Xəbər lenti
13/07/2020 [01:51]:
Güneydən Ordumuza dəstək: Azərbaycan var olsun! - VİDEO
13/07/2020 [01:46]:
“Azərbaycanın yanındayıq” - Türkiyə XİN
13/07/2020 [01:11]:
Ermənistan silahlı qüvvələri mövqelərimizi minaatanlardan atəşə tutub
13/07/2020 [00:54]:
"Elə nazirlər var ki, xaricə gedib, özlərini müalicə etdirə bilmirlər" - Keçmiş nazir...
13/07/2020 [00:46]:
Bakıda motosiklet sürcüsüsü qəza törədib, ölən və yaralanan var - VİDEO
13/07/2020 [00:41]:
"Azərbaycan əsgəri öz tapşırığını tam şəkildə, canı-qanı bahasına yerinə yetirə bilib"
13/07/2020 [00:30]:
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
13/07/2020 [00:12]:
Cəbhədə vəziyyət yenidən gərginləşdi - RƏSMİ
12/07/2020 [23:40]:
Tovuzda şəhidlərimiz izdihamla qarşılandı - VİDEO
12/07/2020 [23:36]:
Bərdədə 23 yaşlı oğlan sevdiyi qızın atası tərəfindən güllələndi
12/07/2020 [23:13]:
Bakıda iki azyaşlı qızı avtomobil vurub
12/07/2020 [23:08]:
"Azərbaycan teatrı Mirzə Fətəlinin ölməz komediyaları zəminində yaranıb"
12/07/2020 [22:48]:
Rusiyadan daha 233 Azərbaycan vətəndaşı Bakıya gətirildi
12/07/2020 [22:46]:
Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini
12/07/2020 [22:23]:
Ermənistanın növbəti təxribatının qarşısı Azərbaycan Republikasının Silahlı Qüvvələri tərəfindən layiqincə alındı
12/07/2020 [22:20]:
Yaralı hərbçimiz həkimlərin səyinə baxmayaraq, həlak oldu - RƏSMİ
12/07/2020 [22:04]:
Şəhidlərimizdən birinin adı məlumdur - FOTOLAR
12/07/2020 [22:02]:
Atəşkəs rejiminin pozulduğu Tovuzdan son görüntülər - VİDEO
12/07/2020 [21:29]:
"Cəbhə bölgəsində yaşayan vətəndaşlarımız da bu məsələdə diqqətli olmalıdır"
12/07/2020 [21:05]:
"Düşmənə ağır zərbə vurulub və aldıqları cavab zərbəsini hələ uzun müddət unuda bilməyəcəklər"
12/07/2020 [20:26]:
Bakıda iki dost güllələndi
12/07/2020 [20:26]:
“Azərbaycan ordusu bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir”
12/07/2020 [20:24]:
Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxdu
12/07/2020 [20:21]:
"Dayanmaq olmaz, irəli getməliyik..."
12/07/2020 [20:17]:
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
12/07/2020 [20:14]:
Kürdoğlu Əsgərovdan Süleyman Süleymanlıya şillə kimi cavab: "Get işinlə məşğul ol..."
12/07/2020 [20:03]:
XİN-dən Azərbaycan - Ermənistan sərhədindəki təxribatla bağlı RƏSMİ AÇIQLAMA
12/07/2020 [19:51]:
“Qəhrəman övladlarımız, qollarınıza qüvvət!” - Deputatdan döyüşlərə reaksiya
12/07/2020 [19:36]:
Azərbaycan - Ermənistan sərhədindəki düşmən təxribatı Türkiyə mətbuatında - YENİLƏNİB + VİDEO
12/07/2020 [19:35]:
Banka silahlı basqın edildi - ANBAAN VİDEO
12/07/2020 [19:24]:
Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib - YENİLƏNİB
12/07/2020 [19:19]:
Hikmət Hacıyev: "Ermənistan tərəfi hər hansı ərazi əldə etməyib"
12/07/2020 [19:18]:
300 uşağı aldadaraq təcavüz etdi - RƏZALƏT
12/07/2020 [19:13]:
Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”
12/07/2020 [18:55]:
Məşhur aktrisa və qızı koronavirusa yoluxub - FOTO
12/07/2020 [18:54]:
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
12/07/2020 [18:53]:
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
12/07/2020 [18:12]:
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
12/07/2020 [18:11]:
"Barselona" Neymarın transferindən vaz keçdi
12/07/2020 [17:54]:
“Bu köpük nə vaxtsa azalacaq” - Putin
12/07/2020 [17:40]:
Azərbaycanda indiyədək 568234 koronavirus testi aparılıb
12/07/2020 [17:38]:
Milli Hidrometeorologiya Xidməti: İyulun 18-dək dağ çaylarından daşqın və sel keçəcəyi ehtimal olunur
12/07/2020 [17:37]:
Azərbaycanda koronavirusa yoluxanların sayı 24 mini ötdü
12/07/2020 [17:34]:
Azərbaycanda daha 520 nəfərdə koronavirusa aşkarlanıb, 8 nəfər vəfat edib
12/07/2020 [17:29]:
Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - SON DƏQİQƏ
12/07/2020 [17:26]:
Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
12/07/2020 [17:24]:
"Qaydalar önəmlidir, amma yeni gerçəklik ortamında BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir"
12/07/2020 [17:21]:
“Atatürkün evini soyqırım muzeyi edək...”- Yunan partiyasından qalmaqallı açıqlama...
12/07/2020 [17:16]:
“Aya Sofya ilə bağlı qərarı türk milləti verib” –Ərdoğan
12/07/2020 [17:14]:
Qazaxda minik və yük avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb - VİDEO
12/07/2020 [17:12]:
Yağışlar çaylarda sululuğun artmasına səbəb olub
12/07/2020 [17:05]:
Azərbaycanda sabiq nazirin anası vəfat etdi
12/07/2020 [16:50]:
Əli Məsimli: “Vahid müəllimin səhhəti normallaşıb”
12/07/2020 [16:42]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [16:39]:
Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var - RƏSMİ
12/07/2020 [16:24]:
"Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək"
12/07/2020 [15:50]:
“Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır” Ərdoğan
12/07/2020 [15:47]:
“Ağlım İstanbulda, Ayasofyanı düşünürəm və dərindən acı çəkirəm” - Papa da dilə gəldi...
12/07/2020 [15:47]:
Hafiz Paşayevin həyat yoldaşı vəfat edib
12/07/2020 [15:27]:
AQTA daha 74 obyektdə pozuntular aşkarladı
12/07/2020 [15:27]:
Gəncədə leysan yağışlar fəsad törədib - YENİLƏNİB
12/07/2020 [14:58]:
Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib –Nadir İsrafilov
12/07/2020 [14:38]:
“İnformasiya müharibəsi bəzən bütün müharibənin taleyini həll edir”
12/07/2020 [14:20]:
Yəhudilər hökumətin koronavirus siyasətinə qarşı  80 minlik mitinq keçirdi...- QARŞIDURMA -VİDEO
12/07/2020 [14:08]:
Qənirə Paşayeva son 1 həftədə 300 seçicisi ilə online şəkildə görüntülü danışıb, qayğılarını dinləyib
12/07/2020 [13:53]:
“Sosial şəbəkələrdəki görüntülər Hacıkəndə aid deyil” - Umayra Tağıyeva
12/07/2020 [13:51]:
Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti - SİYAHI/FOTO
12/07/2020 [13:48]:
Azərbaycanın xalq artisti koronavirusa yoluxdu
12/07/2020 [13:28]:
Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanılıb
12/07/2020 [13:27]:
Bu gün Azərbaycandakı Rusiya vətəndaşlarının təxliyəsi üçün aviareys təşkil olunacaq
12/07/2020 [13:00]:
COVID-19 çimərlikdə yoluxmur
12/07/2020 [12:59]:
Teymur Cəfərov EKMO cihazına qoşulub
12/07/2020 [12:56]:
Dünya üzrə koronavirusdan sağalanların sayı 7 milyonu ötdü
12/07/2020 [12:48]:
Qapalı məkanlarda tibbi maskalardan istifadə etməyənlər cərimələndi - FOTO
12/07/2020 [12:46]:
Anar özünün ən uğurlu hekayəsini seçdi... -“Mən, sən, o və telefon” ...
12/07/2020 [12:44]:
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi...
12/07/2020 [12:30]:
ABŞ-ın ən varlı qadını o oldu
12/07/2020 [12:26]:
ATƏT-in baş katibinin səlahiyyət müddəti uzadılmadı
12/07/2020 [12:26]:
Azərbaycan mətbuatında “gizli nəşrlər” - Nəsiman Yaqublunun araşdırması...
12/07/2020 [12:24]:
"Hər şeyi bağlasaq insanlar aclıqdan və yoxsulluqdan küçələrə çıxacaq..."
Bütün arxiv bir sırada
24/08/2019 [11:31] - Siyasət - ( 3924 dəfə baxılıb)

Etibar Məmmədov yenidən aktiv siyasətə qayıdır? - AMİP liderinin dünəni, bu günü və...



Müstəqilliyimizi elan edəndən bəri Azərbaycanda dondurulmuş bir siyasi mühit mövcuddur. Xarici güclərin dəstəyini alaraq, despotik hakimiyyətimi yürüdən rejim siyasi partiyaların fəaliyyətinə imkan vermədiyindən milli-azadlıq hərəkatı dövründən fəal olan siyasi liderlər yenə də öz iddialarındadır. Tale onlara öz siyasi bacarıqlarını nümayiş etdirmək imkanı vermədikcə, bu, belə də davam edəcək. Çünki hər hansı siyasi lider və təşkilatın tam sıradan çıxması üçün hakimiyyətə gəlməsi, xalqa təklif etdiyi platformanın nə dərəcədə faydalı olub olmadığını ortaya qoyması şərtdir. Azərbaycanda isə dondurulmuş siyasi həyat bu imkanı xeyli daraldır.

 Təsadüfi deyil ki, ölkədə hər dəfə siyasi atmosfer isinəndə həmin don da açılır və uzun illər papaq altında yatanlar iddialı bir şəkildə ortaya atılırlar. Zənnimizcə, situasiyanı zamanında və effektiv şəkildə dəyərlərindən biri də AMİP lideri Etibar Məmmədovdur. Son zamanlar Etibar Məmmədovun hər dəfəkindən daha çox fəallaşdığının şahidi oluruq. AMİP lideri artıq mətbu orqanlarda daha çox görünməyə başlayır, onun faktiki rəhbərlik etdiyi partiya regionlarda fəalliyyətini gücləndirib, partiyanın sədri funksiyasını yerinə yetirən Arzuxan Əlizadə açıq və eyhamlı ifadələrlə ciddi iddialar ortaya qoyur. Üstəlik, digər partiyalardan və təşkilatlardan da AMİP liderinin fəallaşması istiqamətində ciddi mesajlar gəlməkdədir.

Nə baş verir? Etibar Məmmədov yenidən aktiv siyasətə mi qayıdır? Bu qayıdışın altında yatan hikmət nədən ibarətdir?

 Ovqat.com-un əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Tahirin qələmə aldığı və  müzakirənizə sunduğumuz bu araşdırma yazısında bu suallara cavab axtarılır.

AMİP liderinin keçmişindən, bugünündən və perspektivindən bəhs edən yazı həm də gənc nəsillərə üzdə olan siyasiləri tanıtmaq məqsədilə qələmə alınmış siyasi portretlər silsiləsindəndir. Ümid edirik ki, dəyərli qələm dostumuz digər siyasilərin portreti üzərində də eyni dəqiqlik və etina ilə işləyəcək.

Hələlik isə Məmməd Tahirin təqdimatında Etibar Məmmədov.

 

  

 

Qızmar yay ayları olmasına baxmayaraq, Azərbaycanın siyasi həyatında artıq uzun illərdir ki, müşahidə edilməyən aktivlik hiss olunmaqdadır. Bir-birinin ardınca baş verən mitinq təşəbbüsləri, siyasi partiyalar arasında görüşlər, birlik çağırışları, partiya funksionerlərinin rayonlara səfərləri, payız gözləntiləri və s. Maraqlıdır ki, bu fəallıq təkcə ənənəvi müxalifət partiyalarında deyil, həmçinin parlamentdə təmsil olunan ayrı-ayrı siyasi partiyalarda da müşahidə olunur.

Belə  fəallıq fonunda AMİP-in fəaliyyəti də xüsusi maraq doğurur. Son bir neçə ay ərzində bu partiyanın funsionerləri qırxdan artıq rayonda yerli təşkilatların fəalları ilə görüşlər keçiriblər. Partiyanın sədr əvəzi Arzuxan Əlizadə isə son müsahibəsində sentyabra qədər daha iyirmi rayonda belə görüşlərin keçiriləcəyini bildirib. Həmçinin, AMİP, AXP və BAP-ın təşəbbüsü ilə siyasi islahatlarla bağlı keçirilən tədbirin də təşəbbüskarının məhz Azərbaycan Milli İstiqlal Partiyası olması məlumdur. Bu barədə keçmiş baş nazir Pənah Hüseyn dəfələrlə öz müsahibələrində bildirib və hazırlanan layihənin müəllifinin Rəşad Bayramov olduğu haqqında məlumat verib.

Partiya daxilindən əldə etdiyimiz məlumatda sentyabr ayında Partiyanın Məclisinin iclasının keçiriləcəyi və oktyabr-noyabr aylarında növbəti Qurultayın olacağı bildirilir. Digər bir məlumatda isə payız aylarında AMİP-in ayrı-ayrı Avropa ölkələrində müttəfiqi olan Siyasi Partiya nümayəndələrinin və Avropadan olan millət vəkillərinin iştirakı ilə Bakıda beynəlxalq konfransın keçiriləcəyi qeyd olunur.

Prosessləri az-şox izləyən hər kəs bilir ki, AMİP-də bu cür fəallıq artıq uzun müddət idi ki, müşahidə edilmirdi. Son dəfə bu partiyanın siyasi prosseslərdə aktiv rol oynaması 2010-2013 - cü illərə təsadüf edir. Həmin dövrdə də indi olduğu kimi, AMİP-in təşəbbüsü ilə siyasi partiyaların bir araya gəldiyini, partiya rəhbərliyində təmsil olunan şəxslərin regionlarda keçirdikləri tədbirləri, eləcə də müxtəlif mövzularla bağlı dəyirmi masa və konfranslar keçirdiyini, yəqin ki, xatırlayırsız. Amma məsələ ondadır ki, həmin dövr ölkədə parlament və prezident seçkilərinə təsadüf edirdi və AMİP kimi köklü bir partiyanın siyasi prosesslərdəki aktivliyi də başadüşülən idi. İndiki dövrdə partiyanın fəallaşması və önə çıxma cəhdlərini isə Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı səslənən fikirlərlə əlaqələndirmək olar.

Doğrudanmı Etibar Məmmədov aktiv siyasətə qayıdır?

Etibar Məmmədovun özü bu haqda suala Azadlıq radiosuna verdiyi müsahibədə aşaıdakı kimi cavab verir:

 

“Mənim aktiv siyasətdən çəkilməyimin əsas səbəbi yeni və gənc siyasətçilərin üzə çıxması, yeni siyasi güc mərkəzlərinin yaranmasına imkan verməklə bağlı olub. Lakin təəssüf ki, hələ də buna nail olunulmayıb. Nə yeni güclər meydana çıxıb, nə də cəmiyyət buna hazır olduğunu göstərib. Mən siyasətdən kənarda deyiləm. Müşahidə də edirəm, fikirlərimi də bildirirəm, lazım olanda məsləhətlərimi də, təkliflərimi də verirəm. Üzərimə vəzifə qoyulacağı, hər hansı bir iş təklif olunacağı, fikirlərimə ehtiyac yaranacağı, hər hansı bir məsuliyyətin altına girməklə bağlı təkliflər olacağı halda mən həmişə hazıram. Və heç vaxt da bu cür məsuliyyətin altına girməkdən imtina etməmişəm. Bu günə qədər dövlət üçün, millət üçün üzərimə vəzifə qoyulduqda da mən bundan qaçmamışam və məndən tələb olunan hər şeyi etmişəm. Üzərimə qoyulan istənilən vəzifə isə uğurla nəticələnib.”

Cavabdan da göründüyü kimi Etibar Məmmədov ehtiyac yaranacağı halda məsuliyyətin altına girəcəyini və bundan boyun qaçırmayacağını açıq şəkildə ifadə edib.

Mətbuat və sosial şəbəkələri izlədikdə görürük ki, artıq ayrı-ayrı siyasi partiya və ictimai fəallar E.Məmmədovun aktiv siyasətə qayıtması ilə bağlı çağırışlar edirlər. Bu kimi çağırışlar fonunda son bir neçə həftə ərzində AMİP-ə üzvlük üçün müraciət edənlərin sayında da çoxdan müşahidə edilməyən aktivlik olduğu ilə bağlı məlumatlar gəlməkdədir. Bu fakt AMİP funksionerləri tərəfindən də təsdiq olunur.

Ortaya suallar çıxır. Niyə məhz indi? Etibar Məmmədovun aktiv siyasətə qayıtmasına ehtiyac nədən yaranır?

Bu suala tutarlı cavab vermək üçün Etibar Məmmədovun siyasi fəaliyyətinə nəzər salmağa və onun hansı dövrlərdə siyasi prosesslərin önündə olduğunu təhlil etməyə ehtiyac var.

 

Tarixə baxış: Tələbəlik illəri

 

Ondan başlayaq ki, Etibar Məmmədov siyasi prosesslərə hələ tələbəlik dövründən qoşulub. Sovet İmperiyasının ən tüğyan etdiyi vaxtlarda Bakı Dövlət Universitetində təhsil alan E.Məmmədov burada Əbülfəz Elçibəylə tanış olur və gizli dərnəklərdə fəaliyyətə başlayır. Daha sonra Etibar Məmmədovun rəhbərlik etdiyi dərnəkdə divar qəzetinin çıxarılması haqqında qərar qəbul olunur. Razılaşdırılır ki, qəzetin adı «Odlar yurdu» adlandırılsın. Qəzetin başlığı alov dilimləri ilə haşiyələnmiş, sağ tərəfdə Babək, sol tərəfdə Səttarxanın üsyankar obrazları əks olunmuşdu.

Qəzet hazırlanır və 1974-cü ilin dekabrın 21-də dekanlığın qarşısındakı elan lövhəsindən asılır. Qəzet Universitetdə elan lövhəsində asıldıqdan iki saat sonra Universitet rəhbərliyi və Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən yığışdırılır. Etibar Məmmədov özü bu hadisəni belə xatırlayır:

O zaman universitetdə DTK-nın kuratoru var idi. O gəldi, dekan gəldi, bizi apardılar rektorun yanına. Orda da baş məqalə mənimki idi. Cənubi Azərbaycandakı Milli Hökumət haqqında yazmışdım. Yazıda Milli Hökumətin apardığı təhsil islahatlarından, iqtisadi islahatlardan, mədəni islahatlardan yazmışdım. Axırda da belə bir cümlə var idi: “Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil olsa, hansı nailiyyətləri əldə edə bilər”. Əlbəttə ki, o cümləni məqalədə bilərəkdən yazmışdım. Həmin cümlədən yapışıb mənə təzyiq edirdilər. Məndən tələb etdilər deyim ki, məni buna Elçibəy təhrik edib. Onun üzünə durmağımı tələb etdilər. Mən isə bundan qəti şəkildə imtina etdim, nəticədə məni Universitetdən xaric etdilər. Ancaq bir il sonra yenidən bərpa olundum və təhsilimi davam etdirdim.”

  

Siyasi fəaliyyətinin  II dövrü

 

Etibar Məmmədovun növbəti dəfə siyasi prosesslərdə aktiv iştirakı 1988-89-cu illərə təsadüf edir. 1988-89-cu illərdə Azərbaycanda Xalq Hərəkatının əsas özəyini Bakı Dövlət Universiteti təşkil edirdi desək, yəqin ki, yanılmarıq. Etibar Məmmədov gənc müəllim kimi yenə də hadisələrin önündə dayanır və təsadüfi deyil ki, elə ilk mitinqlər günü həbs olunur.

18 noyabr 1988-ci il tarixdə, yəni mitinqlərin elə ilk günlərində Etibar Məmmədov həbs olunaraq indiki Səbayel rayonu polis idarəsinə gətirilir. Ona qarşı şantajların səmərə vermədiyini və mitinqlərin gündən-günə gücləndiyini görən o zamankı rəhbərlik E.Məmmədovu cərimələyərək azad etmək məcburiyyətində qalır. Hakim S.A.Həsənzadənin imzası ilə Azərbaycan SSR Bakı şəhəri 26–lar rayon məhkəməsinin 18 noyabr 1988– ci il tarixli qərarında göstərilmişdir:

«S. M. Kirov adına ADU–nun müəllimi E. S. Məmmədov V. I. Lenin adına meydanda icazəsiz mitinqdə iştirak etmiş və saat 11-00–da tribunada çıxış üçün mikrofon tələb edərək, milis əməkdaşlarının xəbərdarlığına məhəl qoymamış və ictimai asayişi pozmuşdur».

Bu süni ittihamlara əsasən, məhkəmənin qərarı ilə E.Məmmədov 50 manat cərimə olunmuşdur.  

Gənc nəsil xatırlamasa da, orta və yaşlı nəsil Etibar Məmmədovun meydan hərəkatındakı fəaliyyətini onun çağırışı ilə yüz minlərlə insanın mitinqlərə toplaşdığını və Sovet İmperiyası əleyhinə ən kəskin çıxışlar etdiyini yaxşı xatırlayır. Hərəkatın aparıcı liderlərindən hesab olunan Etibar Məmmədov təkcə meydandakı insanları maarifləndirməklə kifayətlənmir, həm də gündəlik olaraq həmin dövr üçün, demək olar ki, hər evdə dinlənilən “Azadlıq radiosu”na verdiyi açıqlamalarla bölgələrdəki insanların da hərəkatın məqsəd və vəzifəsi haqqında məlumat almasında, eləcə də demokratik dünyanın Azərbaycanda baş verən hadisələr haqqında ətraflı məlumata malik olmasında xüsusi rol oynayırdı. Həmin reportajlar vasitəsilə Etibar Məmmədov və dostu, sonradan AMİP Siyasi Şurasının üzvü olan Mehdi Məmmədov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı mövcud olan informasiya blokadasını yarmağa müvəfəq olurdular.

  

AXC dövrü: Müstəqilliyimizin qətiyyətli tərəfdarı kimi

 

Etibar Məmmədovun siyasi fəaliyyətinin sonrakı dövrü AXC ilə bağlıdır. Təşkilatın yaranmasında danılmaz xidmətləri olan E.Məmmədov AXC-nin təsis konfransında ilk İdarə Heyətinin üzvü seçilir. Elə ilk iclasda da AXC Məramnaməsinə Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı maddə salınmasını təklif edir. Lakin Ə.Elçibəy və AXC-nin digər rəhbələrinin təkidi ilə həmin müddəanın Məramnamədə əksini tapmasına imkan verilmir. Bu hadisələri keçmiş baş nazir, AXP sədri Pənah Hüseyn özünün AXC təsis konfransı ilə bağlı yazısında aşağıdakı kimi təsvir edir:

Protokoldan çıxarış - “Konfransa qədər və konfransda ən ciddi diskussiya predmeti olan Azərbaycanın suverenliyi haqqında qətnamə layihəsini Pənah Hüseyn təqdim etdi. ...AXC hazırda Azərbaycan SSR-nin SSRİ tərkibindən çıxması məsələsinin qoyulmasını məqsədəuyğun hesab etmir. Bu məsələdə AXC tarixi reallığı, müasir beynəlxalq şəraiti, SSRİ-də milli münasibətlərin gərgin, ziddiyyətli və qeyri-stabil xarakterini, ölkədə gedən milli proseslərin dinc humanist inkişafı və ümumiyyətlə cəmiyyətin inqilabi yenidən qurulmasının ali mənafelərini əsas tutur. AXC belə hesab edir ki, ..... SSRİ tərkibində qalmaqla Azərbaycan SSR-nindövlət suverenliyinin əldə olunması üçün hələ ki, ən əlverişli və humanist yoldur.

Etibar Məmmədov: «Proqrama daxil etmək lazımdır ki, Azərbaycanın tam suverenliyi təmin olunsun. Məlumdur ki, dövlət daxilində ikinci suveren dövlət yaratmaq mümkün deyil. Buna görə də birinci suverenliyə nail olmaq lazımdır. Bu isə SSRİ tərkibində mümkün deyil».

 Ə.Elçibəy çıxış edərək «Biz ilk şərt kimi indiki mərhələdə Azərbaycanın SSRİ tərkibindən çıxması məsələsini qoya bilmərik» mövqeyini təkrarladı, bunu əsaslandırdı.”

(Qaynaq: https://musavat.com/news/azerbaycan-xalq-cebhesinin-yaradilisi-penah-huseynin-30-il-evvele-baxisi_627863.html)

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası ilə bağlı Etibar Məmmədovun üzərində təkidlə dayandığı məsələ yalnız bir neçə ay sonra AXC-nin sənədlərində öz əksini tapır. AXC-nin 9 dekabr 1989-cu il tarixli müşavirəsində AXC İdarə Heyətinin əksəriyyətini təmsil edən 9 nəfər üzvünün mövqeyini əks etdirən məruzədə bəyan olundu ki, Azərbaycanda hərəkat, eyni zamanda milli azadlıq və demokratik hərəkat xarakteri daşıyır. Bu hərəkatın ali məqsədi müstəqil Azərbaycan dövlətinin yaranması və həmin müstəqil dövləti demokratik cəmiyyət şəklində görməkdir.

  

Müstəqillik uğrunda mübarizə dövrü

 

Bununla da Azərbaycan tarixində növbəti dövr, Azərbaycanın Müstəqilliyi uğrunda mübarizə dövrü başlayır. Keçirilən çoxmilyonlu mitinqlərdə Azərbaycanın SSRİ tərkibindən çıxması ilə bağlı tələblər səslənməyə başlayır. Elə bu dövrdə də tətil hərəkatı geniş vüsət alır. Tətil komitəsinə isə Etibar Məmmədov rəhbərlik edir. Onun çağırışı ilə çoxlu sayda müəssisələr tətil hərəkatına qoşulur və ən nəhayət, SSRİ iqtisadiyyatının bel sütününa zərbə vurmaq üçün Respublika Dəmir Yollarında tətil elan olunur. Mitinqlərdə irəli sürülən tələblər yerinə yetirilmədiyinə görə E. Məmmədovun rəhbərliyi ilə avqustun 21 – 22 -də iki günlük, sentyabrın 4-dən 11-nə kimi bir həftəlik ümumrespublika tətili hazırlanır və keçirilir. Bu kütləvi tədbirlərdən sonra Azərbaycan KP MK ilə AXC Idarə Heyəti arasında 13 sentyabr 1989-cu il tarixdə danışıqlar aparılaraq 10 maddədən ibarət razılaşma protokolu imzalanmışdır. Etibar Məmmədovun Ali Sovetin Sessiyasında Azərbaycan SSR-in o zamankı rəhbəri Əbdülrəhman Vəzirovun çıxışını kəsərək ümumrespublikada tətil elan olunması ilə bağlı məşhur çağırışını yəqin ki, çoxları xatırlayır.

 

20 yanvar hadisələri və məhbəs həyatı

 

Və nəhayət, 20 yanvar hadisələrindən dərhal sonra AXC-nin tələbi və bilavasitə iştirakı ilə toplanan Azərbaycan SSR Ali Sovetinin 23 yanvar tarixli sessiyasında  ölkəmizin SSRİ-nin tərkibindən çıxması tələbini qoydu və bu tələb Ali Sovetin tarixi qərarında əks olundu. 20 yanvar hadisələri və AXC İdarə Heyətinin Azərbaycanın SSRİ tərkibindən çıxması ilə bağlı tələbi, eləcə də Ali Sovetin qərarı ilə bağlı məlmatları dünya ictimaiyyətinə çatdırmaq üçün Etibar Məmmədov düz imperiyanın paytaxtı Moskvada mətbuat Konfransı keçirmək qərarına gəlir. Bunun üçün o, əvvəl Qubadakı dostlarının köməyi ilə Mahaçqalaya, ordan da Moskvaya getməyə cəhd göstərir, lakin həmin günlərdə Mahaçqaladan Moskvaya təyyarə reysi olmadığına görə maşınla Tbilisiyə, oradan da gürcüstanlı dostlarının köməyi ilə Moskvaya gedir.

Yəqin razılaşarsınız ki, AXC İdarə Heyəti üzvlərinin pərən-pərən salındığı və gizlənmək məcburiyyətində qaldıqları bir dövrdə Moskvaya getmək çox təhlükəli və cəsarət tələb edən bir addım idi. Bütün çətinliklərə və təhlükələrə baxmayaraq, Etibar Məmmədov Bakıdan gizli yollarla çaxmağa müvəffəq olur və 25 yanvar 1990-cı il tarixdə Moskvada Azərbaycanın daimi nümayəndəliyində yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirir. Həmin mətbuat konfransında Azərbaycana göndərilən SSRİ qoşunlarını işğalçı adlandıraraq, baş verənlərdə M.Qorbacovun birbaşa məsuliyyət daşıdığını bəyan edir.

[media= https://www.youtube.com/watch?v=ln2hfE33FZw]

 

Baş tutmayan sui-qəsd cəhdi

 

Daimi Nümayəndəliyin binasının nəzarət altında olduğunu görən və ora nəzarət edənlərin məqsədini dəqiqləşdirmək üçün görkəmcə E. Məmmədova oxşayan Rövşən adlı bir şəxs onun paltosunu və şərfini geyinərək, bir neçə azərbaycanlı ilə nümayəndəlikdən çıxıb maşınla Moskvanın küçələrində manevr edərək yenidən nümayəndəliyə qayıdır. Bu zaman onu izləyən şəxslər maşını atəşə tuturlar. Maşın zədələnsə də, xoşbəxtlikdən orada olanlar xəsarət almırlar. Silahlı adamlar Rövşəni həbs edərək öz maşınları ilə qeyri-müəyyən istiqamətə aparsalar da, sonradan onun E.Məmmədov olmamasını görüb azad edirlər. Bundan sonra Nümayəndəlik mühasirəyə alınır.

Etibar Məmmədovun özü həmin hadisələri belə xatırlayır: “1990-cı ilin yanvar hadisələrindən sonra Moskvada mətbuat konfransı keçirildi və Azərbaycanın üzləşdiyi problemlər dünya ictimaiyyətinə çatdırıldı. SSRİ-nin və beynəlxalq aləmin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri həmin mətbuat konfransında iştirak edirdi. O zaman beynəlxalq ictimaiyyət Bakıda baş verən hadisələr haqqında tam olaraq məlumatsız idi. SSRİ rəhbərliyi Azərbaycanı informasiya blokadasında saxlayırdı. Mətbuat blokadasını yaran yeganə bir xətt “Azadlıq” radiosu idi. Mirzə Xəzər Azərbaycan dilli auditoriyaya baş verən hadisələr barədə danışırdı. Ancaq bilavasitə yanvar hadisələrinin iştirakçılarının dilindən məlumat əldə edilməmişdi. Ona görə o zaman qərara gəldim ki, SSRİ-də dünyaya çıxış üçün yeganə informasiya pəncərəsi olan Moskvaya gedim.

 

Heydər Əliyevlə ilk qarşılaşma

 

Moskvadakı Azərbaycan nümayəndəliyində xarici və yerli jurnalistlərin iştirakı ilə böyük mətbuat konfransı keçirildi. Bakıda baş verən hadisələr haqqında təfərrüatı ilə danışdım. Bildirdim ki, Bakıya hərbi qüvvələr yeritməklə və kütləvi qırğın törətməklə Azərbaycan xalqına qarşı hərbi cinayət işlənib. Xalqın tələbi SSRİ qoşunlarının Bakıdan çıxarılması və komendant saatının ləğv edilməsidir. Mətbuat konfransından sonra SSRİ rəhbərliyində olan şəxslərdən mənə telefon zəngləri gəldi. Mənə danışıqlar, Bakıdan qoşunların nə cür çıxarılmasının müzakirəsi təklif olundu. Danışıqlar gedəndə məlum oldu ki, Azərbaycan nümayəndəliyi tam mühasirəyə alınıb. Bu zaman mənə oxşayan bir gənci saxlamışdılar, lakin onun Etibar Məmmədov olmadığı bilinəndən sonra sərbəst buraxmışdılar. Çox gərgin bir vəziyyət yaranmışdı. Belə bir zamanda Heydər Əliyev nümayəndəliyə gələrək mənimlə görüşdü və Bakıdakıvəziyyət haqqında təfərrüatlı məlumat istədi. Ayrılanda ehtiyatlı olmağı məsləhət gördü. Elə həmin gecə Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu Azərbaycan nümayəndəliyinə hücum edib binanı darmadağın etdi. Hamını bir zala yığdılar, məni axtardıqlarını bildirdilər. Mən isə Azərbaycan nümayəndəliyinin rəhbərinin müavinin kabinetində idim. Məni həbs edib oradan Lefortovo həbsxanasına apardılar”.

  

Lefortovoda keçən 9 ay: “Toxunmayın Etibara!”

 Bununla da Etibar Məmmədovun həyatında zindan dövrü başlayır. 9 ay Lefertovo həbsxanasında təkadamlıq kamerada saxlanılan E.Məmmədov bütün psixoloji təzyiqlərə baxmayaraq SSRİ DTK-nin mitinqlərin dayandırılması üçün xalqa müraciət etməklə bağlı tələblərinə yox deyir və mübarizənin davam etdiriləcəyini bildirir. Etibar Məmmədovun həbs edilməsi ilə bağlı Bakıda və Azərbaycanın bütün bölgələrində etiraz və aclıq aksiyaları başlayır. Sonra bu aksiyalar daha geniş vüsət alaraq Moskvada Kremlin qarşısında və ABŞ-da Nyu Yorkda da keçirilməyə başlayır. Bir milyon beş yüz min insan Etibar Məmmədovun həbsdən azad olunması üçün hazırlanmış petisiyaya imza atır. Respublikada çıxan “FV-ÇP”, Tallində çıxan “Ocaq” və s. qəzetlərdə siyasi məhbusların müdafiəsi ilə bağlı yazılar nəşr olunmuşdu. “Ocaq” qəzetinin 1990-cı il 5-ci nömrəsində B.Vahabzadənin “Toxunmayın Etibara” şeri, “Etibara azadlıq!” emblemi çap olunmuşdu. “Etibara azadlıq!” emblemi E.Məmmədov həbs olunduqdan sonra respublikanın bütün ərazisində yayılmış, əksər nəqliyyat vasitələrindən asılmışdı. Nəhayət, uzun sürən mübarizənin nəticəsi olaraq Etibar Məmmədovun məhkəməsinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunur və 1-2 noyabr 1990-cı ildə Bakıda, Mərdəkanda məhkəmə prossesi keçirilir. Etibar Məmmədov məhkəmə zalından azad olunur. Azad olunan Etibar Məmmədov məhkəmə zalından birbaşa şəhidlər xiyabanına yollanır.

(ardı var)

Məmməd Tahir

AYB üzvü

loading...
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"Elə nazirlər var ki, xaricə gedib, özlərini müalicə etdirə bilmirlər" - Keçmiş nazir...
Dünya
300 uşağı aldadaraq təcavüz etdi - RƏZALƏT
Cəmiyyət
“Atatürkün evini soyqırım muzeyi edək...”- Yunan partiyasından qalmaqallı açıqlama...
Siyasət
Azərbaycan mətbuatında “gizli nəşrlər” - Nəsiman Yaqublunun araşdırması...
Siyasət
Ayasofyada bir cənazə namazı...
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
“Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...”- SOS!!!
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247