Xəbər lenti
20/01/2020 [14:28]:
"Qoca"nın qardaşı həbs edilib
20/01/2020 [14:27]:
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
20/01/2020 [14:24]:
Şahzadə Harri tituldan imtinası barədə: “Başqa seçimim yox idi”
20/01/2020 [14:22]:
Aybəniz Haşımovadan şəhid həyat yoldaşı ilə bağlı təsirli paylaşım - FOTO
20/01/2020 [14:17]:
Rəşad Mahmudov ilk olaraq şəhid ailəsinin qapısını döydü...
20/01/2020 [14:04]:
Lavrovdan kritik Liviya açıqlaması
20/01/2020 [14:01]:
Azərbaycanda kişi “Qırmızı kitab”a düşən maralları satmaq istədi - FOTO
20/01/2020 [13:18]:
20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı…
20/01/2020 [13:13]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı
20/01/2020 [13:10]:
Sabahın havası açıqlandı
20/01/2020 [13:09]:
"İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?"
20/01/2020 [12:58]:
Azərbaycanda mikroavtobus qəzasındakı yaralılarla bağlı RƏSMİ AÇIQLAMA
20/01/2020 [12:56]:
Flora Kərimova qanlı gecəni xatırlayıb göz yaşı tökdü: “Tankın lüləsi düz üzümə tuşlanmışdı”
20/01/2020 [12:49]:
Makqreqorun 40 saniyəlik döyüşdən qazancı məlum oldu
20/01/2020 [12:48]:
“Nazirlik sübut etdi ki, ölkədə brend adı altında saxta içkilər hazırlanır...”
20/01/2020 [12:37]:
“İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov
20/01/2020 [12:35]:
Fəzail Ağamalı Kürsəngidə şəhid ailələri və kənd ağsaqqalları ilə görüşdü - FOTOLAR
20/01/2020 [12:35]:
Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı
20/01/2020 [12:34]:
“20 Yanvara yalnız qaboy səsi, ağlaşma kimi yanaşmaq doğru deyil”
20/01/2020 [12:30]:
Bakı-Quba yolunda üç təcili yardım maşını qəzaya düşdü, yaralılar var - YENİLƏNİB + FOTO
20/01/2020 [12:27]:
“Azərbaycan əhalisi müharibəyə hazırlaşır...” -Erməni separatçısı belə düşünür...
20/01/2020 [12:16]:
Hindistan ballistik raketini sınaqdan keçirdi
20/01/2020 [12:03]:
Şəhidlərin yanında üzüm yenə qaradı, Millət “yumruq” olmadı, yenə tikə-paradı... - İTHAF
20/01/2020 [11:58]:
Qulaqlardan getməyən səs, anaların fəryadı, nalə, göz yaşı... - Sənətçilər qanlı gecədən danışdılar
20/01/2020 [11:53]:
“Səhhətimlə bağlı həmin tədbirdə iştirak edə bilmədim...”
20/01/2020 [11:45]:
Son 4 gündə Suriyada gedən döyüşlərdə təxminən 100 nəfər öldürülüb
20/01/2020 [11:44]:
Ermənistan “Bakı qətliamı”na görə kompensasiya tələb edir: Azərbaycan və Türkiyə eyni yalanla üz-üzə...
20/01/2020 [11:42]:
"Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu"
20/01/2020 [11:30]:
Əsəddən şok qərar: Dollarla alış-verişə görə 7 il həbs
20/01/2020 [11:06]:
20 Yanvarın qisası o oldu ki... - SSRİ dağıldı, kompartiya süqut etdi, qatillər tək-tək bədbəxt oldular
20/01/2020 [11:04]:
Alman nazirdən Liviya çıxışı: "Açarı aldıq, indi isə..."
20/01/2020 [10:58]:
Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var
20/01/2020 [10:54]:
“YAP namizədlərinin bu baxımdan üstünlüyü var” - Siyavuş Novruzov
20/01/2020 [10:50]:
“Görəsən, bizi görməyə gələcəklər?” - İTV-dən təsirli video
20/01/2020 [10:49]:
"Onu şəhidlərimizdən seçdirən bizim gözəl Fərizəmiz oldu, o, öz ölümüylə İlhamı göylərə qaldırdı"
20/01/2020 [10:41]:
20 yanvar hadisələrindən 30 il keçir – Şahidlər danışır...
20/01/2020 [10:39]:
Qanunsuz silah saxlayan şəxs tutuldu
20/01/2020 [10:38]:
Mehriban Əliyevadan 20 Yanvar faciəsi ilə bağlı paylaşım
20/01/2020 [10:33]:
Şəhidlərin dəfni necə baş tutub? - Şeyxulislam “ailənizlə halallaşın”sözünü kimlərə deyib?
20/01/2020 [10:32]:
Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN
20/01/2020 [10:31]:
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20/01/2020 [10:29]:
Azərbaycanda ağır qəza: Sürücü yanaraq öldü
20/01/2020 [10:28]:
Maştağalı Sübhan kişi Məkkəyə getmədən necə hacı oldu?- Olmuş əhvalat...
20/01/2020 [09:48]:
Körpələr analarını oyatmaq istədilər, lakin artıq gec idi – Fotolar
20/01/2020 [09:45]:
Faiq Ağayev qanlı 20 Yanvar gecəsini xatırlayır: “Sanki dünən gecə olub...”
20/01/2020 [09:31]:
Müsəlman kişi xanımı üçün təyyarə-ev tikdi...-FOTO
20/01/2020 [08:52]:
“Onlar şəhid olmadı ki, bu gün həmin bayraq altda min sifətə, cildə girib xərac yığaq, rüşvət yığaq!..”
20/01/2020 [07:35]:
Qurani-Kərimdəki şəhidlik haqqında ayələr...
20/01/2020 [00:10]:
Siz kimin əmisi oğlusunuz, cənab səlahiyyətlilər?
19/01/2020 [23:40]:
İlham Əliyev: "20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" - FOTO
19/01/2020 [23:39]:
"İmzaların yoxlanılması prosesinə nə özüm, nə də səlahiyyətli nümayəndəm dəvət olunmayıb"
19/01/2020 [23:36]:
"İndiki müxalifətdəkilərin bəziləri ciblərə girməyə, varlı olmağa can atırlar..." - VİDEO
19/01/2020 [23:22]:
Azay Quliyev seçicilərlə bir gündə üç kütləvi görüş keçirdi - FOTOLAR
19/01/2020 [22:27]:
Babək prospektində piyadanı maşın vurub
19/01/2020 [22:23]:
Həbib doğulduğu kəndi nümayiş etdirdi - VİDEO
19/01/2020 [21:46]:
"Hercai"nin "liliput" aktrisası 98 kq arıqlamaqla çəkiyə meydan oxudu... - FOTOLAR
19/01/2020 [21:46]:
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
19/01/2020 [21:23]:
Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
19/01/2020 [21:20]:
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 vəkili olan namizədi...
19/01/2020 [20:54]:
"Hadı bəy 24 ildir deputatdır, amma seçicilərinə bir xeyri dəymədi, əksinə..."
19/01/2020 [20:31]:
Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən qız ölkəsinə yola salındı
19/01/2020 [20:21]:
Ölkəyə qanunsuz dərman gətirənlər yaxalandı - FOTO
19/01/2020 [20:15]:
Çində 6,4 maqnitudalı zəlzələ olub
19/01/2020 [19:31]:
10 yaşlı qızın köməyinizə ehtiyacı var!
19/01/2020 [19:26]:
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
19/01/2020 [19:05]:
İran Küveytin 3 gəmisini saxladı
19/01/2020 [19:03]:
Berlində Liviya böhranı üzrə beynəlxalq konfrans başlayıb
19/01/2020 [19:01]:
Məzahir Pənahov: "1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"
19/01/2020 [18:22]:
Bəlkə biz də Şəkərbura indeksi yaradaq - "Xaçapurini də, plovu da döyər" - TƏKLİF
19/01/2020 [18:05]:
Gənclər 20 Yanvar faciəsi ilə bağlı video hazırlayıblar - VİDEO
19/01/2020 [18:04]:
Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb
19/01/2020 [18:03]:
MSK DSK-nın qərarını ləğv edib
19/01/2020 [17:45]:
"İndi deyirəm ki, kaş yanıma gələydi, ona sarılıb, doyunca öpərdim, amma..."
19/01/2020 [17:42]:
Tehran hava limanı fəaliyyətini dayandırdı
19/01/2020 [17:40]:
Zelenski İranda vurulmuş təyyarədə həlak olanların cəsədlərini belə qarşılayır - VİDEO
19/01/2020 [17:27]:
"Əgər sabitlik olmasa, nə islahatlardan, nə də insan hüquqlarından söhbət belə gedə bilməz"
19/01/2020 [17:00]:
Daha bir deputatlığa namizədin qələbəlik seçki təşviqatı - FOTOLAR
19/01/2020 [15:44]:
Bu gün Putin Berlində Ərdoğanla görüşəcək
19/01/2020 [15:42]:
Azərbaycanlı jurnalist Türkiyədə vəfat etdi - FOTOLAR
19/01/2020 [15:40]:
Bütün xəstəliklərin bu qayda ilə öhdəsindən gəlmək olur - Alimlərin araşdırmasına görə...
Bütün arxiv bir sırada
10/09/2019 [14:06] - Siyasət - ( 734 dəfə baxılıb)

Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən tədbirlər keçirilib - FOTO + VİDEO



Sentyabrın ilk həftəsi Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi keçirilib. Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) hər il təşkil etdiyi silsilə tədbirlər mədəni müxtəlifliyin təbliği məqsədini daşıyır.

Vyana Şəhər Bələdiyyəsində keçirilən açılış mərasimində təşkilatın rəhbəri Yosipa Palaç çıxış edərək mədəniyyət həftəsinin mahiyyəti barədə danışıb.

Qeyd olunub ki, mədəni müxtəlifliyi insanlar arasında bir körpü kimi qəbul edən BMMT mədəniyyətlərarası bağlılığa, fərqli mədəni ifadə formalarına tolerant yanaşma və ümumbəşəri mədəni dəyərlərin təbliğini öz missiyasına çevirib. “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” həftəsi musiqi, milli kulinariya, incəsənət, geyimlər, podium müzakirələri və digər layihələrlə mədəni müxtəlifliyi müxtəlif aspektlərdən təqdim etməyə xidmət edir.

Tədbirin bədii hissəsində dünyanın müxtəlif ölkələrindən milli rəqs qrupları öz musiqi proqramları ilə çıxış ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rza-zadə və Eldar Hüseynovun ifasında təqdim olunan milli rəqslərimiz tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir çərçivəsində Vyana Şəhər Meriyasının foyesində yaradılmış guşədə Azərbaycana həsr olunmuş kitab və broşürlər nümayiş etdirilib, tədbir iştirakçılarına milli şirniyyatlarımız paylanıb.

Tədbirin ikinci günü Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub. Tədbiri mərkəzin rəhbəri Leyla Qasımova açıb. O, mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin qarşılıqlı münasibətləri inkişaf etdirdiyini, mədəni və incəsənət əlaqələrinin inkişafının dinc, birgəyaşayış üçün ən uğurlu vasitələr olduğunu qeyd edib. Sonra tədbir iştirakçılarına azərbaycanlı rəssam və heykəltəraş Elvin Nəbizadənin “LOST LAND” videoinstallasiyası təqdim olunub. Həmçinin Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn və Azərbaycanda məskunlaşmış etnik qruplara həsr olunan “Bir günəş altında” sənədli filmi nümayiş edilib. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rza-zadə və Eldar Hüseynovun ifasında “Qarabağ”, “Naz eləmə”, “Ağ çiçəyim”, “Sarı gəlin” və digər Azərbaycan milli musiqi nümunələri məharətlə ifa olunub.

Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən tədbir keçirilib

“Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət həftəsi çərçivəsində incəsənət üzrə beynəlxalq ekspertlər üçün Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanışlıq görüşü keçirilib.

Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara təsis olunduğu ilk gündən mərkəzin fəaliyyəti barədə məlumat verib, bu mərkəzin Azərbaycan mədəniyyət və incəsənətini tanıtmaq məqsədilə Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində müxtəlif səpkili layihələrə imza atdığını diqqətə çatdırıb. Qeyd edilib ki, Mədəniyyət Mərkəzinin əsas hədəfləri sırasında müxtəlif mədəniyyətləri təmsil edən insanları bir araya gətirmək, mədəniyyətlərarası dialoqun baş verdiyi tolerant bir məkana çevrilməkdir.

Dünyanın müxtəlif ölkələrindən olan incəsənət ekspertləri, sənətşünas və menecerlər tanışlıq görüşündən məmnunluqlarını ifadə ediblər, gələcəkdə Azərbaycanla bağlı layihələr və bu layihələr çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq imkanları barədə danışıblar.

Növbəti gün qadınların cəmiyyətdə roluna dair podium diskussiyası və qala gecəsi keçirilib. Tədbirin bədii hissəsində gənc musiqiçilər kiçik konsert proqramı ilə çıxış ediblər. Gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi “Xocalıya” kompozisiyasını ifa edib və bu ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Podium diskussiyasına çıxışçı qismində dəvət olunan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova gender bərabərliyindən danışarkən, bu bərabərliyin Azərbaycanın demokratik keçmişindən irəli gəldiyini söyləyib.

Bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi qeyd edilib: “Müsəlman dünyasında ilk dünyəvi parlament respublikası, etnik, dini və sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqların verilməsi bütün müsəlman və türk dünyasında baş verən çox vacib bir hadisə idi. Qadınlar kişilərlə bərabər hüquqlara sahib oldular və 100 il əvvəl qadınlara seçki hüququ verildi, bu da onlara Azərbaycanın ictimai və siyasi həyatında iştirak etməyə imkan yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da, qəbul edilmiş qərarlar ölkəmizin gələcəyinə çox təsir etdi”.

Xüsusilə qeyd edilib ki, Azərbaycanda qadınlara yüksək dəyər verilməsi, onların cəmiyyətdə mövqeyinin gücləndirilməsi üçün atılan addımların tarixi qədimdir. Azərbaycanın tanınmış xeyriyyəçilərindən olan Haci Zeynalabdin Tağıyev 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk dünyəvi məktəb açıb. 1908-ci ildə Qarabağ xanlığının son hökmdarının varisi Həmidə Cavanşir oğlan və qızların birlikdə oxuduğu bir məktəb yaradıb. Bütün bu addımlar hələ XX əsrin əvvəlində Azərbaycanda gender bərabərliyi istiqamətində görülən işlər idi: “Çox qürur hissi ilə deyə bilərik ki, müstəqilliyimizi bərpa etdikdən sonra gender bərabərliyi yolunda qətiyyətli addımlar atmağa başladıq. 1998-ci ildə Azərbaycanda Qadın Məsələləri üzrə Komitə yaradıldı. 2000-ci ildə ümummilli lider Heydər Əliyev qadınlarla bağlı dövlət siyasətində böyük rol oynayan Fərman imzaladı. 2006-cı ildə qəbul edilən “Gender bərabərliyinin təminatları haqqında qanun“ gender əsaslı ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə gender bərabərliyini təmin etmək məqsədi daşıyırdı”. “Azərbaycanda gender siyasəti gücləndikcə cəmiyyətin müxtəlif təbəqələrində qadınların mövqeyi də möhkəmlənir.

Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən tədbir keçirilib

Hazırda ölkəmizdə doktorantura ali təhsil pilləsində təhsil alanların 56 faizi qadınlardır, dövlət qurumlarında, eləcə də özəl sektorda da onların sayı artmaqdadır. Yeni nəsil Azərbaycan diplomatları və gənc liderlər Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan ilham alırlar. Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri kimi yorulmaz humanitar səyləri, qadınlar, uşaqlar üçün təbliğat işləri ilə də tanınır, Azərbaycan qadınları üçün əsl örnək rolunu oynayır”, - deyə, səfir qeyd edib.

Altı gün davam edən mədəniyyət həftəsinin yekununda müxtəlif ölkələrin milli geyimlərindən ibarət “Dünyanın geyimləri” adlı dəfilə təşkil edilib. Dəfilədə 60-dək ölkənin milli geyimləri təqdim olunub. Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri də dəfilədə təqdim edilib. Azərbaycanlı dizaynerin milli geyimlərdən ibarət kolleksiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kolleksiyada Azərbaycanın müxtəlif regionlarının (Qarabağ, Bakı, Gəncə-Qazax) yüksək bədii ustalıqla tikilmiş kişi və qadın geyimləri də sərgilənib. (Finans.az)

"İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?"
"İmzaların yoxlanılması prosesinə nə özüm, nə də səlahiyyətli nümayəndəm dəvət olunmayıb"
"Hercai"nin "liliput" aktrisası 98 kq arıqlamaqla çəkiyə meydan oxudu... - FOTOLAR
Gənclər 20 Yanvar faciəsi ilə bağlı video hazırlayıblar - VİDEO
Qarsdakı baş konsulumuz Diyarbəkir vilayətində önəmli görüşlər keçirdi - FOTOLAR
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“20 Yanvara yalnız qaboy səsi, ağlaşma kimi yanaşmaq doğru deyil”
Cəmiyyət
"Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu"
Hadisə
20 yanvar hadisələrindən 30 il keçir – Şahidlər danışır...
Ədəbiyyat
Maştağalı Sübhan kişi Məkkəyə getmədən necə hacı oldu?- Olmuş əhvalat...
Siyasət
"Hadı bəy 24 ildir deputatdır, amma seçicilərinə bir xeyri dəymədi, əksinə..."
Həftənin ən çox oxunanları
Altı yaşlı uşağa təcavüz etdiyi üçün kəndlilər onu benzinlə yandırdı- FOTOLAR
“DİN-ə qəribə bir əmr gəldi:  “Hər kəs silahını təhvil verib binadan bayıra çıxmasın…”
Nərminin qətlinə görə tutulan İlkinin ailəsindən sensasion AÇIQLAMA: "Xətt onun deyil"
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
İsrail həkimləri qan təzyiqini normallaşdırmağın  ən sadə yollarını göstərdi...
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsini tərk etdi
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247