Xəbər lenti
19/11/2019 [00:45]:
Hansı xəstəliklərdə isti hamam faydalıdır - Sauna və buxarla müalicə
19/11/2019 [00:43]:
Hansı xəstəliklər korluğa səbəb olur? - ARAŞDIRMA
19/11/2019 [00:39]:
Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? - "Tərbiyəli qız hepatit olmaz...."
19/11/2019 [00:30]:
ARB-də QALMAQAL: Jurnalist bayağı müğənnini “divara dirədi” + VİDEO
19/11/2019 [00:14]:
Bakıda ağır qəza, sürücü hadisə yerindən qaçdı - FOTOLAR
19/11/2019 [00:02]:
"Dövlət katibi Mayk Pompeo ABŞ-dakı acların dərdini çəksin"
18/11/2019 [23:59]:
Bakı-Sabunçu qatarından istifadə edənlərin nəzərinə!
18/11/2019 [23:51]:
""Barış Pınarı" İsrailin Yaxın Şərqdəki neft maraqlarına təhlükə törətdiyi üçün... - VİDEO
18/11/2019 [23:49]:
Fərqanə Qasımovadan “Nəsimi ili”nə möhtəşəm töhfə - VİDEO
18/11/2019 [23:35]:
“Azərbaycan ordusu Stepanakertə (Xankəndi) girmək üzrəydi, bizi Qaydar xilas etdi...”
18/11/2019 [23:28]:
Alpaqut döyüş sənəti üzrə dünya çempionatına hazırlıq məsələləri müzakirə edilib - FOTOLAR
18/11/2019 [23:21]:
"Kiməsə rektor vəzifəsi vermək üçün universitet açmazlar..."
18/11/2019 [23:20]:
Rusiyalı aktyor qızını bu şəkildə cəzalandırdı - VİDEO
18/11/2019 [23:14]:
"Heç bir kişinin başı üçün deyil ki, desin Pərvinə maşın, ev və ya digər bahalı hədiyyə etmişəm"
18/11/2019 [23:06]:
Gəncəyə toplaşan rus generallarının gizli əməliyyatı: TARİX DƏRSİ + VİDEO
18/11/2019 [23:04]:
Qızlar ölməmişdən 2 saat qabaq bu videonu paylaşıblar - VİDEO
18/11/2019 [22:58]:
Ilanla oynanan oyun şok yaratdı - MARAQLI...+ VİDEO
18/11/2019 [22:54]:
Nadir mavi almaz 14,9 milyon dollara satıldı
18/11/2019 [22:33]:
İraqda olan 30 rusiyalı uşaq Moskvaya gətirilib
18/11/2019 [22:27]:
Türkiyədən xəbərdarlıq: “Suriyada hərəkat yenidən başlayacaq”
18/11/2019 [22:23]:
Gürcüstan parlamenti fəaliyyətini bərpa etdi
18/11/2019 [22:18]:
Gəncədə ər arvadını vəhşicəsinə döydü
18/11/2019 [22:14]:
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib - FOTOLAR
18/11/2019 [22:09]:
Bakıda 29 yaşlı gənc bıçaqlanıb
18/11/2019 [22:03]:
Poroşenkonun deputat toxunulmazlığı ləğv edilir: “Ağlasığmaz axmaqlıq”...
18/11/2019 [21:27]:
Məktəblilər üçün Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
18/11/2019 [21:19]:
Bu görüntülər ölkəni ayağa qaldırdı - AĞLASIĞMAZ...+ VİDEO
18/11/2019 [21:13]:
"Onu ermənipərəstlikdə ittiham etmək cahillikdir, düşünülmüş və qərəzli bir kampaniyadır"
18/11/2019 [21:12]:
"Məcburi köçkün problemi və Azərbaycan təcrübəsi" adlı tədbir keçirilib - FOTOLAR
18/11/2019 [21:11]:
Yarımstansiyadan oğurluq etmək istəyən kişini cərəyan vurub öldürdü
18/11/2019 [21:07]:
İAEA: İran nüvə sazişindəki ağır su ehtiyatı həddini aşıb
18/11/2019 [21:05]:
Qara qitə ağ örpəyə büründü - İNANILMAZ TƏBİƏT HADİSƏSİ...
18/11/2019 [21:04]:
Rayon prokurorunun müavini sərxoş vəziyyətdə saxlanıldı...
18/11/2019 [20:59]:
"Qayğı" Sosial İnkşaf Mərkəzinin rəhbəri "Nur" uşaq evində qonaq oldu - FOTOLAR
18/11/2019 [20:30]:
Əsgərimizin canını almaq istədi, öz ayağından oldu
18/11/2019 [20:20]:
Sosial medianı ayağa qaldıran evlilik təklifi - MARAQLI...+ VİDEO
18/11/2019 [20:18]:
Torpaq qiymətli sərvətdir: Onun loğmanı ADAU- da yetişir...
18/11/2019 [20:11]:
Bakıda avtomobilini qəza yerində qoyub qaçan sürücü ilə bağlı cinayət işi başlayıb - RƏSMİ
18/11/2019 [20:05]:
İranın Ali Rəhbərinin nümayəndəsinə sui-qəsd cəhdi olub
18/11/2019 [20:02]:
Prezident Donald Tramp Dövlət Departamentinin əməkdaşını kəskin tənqid edib
18/11/2019 [19:57]:
“ABŞ İrandakı etirazları dəstəkləyirsə,  Güney Azərbaycanla bütövləşəcəyik?..”
18/11/2019 [19:56]:
Tbilisidə aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanılıb
18/11/2019 [19:26]:
Braziliya dünya çempionu oldu - VİDEO
18/11/2019 [19:23]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Möcüz Şəbüstəri
18/11/2019 [19:23]:
Ronaldu komanda yoldaşlarından üzr istəmək üçün şam yeməyi təşkil edəcək
18/11/2019 [19:22]:
Cem Yılmaz azərbaycanlı məşhurlarla bir arada: Miri Yusif, İradə İbrahimova, Fərda...
18/11/2019 [19:17]:
Rusiya Ukrayna gəmilərini qaytarıb
18/11/2019 [19:15]:
Ali Radanın deputatı Qarabağ münaqişəsinin həlli yollarından danışdı - VİDEO
18/11/2019 [19:10]:
Rektor jurnalistə yüksək vəzifə verdi
18/11/2019 [19:08]:
Aparıcı Mələk: “Mənim həyatımda kimsə olsa...” - VIDEO
18/11/2019 [19:05]:
Məşhur xəbər agentliyinin redaktoru itdi
18/11/2019 [19:01]:
İşə gecikən 19 yaşlı gənc avtomobili saatda 203 kilometr sürətlə idarə etdi
18/11/2019 [18:58]:
Müəllim sinifdə qız şagirdinə görün nə etdi - Kameraya çəkdi - VİDEO
18/11/2019 [18:54]:
"Onun tikdiyi "evlər"in divarları ona görə möhkəmdi ki..."
18/11/2019 [18:45]:
Qubada maşın aşıb, 3 yaşlı uşaq ölüb
18/11/2019 [18:38]:
ADMİU SABAH qrupları Beynəlxalq Festivalda mükafat qazanıb - FOTO
18/11/2019 [18:33]:
ADMİU-nun rektoru VIII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib - FOTO
18/11/2019 [18:28]:
Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə kampaniyasına başlanılıb
18/11/2019 [18:20]:
Xatirə ərindən gileyləndi: “Bıçağa görə 3 ay məni dindirmədi” – VİDEO
18/11/2019 [18:16]:
Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır - VİDEO
18/11/2019 [18:12]:
UNEC rektoru yeni Tələbə-rektorla görüşüb - FOTO
18/11/2019 [18:11]:
Serj Sarqsyan aprel döyüşləri ilə bağlı dindiriləcək
18/11/2019 [18:07]:
Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək
18/11/2019 [18:06]:
"Xarici qüvvələrin İranda sabitliyi pozmasına imkan verilməyəcək"
18/11/2019 [17:52]:
Tbilisidə xüsusi təyinatlılar parlamentin ətrafını etirazçılardan təmizləməyə başlayıb - YENİLƏNİR
18/11/2019 [17:51]:
Əmək münasibətləri necə rəsmiləşdirilir? - FOTO
18/11/2019 [17:45]:
Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
18/11/2019 [17:45]:
Sumqayıtda görülməmiş hadisə: Helikopterlərdən dəvətnamə atdılar - FOTO/VİDEO
18/11/2019 [17:41]:
Kreml “Normand formatı”ında keçiriləcək sammitə hazırlaşır
18/11/2019 [17:38]:
Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü - FOTO
18/11/2019 [17:37]:
Dünyada 15 milyon uşaq vaxtından əvvəl doğulur
18/11/2019 [17:36]:
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
18/11/2019 [17:35]:
Küveyt baş naziri əmiri rədd etdi
18/11/2019 [17:31]:
“Hər şeydən öncə Xameneyi...”
18/11/2019 [17:30]:
“Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır” – Prezident
18/11/2019 [17:24]:
ATƏT Belarusdakı parlament seçkilərini tanımadı
18/11/2019 [17:21]:
“Oliqarxiya asanlıqla getməyəcək…” – “Azərbaycanda yeni mərhələ başlayıb”
18/11/2019 [17:16]:
İkinci Daşkənd Beynəlxalq Biennalesində Azərbaycan da iştirak edib - FOTO
18/11/2019 [17:09]:
"Cəlil Məmmədquluzadənin heykəli Anarın təklif etdiyi yerdə qoyula bilər”
18/11/2019 [17:05]:
“Azərbaycan və “Bakı” sözləri Cənubi Koreyanın axtarış platformalarında ilk pillələrdə yer alıb - VİDEO
Bütün arxiv bir sırada
11/09/2019 [21:34] - Siyasət - ( 940 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ



III Yazı

Şeyx Məhəmməd Xiyabani yazırdı ki, Avropa kapitalistləri arası kəsilmədən bir-birinə müharibə elan edərək döyüşə başladıqları zaman qoşun sıralarının böyük hissəsini də həmin fəhlə kütlələri təşkil etmişdir. Xiyabaniyə görə, məcburi olaraq həmin döyüşlərdə iştirak edən fəhlə kütlələri böyük qurbanlar verməli olmuşdur: “Dəhşətli müharibə fəhlə kütlələrinin qanını həddindən artıq tökdü, onların arası kəsilmədən göstərdiyi səylərini qanla qiymətləndirdi. Bütün dünya fəhlə kütlələrinin göstərdiyi səylərinin şahidi oldu. İstərsə müharibə cəbhələrində, istərsə metropoliya küçələrində, istərsə də geniş xalq kütlələri içərisində demokratik hərəkatın gündən-günə nailiyyət əldə etməsi və müvəffəqiyyət uğrunda böyük addımlar atması məhz fəhlə kütlələrinin birlikdə göstərdikləri fədakarlıqlar nəticəsində olmuşdur. Həmin fədakarlıqlara (dözülməz ictimai təzyiqlərdən qurtarmaq üçün gəstərilən səylərə) mükafat olaraq veriləcək nailiyyət əkili sülh müaviləsində fəhlə kütlələrin diləklərinə yer verməkdən, o diləklərə rəsmiyyət verib həyata keçirməkdən, fəhlə kütlələrinin gələcəyi üçün gözəl və sevindirici ümidlər verməkdən başqa bir əklil ola bilməz”. 
Xiyabaninin ictimai-siyasi baxışlarında Azərbaycan xalqının yeniləşməsi, azərbaycanlılıq ruhu, milli haqlarını qoruması ön planda olmuşdur.. O hesab edirdi ki, bu yolda Azərbaycan xalqını heç bir çətinlik, imtahan qorxutmamalıdır. Çünki Xiyabaniyə görə, Azərbaycan türkləri əsrlərboyu həmişə zülmə və ədalətsizliyə qarşı bir dirənişçilik, yenilikçilik və ədalətlilik mərkəzi olmuşdur. Hazırda da Azərbaycan öz simasını qoruyaraq azadlıq, ədalətlilik və yenilkçilik simvolu olmalı, Tehranda hakimiyyəti ələ almış irançı “məşrutəçilər”in yalançı, ikiüzlü əməllərinə “dur” deməlidir. Xiyabani “Azərbaycan” adlı məqaləsində yazırdı: “Bu gün Tehranın gözü Azərbaycanın parçalanmış vücuduna dikilmişdir. Dodaqlardan eşidilən kəlimələrdə, qələmlərin yazdığı sözlərdə təqdir səsləri və təhsin nəvaları eşidilməkdədir. Lakin, ey qeyrətli Azərbaycan, ey Vətən məftunlarının istiqamətli övladları, ey azadlığın qorxu bilməyən qəhrəmanı, ey təriflərə möhtacı olmayan Azərbaycan!.. Ey Azərbaycan! Bütün bu təqdir və təqdislər sənin verdiyin şəhidlərin qanı bahasıdır”. 
Xiyabaninin ortaya qoyduğu Azərbaycan türkünün azadlıq ruhunu, azərbaycanlılıq ruhunu doğru dəyərləndirən Azərbaycan türk mütəfəkkiri, dövlət xadimi Mirzə İbrahimov çox doğru yazırdı ki, Azərbaycanda baş qaldıran xalq hərəkatlarında milli özünəməxsusluq daim özünü büruzə vermişdir. M.İbrahimov yazırdı: “Şeyx Məhəmməd Xiyabaninin qiyamında azərbaycanlılıq ruhu daha artıq özünü göstərirdi. Səttar xan inqilabından sonra güclənən irtica və təzyiq, hakim fars dairtələri və istibdadın artan zülmü Azərbaycanı mütləşdirmir, yatırdıb sakit etmir, əksinə, daha artlıq oyadır və hərəkətə gətirirdi. Getdikcə Azərbaycandakı xalq hərəkatları, daha artıq milli xüsusiyyət kəsb etməyə başlayırdı”. 
Şübhəsiz, Xiyabaninin başçılığı ilə gerçəkləşən hərəkat Azərbaycan türklərinin milli hərəkatı olub, Qacarlar dövlətinin rəhbərliyini ələ keçirib onu oyuncaq halına gətirmiş irançılara və onların havadarlarına, xüsusilə də Böyük Britaniyaya qarşı yönəlmişdi. Yəni Xiyabani hərəkatının əsas məqsədi nə Qacarları devirmək, nə də Qacarlar hakimiyyətini qəbul etməməklə bağlı olmamışdır. Doğrudur, Xiyabani çıxışlarında hər bir xalqın müstəqil olmağa haqqı çatdığını da vurgulayırdı: “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur”. Bizcə, məşrutə hərəkatında olduğu kimi, bəzən Xiyabani hərəkatında da müstəqil olmağa dair fikirlərin səslənməsi daha çox Qacarlar dövlətində türk hakimiyyətinin formal hal alıb, ingilis-rus havadarlığında farsçıların ön plana çıxması ilə bağlı olub.
Başqa sözlə, Xiyabani hərəkatı Qacarlar dövlətini “irançılıq” və “demokratiya” adı altında ələ keçirib, sömürgə altına gətirmiş irançılara və onların havadarlarına, xüsusilə də ingilislərə qarşı idi. Çox yazıqlar olsun ki, həmin irançılar arasında bilərəkdən, ya da bilməyərəkdən “özümüzünkülər” də var idi.  Bu baxımdan Xiyabani də yaxşı anlayırdı ki, Azərbaycana, Azərbaycan türklüyünə, onun ədalətsizliyə, haqsızlığa qarşı baş qaldırdığı milli hərəkatlara zərbələri yanlız özgələr (rus millətçiləri, ingilis millətçiləri və b.) deyil, “özümüzünkülər” də vurmuşlar. Hər halda başçılıq etdiyi ADF daxilindəki “özümüzünkülər”dən hesab olunan “tənqidiyun”çulardan Kəsrəvilərin, Zeynalabdinxanların, Seyid Əl Mühəqqiqlərin irançı mövqe tutaraq Xiyabanini qeyri-demokratik addımlar atmaqda, Osmanlı ilə əməkdaşlıqda, Azərbaycanı “İran”dan ayırmaqda ittiham etmələri, təasadüfi deyildi. Görünür, Xiyabani məhz bu amilləri nəzərdə tutaraq yazırdı: “..Azərbaycan; bəhanə axtaran özgələr və kin-küdrətli özününküləri qarşısında vurdu, vuruldu, öldürdü, öldürüldü, həyatın çətinliklər və çək-çevirləri içərisində inqilab və təkamül yolunu keçib yaşadı. Ucdantutma qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatını və azadlıq tələblərini məhv edə bilməyəcəkdir. Özgələr və “özümüzünkülər” ürəklərində saxladıqları yaramaz fikirlərini həyata keçirmək məqsədilə bu torpağın yaralı sinəsi üzərində dar ağacları qurdular. Zülm və vicdansızlığın qara kölgəsini bu qana boyanmış torpağın üzərinə saldılar. Lakin bu ölkənin qeyrətli cavanları və qəhrəman qocaları başlarını rəşadət səmalarında uca tutub, zülm və ədalətsizlik dünyasını öz ayaqları altında gördülər”
Bütün faciələrə baxmayaraq Xiyabani ümidsizliyə qapılmağın tammailə əleyhinə olub, Azərbaycan xalqını fəlakətdən, səfalətdən xilas olmağa səsləyirdi. Ona görə, Azərbaycan, Azərbaycan xalqı nə özgələrin ona vurduğu yaralardan qorxmalı, nə də “özümüzünkülər”in xəyanətinə görə geri çəkilməlidir. O, yazırdı: “Tutalım ki, bu gün fəlakət və səfalət girdabında boğaza qədər müsibətlərə batmış, vücudun əziyyətlərə düçar olmuş, ən ağır ehtiyaclar içərisində gücsüz və qüvvətsiz əl-ayaq çalmaqdasan. Tutalım ki, qışın bu şaxtası lüt vücuduna qorxunc neştərlərini sancmaqdadır: pərişan, solğun və yurdsuzsan. Tutalım ki, çox bədbəxtsən. Tutalım ki, müharibədə iştirak edən ölkələr sənin qədər xar olmamışlar. Təqsirli millətlər sənin qədər əzab və işgəncələrə düçar olmamışlar... Tutalım ki, başdan-ayağa yaralanmış və parçalanmısan. Bununla belə o abırlı başını yüksək tut, vətənin qəlbindən gələn təsəlli səslərini dinlə, qoy bu səs sənin ürək və ruhunda dərin bir intibahın qüdrətli tufanını doğursun. Çünki sən yıxılmış pəhlivana, ayağa düşmüş qəhrəmana bənzəyirsən ki, onun ayağa qalxması üçün qeyrət və həmiyyət damarlarına təsir etmək ən yaxşı çarə və tədbirdir”. 
Xiyabani Azərbaycanın başdan-ayağa yaralanmasını və parçalanmasını dərk etdiyini, ancaq bunun belə davam etməyəcəyinə böyük inam bəsləyirdi. O, Azərbaycan xalqının bu ağrı-acılara son verərək başını dik tutmağa və yenidən milli azadlığa can atmağa çağırırdı. Xiyabani hesab edirdi ki, Azərbaycan yeniləşmə və təkamül yolunun yeganə yolçusudur. Bu mənada, onu heç bir çətinlik, imtahan qorxutmamalıdır. Bu sınaqdan da üzü ağ çıxmalıdır. Xiyabani yazırdı: “Əgər sən həmin inqilab və mübarizənin vücuduna maddi qüvvə vermiş demokratik Azərbaycansansa, əgər məşrutənin xəmrini yoğurmuş və bərikitmiş qan sənin damaralarında axırsa, vətəndə gedən islah və təmir dövrəsinə hazır olub, özündə səy və çalışqanlıq taparsan”. 
 Xiyabani inanırdı ki, pozmaq və dağıtmaq istibdadçıların işidirsə, qurmaq və inkişafa nail olmaq isə demokratik qüvvələrin əlindədir. Azərbaycan xalqı da hər daim demokratiyanın, azadlığın, yeniləşmənin beşiyi olub, istibdadın evini yıxdıqdan sonra keçmiş xarabalıqlar üzərində gələcəyin saraylarını yüksəltməlidir. O, bir müdrik kimi yazırdı ki, bunun, yəni gələcəyin saraylarınln yüksəlməsi üçün fikir və düşüncə lazımdır: “Uzağı görən, uzağı düşünən fikir. Ağıllı və tədbirli fikir. Yaradıcı və canlandırıcı fikir. Tətbiq və icraedici düşüncə. İslah edib intizam yaradan fikir. Səbir və səbat, yenilik, dissiplin və təşkilat, ayıqlıq, ümidvarlıq və fədakarlıq tələb edən fikirlər olmalıdır. Bəli, fədakarlıq və həmişə fədakarlıq”. 
O, fədakarlıq istədiyi xalqına müraciətində deyirdi:  “Milli ruhlu, milli əqidəli elə bir hökumət qurmaq istəyirik ki, onu milli hökumət adlandırmaq mümkün olsun. İstiqlaliyyət və azadlıq təntənəsi tam və mükəmməl şəkildə zəfər çalsın. Bu fikir və baxışları geniş xalq kütləsini çatdırmaq və yaymaq bir fikir adamı olan hər ziyalının müqəddəs borcu və vəzifəsidir”. Onun bu baxışlarına istinadən bəzi tədqiqatçılar hesab edirlər ki, Xiyabani Milli hökumətin formasını Cümhuriyyət idarəçiliyində görmüşdür. 
Xiyabani deyirdi ki, Milli azadlığa qovuşmaq üçün siyasətçilərin işlətdikləri yalanlardan istifadə etmək fikri yoxdur, o, sözünü doğru və açıq deməyin tərəfdarı idi: “Elə düşmənləri daha çox qorxuya salan da bizim düzlüyümüz və qorxmazlığımızdır. Biz aldanmayacağıq. İstibdad və xəyanət zamanlarında Qanuni-əsasiyəyə müxalif və azadlığa düşmən olanlar bizi aldada bilməyəcəklər. Biz çox imtahanlardan keçmişik. On beş illik iniqlabımız həddibuluğa çatmış və yaşa dolmuşdur. Artıq pisi yaxşıdan ayırd edə bilir və bir dəfə təcrübədən çıxmış işi, daha təcrübə etmək istəmirik. Qanuni-əsasinin ən sadiq keşikçiləri inqilabı yaradanlardır. Azadxahlar bu müqəddəs keşiyi özlərinin ən mühüm vəzifələri saymalıdırlar. Bu elə bir ləyaqətli vəzifədir ki, insan onun yolunda gözüyumlu qurban gedə bilər. Mühüm zamanlarda adi məsələləri unutmalı, əsil vəzifəni və ictimai mənafei nəzrdə tutmalıdır. Öz qeydinə qalmağı yaddan çıxarmaq lazımdır”. 
O, açıq şəkildə deyirdi ki, yeganə vəzifə düşmənlərin Milli Azadlıq hərəkatına qarşı uzanmış əllərini birdəfəlik kəsməkdir: “Uca və gur səslə deyirik: Ey müstəbid, ey mürtəce! Hamınız bilin ki, sizin namusunuz, mal və canınız amandadır. Lakin budan sonra demokratiyanın müqəddəratı sizin kirli əllərinizə verilməyəcəkdir. Bu sözlər bir şəxsin, bir vahid fərdin, bir müəyyən natiqin, bir nəfər Xiyabaninin dili ilə deyilmir. Bu sözləri deyən demokratizmin ruhudur”. 
Azərbaycan xalqının milli azadlığı üçün, Xiyabani Azərbaycan türkcəsinin inkişafına da xüsusi diqqət yetirirdi. O, bir lider kimi çıxışlarını əsasən Azərbaycan türkcəsində edir, bir növ başqalarına da örnək olurdu. Onun məqsədi türk dilinin nüfuzunu qoruyub saxlayıb, yəni farslaşdırma siyasətindən uzaqlaşdırmaq idi. Ona görə də, Xiyabani Azərbaycan Demokrat Firqəsinin (ADF) yığıncaqlarında, mitinqlərdə türk dilində danışır və başqalarını da buna məcbur edirdi. Ancaq türk olmalarına baxmayaraq “tənqidiyun”çulardan Əhməd Kəsrəvi, Seyid Əl Mühəqqiq  kimi iranpərəstlər tapılırdı ki, türk dilinin inkişafına qarşı çıxırdı. Onlar Xiyabaninin bir müddət sürgündə olmasından istifadə edərək partiya iclaslarını fars dilində aparır, Azərbaycanda fars dilini inkişaf etdiriməyə çalşırdılar. Xiyabani sürgündən qayıtdıqdan sonra onların bu əməllərinə ciddi şəkildə etiraz etmişdir.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

loading...
loading...
"Kiməsə rektor vəzifəsi vermək üçün universitet açmazlar..."
Rusiyalı aktyor qızını bu şəkildə cəzalandırdı - VİDEO
"Heç bir kişinin başı üçün deyil ki, desin Pərvinə maşın, ev və ya digər bahalı hədiyyə etmişəm"
Ilanla oynanan oyun şok yaratdı - MARAQLI...+ VİDEO
Bu görüntülər ölkəni ayağa qaldırdı - AĞLASIĞMAZ...+ VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? - "Tərbiyəli qız hepatit olmaz...."
Gündəm
Əsgərimizin canını almaq istədi, öz ayağından oldu
Cəmiyyət
“Elektriklə çalışan avtobusların Bakıda və ya Sumqayıtda fəaliyyət göstərməsi mümkündür”
Gündəm
“Bu layihənin ölkəmiz üçün iqtisadi önəmi qədər də siyasi önəmi mövcuddur”
Siyasət
"Proseslər onu göstərir ki, İrandakı hadisələrdən ABŞ-ın doğrudan da xəbəri yoxdur, çünki..."
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
Yanvardan pensiyalar bu qədər ARTACAQ
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247