Xəbər lenti
12/11/2019 [17:28]:
Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı - ANBAAN VİDEO
12/11/2019 [17:23]:
İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər - FOTOLAR
12/11/2019 [17:18]:
"Ermənistanda əhalinin narazılığı artdıqca hərbi xərcləri azaltmağa məcbur olacaqlar"
12/11/2019 [17:15]:
"Ana itkisini indi yaşadım, o qədər ağladım..." - VİDEO
12/11/2019 [17:11]:
Zakir Həsənov əməliyyat təlimləri ilə bağlı müşavirə keçirdi - VİDEO
12/11/2019 [17:07]:
Ramiz Mehdiyev kadr dəyişikliyi ilə bağlı sərəncam imzaladı - FOTO
12/11/2019 [17:02]:
Deputat tibbi sığorta ilə bağlı məsələ qaldırdı: “Onların aqibəti necə olacaq?”
12/11/2019 [17:01]:
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
12/11/2019 [16:57]:
"Lavrovun və Azərbaycan XİN-nin bəyənatı işğalın uzun müddət davam etməsinə xidmət edir"
12/11/2019 [16:52]:
Allahşükür Paşazadənin qızı: “Atamın tövsiyəsi ilə həkim oldum”
12/11/2019 [16:50]:
Bakı Şəhər Baş Polis İdarəsi Müsavatın piket cəhdi ilə bağlı açıqlama yayıb
12/11/2019 [16:47]:
“Bu gün valideynlər uşaqlarına repetitor tutmağa məcburdurlar, amma sistem dəyişəndə..."
12/11/2019 [16:46]:
"Piket nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub"
12/11/2019 [16:44]:
Erməniləri qorxudan səbəb: "Azərbaycan diasporu burada çox güclüdür, onlardan çəkinirik"
12/11/2019 [16:43]:
“Azərbaycan nəqliyyat layihələrindən həm siyasi, həm də iqtisadi dividendlər götürəcək”
12/11/2019 [16:38]:
"Antimilli və rəzil olmuş qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz"
12/11/2019 [16:25]:
İmişlidə “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində gənclərlə görüş təşkil edilib
12/11/2019 [16:15]:
İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşdü - FOTO
12/11/2019 [16:10]:
ABŞ-ın daha bir ştatı Qarabağın “müstəqilliyi”ni tanıdı
12/11/2019 [16:10]:
Makrondan beynəlxaq böhranla bağlı - XƏBƏRDARLIQ
12/11/2019 [16:08]:
Sürücülərin diqqətinə! Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz- VİDEO
12/11/2019 [16:05]:
Füzulinin “Ərəb divanı” tapıldı
12/11/2019 [15:54]:
Əmisi arvadı ilə gizli eşq yaşayan kişi onu yumruqla öldürdü - MƏHKƏMƏ
12/11/2019 [15:51]:
Moldova hökuməti istefaya göndərildi
12/11/2019 [15:51]:
Övladlarına miras verməkdən imtina etdilər - FOTOLAR
12/11/2019 [15:49]:
Yaşamaq üçün Gürcüstana gedən azərbaycanlıların sayı açıqlandı
12/11/2019 [15:45]:
Tamara Sinyavskayanın sağlamlıq durumu haqda yeni XƏBƏR
12/11/2019 [15:36]:
Kəbədəki Qara Daşın parçası spiker oğlunun əlinə necə keçdi?..-FOTO+ VİDEO
12/11/2019 [15:36]:
Bakıda qaydaları pozan sürücülərin törətdiyi qəzalar - VİDEO
12/11/2019 [15:31]:
Ermənistanda tələbələr təhsil nazirinin istefası tələbi ilə tətil edir
12/11/2019 [15:27]:
DİM musiqi təhsili almaq istəyən abituriyentlərə müraciət edib
12/11/2019 [15:27]:
Xəzərdə buxarlanma artacaq, su qıtlığı yaranacaq - QORXUNC PROQNOZ
12/11/2019 [15:26]:
Elçin Mirzəbəyli: “Lavrov Paşinyanın fikirlərini olduğu kimi təkrarladı”
12/11/2019 [15:21]:
İmamoğlu özü haqqında kitab yazdırdı, CHP qarışdı
12/11/2019 [15:16]:
Pul vermək istəməyən turist qadın dəmirlə döyüldü - VİDEO
12/11/2019 [15:15]:
“Dəvət mənim üçün sürpriz oldu” - Camalov
12/11/2019 [15:11]:
Anjey Kaspşik cəbhə xəttində monitorinq keçirəcək
12/11/2019 [15:09]:
“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - ŞİKAYƏT
12/11/2019 [15:00]:
"Milli Məclis rəhbərliyi səviyyəsində ona deyilməlidir ki, iclaslarda iştirak etməsin..."
12/11/2019 [14:58]:
“Dövlətqaçqınkom” Nərimanovdakı yataqxanada araşdırma aparıb
12/11/2019 [14:56]:
Xruşovun Hollivudda “Kankan” rəqsinə etirazı – O, pencəyini qaldırıb, arxasını amerikalılara göstərib
12/11/2019 [14:54]:
"Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik"
12/11/2019 [14:42]:
Azərbaycanda maye qaz istehsalı nə vaxt bərpa olunacaq? - SOCAR-dan açıqlama
12/11/2019 [14:40]:
Prezident fahişə ilə yazışan deputata ACIQLANDI
12/11/2019 [14:38]:
Hava kəskin dəyişir - XƏBƏRDARLIQ
12/11/2019 [14:34]:
Başçı təyin edilən Qarabağ qazisi - Dosye
12/11/2019 [14:34]:
Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
12/11/2019 [14:32]:
Aysel Teymurzadə Xalq artisti əri ilə belə əyləndi - VİDEO
12/11/2019 [14:26]:
İntensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
12/11/2019 [14:23]:
Müsavat Partiyasının başqanı saxlanılıb
12/11/2019 [14:21]:
“Hamısını o qadın elədi, ərimin qarşısına şərt qoymuşdu ki, ya öz ailən, ya da mən..."
12/11/2019 [14:19]:
Kişi canlı yayımda müxbiri öpdü - VİDEO
12/11/2019 [14:15]:
Sevgisizliyin qisasını azyaşlılardan aldı: 51 uşağı yandırdı
12/11/2019 [14:15]:
“Ölkəmiz 1979-cu il inqilabından bu yana ən ağır günlərini yaşayır”
12/11/2019 [14:12]:
Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi
12/11/2019 [14:12]:
“WhatsApp” bu istifadəçiləri bloklayır
12/11/2019 [14:09]:
Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb
12/11/2019 [14:03]:
Milli Məclis deputatlarının sayı 117-yə enəcək
12/11/2019 [13:54]:
Deputat sənaye parklarının daha 3 il müddətə vergidən azad edilməsinə qarşı çıxıb
12/11/2019 [13:53]:
Vüqar Gülməmmədov: “Dövlət büdcəsində sosial yönümlü xərclər artıb”
12/11/2019 [13:52]:
Mikayıl Cabbarov: “Azərbaycan yeni inkişaf drayverlərini işə salmalıdır”
12/11/2019 [13:52]:
“Ünvanlı sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”
12/11/2019 [13:52]:
Milli Məclisin komitə sədri: “Durub buna görə bizi tənqid edirlər”
12/11/2019 [13:51]:
Samir Şərifov: “Gələn ilin büdcə zərfi yeni layihələr nəzərə alınmaqla tərtib olunub”
12/11/2019 [13:50]:
Oqtay Əsədov gələn ilin büdcəsindən DANIŞDI
12/11/2019 [13:45]:
Əli Nağıyev Daşkənddə beynəlxalq terrorizmə qarşı Azərbaycanın mübarizəsindən danışdı
12/11/2019 [13:45]:
“Qərbdə seçkiləri Rusiya keçirir” - Klintondan Boyük Britaniyanı silkələyəcək açıqlama
12/11/2019 [13:37]:
Yasamalın yeni icra başçısı kimdir?
12/11/2019 [13:30]:
"Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın"
12/11/2019 [13:21]:
Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
12/11/2019 [13:20]:
“Gələn ilin büdcə zərfi yeni layihələr nəzərə alınmaqla tərtib olunub”
12/11/2019 [13:14]:
Xətai rayonuna icra başçısı təyin olundu - SƏRƏNCAM
12/11/2019 [13:12]:
İlham Əliyev yeni icra başçısı təyin etdi
12/11/2019 [13:10]:
Bərdə sakini üç qadını aldadıb bank kartlarından pul çıxarıb
12/11/2019 [13:09]:
Məhkəmə-hüquq islahatlarının ikinci paketinə nələr daxildir? - AÇIQLAMA
12/11/2019 [13:08]:
““Kölgə iqtisadiyyatı”na qarşı mübarizə öz nəticələrini verir”
12/11/2019 [13:04]:
Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
12/11/2019 [12:58]:
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
12/11/2019 [12:58]:
“İslam dinində bütün mənbələr musiqini haram hesab edir...”- İlahiyyatçı...
12/11/2019 [12:56]:
"İslahatlar iqtisadi inkişaf üçün yaradılmış potensialı daha da gücləndirir"
Bütün arxiv bir sırada
24/08/2019 [00:44] - Cəmiyyət - ( 2623 dəfə baxılıb)

"O Mehriban xanım ki, əyninə qara paltar geyib Şəhid anaları ilə birgə ağlayıb, sızlayıb..."



Bu gün dünyanın, bəşər övladının hava, su, qida, təhlükəsiz yaşam kimi vacib tələbatları, ehtiyacları qədər mərhəmətə, insanpərvərliyə, xeyirxahlığa da böyük ehtiyacı, tələbatı var…

Bu gün dünyanın, kürreyi-ərzin, insan övladının bəlkə də ən vacib ehtiyacları, tələbatları onların mərhəmətə, insanpərvərliyə,  xeyirxahlığa olan aclığıdır…

Az qala hər daşından, hər divarından qanlı göz yaşları axan dünyanın, Yer üzünün, insanlığın  mərhəmətə, rəhmə, xeyirxahlığa tarix boyu bəlkə də indiki qədər ehtiyacı, tələbatı olmayıb…

Qan axıtmaqdan gözləri doymayan, dünyanı öz izzəti-nəfisləri naminə bölüb-parçalamaqdan, insanlığı heçə saymaqdan yorulmayan, usanmayan bəzi acgöz, qəddar siyasətçilərin və liderlərin bitib-tükənmək bilməyən və sonu görünməyən dəhşətli əməlləri üzündən bəşəriyyət bu gün bu qədər mərhəmətə, şəfqətə, xeyirxahlığa möhtac duruma düşüb…

Bəlkə də dünyada işlər nisbətən yolunda, qayasında, nizamında getsəydi, mərhəmətə və xeyirxahlığa da bu qədər ehtiyac hiss edilməzdi…

Amma və lakin…göz yaşları durmaq bilməyən, qanlı yaraları qaysaq bağlamayan dünyamızın, insanlığın müvəqqəti də olsa yarasına məlhəm olmaq, göz yaşlarını silmək üçün rəhm, mərhəmət, xeyirxahlıqdır əlacı, dərmanı…

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü –

Deyə bundan az qala 100 il əvvəl söyləmişdi, hayqırmışdı böyük ustad Hüseyn Cavid…

Amma təəssüflər və əfsuslar olsun ki, dəyişən heç nə yoxdur…

Bu qos-qoca dünyada hələ ki, tökülən günashsız qanları, sel kimi axıb gedən göz yaşlarını durduran yoxdur, varsa da, olubsa da, imkan verilməyib…

Çünki göz yaşları, axıdılan qanlar çoxunun xeyrinə, marağındadır…

Amma istisnalar da yox deyil, lokal səviyyədə olsa da…

Məhz 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı ilə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqını vətəndaş qırğınından, qan-qadadan, ölkəni məhv olmaqdan, dünya xəritəsindən silinməkdən xilas etdi. Məhz onun böyük iradəsi sayəsində 1994-ci ilin mayında atəşkəs sazişi imzalandı, xəyanətkar qonşularımız və onların gizli-açıq havadarları tərəfindən başladılan Qarabağ fintəkarlığı nəticəsində insanlarımızın günahsız yerə qanının axıdılmasına, gənclərimizin, əsgərlərimizin şəhid olmasına müvəqqəti də olsa  ara verildi…

Bu, böyük, tarixi və şərəfli bir missiya idi… Və bu müqəddəs missiyaya Ulu Öndərimiz öz silinməz imzasını atdı…

Deyirlər hər bir güclü kişinin arxasında mütləq bir ağıllı, bacarıqlı qadın-ömür-gün yoldaşı dayanır…

Bu deyim heç də əsassız deyil, təsadüfən deyilməyib, tam gerçəklik və həqiqəti əks etdirir…

Bu deyimin elə öz tariximizdə, ədəbiyyatımızda-dastanlarımızda yetərincə nümunələri var…

Qoc Koroğlunun Nigarı, Qazan xanın Burlaxatunu, Qaçaq Nəbinin Həcəri və sair və ilaxır…

Bu deyimi elə müasir dövrümüzdə də həqiqət edən  nümunələri mövcuddur…

Ulu öndərimizin həyat yoldaşı Zərifə xanım, ölkə rəhbəri cənab İlham Əliyevin ömür-gün yoldaşı-əzizimiz, dəyərlimiz Mehriban xanım…

O Mehriban xanım ki, nəinki xalqının, millətinin, bütün dünyanın mərhəmət, şəfqət, xeyirxahlıq mücəssiməsidir…
O Mehriban xanım ki, təmənnasız əməlləri, xoşməramlı addımları ilə kimsəsizlərin arxa-dayağı, ehtiyaca, yardıma möhtac olanların anası, bacısı, xeyirxahlıq mələyidir…

O Mehriban xanım ki, əyninə qara paltar geyib, başına qara yaylıq bağlayıb, Şəhid anaları ilə birgə ağlayıb, sızlayıb, onların yaralarına sığal çəkib, ürəyinin istisi ilə ovudub…  

O Mehriban xanım ki, igid vətən oğulları, Aprel qaziləri, əlil, ömürlük şikəst olan qəhrəmanlarımızla qol-boyun olub, onlara, ana, bacı nəvazişini göstərib…

Və o görüşlərdə çəkilən şəkillərdən, o fotolardan boylanan gözlərin, baxışların arxasında bu oğulların, igidlərimizin, şəhidlərimizin sayəsində Azərbaycanın uğurlu, təhlükəsiz gələcəyinə, inkişafına dərin ümid, inam parlayıb…
Budur Mehriban Əliyeva ucalığı, budur Mehriban Əliyeva şəfqəti, budur Mehriban Əliyeva əzəməti, budur Mehriban Əliyeva zirvəsi…

Bu, heç də hər kəsə nəsib, qismət, xas olan keyfiyyətlər, dəyərlər, zirvələr, fəthlər deyil…

Bu, yalnız Mehriban xanım kimi, böyük ürək və təmənnasız əməllər, addımlar sahibi olan insanlara xas olan keyfiyyətlər, dəyərlər, ucalıqlardır…

Bu Ucalıqda həm də bir saflıq, bir sadəlik, bir zəriflik var…

Məşhur atalar məsəlimizdə də deyildiyi kimi, ağac bar verdikcə, başını aşağı salar…

Mehriban xanım da məhz belədir-Ucalıqdıqca, o Ucalıqdan kiməsə əda, təkəbbürlə yanaşmır, əksinə, Ucaldıqca daha da sadələşir, daha da saflaşır, daha da yaxın və hər kəsə əlçatan olur…

Bunun ozü də bir hikmətdir, bir qüdrətdir…

Mehriban xanımın həyatı, fəaliyyəti elə bir dəryadır, elə bir sonsuz ümmandır ki, onun haqqında saatlarla, günlərlə, həftələrlə deyil, aylarla, illərlə danışıb qurtarmaq mümkün deyil…Buna kəlmələr, sözlər, qat-qat, cild-cild kitablar belə  yetməz, bəs etməz… Bu, heç də bəlağət, pafos deyil…Bu, gerçəklik və reallığın özüdür…

Təkcə bircə fakt yetər ki, bu mənzərini tamamlamış, nöqtəsini qoymuş olsun…

Təxminən 14 il öncə qardaş və dost, müstəqilliyimizi tanıyan ilk üç ölkədən biri olan Pakistanda böyük humanitar faciə, zəlzələ yaşanmışdı… Böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız vəziyyətə düşmüşdü… Bu zaman ilk yardım və kömək əlini uzadan isə Mehriban xanım olmuşdu rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə birlikdə… Məhz Mehriban xanımın təşəbbüsü ilə Fond tərəfindən qısa müddətdə 650 şagird yerlik yeni təhsil ocağı inşa edilmiş, həmçinin, Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın “Hepatit B” virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya və qan xəstəliklərindən əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomaşını və qan paketləri ilə təmin olunması, eləcə də göz əməliyyatlarının həyata keçirilməsi mümkünləşdirilmişdi…

Xanım Mehriban Əliyevanın bu misilsiz addımı, ötən əsrin əvvəllərində Azərbaycan xalqının böyük oğularından biri, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin  Pakistana öz xeyirxahlıq, insanpərvərlik əlini uzatdığı günləri xatırlatdı…

Dəyərli və əvəzsiz Mehriban xanım Əliyeva bu missiyası ilə bir daha Azərbaycanın daim öz ənənələrinə sadiqliyini, varisliyə münasibətini ortaya qoymuş oldu… Belə ki, ötən əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılaraq, insanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdilər.

Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərmiş, bununla da pandemiyanın qarşısı alınmışdı…

Təxminən bir əsr sonra Azərbaycanlı bir xanımın-öz varlığında xarici gözəlliklə daxili zənginliyin vəhdətini birləşdirən, müasir qadınlığın meyarına çevrilən Mehriban Əliyeva bununla  həm də bir varislik nümunəsi, keçmişimizə, Hacı Zeynalabdin irsinə ehtiramını ortaya qoymuş oldu…

Elə bilirəm ki, elə təkcə bu faktdan sonra hansısa dağa bələdçilik etməyə  elə bir ehtiyac qalmır və qalmayacaq…

Hər şey gün kimi açıq-aydın görünür…

Bu yerdə Cavid əfəndinin daha bir ölməz beytini xatırlamadan, yada salmadan ötüşmək, yan keçmək olmur:

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək…

Bəli, məhvə sürüklənən bəşəriyyət yox olmaqdan, uçurumdan məhz Mehriban xanım kimi qadınların, xanımların, siyasi liderlərin sayəsində qurtulacaq, yüksələcək…

Bir də deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Amma bizcə dünyanı gözəlliklə birlikdə,  Mərhəmət xilas edəcək. Gözəlliyi  və Mərhəməti bütünləşdirən, Mehriban Əliyeva kimi mətin, iradəli, qorxmaz, cəsur, məğrur, qətiyyətli xanımlar…

Qarşıdan bu məğrur, bu cəsur, mayası, xəmiri halalıqla, məhəmət və şəfqətlə yoğrulmuş  Azərbaycan qızının, əzizimiz, dəyərlimiz Mehriban xanımın həm də  növbəti doğum günü gəlir…

Doğum günü hər bir insanın həyatında ən yaddaqlan, ən əlamətdar günlərdəndir… Bu günü yaddaqalan, əlamətdar edən isə birinci növbədə həmin İnsanın özüdür, Onun müqəddəs əməlləri, ölçüyəgəlməz yaxşılıqlarıdır!

Odur ki, bu əlamətdar gün-doğum günü ilə bağlı Mehriban xanımı ürəkdən, səmimi qəlbdən təbrik edir, ona can sağlığı, sevinc dolu uzun ömür, işlərində, siyasi-ictimai fəaliyyətində yeni uğurlr, ailə həyatında daim xoşbəxtlik və səadət arzu edirik…

Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizimsiniz, bizimləsiniz, dəyərlimiz, əzizimiz  Mehriban xanım!

Azərbaycan naminə gecə-gündüz bilmədən, yorulmadan çalışan, hər bir Azərbaycanlıya yaxşı Prezident olmağı bacaran, bütöv bir xalqın sevimlisi olan cənab İlham Əliyevlə birlikdə, əl-ələ, çiyin-çiyinə getdiyiniz müqəddəs yolda  daim Qələbələr, Zəfərlər, Zirvələr qismətiniz olsun!

Doğum gününüz bir daha mübarək!

Böyük sevgilərlə,
Jalə ƏLİYEVA,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin professoru

loading...
loading...
DİQQƏT! Bakıda erməni ayranı satılır - FOTO
Cərimə olunan sürücüdən maraqlı addım - VİDEO
273 kiloqram arıqlayaraq ölümdən xilas oldu - MARAQLI
Həmvətənimiz Ukraynada bayrağımıza qarşı biganəliyə etirazını bildirdi - VİDEO
"Dostum mənə qarşı 125 minlik dələduzluq etdi, onu polisə də şikayət etmədim..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
Cəmiyyət
“Hamısını o qadın elədi, ərimin qarşısına şərt qoymuşdu ki, ya öz ailən, ya da mən..."
İqtisadiyyat
"Qəbələ dəmir yolu haqqında iradlar olduqca məntiqsiz və əsassız, həm də zərərlidir"
Dünya
Tramp bu dəfə gülləkeçirməz şüşənin arxasından çıxış etdi- FOTOLAR
Siyasət
“Kreml nə dünən, nə də bu gün Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəməyib”
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
Telli Borçalıdan üzücü XƏBƏR - "Toyda yıxılıb, həkim çatana kimi keçinib"
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
İnsanları “təsvir edilə bilməyən əzab” gözləyir: iqlim fəlakəti baş verdi
Vilayət Eyvazov Həzi Aslanova yeni vəzifə verdi
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Xaşdan vaz keçə bilməyənlərə 15 faydalı məsləhət: Düzgün yeyilmə qaydası...
"Yalnız bu halda Türkiyə  Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilər...”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Qalmaqallı biznesmenin maşınına bomba atıldı, cangüdənin başı qopdu - DƏHŞƏT + VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247