Bizi sosial şəbəkələrdən izləyin:
xa0Bu gün -1 sentyabr Azərbaycan Respublikasına məxsus işğal altındakı torpaqlarımızda erməni müəllim və şagirdlər “bilik günü”nü qeyd ediblər.xa0
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, zəbt edilmiş şəhər, rayon mərkəzləri və kəndlərimizdəki 217 məktəbdə dərs ilinin ilk zəngi çalınıb. Erməni şagirdlər “bilik günü”nü hərbi formada, əllərindəxa0 separatçı rejim bayrağı və avtomat silahla(təlim üçün olsa da) qeyd ediblər.
P.S. İşğal altındakı torpaqların Azərbaycanın nəzarətində olan digər bölgələrimizə səpələnmiş didərginlərin yüz minlərlə övladı isə 700-ə yaxın məktəbdə növbəti tədris ilinə də “qaçqın”, “məcburi köçkün” damğası ilə qədəm qoyacaqlar...
Sultan Laçın