Xəbər lenti
14/08/2020 [08:43]:
"Əgər Stepanakertə bir bomba atmağa cəhd etsəniz,   cavabını Gəncədə alacaqsınız!.."
14/08/2020 [07:47]:
Polis İsveçdə  Quran nüsxəsinin yandırılmasının qarşısını aldı...
14/08/2020 [07:09]:
“Nə zaman məndən sonra zina çoxalar, ani ölümlər də çoxalar...” -Həzrət Peyğəmbər(s)
14/08/2020 [00:48]:
"Yaralı yerimizə duzlu su qoymalıyıq ki, zəlilər bədənimizdən qopsun..."
14/08/2020 [00:05]:
Bu gün növbəti qəbul imtahanı keçiriləcək
13/08/2020 [23:55]:
Rusiyanın Ermənistana silah verməsi tənqid olundu - VİDEO
13/08/2020 [23:37]:
“Azneft” dairəsində ağır qəza baş verib, xəsarət alan var
13/08/2020 [23:16]:
Rusiya Türkiyə ilə patrul yoxlanışlarını dayandırıb
13/08/2020 [23:08]:
“Türkiyə və Azərbaycanın Qarabağı azad etmək planı...”
13/08/2020 [22:45]:
Yardımlıda baş verən qəza 100-dən çox abonenti qazsız qoydu
13/08/2020 [22:42]:
Flora Kərimova: “Bunu utana-utana deyirəm...”
13/08/2020 [22:41]:
Azərbaycanlı ekspert Makedoniyada təltif olundu
13/08/2020 [22:12]:
İctimai məkanlarda siqaret çəkmək qadağan olundu - Koronavirusa görə
13/08/2020 [21:51]:
Ac saxlanılan uşaq öz nəcisini yeyərək həyatda qaldı - DƏHŞƏT... + FOTOLAR
13/08/2020 [21:43]:
Belarusun əsas zavodları tətilə çıxır: prezidentə istefa tələbi
13/08/2020 [21:43]:
"İllərdir qardaşımızdan yanımızda dayanmasını umduq, amma gözümüz yolda qaldı..."
13/08/2020 [21:39]:
"Türkiyə-Azərbaycan hərbi təlimləri bəzi ölkələrdə narahatlıq doğurur, ancaq buna heç bir əsas yoxdur"
13/08/2020 [21:33]:
“Mikayıl Cabbarov Azərbaycanın vergi sistemini XIX əsrdən XXI əsrə daşıyıb”
13/08/2020 [21:30]:
Sevgilisinə su altında bu cür evlilik təklifi etdi - FOTO + VİDEO
13/08/2020 [21:18]:
Qarabağa qanunsuz səfər edən Polşa jurnalisti separatçı erməni rejimini dəstəklədi -VİDEO 
13/08/2020 [21:07]:
“100 məhkum cəzadan tamamilə azad edilib” - Nazirlik
13/08/2020 [21:04]:
İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
13/08/2020 [21:01]:
“Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur”
13/08/2020 [21:01]:
30 illik turizm şirkəti iflas etdi - Koronavirusa görə
13/08/2020 [20:41]:
Məhkum və həbs olunmuş şəxslərin hüquqlarının qorunması diqqət mərkəzindədir
13/08/2020 [20:19]:
400 kiloqram ağırlıq qaldıran atletin dizləri qırıldı - VİDEO
13/08/2020 [20:09]:
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
13/08/2020 [20:02]:
Erməni əsgərlər hərbi əmlakı oğurladı
13/08/2020 [19:24]:
Rusiya dollardan imtina etməyə başladı: bu mümkün olacaqmı?
13/08/2020 [19:19]:
Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - FOTOLAR
13/08/2020 [19:05]:
"Azərbaycan gələcəkdə əlil arabaları istehsal edəcək"
13/08/2020 [18:59]:
Yas mərasimi keçirənlər cərimələndi - FOTO
13/08/2020 [18:40]:
Pedaqoji Universitet -100
13/08/2020 [18:18]:
“Türkiyə öz sözünü dedi – İndi top bizim meydandadır...”
13/08/2020 [18:16]:
Rəsmi Bakı Kremlə narahatlığını çatdırdı: “Bu cür açıqlıq bir növ mesajdır”
13/08/2020 [18:13]:
Müəllimlərin əksəriyyəti pandemiyaya görə yüksək risk daşıyıcısıdır - Təhsil İnstitutu
13/08/2020 [18:07]:
İranın xarici işlər naziri Livana səfər edəcək
13/08/2020 [17:53]:
DTX səfir Eldar Həsənovun saxlanılması barədə rəsmi məlumat yaydı
13/08/2020 [17:35]:
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub, 3 nəfər vəfat edib
13/08/2020 [17:30]:
Rusiyanın peyvəndi koronavirusdan ən azı 2 il qoruyacaq
13/08/2020 [17:24]:
“Müğənni maşınını satıb maddi sıxıntıdan canını qurtara bilər...” - Namiq Qaraçuxurlu
13/08/2020 [17:21]:
"Hər bir azərbaycanlı bu müharibəyə hazır olmalıdır..."
13/08/2020 [17:08]:
“Prezident Rusiyaya etiraz edir, bu məmurlar, deputatlar isə hələ də susurlar”
13/08/2020 [17:05]:
Uşaq bağçalarının bu ərazilərdə açılması təklif olundu
13/08/2020 [17:01]:
Ərdoğan ilə Merkel arasında telefon danışığı olub
13/08/2020 [17:00]:
Azərbaycanın ən çox mal satdığı və mal aldığı ölkələr - SİYAHI
13/08/2020 [16:56]:
“Paşinyan azərbaycanlıları Vediyə, Masisə, Vardenisə qaytaracaq” - Prezidentin eks-köməkçisi
13/08/2020 [16:56]:
ADP növbəti qurultayının vaxtını elan etdi
13/08/2020 [16:51]:
"Azərbaycanda koronavirus 2019-cu ildən də əvvəl olub" - Professordan ilginc iddia...
13/08/2020 [16:46]:
İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTOLAR
13/08/2020 [16:44]:
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
13/08/2020 [16:44]:
BDU-nun Elmi Kitabxanası xüsusi karantin dövründə oxuculara onlayn xidməti davam etdirir
13/08/2020 [16:43]:
“Atama demişdilər ki, Yusifə "görüm-baxım" edək, ata-anamızı o klipdən çıxarsın”
13/08/2020 [16:42]:
Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin distant təşkili təklif olunub
13/08/2020 [16:40]:
Azərbaycanda general-leytenantın qardaşı oğlu külli miqdarda heroinlə tutuldu
13/08/2020 [16:39]:
İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları aparılıb
13/08/2020 [16:35]:
Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı
13/08/2020 [16:30]:
“Azərbaycan və Türkiyə bundan sonra da hər cür təhdid və təhlükəyə qarşı hər zaman bir yerdə olacaq”
13/08/2020 [16:23]:
“Mənə təsir edən başqa şeylərdir” - VİDEO
13/08/2020 [16:21]:
“İnşallah, Azərbaycan Silahlı Qüvvələri Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə öz vəzifəsini yerinə yetirəcək”
13/08/2020 [16:19]:
“Sonadək Azərbaycanın yanındayıq” - Hulusi Akar
13/08/2020 [15:36]:
“Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
13/08/2020 [15:34]:
II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
13/08/2020 [15:32]:
Azərbaycan hərbçiləri Moskvaya yola düşüb
13/08/2020 [15:30]:
Nadir şah Əfşarın nəvələrinin izi ilə...
13/08/2020 [15:19]:
Avqustun ortalarında hava sərin olacaq
13/08/2020 [15:14]:
Kişmişin içərisində narkotik keçirmək istədi, tutuldu - FOTO
13/08/2020 [15:07]:
“Mənə elə gəlir ki, bu ən əsas, vacib olan şeydir...”
13/08/2020 [14:49]:
Qərbi Kaspi Universiteti İsveçrə Universitetinə qəbul aparır
13/08/2020 [14:39]:
“Ailələrin dağılmağına səbəb qısqanclıq yox, niyə və kiminlə evləndiklərini bilməməkdir...”
13/08/2020 [14:37]:
Azərbaycanda 1000-dən çox şəxs sürücülük hüququndan məhrum edildi
13/08/2020 [14:33]:
XİN strukturunda diplomatlarla pullar oğurlanıb - istintaqla bağlı yeni sensasion xəbərlər
13/08/2020 [14:26]:
Türkiyə-Azərbaycan münasibətləri FOTOLARDA
13/08/2020 [14:19]:
Baş nazir tapşırıq verdi - bu şəxslərin işləməyi qadağan edilsin!
13/08/2020 [14:17]:
Hadı Rəcəblinin qardaşına yüksək vəzifə verildi
13/08/2020 [14:14]:
Baş Nazir 48 dövlət orqanında işçilərin işə cəlb edilməsi qaydasına dair tapşırıq verib
13/08/2020 [13:54]:
Siyasi cəsarət nümunəsi, Heydər Əliyev gedişi və beynəlxalq ifşa!
13/08/2020 [13:49]:
Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil etdi
13/08/2020 [13:43]:
Leyla Quliyeva efirə qayıdır - FOTOLAR
13/08/2020 [13:36]:
Belarusa yox, Rusiyaya sanksiya tətbiq edin - Volski
Bütün arxiv bir sırada
11/09/2019 [00:24] - Müsahibə - ( 13334 dəfə baxılıb)

"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"



Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana və Azərbaycana səfəri siyasi külislərdə birmənalı qarşılanmadı. Hər kəs bu səfərin səbəbləri barədə müxtəlif fikirlər irəli sürdü.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə budəfəki söhbətimizin məğzində elə bu səfər dayanırdı. Millət vəkilinin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, söhbətimizə Nikolay Patruşevin  Ermənistana və Azərbaycana  səfərindən başlamaq istərdim. Bu səfərdə nə məqsəd güdülürdü?

- Hazırda Rusiyada iqtisadi vəziyyət və əhalinin sosial durumu günü-gündən pisləşir, narazılıq artır.  İnsanlar artıq küçələrə çıxır, çoxsaylı həbslərə baxmayaraq, etiraz edirlər. Digər tərəfdən, qonşu ölkələrdə, xüsusilə Ukraynada baş verən  demokratikləşmə prosesi Rusiya cəmiyyətinə ciddi təsir göstərir. Belə bir vəziyyətdə Ermənistanla Azərbaycan arasında münaqişənin alovlanması qətiyyən Rusiyanın maraqlarına cavab vermir. Rusiya münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Bu yaxınlarda mətbuatda Yeltsinin  müşavirinin fikirləri ilə tanış oldum. Deyir ki, Qarabağ probleminin  həllinə nail olmaq üçün 3 nəsil dəyişməlidir. Bunu rus ictimai fikrinə, eyni zamanda bizə aşılayırlar. Çünki problem çözülmədikcə, həm Azərbaycan, həm də Ermənistan Rusiyadan asılı vəziyyətdə  qalır. Patruşevin səfərinin əsas məqsədi də məncə bununla bağlı idi.

Bununla belə, səfəri faydalı  hesab edirəm. Belə səfərlər zamanı Azərbaycan daha qətiyyətli şəkildə  Rusiyadan tələb etməlidir ki, özünün forpostu adlandırdığı Ermənistana təsir göstərsin,  Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

- Dediyiniz kimi, Rusiya problemin 3 nəsil sonra həllini düşünürsə, belə çıxır ki, Qarabağın tam erməniləşməsini istəyir. O zaman Rusiya problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə razılaşarmı?

- Mən hər zaman deyirəm ki, ermənilərin təkcə Dağlıq Qarabağda deyil, həm də işğal olunmuş ətraf rayonlarda məskunlaşdırılması Ermənistanın sülh danışıqlarına barmaqarası baxdığını göstərir. Danışıqlarda iştirakla sadəcə Azərbaycan ictimaiyyətinə yalan ümidlər verirlər. Mənim fikrimcə, konfliktin uzanması Dağlıq Qarabağı bizdən daha da uzaqlaşdırır və biz bu bölgəni yavaş-yavaş itiririk. Ona görə də hər zaman hökuməti bu istiqamətdə daha çevik və daha cəsarətli siyasət yürütməyə  çağırıram.

- Maraqlıdır ki, səfərdən əvvəl Azərbaycana məxsus bir qırıcı təyyarə qəzaya uğradı. Bir çoxları bu hadisənin qəza deyil, Rusiya tərəfindən törədilmiş təxribat olduğunu iddia etdilər. Verilən rəsmi informasiya da sanki iddiaları təsdiqlədi. Daha sonra Patruşev Azərbaycana səfər etdi. Bu məqam mənim yadıma Mollanın bir lətifəsini salır. Lətifəsi bizdən uzaq, bir gün oğlunu döyəndən sonra iş dalınca göndərən Molladan niyə belə etdiyini soruşurlar. Cavab verir ki,  pulu itirməsin deyə, əvvəl döyürəm. Pulu itirəndən sonra kötəyin nə xeyri var? Partuşevin səfəri də, sizcə, buyruqdan əvvəl vurulmuş kötəyə bənzəmirmi?

- Sizin söylədiyiniz bir ehtimaldır. Qəzanın baş verməsi barədə çoxsaylı ehtimallar ola bilər. Məsələn, hadisə baş verən zaman mənim ağlıma gələn ilk ehtimal təyyarənin köhnə olması ilə bağlı oldu. Biz o təyyarələri Ukraynadan alanda (səhv etmirəmsə, 18 ədəd idi), Milli Məclisdə  mən bununla əlaqədar məsələ qaldırmışdım. Demişdim ki, bu təyyarələr çox baha alınıb: az qala təzə təyyarə qiymətinə. Halbuki, bu təyyarələr əsaslı təmirdən sonra Azərbaycana verilib. Bilirsinizmi, əsaslı təmir zamanı  təyyarələrin mühərrikləri  dəyişdirilə, təyyarə  modernləşdirilə bilər, amma onun gövdəsi eynilə qalır. Hər bir metalın isə istifadə dövrü var. O dövr keçdikdən sonra həmin texnikanın hazırlandığı material öz keyfiyyətini itirir. Yəni onu modernləşdirməyin heç bir mənası qalmır. İnkişaf etmiş xarici dövlətlər bu cür köhnə təyyarələri əridib yeyinti sənayesi üçün konserv qabı düzəldirlər. Onların  ərinmiş metalından yeni təyyarə gövdəsi hazırlamırlar. Çünki istifadə dövrü keçmiş metaldan təyyarə düzəltmək çox təhlükəlidir. Belə  təyyarələr ən adi manevrlərdə  ikiyə bölünə bilərlər.

Köhnə MİQ- 29 hərbi təyyarələrinin qəzaya uğraması faktı təkcə bizdə baş verməyib. Müxtəlif zamanlarda Rusiyada da, Ukraynada da, Qazaxıstanda da, Polşada da bu cür hadisələr yaşanıb. Ona görə də mən müxtəlif versiyalar arasında daha çox təyyarənin köhnəliyini qəzanın əsas səbəbi kimi görürəm. Sözsüz ki, digər versiyalar da istisna olunmamalıdır. Qəzanın əsl səbəbi “qara qutu” açılanda ortaya çıxacaq. Düşünürəm ki, sizin səsləndirdiyiniz fikir də bir versiyadır, lakin az inandırıcıdır.

- Amma Müdafiə Nazirliyinin rəsmi açıqlaması bu şübhəni xeyli qüvvətləndirdi. Açıqlamadan belə anlaşıldı ki, qəza bir yad cismlə toqquşma səbəbindən baş verib...

- “Qara qutu” oxunmadan MN bu açıqlamanı necə verə bilər? Mən rast gəlməmişəm.

- Bəlkə “qara qutu”nu oxuyub yayıblar bu məlumatı?

- “Qara qutu” oxunmayıb, axı.

- Hər halda “qara qutu”nu tapdıqdan sonra bu məlumatı yaydılar.

- Ola bilər. Amma “qara qutu”nun oxunması barədə ictimaiyyətə heç bir açıqlama verilməyib. Hətta harda – bizdə, yoxsa Rusiyada oxunacağı da bəlli deyil. Son ekspert rəyi olmayana qədər qəti fikir bildirmək olmaz. MN-nin bu bəyanatı ilə tanış deyiləm. Orda qəzanın səbəbi birmənalı şəkildə bəyan olunur?

- Bəli, qəzanın bir toqquşma nəticəsində baş verdiyi birmənalı şəkildə bəyan edilir. Amma təyyarəyə çarpılan nəsnənin nə olduğu konkret göstərilmir. Quş və ya quş dəstəsi olma ehtimalına diqqət çəkilir. Ekspertlər isə fəslin və gecənin o çağında quşların Xəzər dənizi üzərində uçmasını az inandırıcı hesab edirlər...

- Müdafiə Nazirliyi konkret ekspert rəyi olmadan belə açıqlama verməlidir. Əgər veribsə, bu, yanlışdır.

- Niyə bizim rəsmilər ciddi mövzularda bu qədər mübahisəli açıqlamalar verməkdən xoşlanırlar? Axı, bu cür məsuliyyətsiz çıxışlar bir deyil, iki deyil, vaxtaşırı səsləndirilir...

- Əgər söhbət Müdafiə Nazirliyindən gedirsə, mən dəfələrlə demişəm ki, Müdafiə nazirinin digər sivil olkələrdəki kimi mülki şəxslər arasından seçilməsi daha doğru olar. O siyasi baxımdan kifayət qədər hazırlıqlı, yaxşı təşkilatçılıq qabiliyyətinə malik olmalıdır. Dünyanın əksər ölkələrində də belədir: Baş Qərargah rəisi hərbçi, Müdafiə nazir isə mülki şəxs olur, siyasi vəzifəsindən doğan səlahiyyətlərini və tapşırıqları yerinə yetirir. Azərbaycan da bu modelə keçsə və ordu professional əsgərlərdən təşəkkül tapsa,  daha güclü orduya malik olarıq.

- Hərbdən söz düşmüşkən, NATO Baltik dənizində əsgəri təlimlərə başlayıb. Rusiya isə təhlükəsizlik çəmbərini Cənubi Qafqazda gücləndirir. Petruşevlə rəsmilərimizin danışıqlarında əsas mövzunun təhlükəsizlik məsələsi olduğu rəsmən etiraf olundu. Cənubi Qafqazda Rusiyanın təhlükəsilik maraqlarını təhdid edən nə baş verir ki, bunu möhkəmləndirməyə ehtiyac görürlər?

- Məncə, Rusiya bütün istiqamətlərdə çalışır. Bu günlərdə Rusiya prezidenti Putinlə Yaponiya Baş naziri Abe arasında danışıqlar oldu. Bir müddət əvvəl isə Türkiyə prezidentinin Rusiyaya, Putinin Fransaya səfəri oldu. Son bir aya nəzər salanda görürük ki, Rusiya çox aktiv şəkildə  beynəlxalq arenada öz  imicini bərpa etmək, ona qarşı tətbiq olunan sanksiyaların təsirini azaltmaq, mümkün qədər yeni konfliktlərə cəlb olunmaqdan qaçmaq istəyir. Suriyada onsuz da elə bir bataqlığa girib ki, problemin həlli hələ üfüqdə görsənmir. Eynilə Türkiyə də...

Patruşevin Azərbaycan səfərinin əsas məqsədlərindən biri həm  də Türkiyə-Azərbaycan yaxınlaşmasının Ermənistana pisixoloji təsirini azaltmaq cəhdi ola bilər. Sirr deyil ki, Azərbaycanla Türkiyə strateji müttəfiqdir və Ermənistanın hər iki dövlətə ərazi iddiaları var. Bu da Türkiyə və Azərbaycanın birgə hərəkətə keçməsi üçün münbit şərait və hüquqi əsas yaradır. Üstəlik, Türkiyənin indiki prezidenti Rəcəb Tayib Ərdoğan da Süleyman Dəmirəl  deyil.  Bilirsiniz ki, Süleyman Dəmirəm Qərb dairələrindən son dərəcədə asılı birisiydi, Qərbin razılığı olmadan heç bir  addım atmırdı. Ərdoğan isə xarakteri olan adamdır. Onun öz prinsipləri, ciddi xarizması var. Mən inanmıram ki,  Dağlıq Qarabağ uğrunda müharibə başlasa, vaxtilə Süleyman Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayacaq. Məncə, bu halda Türkiyə konkret addımlar atacaq. Rusiyada da bunu çox gözəl başa düşürlər və konfliktin yenidən alovlanmasını istəmirlər. Əks halda, Türkiyə ilə münasibətləri ciddi şəkildə pozula bilər. Məlumdur ki, Rusiya Türkiyədən dəyəri milyard dollarlarla hesablanan böyük layihələr alıb – AES -lərin  tikintisindən tutmuş Avropaya neft və qaz nəqlini nəzərdə tutan kəmərlərin çəkilməsinə, S-400 silahlarının alınmasına qədər. Türkiyə indiki dövrdə Rusiya üçün bir nəfəslikdir. 

İran üçün də eyni sözləri demək olar. Rəsmi Tehran da indiki çətin vəziyyətində regionda əlavə gərginliyin zühur etməsini arzulamır. Azərbaycan yaranmış bu vəziyyətdən maksimum səviyyədə yararlanmalı, Rusiyadan tələb etməlidir ki, ya sən özün bu məsələni yoluna qoy, ya da geri çəkil, Ermənistanla problemi özümüz həll edək.

- Maraqlı bir mövzuya toxundunuz. Güman edirsiniz ki, Patruşevin səfərində Türkiyə amilinin də mühüm rolu var. Qəribədir ki, Patruşevin hər səfəri Türkiyə Hava Qüvvələrinin Bakıda keçirdiyi təlimlərə təsadüf edir. Bundan əvvəlki gəlişində də Türkiyə qırıcıları Bakı üzərində təlim uçuşları keçirirdi, bu dəfəki səfərində də. Bunlar təsadüfdürmü, yoxsa region üzərində əsrlər boyu davam edən Türk-Rus rəqabətinin təzahürümü?

- Düşünmürəm ki, bu iki hadisə arasında hansısa əlaqə var. Çünki Türkiyə və Gürcüstanla Azərbaycanın hərbi təlimlər keçirməsi öncədən planlaşdırılmışdı. Patruşevin səfəri isə Paşinyanın sərsəmləməsindən sonra gündəmə gəldi. Hansı ki, Paşinyan “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatını verməklə faktiki olaraq Azərbaycana meydan oxumuşdu...

- Yəni deyirsiniz ki, Rusiya öz cızığını keçən dəcəlinin ipini yığmaq üçün Patruşevi bölgəyə göndərmişdi?

- Yox, təkcə Paşinyana görə gəlməmişdi, sözsüz ki. Müzakirələrdə Dağlıq Qarabağ məsələsi ilə yanaşı, İran-ABŞ gərginliyinin də müzakirə olunduğunu güman edirəm. Hazırda Fars körfəzində, Hörmüz boğazında kifayət qədər ciddi vəziyyət yaranıb. Böyük Britaniya, ABŞ oraya böyük hərbi qüvvə yeridib. İran da, ərəb ölkələri də eyni şəkildə hərbi hazırlıq içərisindədirlər. İsrail İrana qarşı sərt addımların atılmasını tələb edir. Yəni İran ətrafında vəziyyət olduqca gərgindir və İran bizim yaxın qonşumuzdur. Orada böyük müharibənin alovlanması bizdən də təsirsiz ötüşməyəcək. Mümkündür ki, müharibənin dağıdıcı təsirindən qaçan çox sayda insanlar Azərbaycana və Ermənistana sığına, əksəriyyəti isə Rusiyaya gedə bilər. Çünki Cənubi Qafqaz ölkələri o qədər insanı yerləşdirmək gücündə deyil. Rusiya daha böyük dövlət olduğu üçün qaçqınların oraya üz tutması mümkündür. Bu da Rusiyada onsuz da çətin olan sosial vəziyyəti bir az da gərginləşdirə bilər. Məhz bu səbəbdən Rusiya bölgədə baş verən proseslərə laqeyd qalmaq istəmir. Patruşev  bu məsələləri də müzakirə etmək üçün regiona səfər edə bilər.

- Belə çıxır ki, çoxdan gözlənilən ABŞ-İran müharibəsi yaxınlaşır...

- Müharibənin olub-olmayacağını birmənalı şəkildə demək mümkün deyil. Amma bu müharibənin baş vermə ehtimalı böyükdür və ciddi dövlətlər bütün ehtimallara hazır olmalıdır. Düzdür, ABŞ İranla müharibə etməkdə çox da maraqlı görünmür. Sadəcə  təzyiq etməklə onu öz mövqeyinə gətirmək istəyir. Əsas niyyəti budur ki, İranla ikitərəfli saziş imzalayaraq, onun nüvə silahı yaratmaq imkanlarını tam aradan qaldırsın, Rusiyadan, Çindən uzaqlaşdırsın. Amma bunun nə dərəcədə baş tutacağını söyləmək mümkün deyil. Düşünürəm ki, ABŞ istədiyinə nail olmadığını görəndə müharibə başlaya bilər. Nəzərə alsaq ki ,ABŞ prezidentinə yəhudi lobbisinin təsiri böyükdür və kürəkəni də yəhudidir, İsrail isə İranla müharibə tərəfdarıdır, bu ehtimal daha da artır.

- İran-ABŞ müharibəsi başlayarsa, Rusiyanın mövqeyi necə ola bilər? Özünüz də dediyiniz kimi, İrana təzyiqlərin əsas səbəblərindən biri də onu Rusiyadan ayırmaqdır. Rusiya İranı tək buraxarsa, onu ABŞ-ın qucağına atar və özü təklənər. Moskva buna gedərmi?

- Elə bilirəm, bu suala ən yaxşı cavabı Putin verib. Açıqlamalarından birində Rusiya prezidenti aydın şəkildə “biz heç kim üçün yanğınsöndürən maşın deyilik” deyə, İrana mesaj göndərmişdi. Düşünürəm ki, İran rəsmiləri də bu mesajı alıblar və bundan sonrakı siyasətlərini həmin mesaja uyğunlaşdıracaqlar. Çünki bu müharibə başlayarsa, sadəcə, İranın ABŞ qarşısında nə qədər duruş gətirə bilcəyindən danışmaq olar. Nəticə isə  bəllidir: İranın dünyanın super gücü ilə savaşdan qalib çıxması mümkünsüzdür. (Ovqat.com)

loading...
İctimai məkanlarda siqaret çəkmək qadağan olundu - Koronavirusa görə
Ac saxlanılan uşaq öz nəcisini yeyərək həyatda qaldı - DƏHŞƏT... + FOTOLAR
Sevgilisinə su altında bu cür evlilik təklifi etdi - FOTO + VİDEO
30 illik turizm şirkəti iflas etdi - Koronavirusa görə
400 kiloqram ağırlıq qaldıran atletin dizləri qırıldı - VİDEO
Clean City Company
N.Tusi adına Klinika

İqtisadiyyat
“Mikayıl Cabbarov Azərbaycanın vergi sistemini XIX əsrdən XXI əsrə daşıyıb”
Cəmiyyət
“Ailələrin dağılmağına səbəb qısqanclıq yox, niyə və kiminlə evləndiklərini bilməməkdir...”
Cəmiyyət
“Qarabağsız elə bilirəm ki, hər birimiz yarımçıq yaşayırıq...”
Şou-biznes
“Heç kimin işinə qarışmıram, kimsə sərt danışıbsa, özü bilər...”
Araşdırma
MKİ-nin adamqaçırma əməliyyatlarını UNO-lar uydurmasıyla əsaslandırdığı iddia olundu...

Yazar
Seymur Verdizadə
Toyuq oğurlayana 4 il, uşaq zorlayana 1 il...
Seymur Əliyev
Siyasi cəsarət nümunəsi, Heydər Əliyev gedişi və beynəlxalq ifşa!
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247