Xəbər lenti
11/08/2020 [16:04]:
"Real Madrid" dünya çempionu ilə vidalaşdı
11/08/2020 [16:03]:
Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib
11/08/2020 [15:59]:
"Növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda gətirəcək"
11/08/2020 [15:58]:
“İtirdiyim xoşbəxtlik” (“Qarabağ hekayələri” silsiləsindən) özbəkcə nəşr olunub
11/08/2020 [15:56]:
“Məmməd Araz bahalı kürkünü çıxarıb səngərdə postda duran əsgərə hədiyyə etdi...”
11/08/2020 [15:33]:
13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək
11/08/2020 [15:31]:
Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib
11/08/2020 [15:29]:
“Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq
11/08/2020 [15:15]:
Qubada toy etmək istəyənlər tutuldu - FOTO
11/08/2020 [15:04]:
“Media lazım gələndə, özünü də tənqid etməyi bacarmalıdır”
11/08/2020 [15:02]:
Bakıda ata 2 yaşlı körpəsini bıçaqladı
11/08/2020 [15:00]:
Prezident Təhsil Nazirliyinə 1,5 milyon manat vəsait ayırdı
11/08/2020 [15:00]:
Ceyhun Bayramov Ankarada Türkiyə ilə birlikdən danışdı
11/08/2020 [14:59]:
Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM
11/08/2020 [14:56]:
"Ermənistanın arxasında böyük güclər dayanır" - Qaiser Navab
11/08/2020 [14:26]:
Ermənilər Xocavənd şəhərində 115 yeni mənzil tikməyə başladı...- FOTOLAR
11/08/2020 [14:19]:
Zeynal Xəlilin anım günüdür
11/08/2020 [14:17]:
Ailə faciəsi: Ana və üç övladı yanaraq öldü
11/08/2020 [14:02]:
“XİN rəhbərinin ilk səfərini Türkiyəyə etməsi bir daha onu göstərir ki...”
11/08/2020 [13:57]:
Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
11/08/2020 [13:53]:
İranda son sutka ərzində 184 nəfər COVID-19-dan vəfat edib
11/08/2020 [13:52]:
Türkiyə XİN başçısı “TurAZ Qartalı - 2020” hərbi təlimlərindən danışdı
11/08/2020 [13:51]:
"Qarabağ" yatağının çıxarılabilən neft ehtiyatlarının həcmi açıqlandı
11/08/2020 [13:47]:
Ərdoğan Ceyhun Bayramovu qəbul edəcək
11/08/2020 [13:46]:
Xəzər dənizini çirkləndirən əsas mənbələr bəlli oldu
11/08/2020 [13:44]:
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
11/08/2020 [13:41]:
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib - YENİLƏNİB
11/08/2020 [13:38]:
Ceyhun Bayramov: “Hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyirik”
11/08/2020 [13:37]:
Rusiyada dərslər sentyabrın 1-də başlayacaq
11/08/2020 [13:36]:
Nazir: “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”
11/08/2020 [13:34]:
Çavuşoğlu: “Həmsədrlər münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”
11/08/2020 [13:14]:
Abşeron layihəsinin 2023-cü ildə başa çatması planlaşdırılır - FOTO
11/08/2020 [13:10]:
Putin qızının COVID-19-a qarşı peyvənd olunduğunu açıqlayıb
11/08/2020 [13:00]:
Vəkillər Kollegiyası pulsuz hüquqi xidmətlər göstərilməsi üzrə aksiya keçirdi
11/08/2020 [12:58]:
Putin Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçdiyini elan edib
11/08/2020 [12:52]:
"Türkiyə süni küləklərlə əyilib-bükülən bir ölkə deyil" - Ərdoğan
11/08/2020 [12:52]:
Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilir - FOTO
11/08/2020 [12:48]:
Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının fəaliyyəti nə zaman bərpa olunacaq? - Açıqlama
11/08/2020 [12:38]:
“Polad Həşimovun il mərasimində o mahnı təqdim olunacaq...”
11/08/2020 [12:37]:
Prezident və Baş Nazir partlayış təhlükəsi barədə İKİ HƏFTƏ ÖNCƏ BİLİB...
11/08/2020 [12:33]:
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11/08/2020 [12:26]:
“Azərbaycanın rəqəmsal biznes klasterinə ehtiyacı var”
11/08/2020 [12:19]:
Türkiyə bu ölkədə hərbi baza yaradır
11/08/2020 [12:11]:
Restoranlar gələn həftədən açılsa... - İctimai iaşə sektoru yeni həyat tərzinə keçir
11/08/2020 [12:09]:
Yoluxma sayı artanda inanmırdıq, azalanda şübhə edirik - bəs mütəxəssislər nə deyir?
11/08/2020 [12:07]:
Azərbaycanda ağciyər xərçənginin müalicəsində mühüm nəticələr əldə olunub
11/08/2020 [12:04]:
Azərbaycanda səfərdə olan Serbiya rəsmisindən mühüm MESAJLAR
11/08/2020 [11:46]:
Saatlıda polis toyu yarımçıq dayandırdı: Saxlanılanlar var - FOTO
11/08/2020 [11:43]:
Teleaparıcıya nazirlikdə vəzifə verildi
11/08/2020 [11:41]:
Koronavirusa yoluxduğuna görə imtahanda iştirak edə bilməyənlər üçün yenidən imtahan keçirilməyəcək - DİM
11/08/2020 [11:34]:
Qərbi Kaspi Universiteti İsveçrə Universitetinə qəbul aparır
11/08/2020 [11:24]:
“Müalicə xərclərim 5 minə çatıb, sənədləri saxlamışam, zəhmət çəkib pulumu qaytarsınlar”
11/08/2020 [11:22]:
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
11/08/2020 [11:15]:
Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?
11/08/2020 [11:10]:
Serbiya Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb
11/08/2020 [11:08]:
Ağstafadan 7-si azyaşlı olmaqla 14 nəfərin Gürcüstana keçməsinin qarşısı alınıb
11/08/2020 [11:03]:
AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı
11/08/2020 [11:02]:
“Onların şəkili olan xalçaya kifayət qədər pul təklif etdilər, amma vermədim...”
11/08/2020 [11:01]:
Payızda bizi daha ağır COVİD gözləyir? - Professor
11/08/2020 [10:57]:
Qarabağa növbəti erməni köçü: sayı 300 minə çatdırmaq üçün...
11/08/2020 [10:56]:
“Azərbaycan Dəmir Yolları”nda prezidentin çıxışından irəli gələn iclas keçirilib - FOTO
11/08/2020 [10:51]:
Sabahdan liseylərin V siniflərinə qeydiyyat başlayır
11/08/2020 [10:42]:
Bakıda Türk dünyasının böyük şairi Abayın adını daşıyan küçədə şairin xatirə lövhəsi açıldı
11/08/2020 [10:39]:
Keçən il 652 bal yığsa da, oxumadı - Bu il də ən yüksək balı topladı
11/08/2020 [10:36]:
Tixanovskaya Belarusu tərk etdi
11/08/2020 [10:35]:
Serbiyanın Daxili İşlər Naziri Azərbaycana gəldi
11/08/2020 [10:35]:
II Dünya Müharibəsinə İspan qripi son qoyub – Trampdan iddia
11/08/2020 [10:35]:
Elxan Mehdiyev Ceyhun Bayramovun halına acıdı: "Yeni nazir üçün çətin olacaq..."
11/08/2020 [10:32]:
Taktiki təlimlər Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir - VİDEO
11/08/2020 [10:31]:
Şəbnəm Tovuzlunun 22 yaşlı xalası oğlu intihar etdi
11/08/2020 [10:31]:
Xərçəngə qarşı yeni mübarizə üsulu tapıldı
11/08/2020 [10:25]:
İki məzun maksimal bal yığdı -DİM
11/08/2020 [10:24]:
"Birincidən yarımayan, ikincidən də yarımır" - Xəyanətin qurbanı olan Aysel... + VİDEO
11/08/2020 [09:53]:
Amerika şirkəti Qarabağda super marafon keçirəcək – Basarkeçərdən Xankəndinədək...
11/08/2020 [09:48]:
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
11/08/2020 [09:46]:
Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA
11/08/2020 [09:08]:
Sumqayıtda mağazada yanğın
11/08/2020 [09:05]:
Ermənistanda yoxsulların sayı dəfələrlə artdı - Paşinyan üçün sonun başlanğıcı
11/08/2020 [09:00]:
İrem Derici: “Sevgi münasibəti təkcə qarşı cinslə yaşanmaz”
11/08/2020 [08:59]:
ABŞ prezidenti Putini G7 sammitinə dəvət etmək istəyir
Bütün arxiv bir sırada
04/09/2019 [17:21] - Cəmiyyət - ( 9571 dəfə baxılıb)

"Hava limanı ona görə lazımdır ki, Naxçıvandan köməyə gələ bilərlər, onun qarşısı alınsın..."



Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun "Acı həqiqət" siyasi-publisistik əsəri artıq çapa hazırlanır. 

Moderator.az əsərin bəzi hissələrini oxuculara təqdim edir:

Birinci Hissə - bura tıklamaqla oxumaq olar...
İkinci Hissə - bura tıklamaqla oxumaq olar...

Bu plan baş nazir Surət Hüseynov və Yura Süleymanovun birgə iştirakı ilə müzakirə edilmişdi. Əsas məqsəd dövlət çevrilişində iştirak edən qüvvələri, onlara rəhbərlik edəcək şəxsləri, eləcə də ilk növbədə tutulacaq obyektləri müəyyən etmək idi. Xidməti vəzifəsinə görə, Baş nazir ölkədəki ictimai-siyasi vəziyyəti hamıdan yaxşı bilirdi. Həm də çox yaxşı bilirdi ki, Surətin kəlməbaşı “Qoca” dediyi prezident öz siyası təcrübəsinə və dərin məlumatına görə dövlətin və xalqın siyasi nəbzini daim əlində saxlayır. Bütün ictimai proseslərdən və ən ucqar kəndlərdə olan hadisələrdən belə xəbərdardır. Prezident özü yalnız özünə tabe olan, mövcudluğu çox məxfi saxlanılan informasiya şəbəkəsinə malik idi. Onların söhbəti elə bir yerdə aparılırdı ki, oraya heç bir adam nəzarət edə bilməzdi.

“Lələ” özünə məxsus ifadə ilə danışmağa başladı:

– Maa belə gəlir ki, artıq gözlədiyimiz an gəlib çatmışdır. Neft müqaviləsinin bağlanması Kremldə şiddət doğurub. Mən belə hesab edirəm ki, biz gəlirdən kənarda qalacağıq. Qarabağ məsələsi Rusiyasız həll olunmayacaq. Qoca isə Rusiya ilə münasibət saxlamaq istəmir. Çünki Yeltsin onu heç xoşlamır da. Bax, bunu çevrilişdən sonra insanlara geniş şəkildə kütləvi informasiya vasitələri ilə çatdırmalıyıq. Qısa müddətdə Neft müqaviləsinin dövlət üçün nə qədər ziyanlı olduğunu da bildirməliyik. Müqavilə Parlament tərəfindən təsdiq edilməsə, olacaq heç nə. Ruslar da söz verirlər ki, bizi dəstəkləmək naminə çevrilişdən sonra Qarabağ məsələsini tez həll etsinlər. Nəriman müəllim, sən Rəhim Qazıyevin, Baba Nəzərlinin, Arif Paşayevin və Əlikram Hümbətovun azadlığa buraxılmasını, yəni qaçmalarını tezliklə təşkil etməlisən. Rəhimin orduda hörməti var. Baba da çox adamı tanıyır. Əlikram cənub bölgəsində dağılan qüvvələrini tez öz ətrafında toplaya biləcək. Arif də ki, ona rəğbət bəsləyənləri səfərbər edəcək. Orduda da bir neçə kombiriqlə danışıqlar aparılıb, onlara çox böyük pullar vəd edilib. Kombiriqlər bizim işarəmizi gözləyirlər. Onlarla Yura danışıb. Nəriman müəllim, siz nə deyirsiniz?

– Mən sizinlə müəyyən qədər razıyam. Ölkədəki insanlar arasında böyük narazılıq var, çətinliklər mövcuddur. Rusiya şimal nəqliyyat əlaqəsini üzümüzə bağlayıb, neft müqaviləsinə görə artıq bizə düşmən kimi baxır. Ancaq biz çox qorxulu və təhlükəli bir oyuna girmişik. Bəli, Daxili İşlər nazirliyi dövləti, hakimiyyəti müdafiə etmək iqtidarında deyil. Cavadov qardaşları məmurlar arasında çox böyük qorxu hissinin hökm sürməsinə nail olublar. Lakin siz başa düşməlisiniz ki, Heydər Əliyev xalq arasında nüfuz sahibidir və ona böyük sevgi var. Əgər xalq ayağa qalxarsa, hər şey bitəcək və hər şeyi itirəcəyik.

– Nəriman müəllim, xahiş edirəm məni dinləyin, – Yura Süleymanov sözə başladı: – Qarabağ müharibəsi başlayandan indiyədək döyüşlərdə olmuşam. Hərbi hissələrin böyük əksəriyyətinin nəinki komandirlərini, hətta demək olar, bütün zabit heyətini tanıyıram. Məmmədrəfi nə zibildi ki, Müdafiə naziri olsun. Onun əməliyyat xəritəsindən və döyüş taktikasından belə xəbəri yoxdur. Adı çox yaxşılığa çəkilən Nəcməddin Sadıqov heç bir döyüşü udmayıb. Çevriliş olsa, ordu neytral mövqedə qalacaq. Bir çox kombriq bu fikirdədir. İlqarla Tacəddin bir saatın içində Gəncəni tutacaqlar. Ətrafdakı qüvvələr heç bir maneə törətməyəcəklər. OMON isə Prezident aparatını, televiziya şirkətini tutacaq. Hava limanı ona görə lazımdır ki, Naxçıvandan köməyə gələ bilərlər, onun qabağını almaq lazımdır. Bildiyiniz kimi, bir çox vəzifəlilərlə danışığımız olubdur. Əlikram və Arifin azadlıqda olması bizə çox lazımdır. Onlara öz bölgələrində çox hörmət edirlər. Rəhimin Qraçovla yaxşı münasibəti var. O da bizə çox lazımdır. Onsuz keçinə bilməyəcəyik. Biz yeni hökumət qurmalıyıq. Bu hökumət Rusiya ilə sıx əlaqədə olmalıdır ki, Qarabağ məsələsini həll edək.

– Yura, tələsmə, biz hökumət üzvlərinin kim olacağını hələ müzakirə etməyək. Çünki onları təhlükə altında qoya bilərik.

– Nəriman müəllim, fikrinizi deyin.

– Milli Təhlükəsizlik nazirini Baş nazirlə bağlayan qohumluq əlaqələrindən başqa, siyasi görüşləri, bir də şəxsi ambisiyalarıdı. Dövlət çevrilişindən sonra siyasi və hüquqi mövqeyinin daha möhkəm olacağına inanırdı. Lakin Heydər Əliyevlə siyasi oyuna girməsindən, loru dildə desək, üyüdürdü. Çünki onun geri çəkilməyə də yolu yox idi. Ona görə də, mən planımızla razıyam. İnanıram ki, biz qələbə çalacağıq, – deyə o, ciddiyyətlə dedi.

– Dediyim adamlar nə vaxt azadlıqda olacaqlar? – deyə Baş nazir təkrar sual verdi.

– 22-nə keçən gecə.

– Yaxşı, indi isə iş başına keçək, – deyə “Lələ” toplantının başa çatdığını bildirdi.

MTN-dəki gizli cinayət, yoxsa xəyanət.

Sentyabrın 21-dən 22-nə keçən gecə

Gecə saat səkkizdir. Milli Təhlükəsizlik naziri Nəriman İmranov hələ də iş otağındadı. O, icra edəcəyi işin planını bir neçə gün idi düşünürdü, ancaq həyata keçirməyə cəsarət etmirdi. Bu gecə nəyin hesabına olursa olsun əməliyyat həyata keçirilməliydi. Lakin başa düşürdü ki, bu qaçışdan xəbərsiz olduğu barədə Prezidenti heç cür inandıra bilməyəcək. Ümidini düşündüyü alibisinə bağlamışdı. Nazirliyin İstintaq təcridxanasının kurator müavini Namiq Abbasov idi. Daxili əmrlə bu sahədəki işlərə o cavabdehlik daşıyırdı. Faiq Mirzəyev tutulub dindirmədən ona qarşı ittiham irəli sürmək çətin olacaqdı. Bir qrup şəxsin MTN-in istintaq təcridxanasından qaçması faktı ilə başlanmış cinayət işinin istintaqı prosesində həqiqətən də Baş prokuror Eldar Həsənov Namiq Abbasovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsadət qaldırmış, Prezident isə bunu qanunsuz hesab etmişdi. Çünki MTN-də vəzifə bölgüsü olsa da, ilk növbədə buna nazir cavabdehdir. Digər tərəfdən, Prezident tam əmin idi ki, Namiq Abbasov bu cinayətdə iştirakçı olmamışdır. Nəriman İmranov və qeyriləri barəsində cinayət işinin istintaqını aparan müstəntiq Füzuli Məmmədov Namiq Abbasovun cinayət etməkdə təqsirliyi barədə arayışla iki dəfə prezident Heydər Əliyevin qəbulunda olsa da, onun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verməsinə nail ola bilməmişdi. Prezidentin haqlı olduğunu istintaqın nəticəsi də sübut etdi. Plana görə, Faiq Rəhim Qazıyevlə birlikdə Rusiyaya keçəcək, onların orada yerinin müəyyən edilib tutulmasına aylarla vaxt lazım gələcəkdi. Digər tərəfdən, tutulsalar belə, Azərbaycana ekstradisiyası çox vaxt aparacaqdı. Digər tərəfdən, Prezidentin ondan şübhələnməsinə əmin olarsa, Respublikadan qaçmaq planını da hazırlamışdı.

Nəriman İmranov əsas ümidini Gəncədə başlayacaq dövlət çevrilişinə bağlayırdı. Lakin Baş nazir Surət Hüseynovun çevrilişlə hakimiyyəti ələ almasına bir qədər şübhə ilə yanaşırdı. Bircə ona əmin idi ki, dövlətdə Surət Hüseynovun həyata keçirəcəyi çevrilişə mane olacaq qüvvə yoxdur. Daxili İşlər nazirliyi aparatı və yerlərdəki polis orqanları amorf vəziyyətdədir. Daxili qoşunların rəhbərliyi də bitərəf mövqedədir. Nazir Ramil Usubov idarəçiliyin ipini hələ də öz əlinə ala bilməmişdi. Çünki nazirlikdə ən çox qorxduğu bir şəxs vardır: Rövşən Cavadov. Faktiki olaraq, nazirliyə və əsas qüvvəsi olan OMON-a o rəhbərlik edirdi. Hökümətin bütün qüvvələri ondan “cindən qorxan kimi” qorxurdular. Surətin adamları Cavadov qardaşları ilə birləşmək üçün danışıqlar aparırdılar. Ancaq bu ittifaqa o qədər də ümid etmək olmazdı. Əsas danışıqları Surətin yaxın adamı və onun briqada komandiri Yura Süleymanov aparırdı. Tərəflər birlikdə hərəkətə keçmək barədə razılığa gəlmişdilər.

Çağırış

Vəziyyət anbaan gərginləşirdi. Prezident aparatının binası qasırğaya düşmüş bir gəmini xatırladırdı. Qasırğa isə getdikcə şiddətlənir, dalğalar şahə qalxırdı. Artıq siçovullar gəmini tərk etməyə başlamışdılar. Hüquq mühafizə və güc strukturlarının rəhbərləri vəziyyətə nəzarət edə bilmədiklərini və çarəsizliklərini etiraf edirdilər. Onlar Prezidenti daha təhlükəsiz məkana getməsi üçün dilə tutur, yola gətirməyə çalışırdılar. Prezidentdən isə hələ cavab yox idi. Hamı narahatlıq içində, səksəkədə idi. Hər dəqiqə silahlı dəstələrin binaya soxulması gözlənilirdi. Hər tərəfdən üzücü və ümidsiz məlumatlar gəlirdi. Ölkə təlaş, təşviş və nigarançılıq içində idi. Nəhayət, axşam tərəfi aidiyyatı olan qurumların rəhbərlərinin iştirakı ilə müşavirə başladı.

– Cənab Prezident, vəziyyəti öyrəndim. Gəncədə bütün dövlət orqanlarını, polisi, icra hakimiyyətini, hava limanını Surətin adamları götürüb. Bakıda hakimiyyət orqanlarını müdafiə edəcək qüvvəmiz yoxdur, xalqa müraciət etmək lazımdır, – Daxili İşlər naziri məruzəsini yekunlaşdırdı.

Müşavirə iştirakçılarının çöhrəsinə dərin xof çökdü. Xüsusilə, Rəsul Quliyevin rəngi daha çox qaralmışdı. Onun yanında oturanlar onun ürək döyüntülərini fonendoskopsuz da eşidə bilərdi. Onun Daxili İşlər nazirinə dikilən nifrətli baxışlarını hamı açıq-aydın ayırd edə bildi. “Görün təhlükəsizliyimizi kimlərə etibar etmişik” deyə düşünən Rəsul Quliyev az qaldı ki, qışqırsın:

– Cənab Heydər Əliyeviç, yalnız xalq bizi, dövləti bu bəladan xilas edə bilər. Gec də olsa, Siz xalqa müraciət etməlisiniz. Vaxt itirmək olmaz.

Hamıdan yaşlı müşavirə iştirakçısı (hörmətli oxucu, müəyyən səbəblərə görə bu şəxsin adı açıqlanmır. Buna görə məni qınamayın ) ayağa durdu:

– Heydər Əliyeviç, mən məsləhət görərdim ki, Siz Prezident Aparatından kənarda xalqa müraciət edəsiniz. Hər dəqiqə bura hücum ola bilər.

Onun təklifini bir neçə müşavirə iştirakçısı da müdafiə etdi.

– Başqa sözü, təklifi olan yoxdur ki? – deyə Prezident çox soyuqqanlılıqla və diqqətlə müşavirə iştirakçılarını baxışları ilə süzdü. Bir anlıq diqqətini Rəsulun çöhrəsində saxladı. Hamıya “badbaxt” deyən bu insanın özündə bədbəxtlik əhval-ruhiyyəsi vardı, miskin və yazıq bir görkəm almışdı. Prezidentin çöhrəsində bir anlıq istehzalı təbəssüm görünüb çəkildi. Çoxları bunu sezmədi. Rəsulun yanında əyləşən Milli Təhlükəsizlik naziri Nəriman İmranov isə dillənmirdi. Lakin həyəcan keçirdiyi hiss olunurdu.

“Yetişməmiş çekist”, – prezident özlüyündə fikrindən keçirdi.

– Nəriman, siz nə deyə bilərsiniz?

Prezidentin müraciətindən Nəriman İmranov diksindi. O, Prezident aparatını tərk etmək təklifinin Heydər Əliyev tərəfindən qəbul edilib edilməyəcəyini götür-qoy edirdi. Digər tərəfdən bu gecə vaxtı xalqa müraciət etməsini dəyərləndirirdi. Çünki bu varianti o proqnozlaşdıra bilməmişdi. Əgər prezident xalqı hakimiyyəti və dövləti müdafiə etməyə çağırsa, demək “işlər bitdi”. Özünü toplayıb dedi:

–Cənab Prezident, vəziyyət həqiqətən çox ağırdır. Tədbir görmək lazımdır.

– Sizcə nə tədbir görməliyik? – prezident soruşdu.


Ardı var...

loading...
Anası ölən danaya it sahib çıxdı - VİDEO
Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO
“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
Ermənilər Xocavənd şəhərində 115 yeni mənzil tikməyə başladı...- FOTOLAR
Cəmiyyət
“Müalicə xərclərim 5 minə çatıb, sənədləri saxlamışam, zəhmət çəkib pulumu qaytarsınlar”
Hadisə
Separatçı rejim Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
Cəmiyyət
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
Şou-biznes
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
"Bəzi ölkələr dağılacaq, Azərbaycan isə..."
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247