Xəbər lenti
11/08/2020 [07:45]:
Ağ Ev yaxınlığında baş vermiş atışmaya görə Tramp brifinqi tərk edib - VİDEO
11/08/2020 [07:29]:
Şahzadə Harri Meqan Markla görə ən yaxın dostundan üz döndərdi
11/08/2020 [07:24]:
"Bütün şərab, araq satılan dükanlar işləyir,  amma Allah evləri bağlıdır?.."
11/08/2020 [07:11]:
Putin peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi
11/08/2020 [07:10]:
ÜST COVID-19 əleyhinə peyvəndi əldə etmək üçün lazım olan məbləği açıqladı
11/08/2020 [00:16]:
Buraxılış imtahanlarının nəticələri elan olunub
10/08/2020 [23:38]:
Nə qəribə təsadüfdir ki, Vətən həsrətli sənətkar Milli Ordu Günündə haqqın rəhmətinə qovuşub...
10/08/2020 [23:22]:
"Müxalifət liderinə qarşı sui-qəsd hazırlanmışdı..."
10/08/2020 [23:16]:
Livan prezidenti hökumətin istefasını qəbul edib
10/08/2020 [22:43]:
"Distant təhsilin həyata keçirilməsində xeyli problem var" - Etibar Əliyev
10/08/2020 [22:41]:
Prezident daha bir qanunda dəyişikliyi təsdiqlədi
10/08/2020 [22:38]:
Livan parlamentinin qarşısında yenidən iğtişaşlar başlayıb
10/08/2020 [22:34]:
Qızılın qiyməti bu vaxt aşağı düşəcək - Ekspert
10/08/2020 [22:11]:
Bu ölkələr qulaq asmır, gələcəyini qaraldır - Ərdoğan
10/08/2020 [22:10]:
Rusiya millisinin sabiq futbolçusu hakimi döydü
10/08/2020 [21:55]:
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı -FOTOLAR
10/08/2020 [21:41]:
Slovakiya Rusiya diplomatlarını ölkədən çıxardı
10/08/2020 [21:40]:
Anası ölən danaya it sahib çıxdı - VİDEO
10/08/2020 [21:39]:
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb
10/08/2020 [21:35]:
Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı
10/08/2020 [21:34]:
Türkiyədə xüsusi təyinatlı zabitlər qəzada həlak oldu
10/08/2020 [21:32]:
Tovuzda baş verən qəzada bir nəfər xəsarət alıb
10/08/2020 [21:32]:
"Andaman və Nikobar adaları beynəlxalq dəniz ticarətində əsas liman mərkəzi olacaq"
10/08/2020 [21:30]:
Azərbaycan məhsulları Çində bu il ilk beynəlxalq sərgidə nümayiş olundu
10/08/2020 [21:29]:
Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO
10/08/2020 [21:29]:
BƏƏ-nin ən iri neft şirkəti satış qiymətini azaldır
10/08/2020 [21:10]:
Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin işçilərinin sosial müdafiəsi gücləndirilir
10/08/2020 [21:02]:
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiq olunub
10/08/2020 [20:38]:
DMX-nın vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edilib
10/08/2020 [20:36]:
İctimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin vəzifələri artırılıb
10/08/2020 [20:28]:
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
10/08/2020 [20:26]:
QHT-lərin təsis sənədlərində edilən dəyişikliklərin qeydiyyatı qaydası müəyyən edilib
10/08/2020 [20:09]:
Pentaqon Ermənistanda və Azərbaycanda yarasa toplayır? - İNANILMAZ İDDİA...
10/08/2020 [19:57]:
Elektron qolbaq daşıyacaq şəxslərin siyahısı artırılıb
10/08/2020 [19:54]:
Britaniyada son sutkada 816 nəfər koronavirusa yoluxub
10/08/2020 [19:30]:
“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”
10/08/2020 [19:22]:
Bakı-Kiyev çarter reysinin tarixləri açıqlandı
10/08/2020 [19:16]:
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
10/08/2020 [19:12]:
“Qrant haqqında” qanuna dəyişik edildi
10/08/2020 [18:59]:
Livan hökuməti tam tərkibdə istefa verir
10/08/2020 [18:53]:
Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir
10/08/2020 [18:52]:
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
10/08/2020 [18:51]:
Separatçı rejim Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
10/08/2020 [18:48]:
Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb- FOTO
10/08/2020 [18:43]:
Bakıda ağacları zədələyən şəxs cəzalandırılıb
10/08/2020 [18:42]:
Özündən iki dəfə yaşlı qadını zorladı
10/08/2020 [18:40]:
Sahil Babayev: "Bu il rekord göstərici qeydə alınıb"
10/08/2020 [18:39]:
Antonio Banderas ad günündə koronavirusa yoluxduğunu açıqladı
10/08/2020 [18:35]:
"Bu təlimlər işğalçı və onun havadarlarına sadəcə xəbərdarlıq deyildi, həm də..."
10/08/2020 [18:33]:
Bu gün Rusiyada Türkiyə kurortlarına uçuşlar bərpa olunub
10/08/2020 [18:29]:
Sərkisyanın xaç oğlu da həbs edildi
10/08/2020 [18:20]:
Azad Rəhimovdan qeyri-olimpiya idmançılarına təklif: “Gəlin, nazirlikdə məşq edin”
10/08/2020 [18:17]:
Damla koronavirusa yoluxubmuş: "İy, qoxu bilmirdim..."
10/08/2020 [17:54]:
Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO
10/08/2020 [17:51]:
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO
10/08/2020 [17:45]:
I və IV qruplar üzrə qəbul imtahanlarının ikinci mərhələsinin vaxtı açıqlandı
10/08/2020 [17:41]:
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO
10/08/2020 [16:55]:
“Dedi ki, nəvələrim mənə siqaret pulu saxlayıb, təqaüdümü aparırlar...”
10/08/2020 [16:53]:
Kadırov Lukaşenkodan yazdı
10/08/2020 [16:44]:
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
10/08/2020 [16:38]:
Ermənilər Rusiya torpağına da göz dikdilər
10/08/2020 [16:37]:
"Toyların keçirilməsinə icazə veriləcək? - Deputatdan AÇIQLAMA
10/08/2020 [16:36]:
İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində - YENİLƏNİB
10/08/2020 [16:33]:
“İşləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manatdır”
10/08/2020 [16:25]:
Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxslər işdən çıxarıldı
10/08/2020 [16:21]:
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
10/08/2020 [16:21]:
Livanda daha bir nazir istefa verdi
10/08/2020 [16:15]:
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
10/08/2020 [16:04]:
Prezident: “Bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq”
10/08/2020 [15:58]:
Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər -BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlar danışır
10/08/2020 [15:40]:
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi
10/08/2020 [15:22]:
Azərbaycanın məşğulluq xəritəsi hazırlanır
10/08/2020 [15:20]:
Köpəklər koronavirusu saniyələr içində müəyyənləşdirə bilirmiş
10/08/2020 [15:20]:
Qaxa istirahətə gedən 9 nəfər cərimələndi
10/08/2020 [15:18]:
Koronavirusa qarşı peyvənd istehsal olunacaq
10/08/2020 [15:15]:
“Aprel döyüşü”nün müzəffər əsgəri... - Koronavirusla mübarizə aparır
10/08/2020 [15:04]:
İranda virusdan ölənlərin sayı 19 minə çatır
10/08/2020 [14:59]:
Dənizdə neftçi itkin düşüb
10/08/2020 [14:58]:
“Apple”a qarşı “Armudu almadan qoruyun” petisiyası başladıldı
10/08/2020 [14:57]:
Dünya İqtisadiyyat Forumu həyəcan təbili çaldı - Milyonlarla şagirdin təhsil həyatı daha da pisləşə bilər
Bütün arxiv bir sırada
30/08/2019 [14:41] - Maraqlı - ( 11107 dəfə baxılıb)

"Müqavilə bağlanandan sonra ruslar Londonda yaşayan nəvələrinizi öldürəcəklər" - ŞOK...



Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun "Acı həqiqət" siyasi-publisistik əsəri artıq çapa hazırlanır. 

Moderator.az əsərin bəzi hissələrini oxuculara təqdim edir:


Ertəsi gün: saat 22:30

“Qolfestrim-150” markalı təyyarə Bakı hava limanına endi. Təyyarə uçuş-eniş zolağında surətini azaldaraq dayanacaq meydanında dayandı. 

Saat 22:40. Təyyarəni dayanacaq meydançasında hava limanının xüsusi avtomobili müşayət edirdi. Təyyarə dayanacağına tərəf açılan deputat zalının girəcək qapısında iki adam, yaxınlıqda isə qara rəngli “Mersedes” markalı avtomobil dayanmışdı. Bir neçə dəqiqə sonra təyyarə bu adamlardan 25-30 metr aralıda dayandı. 
Bəylər dilləndi: 
– Rauf,  getdik. 
Onlar təyyarənin qapısı açılanda və trap yerə dəyəndə ora çatdılar. “Mersedes” isə onlardan bir-iki addım kənarda dayanmışdı. 
Təyyarədən bir nəfər endi. Onu qarşılayanları ingilis dilində salamladı. Rauf ingiliscə salamı aldı və Bəyləri qonağa təqdim etdi. Sonra özünün kimliyini bildirdi. Qonağa “xoş gəlmisiniz” deyərək ona “Mersedes”ə oturmağı təklif etdi. Qonaq gülümsəyərək minnətdarlığını bildirdi, sağ tərəfdən arxa qapını açan Raufa “sağ olun” deyib avtomobilə oturdu. Bəylər sürücünün yanında, Rauf isə arxada sol qapını açaraq, qonaqla yanaşı oturdu. “Mersedes” hava limanından çıxanda, bir polis avtomobili şəhərə doğru yüksək sürətlə şütüdü. Avtomobillərin gur işığı yolu işıqlandırırdı. Yol kənarındakı hündür elerktrik dirəklərdən asılmış lampalar adda-budda yanırdı. Ətrafda can sıxıcı zülmət hökm sürürdü. Qonaq avtomobolin qapısının şüşəsini örtən pərdəni azacıq açıb çölə baxdı. Avtomobillər sərnişinləri mənzil başına çatdırmağa tələsirdilər. Bakı şəhərinə çatanda küçələrdə tək-tük avtomaşınlar görünürdü. Neftçilər prospektinə çatdılar. Küçələrdə ins-cins gözə dəymirdi, hər yan bomboş idi. Belə vaxtlarda heç kim qorxusundan küçələrə çıxmırdı. Şəhər sakinləri azğınlaşmış silahlılardan qorxurdular. 
Sahil Bulvarı öz pərəstişkarlarını itirmişdi. Görəsən, onlar bir də nə vaxt bura qayıdacaqlar? Nə vaxt onun ağuşunda şaqraq gülüş sədası, sevinc dolu səslər eşidiləcəkdi? Nə vaxt sevgililər bir-birinə izhar etdikləri hərarətli sözləri eşidəcəklər? Axı, Sahil Bulvarı da canlıdır. Onun da insan nəfəsinə, isti insan hənirtisinə ehtiyacı vardır. Bulvar ağaclarının yarpaqlarının pıçıltısı nə zaman eşidiləcəkdi? Nə zaman Xəzər dənizi ləpələrinin həzin çırpıntısı bu pıçıltılara və şaqraq gülüş səslərinə qarışıb, harmonik musiqiyə çevriləcəkdi? Görəsən, insanlar onların bu istəyini duyurlarmı?!!
Zülmət qaranlıqda Ağ evin beşinci mərtəbəsindəki pəncərələrdən çıl-çıraqlar gur işıq saçırdı. Binadakı bir neçə pəncərədən də işıq düşürdü. Lakin beşinci mərtəbədən çölə axan gur işıq daha çox gözə çarpırdı. 
Sanki bu gur işıqlar Sahil Bulvarının daimi sakini olan qocaman ağaclara, sahilə çırpınan ləpələrə bildirmək istəyirdi ki, qəm çəkməyin, məni yandıran, işığımdan nurlanaraq canına qəsd edən bu insan sizin arzu və istəklərinizi bilir. Çox keçməz ki, siz də sevincə, səadətə qovuşarsınız. Siz də onun kimi həyatın bu ağır anlarına, nadanların azğınlığına və təhqirinə dözüb səbr edin. Həmin gün heç də uzaqda deyil. Çünki Allah səbr edənləri sevəndir. O insan da Allahın sevgisini qazanandır. Dözün... 
Yolçular Ağ evə çatdılar. İrəlidə onları müşayət edən avtomobil yolu düz keçib dayandı. “Mersedes” açılmaqda olan darvazaya yaxınlaşdı. Darvaza tam açıldı. “Mersedes” içəri şütüdü və darvaza bağlandı. Bəylər tez avtomobildən düşdü, hörmət əlaməti olaraq qonağın düşməsi üçün qapını açdı. Rauf artıq hazır vəziyyətdə idi. Qonağa ingiliscə  “buyurun” deyib giriş qapısını göstərdi. Onlar qapıdan keçəndə qonaq gözətçini salamladı. Gözətçi sağ əlini gicgahına aparıb hərbi salam verdi. Liftin qapısı açıq idi. Onlar liftə daxil oldular. Bəylər “5” rəqəmli düyməni basdı, 5-ci mərtəbəyə qalxıb liftdən çıxdılar. Bəylər hörmət əlaməti olaraq sola gedən dəhlizi sağ əlilə göstərib qonağa “buyurun”dedi. Qonaq Tariyelin yanından keçib sağ tərəfə açılan qapının yanında ani olaraq dayandı. Rauf qapını açıb qonağın içəri birinci daxil olmasını təklif etdi və özü də onun ardınca Prezidentin iş otağına daxil oldu. 
Qonaq bir-iki addım atıb, kreslodan qalxan Prezidenti salamladı. 
– Cənab Prezident, axşamınız xeyir. Sizi görməyimə çox şadam. 
Səmimi təbəssüm qonağın təraş olunmuş sifətinin cizgilərinə və parlayan alovlu gözlərinə əsl kişi əzəməti verirdi. Qonaq boyca uca və qamətli bir adam idi. Əynindəki tünd mavi kostyumu bədəninə kip oturmuşdu. Alnının qırışları onun həyatının keşmkeşli keçməsindən xəbər verirdi. 
Prezident qonaq tərəfə bir neçə addım atıb üzündə təbəssüm, xoş və məlahətli səslə onun salamını aldı. Qonağının Azərbaycanın paytaxtı Bakıda görməsinə çox şad olduğunu bildirdi. Ümumi xoş əhval-ruhiyyə Raufa sirayət etsə də, görüşün vacibliyini, xüsusi əhəmiyyət kəsb etdiyiini, ciddiliyini dərk edərək soyuqqanlılıqla başlanan söhbətin fasiləsiz davam etməsi üçün bütün qabiliyyətini səfərbər edərək vəzifəsini məharətlə icra etməyə başladı. 
Prezident qonağa iş otağının sağ tərəfində yerləşdirilən kresloda əyləşməyi təklif etdi və özü isə qarşı tərəfdəki kresloda oturdu. Tərcüməçi Rauf hər ikisinə yaxın  əyləşdi. 
– Əziz qonağımız uzaq bir yol qət etdiyindən yəqin yorğundur, – Prezident üzündə təbəssüm dedi. – Bir qitədən başqa bir qitəyə okean üzərindən uçub gəlmək o qədər də asan deyil. Mən özüm də dəfələrlə bu vəziyyəti keçirmişəm. Üzücüdür, ancaq işimiz və məqsədimiz bizdən tələb edir ki, buna dözək.  
– Elədir ki var, cənab Prezident. Bakıya gəlib çatmaq üçün bir neçə dəfə yanacaq götürmək məcburiyyətində qaldıq. Lakin vəzifə borcum məndən tələb edir ki, öz missiyamı ləyaqətlə yerinə yetirim. Düzü, mən yorğunluq hiss etmirəm. Əvvəlcə mənə izn verin rəhbərim cənab Robert Ceyms Vulsinin səmimi salamlarını sizə yetirim. Onun sizin şəxsiyyətinizə böyük hörməti vardır. Müstəqil dövlətinizin indiki vəziyyətindən tam xəbərdardır. Ermənistan Respublikası ilə gedən döyüşləri dayandıraraq, atəşkəs əldə etdiyinizi çox yüksək qiymətləndirir. Bunu Sizin müdrik və uzaqgörənliyiniz kimi dəyərləndirir. 
Prezident sözə başlayır:
 – Və aleykum salam. Salam göndərən də, onu gətirən də sağ olsun. Digər tərəfdən demək istəyirəm ki, Qafqazda  baş qaldıran müharibə ocağını söndürmək, beynəlxalq hüquq normaları əsasında ədaləti bərpa etmək üçün bizim ABŞ-ın yardımına böyük ehtiyacımız vardır. Bu böyük, demokratik dövlətdən biz ədalət və yardım gözləyirik. 
Lakin rəsmi söhbət getsə də, Prezidenti daha çox qonağın hansı missiyanı yerinə yetirməsi və hansı məlumatla gəlməsi maraqlandırırdı. Üzündə olan təbəssüm, adi baxışları, sadəliyi tanınmış kəşfiyyatçılardan biri olan qonağa prezidentin daxili hisslərini oxuya bilməsinə imkan vermirdi. Bu bir dəqiqəlik söhbət qonaqda prezidentə qarşı hüsn-rəğbət doğurmuşdu. “Həqiqətən də böyük şəxsiyyətlərin, hakimiyyət ustalarının və qalib çekistlərin məftun ünsiyyətindən xilas olmaq mümkün deyil,” – deyə düşündü. Mövcud mühit qonaqda belə fikri qətiləşdirdi ki, demə bu müdrik şəxsiyyətlə çoxdan yaxın tanış və rəfiqdilər. 
Qonaq armudu stəkandan bir qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Diqqətlə Prezidentin gözlərinə baxıb dedi:
 – Gəlişimin məqsədini Sizə çatdırmaq istəyirəm, cənab Prezident. Bu, ABŞ hökümətinin tapşırığıdır. Siz həqiqətən də neft və qaz müqavilələrini bağlamaq istəyirsiniz? Bu yolda qarşıya çıxacaq çətinliklər Sizi yarı yolda qoymayacaq ki? 
– Bəli, bu mənim və dövlətimin gəldiyi qəti qərardır. Heç bir çətinlik və problem məni və dövlətimi bu yoldan sapdıra bilməz, – deyə Prezident cavab verdi. 
– Cənab prezident, Mərkəzi Kəşfiyyat İdarəsində dəqiq məlumatlar var ki, müqavilə bağlanandan sonra ruslar sizin Londonda yaşayan nəvələrinizi öldürəcəklər. 
Prezidentin baxışında heç bir dəyişiklik, həyəcan görünmədi. Lakin köksünün sürətlə qalxıb enməsi onun qəfil həyəcan keçirməsini sübut edirdi. O, bir anlıq susdu. Bu, bir neçə saniyə və ya dəqiqə çəksə də heç kim bunu duymadı. Araya çökmüş ani  sükutu onun sakit və həlim, lakin həzin səsi pozdu.
......

Ardı var

loading...
Anası ölən danaya it sahib çıxdı - VİDEO
Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO
“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
Clean City Company
N.Tusi adına Klinika

Hadisə
Separatçı rejim Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
Cəmiyyət
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
Şou-biznes
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi
Siyasət
Ağ Rusiyanın qara taleyi...
Cəmiyyət
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
"Bəzi ölkələr dağılacaq, Azərbaycan isə..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247