Xəbər lenti
31/05/2020 [10:09]:
Azərbaycanda şəhər mərkəzində ayı görünüb - FOTO - VİDEO - YENİLƏNİB
31/05/2020 [09:56]:
Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
31/05/2020 [09:54]:
"Düşmən torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır"
31/05/2020 [09:47]:
"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."
31/05/2020 [09:40]:
UNEC-in 90 illik yubileyi ərəfəsində 9-cu ikili diplom proqramı
31/05/2020 [09:26]:
Koronavirusla bağlı son STATİSTİKA
31/05/2020 [09:24]:
Rusiyada terrorçular belə məhv edildi - VİDEO
31/05/2020 [09:16]:
Azərbaycanda şəhər mərkəzində ayı görünüb - FOTO/VİDEO
31/05/2020 [08:35]:
İordaniyada məscidlərdə kütləvi ibadətə icazə verildi
31/05/2020 [08:34]:
Braziliyada koronavirusa yoluxma halları ən yüksək templə artmaqdadır
31/05/2020 [08:04]:
“Herekol dağındakı PKK qərargahı çökdü” - Süleyman Soylu
31/05/2020 [08:03]:
Tramp ABŞ-da tarixin ən güclü silahının istifadəyə veriləcəyini bildirib
31/05/2020 [07:20]:
Yaponiya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
31/05/2020 [07:18]:
Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
31/05/2020 [07:17]:
Avropa ölkələrindən ABŞ-ın İrana qarşı sanksiyaları aradan qaldırmasına reaksiya
31/05/2020 [07:16]:
ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq olunub
31/05/2020 [07:16]:
Qorxu üzərindən olan imanın dəyəri vardırmı?..
31/05/2020 [02:03]:
Amerikada daxil savaş təhlükəsi! – Tramp ordunu hazır vəziyətə gətirdi
31/05/2020 [00:47]:
“Rusiyanın Azərbaycandakı səfiri qiyamdan öncə Pənah Hüseyni açıq formada təhdid etmişdi”
31/05/2020 [00:45]:
“İstənilən halda, Putindən sonra Rusiyada hakimiyyətə "hansısa yaramaz" gələcək...“
31/05/2020 [00:37]:
ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı: Ümumdünya "E-Nizam"ımı yaradılır?
31/05/2020 [00:12]:
"Əgər belə bir şey olsaydı, həmin vaxt olmasa da sonrakı dövrlərdə mənim məlumatım olardı"
30/05/2020 [23:35]:
Maksim Qalkinin Putini parodiyası sosial şəbəkədə rekord vurur - VİDEO
30/05/2020 [23:26]:
Daha 710 “Taliban” üzvü azad edildi
30/05/2020 [23:00]:
Azərbaycan-İran sərhədində yanğın olub
30/05/2020 [22:44]:
"Bavariya" darmadağınla qalib gəlib
30/05/2020 [22:38]:
Azərbaycanlı jurnalist koronavirusdan ölən anasının dəfnində iştirak edə bilmədi
30/05/2020 [22:37]:
Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA
30/05/2020 [22:36]:
Zelenski ailəsinin keçənilki gəliri açıqlandı
30/05/2020 [21:58]:
İnanılmaz refleks sahibi olan piyada ölümdən son anda xilas oldu - VİDEO
30/05/2020 [21:53]:
Azərbaycanda koronavirusla bağlı son rəqəmlər açıqlandı
30/05/2020 [21:52]:
Türkiyədə COVID-19-dan ölənlərin sayı 4 500-ü ötdü
30/05/2020 [21:48]:
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
30/05/2020 [21:10]:
Ukrayna prezidentinin ötən ilki gəliri açıqlandı
30/05/2020 [21:09]:
Roza Zərgərli: “48 işçim var” - VİDEO
30/05/2020 [21:02]:
“Ordumuz nə qədər güclü olarsa, diplomatik savaşda da mövqelərimiz bir o qədər üstün olar”
30/05/2020 [20:58]:
Homoseksual Çikaqo meri Trampı ağır söyüşlə biabır etdi...
30/05/2020 [20:54]:
ABŞ-ın Hyuston şəhərində 200 etirazçı həbs edilib
30/05/2020 [20:28]:
Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var”
30/05/2020 [20:23]:
Ağ Evin qarşısında iğtişaşlar baş verib
30/05/2020 [20:19]:
"Paşinyan Azərbaycanın danışıqlar prosesini davam etdirməsi üçün heç bir “əlyeri” qoymadı"
30/05/2020 [20:17]:
Britaniyada COVID-19-dan ölənlərin sayı 38,3 mini ötdü
30/05/2020 [20:14]:
Koronavirus peyvəndi insanlar üzərində sınanacaq - MARAQLI
30/05/2020 [19:59]:
“Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb” - Paşinyan
30/05/2020 [19:58]:
Türkiyədə bir polis şəhid olub
30/05/2020 [19:33]:
Məşhur qəssabın qardaşı görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
30/05/2020 [19:32]:
Gülay Zeynalova: “Kamilə hər zaman dəstəyəm”
30/05/2020 [19:30]:
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək
30/05/2020 [19:12]:
"ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək" - Pompeo
30/05/2020 [19:04]:
“Dünyanın ən gözəl qızı” 19 yaşında - FOTOLAR
30/05/2020 [19:03]:
"Qurgeni ona görə öldürdüm ki..." - Səfərovun tarixi çıxışı
30/05/2020 [18:27]:
Sumqayıtda iki nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
30/05/2020 [18:17]:
Baş Prokurorluq Bərdədə iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı
30/05/2020 [18:15]:
“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” adlı online konfrans keçirilib - VİDEO
30/05/2020 [18:04]:
Azərbaycanda koronavirusdan daha üç nəfər öldü, 202 xəstə sağaldı - RƏSMİ
30/05/2020 [18:02]:
Goranboyda beş nəfər koronavirusa yoluxdu - VİDEO
30/05/2020 [17:56]:
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu - RƏSMİ
30/05/2020 [17:44]:
Millət vəkili müğənni Nurlan Əzizbəyli ilə görüşüb
30/05/2020 [17:30]:
“Rusiya Paşinyan hakimiyyətinə alternativ siyasi partiya yaratdı”
30/05/2020 [17:28]:
16 santimetrlik kəpənək görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
30/05/2020 [17:25]:
"Həyata yenidən gəlsəydim, saniyələrin nəbzini tutardım”
30/05/2020 [17:07]:
Almaniya polisi məscidlərə nəzarəti gücləndirdi - FOTO
30/05/2020 [16:46]:
Bölgələrdə küləyin sürəti, Xəzərdə dalğanın hündürlüyü artıb - FAKTİKİ HAVA
30/05/2020 [16:34]:
Paşinyan hakimiyyətinin sonu necə olacaq?
30/05/2020 [16:32]:
Bakıda fləşmob təşkil edən 50 nəfər tutuldu - FOTO
30/05/2020 [16:21]:
Giza piramidasının daha bir sirri açıldı - MARAQLI
30/05/2020 [16:09]:
Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA
30/05/2020 [16:08]:
Rusiya Belarusu asanlıqla işğal edə bilər - General
30/05/2020 [16:07]:
36 yaşlı Bərdə sakini intihar etdi
30/05/2020 [16:06]:
Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev
30/05/2020 [15:43]:
Qənirə Paşayeva TADİV-in təşkilatçılığı ilə keçirilən konfransda məruzə ilə çıxış edib
30/05/2020 [15:41]:
Bağlanan banklarda olan əmanətlərin kompensasiyalarını verəcək bank filialları açıqlandı - SİYAHI
30/05/2020 [15:39]:
Çindən Melburna gedən 40 konteyner tibbi maska yüklənmiş gəmi okeanda batdı...
30/05/2020 [15:33]:
"Ermənistanın Şuşa təxribatı müharibə çağırışlarının kəskin artmasına səbəb oldu”
30/05/2020 [15:15]:
Amerikanı qarışdıran polisə bir zərbə də xanımından gəldi - Boşanmaq istəyir...
30/05/2020 [15:12]:
"Məcburi köçkünlərin mənzil–məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir"
30/05/2020 [14:56]:
Aprel müharibəsi araşdırmaları: general Xaçaturova ulimatum verildi
30/05/2020 [14:52]:
"Kişilərimizi kişilikdən salan, qadınların uşaq doğmasına mane olan..." - Rəşid Mahmudov
30/05/2020 [14:46]:
“Ermənistanla Rusiya arasında münasibətlər hazırda gərgindir” - Azərbaycan bundan yararlanacaqmı?
30/05/2020 [14:43]:
Mübarizələrdə keçən şərəfli bir ömür...
Bütün arxiv bir sırada
12/09/2019 [10:39] - Cəmiyyət - ( 3507 dəfə baxılıb)

Tofiq Zülfüqarov: “Mən deyirəm ki, danışıqlara getməyək”

“Paşinyan mövqeyinə aydınlıq gətirməyincə danışıq olmamalıdır”


ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “yerli seçkilər”in keçirilməsinə münasibət bildiriblər. İllərdir Azərbaycanda “turist diplomatlar” kimi qəbul edilən və proseslərə heç bir aktiv müdaxiləsi olmayan həmsədrlərin bəyanatında narahatlıq doğuran məqamların olması müzakirələrə səbəb olub. Bu mövzuda sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”ın suallarını cavablandırdı.

- Tofiq bəy, həmsədrlər uzunmüddətli sükutdan sonra nəhayət, dilə gəldilər. Yəqin ki, onların son bəyanatı ilə tanışsınız. Diqqətinizi nə çəkdi, sizcə, diplomatlar nə dedilər, yaxud nə demək istədilər?

- Daha doğrusu, nə dedilər vacib deyil, nə demədilər məsələsini müzakirə etmək vacibdir. Bəzi məqamlara onlar toxunmayıblar. Toxunmadıqları məqamlar bunu deməyə əsas verir ki, indiki vəziyyət heç də həmsədrləri qane etmir. Bu və ya digər şəkildə onlar etiraf ediblər ki, yaranmış indiki vəziyyət həmsədrlərin fəaliyyətinin nəticəsidir. Daha doğrusu, bu durum onların fəaliyyətsizliyinin nəticəsində baş verir. Yenə də köhnə prinsipləri təsdiqləyiblər. Açığını deyim, mən o bəyanatda yeni bir şey görmədim. Onlar bu bəyanatla demək istəyiblər ki, Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” mövqeyini dəstəkləmirlər. Amma eyni zamanda lazımi şəkildə öz gələcək fəaliyyətləri barəsində heç nə söyləməyiblər. Mən bir şey hiss elədim ki, Azərbaycan ictimaiyyətində bu bəyanata həddindən artıq önəm verilir. Adi bir bəyanatdır. Bu cür bəyanatlarla bağlı ilk növbədə belə fikir söyləməliyik ki, belə mövqelər vəziyyəti dəyişmir. İkincisi də onlar bəyanat vasitəsilə bizim istəklərimizi təmin edə, yəni işğalı dayandıra, işğal olunmuş torpaqları azad edə bilməzlər. Onların Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək imkanları və istəyi yoxdur.

- Dediniz ki, həmsədrlər Paşinyanın mövqeyini dəstəkləməyiblər. Amma bu da faktdır ki, Ermənistanın baş naziri Xankəndində “miatsum” bəyanatı verəndən sonra həmsədrlərdən heç bir reaksiya gəlmədi. Susmaq razılıq əlaməti deyilmi?

“Vasitəçilərin ərazi bütövlüyümüzü bərpa etmək imkanları və istəyi yoxdur”

- Məsələ burasındadır ki, həmsədrlər real şəkildə vəziyyətə təsir eləmək niyyətində deyillər. Digər buna bənzər, beynəlxalq təcrübədə olan məqamları yada salaq. Tutaq ki, hansısa bəyanat verilir. Vaxtilə İrana qarşı az qala ultimatum verilirdi. Həmin ultimatumların nəticəsində ABŞ öz istəklərinə nail oldumu? Yox. Güc tətbiq edəndən sonra nəyəsə nail olublar. Digər prosesləri götürək. Məsələn, Ukraynaya aid, ərazi bütövlüyünü dəstəkləyən onlarla bəyanat verilib. Vəziyyət dəyişibmi? Yox. Bizim ictimaiyyətdə hələ də bu illüziya davam edir. Yəni biz başa düşməliyik ki, bəyanatla, ya da sanksiyalarla heç nəyə nail olmaq mümkün deyil. Yəni bizim istədiyimiz şeylərə bu yolla nail olmaq mümkün olmayacaq.

- Bəyanatda belə bir məqam var ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır. Bu, təhlükəli mövqe deyilmi?

- Yox. Yəni yerli idarəetmə orqanlarını formalaşdırmaq istənilən yerdə hər bir əhalinin hüququdur.

- Yəni referenduma işarə edilir?

- Yox. Təəssüflər olsun ki, həmsədrlər indiki halda bu formanın tətbiq olunması ilə bağlı bir məqamı yaddan çıxarırlar: indiki əhali etnik təmizləmələr nəticəsində formalaşıb. Biz bununla bağlı onlara sual versək, cavabları belə olacaq ki, oradan qovulmuş əhali bölgəyə qayıtdıqdan sonra seçkilər vasitəsilə öz idarəetmə orqanlarını formalaşdırmaq hüququna malik olacaq. Burada hiss olunur ki, həmişəki kimi, yaxşı mütəxəssislər məsələ ilə məşğul olublar və bəyanat veriblər. Hər bir bu cür bəyanatın xüsusiyyəti ondan ibarətdir ki, hər tərəf özü üçün həm mənfi, həm də müsbət elementləri tapa bilər. Amma mən öncədən dediyim kimi, bu, “növbətçi” bəyanatdır.

- Amma siz dediyiniz kimi, bəyanatda işğal altındakı ərazilərdən qovulmuş azərbaycanlı əhalidən bəhs olunmursa, bu, artıq Azərbaycanın maraqlarına zidd mövqe deyilmi?

- Onlar deyəcəklər ki, biz burada bəhs etmirik. Amma aşağıdakı hissədə onlara işarə edilib. Yəni münaqişənin hərtərəfli həlli məhz onu nəzərdə tutur ki, bu məsələlər də həllini tapacaq. Amma bu bəyanatın rolunun şişirdilməsi... Digər məsələlər yaddan çıxanda təbii ki, biz bunu müzakirə edə bilərik. Amma onun real əhəmiyyəti sıfır səviyyəsindədir.

- Şübhə yoxdur ki, vasitəçilər tərəfləri masa arxasında oturtmağa hazırlaşır. Elə Ermənistan XİN başçısının son bəyanatı da bunu təsdiqləyir. Qarşıdakı danışıqlarda nədən danışılacaq, sizcə? Rəsmi Bakı danışıqlara getməlidirmi?

- Bəli, əsas problem də bundan ibarətdir. Həmsədrlər Paşinyanın “miatsum”una siz dediyiniz kimi, heç bir reaksiya vermədilər. Belə çıxır ki, biz də reaksiya vermirik, çünki danışıqlara gedirik. Biz də deyirik ki, deyib də, bəlkə səhv edib. Amma bu “miatsum”un təsiri istər-istəməz Nyu-York danışıqlarında özünü göstərəcək axı. Deməli, biz razılıq veririk ki, hər bir məsələni müzakirə etməyə hazırıq: “miatsum”dan tutmuş digər məsələlərə qədər. Bu mövqe biz tərəfdən göstərilirsə, siz istəyirsiniz ki, həmsədrlər bizdən artıq mövqe göstərəcəklər? 

- Danışıqlara getməliyikmi?

- Mən deyirəm ki, danışıqlara getməyək. Biz istəyirik Paşinyanın dediklərinə reaksiya olsun, amma özümüz reaksiya vermədən danışıqlara gedirik. Bundan sonra başqalarından reaksiya gözləyəcəyik? Məntiq yoxdur axı. Məmmədyarov təkbaşına kiminləsə görüşə bilər. Amma Paşinyan mövqeyinə aydınlıq gətirməsə, bu danışıqlar olmamalıdır. Bir daha desə ki, mən “miatsum” tərəfdarıyam, onda Azərbaycan danışıqlar üçün heç bir marağının olmayacağını bəyan etməlidir. Yalnız bundan sonra həmsədrlər nə isə deyəcəklər. Biz istəyirik ki, bizdən qabaq həmsədrlər nəsə desin. Bu, düzgün deyil axı. Biz özümüz nə demişik?  Hansı səviyyədə reaksiya verilib?

- Xarici İşlər Nazirliyi səviyyəsində bəyanat olub.

- Bu, düzgün deyil axı. O tərəfdən baş nazir bəyanat verib, bu tərəfdən isə mətbuat xidməti səviyyəsində cavab verilib. Heç nazir səviyyəsində cavab verilməyib.

Koronavirus peyvəndi insanlar üzərində sınanacaq - MARAQLI
Məşhur qəssabın qardaşı görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
16 santimetrlik kəpənək görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
Giza piramidasının daha bir sirri açıldı - MARAQLI
Görmə əlilliyi olan insanlar üçün nəşriyyat, kitabxana və onların mövcud problemləri...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Paşinyan hakimiyyətinin sonu necə olacaq?
Dünya
Amerikanı qarışdıran polisə bir zərbə də xanımından gəldi - Boşanmaq istəyir...
Hadisə
Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi - İNANILMAZ...
Maraqlı
Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...
Gündəm
Müharibəyə başlamadan öncə qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Rusiyanın yalanı üzə çıxdı...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247