Xəbər lenti
20/09/2019 [01:17]:
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTOLAR
19/09/2019 [23:56]:
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
19/09/2019 [23:46]:
Ötən il neçə nəfər valideynlik hüququndan məhrum edilib? - STATİSTİKA
19/09/2019 [23:44]:
Sosis, kolbasa və Palma yağı... - XƏRÇƏNG RİSKİ
19/09/2019 [23:30]:
Dikdaban ayaqqabılar altında qalan 23 illik diktatorun qürbətdəki ölümü...
19/09/2019 [23:02]:
ABŞ Həsən Ruhaniyə və İranın XİN rəhbərinə viza verib
19/09/2019 [23:00]:
"Qarabağ" "Sevilya"ya Bakıda böyük hesabla uduzdu - YENİLƏNİB
19/09/2019 [22:23]:
Üç nəfəri avtomobil vurdu: biri azyaşlıdır
19/09/2019 [22:12]:
Erkan Özoral: "Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir"
19/09/2019 [21:52]:
Alman jurnalistlər “İŞİD”-çilərin saxlanıldığı  türmədən reportaj hazırladı - FOTO+VİDEO
19/09/2019 [21:34]:
ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır
19/09/2019 [21:33]:
“Qarabağ” İspaniya La Liqasının liderinə qarşı - YENİLƏNİB
19/09/2019 [21:20]:
Bakı Nəqliyyat Agentliyi niyə tənqid edilir: İctimai qınağı körükləyənlərin niyyətləri...
19/09/2019 [20:42]:
"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - FOTO+VİDEO
19/09/2019 [20:40]:
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI
19/09/2019 [20:38]:
“Qarabağ” - “Sevilya” oyunu üçün heyətlər açıqlandı
19/09/2019 [20:35]:
Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA
19/09/2019 [20:34]:
Kərim Kərimova Prezidentin fərdi təqaüdü təyin olundu
19/09/2019 [20:32]:
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
19/09/2019 [20:31]:
18 yaşlı qızı qaçıran, onu atıb, başqası ilə evlənən meyxanaçı: İndidə də modellə... – FOTOLAR
19/09/2019 [20:26]:
Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”
19/09/2019 [20:24]:
Məşhur sosial şəbəkə ulduzu avtomobil qəzasında öldü - VİDEO
19/09/2019 [20:19]:
Xırdalanda 4 yük avtomobili yandı
19/09/2019 [20:17]:
Bərdədə yol kənarında dayanan piyadanı avtomobil vurdu
19/09/2019 [20:15]:
Ermənistanda Konstitusiya Məhkəməsi hakiminin impiçment prosesi başladı
19/09/2019 [20:08]:
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
19/09/2019 [20:08]:
Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər - MARAQLI
19/09/2019 [19:30]:
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib”
19/09/2019 [19:27]:
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb
19/09/2019 [19:18]:
Başında 10 santımetrlik "şeytan buynuzu" çıxdı - QORXUNC...
19/09/2019 [18:59]:
“Azərbaycan öz hesabına yaşayır” - Siyavuş Novruzov
19/09/2019 [18:57]:
Naxçıvanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb
19/09/2019 [18:51]:
"Son iki ildə Azərbaycanda vəkil qurumlarının sayı artaraq 81-ə çatıb"
19/09/2019 [18:44]:
Sevgili olduqları deyilən Nanə ilə Üzeyir Azərbaycanı TƏRK ETDİ - FOTOLAR
19/09/2019 [18:35]:
İngiltərə Bankı faiz dərəcəsini dəyişdirməyib
19/09/2019 [18:34]:
TDƏŞ-in xarici işlər nazirlərinin növbədənkənar görüşü keçirilib
19/09/2019 [18:32]:
Elmar Məmmədyarov: "Türk Şurası doğru yoldadır"
19/09/2019 [18:29]:
Nazirlikdən işsiz vətəndaşlarla bağlı - AÇIQLAMA
19/09/2019 [18:25]:
"Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirildi
19/09/2019 [18:20]:
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib
19/09/2019 [18:14]:
Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi - Foto
19/09/2019 [18:11]:
İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib
19/09/2019 [18:11]:
“Bu məsələ sizi maraqlandırmasın və...” - General Mövlam Şıxəliyevdən əcaib açıqlama...
19/09/2019 [18:06]:
Meyxanaçının arvadı: "Orxan ailəsini hansısa küçə pozğununa dəyişib"
19/09/2019 [18:01]:
Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istədilər
19/09/2019 [17:09]:
İrəvanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin müzakirə olunduğu bilindi...
19/09/2019 [16:48]:
Xəstələrdən “bıçaq pulu” alan cərrah Elnarə Məmmədova həbs edildi
19/09/2019 [16:47]:
Təkbaşına toxuduğu kilimləri Amerikaya qədər göndərir- MARAQLI...
19/09/2019 [16:45]:
Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması... Və müəmmalı “Maybach”i
19/09/2019 [16:27]:
Altı yaşlı uşaq beş gün anasının cansız bədəniylə bir evdə qaldı- FOTOLAR
19/09/2019 [16:18]:
Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parça-parça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
19/09/2019 [16:13]:
“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi - FOTOLAR
19/09/2019 [16:03]:
Kıvanç Tatlıtuğun başı dərddə: beş il həbs oluna bilər
19/09/2019 [15:45]:
"Qızlarımıza tövsiyəm odur ki, heç vaxt Rusiyadan gələn oğlanlara inanmasınlar..."
19/09/2019 [15:43]:
Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ
19/09/2019 [15:43]:
Azad Kərimli: "Tibb Universitetini bitirənlər onkoloq olmaq istəmir"
19/09/2019 [15:40]:
“O, məni küçə pozğununa dəyişib” - Meyxanaçının arvadından AÇIQLAMA - FOTO
19/09/2019 [15:35]:
TANAP-la indiyədək nəql edilən qazın həcmi açıqlandı
19/09/2019 [15:26]:
ADAU-da yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilib
19/09/2019 [15:12]:
Avropada səfirliklərini bağlayan düşmən İsraildə səfirlik açacağını bəyan etdi...
19/09/2019 [15:06]:
“Mən o müğənnilərə artist deyə bilmərəm” - Murad Arif
19/09/2019 [15:00]:
Qəddar erməni nazirin layiqli sonu –Onu da şefi Beriya kimi güllələyiblər
19/09/2019 [14:50]:
Azərbaycanlı həkim on il pasiyentin boynunda qalmış iynəni kənarlaşdırıb (FOTO/VİDEO)
19/09/2019 [14:44]:
Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF
19/09/2019 [14:33]:
Sabirabadda qarayaraya tutulanlardan təzə XƏBƏR VAR
19/09/2019 [14:31]:
İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR
19/09/2019 [14:25]:
"Dedim ki, məktəb teatra, sirkə bilet satmaq üçün yer deyil axı, təhsil ocağıdır..."
19/09/2019 [14:20]:
Keçmiş erməni hərbi qulluqçusu etiraz olaraq mənzilini yandırıb – DETALLAR
19/09/2019 [14:19]:
Fərəc Quliyevdən müxalif düşərgədə "bomba həyəcanı" yaradacaq atmacalı şərh...
19/09/2019 [14:15]:
Bakıda dəhşətli qəza törədən məmur və avtomobili -FOTO
19/09/2019 [14:05]:
Somali ordusu 3 ərazini "Əş-Şəbab"dan azad edib
19/09/2019 [14:01]:
DÇ-də dava salan Hacı Əliyevlə bağlı yeni qərar - Ləğv edildi
19/09/2019 [14:01]:
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19/09/2019 [13:47]:
Hüseyn Abdullayevin məhkəməsində gərginlik - Təcili yardım çağırıldı...
19/09/2019 [13:37]:
Vladimir Putin Nikol Paşinyanın görüş təklifini rədd edib
19/09/2019 [13:35]:
“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
19/09/2019 [13:35]:
“Bizdə istefa verən yoxdu - elə bilirik, 5 nazir getməklə Ermənistan dağılacaq...”
19/09/2019 [13:21]:
“28 il ordunun yanında dayanmağımdan peşmanam” VİDEO - Erməni əsgərin anası
19/09/2019 [13:21]:
Qurduğu sistemlə elektrik xərclərindən xilas oldu - MARAQLI
19/09/2019 [13:17]:
“Heç kim bizi bu ölkədə baş verəcəklərlə qorxutmasın...”
Bütün arxiv bir sırada
30/08/2019 [16:53] - Mədəniyyət - ( 4986 dəfə baxılıb)

“Sizdən qorxmuram, çünki sizin kimi xalqımın mənəvi dəyərlərini tapdayan birisi deyiləm...”

İftixar Piriyev: “ Mən Şəbnəm Cəbrayılovaya atalıq qayğısı göstərmişəm- bunu bütün teatr kollektivi bilir...”
"Ona yazığım gəlir -nə qədər gec deyil, haqq yoluna qayıtsın..."


 İrəvan Dövlət Dram Teatrının direktoru, tanınmış aktyor İftixar Piriyev növbəti  dəfə  məhkəməyə verilib. İddianı qaldıran isə hamiləliyinin pozulmasında İftixar Piriyevin günahkar olduğunu bildirən, teatrın keçmiş aktrisası Şəbnəm Cəbrayılovadır. 

Bu barədə Moderator.az saytına yazılı açıqlama göndərən aktrisa əlavə olaraq son vaxtlar sosial şəbəkələrdə şəxsi səhifələr vasitəsiylə ona qarşı edilən şiddətdən də danışıb. 

“Məhkəməyə verdiyim iddia ərizəsində problem və narahatlıqlarla üzləşərək ağır vəziyyətə düşdüyümə və bunun nəticəsi olaraq övladımı itirdiyimə görə İrəvan teatrının direktoru  İftixar Piriyevi,  avtobus sürməyə icazəsi olmadığı halda avtomobil sükanı arxasına əyləşərək  onu narahat idarə etdiyinə görə  aktyor-şofer Bəhruz Hikmətoğlunu,  hamilə qadının hüquqlarını müdafiə etməyə borclu olduğu halda məni işdən çıxarmağa  tez-tələsik razılıq verib qanunları pozaraq  direktorun qanunsuz göstərişinə əməl etdiyinə görə Teatrın Həmkarlar Komitəsinin sədri, aktyor Natiq Həziyevi günahlandırıram. 

Buna haqqım var. Sözüm sizədir. Uşağımı itirməyimə bais olduğunuz üçün bir insan olaraq hamınız utanın. “Balalarınızın qarşısına çıxsın!” qarğışı eləmirəm sizə. Balalarınızın günahı olmadığını, bala itirmiş ana olaraq başa düşürəm. Bəs mənim  körpəmin günahı nə idi? Siz kişi ola-ola bu suala cavab verə bilərsiniz? Ürəyiniz ağrımır? Vicdanınız sızıldamır? Gecələr necə rahat yatırsınız?  “Facebook” səhifələrinizdə məni yalançı,  nankor, hamilə olduğumu, uşağımı itirdiyimi uydurduğumu yazırsınız, “qarnında yastıq gəzdirən qadın” adlandırırsınız. Telefon nömrəsi göndərib ərimlə “söhbət eləmək” istəyirsiniz? Dindar olduğuma görə mənə rişxənd edirsiniz? “Mənim haqqımda nəsə yazsan, məndən incimə” yazaraq məni təhdid edirsiniz. Əlbir olub, uşağımı balaca Zəhranın gününə saldınız, özümü isə qızcığaz Elinanın özünə qəsd elədiyi zaman düşdüyü hala gətirmək istəyirsiniz... Cəmiyyətimizə daha bir şok yaşatmaq istəyirsiniz? Bəli, siz bunu istəyirsiniz... Bu, kişi işidir? Bəlkə ona görə çəsarətlənirsiz ki, yetim bir qızam, atam, qardaşım, dayım, əmim, əmim oğlu yoxdur?..

Mən sizdən qorxmuram. Çünki mən, sizin kimi, xalqımın mənəvi dəyərlərinə ziyan vuran birisi deyiləm. Sizlər isə həmişə qadına ehtiram və hörmətlə yanaşan  Azərbaycan kişisinin adına ləkə yaxırsınız! Siz bu dəyərlərə balta vurursunuz! Kişi aktyorlarımızın, teatr sənətkarlarımızın, teatr rəhbərlərinin, vəzifə adamlarının pis imicini yaradırsınız. Cəmiyyətimizdə qadına edilən hörməti tapdalayırsınız. Sizdən çəkinmirəm! Çünki, özünüzün də  qeyd etdiyiniz kimi, hüquqi dövlətdə yaşayırıq. Məni hüquq müstəvisində müdafiə edə biləcək qeyrətli hakimlərimiz, cəsarətli vəkillərimiz sözlərini deyəcəklər. Onlar məni, qanunlarımızın kölgəsində gizlənib hər an onu baltalayanların qarşısında, tək qoymayacaqlar. Hüquqi qanunlar öz yerində. Bir qadın ola-ola bilirəm ki, cəmiyyətimizin yazılmamış “kişilik” qanunları da var. O qanunlardan da xəbəriniz yoxdur? Bilin, bu ölkədə sizin kimilərə “Dur!” deyə biləcək əsl  kişilər hələ çoxdur.  Yetim bir qıza atalıq, əmilik, dayılıq, qardaşlıq edə biləcək Azərbaycan kişiləri qabağınıza çıxacaq. Bu ölkə hələ sahibsiz deyil!  Təkrarən ana olmaq ehtimalımı sıfıra endirib bu haqqımı əlimdən aldığınıza görə, bir qadına qarşı göstərdiyiniz şiddətə görə əmilərimə, dayılarıma, əmim və dayım oğlanlarına cavab verməli olacaqsınız. Bax onda birləşib mənim üçün qurduğunuz “oyunu” etiraf edəcəksiniz!  Bax onda əsl simanız üzə çıxacaq...

Əgər mənim bu çətin halımda, bir daha haqqımda nalayiq ifadələr işlətsəniz, hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcəm. Sizdən fərqli olaraq xəlvəti iş görməyə adət etməmişəm. Xəbərdarlığımı etdim.

Şəbnəm Cəbrayılova, İrəvan Teatrının qeyri-qanuni olaraq işdən uzaqlaşdırılmış aktrisası”

Xatırladaq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova 2019-cu il iyulun 25-də  işdən azad olunub. Aktrisanın işdən çıxarılmasına səbəb kimi nizam-intizama riayət etməməsi, işə davamiyyətinin olmaması göstərilib.

Ş. Cəbrayılova hamiləliyinin pozulmasında direktorun günahkar olduğunu söyləyib. Aktrisa sağlamlığı barədə öncədən rəhbərliyə məlumat verdiyini, rəhbərliyin isə ona narahat olmamağı, sağlamlığını qorumağı tapşırdığını deyib. Ş.Cəbrayılova həkimdən aldığı sənədi teatra təqdim edəndə isə ona artıq işdən azad olunduğunu deyiblər. O, iddia edir ki, aldığı stresdən uşağını itirib, hazırda da ciddi depressiyadadır. Aktrisa yaranmış problemlə bağlı Mədəniyyət Nazirliyinə də rəsmi məktub ünvanlayıb. 

Moderator.az-a telefon açıqlamasında aktrisa Ş.Cəbrayılova əlavə edib ki,  artıq Nəsimi rayon məhkəməsi onun iddiasını qəbul edib və sentyabrın 3-ə məhkəmə təyin olunub. 

“Teatrın direktoru İftixar Piriyevə işdən çıxarılmamışdan öncə  hamiləliyim və ağır iş görmək, eləcə də  uzaq məsafələrə nəqliyyatla gedə bilməməyim barədə həkim rəyini təqdim edərkən o, heç birini qəbul etməyib.  Və üstəlik, məni teatrın köhnə “Qazel”i ilə qastrola aparırdı və mən orada, üzr istəyirəm, övladımı itirmək təhlükəsi yaşayırdım. Bir dəfə isə dedim ki, eybi yox, əziyyətə qatlaşmalı olsam da, teatrın xatirinə qastrola gedərəm. Direktor cavabında dedi ki, dublyorun, yəni əvəzedicin gedər, eybi yox, sən istirahət elə. Məndə bütün bunlara aid telefon yazışmaları  və s. var. İftixar Piriyev heç mən təqdim etdiyim sənədlərə baxmayıb. Mən ona sübut edəcəm ki, o, mənim hamilə olduğumu bilib və onun qanun çərçivəsində cəzalanmasına nail olacağam”-deyə aktrisa bəyan edib. 

İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev əməkdaşımızla telefon söhbətində məsələyə belə münasibət bildirib:

"Məlumunuz olsun ki, Şəbnəm Cəbrayılova dəfələrlə teatrımızın rayonlara təşkil olunmuş qastrol səfərlərinə getməkdən heç bir üzürlü səbəb göstərmədən imtina edib. Bununla da o, dövlət müəssisəsinin iş rejimini bilərəkdən və qəsdən pozmuşdur. İşdən çıxarıldıqdan sonra guya hamilə olduğunu və işdən çıxarıldığına görə uşağını itirdiyini bildirən aktrisa iddia etdiyi hamiləliyini və ya uşağını itirməsini təsdiq edən heç bir rəsmi sənədi teatra təqdim etməyib”.

Aktrisanın İ.Piriyev və əməkdaşlarının onu sosial şəbəkədə təhqir və təhdid etmələri haqdakı iddialarını isə teatr rəhbəri “cəfəngiyyat” adlandırıb və məhkəməyə verilməkdən narahat olmadığını ifadə edib: 

“Yalan deyir. O, kimlərə xidmət edir, bilmirəm. Bizi məhkəməyə verib lap yaxşı. Biz hüquqi dövlətdə yaşayırıq. Qoy məhkəmə qanun çərçivəsində əsl gerçəkləri ortalığa çıxarsın... Bilirsiz, bu adam 15 gün işdə olmayıb. Bizdə olan məlumata görə, Ş.Cəbrayılova başqa bir yerdə- Əyləncə Mərkəzində animator kimi çalışır. Bizim teatra gəlməyəndə oraya gedirmiş. Əgər doğrudan da hamilə olubsa, bəlkə elə animator kimi atılıb-düşəndə onun övladına zərər dəyib?..” 

Aktrisanın hamiləliyi haqda sənədlər təqdim etməsinə rəğmən guya direktorun onları qəbul etməməsi barədə söylədiklərinə gəldikdə isə İ.Piriyev bunları bildirib:

“Sizcə, belə bir şey mümkündürmü? Lap əgər biz, doğrudan da,  sənədi qəbul etməmişiksə, poçtla göndərərdi, biz o sənədləri qol çəkib rəsmi şəkildə qəbul etməyə məcbur olardıq. 

Ş.Cəbrayılova 4 dəfə işdən çıxmaq haqda ərizə verib, amma mən onu işdən çıxarmamışam. Axırıncı dəfə də ona demişəm ki, qızım, ağıllı ol, get işini işlə. Mənim onu işdən çıxarmaqda heç bir marağım ola bilməz. Amma Ş.Cəbrayılovanın nə marağı var, yaxud kimlərin marağına, hansı qara qüvvələrə xidmət edir, onu bilmirəm. Əgər o, bizə, doğrudan da, hamiləliyi haqda sənəd təqdim etsə idi, biz ona həm qanun çərçivəsində, həm də bir azərbaycanlı kimi qayğı göstərərdik. Necə ki, onun işlədiyi 6 il müddətində  mən aktrisa Şəbnəm Cəbrayılovaya atalıq qayğısı göstərmişəm. O, ilk dəfə iş üçün teatra gələndə bildirdi ki, ata-anasını itirmiş, qohumlarımın da imtina etdiyi bir adamam. Mənim ona  yazığım gəldi və dedim ki, qızım, bundan sonra sənin valideynin mənəm. Və bütün teatr kollektivi də bilir ki, mən ona necə qayğı göstərmişəm, ona daim maddi və mənəvi dəstək olmuşam. Amma o, bütün bunları itirir... 
Ş.Cəbrayılovanı işdən azad etdikdən sonra onun hamiləliyi haqda eşidəndə mən dedim ki, bu haqda sənəd gətirsin, mən onu işə bərpa edəcəm. Həmkarların sədri də ona deyib ki, biz sənin hüququnu müdafiə etmək istəyirik. Ona görə də sən gəl iclasda iştirak et. Ş Cəbrayılova isə cavab verib ki, mən heç bir sənəd təqdim etməyəcəm və hansı qərarı verməyinizdən aslılı olmayaraq iclasda iştirak etməyəcəm. Yəni, biz ona geri- işə dönməsi üçün şərait yaratmışıq, o isə bunun əvəzində gedib sosial şəbəkələrdə artistlik edib başını yastığa qoyduğu şəklinin yanında mənim fotomu da paylaşıb məni “uşaq qatili” adlandırdı. Şəbnəm Cəbrayılova bütün bunlarla məni yox, özünü ifşa edir. Bir gənc aktrisa kimi öz gələcəyini korlayır. Odur ki, mənim ona yazığım gəlir. Nə qədər gec deyil, haqq yoluna qayıtsın...”- deyə İrəvan teatrının rəhbəri vurğulayıb.  

Sultan Laçın

loading...
loading...
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTOLAR
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər - MARAQLI
Başında 10 santımetrlik "şeytan buynuzu" çıxdı - QORXUNC...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Qızlarımıza tövsiyəm odur ki, heç vaxt Rusiyadan gələn oğlanlara inanmasınlar..."
Cəmiyyət
“Mən yaradıcı dostlarıma arzu etmirəm ki, onlar bu xəstəliyə tutulsunlar...”
Cəmiyyət
Vaqif Bayatlı yeni kitabını çapa hazırlayır- Həyat yoldaşından açıqlama...
Cəmiyyət
Əlillərə zərgərlik işinin pulsuz öyrədiləcəyi sex açılacaq-İbrətamiz…
İqtisadiyyat
“RUS AZERİ SPİRİTS” ZAVODU AÇILIŞA TAM HAZIRDIR - FOTOLAR
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
“Putinin təbrik məktubundan sonra müxalif media əsas diqqətini Birinci xanıma yönəltdi...”
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247