Eldar İbrahimov: “Rəhim Qazıyev nəinki başına, heç ayağına da güllə vurmadı”
Oxunub: 1685
07 Sep 2019 | 10:46
Eldar İbrahimov:  “Rəhim Qazıyev nəinki başına, heç ayağına da güllə vurmadı”

Moderator.az xəbər verir ki, Milli Məclisin Aqrar  siyasət komitəsinin sədri Eldar İbrahimovun Modern.az saytının suallarını cavablandırıb.

 

- Eldar müəllim, Əli Kərimli mətbuata açıqlamasında Azərbaycanın 7 rayonunun işğalının Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verdiyini iddia edir. Həmin dövrün şahidi kimi sizin fikirləriniz maraqlıdır, nələr baş vermişdi?

- Mən 1990-95-ci illərdə Ali Sovetin deputatı idim. Sizin də qeyd etdiyiniz kimi, bu işlərin içində olan insanam. Baş verən hadisələrin şahidiyəm. O vaxtlar demək olar ki, bütün rayonlar əldən gedirdi. Yaxşı yadımdadır ki, Heydər Əliyevin namizədliyini irəli sürürdüm, o vaxtlar – mayın 8-də Şuşa, mayın 18-də Laçın işğal olundu, ondan sonra digər rayonlar ardıcıl zəbt edildi.

Heydər  Əliyev 1993-cü ilin 15 iyununda Ali Sovetin sədri seçildi. Bir il sonar, mayın 12-də ermənilərlə atəşkəsi əldə etdik. Bildiyiniz kimi, ölkədə “qoçu dəstələri” var idi. Ölkə dağılırdı. “Talış-Muğan Respublikası”, şimalda “sadvalçılar”... Yəni, ölkədə əmin-amanlıq, sabitlik yaratmaq üçün bunların hamısının qarşısını Heydər Əliyev aldı. Ancaq Heydər Əliyev Ali Sovetin sədri olsa da, ölkənin başçısı deyildi. Məsələn, hansısa qəti tədbirlər görməsi üçün səlahiyyəti yox idi. Oktyabr ayında prezident seçiləndən sonra Heydər Əliyevin səlahiyyətləri artdı. Heydər Əliyev prezident seçilənə - oktyabr ayına qədər artıq bir neçə rayon satılmışdı. Çox yaxşı bilirdim ki, ermənilərlə Xalq Cəbhəsinin o vaxtkı rəhbərləri torpaq alveri edirlər. Əli Kərimlinin özü də, o biriləri də... Bir gün pul alıb bir rayonu, kəndi verirdilər, o biri gün pul verib geri alırdılar. Bu, alver idi.

 

O vaxt Rəhim Qazıyev deyirdi ki, Şuşa işğal olunsa başına bir güllə çaxacaq. Şuşa işğal edildi, Rəhim nəinki başına, heç ayağına da güllə vurmadı. Bunlar avantürist adamlardır. Azərbaycanın torpaqlarını satdılar. Azərbaycan torpaqlarını satmaqla yanaşı, siyasi oyunlarla yanaşı, ölkəmizi min arşın dərinlikdə quyunun təkinə saldılar. Azərbaycanın bütün iqtisadiyyatını dağıtdılar.

Kənd təsərrüfatı texnikasını, zavod, fabrik avadanlıqlarını, bir sözlə harada metal vardısa, söküb dağıdırdılar. Hamısını İrana, digər qonşu ölkələrə satırdılar. Ümumiyyətlə, Xalq Cəbhəsi dönəmində ölkəmizə vurulan zərər heç vaxt Azərbaycana vurulmayıb. Əli Kərimlinin sözləri iftiradır. Əli Kərimlinin özü bu işlərin içərisində olan bir adam idi. O və yoldaşları - hamısı torpaq alveri edirdilər. Hələ mən onu demirəm ki, onların zamanında uşaqlar küçəyə çıxmağa həsrət qalmışdılar. Düz əməlli əllərində tüfəng  tutmağı bacarmayan cavan-cavan uşaqları birbaşa müharibəyə göndərirdilər. Bir az imkanlı adamların uşaqlarını hədəfə alırdılar. Həmin uşaqlar cəbhədə erməni ilə üz-üzə dayansa da, arxadan güllələnirdilər. Bəlli olurdu ki, özləri vururlar. Həmin uşağın ölüsünü, meyidini gətirib sahibinə pulla satırdılar. Görün, nə dərəcədə Allahsız, çirkin və əxlaqsız hərəkətlər ediblər. Bunlar insanlığa yaraşmayan hərəkətlər idi.

 

Mən Zəngilanın işğalını çox yaxşı xatırlayıram. Həmin vaxt səs-küy saldılar ki, ermənilər gəlir. Ancaq orada heç müharibə olmadı. Camaatı tökdülər Araza, Arazda boğulan-boğuldu, boğulmayan da keçdi İrana. Sanki ermənilər toy-balaban çala-çala gəlib Zəngilana girdilər. Beləcə, işğal etdilər Zəngilanı. Bir gün zəngilanlı bir qaçqın Sumqayıtda mebel almağa gedir. Görür ki, “şifoner” ona tanış gəlir. Arxasını çevirib görür ki, evindən çıxan mebeldir, şifonerə öz adı yazılıb. Bunu mənə hadisənin şahidi olan lap yaxın adam danışıb. Görürsünüz, necə talançıdırlar. Camaat qaçandan sonra onların mülklərini qarət edirdilər. Bunlara nə ad vermək olar? İndi bu insanların danışmağa haqqı varmı ki, desinlər ki, Heydər Əliyevin vaxtında rayonlarımız işğal edilib. Əli Kərimli və təmsil olunduğu komanda rayonları satmışdı, Heydər Əliyev təzədən nə edə bilərdi ki?

 

- Yəni müdaxilə etmək gec idi?

- Əlbəttə. Qarşısını almaq mümkün deyildi. Mən bu işlərin içərisində olan adamam. O vaxt Naxçıvana – Heydər Əliyevin yanına gəlmişdilər ki, məhz buradan İrəvana ikinci cəbhə açaq. Heydər Əliyev dedi ki, gedin verdiyiniz torpaqları geri qaytarın, sizin Naxçıvanla işiniz yoxdur. Əslində Əli Kərimligil Naxçıvanı da satmışdılar, ermənilərlə danışmışdılar. Ona görə də istəyirdilər ki, Naxçıvandan da Ermənistana atəş açılsın.

 

- Eldar müəllim, amma qarşı tərəf iddia edirdi ki, Naxçıvanda ikinci cəbhənin açılmasına icazə verilməməsi ermənilərin bütün güclərinim Qarabağa yönəldilməsinə gətirib çıxardı. Buna münasibətiniz necədir?

- Bunlar hamısı ağ yalandır. Onlar istəyirdilər ki, Naxçıvanı da ermənilər işğal etsin. Heydər Əliyev ora gedəndən sonra Naxçıvan insanı səfərbər oldu, torpaqlarını qorudu. Təəssüf ki, mənəm-mənəm deyən rayonların adamları alverin qurbanı oldular, hamısı torpağını qoyub qaçmağa məcbur qaldılar. Amma naxçıvanlılar buna getmədilər.

Yadımdadır, 18 mayda mən Heydər Əliyevin namizədliyini irəli sürəndə ən böyük müharibə Sədərəkdə olmuşdu. Orada bizim xeyli sayda gənclərimiz şəhid oldu. Bunu həmin tarixdə ona görə etdilər ki, birdən Heydər Əliyev Bakıya gələr, Ali Sovetə seçilər. Qəsdən, Heydər Əliyevin başının qarışması, Bakıya getməməsi üçün belə addımlar atırdılar. İndi isə özlərini təmizə çıxartmaq üçün də hər cür iftira dolu bəyanatlar verirlər.

Yaxşı, tutaq ki, Azərbaycan torpaqları işğal olunmuşdu, Əli Kərimli, niyə bu torpağı işğaldan azad edə bilmədiniz? Etməzdilər. Çünki onlar torpaq alveri edirdilər. Onlar xalqın sözün əsl mənasında düşməni olublar.

 

- Onlar arqument gətirirdilər ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərlə bağlı qətnamələri var idi. Əgər hakimiyyət dəyişməsə idi, Kəlbəcər işğaldan azad olunacaqdı...

- Bunlar boş sözlərdir. O zaman prezident Əbülfəz Elçibəy idi. Onun əlindən tutub gətirirdilər ki, bu, Azərbaycanın prezidentidir. Onun nə danışmağa dili, nə də arqumenti var idi. Bir prezident ki, deyə oranı bağlayaq, buranı bağlayaq, Qarabağ bizimdir, boş-boş danışırdı, onun siyasəti yox idi. O zamankı iqtidarın imkanı yox idi ki, hansısa beynəlxalq təşkilatın qəbul etdiyi qətnaməni həyata keçirsin. Savadsızlıq, təcrübəsizlik idi. Küçədən hakimiyyətə gələndən nə olacaq?!

Mən o zaman deputat idim. Onlar parlamentdə siqareti yandırıb, stolun üstünə basırdılar. Onların biri-birinə nə söyüşləri varsa, hamısını mən eşidirdim. Ana-bacı söyüşləri işlədirdilər, o dərəcədə tərbiyəsiz idilər. Deyirdim ilahi, görəsən bunlardan xalqa rəhbər olacaq? Olmadılar. Hakimiyyətləri cəmi 1 il çəkdi.

 

- Deyirsiniz ki, cəbhə hakimiyyəti torpaqlarımızı satdı. Onlardan həbsdə olanlar da var. Amma nəyə görə, biz onların hər birinin xalq düşməni kimi məsuliyyətə cəlb olunmasını istəmədik?

- Dünyada belə bir məfhum var – adını demokratiya qoyublar. Həmin Əli Kərimli kimi insanlar xarici qüvvəllərə, ermənilərə satılmış insanlardırlar. Onlar Azərbaycanda erməniləri müdafiə etməklə məşğuldurlar. Çünki əvəziondə qrant alırlar. Yəni xalqını, torpağını, millətini öz şəxsi mənafeləri üçün satırlar. Necə ola bilər ki, Əli Kərimlinin övladları illərdir Londonda yaşayırlar, oxuyurlar, mən Eldar İbrahimov  - 50 ildir, bu dövlətə qulluq edən biriyəm - mənim nəinki Londonda, heç bir xarici ölkədə heç nəyim yoxdur. Bundan sonra da ola bilməz. Çünki biz tərbiyə almışıq, o tərbiyəni itirə bilmirik.

Amma onlar gecə düşünürlər ki, səhər gedib, kimdən rüşvət alacaqlar. Cəbhə dövründə camaata Türkiyədən taxıl əvəzinə “jmığ” alıb yedirtdilər. 16 milyon dollarlıq alver etdilər, Həmin adamlar o pulu götürüb aradan çıxdılar. Moskvada, başqa şəhərlərdə özlərinə ev aldılar. Bunu hamı bilir. O qədər belə misallar var ki...

İndi hansı üzlə çıxıb Heydər Əliyev haqqında danışırlar? Heydər Əliyevin ən böyük yaxşılığı hakimiyyətə gələn kimi elə cəbhə hakimiyyətinə oldu. Müxalifət deyir ki, 15 iyunda nədən qurtulduq? Cavab birmənalıdır, Azərbaycan dövləti və xalqı sizin əlinizdən qurtuldu. Amma Heydər Əliyevin ən böyük yaxşılığı sizi dar ağacından qurtarmağı idi.

Mənim Sürət Hüseynovla da münasibətim var idi, hər şeydən xəbərdar idim. Sürət deyirdi Prezident Aparatını dağıdacaq, orada dar ağacı quracaq, onları isə elə oradaca asacaq. Amma Heydər Əliyev buna imkan vermədi, onların canını qurtardı.

 

- Bir vaxtlar belə fikir var idi, müxalifət partiyaları hakimiyyətə işləyir. İndi həmin qüvvələr xaricə işləməkdə qınanılır. Bəlkə onları elə iqtidar özü satın alaydı?

- Biz onları satın alsaq belə Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə, onların dostluğu bizə lazım deyil. Çünki dediyim kimi, xarici qüvvələr imkan verməyəcək ki, onlar Azərbaycana xidmət göstərsin. İndi hansı müxalifətçinin xarici ölkədə evi, imkanı yoxdur? Bunu bütün Azərbaycan xalqı bilir.

 

- Həmin qüvvələrinin hakimiyyətə təsiri nə dərəcədə ola bilər? Hakimiyyət bundan narahatdır?

- Biz sadəcə bunların Azərbaycan vətəndaşı olduğuna təəssüf hissi kerçiririk. Yoxsa onların nəyəsə təsir imkanı sıfıra bərabərdir. Bu gün iqtidar və xalq birliyi var. Azərbaycan xalqı Heydər Əliyevi sevib, , xilaskar kimi qəbul edib. Doğrudan da, Heydər Əliyev gəldi, xilaskar kimi Azərbaycanı bəlalardan qurtardı. Azərbaycanda sabitlik, əmin- amanlıq yaratdı.

Bu gün Azərbaycan özünün strategiyasını cənab Prezident İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirir. Bunlar  dünyada çox mühüm layihələrdir. Azərbaycan Bakı-Tbilis-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və digər dünya səviyyəli layihələr həyata keçirməyə başladı və artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir. Ona görə, Azərbaycanın dünya çapında böyük hörməti var. Bunu isə gözü götürməyən dövlət çoxdur. Düşünürlər ki, Azərbaycan balaca dövlətdir, Avropanı enerji ilə təmin edir. Ölkə rəhbərliyinin Avropa ölkələrində gördüyü işlər uğurlarımızdır. Bütün bunlar hamısı bizim siyasətimizdi.

 

- İddialar var ki, işğal olunmuş torpaqlarla bağlı məsələlər yenidən araşdırılsın. Siz düşünürsünüz ki, araşdırılsa, onlar hamısı həbs oluna bilər?

- Onları araşdırmaq çox çətindir. İyirmi il ATƏT Parlament Assambleyasında Azərbaycanı təmsil etmişəm. ATƏT-in Minsk qrupu və digər təşkilatlar hamısı boş şeylərdir. Bu təşkilatlarda ona görə iştirak etməliyik ki, sözümüzü deyə bilək. Diqqət edin, ATƏT-in Minsk qrupunun həmsdərləri deyirlər ki, hər iki prezident (Azərbaycan və Ermənistan rəhbəri nəzərdə tutulr- Red) özündə siyasi iradə tapsın, danışsınlar, biz də razılaşaq. Əvvəla, razılaşacaqlarsa, sizə nə ehtiyac? Digər tərəfdən, Azərbaycan Prezidentinin siyasi iradəsi var, öz sözünü deyir. Ermənilər isə qaçır. Minsk Qrupunu təyin ediblər ki, məsələni həll etsin. Əgər bu təşkilat Qarabağ məsələsini həll edə bilmirsə, problemi prezidentlərin ixtiyarına buraxırsa, onda belə bir qurum nəyə lazımdır? Hesab edirəm ki, Minsk Qrupunun tərkibi də dəyişdirilməlidir. İldə bir dəfə hansısa ölkənin xarici işlər naziri sədr olur, regiona səfər edir, qayıdır. Amma həmin ikinci dərəcəli müavinlər isə biganədirlər.

 Yaxşı yadımdadır, “Daşnaqsütyun” Partiyasının sədri, ATƏT Parlament Assambleyasında iştirak edirdi. Mən bir dəfə ona dedim torpaqlarımızı işğal etmisiniz, bəs niyə öz adamlarınızı həmin torpaqlara köçürmürsünüz. Dedim sizin heç İrəvanda adamınız qalıb ki, Qarabağa da kimisə yerləşdirəsiniz? Ermənilərin sadəcə torpaq xəstəliyi var.

Mən çox inanıram ki, gec-tez İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Bu məsələ yaxınlaşdıqca, Azərbaycanı həm xaricdə, həm də daxildə istəməyən qüvvələr hərəkətə keçirlər. Təxribatla, düşmənçiliklə məşğul olurlar.

Bir daha bəyan edirəm ki, Azərbaycan dövləti bütün bu təxribatların qarşısını alacaq, torpaqlarımız işğaldan azad edilcək.  Azərbaycanlılar mütləq öz tarixi torpaqlarına qayıdacaqlar. Buna tam ənim ola bilərsiniz. Çünki buna Azərbaycan dövlətinin gücü də,Azərbaycan Prezidentinin iradəsi də var.

Oxşar xəbərlər
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO