Xəbər lenti
20/11/2019 [00:14]:
Bədənin bu nöqtəsi hər gün yuyulmalıdır - Amma heç kim buna əməl etmir...
20/11/2019 [00:12]:
Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
20/11/2019 [00:11]:
"Öz həyat yoldaşımı özüm öz evimdə evləndirdim" - VİDEO
20/11/2019 [00:08]:
Nəyə görə Tibet monaxları hər səhər onu isti-isti içir? - İnsanı gəncləşdirən möcüzə...
20/11/2019 [00:05]:
Həbib Nurməhəmmədovun atası: "Bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə..."
20/11/2019 [00:02]:
Akif Nağı Türkiyə BMM-də Rəcəb Tayyib Ərdoğanın nitq söylədiyi toplantıda iştirak etdi - FOTO
19/11/2019 [23:50]:
Ağstafada 6 aylıq körpə donaraq ölüb - DƏHŞƏT...
19/11/2019 [23:46]:
Qənirə Paşayevadan MM-də müzakirəyə çıxarılan məhkəmə və hakimlər haqqında qanuna təkliflər - VİDEO
19/11/2019 [23:34]:
Prezidentə yaxınlaşıb banka olan borcunun silinməsini xahiş etdi - VİDEO
19/11/2019 [23:31]:
Leyla Əliyevanın iştirakı ilə Bakıda parka 10 tutuquşu buraxıldı - FOTOLAR
19/11/2019 [23:27]:
Nizami rayonunda qazanxananın qazla daimi təchizatı həll edilir
19/11/2019 [23:25]:
CNG sistemləri üçün yeni qaz xətti çəkilib
19/11/2019 [23:21]:
Etirazlara rəhbərlik edənlər edam olunacaq
19/11/2019 [23:09]:
Bakıda avtobus sürücüsünü ürəyindən bıçaqladılar - FOTO
19/11/2019 [23:05]:
Səməd Seyidov ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb
19/11/2019 [23:00]:
Azərbaycanın dövlət büdcəsində 840 milyon manat qalıq yaranıb
19/11/2019 [22:55]:
Qənirə Paşayeva cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində bəzi qurumlara müraciət edib - VİDEO
19/11/2019 [22:26]:
Türkiyə Müdafiə Nazirliyindən dünyaya mesaj
19/11/2019 [22:14]:
"Bu dəfəki savaş sözün hər mənasında ermənilər üçün misilsiz fəlakət və faciə olacaq"
19/11/2019 [21:58]:
“Xəyanət" və "əxlaqsızlıq" kimi anlayışlar yalnız zəiflər üçün mövcuddur”
19/11/2019 [21:52]:
Gömrükdən qaçaq siqaret keçirmək istəyəni it yaxaladı - FOTO
19/11/2019 [21:50]:
"Əgər məhkəmələr bu məsələdə kifayət qədər ədalətli deyilsə..."
19/11/2019 [21:43]:
“Azərbaycanda yarımçıq doğulanların sayı...”
19/11/2019 [21:38]:
Suriyada məktəb atəşə tutuldu
19/11/2019 [21:23]:
Qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTOLAR
19/11/2019 [21:07]:
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
19/11/2019 [20:53]:
"Kişi müəllimlərin sayı buna görə azalır" - Millət vəkili
19/11/2019 [20:50]:
Orta pensiya məbləği 293 manat ətrafında olmalıdır
19/11/2019 [20:50]:
Metroda sıxlıq, sərnişinlərin çıxışında problem yarandı
19/11/2019 [20:48]:
Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb
19/11/2019 [20:48]:
Korrupsiya haqqında məlumat verənlərə pul mükafatı: Bizdə bu norma varmı?
19/11/2019 [20:46]:
Nəhəng kobra dünyanın ən böyük ilanını uddu - VİDEO
19/11/2019 [19:59]:
BDU-nun rektorundan imkansız tələbələrə jest - FOTO
19/11/2019 [19:55]:
"Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir"
19/11/2019 [19:53]:
Salyanda dəm qazı faciəsi: 27 yaşlı qadın öldü
19/11/2019 [19:51]:
Özbəkistanın sabiq baş prokurorunun dəbdəbəli evi satışa çıxarılıb
19/11/2019 [19:24]:
Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclığa başladılar
19/11/2019 [19:22]:
"ABŞ-da təhsil alanların Azərbaycan hökumətində təmsil olunması sevindiricidir"
19/11/2019 [19:05]:
Elçinlə arvadından döyülmə xəbərinə reaksiya
19/11/2019 [18:50]:
Prezident Cavid Qurbanovun fəaliyyətini yüksək qiymətləndirdi - FOTO/VİDEO
19/11/2019 [18:45]:
Elçin Əlibəylinin arvadı tərəfindən döyülməsinin səbəbi bilindi
19/11/2019 [18:42]:
Oqtay Gülalıyev İstanbuldakı “Amerika xəstəxanası”na köçürüldü
19/11/2019 [18:38]:
Xəzərdə batan neftçinin meyiti tapıldı
19/11/2019 [18:16]:
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi
19/11/2019 [18:13]:
Bayram Nurlu da bələdiyyə seçkilərinə QATILIR
19/11/2019 [18:09]:
Babəkin abidəsi hazırlanır - Qafqazda ən hündür heykəl...
19/11/2019 [18:08]:
Azərbaycanda zəlzələ olub
19/11/2019 [18:04]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19/11/2019 [18:01]:
Prezident bu yolun yenidən qurulmasına beş milyon manat ayırdı
19/11/2019 [17:57]:
Balaca Gimnastımız Mina Abbasova Lüksemburqda 312 gimnast arasında 2-ci yerə çıxdı
19/11/2019 [17:51]:
ABŞ İrana növbəti zərbəyə hazırlaşır
19/11/2019 [17:50]:
BMqT-nin Azərbaycan nümayəndəliyi Gəncədə yerləşən sığınacaqda təmir işlərinə başladı - FOTO
19/11/2019 [17:50]:
Türkiyə Prezidenti: “Bağdadinin qohumlarından vacib kəşfiyyat məlumatları əldə edilib”
19/11/2019 [17:45]:
Ərdoğandan Trampa F-35 mesajı : "Ya verəcəksiniz, ya da başqa yollar axtaracağıq"
19/11/2019 [17:40]:
Qazilər deputatlara MÜRACİƏT ETDİ - Qarabağ əlillərinin sığorta pulu ödənilsin
19/11/2019 [17:40]:
Havanın temperaturu 5-8 dərəcə enəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ
19/11/2019 [17:30]:
Özbəkistan ali məktəbləri ADNSU ilə əməkdaşlığa maraq göstərir - FOTO
19/11/2019 [17:18]:
Vilayət Eyvazov Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisini şəxsi heyətə təqdim edib
19/11/2019 [16:39]:
Lukaşenko oğluna vəzifə verdi
19/11/2019 [16:34]:
“Gedib, nəvələrini oynatsın...” – Partiya sədrindən səhiyyə nazirinə çağırış
19/11/2019 [16:25]:
“Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI
19/11/2019 [16:23]:
Fakt: Elçibəy “erməni havası”na oynayıb? - Video
19/11/2019 [16:22]:
2020-сi ildə ediləcək yardımlarda kəsintiyə getdilər- ABŞ-dan Türkiyə həmləsi...
19/11/2019 [16:17]:
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO
19/11/2019 [16:12]:
Ermənistanda polis şöbəsinin rəisi tutulub
19/11/2019 [16:09]:
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat əmələ gəlib
19/11/2019 [16:05]:
DİN müsabiqə elan edir
19/11/2019 [16:01]:
Fəal yaşlanmanı və ahılların fəal iştirakçılığını təşviq edən məlumatlandırma kampaniyasına başlandı - FOTO
19/11/2019 [15:55]:
BSU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunmuş geniş tədbir keçirilib - FOTO
19/11/2019 [15:38]:
Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb - FOTO
19/11/2019 [15:36]:
İsgəndər Həmidov siyasətdən GETDİ
19/11/2019 [15:34]:
BNA havaların soyuması ilə əlaqədar dezinfeksiya işləri aparır
19/11/2019 [15:29]:
"Yerə yıxıb başını kəsmək istəyib"- xəstəxanada arvadını öldürən şəxsin işi
19/11/2019 [15:27]:
“Ali təhsilli kimya-biologiya müəlliyəm”
19/11/2019 [15:27]:
Donald Tramp: "ABŞ-da faiz dərəcəsi başqa ölkələrdən az olmalıdır"
19/11/2019 [15:24]:
Nazirlər Kabinetinin yeni sözçüsü: "Etimadı doğrultmağa çalışacağam"
19/11/2019 [15:21]:
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu
19/11/2019 [15:20]:
“Əgər istəmiriksə hakim rüşvət alsın, başqa yollara düşsün, onda...”
19/11/2019 [15:19]:
“2 rayon Dağlıq Qarabağı Ermənistanla birləşdirdiyi üçün danışıqlarda 5 rayon müzakirə edilir...”
19/11/2019 [15:18]:
“Ən son dodağımı...” - VİDEO
Bütün arxiv bir sırada
11/09/2019 [11:50] - Cəmiyyət - ( 1011 dəfə baxılıb)

Azərbaycana hibrid maşınların gətirilməsinə kimlər niyə MANE OLUR...



Dünyanın bir çox ölkəsində olduğu kimi, son zamanlar Azərbaycanda da hibrid mühərrikli avtomobillərə maraq artır. Rəsmi dilerlər tərəfindən sıfırdan ölkəyə gətirilən avtomobillər olsa da, üstünlüyü Gürcüstandan idxal olunan ikinci əl hibrid mühərrikli avtomobillər təşkil edir.  Hibrid avtomobilləri iki enerji mənbəyini – benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən "Hibrid-elektrik" avtomobilləri kimi tanınır. Ekoloji cəhətdən də təmiz olan bu avtomobillər yanacaq qənaəti üçün də idealdır. Belə ki, hibrid mühərrikli avtomobil şəhər rejimində 4-5 litr yanacaq sərf edir. 

Bəs görəsən bu avtomobillərin təmiri, ehtiyyat hissələri ilə bağlı Azərbaycanda vəziyyət necədir?

Məsələ ilə bağlı Modern.az-a danışan 106.3 FM radiosunda yayımlanan "Masterclass" verilişinin aparıcısı Raqif Raufoğlu da bildirib ki, doğrudan da son zamanlar hibrid avtomobillərin axını həddindən çoxdur.

“Sadəcə məsələ ondadır ki, bizdə hələ ehtiyat hissələri bazarı və usta aləmi buna hazır deyil. Rəsmi servislərdən biri-ikisi hibrid avtomobil gətirir və ona da cavabdeh olurlar. Bu gün bazarda olan hibridlərin 90 faizdən çoxu Gürcüstandan gətirilənlərdi. Gürcüstana da əsasən Amerikadan gətirilir. Hətta Avropa bazarından da “Renault Megane” avtomobilləri də gətirilir”.

Raqif Raufoğlu deyir ki, sırf hibridin təmiri ilə bağlı Azərbaycanda müəyyən problemlər olur:

“Arxayınlığımız odur ki, həmin avtomobillərin Gürcüstanda ehtiyyat hissələri bazarı var, lazım olsa oradan alıb dəyişmək sərf eləyir. Onsuz da hibridlə bağlı böyük bir təmir tələbi yoxdur. Həmin avtomobillərin akumliyatorları 5-6 il və daha uzun davam edir, benzin sistemi, daxili yanma mühərriki digər maşınlarla eynidir. Ona görə heç bir qorxu yoxdur, qiymətləri də münasibdir”.

R.Raufoğlu bildirib ki, bir il sonranı görmək istəyən ustalar varsa, onlar hibrid avtomobillərin təmiri üzrə mütləq özlərinə sərmayə yatırmağa başlamalıdırlar, kurslara getməlidirlər:

“Gürcüstanda, Ukraynada və Avropa ölkələrində bu avtomobillərin təmiri ilə bağlı ustalar kifayət qədər inkişaf edib. Azərbaycanlı ustalar da gedib öyrənsələr, yaxşı olar”.

Müsahibimiz bildirib ki, hazırda Azərbaycanda daha çox “Toyota” və “Renault” markalarının hibrid avtomobilləri çox yayılıb:

“Azərbaycanlı alıcılar Gürcüstandan avtomobil alanda diqqətli olmalıdırlar. Amerikadan gətirilən avtomobilləri internetdə vin üzrə axtarış verib yoxlamaq olur. Avropadan da özləri gedib avtomobil gətirənlər var. Əsas maşının sahibini tanımaq, maşının keçmişini bilmək lazımdır. Həmin avtomobillərin şəhər içində -3-5 litr yanacaq sərfiyyatı olur, bu da sərf edir”.

 

Raqif Raufoğlu bildirib ki, dünyanın bir çox ölkəsində hibrid avtomomobillərin gömrük rəsmiləşdirilməsində güzəştlər olur:

“Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda hibrid mühərrikli avtomobillərin gömrük rəsmiləşdirilməsində hansısa güzəşt olunmur. Bir çox ölkə maraqlıdır ki, ekoloji baxımdan daha səmərələri avtomobil gətirilsin. Bunun üçün stimullaşdırıcı addımlar atılır. Azərbaycanda da belə addımlar atılsa, çox yaxşı olar. Azərbaycan Dövlət Gömrük Komitəsi  hibrid avtomobillərə güzəşt tətbiq edilməsinin digər avtomobil gətirənlərə haqsızlıq olacağı ilə əlaqələndirir. Sanki məsələyə biznes  tərəfdən yanaşırlar. Bu isə doğru yanaşma deyil. Buna bir neçə istiqamətdən baxmaq lazımdır, ekoloji baxımdan, qənaət baxımından və digər. Bu gün bizdə hibrid avtomobillərin gömrük rəsmiləşdirilməsinə çox böyük ehtiyac var. Mənə elə gəlir ki, bir neçə qurum bununla bağlı ölkə Prezidentinə müraciət etsə, hansısa addım atılar”.

Facebook-da “Hybrid Club Azerbaijan” qrupunun administratorlardan biri və özü də hibrid mühərrikli avtomobil sürücüsü olan İlqar Quliyev Modern.az-a bildirib ki, ticarət məqsədli ilk dəfə “Toyota” şirkəti tərəfindən buraxılan hibrid avtomobilləri bu gün diğər dünya brendləri tərəfindən də istehsal olunur.

“Buna misal olaraq “Lexus”, “Hyundai”, “Kia”, “Honda” və s. kimi dünya brendlərinin istehsal etdiyi hibrid avtomobilləri misal göstərmək olar. Həm elektrik, həm də benzin mühərriki ilə çalışan bu avtomobillər qənaətcilliyi ilə yanaşı, ekoloji cəhətdən də təmizdir. Məhz buna görə son zamanlar ölkəmizdə də hibrid avtomobillər surətlə yayılır. Ölkəmizdə hibrid avtomobilləri arasında “Toyota” markasının təqdim etdiyi “Prius” modeli üstünlük təşkil edir”.

İ.Quliyev deyib ki, “Toyota Prius” modelinin daha çox seçilməsinə səbəb büdcə baxımından daha uyğun olması, ehtiyat hissələrinin asan tapılması və daha dözümlü olmasıdır:

““Prius”la yanaşı, ölkəmizdə “Honda Insight”, “Ford Fusion”, “Kia Optima”, “Hyundai Sonata”, “Chevrolet Wolt” kimi avtomobillərin hibrid modelləri də istifadə olununur. Daha cox Amerika bazarından auksion vasitəsi ilə alınan bu avtomobillər ilk olaraq Gürcüstan Respublikasına, daha sonra isə ölkəmizə idxal olunur. Bununla yanaşı, Avropa bazarından gətirilmiş hibrid avtomobillərinə də rast gəlmək mümkündür”.
 

Onun sözlərinə görə, dünya bazarında əksər model avtomobillər artıq hibrid texnologiyasına keçməsinə baxmayaraq, Azərbaycanda hələ də hibrid mühərrikli avtomobillər haqqında həqiqətə uyğun olmayan mənfi rəylər formalaşdırılır:
 
“Belə ki, insanlar arasında akkumluyatorların həddindən artıq baha olması, usta və ehtiyat hissələrinin tapılmaması və.s kimi miflər dolaşmaqdadır. Bu söyləntilərin qarşısını almaq üçün bir ilə yaxındır ki, “Hybrid Club Azerbaijan” adlı Facebook səhifəsi fəaliyyət göstərir. Bu səhifə vasitəsi ilə istənilən hibrid avtomobili haqqında yetərincə məlumat almaq, ehtiyat hissələrinin qiymətini öyrənmək, klubda fəaliyyət göstərən peşəkar ustaların göstərdiyi xidmətdən istifadə etmək mümkündür”.

“Hibrid avtomobillər iki cür olur”  deyən “Hybrid Club Azerbaijan”ın adminstratoru deyib ki, hibridlər sırf hibrid və “plug in” olaraq iki hissəyə ayrılır.

“Hibridlər təkərlər hərəkət etdikcə və tormozlama yolunda enerji yığır. “Plug in”lər isə ev şəraitində və ya xüsusi ayrılmış şarj mərkəzlərində enerji yığa bilir. Tam dolu şarjla 25-30 km yol qət edə bilir. Yığdığı enerji bitdikdə, adi prius prinsipi ilə işləyir. Elektrik mühərriki, benzin mühərrikinə yardım etdiyi üçün, benzin matoru gücdə işləmir. Ona görə də çox az benzin sərf edir.

Sürüş tərzindən, batareyaların vəziyyətindən asılı olaraq “Prius”larda 4-5 litr orta yanacaq sərfiyyatı olur. Belə ki, 40 litr yanacaqla şəhər içində rahat 850 km sürmək mümkündür.

Nəzərə alsaq ki, ölkədəki əksər “Prius”lar 2007-2008-ci il istəhsalıdır, onda demək olar ki, onların batareyalarının  sıradan çıxma ehtımalı çox azdır. Belə ki, hamısının eyni anda sıradan çıxma kimi ehtimalı yoxdur.

Diaqnostika vasitəsi ilə hansı cüt batareyaların amperajının aşağı düşməsini görmək mümkündür. “Prius”larda 14 blok, hərəsində 2 element olmaqla batareya olur. Ümumilikdə 28 element olur. Bir elementin qiyməti 30-50 manat arası dəyişir, vəziyyətindən asılı olaraq”.

“Toyota Prius” sürücüsü deyir ki, əgər bir neçə element işləməsə, avtomobil işə düşməyəcək:

““Prius”lar bildiyimiz starter prinsipi ilə işləmir. Mühərriki işə salan elektrik mühərrikidir. Lakin “Honda Insight”larda işləmə prinsipi fərqli olduğu üçün, onlar batareya işləməyəndə belə işə düşə bilir. “Insight”larda avtomobil sırf batareya ilə hərəkət etmir. Batareyalar benzin matoruna kömek edir sadece. Nəticə etibarı ilə “Insight”larda benzin sərfiyyatı “Prius”a nisbətən daha çoxdur. “Honda Insight” modellərində şəhər içi 6,5-7,5 litr yanacaq sərfiyyatı olduğu halda, “Toyota Prius”da 4-5 litr olur”.

loading...
loading...
Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
Böyük alim ona hörmətsizlik edən həyat yoldaşını niyə cəzalandırmırdı?..
Rusiyalı aktyor qızını bu şəkildə cəzalandırdı - VİDEO
"Heç bir kişinin başı üçün deyil ki, desin Pərvinə maşın, ev və ya digər bahalı hədiyyə etmişəm"
Ilanla oynanan oyun şok yaratdı - MARAQLI...+ VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
2020-сi ildə ediləcək yardımlarda kəsintiyə getdilər- ABŞ-dan Türkiyə həmləsi...
Cəmiyyət
“Yanaşma əsasən texniki vəziyyətlə, istismara yararlılıqla, müasir standartlara uyğunluqla bağlı olacaq...”
Cəmiyyət
“Təhsilə ayrılan vəsait daha da çoxaldılmalıdır”
Cəmiyyət
“Bütün hallarda Mirzə Cəlilin heykəlini qoymaqla biz nəsə itirmərik, əslində udarıq...”
Dünya
Kreml Parisdə “sarı gödəkçələr”i, Almaniyada “Almaniya üçün alternativ”i idarə edir- Fotolar
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
Yanvardan pensiyalar bu qədər ARTACAQ
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247