Xəbər lenti
16/11/2019 [00:03]:
Damarları təmizləyən, dərini cavanlaşdıran müalicəvi məhsul - TƏBİİ ÜSUL...
15/11/2019 [23:59]:
Bu ölkədə həkimlərin orta aylıq maaşı 1200 dollardır - MARAQLI...
15/11/2019 [23:56]:
Siqaret çəkənlər ən çox bu qidaları yeməlidir - Nikotini zərərsizləşdirən 7 ərzaq...
15/11/2019 [23:54]:
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
15/11/2019 [23:52]:
“Instagram” laykların sayını gizlətməyə başlayıb
15/11/2019 [23:34]:
"İndi Qarabağ məsələsində jurnalistlərdən “seyid” kimi istifadə etmək istəyirlər..."
15/11/2019 [23:31]:
Erməni jurnalistləri və badımcan dolması...
15/11/2019 [23:13]:
"Universitetin adının dəyişdirilməsi haqqında ilk rəsmi qərar Tarix fakültəsində qəbul edilib"
15/11/2019 [23:03]:
Gəncədə ər həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib
15/11/2019 [23:00]:
“Azərbaycan əməliyyatlara başlaya, qarşımıza sənəd qoyula bilər”
15/11/2019 [22:54]:
Boşanan kişilər üçün sığınacaq yaradılır
15/11/2019 [22:48]:
Köpəkbalığı dalğıcın qolunu qopardı
15/11/2019 [22:45]:
“Paşinyan hakimiyyətinin sadəcə, 1,5-2 il vaxtı qalıb...”
15/11/2019 [22:42]:
“Biz Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk”
15/11/2019 [22:29]:
Prezervativi almağa utandığı üçün oğurladı - VİDEO
15/11/2019 [22:17]:
Gəncədə oğul atasını qətlə yetirib
15/11/2019 [21:54]:
Putin Türkiyəyə gedəcək
15/11/2019 [21:48]:
Məşhur braziliyalı futbolçunun arvadının adı “eskort” qalmaqalında - FOTOLAR
15/11/2019 [21:44]:
Sürücülərə şad xəbər: Generaldan jalüzlərlə bağlı gözlənilməz göstəriş -FOTO
15/11/2019 [21:30]:
“Ölkəmizin tolerantlıq düzənini kimsə poza bilməz”
15/11/2019 [21:12]:
Prezident: "Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı"
15/11/2019 [21:06]:
Çində meymun baxıcısının telefonu ilə sifariş verdi - MARAQLI...+ VİDEO
15/11/2019 [21:01]:
Oqtay Əsədov ABŞ-dan Qarabağla bağlı gözləntilərini AÇIQLADI
15/11/2019 [20:55]:
“Heç kim ləkəsiz, təmiz deyil”
15/11/2019 [20:44]:
Yaponiya İmperatoru "Günəş Tanrısı" ilə yemək yedi - MARAQLI
15/11/2019 [20:36]:
Həkimlər Siam əkizləri - Məhəmməd və Əhmədi uğurla ayırdı...-FOTO 
15/11/2019 [20:18]:
Uzun müddət telefona baxan qadın kor oldu - QORXUNC...
15/11/2019 [20:18]:
"Mühacir ticarəti insan alverinin təsniflərindən biridir” - VİDEO
15/11/2019 [20:11]:
Nikola Yurçeviç: "Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq"
15/11/2019 [20:04]:
"Anasızlığımı işimlə unuduram"
15/11/2019 [20:01]:
Xuraman 4-cü dəfə ana oldu
15/11/2019 [19:58]:
S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi?
15/11/2019 [19:52]:
“Biz “İsrailin məhvi” dedikdə yəhudi xalqını yox, sionist rejimini nəzərdə tuturuq”
15/11/2019 [19:38]:
“Azəriqaz”ın yeni rəhbəri istixana sahibləri ilə görüşüb - FOTO
15/11/2019 [19:26]:
Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır?
15/11/2019 [19:25]:
Tbilisidə etiraz aksiyası bərpa olunub - FOTO - YENİLƏNİR
15/11/2019 [19:21]:
Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var
15/11/2019 [19:19]:
Yağışa görə Bakının iki avtomagistralında sürət həddi endirilib
15/11/2019 [19:15]:
Kənd Təsərrüfatı Nazirliyi obrazlı ifadə etsək, futboldakı kimi het-trik etdi - VİDEO
15/11/2019 [19:09]:
Xərçəng xəstələri bu dərmanlardan uzaq dursun - XƏBƏRDARLIQ...
15/11/2019 [19:02]:
Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir
15/11/2019 [18:48]:
350 qram doğulan uşaq 3,5 kiloqram çəkiyə çatdı - MARAQLI
15/11/2019 [18:46]:
Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib - FOTO
15/11/2019 [18:42]:
Ədliyyə nazirinin müavini Zaqatalada vətəndaşları qəbul edib
15/11/2019 [18:36]:
Lerik rayonunu 3 kəndinə qaz verildi - FOTO
15/11/2019 [18:19]:
Aberdin Universitetinin Mühəndislik Məktəbinin direktoru ADNSU-da təqdimatla çıxış edib - FOTO
15/11/2019 [18:13]:
Türkiyədə daha bir təhlükəli terrorçu zərərsizləşdirilib
15/11/2019 [18:02]:
Nazir polis kapitanına vəzifə verdi
15/11/2019 [17:58]:
Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO
15/11/2019 [17:55]:
"Böyük Britaniya yanvarın 31-də Aİ-ni tərk edir"
15/11/2019 [17:44]:
Düşmən hərbi sənayeni gücləndirir: 22%-lik artım, xüsusi status, əsgər-professorlar...
15/11/2019 [17:40]:
İstirahət günlərinin hava proqnozu açıqlandı
15/11/2019 [17:37]:
“Qəhrəmanlıq göstərən insanların daim yad edilməsinə böyük ehtiyac var”
15/11/2019 [17:35]:
Bolqarıstan Baş Nazirinin olduğu təyyarə qəza enişi etdi
15/11/2019 [17:32]:
ADNSU-nun rektoru Aberdin Universitetinin Mühəndislik Məktəbinin direktoru ilə görüşüb - FOTOLAR
15/11/2019 [17:26]:
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
15/11/2019 [17:24]:
Dövlət-din münasibətlərində Azərbaycan modelinin təntənəsi...
15/11/2019 [17:21]:
Məclisə girib zərflərə söyüş yazdı, nəmər qutularına atdı
15/11/2019 [17:19]:
Kişini toy gecəsi belə aldadırlarmış - Bakirə olmayan qızların yeni fırıldağı...
15/11/2019 [17:16]:
XİN Azərbaycanın Krımla bağlı BMT qətnaməsinin səsverməsində iştirak etməməsinin səbəbini açıqladı
15/11/2019 [17:15]:
"Ana əlinə zənbil alıb gedib küçələrdə meyvə-tərəvəz satmamalıdır"
15/11/2019 [17:13]:
İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayrılıb
15/11/2019 [17:10]:
İlham Əliyev Sultan Dadaşovu təltif etdi
15/11/2019 [17:08]:
Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi
15/11/2019 [17:06]:
Putinin jurnalistlər üçün mətbuat konfransının vaxtı AÇIQLANDI
15/11/2019 [17:01]:
BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd olunub
15/11/2019 [16:54]:
"Qızını erməniyə verən Cəmil Həsənli, miqrant alveri edən Əli Kərimli həbs edilməlidir"
15/11/2019 [16:53]:
FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib
15/11/2019 [16:42]:
Övladlarını gizlədən Elnarə Xəlilova: “Bir az səbr edin, görəcəksiz” -VİDEO
15/11/2019 [16:32]:
Şimali Kipr Türk Respublikası 36 yaşını qeyd edir- FOTOLAR
15/11/2019 [16:31]:
İlham Əliyev Şlomo Amarı qəbul etdi - FOTO
15/11/2019 [16:22]:
Abdullah Mətuq əl-Mətuq Tarix İnstitutunun fəxri doktoru oldu - FOTOLAR
15/11/2019 [16:11]:
Xidməti müqavilə üzrə işləyənlərin də icbari sığortaya cəlb edilməsi imkanları nəzərdən keçirilib
15/11/2019 [16:05]:
“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib - FOTO
15/11/2019 [15:56]:
Prezident Bilal Əliyevə mənzil bağışladı
15/11/2019 [15:54]:
İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO
15/11/2019 [15:51]:
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub - FOTO
15/11/2019 [15:48]:
"Bu bizneslə Əli Kərimli və Arif Hacılı məşğul olublar”
15/11/2019 [15:41]:
"Azərbaycan millisinin son oyunlarında inkişafını görmək olar"
15/11/2019 [15:38]:
Pivə oğurlayan kişiyə ölüm cəzası verdilər - FOTO
Bütün arxiv bir sırada
11/09/2019 [23:27] - Siyasət - ( 1714 dəfə baxılıb)

Türkdilli dövlətlərin ümumi xüsusi xidmət orqanı yaradılmasının memarı...



Ötən cümə günü başlayıb bazar günü tamamlanan Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının XXII Konfransı geridə qaldı.

3 gün davam edən konfransda 4 türkdilli dövlət – Azərbaycan, Türkiyə, Qırqızıstan və Qazaxıstan rəsmən iştirak edib.

Digər türkdilli dövlətlərdən olan Özbəkistan isə toplantıya müşahidəçi qismində qatılıb. Özbəkistanla bərabər müşahidəçi kimi iştirak edən digər ölkə Gürcüstan olub. Ləhcəsinə görə bizə və Türkiyəyə daha yaxın olan Türkmənistan isə ümumiyyətlə Konfransa təşrif buyurmayıb. Hər dövlətin milli maraqları olduğunu nəzərə alıb Türkmənistanın bu mövqeyini şərh etmək istəmirik. Bizi maraqlandıran əsas məsələ isə kəmiyyətdən çox keyfiyyətdir. Bu mənada XXII Konfransda alınan qərarların mahiyyəti daha çox əhəmiyyət kəsb edir, nəinki orada hər kəsin iştirakı.

Etiraf edək ki, nümayəndələrin sayına görə budəfəki heyət əslində Konfransların 22 illik tarixində heç də geniştərkibliliyi ilə seçilmirdi. 1999-cu ildə yenə Bakıda keçirilən 2-ci Konfransda nümayəndə heyətinin sayı 6 idi. Hətta bu yüksək qatılıma görə Türkiyə nümayəndəsi mərhum Heydər Əliyevi təbrik etmiş və 6 türkdilli dövlətinin bir araya gəlməsində birbaşa onun misilsiz xidmətinin olduğunu bildirmişdi. Ondan sonra keçirilən bütün Konfranslarda da aşağı-yuxarı bu tərkib iştirak etmiş, hətta  ötən il Qırqızıstanda keçirilən toplantıya Tacikistan da müşahidəçi qismində qatılmışdı.

Bununla belə, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının XXII Konfransı bəzi xüsusiyyətləri ilə bütün toplantılardan daha effektivliyi ilə yadda qaldı. Əsas effektivlik isə alınan qərarlarda özünü göstərir. Xüsusi xidmət orqanlarının fəaliyyət növündən doğan məxfilik səbəbilə konfransda alınan qərarlar ictimaiyyətə açıqlanmadığından konkret hansı məsələlərdə ümumi razılıq əldə olunduğu bilinməsə də, türk mətbuatına sızdırılan bəzi məlumatlar bu dəfə də Bakıda növbəti ilkə imza atıldığını təsdiqləyir. Birinci ilk yuxarıda da qeyd etdiyimiz kimi, 1999-cu ildə Bakıda keçirilən II Konfransa bütün türkdilli dövlətlərin qatılması idi. Budəfəki ilk isə Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının vahid mərkəzinin yaradılması oldu.

Bildirildiyinə görə, toplantı iştirakçıları Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Daimi Nümayəndəliyinin qurulması barədə qərar qəbul ediblər. Nümayəndəliyin mərkəzi Ankarada yerləşəcək.

Bəri başdan deyək ki, alınan bu qərar konfransın 22 illik tarixində ən ciddi addımdır. Hətta birinci ilkdən belə daha mühümdür. Zira birinci ilk kəmiyyətdə irəliləyiş kimi tarixə düşmüşdüsə, ikinci ilk keyfiyyətcə yeni dövrün başlanması kimi xarakterizə olunur. Belə ki, indiyə qədərki toplantılar ildə bir dəfə müxtəlif ölkələrdə keçirilir və simvolik xarakter daşıyırdısa, vahid mərkəzin yaradılması ilə Türkdilli dövlətlərdəki məlum qurumların daha intensiv rabitəsi qurulacaq və əlaqələr inkişaf etdiriləcək. Beləcə, hər il görüntü xətrinə toplanan milli təhlükəsizlik qurumlarımız bundan sonra hər gün bir-biriylə əlaqə saxlaya biləcək və məlumat alış-verişində bulunacaqlar. Bu isə ortaya konkret işin qoyulması, kəmiyyətdən keyfiyyətə keçilməsi deməkdir.

Nəzərə alsaq ki türkdilli dövlətlərin ortaq maraqları və oxşar təhdid alqıları var, bu cür mərkəzi qərargahın yaradılmasına, məlumat mübadiləsinin intensivləşdirilməsinə ciddi ehtiyac duyulurdu. Zənnimizcə, budəfəki konfransa suyu üfləyə-üfləyə içən bəzi Orta Asiya dövlətlərinin qatılmaması da məhz bundan qaynaqlanır; artıq konkret addımların atılması zərurəti ortaya çıxıb, yeniliklərdən çəkinən Türkmənistan və Özbəkistan kimi dövlətlər isə daha ləng hərəkət etməyə üstünlük verirlər. Fəqət gələcəkdə Ümumtürk Milli Təhlükəsizlik Mərkəzi çərçivəsində əldə olunan müsbət nəticələr bu gün kənarda durmağı daha uyğun görən ölkələrin də bu quruma meylini gücləndirəcək və hədəflənən nəticəyə varılacaq. Necə ki, II Dünya müharibəsindən sonra Avropa Birliyi ideyasını yalnız iki dövlət – Almaniya və Fransa, həm də Kömür və Polad Cəmiyyəti şəklində ortaya atmışdı, daha sonra isə bu ideya böyüyərək bütün Qərb dünyası tərəfindən dəstəkləndi; mümkündür ki, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının XXII Konfransında irəli sürülən bu ideya da qısa müddətdən sonra bütün türkdillilərin ortaq məfkurəsinə çevrilsin.

Əldə etdiyimiz məlumata görə, budəfəki uğurun əldə olunmasında ev sahibi Azərbaycanın xüsusi rolu olmuşdur. Konfransdan qabaq DTX sədrinin Türkiyəyə səfərinin də əsas məqsədi bu barədə danışıqlar aparmaq və yekun qərarın hazırlanmasında tərəfləri razı salmaqdı. Görünür, prezident İlham Əliyevin son kadr islahatlarında Əli Nağıyevi DTX-ya sədr vəzifəsinə gətirməsi də təsadüfi deyildi. Sabiq milli təhlükəsizlik yetkililərinin etiraf etdiyi kimi, öz işinin peşəkarı olan Əli Nağıyevin uzaqgörənliyi sayəsində Azərbaycanın təhlükəsizliyi təkcə bizim məsələmiz olmaqdan çıxaraq, həm də Türkiyənin, Qazaxıstanın, Qırqızıstanın, ümumiyyətlə bütün Türk dünyasının başlıca strategiyasına çevrilmişdir. Digər türk dövlətlərinin təhlükəsizliyi də bizim və hamımızın məsələsi olduğu kimi. (ADAM)

loading...
loading...
Siqaret çəkənlər ən çox bu qidaları yeməlidir - Nikotini zərərsizləşdirən 7 ərzaq...
Çində meymun baxıcısının telefonu ilə sifariş verdi - MARAQLI...+ VİDEO
Yaponiya İmperatoru "Günəş Tanrısı" ilə yemək yedi - MARAQLI
Uzun müddət telefona baxan qadın kor oldu - QORXUNC...
Xərçəng xəstələri bu dərmanlardan uzaq dursun - XƏBƏRDARLIQ...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Qəhrəmanlıq göstərən insanların daim yad edilməsinə böyük ehtiyac var”
Cəmiyyət
“Həyat yoldaşımın harda olduğunu bilirəm, hər dəfə zəng vurub soruşum ki, hardasan?”
Cəmiyyət
“Məhkəməyə müraciət etməliyik ki, həkimlər öz işlərində diqqətli olsunlar, əks halda...”
Cəmiyyət
“Son illər otlaqların pambıq sahələrinə çevrilməsi heyvanların azalmasına gətirib çıxarıb...”
Gündəm
Bu gün Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək...
Həftənin ən çox oxunanları
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Yanvardan pensiyalar bu qədər ARTACAQ
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
“Onlar rus ordusunun hücumunu önləməyə qadir deyil”
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247