Xəbər lenti
22/02/2020 [23:17]:
Türkiyə İdlibdə şəhid verdi - FOTO
22/02/2020 [23:13]:
İlham Əliyev: “Ermənistan regionda destruktiv siyasət yürüdür”
22/02/2020 [23:05]:
Azərbaycan "Böyük Dəbilqə"də ilk medalını qazandı
22/02/2020 [22:55]:
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb - YENİLƏNİB
22/02/2020 [22:48]:
Koronavirusdan ölən ilk avropalı bu ölkənin vətəndaşıdır
22/02/2020 [22:45]:
Ucarda ağır yol qəzası: Bir ölü, dörd yaralı - FOTO
22/02/2020 [22:42]:
Anasının əlindən çıxıb yola qaçan uşağı avtomobil vurdu
22/02/2020 [22:40]:
Azərbaycanda minlərlə şəxs sürücülük hüququndan məhrum edildi - VİDEO
22/02/2020 [22:31]:
Heç vaxt üzr istəməyənlər daha xoşbəxtdirlər
22/02/2020 [22:27]:
Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldü - FOTO
22/02/2020 [22:19]:
Avtobusun qəza anı saniyə-saniyə görüntüləndi - VİDEO
22/02/2020 [21:36]:
Arxasında minlərlə cəsəd buraxan pərdə arxasındakı qatil: O, kimdir?
22/02/2020 [21:35]:
İranda parlament seçkiləri və koronavirus sərhəddə...
22/02/2020 [21:18]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [21:06]:
“18 il efir üzünə həsrət qoymuşdular” – Mətanəti tənqid etdi
22/02/2020 [20:47]:
Beş aylıq uşaq tarakan dərmanı yedi
22/02/2020 [20:45]:
Vasif Talıbovun oğlu yenidən deputat seçildi
22/02/2020 [20:30]:
Bir-birilərini öldü bilirdilər, ancaq 47 il sonra qovuşdular... - FOTOLAR
22/02/2020 [20:25]:
“Mehman Hüseynova istinad edən müxalifətin boyunu yerə soxum” - Qalmaqallı açıqlama...
22/02/2020 [20:05]:
Damla: “Nə sinəm, nə də belim açıq olacaq” - FOTOLAR
22/02/2020 [20:01]:
İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı
22/02/2020 [19:32]:
"Bu sənəd Azərbaycanla İtaliya arasında yeni bir mərhələnin başlanğıcıdır" - VİDEO
22/02/2020 [19:25]:
MSK Elza ilə bağlı qərarını açıqladı
22/02/2020 [19:05]:
Van Dama Vəndamda heykəl qoyulmasının  faydası olmadı - Ermənilərlə məşq edir...-FOTOLAR
22/02/2020 [18:51]:
Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - RƏSMİ
22/02/2020 [18:47]:
Türkiyə və Rusiya İdlibi müzakirə etdi
22/02/2020 [18:46]:
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Sarayevo şəhərində silsilə tədbirlər keçirilir - FOTO
22/02/2020 [18:43]:
Hərbçimizin ölümündən əvvəl çəkilən son görüntüsü - FOTO
22/02/2020 [18:31]:
Elman Nəsirovun lider namizəd olması müzakirələrə yol açdı - RƏSMİ
22/02/2020 [18:26]:
Daha bir məntəqənin nəticələri ləğv edildi
22/02/2020 [18:25]:
Gədəbəydə ikimərtəbəli ev yanıb
22/02/2020 [18:23]:
Məhkəmə DTX əməliyyatı ilə tutulan icra başçısı və digər yüksək vəzifəlilərlə bağlı qərar verdi
22/02/2020 [18:07]:
Ərdoğan: “Suriyada yüzlərlə legioneri zərərsizləşdirdik”
22/02/2020 [18:04]:
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
22/02/2020 [17:52]:
MSK daha bir DSK-nın qərarını qüvvədə saxladı
22/02/2020 [17:47]:
Azərbaycan paytaxtında erməniyə məxsus şirkət mükafatlandırıldı...
22/02/2020 [17:46]:
DİN təkzib etdi: Jalə Bayramova barəsində cinayət işi açılmayıb
22/02/2020 [17:42]:
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı
22/02/2020 [17:40]:
Bu planetdə bir il 18 saatdır
22/02/2020 [17:36]:
Kürdəmirdə ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanıldı
22/02/2020 [17:32]:
ADAU-da ağacəkmə aksiyası keçirilib - FOTO
22/02/2020 [17:22]:
Pakistanda mədən uçub, 8 nəfər ölüb, 30-dək fəhlə dağıntılar altında alıb
22/02/2020 [17:10]:
MSK-nın rəsmi təmsilçisi: "Qadınsan, get bozbaşını bişir" - QALMAQAL...
22/02/2020 [17:08]:
MSK Ləman Ələşrəfqızının şikayətini növbəti iclasa SAXLADI
22/02/2020 [17:04]:
Neftçalanın sabiq icra başçısı və onunla birgə saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb
22/02/2020 [17:00]:
İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik etdi
22/02/2020 [16:58]:
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SƏRƏNCAM
22/02/2020 [16:56]:
Yaqub Mahmudov Paşinyana sərt cavab verib - VİDEO
22/02/2020 [16:53]:
Almaniyada Ümumavropa Qarabağ mitinqi - CANLI
22/02/2020 [16:50]:
Pakistanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul olundu
22/02/2020 [16:48]:
Prezident onlara fəxri ad verdi - SİYAHI
22/02/2020 [16:47]:
MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB
22/02/2020 [16:46]:
İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdü
22/02/2020 [16:45]:
Əli Əsədov yeni qərar imzalayıb
22/02/2020 [16:35]:
İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Papa Fransisk ilə görüşdü
22/02/2020 [16:12]:
Tutulan sabiq icra başçısının eşşək ferması üzə çıxdı - FOTOLAR
22/02/2020 [15:59]:
Azərbaycanlıların Berlin yürüşü Türkiyə mətbuatında - VİDEO
22/02/2020 [15:45]:
Sevda Namiq Qaraçuxurludan danışıb etiraf etdi: “Onun yaradıcılığını sevirəm” -VİDEO
22/02/2020 [15:38]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
22/02/2020 [15:25]:
Rayon başçısı  koronavirusa yoluxdu...
22/02/2020 [15:19]:
“Nadiri də, Manafı da məhkəməyə verib cəzalandırmaq lazımdır...”- Ekspert...
22/02/2020 [15:09]:
Azərbaycan İranla sərhəddə nəzarəti gücləndirdi
22/02/2020 [15:06]:
Xırdalanda yeni bina tikintisi narazılıq yaradır - VİDEO
22/02/2020 [14:55]:
İranda 28 nəfər koronavirusa yoluxub - Nazirlik
22/02/2020 [14:46]:
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
22/02/2020 [14:28]:
Nərminin valideynləri Bakıda: Baş Prokurorluq belə məlumatların yayılmasına qarşıdı
22/02/2020 [14:26]:
Baş nazir yeni açılan xəstəxanaya Ərdoğanın adını verdi- FOTOLAR
22/02/2020 [14:25]:
“Bu axmaqlar axşama kimi müğənnilərin səhifəsində yatırlar ki, bir şey tapsınlar...”
22/02/2020 [14:22]:
“Ermənilər bir əsrdə üç dəfə qətliama məruz qalıb”: Faciələrimiz erməni tarixi adı ilə təbliğ edilir...
22/02/2020 [14:21]:
Şəhidimizin dəfn mərasimi başladı - FOTOLAR
22/02/2020 [14:08]:
Lerikdə avtomobil dərəyə aşdı, ata və 2 yaşlı oğlu öldü - YENİLƏNİB
22/02/2020 [14:04]:
Türkiyədə daha bir zəlzələ oldu
22/02/2020 [13:43]:
Azərbaycanda ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - FOTO
22/02/2020 [13:38]:
Bu kənddə on ildir oğlan uşağı doğulmur-Səbəbini heç kim bilmir - FOTOLAR
22/02/2020 [13:35]:
“Paşinyan Qarabağa səfər etməklə tənqidlərdən yayınmağı, o cümlədən...”
22/02/2020 [13:29]:
Hakan Şükürdən 9 il sonra etiraflar - “Peşmanam...” + Video
22/02/2020 [13:26]:
Qış vaxtı yaz havası - Sabah 18 dərəcə isti olacaq
22/02/2020 [13:24]:
İranda bələdiyyə sədrinə koronavirus diaqnozu qoyuldu
22/02/2020 [13:07]:
Lerikdə avtomobil dərəyə aşıb, biri azyaşlı olmaqla 2 nəfər ölüb
22/02/2020 [12:53]:
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
Bütün arxiv bir sırada
11/09/2019 [22:03] - Hadisə - ( 6499 dəfə baxılıb)

"Ermənilər onda Xankəndinin özündən də baş götürüb qaçmaq üçün hər şeyə hazır idilər..."

"Yoxsa mən "Ştirlis" deyildim ki, Xankəndinə girərək erməni "boyevik"ini götürüb Şuşa türməsinə basam..."


Doxsanıncı illərin əvvəllərində Xankəndində və bütövlükdə Dağlıq Qarabağda baş verən hadisələrin tam mərkəzində olan keçmiş polis rəisi, polkovnik, Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqovun Moderator.az-a müsahibəsini təqdim edirik:
- 1991-ci ildə mən DİN Baş Cinayət Axtarış İdarəsində işləyirdim. Əzim Piriyev İslah İşləri İdarəsinin rəisi idi. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərini yaxşı tanıdığına görə Əzim Piriyevi DİN-in Qarabağ üzrə nümayəndəsi təyin etmişdilər. Mən də DİN-dən Dağlıq Qarabağa orada fəaliyyət göstərən əməliyyat istintaq qrupuna ezam olundum. Həmin qrupun tərkibində hər rayondan 1 nəfər cinayət axtarış bölmələrinin bir əməkdaşı təhkim olunmuşdu və hardasa 50-55 nəfər əməkdaş 1 aylıq məzuniyyət götürərək növbə ilə həmin qrupa gəlirdilər. Laçınla Şuşa arasındakı 3 erməni kəndi vardı. Laçından Şuşaya getmək mümkün deyildi və həmin yolu ermənilər bağlamışdı. Məhz Əzim Piriyevin xidməti sayəsində ruslar Qaladərəsinə 4 kilometr qalmış bir neçə top qoydular və bir neçə saat ərzində erməni kəndlərini darmadağın etdilər. Həmin dövrdə Azərbaycanın nizami ordusu yox idi və yalnız milis dəstələrinin hesabına Azərbaycan kəındlərini erməni hücumlarından qorumaq olurdu. Ona görə də həmin top atəşindən sonra ərazidə olan rus hərbi birləşmələri həmin erməni kəndlərinə hücum edərək şübhəli bilinən təxminən 500 nəfəri həbs edərək gətirdilər. Rusların bizimlə razılaşması belə oldu ki, həbs edilən qadınlar Xankəndinə göndəriləcək və orada onların hansısa cinayətdə iştirakı olub olmadığı aydınlaşdırılacaq, kişilərin hamısı isə Şuşaya aparılacaq və orada filtrizasiyadan keçiriləcək. Boeviklərlə və separatistlərlə hər hansı bağlılığı olmayanlar təzədən Xankəndinə veriləcək, əlaqəsi olanlarsa Şuşada saxlanılaraq istintaqa cəlb olunacaq. Razılşama belə oldu ki, Laçın - Şuşa yolunun üstündəki erməni kəndləri də köçürülür. Həmin çətin dönəmdə Əzim Piriyev orada Azərbaycanın hüquq mühafizə orqanlarınaq rəhbərlik edirdi. Mən o qənaətdəyəm ki, əgər Əzim Piriyevi əvvəl gündən Dağlıq Qarabağa göndərib səlahiyyət versəydilər, daha böyük uğurlara imza atardı və bəlkə də ermənilərin azğınlaşaraq bu qədər işğalçılıq etmələri vaxtında əngəllənərdi. Əzim Piriyevin bir üstünlüyü də oradakı rus hərbçilərinin rəhbərliyi ilə dil tapması və çox əla münasibət qurması idi. Həmin filtrizasiya prosesindən sonra 100 nəfər erməninin separatçılarla əlaqəsi sübuta yetirildi və onlar barəsində cinayət işi açılaraq bir neçə ay Şuşa türməsində saxlanıldı. Mən təxminən 2 ay həmin əməliyyat istintaq qrupunun tərkibində oldum və məndə olan məlumata görə həmin ermənilərin bir hissəsi də sonradan ermənilər tərəfindən tutulan azərbaycanlılarla dəyişdrildi. Bilirsiniz, üstündən illər keçsə də bir həqiqəıti etiraf etməliyik ki, biz o zaman yaranmış bir çox fürsətlərdən istifadə edə bilmədik və bunlardan ən əsası da həmin dövrdə Qarabağda olan rus hərbçiləri ilə dil tapa bilməməyimiz idi. Həmin hərbçilər bizimlə söhbətlərində ermənilərə nifrət etdiklərini və münaqişəni məhz ermənilərin günahı üzündən baş qaldırdığını bildiklərini etiraf edirdilər. Ancaq onlarla iş apararaq ermənilərə haqq etdikləri qulaqburması vermədik. Azərbaycanın cəsarətli və uzaqgörən rəhbəri olsaydı, o vaxt rusların əli ilə çox iş görmək olardı.

- Əzim Piriyevdən çox narazılıq da var. O dövrdə Qarabağətrafı rayonlarda özünümüdafiə dəstələri yaradan vətənpərvər insanlar deyir ki, məhz Əzim Piriyev Azərbaycan kəndlərində mülki əhalidə olan quş tüfənglərini də yığdığından əhali ermənilər mübarizədə əliyalın qalmışdı. 

- Mən bu iddiaların doğruluğuna inanmıram. Əzim Piriyev 1987-ci ildən nazirliyin islah işləri idarəsinin rəisi idi. Mülki əhalidən silahları yığmaqla bağlı yuxarıların göstərişi var idisə də onun həyata keçirmək Əzim Piriyevin səlahiyyətində olan məsələ deyildi. Həmin silahları yığma kampaniyasına DİN-in başqa qurumları təhkim edilə bilərdilər, əzim Piriyev yox. Belə deyək ki həmin vaxt o türmələrin rəisi idi. O vaxt SSRİ Prokurorluğunda general rütbəli idarə rəisi var idi, Xitrin Yuri Aleksandroviç. O SSRİ Prokurorluğundan Azərbaycana təhkim olunmuşdu. Bilirsiniz ona tapşırılan məsələ nə idi? Bəlkə də çoxları inanmayacaq. Amma bu gerçəklikdir. Dağlıq Qarabağda separatçı meyllərə qurşanmış və münaqişənin böyüməsində günahı olan ermənilərin kütləvi surətdə həbs olunaraq saxlanılması üçün müvafiq yerlər tapmaq idi. Biz onunla bir yerdə getdik Şahbulaqda böyük bir kaloniya vardı, ona baxdıq. O, əraziyə baxandan sonra dedi ki, burada uzağı 3 min adam saxlamaq mümkündür. Bundan sonra onunla birlikdə Ağdamda Düymə zavodu deyilən yerə də baxdıq və ora da vaxtilə böyük kalon olmuşdu. Əraziyə baxış keçirəndən sonra onun son sözü bu oldu ki, təkcə Ağdam rayonu ərazsində 10 min erməni separatçısını saxlamaq mümkün olacaq. Bunu ola bilsin kimsə ciddiyə almaya da bilər. Ancaq tam məsuliyyətlə deyirəm ki, o vaxtlar Moskva ermənilərin azğınlığından bezmişdi və çoxlarında belə bir qənaət formalaşmağa başlamışdı ki, bu münaqişə ocağı söndürülməsə separatçılıq meylləri bütövlükdə SSRİ-ni və Rusiyanın bir çox vilayətlərini cənginə alacaq.

- Siz hadisələrin alovlanmağa başlamasından öncədən regionda idiniz. Sizin qənaətiniz necədir, bu münaqişənin alovlanaraq bu qədər böyük itkilər və dağıntılar, işğalla nəticələnməsinin qarşısını almaq, belə deyək ki, separatçı meylləri beşiyindəcə boğmaq mümkün idimi?

- Kim nə deyir desin mən onda da, bu gün də o fikirdəyəm ki, həmin dönəmlərdə Azərbaycanın sahibi olsaydı vəziyyət tamam fərqli məcrada cərəyan edərdi və bu cür rüsvayçı işğalla üzləşməzdik. Mən həmin dövrdə ermənilərlə sıx təmasada olmuşam və sadə erməninin də, Yerevandan təlimat alıb aranı qarışdırmaq istəyənin də nə düşündüyünü, nə etmək istədiklərini görürdüm, həm müşahidələrim əsasında, həm də aldığım əməliyyat məlumatları və təmasda olduğumuz adamlardan öyrəndiklərimizlə. Ermənilər nəinki ətraf rayonlardan, Xankəndinin özündən baş götürüb qaçmaq üçün hər şeyə hazır idilər və buna görə də istənilən təklifə razı idilər. Çünki onların çıxış yolu yox idi və anlayırdılar ki, azərbaycanlılarla münasibətlər tamam pozulsa onları hansı aqibət gözləyir. Yəni 90-91 ci illərdə ermənilərin bu cür çarəsizliyindən və qərarsızlığından məharətlə istifadə etmək olardı. Sizə bir fakt deyim. 1992-ci ilin yanvar-fevral ayında DİN rəhbərliyinin göstərişi ilə növbəti dəfə Dağlıq Qarabağa xidməti məzuniyyətə göndərilmişəm. Əvvəlcə Ağdamın internat məktəbinə gedərək oradakı rus hərbçilərdən BTR götürərək bir maşın rus hərbçisinin müşayəti ilə Xankəndinə getmişəm. Mən orada istər mülki əhalinin, istər erməni boeviklərinin, istərsə də oarada olan rus hərbi komandanlığının nə işlər gördüyünün şahidi olmuşam. Yeri gəlmişkən sizə bir şey deyim və bilirəm ki, hadisələrdən bixəbər olanlar bu sözlərimə görə məni qınayacaqlar da. Polyaniçkonu hər zaman diqqətlə izləmişəm və istər onunla birbaşa təmaslar və ya apardığı iclasların iştirakçısı olduğum zaman, istərsə də kənar müşahidələrimlə onun gerçəkdən ermənilərin deyil, azərbaycanlıların, daha doğrusu, ədalətin tərəfində olduğunu həm sözlərində, həm də əməllərində görmüşəım. Ola bilsin ki, o bacarıqlı çekist olub və bütün bunları məharətlə "maskirovka" edərək bizləri aldadıb. Amma mən onu azərbaycanlıların qatı tərəfdarı kimi tanımışam və bu gün də həmin qənaətdəyəm. Ola bilsin ki, yanılım, amma gördüklərim bu olub. Polyaniçkonu sonradan Şimali Qafqazda da məhz ermənilərin əli ilə öldürdülər, amma mən hələ Dağlıq Qarabağda olanda ona bir neçə dəfə sui-qəsd olmuşdu, hətta bir dəfə ona qumbara atan ermənini də biz tutmuşduq. Mən özüm dəfələrlə şahidi olmuşam ki, ermənilər onu ya öldürmək, ya da Moskvanın əli ilə kənarlaşdırmaq üçün min hoqqadan çıxırdılar. Bir sözlə, ermənilərin onu görməyə gözləri yox idi. 

- Xuraman Abbasovanın yaylıq məsələsi də bu günədək bir müəmma olaraq qalır. Bir qisim adam inadkarlıqla iddia edir ki, əgər o vaxt Xuraman xanımın yaylığı olmasaydı biz gedib elə isti-isti ermənilərlə haqq hesabımızı çürütmüşdük. Əks arqument tərəfdarları da iddia edir ki, əslində qarşı tərəfdə əlində avtomat silah olan yüzlərlə rus əsgərinə gələnləri pencər kimi qırmaq əmri verilibmiş və məhz bu yaylıq məsələsi bu qırğının qarşısına alıb. Siz həmin hadisənin iştirakçısı olmusunuz. Sizin qənaətinizi bilmək maraqlı olardı.

- Mən Azərbaycandan yeganə adam olmuşam ki, həmin hadisələrin tam mərkəzində olmuşam və həm Əsgəran tərəfə, həm Ağdam tərəfə bir neçə dəfə keçərək hadisələrin eskalasiyasını müşahidə etmişəm. Ağdamda bir kalon vardı. Həmin vaxt həmin kalonun rəisi idim və o kalonu bir müddət idi ki, Xocalıya köçürmüşdülər. 21 fevral axşamı Ağdama gələndə gördüm ki, Mədəniyyət evinin qarşısında mitinq başlayıb. Camaat qərar verdi ki sabah Xankəndi istiqamətində yürüş olacaq. Gecə yata bilmədim. Səhər saat 6-da Ağdamda durdum və təcili olaraq Əsgəran istiqamətində yola düşdüm. Əsgəran və Xocalı demək olar ki bitişikdir və gəlib kalona çatan kimi Bakıya, DİN islah işlər idarəsinin növbətçisinə zəng vurdum ki, bəs belə bir yürüş gözlənilir və ara qarışarsa biz 300 məhbusun saxlanıldığı kalonda hansı addımları atmalıyıq. Mənə deyildi ki, yürüşün olub-olmadığını yoxlamaq üçün təcili Ağdama qayıdım. Saat 8-də təcili Ağdama qayıtdım. Mən gəlib Ağdamın Əsgəran istiqamətindəki son çıxışına Şampan zavodun yanına çatanda camaat mənim maşınımı haqladı. Gözü qızmış əhali mənim maşınımı görəndə elə bildilər erməniyəm. Maşına hücum edəndə düşüb qışqırdım ki, mən filankəsəm və Əsgərandan kalondan gəlirəm. Təzədən maşını döndərdim Əsgəran istiqamətinə və sürətlə getdim görüm qarşı tərəfdə ermənilər hansı cavab tədbiri planlaşdırıb. Mən kalona çatıb Bakıya təkrar zəng edərək vəziyyətin kritik olduğunu və ən azı 10 min adamın Xankəndi istiqamətində irəlilədiyini bildirdim. Bakıdan mənə vəziyyətin nəzarətdə olduğunu bildirdilər və gördüm ki, heç bu xəbərə o qədər də inanmırlar. Təkar çıxıb Ağdam istiqamətinə qayıtmaq istəyəndə baxdım ki, kalondan bir neçə yüz metr aralı iki milis maşını daynıb. Gördüm ki, ermənilərdi və özümü bilməməzliyə vurub soruşdum ki, burada niyə dayanmısınız? Məndən soruşdular ki, sən bilmirsən Ağdamda vəziyyət necədir? Heç nə bilmədiyimi dedim. Mən Əsgərana tərəf bir az gedəndə gördüm ki, Ağdamdan gələn insan selini qarşılamağa çıxan təxminən 10 min ermənidən bir neçə yüz metr aralıda üstündə 100-dən çox rus əsgərlərlə dolu 5 tank pivə zavodunun yaxınlığında Ağdamdan gələnləri gözləyir. Sürücüyə dedim ki hər ehtimala qarşı hazırlıqlı olsun və əgər ermənilər bizə hücum etsə saxlamaq olmaz və insanların üzərinə sürərək aradan çıxmağa çalışmalıyıq. 

- Üstündən 30 il keçsə də yenə də aktuallığını itirməyən bir sual var. Xuraman Abbasovanın yaylığı olmasaydı Ağdamdan gedən insan seli Xankəndinədək gedə biləcəkdimi, yoxsa orada dediyiniz tanklar məhz azərbaycanlıları qanına qəltan etmək üçün əmr almışdılar və orada bəlkə də əsrin qırğını baş verəcəkdi?

- Mənə elə gəlir ki, orada tükürpədici qırğın baş verəcəkdi. Çünki tankları ora hazır gətirmişdilər. Həmin tankları və əli avtomatlı əsgərləri məndən başqa Ağdam tərəfdən gələnlərdən kimsə görə bilməzdi. Amma xoşbəxtlikdən həmin tanklardan bir kilometr qalmış həmin insan selinin qarşısı kəsildi və dediyiniz yaylıq məsələsi də orada baş verdi. Amma mən onu görmədim, çünki mən ermənilər tərəfdə qalmışdım.

- Əzim Piriyev Bakıya qayıtdıqdan sonra əməliyyat-istintaq qrupuna siz rəhbərlik etmisiniz və bir neçə ay bütün bölgədəki kriminogen duruma siz nəzarət etmisiniz. 

- Bəli.

- Yarımçıq "Ümid" əməliyyatı zamanı oradakı ruslarla əməkdaşlıq edirdinizmi?

- Şuşada Allahyarov soyadlı milliyyətcə tatar olan bir komendat var idi və o bizə çox kömək edirdi. Təsəvvür edin ki, Azərbaycanın 100-dən artıq igid balalarının tələyə salınaraq Daşlatıda qırdırılmasından bir neçə ay əvvəl biz kiçik bir qrupla uğurlu Daşaltı əməliyyatı keçirərək ermənilərə yaxşı qulaqburması vermişdik. İndi FHN müavini olan Rəfail Mirzəyevlə birlikdə əməliyyata rəhbərlik edərək məhz rus əsgərlərinin köməyi ilə Daşaltı kədini götürmüşük, bir neçə saatlıq axtarış-əməliyyat tədbiri keçirərək 20 dən artıq boeviki qulaqlayıb qayıtmışıq, həmin quldurların da hamısını istintaqa təhvil vermişik, hamısı da cinayət məsuliyyətinə cəlb edilib. Siz bayaq ruslarla dil tapılması barədə sual verdiniz. Mən sizə bir şey deyim. Əgər ruslarla dil tapılmasaydı o zaman bir çox uğurlu tədbirləri həyata keçirə bilməzdik. Məhz rusların köməyi ilə Laçınla Şuşa arasındakı 3 erməni kəndini boşalda bildik və yolu açdıq. Bu, Əzim Piriyevin Azərbaycan qarşısındakı xidmətləridir. Elə Samvel Babayanın tutulmasında da həmin Allahyarovun bizə əvəzsiz köməyi oldu. Yoxsa mən "Ştirlis" deyildim ki Xankəndinə girərək erməni boevikini götürüb Şuşa türməsinə basam. Allahyarov bizə hərbçilərin maşınlarını verirdi və biz də hərbçilərin müşayəti ilə asanlıqla Xankəndində istədiyimiz əməliyyat-axtarış tədbirini həyata keçirə bilirdik. Biz özümüz də rus hərçilərinin geyindiyi hərbi paltarı geyinirdik deyə ermənilər bizi onlardan seçə bilmirdi. Ermənilər bilsəydi ki, həmin rusların arasında Azərbaycanın hüquq mühafizə orqanlarından da əməliyyatçılar var, birimiz də sağ buraxmazdılar.

"Sözümüz Akademiyanın və digər əlaqədar qurumların rəhbərlərinədir" - Professor iradı...
"Jaləyə təcavüz edən Azadə Kərimova seçki məntəqəsinə xüsusi təyinatla gətirilib"
"Onların yardımından imtina etdik, yalnız 2-3 nəfər siyasətçi gəlib atamla maraqlanıb" - VİDEO
Türkiyədə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək - FOTOLAR
Çinli elm adamından qorxuducu koronavirus xəbərdarlığı - QALICI OLA BİLƏR...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Maraqlı
Bir-birilərini öldü bilirdilər, ancaq 47 il sonra qovuşdular... - FOTOLAR
Dünya
Van Dama Vəndamda heykəl qoyulmasının  faydası olmadı - Ermənilərlə məşq edir...-FOTOLAR
Cəmiyyət
Baş nazir yeni açılan xəstəxanaya Ərdoğanın adını verdi- FOTOLAR
Dünya
Bu kənddə on ildir oğlan uşağı doğulmur-Səbəbini heç kim bilmir - FOTOLAR
Dünya
David Tonoyan Hərbi Polis İdarəsinin bir neçə rəhbərini işdən çıxardı- SƏBƏB...
Yazar
Seymur Əliyev
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Sultan Laçın
“Qarabağ leksikonumuzdan “münaqişə” və “müzakirə” sözlərini çoxdan çıxarmalıydıq!..”
Seymur Verdizadə
Ana-bacı söyüşləri havada uçuşur...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”- Əməkdar artist əsəbiləşdi...
“Hamı bizim məhvimizi istəyir: İlk addımı yenə də çeçenlər və inquşlar atacaq”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247