Xəbər lenti
04/12/2020 [17:22]:
Dənizçilər anım dəqiqəsinə qoşuldu - VİDEO
04/12/2020 [17:17]:
Naxçıvan yolundan sonra Zəngəzur, və... - Türk mütəxəssisdən SENSASİON AÇIQLAMALAR
04/12/2020 [17:11]:
Azərbaycan Fransaya nota verdi
04/12/2020 [16:53]:
İşğalçını qovan Azərbaycanın koronavirusa qarşı mübarizədə rolu - FOTO
04/12/2020 [16:50]:
Sabiq icra başçısı vəfat edib
04/12/2020 [16:45]:
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub
04/12/2020 [16:43]:
“Qarabağda Rusiya hərbi bazası qurulmayacaq,  amma...”-Hərbi ekspert
04/12/2020 [16:43]:
Qisas qiyamətə qalmadı...
04/12/2020 [16:36]:
Güllə atılırdı, əsgərimiz başını əymədən hücuma keçirdi - Qazi
04/12/2020 [16:28]:
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
04/12/2020 [16:23]:
Azərbaycanda koronavirusa təkrar yoluxma var, xəstə sayı 2-3 dəfə arta bilər - XƏBƏRDARLIQ
04/12/2020 [16:22]:
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terror aktlarından yazıb
04/12/2020 [16:20]:
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
04/12/2020 [16:16]:
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
04/12/2020 [16:08]:
Türkiyə Prezidenti: "Gələn həftə Azərbaycana səfər edəcəyəm"
04/12/2020 [16:07]:
"İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram"
04/12/2020 [16:03]:
Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, 41 nəfər vəfat edib
04/12/2020 [16:01]:
“30 ilə yaxın həsrəti ilə yaşadığımız cənnət məkanımızda dərs deməyin özü şərəfdir”
04/12/2020 [15:54]:
Evdə dalaşıb hava almağa çıxan kişi 420 km piyada yol getdi - FOTO
04/12/2020 [15:50]:
İşığı-ziyası ilə məlhəm olan adam...
04/12/2020 [15:43]:
Erməni diplomatlar Paşinyanın istefasını istəyir
04/12/2020 [15:40]:
İsmayıllıda yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb
04/12/2020 [15:37]:
Ankarada Vətən müharibəsi şəhidləri yad edilib - FOTO
04/12/2020 [15:35]:
Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB
04/12/2020 [15:34]:
“Mən şəhid olmasam, oğlum olar” - VİDEO
04/12/2020 [15:32]:
Şuşa qalasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO
04/12/2020 [15:30]:
““Vətən Müharibəsi Qəhrəmanı” adının Prezident İlham Əliyevə verilməsini təklif edirəm”
04/12/2020 [15:26]:
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq!
04/12/2020 [15:24]:
Gömrük Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [15:22]:
Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK
04/12/2020 [15:17]:
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
04/12/2020 [15:06]:
Mehriban Əliyeva: "Onlar bizim qəlbimizdə daim yaşayacaq"
04/12/2020 [14:57]:
“Azərbaycan Ordusunun uğurlu əməliyyatları və yeni şəraitdə vəzifələrimiz” mövzusunda videokonfrans keçirilib
04/12/2020 [14:54]:
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - VİDEO
04/12/2020 [14:52]:
Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ
04/12/2020 [14:52]:
"Müharibə ərəfəsində 2 zəfər marşı yazmışam, biri Baba Vəziroğlunun, digəri isə..."
04/12/2020 [14:45]:
Trampın qızı Baş Prokurorluqda dindirilib
04/12/2020 [14:44]:
“Polad Həşimova yazdığım şeiri təqdim edəndə bəstəkar dedi ki, mənə hay-küylü mahnı mətni lazımdı”
04/12/2020 [14:44]:
"Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"
04/12/2020 [14:25]:
Tarix yazan şəhidlərimizi qürurla anırıq!
04/12/2020 [14:12]:
“Türk dünyası “Vikipediya”da layihəsi çərçivəsində bir ay ərzində 60-dan çox məqalə yaradılıb
04/12/2020 [14:09]:
“Vətən müharibəsi dövründə ölkə mediasını rolu” mövzusunda elmi seminar keçirilib
04/12/2020 [13:43]:
Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı
04/12/2020 [13:41]:
“Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur”
04/12/2020 [13:39]:
Dağ Yəhudiləri Dini İcması şəhidlərin xatirəsini yad etdi – VİDEO
04/12/2020 [13:38]:
İstanbuldan ilk yük qatarı Çinə yola düşüb
04/12/2020 [13:37]:
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! - VİDEO
04/12/2020 [13:32]:
“Günəşli” faciəsindən 5 il keçdi
04/12/2020 [13:31]:
“8 noyabr zəfərində ən böyük pay sahibi şəhidlərimizdir”
04/12/2020 [13:25]:
“İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam
04/12/2020 [13:24]:
Xızı və Siyəzəndə şəhidlərin xatirəsi yad edilib - VİDEO
04/12/2020 [13:19]:
Yaşayış yerini qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcıları barədə cinayət işi başlanıldı
04/12/2020 [13:17]:
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı
04/12/2020 [13:13]:
Günel Hümbətova: “Şəhid övladlarının boyunlarına “yük” yığmayın ki...”
04/12/2020 [13:09]:
Xaçmaz və Qubada şəhidlərin xatirəsi anılıb - VİDEO
04/12/2020 [13:05]:
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, vəhdət namazı qılınıb - FOTO
04/12/2020 [13:03]:
Ana Vətən Partiyasının Qadınlar Şurası Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi
04/12/2020 [13:01]:
Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək...
04/12/2020 [12:59]:
Sabahdan havanın temperaturu düşəcək
04/12/2020 [12:55]:
“Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”
04/12/2020 [12:49]:
Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ
04/12/2020 [12:43]:
“Kamal Abdullanı Şuşaya görə təbrik etməməyim mənim səhvimdir...”
04/12/2020 [12:39]:
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər - FOTO
04/12/2020 [12:34]:
Şəhid Xudayarın ailəsi üçün ev tikiləcək
04/12/2020 [12:32]:
“Paşinyan sərxoş halda əmr verirdi ki,  Lələtəpəni alın, sizə general adları verəcəm...”
04/12/2020 [12:31]:
BDU-nun gənc müəllimləri tədris prosesinin təşkilindən danışır - FOTO
04/12/2020 [12:25]:
Afrikanın aparıcı neft şirkətinin zavodunda partlayış - VİDEO
04/12/2020 [12:22]:
Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım
04/12/2020 [12:15]:
Restoranlarda bir neçə toy məclisi keçirilib, polis araşdırmalara başladı
04/12/2020 [12:11]:
Azərbaycan əsgərləri Xankəndidədir
04/12/2020 [12:07]:
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
04/12/2020 [11:53]:
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
04/12/2020 [11:52]:
“Bizim də bir məzunumuz Füzulidə şəhid oldu, diplomunu qardaşına verdim..."
04/12/2020 [11:50]:
Vətəndaşlar Şəhidlər xiyabanını ziyarət edir, Vətən müharibəsi şəhidlərinə ehtiramlarını bildirirlər
04/12/2020 [11:47]:
“Memorial kompleksdə Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən xüsusi guşə yaradılsın”
04/12/2020 [11:41]:
Donald Tramp hərbi büdcə ilə bağlı layihəyə veto qoymaq niyyətini təsdiqləyib
04/12/2020 [11:39]:
Türk həkim peyvənd sayəsində dünyanın ən zəngin 500 adamı siyahısına daxil olub
04/12/2020 [11:38]:
Yaşayış yerinin qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb
04/12/2020 [11:37]:
“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub
04/12/2020 [11:37]:
"Bir tərəfdən Belçika Avropada yeganə fransız dilli ölkədir, digər tərəfdən..."
Bütün arxiv bir sırada
03/09/2019 [15:31] - Maraqlı - ( 889 dəfə baxılıb)

Kölgələrin sevinc qoxusu... -V məqalə




(M.Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)

 

V məqalə

 

Prust ürək kimi döyünən zəngin  xatirələri  ilə insanları

hər zaman heyrətləndirəcək...

(A.V.Lunaçarski)

 

 

Əvvəli burada:


I məqalə burada: 
https://www.moderator.az/news/282045.html?fbclid=IwAR1MqIpGcw-a7IVJdr-c-sezrWcvwLanAMzgWeaeZLjH04SIqQ6Wf0prVwU

 

II məqalə burada: https://moderator.az/news/282731.html

 

III məqalə burada: https://moderator.az/news/283730.html

 

IV məqalə burada: https://www.moderator.az/news/285330.html?fbclid=IwAR3-0PS1FYj_KKrASO6zftBz3iulVN7mhh06CfVBp9Of0oNlomi8V0wb48c

 

Heraklitin (b.e.ə. 530-470) “hər şey axır və dəyişir” nəzəriyyəsi zaman kateqoriyası üçün də keçərli idi. O, hər şey kimi zamanın da keçici, dəyişkən olduğunu, axar çaya bənzədiyini göstərir  və deyirdi ki, biz istəsək də, istəməsək də zaman çayında axmağa məcburuq. M.Prust isə insanı həmin çay axını ilə müqayisə olunan zamanın içində yox, kənarında görmək istəyirdi. “Çayın axması”nı kənardan müşahidə zamana hakim olmaq, ona qoşulub getmədən onun hərəkətini izləmək demək idi.

M.Prust haqqında iki məqalə (“Marsel Prust” və “Marsel Prustun ölümü”) müəllifi olan A.V.Lunaçarski onun “İtmiş zamanın sorağında” romanı haqqında yazırdı: “Xatirələr qeyri-adi canlılıqla diqqəti çəkirdi, sanki bir zamanlar, çox qədimdən ucsuz-bucaqsız bir dənizdən coşaraq sahilə çırpılan dalğaların ardından başqa bir dalğa gəlir. Bu ikinci dalğa gerçək olmayan dalğa idi, ilk müşahidə olunan dalğaların tam eynisi, yenilənməsi  idi. Duyğu orqanlarının daha əvvəldən tanıdığı bir dalğaydı, ən kiçik ayrıntısına, çalarınadək çözülmüş, bütün incəlikləri ilə minlərlə dəfə yaşanmış bir müşahidə dalğasıydı. Şübhəsiz ki, yaradıcı mətnlərdə böyük rol oynayan bu heyrətləndirici xatirələr dalğası Prustun əsərində həm təsiredici, həm də çox faciəli şəkildə ifadə edilib. Prust keçmişi sevir, amma özlüyündə sanki keçmişin olmadığına əmindir. Elə bil qat-qat qatlanmış böyük xalılara, böyük şallara bənzəyən xatirələrini istədiyi zaman aça biləcək, onların içindəki sevinclərə, acılara, məğlubiyyət və qələbələrə istədiyi zaman toxuna biləcəkdir”.

Prustu tam bir impressionist yazıçı hesab edən müəllif həm də onu xatirələrinin xəzinə sandığı başında oturan azman cəngavərə bənzədirdi. Göğstərirdi ki, bu adam Puşkin qəhrəmanının duyduğu bir xoşbəxtlik içindədir. Əslində isə xatirələrinin xəzinə otağı onun öz yaradıcılıq aləmidir. Burada bütün güc onun əlindədir. Bu onun hər bir xırdalığın dərininə enə bilmək üçün istədiyi an dayandırıb qıcıqlandıra biləcəyi, parçalara ayıra biləcəyi, kimi istəsə, böyüdüb mikroskop altında incələyə biləcəyi, ürəyi istədiyi kimi yenidən nizama sala biləcəyi bir dünyaydı. “Burada Tanrı özü idi, sehrli xatirə axınının zənginliyinə bürünmüş bir Tanrı”.

Alman filosofu, sosioloqu, bəstəkarı və musiqi nəzəriyyəçisi, Frankfurt Tənqidi Məktəbinin nümayəndəsi T.Adornoya görə Prust öz bioqrafik maskasının arxasından hər kəsin sirlərini aşkar edən, gerçəyin ən kiçik elementlərini bütün həyati potensialın  toplandığı enerji sahələrinə döndərməyə çalışan, bir sözlə, mənəvi atomu parçalayan bənzərsiz bir yazıçıdır. Adornonun Prustu heyran etməsinin səbəblərindən biri, görmədiyi birinə aşiq ola biləcək bir qəhrəman yarada bilməsi idi.

“Germanta tərəfi”ndə “Siz beş çayına gedərkən, yaşlı dostunuz bir kənar məhəllədə təkbaşına, bənövşəyi göy üzündə çəhrayı ayın çıxmasını seyr edərək sizdən daha xoşbəxt olacaq” – deyən, uşaqlığına sadiq qaldığı kimi xoşbəxtlik fikrinə də sadiq qalan, gerçək acı və xəyal qırıqlığı olduğundan nakam, ya da təhlükəyə atılmış xoşbəxtliyinin hekayəsini yazan Prust Adorno üçün xoşbəxtlik şəhidi idi”. (B.Gündoğmuş)

Lunaçarski yazırdı ki, M.Prust yalnız ömrünün birinci hissəsini yaşadı, ikinci hissədə ancaq və ancaq yazıçı oldu və birinci  hissəni kitaba köçürdü, “Prust artıq yaşamır, yazırdı. Yaşamının sonrakı illərində artıq Prust üçün həyatın  rənglərinin, işığının, musiqisinin heç bir önəmi yox idi. Önəmli olan “mədəsində ilişib qalmış”, çaşqınlıq yaradan keçmişi həzm etmək, çeynəyib qurtarmaq idi. Beləcə keçmiş daimi olaraq yenilənməkdə, təhlillər dərinləşməkdə idi”.

Həqiqətən də, Prust sənətdə vacib şərt olan yaddaş mədəniyyəti fəlsəfəsini  açıb göstərirdi. Bununla bağlı Hofman məktəbi nəzəriyyəsi də xatırladılır. Zamanı ələ keçirmək, zamana hakim olmaq bütün sənət sahələrində (musiqidə, ədəbiyyatda, rəssamlıqda və s.)  əsas axtarış prinsipi idi. Zamanı ələ keçirmək, ona sahib olmaq istəyini sənətçi necə yaşayır? – sualını müəllif belə cavablandırır: “Dur, sən elə gözəlsən ki! Və ya daha geniş anlamda desək, heç bir şeyin bir andan çox özü kimi qalmadığı “Heraklit çayı”ndan kənarda yaşamağa layiqsən, sənətin müqəddəs əliylə bu çaydan çıxarılıb bir başqa dünyaya, dəyişməz estetik dəyərlər dünyasına köçürülmək haqqınız var”, – dedilər və sənət vasitəsi ilə  gerçəkliyi yenidən yaratmaq, ya da həmişə deyildiyi kimi yeni bir dünya yaratmaq istədilər”.

Zamanın ziddiyyətli xarakteri haqqında  ilk dəfə antik dövrdə Heraklit fikir söyləmişdi. “Zamanın dialektikası keçmişin indiki dövrdə eyni vaxtda həm mövcud olması və həm də olmaması deməkdir. İndiki hər bir vəziyyət eyni vaxtda keçmişin sonu və indinin başlanğıcıdır, yəni hansısa fasiləsizlik və bununla yanaşı keçmiş ilə indi arasında müəyyən sərhəddir. Lakin bu sərhəd hiss edilməzdir. Hər bir indi mövcud olan meydana gələn kimi də keçmişdə yox olur və indiki olmur. Gələcək yaxınlaşaraq indi olur. Lakin indinin yaranması eyni zamanda onun keçmişə çevrilməsidir. Keçmiş ölüb keçsə də, indidə yaşayır. Zamanın daxilən ziddiyyətli olması haqqında hələ Bibliyada yazılmışdır: “Hər şeyin öz vaxtı var və hər şeyin vaxtı da göyün altındadır: doğulma vaxtı, ölmək vaxtı; əkmək vaxtı, əkiləni yığmaq vaxtı; dağıtmaq vaxtı, qurmaq vaxtı; ağlamaq vaxtı, gülmək vaxtı; gileylənmək vaxtı, rəqs etmək vaxtı; daş atmaq vaxtı, daşı yığmaq vaxtı; qucaqlamaq vaxtı, qucaqlamaqdan imtina etmək vaxtı; axtarmaq vaxtı, itirmək vaxtı; yığıb saxlamaq vaxtı, atmaq vaxtı; cırmaq vaxtı, tikmək vaxtı;  susmaq vaxtı, danışmaq vaxtı; sevmək vaxtı, nifrət vaxtı; müharibə vaxtı, sülh vaxtı”. (Y.Rüstəmov. Fəlsəfənin əsasları. (mühazirə kursu) Bakı, “Nurlar”, 2007)

Zamana ölümsüzlük qazandırmaq səlahiyyəti, görünür, ancaq sənət sahələrinə aid olan bir üstünlük idi, Prust bunu romanı ilə sübut etdi.

A.V. Lunaçarski göstərirdi ki, Prust fəlsəfəsində və real həyatda ən çox dəyərləndirdiyi insan şəxsiyyəti, mənəviyyatı idi, ilk növbədə öz şəxsində bütün bunları ifadə edir, əks etdirirdi. Berqsonun tələbəsi sayılsa da, böyük bir fəlsəfi biliyə sahib olsa da, filosof deyildi. O ümumilikdə dünyanı subyektiv həyatlardan toxunmuş gözəl bir xalçaya bənzədirdi.  Marcel Prust təkcə itirilmiş bir dövrü əvvəldən sona qədər diriltməyə çalışmırdı, bu onun üçün ikinci dərəcəli məqsəd idi, həyatını bir daha, təkrar olaraq və daha dərindən, özü də oxucu ilə birlikdə yenidən yaşamaq istəyirdi.

Prustun bəlkə də ən çox sevdiyi şey  öz kitablarındakı xatirələrin rejissoru olmaq idi. Bu mövzuda onun tayı-bərabəri yox idi. Özünü tamamilə bir əlində qələm, yatağına uzanmış vəziyyətdə həm gözü, həm qulağı, həm də emosiyaları eyni gücdə hərəkətə gətirən bir rejissor işinə həsr etmişdi. Görünməmiş bir comərdlik, dərinlik və sevgi ilə hazırlanmış “Həyat” adlı filmdə öz rolunu özü oynayır. Yaxşı niyyətli tənqidçilərin ona ünvanladığı ittihamlar - tempinin ağırlığı, təfərrüatların bolluğu, bir şey söyləmək üçün kifayət qədər uzunçuluq, və fransız dili ilə heç bir əlaqəsi olmayan uzun cümlələr – bütün bunlar hamısı onun problemə rejissor kimi yanaşmasından qaynaqlanır”. (A.V.Lunaçarski)

M.Prustun obrazları təqdimatında “hədəf fiqur və ətrafı”, yaxud da “cəmiyyət və fərd” kontekstindəki müəllif yanaşması  diqqəti cəlb edir.  Svanın Odetta ilə münasibətini də ictimai mühit sanki daima nəzarətdə saxlayır. Mütəmadi olaraq onların münasibətini və şəxsiyyətini təhlil edib fikir mübadiləsi edirlər. Belə məqamlarda məsələnin əsli və cəmiyyətin baxışındakı “həqiqət” meyarı dramatik situasiya yaradır. “Anamla atam bu köhnə dostları, “Svanın oğlu” və “Jokey klubu üzvü Svan” şəxsiyyətinə yeni (hələ ki sonuncu olmayan) bir ad da əlavə etmişdilər: “Odettanın əri” kimliyini...

Və ya, Odetta haqqında eşidilən replikalardakı istehzaya diqqət yetirək. “Bilirsinizmi, bu kimdir? Madam Svan! Anladınızmı? Əla, Odetta de Kresi –desəm?” “Odetta de Kresimi? Mən də öz-özümə deyirdim ki, bu hüznlü gözlər… Əslində gənc sayılmaz artıq! Xatırlayıram, Mak-Maqonun istefa etdiyi gün onunla yatmışdım”, Məncə bunu özünə xatırlatmasanız yaxşı olar. İndi o madam Svan oldu, Jokey klubu üzvü və Qaller şahzadəsinin dostu olan bir bəyəfəndi ilə evlidir. Hələ də bir içim su”.

“Bəli, amma siz bir də özünü görsəydiniz o zamanlar, nə qədər gözəl idi! Çin işi olan heykəlciklərlə  dolu qəribə, kiçik bir evdə yaşayırdı. Xatırlayıram, qəzet satıcılarının hay-küyündən rahatsız olmuşduq, axırda yataqdan qaldırmışdı məni”.

Romanda “Verdyurenlərin evi” deyilən bir kiçik cəmiyyət modeli, elit təbəqə simvolu kimi portretləşmiş, ümumiləşdirilmiş obraz da var. “Verdyurenlərin evi”, “Verdyurenlərin ziyafətləri” təkcə məkan və əyləncə vasitəsi kimi deyil, həm də həmin dövrün sosial təbəqələr arasındakı fərqi, cəmiyyətin mədəni-intellektual üzvləri hesab olunan adamların dünyagörüş və hadisələrə baxış tərzi demək idi. Bu evdə olan adamlar hər yerdə eyni cür qəbul edilmirdilər. İnsanlara münasibətdə bir “Verdyurenlər meyarı”, “Verdyurenlər baxışı” mövcud idi və bu yanaşma bəzən fərqli fikirlər formalaşdırırdı. Məsələn, Doktor Kotar çəkingən tərzi, hədsiz utancaqlığı və xeyirxahlığı ilə cavan vaxtından ona heyran olan Verdyurenlərin evindən başqa hər yerdə daima istehzalı münasibətlərə məruz qalmışdı. Onu olduğu kimi tanımayan iş yoldaşları və ətrafındakılar onu soyuqqanlı, iddialı biri kimi qəbul etdiyi halda Verdyurenlər ona yüksək qiymət verirdi. Odettaya da həmçinin... Kənar mövqelərdə əxlaqsız və zövqsüz, bayağı bir qadın kimi qəbul edilən Odetta bu evdə bütün fransız elitasının hörmətli şəxsi Svan səviyyəsinə bərabər tutulurdu və s.

Məşhur tənqidçilərin bir qismi M.Prust romanlarını Romen Rollanın romanları ilə müqayisə edir və Prustu onun davamçısı kimi görürdü. Fransız yazıçısı, ictimai xadim,  “Bethovenin həyatı”, sonrakı illərdə “Mikelancelo” (1905), “Gendel” (1910), “Lev Tolstoy” (1911), Qandi (1924), “Vurğun ürək”(1922-1933), “Ramakrişna” (1930) kitablarının müəllifi, 1915-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı laureatı adına layiq görülmüş Romen Rollanın 1904-1912-ci illərdə çapdan çıxan on cildlik “Jan Kristofun həyatı” epopeyasının qəhrəmanının arxasında Bethovenin proobrazı dayanırdı. Jan Kristof  hakimiyyətin despotizmini və deqradasiyaya uğramış burjua əxlaqını tənqid edən yeni tipli qəhrəman idi. Bu əsərlərdə sonralar  M.Prustun da diqqət mərkəzində saxladığı burjua cəmiyyətinin xarakteri, zamanı öz daşlaşmış ənənələri ilə cazibəsində saxlayan və köhnə paradiqmalarla “seçilmiş təbəqə” eqosu tənqid edilirdi.

“İtmiş zamanın sorağında” romanında ictimai-siyasi, sosial mühitlə bağlı problemləri qabartma üsulları müxtəlif vasitələrlə diqqətə çatdırılır. Eləcə də  əvvəllər (müharibədən əvvəl)  nazir işləmiş, indi isə səfir kimi fəaliyyət göstərən markiz de Norpua ilə söhbətlər, müzakirələr həmin mənzərənin obrazını yarada bilir.

Fransanı bir sıra xüsusi nümayəndə heyətində təmsil edən markiz de Norpua təcrübəli diplomat və siyasi obrazı olan yüksək təfəkkür sahibidir. Markiz de Norpua həm siyasət adamı,  həm də elm, mədəniyyət, ədəbiyyat sahəsində diletant kimi uzun-uzadı söhbətlər edir. Marselin atası bu dostluqdan qürur duyurdu, onun Prusiyanın get-gedə artan gücü və müharibəyə istiqamətlənmiş məqsədləri mövzusunda bəlkə də imperatoru məlumatlandıran yeganə adam olduğunu, zəkasıyla XIX əsr dünya siyasətinin xüsusi fiquru olan  Bismarkın rəğbətini qazandığını, Kral Theodosiusun şərəfinə verilən ziyafətdə kralın onunla uzun-uzadı söhbət etdiyini deyirdi.

Marselin ata-anası oğlunu diplomat kimi görmək istədiyi halda bu şəxsin məsləhəti ilə fikirlərini dəyişir və övladlarının ədəbiyyat sevgisini azad buraxırlar. M.de Norpua yeni nəsil diplomatlarını heç xoşlamırdı və Marselin valideynlərini də inandırmışdı ki, yazarlar da bir gün diplomatlar qədər böyük hörmət sahibi olacaq və bəlkə də daha artıq... Həm də yazarlar daha müstəqil, sərbəstdirlər... 

 “Burax canım, – dedi atam. “İnsan hər şeydən əvvəl məşğul olduğu işdən zövq almalıdır. Artıq uşaq deyil. Nə istədiyini bilir daha. Bundan sonra dəyişməsi ehtimalı çox azdır. Həyatda özünü nəyin xoşbəxt edəcəyini anlaya biləcək yaşdadır”. 

Marselə bu sərbəstlik də dərd gətirir. O, atasının ona verdiyi azadlığa da az qala nifrət edir. “Atam mənimlə bağlı olaraq, “Artıq uşaq deyil, zövqləri dəyişməz daha” və s. – deməklə qəflətən zaman içində özümü özümə göstərmişdi. Bu anda  duyduğum hüzn, (ağlını itirmiş qoca deyiləmsə)   hansısa  yazıçının kitabın sonunda  xüsusi amansızlıqla, kəskin bir tonda “Kənddən getmək mümkün olmadı, axırda yerli-dibli kəndə yerləşdi” – deyə anlatdığı roman qəhrəmanlarından birinin  nisgilinə bənzəyirdi.”

Marsel atasının bu bəyanatından həm də ona görə sarsılmışdı ki, o  özünü həyata bütün arzuları ilə yenicə qədəm qoyurmuş kimi hiss etdiyi bir anda atası “artıq gecdir, iş işdən keçib” mesajı ilə onu qorxutmuşdu və bundan sonrakı  həyatımın da  əvvəlki hissədən yaxşı olmayacağı xəbərini eşitdirmişdi sanki...

Marsel “zamanın içində” və “zamanın çölündə” məntiqini  real olaraq həyatına tətbiq edirdi və bildirirdi ki, atasının bu laqeydliklə elan etdiyi açıqlama onu həm də ona görə sarsıtmışdı ki, o həmin andaca özünü ona yaşamaq üçün ayrılan zamanın çölündə yox, içində hiss etməyə başlamışdı. Zaman qanunlarına ram olaraq  uduzmuşdu. “Artıq gecdir”  ifadəsi məhz həmin məğlubiyyətin yekunu kimi səslənmişdi onun qulağında.

“Dünyanın döndüyünü nəzəri olaraq bilirik, amma əslində fərqində deyilik, üstünə ayaq basdığımız torpaq hərəkətsiz kimidir, biz isə rahat-rahat yaşayıb gedirik. Həyatda zaman üçün də eyni şey keçərlidir, romançılar zamanın keçib getməsini anlamaq üçün əqrəblərin hərəkətini dəli kimi sürətləndirərərk oxucu üçün  iki dəqiqədə on, iyirmi, otuz ili ötürmək məcburiyyətindədirlər. Bir səhifənin əvvəlində ümidlərlə dolu halda buraxdığımız aşiqi sonrakı səhifənin sonunda səksən yaşında, atılmışlar evinin bağçasında güclə gəzən, söz soruşulanda gücl-bəla ilə cavab verən, keçmişi unutmuşlar olaraq tapırıq”.

Romanda hər bir xatirənin hekayəsi insanın yaşadıqlarının, hiss və düşüncəsionin, yaddaş ağrısının xronologiyasını andırır. Məlum olur ki, həyatımızı təşkil edən bir-birinə yaxın təəssüratların da yaddaşı var və vaxt olur ki, insan ən xırda təəssüratın, ən kiçik xatirənin, “bir an” hesab etdiyimiz zaman fraqmentinin də nisgilini yaşayır. Təkcə illər deyil, həm də evlər, küçələr, şəhərlər, məsçidlər və minlərlə başqa obyektlər yox ola, uçub gedə bilər, əgər daxili bir iradə və istək onları geri qaytarmaq arzusunda olmasa...

Marsel astma xəstəsi olduğu üçün həkimlər  ona səyahət etməyi və bir çox qadağalarla yanaşı teatra getməyi də yasaq etmişdi. Teatra getsə, uzun sürən xəstəliyi daha da uzana bilər. Amma o ruhunu dincəldən, ona mənəvi zövq verən teatr səfərindən sonra bədəninin fiziki olaraq hansı əzabları çəkməsindən narahat deyildi. Teatr xəyalları özü bir roman mətni idi. Teatrı afişalarla yaşayan oğlana bir gün anası deyir: “Bax, səni üzmək istəmirik, əgər bu qədər zövq alacağını düşünürsənsə, getməyin  lazımdır”.

Teatr məsələsində ata-anasının qəddarlığına görə  həmişə onlara gizli bir nifrət bəsləyən Marsel indi onların verdiyi bu sərbəstlikdən necə istifadə edəcəyinin sıxıntısını yaşamağa başlayır. Bu icazəyə görə ata-anasını anidən elə sevməyə başlayır ki, bu dəfə də onları üzməmək üçün teatrdan imtina etmək istəyir. Bu anda bütün reallıqlardan üstün olan bir hissin – sevgi hissinin mahiyyətinə varır. Valideynlərinin onun istəyinə hörmət jesti onun bütün təsəvvür və xəyallarını alt-üst edir və məhz yeni yaranan sevginin xatirinə teatr arzularını birdəfəlik sonlamaq istəyir. O anda beynindən keçən bütün fikirləri, yaşadığı tərəddüdləri təfərrüatı ilə yenidən canlandırır. Və xatırlayır ki, “hər şey qəflətən  dəyişdi, Bermaya tamaşa etmək arzumu qamçılayan yeni bir hadisə bu “səhnəni” səbrsizliklə, xoşbəxtcəsinə gözləməyə məcbur etdi”. Hisslər idarədən çıxır və yenidən başqa bir sevgi-Berma oyununa tamaşa etmək sevgisi qərarını dəyişir. O, teatra gedəsi olur...

 M.de Norpua ilə alman imperatorunun son teleqrafından, Berqottedən (Anatol Frans), Bismarkdan, Svandan və Odettadan, ədəbiyyatdan və başqa məsələlərdən söhbət açırlar. M.de Norpua Anatol Fransın Marselə pis təsirindən və onun bir romançı kimi qeyri-adi istedad sahibi olmamasından bəhs edir.  “Bir yazar bir-birindən xoş təsir bağışlayan boşuna fişəng partlatdığı üçün dərhal bir şahəsər möhürü yapışdırıb ortalığa vəlvələ salır. Şah əsərlər bu qədər tez-tez rast gəlinən deyil! Berqottenin qazandığı uğurlar arasında, ilhamla qanadlanan, kitabxananızın sevilən guşəsində yerləşdirə biləcəyiniz  bir roman, bir kitab yoxdur. Heç belə bir əsərini görməmişəm. Bununla belə, əsərlərinin müəllifindən daha üstün olduğunu qeyd etməliyəm.  Yazarları sadəcə kitablarından tanımaq lazım olduğunu irəli sürən istedadı haqlı çıxaran bir nümunədir Berqotte. Öz kitablarına bu qədər iddialı, bu qədər özünü bəyənən, bu qədər tərbiyədən məhrum kimsə olmaz. Danışığı gah bayağı, kitab dili ilə, üstəlik  də öz kitablarından biri kimi yox, sıxıcı bir kitab kimi... Amma Berqottenin kitabları ən azından darıxdırıcı deyildir”. 

M.de Norpua Onun əsərlərini anlaşılmaz, dağınıq  bir düşüncə ilə yazıldığını, haqqında bəhs etdiyi mövzunu mənasızlaşdırdığını  deyirdi. Əsərin bu yerində Marselin Anatol Frans (Berqotte) heyranlığı sarsılırmı? – sualı haqqında düşünürük.

Romanın sonrakı hissələrində təhkiyəçinin (Marselin) Gilberte sevgisi isə davam və yeni obyektlərdə, yeni insanlarda həmin sevginin (Svan sevgisinin) təcəlləsi kimi əksini tapır.  Marselin həyata, həyatdakı hər qarşılaşmasına sevgi ilə baxması Gilberte aşiqliyi ilə əlaqəli idi. Hər an və hər yerdə onu görmək istəyi dünyanı sevgi obyektinə çevirmişdi. Hətta Gilberttenin atası Svan və anası Odetta artıq Marsel üçün yeni anlam qazanmışdı. Bir zamanlar anasının Svan ucbatından ona “gecən xeyrə qalsın” deməyə gələ bilmədiyinə görə içindəki Svan qəzəbini unuda bilmədiyi üçün belə xəcalət çəkir. Svan artıq onun sevgi dünyasında önəmli bir fiqur idi. “Gilberte ilə görüşməyə başladığım zamandan etibarən Svan mənim gözümdə Kombredəki Svan deyildi, Gilbertenin atasıydı, daha çox. Artıq onun adıyla bağlı düşüncəmdə olan anlamlar əvvəllərdə olduğu və onu düşünərkən artıq heç ağlıma gəlməyən anlamlar çərçivəsindən fərqli olduğu üçün gözümdə Svan yeni bir şəxsiyyət obrazında idi”. 

Bu sevgi süjetində də aşiq sanki birtərəfli sevgi faciəsi yaşayır. Marsel Gilbertenin onu sevdiyini etiraf etməsi anının məktubunu sanki bir ömür boyu gözləyir və o da eynən Svan kimi iradəsiz, müti, yazıq duruma düşür.

“Hər gecə bu məktubu xəyal edərdim, xəyalımda oxuyardım və hər cümləni özümə təkrarlayardım. Birdən-birə dəhşətə qapılaraq dururdum. Nə zamansa Gilbertedən bir məktub alsam, inanardım ki, bu həmin məktub ola bilməz, çünki bu məktubun mətnini öz başımda tərtib etmişdim çoxdan”.

Romanda xatirələrin də aktivlik və passivlik dərəcəsi var və Gilberteni yaddaşında yaşadan küçənin (hətta anası ilə nənəsi irad tutur ki, bu qeyri-adi və  xüsusi əlamətləri olmayan küçədən yeri gəli-gəlmədi  nə qədər danışmaq olar?) fasiləsiz olaraq söhbət mövzusuna daxil olması və ya “daima əl altda olan Paris xatirəsi”nin tez-tez canlanması buna misal ola bilər. Onun özü xəyalında “Gilberte eşqi” adlı roman yaratmışdı, elə bir roman ki bütün süjet xətti, obrazları, kuliminasiya və final həyəcanı yalnız və yalnız  öz iradəsindən asılı olaraq dəyişə bilərdi.

«Любовь Свана». Реж. Фолькер Шлёндорф, 1983

Prust rəngin, qoxunun, istinin, soyuğun, hətta bir dalan küncündəki nəmişlik soyuğu və qoxusunu da obrazlaşdıra bilir. Yaddaşın uzaq dolanbaclarındakı ani bir kölgədə belə sevinc yaradan işartının tarixçəsini yazır... Həmin detalın yaddaşına işıq tutur və ya öz yaddaşındakı həmin fraqmentin assosasiyasını bədiiləşdirir. O dalanda, o nəmişlik soyuğunda aldığı xəbərə görə sevindiyi an ömürlük yaddaşında donub qalır. Və bu sevincin özünün də şəkli, xarakteri, portreti varmış: “Bu, əlimizdə tuta bilmədiyimiz, mücərrəd, bizi silkələyən sevinc deyildi, əksinə, qalıcı bir gerçəkliyə sahib olan incə, ölçülü-biçili,  arxalana biləcəyim, konkret və etibarlı bir sevinc idi”.

O həmin köhnə qoxunu axtarır və intuisiya, yaddaş enerjisi ilə geri çağırmağa başlayır, fəqət həmin anda bu mənzərəni alt-üst edən yaşlı, qırmızı parikli, üz-gözünü toz bürümüş bir qadın ondan nəsə soruşduğu üçün düşüncə sistemində çat yaranır...

Həmin nəmişlik qoxusu uzun illər öncənin bir hekayəsini də dirildir. Marselin Adolf əmisinin otağının şəkli, o nəmişliyin sərin mehinin təkrarı...  Özü də təəccüblənir ki, bu qədər kiçik bir detal, bu qədər əhəmiyyətsiz bir xatirə nədən onu bu qədər xoşbəxt etdi? Və təəccüblənirdi ki, bu qədər böyük xoşbəxtliyi, coşqunluğu ona dərin, fəlsəfi fikirlər yox, adi bir kif qoxusu yaşatdı...

 

İradə Musayeva

03.09.2019.

Ardı var

 

loading...
“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”
Günel Hümbətova: “Şəhid övladlarının boyunlarına “yük” yığmayın ki...”
"Bir tərəfdən Belçika Avropada yeganə fransız dilli ölkədir, digər tərəfdən..."
"İstərdim ki, Türkiyə ordusu hər zaman Azərbaycanla birgə olsun, həm göydə, həm yerdə, həm ürəkdə"
"Mən bu barədə qiyamətdə də qürurla şahidlik edərəm ki..."
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Siyasət
“Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik...”
Cəmiyyət
Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO
Gündəm
“Qarabağı nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”
Cəmiyyət
“Ağdama getmək istəyirdim, amma onların minaya düşməsindən sonra qoymadılar...”
Cəmiyyət
"Nə qədər ağır olsa da bütün şəhidlərin adları açıqlanmalıdır, tanınmaq onların haqqıdır"

Həftənin ən çox oxunanları
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO
İsti su ilə limon virusu ağciyərə çatmadan öldürür... - HƏKİM MƏSLƏHƏTİ
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247