaya daha yaxşı əsər qoysun, çəkilsin, sübut eləsin ki, indiki daha yaxşıdır, nəinki bizim oynadığımız. Bəyənmirsən, cəhənnəmə bəyən...

- Bəziləri deyir ki, Nəsimi dinə qarşı olub. Sizcə, Nəsimi din adamıydı?

- Bu sualların cavabını mən verə bilmərəm. Biz Nəsimini görməmişik, onun haqqında gəlib çatan məlumatlar da azdır. Biz onun əsərlərindən çıxış edərək şəxsiyyətini xarakterizə eləmişik. Heç vaxt bilməmişik ki, Nəsiminin boy-buxunu necə olub, ibadət edib-etməyib.

Amma Əli Fəhmi onun şeirlərini mənə öyrədəndə deyirdi ki, Nəsimi ən dindar şair olub. Məsələn, onun şeirlərini oxuyurdu, mənə deyirdi ki, bax, bu yerdə Quranda filan ayəyə istinad edib.

Nəsiminin Allaha, peyğəmbərə mədhiyyələri var. Amma insana çox qiymət verirdi, bütün canlılardan Allaha ən yaxın insanı görürdü. Deyirdi ki, insan ən böyük xaliqdir.

Təsəvvür edin ki, bu gün də mövhumatçılıq var, onda daha dəhşətli bir xurafat olub. Ona görə Nəsiminin insana təriflərini, verdiyi qiyməti qəbul etməyiblər, xoşlarına gəlmirdi, insana belə qiymət bəyənilmirdi, kafir adlandırırdılar ki, ənəlhəqq demək olmaz.

- Siz özünüz necə, inanclı birisinizmi, ibadət edirsinizmi?

- Bəli, Qurandan ayələr oxuyuram. Quranı 3 dəfə oxumuşam. Namaz qılmağa hazırlaşıram. Hər gün Allaha dualar edirəm, hədislər oxuyuram, yəni inanan adamam. Mən Allahın yeri-göyü yaradan qüvvə olduğuna inanıram.

- Bəs bu gün elə bir filmimiz varmı “Nəsimi” kimi dünyanın 138 ölkəsinə nümayiş olunsun?

- Onu kim sayıb e, vallah nə deyim...

- Rasim müəllim, 80-90-cı illərdə teletamaşalar varıydı, vaxtaşırı AzTV yenə göstərir, bu gün teletamaşa çəkməyə ehtiyac varmı? Sizcə, internet dövründə insanlar təzədən baxarmı?

- Bunu zaman göstərər. Amma əsas məsələ budur ki, bu gün camaatın zövqü korlanıb. Telekanallar bərbad vəziyyətdədir, insanların zövqünü korlamaqla məşğuldurlar. Artıq hiss edirəm ki, az adam televiziyaya baxır. Bu televiziyalara elə gəlir ki, alçaq dağları yaradıblar. Problem bundan ibarətdir, efirdə səviyyəsiz verilişlər var. Ümumiyyətlə, dünyanın çox yerində televiziya hörmətdən düşüb, bizdə isə lap çox düşüb. O da həmin bayağılığa, səviyyəsizliyə, şitliyə görədir. Əgər insanların çoxu televiziyaya baxmırlarsa, deməli iyrəniblər, beziblər.

- Bu gün Fərda, Elməddin, Müşviq kimi cavanlar filmlər təqdim edirlər, müəyyən auditoriya da izləyir. Heç baxırsınızmı?

- Baxmıram, onlar antisanitariyadırlar. Efiri bu antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar.

- Bəlkə günah elə sizdədir, yəni vaxtında Rasim Balayev, Yaşar Nuri, digər sənətkarlar özləri yaxşı cavan aktyorlar yetişdirməliydilər?!

- Bizim nə günahımız var? Mən televiziyaya tapşırıq vermirəm ki, bunu elə edin, onu belə edin. Səbəblər çoxdur. Amma bu gün yaxşı əsərlər var, çəkilmir. Telekanallar tamaşaçı zövqünü korlayıb. Mən bunu hamıya şamil eləmirəm. Ziyalısı da var, yaxşı ilə pisi ayırd edən də... Sadəcə, kütlə zövqü korlanıb.

Bu gün düşük, yüngül, hır-hır, axmaq, mənasız sözlərlə, hətta söyüşlə insanlarda maraq yaratmağa çalışırlar. Lakin inanıram ki, çox çəkməyəcək, bu da keçib gedəcək. Əgər ortada sənət yoxdursa, “sabun köpüyü”dür, yoxa çıxacaq.

- Yeri gəlmişkən, artıq Ədliyyə Nazirliyi AKİ-də rəhbər orqanlara səlahiyyətləri təsdiqlədi. Rüstəm müəllimin başçılığı ilə kinomuzun dirçəlişi mümkün olacaq?

- Bu bir ictimai təşkilatdır, elə səlahiyyəti yoxdur. Biz yalnız tövsiyə edə bilərik. Bir söz var, pulu verən sifarişi verir. Pul Mədəniyyət Nazirliyindədir. Onlar kiməsə istəsə filmi sifariş edirlər. Biz ancaq ictimai təşkilat kimi rəy yarada bilərik. Amma bunu çəkmə, onu çək deyə bilmərik.

- Ancaq Ayaz Salayev, Şeyx Əbdül heç cür Rüstəm İbrahimbəyovun kino ittifaqını qəbul eləmir. Üstəlik, ətrafında olanları qınayırlar ki, “Qafqaz triosu” filmini çəkən birinin yanında olmamalıydınız...

- Özləri bilərlər, şəxsi düşüncələridir. “Qafqaz üçlüyü”nə gəldikdə, o filmə baxmışam. O filmdə nə var ki?! Sən deyən heç nə yoxdur.

- Sizcə, iki kino ittifaqı bir arada mümkün olacaq?

- İki kino təşkilatı ola bilməz. Azərbaycan balaca respublikadır, iki kino ittifaqı var. Dünyada belə şey yoxdur. Rusiya kimi böyük ölkədə bir kino ittifaqı var. İndi zaman göstərəcək ki, bu iki ittifaqdan hansı qalacaq. Bu gün əsas məsələmiz odur ki, tamaşaçıları razı salan filmlər çəkilməlidir. Yaxşı əsərlər olmalıdır...

loading...
loading...
DİQQƏT! Bakıda erməni ayranı satılır - FOTO
Cərimə olunan sürücüdən maraqlı addım - VİDEO
273 kiloqram arıqlayaraq ölümdən xilas oldu - MARAQLI
Həmvətənimiz Ukraynada bayrağımıza qarşı biganəliyə etirazını bildirdi - VİDEO
"Dostum mənə qarşı 125 minlik dələduzluq etdi, onu polisə də şikayət etmədim..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
Cəmiyyət
“Hamısını o qadın elədi, ərimin qarşısına şərt qoymuşdu ki, ya öz ailən, ya da mən..."
İqtisadiyyat
"Qəbələ dəmir yolu haqqında iradlar olduqca məntiqsiz və əsassız, həm də zərərlidir"
Dünya
Tramp bu dəfə gülləkeçirməz şüşənin arxasından çıxış etdi- FOTOLAR
Siyasət
“Kreml nə dünən, nə də bu gün Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəməyib”
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
Telli Borçalıdan üzücü XƏBƏR - "Toyda yıxılıb, həkim çatana kimi keçinib"
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
İnsanları “təsvir edilə bilməyən əzab” gözləyir: iqlim fəlakəti baş verdi
Vilayət Eyvazov Həzi Aslanova yeni vəzifə verdi
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Xaşdan vaz keçə bilməyənlərə 15 faydalı məsləhət: Düzgün yeyilmə qaydası...
"Yalnız bu halda Türkiyə  Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilər...”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Qalmaqallı biznesmenin maşınına bomba atıldı, cangüdənin başı qopdu - DƏHŞƏT + VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247