Xəbər lenti
04/12/2020 [17:22]:
Dənizçilər anım dəqiqəsinə qoşuldu - VİDEO
04/12/2020 [17:17]:
Naxçıvan yolundan sonra Zəngəzur, və... - Türk mütəxəssisdən SENSASİON AÇIQLAMALAR
04/12/2020 [17:11]:
Azərbaycan Fransaya nota verdi
04/12/2020 [16:53]:
İşğalçını qovan Azərbaycanın koronavirusa qarşı mübarizədə rolu - FOTO
04/12/2020 [16:50]:
Sabiq icra başçısı vəfat edib
04/12/2020 [16:45]:
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub
04/12/2020 [16:43]:
“Qarabağda Rusiya hərbi bazası qurulmayacaq,  amma...”-Hərbi ekspert
04/12/2020 [16:43]:
Qisas qiyamətə qalmadı...
04/12/2020 [16:36]:
Güllə atılırdı, əsgərimiz başını əymədən hücuma keçirdi - Qazi
04/12/2020 [16:28]:
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
04/12/2020 [16:23]:
Azərbaycanda koronavirusa təkrar yoluxma var, xəstə sayı 2-3 dəfə arta bilər - XƏBƏRDARLIQ
04/12/2020 [16:22]:
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terror aktlarından yazıb
04/12/2020 [16:20]:
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
04/12/2020 [16:16]:
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
04/12/2020 [16:08]:
Türkiyə Prezidenti: "Gələn həftə Azərbaycana səfər edəcəyəm"
04/12/2020 [16:07]:
"İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram"
04/12/2020 [16:03]:
Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, 41 nəfər vəfat edib
04/12/2020 [16:01]:
“30 ilə yaxın həsrəti ilə yaşadığımız cənnət məkanımızda dərs deməyin özü şərəfdir”
04/12/2020 [15:54]:
Evdə dalaşıb hava almağa çıxan kişi 420 km piyada yol getdi - FOTO
04/12/2020 [15:50]:
İşığı-ziyası ilə məlhəm olan adam...
04/12/2020 [15:43]:
Erməni diplomatlar Paşinyanın istefasını istəyir
04/12/2020 [15:40]:
İsmayıllıda yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb
04/12/2020 [15:37]:
Ankarada Vətən müharibəsi şəhidləri yad edilib - FOTO
04/12/2020 [15:35]:
Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB
04/12/2020 [15:34]:
“Mən şəhid olmasam, oğlum olar” - VİDEO
04/12/2020 [15:32]:
Şuşa qalasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO
04/12/2020 [15:30]:
““Vətən Müharibəsi Qəhrəmanı” adının Prezident İlham Əliyevə verilməsini təklif edirəm”
04/12/2020 [15:26]:
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq!
04/12/2020 [15:24]:
Gömrük Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [15:22]:
Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK
04/12/2020 [15:17]:
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
04/12/2020 [15:06]:
Mehriban Əliyeva: "Onlar bizim qəlbimizdə daim yaşayacaq"
04/12/2020 [14:57]:
“Azərbaycan Ordusunun uğurlu əməliyyatları və yeni şəraitdə vəzifələrimiz” mövzusunda videokonfrans keçirilib
04/12/2020 [14:54]:
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - VİDEO
04/12/2020 [14:52]:
Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ
04/12/2020 [14:52]:
"Müharibə ərəfəsində 2 zəfər marşı yazmışam, biri Baba Vəziroğlunun, digəri isə..."
04/12/2020 [14:45]:
Trampın qızı Baş Prokurorluqda dindirilib
04/12/2020 [14:44]:
“Polad Həşimova yazdığım şeiri təqdim edəndə bəstəkar dedi ki, mənə hay-küylü mahnı mətni lazımdı”
04/12/2020 [14:44]:
"Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"
04/12/2020 [14:25]:
Tarix yazan şəhidlərimizi qürurla anırıq!
04/12/2020 [14:12]:
“Türk dünyası “Vikipediya”da layihəsi çərçivəsində bir ay ərzində 60-dan çox məqalə yaradılıb
04/12/2020 [14:09]:
“Vətən müharibəsi dövründə ölkə mediasını rolu” mövzusunda elmi seminar keçirilib
04/12/2020 [13:43]:
Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı
04/12/2020 [13:41]:
“Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur”
04/12/2020 [13:39]:
Dağ Yəhudiləri Dini İcması şəhidlərin xatirəsini yad etdi – VİDEO
04/12/2020 [13:38]:
İstanbuldan ilk yük qatarı Çinə yola düşüb
04/12/2020 [13:37]:
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! - VİDEO
04/12/2020 [13:32]:
“Günəşli” faciəsindən 5 il keçdi
04/12/2020 [13:31]:
“8 noyabr zəfərində ən böyük pay sahibi şəhidlərimizdir”
04/12/2020 [13:25]:
“İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam
04/12/2020 [13:24]:
Xızı və Siyəzəndə şəhidlərin xatirəsi yad edilib - VİDEO
04/12/2020 [13:19]:
Yaşayış yerini qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcıları barədə cinayət işi başlanıldı
04/12/2020 [13:17]:
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı
04/12/2020 [13:13]:
Günel Hümbətova: “Şəhid övladlarının boyunlarına “yük” yığmayın ki...”
04/12/2020 [13:09]:
Xaçmaz və Qubada şəhidlərin xatirəsi anılıb - VİDEO
04/12/2020 [13:05]:
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, vəhdət namazı qılınıb - FOTO
04/12/2020 [13:03]:
Ana Vətən Partiyasının Qadınlar Şurası Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi
04/12/2020 [13:01]:
Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək...
04/12/2020 [12:59]:
Sabahdan havanın temperaturu düşəcək
04/12/2020 [12:55]:
“Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”
04/12/2020 [12:49]:
Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ
04/12/2020 [12:43]:
“Kamal Abdullanı Şuşaya görə təbrik etməməyim mənim səhvimdir...”
04/12/2020 [12:39]:
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər - FOTO
04/12/2020 [12:34]:
Şəhid Xudayarın ailəsi üçün ev tikiləcək
04/12/2020 [12:32]:
“Paşinyan sərxoş halda əmr verirdi ki,  Lələtəpəni alın, sizə general adları verəcəm...”
04/12/2020 [12:31]:
BDU-nun gənc müəllimləri tədris prosesinin təşkilindən danışır - FOTO
04/12/2020 [12:25]:
Afrikanın aparıcı neft şirkətinin zavodunda partlayış - VİDEO
04/12/2020 [12:22]:
Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım
04/12/2020 [12:15]:
Restoranlarda bir neçə toy məclisi keçirilib, polis araşdırmalara başladı
04/12/2020 [12:11]:
Azərbaycan əsgərləri Xankəndidədir
04/12/2020 [12:07]:
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [11:53]:
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
04/12/2020 [11:52]:
“Bizim də bir məzunumuz Füzulidə şəhid oldu, diplomunu qardaşına verdim..."
04/12/2020 [11:50]:
Vətəndaşlar Şəhidlər xiyabanını ziyarət edir, Vətən müharibəsi şəhidlərinə ehtiramlarını bildirirlər
04/12/2020 [11:47]:
“Memorial kompleksdə Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən xüsusi guşə yaradılsın”
04/12/2020 [11:41]:
Donald Tramp hərbi büdcə ilə bağlı layihəyə veto qoymaq niyyətini təsdiqləyib
04/12/2020 [11:39]:
Türk həkim peyvənd sayəsində dünyanın ən zəngin 500 adamı siyahısına daxil olub
04/12/2020 [11:38]:
Yaşayış yerinin qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb
04/12/2020 [11:37]:
“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub
04/12/2020 [11:37]:
"Bir tərəfdən Belçika Avropada yeganə fransız dilli ölkədir, digər tərəfdən..."
Bütün arxiv bir sırada
24/08/2019 [12:57] - Maraqlı - ( 1536 dəfə baxılıb)

Hamımız göyə və içimizə baxırıq... - IV məqalə



Son saatlarının gəlib çatdığını anladıqları zaman

  Prustu hələ də  oxumadıqlarının fərqində olan o ölüm

 döşəyindəki insanların sızlaması qorxuncdur. 

(U.Eko)

 

(M.Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)

 

I məqalə burada: https://www.moderator.az/news/282045.html?fbclid=IwAR1MqIpGcw-a7IVJdr-c-sezrWcvwLanAMzgWeaeZLjH04SIqQ6Wf0prVwU

 

II məqalə burada: https://moderator.az/news/282731.html

 

III məqalə burada: https://moderator.az/news/283730.html

 

Romanda zaman və əslində insanın özünü axtarışının bütün müəmmalı suallara cavab vəziyyətində olduğu kimi son olaraq bir istiqamətə yönləndirilməsini görürük:  göy üzünə və içimizə baxırıq...

 XIX əsrin sonu XX əsrin əvvəlləri elm, texnika, ədəbiyyat və ümumən incəsənət sahəsində intibahi inkişaf  dövrü kimi səciyyələnir. Təşəkkülü əsasən XIX əsrin 20-30-cu illərinə təsadüf edən romantizmin modern təfəkkür yaradıcılığı zamanında da mövcud olduğunu və hətta yeni çalarlar qazandığını müşahidə edirik  (Onu da qeyd edək ki, M.Prust dədqiqatçıları arasında onu romantizm cərəyanına aid edənlər də var).  Fəlsəfədə, eləcə də incəsənətin bütün növlərində olduğu kimi, ədəbiyyatda da insana yeni baxış mədəniyyəti, ideyası meydana çıxdı. İnsanın və ümumən cəmiyyətin zahiri göstəriciləri (ali və aşağı təbəqə ayrıseçkiliyi və s.) əhəmiyyətsiz axtarış kredosu kimi unuduldu və  tarixi, sosial-siyasi hadisələrdə bu kateqoriyaların (insanın və cəmiyyətin)  rolu, ilk növbədə isə insanın daxili, mənəvi-psixoloji aləmi əsas mövzu kimi canlandı. İnsanı özü ilə tanışlığa dəvət edən sənət estetikaları yarandı və qısa nüddətdə fəlsəfə, riyaziyyat, fizika, rəssamlıq, musiqi, ədəbiyyat və s. sahələrdə konkret nümunələrlə tezislərini isbatladı.

 M.Prustun romanından danışarkən “Prust zamanı” anlayışını da tez-tez yada salmalıyıq. M.Prustu yetişdirən əzəmətli tarixi dənəmlər olmuşdur. “Prusta qədərki zaman - intibahı”  və “Prust zamanı intibahı” - deyə iki ictimai-siyasi, sosial-mədəni inqilablar faktını göz önünə gətirək. İ.Q.Fixte (1762-1814), F. V. Şellinq (1775-1854), A. Şopenhauer (1788- 1860), E.T.Amadey Hofman (1776-1822), C.Bayron (1766-1824), P.B.Şelli (1792-1822) V.Hüqo (1802-1885),  J.Sand (1804-1876),  K.M.Veber (1786-1826) və başqa bu kimi dahi sənətkarların məktəbi, sənət estetikası və yenilikləri gələcək böyük modernizm inqilabı üçün zəmin idi.

M.Prust dövrünün sosial-siyasi, ədəbi-mədəni mənzərəsi isə göstərir ki,  ikinci və həlledici təkan kimi elm və mədəniyyət sahəsində yaradılan  inqilablar nəinki cəmiyyətin mədəni və sosial-siyasi həyata baxışını, hətta insanın özü və dünya, kainatla əlaqəsi fəlsəfəsinə münasibəti dəyişdi.

Tomas Mann, İqor Stravinski, Maks  Planck,  Albert Eynşteyn, Niels Henri David Bohr, Ziqmund  Freyd, Stivinq Sveyq, Tomas Eliot,  Pablo Pikasso, Henri Martisse, Piet Mondrian, Vasili Kandinski və başqa bu kimi elm və sənət təkamülçüləri, yenilikçiləri və ixtiraçıları məhz Prust zamanı adamları idi. Prustun müasirlərinin kim olması hətta onun romanının mövzu və ideyasına da təsir göstərib. Və bütün bunlar göstərir ki, Prust öz müasirlərinin elmi-fəlsəfi, mədəni-estetik baxışları ilə yaxından tanış idi.

V.Benjamin Prustun romanının bir hissəsini alman dilinə tərcümə etmiş və dostu Adornaya yazmışdı ki, Prustdan tərcümə edərkən bir kəlmə belə artıq işlətsən, hekayə mənasını dəyişir. Prustun əzəməti adamı qorxudur, o bir məktəb, bir kiabdır...

Prustun  bu romanına görə V.Vulfun öz yazdıqları belə gözündən düşmüşdü. Və bunu özü etiraf edirdi. Təkcə sənətkarlıq, fəlsəfə və həcm möhtəşəmliyi və ya təkrarsız xarakterlər silsiləsi yox, həm də insanın həyat fəlsəfəsində əbədi görünən bir ana sual hədəflənmişdi: Zaman içində əriyib yox olan, milyon-milyon gəlib-gedən  insan, yoxsa insanın içində əsir, məhbus kimi yatıb qalan zaman?! Hansı həlledicidir, hansı daha aparıcı və səbəb, vasitə olandır? Varolmanın sirri insandamı, ya zaman mövcudluğundamı? C.Coys bütün kainatı insanın beyninə, şüuruna yerləşdirdi və hər şeyi şüur axınından keçirib analiz edirdi.  M.Prust isə insanı zamanın əsiri kimi qəbul etmirdi,  zamanın insandan asılılığını, onun insanın içərisində əsir edilməsini, orada məhbus kimi yatıb qalmasını və yalnız insanın iradəsi, istəyi ilə yenilənə, azad ola biləcəyini konkret misallarla, hamıya tanış faktlarla sübut edirdi.

M.Prustun romanındakı zaman modern mədəniyyət, sənət və həyat, ictimai-iqtisadi formasiya zamanına bərabər anlayış deyildi. “Prustun “zamanı” klassik, fəlsəfi, mistik və bəlkə də kosmik, səmavi səviyyələrlə ölçülən qlobal anlayış  idi. Onun içərisində olduğu həyatın, kapitalizm zamanının obrazı epizod kimi keçir. Prust bu romanı yazmaqla bəşəriyyətin, kainatın hərəkət dövriyyəsi ilə bağlı zamanın cilovuna əl atmışdı.

“Zaman, günəşin hərəkətinə və gecə-gündüzə görə təkrarlanan, bəşəriyyətin təbiətlə ünsiyyəti və orta əsrlərdə sxolastik düşüncənin hakim olduğu müəyyən dövrlərdə təyin olunan dini ayinləri tənzimləyən dövri bir anlayışdır. Ancaq maariflənmə əsrində, dini doqmaların rasionallıqla əvəzlənməsi və təqvimlərin meydana gəlməsi, sənaye inqilabından sonrakı ilk dövrdə  zaman bir çay kimi gələcəyə doğru axan bir anlayışa çevrilir. Üstəlik, vaxt təkcə gündəlik həyatın ritmini tənzimləyən bir dəyər deyil, eyni zamanda fabrik sahibləri üçün iş saatlarının simvolu, fabriklərdə çalışanların zəhməti üçün istifadə olunan kapitalizmin lokomotividir”. (M. Küçüksarp)

Romanda hər şey zamana qoşulub yox olur, fəqət yaddaş vasitəsilə geri dönür. M.Prust bütün zamanların (əslində o zamanı tam bir bütöv kimi götürürdü, parçalanmamış, bölünməmiş) insan ruhunda oyanışı prosesini yaddaşda, şüuraltıda gizlənmiş əşyalar, müxtəlif detallar, fraqmentlər vasitəsi ilə reallaşdırırdı. O zamana səyahəti bəzən heçliyə, yoxluğa, boşluğa səyahət kimi izah edir. Onun analizinə görə qaranlığın da yaddaşı var və o çıxıb gedəndə əşyalar da dəyişir. “Bəlkə heçliyə geri dönəcək olsaq, onları itirərik, silinib gedər. Ancaq yaşadığımız müddətcə həqiqi cisimlər kimi bu anlayışlarla tanış olduğumuzu inkar etmək mümkün deyil, məsələn, lampanı yandırdığımızda otağımızdakı əşyaları dəyişdirən və hətta qaranlıqların yaddaşını dəf edən işığa şübhə edə bilmərik”. 

Prustun “Svanların tərəfi”nə aid qeydləri


Əsərin qəhrəmanı hay-küylü, çığırtılı bir günü xatırlayır. Həmin səs-küy yaddaşında canlanır. Səsi eşitmək üçün qulaq kəsilir, səs yaddaşın göstərişi ilə onun daxilindən, daha dərinlərdən gəlir. Səsi, çığırtını illər sonra bərpa edə bilir və belə qənaətə gəlir ki, bu dünyada heç nə itmir. Hətta o uzaq hay-küy və çığırtı belə onun öz içində varlığında imiş. O uzaqlıq keçmiş zaman hesab olunursa, deməli,  keçmiş zamanı adam öz içində nə vaxt istəsə, yeniləyə, canlandıra bilər.

“Çığırtı səsini daha yaxından eşitmək üçün öz içimdəki dərinliklərə qayıtmaq məcburiyyətində qaldım. Demək ki, çığırtı səsi içimdə həmişə mövcud olub. Və o səslə bərabər indiki zamanda var olan keçmişi  özüm də bilmədən daima içimdə saxlayırmışam.

 ... Keçmiş mənə bağlı idi, onu öz içimə baş vuraraq tapa biləcəyimə, ona qayıda biləcəyimə  əmin idim. Deməli, bu müddət ərzində bir an da olsa dayanmamış,  daima düşünmüş, öz varlığımda o zamanı yaşatmışdım... Ölümdən sonra zaman bədəni tərk edir və izsiz, solğun xatirələr artıq ölmüş qadından silinir, hələ işgəncə çəkdiyi kişilərdən də... Kombredəki bağçada eşitdiyim o uzaq səs, bununla birlikdə içimdə yer alan tarix, sahib olduğumu bilmədiyim uzun məsafələri ölçməyə yarayacaq çıxış nöqtəsiydi. Üstündə yol getdiyim kilometrlərlə uzanan, boyumdan çox-çox böyük,  içimdə yer alan o qədər ili daxilimə boylanarkən gördükdə başım gicəlləndi”.

Demək ki, bütün zaman sistemini, mexanizmini sadəcə içimizdə gəzdiririk və bu yüklə, özümüzdən xəbərsiz halda keçmişin nisgilini, gələcəyin həsrətini çəkirik. Prust insanın başını öz içinə döndürüb həmin zaman qalaktikasını ona göstərir. Xronologiyalar, illər, aylar, saatlarla bölüşdürdüyümüz, əslində isə bütöv zamanı...

O, ədəbiyyat vasitəsilə bizim sərhədlədiyimiz zamanı (keçmişi, indini və gələcəyi) insan ruhunda  sistemli, tam və bölünməz məfhum kimi yaradırdı. Onun romanında zaman yuxu və gerçəklik arasında bölündüyü kimi,  hisslər, düşüncələr və insanlara münasibət meyarı  da parçalanır,  ikiləşir və insanı daima dilemma qarşısında qoyurdu. Etimad və şübhələr bir-birini mütəmadi olaraq əvəzləyir, çaşqınlıq yaradırdı. Sevgi nifrətə çevrilir, nifrət dönüb məftunluq olurdu...

Odettanın sevgi dolu gözlərindən yaş axıb Svanın üstünə tökülür, ürəyinə od salır və Svan bu qadını elə bir sevgi ilə sevir ki, onu götürüb özü ilə həmişələlik aparmaq istəyir. Qız qəflətən “getməliyəm” – deyib dönüb laqeydliklə uzaqlaşır. “Amma qəlbi faciəli şəkildə çırpınır, Odettaya nifrət edir, az öncə sevdiyi gözləri oyub tökmək, yorğun və solğun üzünü əzikləmək istəyirdi. Madam Verdyurinlə birlikdə aşağı enən Odettadan addım-addım uzaqlaşırdı. Bir saniyə sonra, Odettanın gedişindən sanki  saatlar keçmişdi...  Rəssam Svanın diqqətini Odettanın ardınca dərhal yox olan III Napoleona yönəltdi. “Hər halda öz aralarında anlaşıblar” – deyə əlavə etdi. Sahilin bir az aşağı tərəfində görüşəcəklər mütləq, amma ayıb olmasın deyə birlikdə getmirlər. Odetta onun məşuqəsidir”. Svanın tanımadığı cavan oğlan ağlamağa başladı. Svan ona təsəlli verməyə çalışırdı. “O da haqlıdır, əslində”, – dedi, cavan oğlanın gözlərinin yaşını silib, papağını çıxararaq “Mən bunu neçə dəfə tövsiyə  etdim ona, üzüləcək nə var? Odettanı ən yaxşı anlaya biləcək kişi odur”.

Svan bu sözləri özünə deyirdi, çünki əsas tanımadığı cavan oğlan da o idi. Bəzi romançılar kimi o da daxili “mən”ini iki qəhrəman arasında, yuxunu görənlə qarşısındakı papaqlı gənc arasında paylaşmışdı”. 

Prust Svan və Odetta münasibətləri fonunda sevən insanın daxilindəki təlatümlərin anatomiyasını öyrənir. Diqqət yetirsək, Odettanın düşüncələri, daxili aləmi, psixoloji durumu, sevinci, sevgisi, sarsıntıları və s. kimi hallar arxaplanlıdır. Bu süjetdə bütün diqqət sevən kişinin bir qadın uğrundakı mənəvi-psixoloji tənəzzülü, əslində açılışı, hisslərinin, duyğu və düşüncələrinin qeyri-ixtiyari püskürtüsü romanına yönəlib. Heç bir parametr kəsişməsi, heç bir səviyyə, zövq, əsil-nəcabət uyğunluğu olmadan tam sənə zidd mövqedə olan bir insanı sevmək və onun yolunda özün də hiss etmədən kiçilib mikroskopik bir varlığa çevrilmək... Svan dəfələrlə öz-özünə Odettanı daha sevməyəcəyini, ona laqeyd olacağını bəyan edir. Amma bu bəyanatları onun – Odettanın pəncərəsinin altında gecələr onun hardan gəlməsini gözləyə-gözləyə edir. Eyni anda da özünə o qədər uzun ömür arzulayır ki, nə vaxtsa nahardan sonra Odettanı ziyarətə getdiyi gün Odettanın Foşvillə yatıb-yatmadığı müəmmasını öyrənə bilsin. 

Svan bu qadın uğrunda o qədər kiçilib çılızlaşır ki, hətta öz məşhur əsil-nəcabətini belə unudur, kim olduğunun, hansı təbəqəyə məxsus olduğunun fərqində belə olmur. Bəzən əvvəlki mövqeyinə qaytarılanda özü də çaşqın vəziyyətə düşür. “Svan, həqiqətən, uzun müddət “Svanın oğlu” olduğunu unutmuşdu və bu şəxsiyyəti bir anlığa bərpa etdikdə, digər usandırıcı zövqlərdən daha çox həzz alması da təbii idi. Özünü həmişə “Svan oğlu” olaraq görməyə adət etdiyi üçün burjua mehribanlığı və ehtiramı, aristokratiya rəğbəti ona xoş gəlirdi. Burjua rəğbəti heç olmasa, daha məntiqli və qanunauyğun görünürdü”. Bəzən də aristokratiya sinfi haqqında  onun düşüncəsində tam fərqli mənzərələr yaranır.  Elit cənablar və xanımların toplaşdığı ziyafətlər, məşhur rəssamların sərgiləri, Bethoven musiqisi, Ay işığı sonatası... 

Svanın həmişə “Gerçək həyat” – dediyi aristokratiya mühiti indi ona Dantenin “İlahi komediya” əsərindəki sonuncu dairəni xatırladırdı. “Ən bərbad həyat”, ”Ən bayağı mühit”,'Toplumun     ən düşük         təbəqəsi” – deyirdi.

“Dantenin son cəhənnəm dairəsi. Şübhəsiz ki, o böyük əsər Verdyurinlərdən bəhs edir... Yüksək zadəgan təbəqəsinə mənsub olanların da qüsurları var və bu qüsurları mənim qədər heç kim bilməz”.

Aristokratlar, hətta onu şəxsən tanımayan insanlar “Svan oğlu” statusuna görə ona ehtiram borclusu olduqlarını düşünür, bu soyada ənənəvi olaraq hörmət etməyi qanun kimi qəbul edirdilər...

Aristokratiya məclislərinin fəxri qonağı olan, durmadan belə məclislərə dəvətlər alan Svan indi Odetta zövqsüzlüyü və qədrbilməzliyi, saxtakarlığı və hiyləsi ilə üz-üzə qaldığını zənn etdiyi üçün özünü aldadılmış hesab edirdi.

Prust sevgini mərhələlərə bölürdü. Svanın eşqini ölümcül, sağalmaz sevgi qrupuna aid edir,  bu stadiyada tibbin də əlacsız olduğunu yazırdı. “Svanın sevgisi o qədər inkişaf etmiş bir xəstəlik idi ki, Svanın bütün vərdişlərinə, hərəkətlərinə, düşüncələrinə, sağlamlığına, yuxusuna, həyatına, hətta ölümünə və ölümdən sonrakı arzularına da nüfuz etmişdi. Belə ki Svanın özünü paramparça etmədən bu sevgini ondan söküb atmaq  mümkün deyildi. Cərrahi terminlə desək, eşqi artıq əməliyyat edilməyəcək hala gəlmişdi”. 

Prustun mətnində əşyalar, anlayışlar kimi düşüncə və hisslərin də canlı insantək yaradılmış obrazı var. Hisslərin isə elə insan adına bənzər adı var: Şübhə, Qısqanclıq, Sevgi, Qorxu, Yaltaqlıq, Riyakarlıq, Nifrət, Xəyanət və s.  Məsələn, romanda Svanla qoşa addımlayan bu hisslərin arasında bir də bir “Odetta xəyalı, Odetta düşüncəsi” – adlı obraz var ki, o Svanla bütün yolları, gecələri, səhərləri birlikdə qarşılayıb,  yola salır. Svan bu cür düşüncələrə daldığı bir gün Odettanın keçmişdə məşuqə həyatı sürdüyünə aid eşitdiyi sözləri xatırlamış, bu düşüncə onu rahat buraxmamışdır.  “Məşuqə” – adlandırılan ifadənin qaranlıq və şeytani çalarlarını o qədər həssaslıqla çözməyə çalışmışdı ki, axırda Qustav Moronun (fransız simvolost rəssamı, “İncil”lə və daha çox mifoloji obrazlarla bağlı əsərləri var – İ.M) xəyalları kimi qiymətli qaş-daşla bəzənmiş zəhərli çiçək çələngi – əcaib obrazına bütün fikri ilişib qalmışdı. “Maşına addımını atarkən, Odetta düşüncəsinin də onunla birlikdə sıçrayıb mindiyini hiss etdi, Odetta düşüncəsi onunla hər yerə gedir, süfrə başında oturanda da başqa qonaqlardan xəbərsiz vəziyyətdə yanında dayanır, sevimli heyvan kimi dizlərinin üstündə oturur.

Romandakı sevgi analizlərindən belə məlum olur ki, sevdiyimiz zaman, böyük sevgilər içimizə sığmır, o qədər böyüyür ki, sevdiyimiz insana doğru yol alır, orada özünə bir dayaq nöqtəsi tapıb həmin nöqtədən özümüzə – başlanğııc nöqtəsinə doğru qayıdır. Əslində “qarşımızdakının sevgisi” – dediyimiz şey elə öz sevgimizin hədəfə çırpılıb qayıtmasıdır. Bizdən çıxan sevgi geri qayıdanda daha çox həyəcanlanırıq və elə zənn edirik ki, qarşıdakı adamın sevgisidir. 
“Qarşılıqlı sevgi”– söhbəti yanlış imiş...

Amma biz bu məqamda həm də  M.Füzulinin “Leyli və Məcnun” əsərindəki Məcnunu düşünək. Eynən öz sevgisinə bürünən Məcnunu. Məcnunu sevgisi vurğun vurmuş kimi, ildırım kimi vurur. Məcnun öz eşqinə “mübtəla”, “giriftar” olur. Onun öz içindən çıxan sevginin həcmi və enerjisi həddindən çox idi. Ona görə özünə dönəndə bütün varlığını parça-parça edir.  Və Leyli də burada yalnız hədəf, obyekt rolu oynayır. Leyli özlüyündə böyük, dağıdıcı  eşq daşıyıcısı deyildi.

Svan Odettanın şəfqətli baxışlarında belə ölümcül xəstəyə təsəlli elementlərini görür və ikrahla ondan nəzərlərini yayındırmaq istəyirdi, amma bütün yollar yenə onu Odettanı sevməyə doğru aparırdı. O bir qadına aşiq olmanı kişinin  ruhunun o qadına ötürülməsi, köçürülməsi kimi qəbul edirdi. Belə çıxırdı ki,  önəmli olan qadının dəyəri deyil, ruh halinin dərinliyidir. Adi bir gənc qızın yaratdığı duyğular sayəsində mənliyimizin ən özəl, şəxsi, dərinliklərdə olan əlamətləri ortaya çıxa bilər. Yüksək səviyyəli bir adamın söhbəti və ya əsərlərini heyranlıqla seyretmə bunu əvəz edə bilməz. Necə ki aristokratiya nümayəndəsi Svanın Odettaya olan sevgisi bunu sübut edir. Bütün aristokratiya mühiti bu anlaşılmaz sevgidəki tərəfləri tərəziyə qoyub analizlər, müzakirələr aparır. Nəticədə söz hansısa tərəfin deyil, sevginin olur. O sevginin ünvanı layiqli və ya layiqsiz şəxs olsa belə,  dəyər sevginin mahiyyətinə verilir. Kimi sevmək yox, necə sevmək təhlil olunur.

“Mənim bildiyim həqiqət artıq yoxdur. Madam Svanın fərqli bir geyimdə və qeyri-müəyyən vaxtlarda xiyabanda görünməsi kifayət idi ki, bütün mənzərə dəyişsin. Tanıdığımız yerlər yalnız təsəvvürümüzün tərtib etdiyi xəritədə mövcuddur və burada mənəvi rahatlıq tapırıq. Onların hər biri sadəcə o dövrdəki həyatımızın bir-biri ilə əlaqəli təəssüratlarından yığılmış incə fraqmentlərdir, müəyyən bir yaddaş epizodu  yalnız müəyyən bir an üçün təəssüf hissi keçirməyə səbəb olur. Heyhat, evlər, yollar, xiyabanlar da illər kimi uçub gedir”.

Qısqanclıq hissi Svanı xəstələndirmişdi. Odettanı yuxuda belə III Napaleonun məşuqəsi kimi görür. Yuxuda reallıq, reallıqda yuxu qarışıqlığı, anlaşılmazlığı taqətini tükədir. Və bir gün Svan ucadan öz-özünə qışqırır: “Məgər həyatımın o qədər illərini xərclədiyim, uğrunda ölmək istədiyim, ən böyük eşqimi yaşadığım  qadın,  əslində, xoşlamadığım, zövqümcə olmayan qadınmış?!”

Svanın sevgisi onun yaradıcılığını, tədqiqatlarını, işini də alt-üst edirdi,  böyük rəssam Vermerlə bağlı araşdırmasını da məhz qısqanclıq səbəbindən ləngidirdi, Drezdenə və başqa şəhərlərə getməliydi, lakin Odetta Parisdə ikən o başqa şəhərə necə gedə bilərdi? –  deyə narahat olurdu.

Prust insan psixologiyası və insanın psixoloji, ruhi dəyişimlərindəki halları idealistcəsinə, xəyali və romantik tezislər, təhlillərlə izah etmir. Onun istənilən məqam üçün rəsm etdiyi səhnə, təsvirlər adama doğma gəlir. Obrazlarının deyil, ümumiyyətlə, insanın və insanlığın tarixçəsini vərəqləyir, tədqiq edir və sən mütləq özünü orada görürsən. Yüzlərlə misal göstərmək olar. “Bəzi həssas insanlar gizlətdikləri göz yaşlarını kiminsə gözündə görərsə, dözməz, nalə qoparar”. İllərlə sıxıb saxladığın göz yaşlarını yad bir adamın gözündə  görürsən və o adam sənə doğmalaşır, ona acıyırsan, yanırsan. Onun kədərinə dözə bilmirsən... Çünki sənin şüuraltındakı ağrını, göz qapağı arxasındakı kədərini sənin üçün o açıb göstərir...

Romanda saysız-hesabsız psixoloji yanaşma analizləri var ki, onun məğzi, nəticəsi adi həyati məsələlərin, münasibətlərin əsl həqiqətini açır. Məsələn, müəllif göstərir ki, əslində bizə oxşayan nə varsa ona nifrət edirik, qüsurlarımızı başqalarında gördükdə hövsələdən çıxır, onları tənqid edirik. Xüsusilə də yaşlı adamlar öz eyiblərinin oxşarını gənclərdə görərkən onları amansızlıqla yamanlayır, lənətləyir. Ailələrdə sevgiyə rəğmən, hətta nə qədər böyük sevgi olursa olsun, o qədər də böyük anlaşılmazlıqların olması, bu anlaşılmazlıqların bitməməsi səbəbi məhz həmin bənzərliklərdəndir.

Prustun portretləri və münasibətləri təsvir edən qələmi bəzən ikisini bir cümlədə belə ifadə edə bilir: “Üzündəki ifadələr sanki sadəcə mənim üçün yaradılmış bir dildə yazılmışdı”.

 “İtmiş zamanın sorağında” romanında üslub fərqliliyi əvvəldə dediyimiz kimi,  məqsədli şəkildə,  bəzən mətnin məzmunu ilə bağlı, bəzən ədəbi üslublara parodiya şəklində ifadəsini tapır.

Məsələn, misal göstərdiyimiz bu parçada  Prust romanının ümumi intonasiyasından seçilən, zadəgan təbəqəsinin  pafosuna uyğun şəkildə yazılmış cümlələr xüsusi işarə kimi diqqəti cəlb edir. “Oo, nəhayət gəldiniz, sizi əsrlərdir görmürdük”, – dedi  general Svana. Sonra da Svanın solmuş çöhrəsi diqqətini cəlb etdi, xəstələndiyi üçün aristokrat məclislərindən kənarda qalmasını zənn etdiyini bildirdi: “Çox yaxşı ki gördüm sizi!” Bu arada – M.de Breotenin      “Əzizim, siz ha, nə edirsiniz burada?” – deyərkən  yüksək cəmiyyət romançısı yeganə psixoloji araşdırma və acımasız  təhlillər orqanı  olan monoklunu gözünə sıxdıqdan sonra əsrarəngiz, özünü göstərən bir ədayla “r” hərfini sərt tələffüz edərək cavab verdi: “Müşahidə edirəm”.

“Bir neçə addım qabaqda xəyallara dalmış vəziyyətdə duran uniformalı, cüssəli dəliqanlı Mantenyanın ən hərəkətli tablolarında, ətrafında alt-alta,  üst-üstə bir-birini boğazlayan insanları qalxanına dayanaraq müşahidə edən dekorativ döyüşçü qədər tərpənməz, heykəlləşmiş və anlamsızdır.  O, Svanın çevrəsində  dörd dönən dostlarından kənarda dayanaraq, qəddarlıq tökülən baxışlarıyla dalğın-dalğın müşahidə etdiyi bu səhnəyə, adətən məsumların qətli və ya Əziz Yaqubun şəhid edilməsini izləyirmiş kimi laqeyd qalmağa qərarlıydı”.         

Prust yeri düşdükcə musiqi, rəsm, memarlıq, heykəltaraşlıq sənətinin klassik nümunələrini müasir dövrlə əlaqəli şəkildə yenidən canlandırır, təhlil edir. Andrea Manteqnanın sənətindən də mətnin məzmununa uyğun şəkildə söhbət açır. Antik Roma mədəniyyəti və incəsənətinə dərindən bələd olan Manteqnanın həyatı və əsərlərinin estetikası, dinamikası və ideya mesajı maraq doğurur. Məhkəmə rəssamı olan XV əsrdə yaşamış A.Manteqna xidməti vəzifəsində nə qədər sabit, sədaqətli və üzüyola olsa da, əsərlərində azad, orijinallığını prinsipiallıqla təsdiq etdirən sənətkar idi.  Manteqna sənəti sərt, bəzən amansızlıq nümayiş etdirən və bəzən də erkən renesansın italyan rəssamı və nəzəriyyəçisi  Piero della Francesca sənətinə qarşı sərt mövqedə dayanan estetika ilə zəngin idi. Manteqnanın ilk freskaları Eremitani Padua kilsəsində qurulmuşdu. Prustun romanında antik və modern sənət təsvirlərinin eyni cəmiyyətdə, eyni aristokrat təbəqə insanları arasında qavramı təhlil edilir. Modern və inkişaf etmiş aristokratiya klassik sənət, ədəbiyyat, mədəniyyət və fəlsəfə dəyərini, estetikasını necə qavrayır? Romanda bununla bağlı, Verdyurinlərin ziyafətləri səhnələri rəsm edilir və daha çox istehza, parodiya işarələri ilə... Ən qədim kilsə freskoları və XX əsr modern sənət estetikası çarpazlaşması əslində insanın daxilində, hisslərin iştirakı ilə ortaya çıxır. Qədim kilsə divarlarının və boyaların, heykəllərin müəllifləri olan insanlar müasir cəmiyyətin, modern dünyanın adamı kimi obrazlaşır. Əvvəlki məqalələrdə də vurğuladığımız kimi, Prust  əsrlər öncə yaşayan insanların müasir insanlarla görüşünün ancaq sənətdə, tarixi abidələrdə mümkün olduğunu vurğulayır. Burada artıq müxtəlif insanlıardan söhbət getmir, sanki eyni insanın, bəşər övladının dünən yaratdığı və bu gün üzərində işlədiyi sənət əsərindəki zamansızlıq və məkan vəhdəti fəlsəfəsini kəşf edir. Məsələn, rəssamlıq, bəstəçilik, romançılıq bir, vahid obyektdir, bütün yaradıcılar bu kateqoriyanın süjetində sadəcə iştirakçıdır. Və yaxud, zamanla bağlı, tutaq ki, Platon, Aristotel, Kant, Berqson və Prust nəzəriyyələri var və bu müxtəlifzamanlı nəzəriyyələr, əslində, zaman haqqında baxış, estetika və görüşlərin bir süjetdə şaxələnməsidir. Yəni zaman məsələsində yüzlərlə filosof nə deyirsə desin, nəticədə bu məfhuma insanın, sanki bircə insanın yekun baxışı kimi xitam verilir. Prust ümumiləşdirmələri məhz bu baxımdan möhtəşəmdir. O, sevgi, nifrət, qorxu, qısqanclıq və s. anlayışların praktik və nəzəri təhlillərini də bu şəkildə ümumiləşdirir.

Orhan Koçak Samuel Beckettin “Prust” adlı kitabına yazdığı giriş sözündə göstərir ki, S.Baskett F.M.Dostoyevski ilə Prust arasında əlaqə görən ilk müəllif idi.O həm də M.Prust yaradıcılığında romantizm cərəyanına xas əlamətləri seçib təhlil etmişdi. “Beckett Prustun romantik hərəkatla əlaqələrini vurğulayır, eyni zamanda onun romantizminin hədsiz dərəcədə subyektivliyini bildirir. Prust, romantik sənətkar olaraq patoloji cəsarət və qüdrəti ilə sensasiyaya meylli olduğunu sübut etdi”.

Müəllif həm də mətnin mənəvi-psixoloji mənası olduğunu da göstərir, bunun üç səviyyədə ifadə olunduğunu bildirirdi.  1.allegorik məna, 2. mənəvi məna və 3. analoji məna. Misal üçün, Tövrat hekayələrindəki hadisələri İncil və İsa baxımından şərh etmək mənəvi məna olduğunu göstərir, analoji  məna insanın əsirlikdən qurtuluşu və əbədi xoşbəxtliyi mənasına gəlir. Beckett anagoniyaya başqa bir nüans əlavə edir: Anagoji, bir simvolun (və ya görüntünün) müqəddəs mətnlərdə yazılmış şərti mənasından müstəqildir və öz muxtariyyətini qazanır”.

Bundan sonrakı Marsel  sevgisi isə davam və yeni obyektlərdə, yeni insanlarda həmin sevginin təcəlləsi kimi əksini tapır.


İradə Musayeva

Ardı var

24.08.2019

 

loading...
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
Günel Hümbətova: “Şəhid övladlarının boyunlarına “yük” yığmayın ki...”
"Bir tərəfdən Belçika Avropada yeganə fransız dilli ölkədir, digər tərəfdən..."
"İstərdim ki, Türkiyə ordusu hər zaman Azərbaycanla birgə olsun, həm göydə, həm yerdə, həm ürəkdə"
"Mən bu barədə qiyamətdə də qürurla şahidlik edərəm ki..."
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Siyasət
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
Cəmiyyət
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
Gündəm
“Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”
Cəmiyyət
“Ağdama getmək istəyirdim, amma onların minaya düşməsindən sonra qoymadılar...”
Cəmiyyət
"Nə qədər ağır olsa da bütün şəhidlərin adları açıqlanmalıdır, tanınmaq onların haqqıdır"

Həftənin ən çox oxunanları
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO
İsti su ilə limon virusu ağciyərə çatmadan öldürür... - HƏKİM MƏSLƏHƏTİ
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247