Türkiyənin erməni villət vəkili, hər zaman açıq ermənipərəst mövqeyi ilə diqqət çəkən, rəsmi Ankranın siaysətini sərt şəkildə tənqid edən Garo Paylanın bu dəfəki çıxışı yenə də şok effekti yaradıb.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan erməni millət vəkili, bu dəfə 1915-ci ildə türk hökuməti ilə əməkdaşlıq edən, erməni terrorçuları haqqında türk komandanlığına məlumat verən erməniləri qınayıb, bu gün də bəzi ermənilərin türk yetkililərlə əməkdaşlıq etdiyini təəssüflə vurğulayıb:
“24 aprel 1915-ci ildə həbs ediləcək erməniləri siyahıya alan Tələt Paşa ilə əməkdaşlıq edən ermənilər var idi. Təəssüf ki, bu gün də var”.
G.Paylanın açıqlamasından belə məlum olub ki, millət vəkili 1915-ci il olaylarında erməni terrorçuları haqqında türk yetkililərinə məlumat verilməsini düzgün hesab etmir və bu gün də türk hökuməti ilə ermənilərin əməkdaşlıq etməsini təəssüf doğuracaq hadisə hesab edir.
Xatırladaq ki, xarici ölkələrə səfərlərində Türkiyə haqqında kəskin ittihamlar səsləndirən G.Paylan, Ermənistan-Türkiyə sərhədlərinin açılmasının da əsas tərəfdarlarından biridir.
Seymur ƏLİYEV