Xəbər lenti
20/01/2020 [17:17]:
"Mən yəhudiyəm və Ukraynada prezidentəm" - Zelenski
20/01/2020 [17:04]:
Avstraliya növbəti fəlakət: Bu dəfə... -VİDEO
20/01/2020 [17:01]:
Bütün pullar bir ovuc adamın əlində cəmləşib… - OXFAM təşkilatının yeni hesabatı
20/01/2020 [16:57]:
"Dediklərini yəqin yuxuda görüb" - DİN-dən Zirəddinə CAVAB
20/01/2020 [16:50]:
“Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” - Rus generalı 20 yanvar qırğınından yazıb
20/01/2020 [16:45]:
Sarqsyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa göndərildi
20/01/2020 [16:43]:
Azərbaycanda ana və üç övladı itkin düşdü -FOTOLAR
20/01/2020 [16:41]:
Aldadılan qadının qisası dəhşət saçdı- Ərinin cinsi orqanına...+FOTOLAR
20/01/2020 [16:11]:
Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO
20/01/2020 [16:11]:
“20 Yanvar faciəsi günahkarlarının cəzasız qalması son 100 ilin ən böyük ədalətsizliyidir”
20/01/2020 [15:43]:
Gəncədə ölən 16 yaşlı oğlanın “avtoşluq” görüntüləri - VİDEO
20/01/2020 [15:41]:
“Putinin aşpazı”na məxsus şirkət Suriyadakı neft mədənlərini ələ keçirib
20/01/2020 [15:28]:
Erməni xeyriyyəçilər Xocalıdakı 7  çoxuşaqlı ailənin hər birinə 1000 dollar verdi...-FOTOLAR+VİDEO
20/01/2020 [15:26]:
Peskovun 22 yaşlı qızı: “Çeçenistanda xüsusi təyinatlı düşərgəsində UFC döyüşçüləri ilə...”
20/01/2020 [15:24]:
Zirəddin Rzayevdən 10 yaşlı Nərminin qətlilə bağlı ŞOK SÖZLƏR - VİDEO
20/01/2020 [15:20]:
Baş prokuror istefa verdi
20/01/2020 [15:18]:
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı - VİDEO
20/01/2020 [15:13]:
Rusiyanın Baş prokuroru dəyişir
20/01/2020 [15:12]:
Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20/01/2020 [15:03]:
ABŞ “doğum turizmi”ni nəzarətə götürür – Qaydalar sərtləşdiriləcək
20/01/2020 [15:03]:
Rusiyada isti su dəhşəti-Çox sayda ölü var- FOTOLAR
20/01/2020 [14:51]:
“20 Yanvar faciəsi haqqında hələ də səsləndirilməyən həqiqət bundan ibarətdir ki...”
20/01/2020 [14:41]:
"Məni indiyə kimi yandıran Mahirin şəhid olması deyil, Azərbaycan zabitinin ağlamasıdır"
20/01/2020 [14:37]:
Əməkdar jurnalist vəfat etdi
20/01/2020 [14:33]:
Bakıda restoran parkinqində insident - Müştərinin maşını qaçırıldı
20/01/2020 [14:28]:
"Qoca"nın qardaşı həbs edilib
20/01/2020 [14:27]:
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
20/01/2020 [14:24]:
Şahzadə Harri tituldan imtinası barədə: “Başqa seçimim yox idi”
20/01/2020 [14:22]:
Aybəniz Haşımovadan şəhid həyat yoldaşı ilə bağlı təsirli paylaşım - FOTO
20/01/2020 [14:17]:
Rəşad Mahmudov ilk olaraq şəhid ailəsinin qapısını döydü...
20/01/2020 [14:04]:
Lavrovdan kritik Liviya açıqlaması
20/01/2020 [14:01]:
Azərbaycanda kişi “Qırmızı kitab”a düşən maralları satmaq istədi - FOTO
20/01/2020 [13:18]:
20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı…
20/01/2020 [13:13]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı
20/01/2020 [13:10]:
Sabahın havası açıqlandı
20/01/2020 [13:09]:
"İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?"
20/01/2020 [12:58]:
Azərbaycanda mikroavtobus qəzasındakı yaralılarla bağlı RƏSMİ AÇIQLAMA
20/01/2020 [12:56]:
Flora Kərimova qanlı gecəni xatırlayıb göz yaşı tökdü: “Tankın lüləsi düz üzümə tuşlanmışdı”
20/01/2020 [12:49]:
Makqreqorun 40 saniyəlik döyüşdən qazancı məlum oldu
20/01/2020 [12:48]:
“Nazirlik sübut etdi ki, ölkədə brend adı altında saxta içkilər hazırlanır...”
20/01/2020 [12:37]:
“İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov
20/01/2020 [12:35]:
Fəzail Ağamalı Kürsəngidə şəhid ailələri və kənd ağsaqqalları ilə görüşdü - FOTOLAR
20/01/2020 [12:35]:
Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı
20/01/2020 [12:34]:
“20 Yanvara yalnız qaboy səsi, ağlaşma kimi yanaşmaq doğru deyil”
20/01/2020 [12:30]:
Bakı-Quba yolunda üç təcili yardım maşını qəzaya düşdü, yaralılar var - YENİLƏNİB + FOTO
20/01/2020 [12:27]:
“Azərbaycan əhalisi müharibəyə hazırlaşır...” -Erməni separatçısı belə düşünür...
20/01/2020 [12:16]:
Hindistan ballistik raketini sınaqdan keçirdi
20/01/2020 [12:03]:
Şəhidlərin yanında üzüm yenə qaradı, Millət “yumruq” olmadı, yenə tikə-paradı... - İTHAF
20/01/2020 [11:58]:
Qulaqlardan getməyən səs, anaların fəryadı, nalə, göz yaşı... - Sənətçilər qanlı gecədən danışdılar
20/01/2020 [11:53]:
“Səhhətimlə bağlı həmin tədbirdə iştirak edə bilmədim...”
20/01/2020 [11:45]:
Son 4 gündə Suriyada gedən döyüşlərdə təxminən 100 nəfər öldürülüb
20/01/2020 [11:44]:
Ermənistan “Bakı qətliamı”na görə kompensasiya tələb edir: Azərbaycan və Türkiyə eyni yalanla üz-üzə...
20/01/2020 [11:42]:
"Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu"
20/01/2020 [11:30]:
Əsəddən şok qərar: Dollarla alış-verişə görə 7 il həbs
20/01/2020 [11:06]:
20 Yanvarın qisası o oldu ki... - SSRİ dağıldı, kompartiya süqut etdi, qatillər tək-tək bədbəxt oldular
20/01/2020 [11:04]:
Alman nazirdən Liviya çıxışı: "Açarı aldıq, indi isə..."
20/01/2020 [10:58]:
Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var
20/01/2020 [10:54]:
“YAP namizədlərinin bu baxımdan üstünlüyü var” - Siyavuş Novruzov
20/01/2020 [10:50]:
“Görəsən, bizi görməyə gələcəklər?” - İTV-dən təsirli video
20/01/2020 [10:49]:
"Onu şəhidlərimizdən seçdirən bizim gözəl Fərizəmiz oldu, o, öz ölümüylə İlhamı göylərə qaldırdı"
20/01/2020 [10:41]:
20 yanvar hadisələrindən 30 il keçir – Şahidlər danışır...
20/01/2020 [10:39]:
Qanunsuz silah saxlayan şəxs tutuldu
20/01/2020 [10:38]:
Mehriban Əliyevadan 20 Yanvar faciəsi ilə bağlı paylaşım
20/01/2020 [10:33]:
Şəhidlərin dəfni necə baş tutub? - Şeyxulislam “ailənizlə halallaşın”sözünü kimlərə deyib?
20/01/2020 [10:32]:
Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN
20/01/2020 [10:31]:
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20/01/2020 [10:29]:
Azərbaycanda ağır qəza: Sürücü yanaraq öldü
20/01/2020 [10:28]:
Maştağalı Sübhan kişi Məkkəyə getmədən necə hacı oldu?- Olmuş əhvalat...
20/01/2020 [09:48]:
Körpələr analarını oyatmaq istədilər, lakin artıq gec idi – Fotolar
20/01/2020 [09:45]:
Faiq Ağayev qanlı 20 Yanvar gecəsini xatırlayır: “Sanki dünən gecə olub...”
20/01/2020 [09:31]:
Müsəlman kişi xanımı üçün təyyarə-ev tikdi...-FOTO
20/01/2020 [08:52]:
“Onlar şəhid olmadı ki, bu gün həmin bayraq altda min sifətə, cildə girib xərac yığaq, rüşvət yığaq!..”
20/01/2020 [07:35]:
Qurani-Kərimdəki şəhidlik haqqında ayələr...
20/01/2020 [00:10]:
Siz kimin əmisi oğlusunuz, cənab səlahiyyətlilər?
19/01/2020 [23:40]:
İlham Əliyev: "20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" - FOTO
19/01/2020 [23:39]:
"İmzaların yoxlanılması prosesinə nə özüm, nə də səlahiyyətli nümayəndəm dəvət olunmayıb"
19/01/2020 [23:36]:
"İndiki müxalifətdəkilərin bəziləri ciblərə girməyə, varlı olmağa can atırlar..." - VİDEO
19/01/2020 [23:22]:
Azay Quliyev seçicilərlə bir gündə üç kütləvi görüş keçirdi - FOTOLAR
19/01/2020 [22:27]:
Babək prospektində piyadanı maşın vurub
19/01/2020 [22:23]:
Həbib doğulduğu kəndi nümayiş etdirdi - VİDEO
Bütün arxiv bir sırada
12/09/2019 [17:52] - Dünya - ( 866 dəfə baxılıb)

Kissincer, Bjezinski ola bilməyən Bolton - Trampın qurban verdiyi müşavir - ŞƏRH



Milli təhlükəsizlik məsələləri üzrə köməkçi ABŞ prezidentinin baş müşaviri sayılır. Bu vəzifə daha çox prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri adlanır. Müşavir ABŞ prezidentinin icraedici ofisinə daxildir. Fövqəladə hallar zamanı müşavir Ağ Evin Böhran otağında işləyir və dövlət başçısına vəziyyətlə bağlı son xəbərləri təqdim edir.

Bu post 1953-cü ildə prezident Duayt Eyzenhauer tərəfindən təsis edilib. İlk baş müşavir Robert Katler olub. Bu vəzifədə ən çox işləyən Henri Kissincer olub. O, ABŞ prezidentləri - Riçard Nikson və Cerald Fordun dövründə 1969-cu il yanvarın 20-dən 1975-ci il noyabrın 3-dək bu vəzifədə çalışıb. Maykl Flinn isə 2017-ci il yanvarın 20-dən həmin il fevralın 13-dək indiki prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmaqla ABŞ tarixində bu postda ən az müddətə işləmiş dövlət məmurudur.

Ümumiyyətlə, Ağ Evin indki sahibi hakimiyyətdə olduğu 2 il 9 ay ərzində Con Boltonla birlikdə üçüncü müşaviri dəyişib. Gerbert Makmaster bu vəzifədə 2017-ci il fevralın 20-dən 2018-ci il aprelin 9-na, Con Bolton isə 2018-ci il aprelin 9-dan 2019-cu il sentyabrın 10-dək bu postu tutublar. Baş müşavir vəzifəsi ABŞ-ın xarici siyasət kursunun həyat keçməsində də aparıcı rola malikdir. Əvvəllər bu vəzifədə Zbiqnev Bjezinski işləyib. Kissincer və Bjezinski keçmiş SSRİ-yə qarşı planları hazırlamış ən qatı antisovet olaraq ABŞ tarixində qalıblar. Ağ Evin həyata keçirəcəyi xarici siyasəti bu vəzifəni daşıyanın baxışları ilə də müəyyən etmək mümkündür.

Donald Tramp seçkiqabağı kampaniya zamanı İrana qarşı sərt çıxışlar edirdi. Onun komandasında bu istiqamətdə fəaliyyət göstərənlərə üstünlük veriləcəyi istisna edilmirdi. Məsələn, indiki dövlət katibi Maykl Pompeo və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspelin də anti-İran mövqedə olduğu sirr deyil. Con Bolton hələ ABŞ-ın BMT-dəki səfiri işləyən zaman İrana qarşı sərt çıxışlar edirdi. Müşavir vəzifəsinə təyin olunandan sonra da bu istiqamətdə fəaliyyətini gücləndirdi. Vəzifədən azad edilməzdən üç gün əvvəl, yəni sentyabrın 7-də Bolton bildirmişdi ki, İran yalan və terror yaymağı dayandırmayanadək ABŞ Tehrana qarşı sanksiyaları yumşaltmayacaq. “Bloomberg” mənbələrinə istinadən bildirib ki, Donald Tramp İrana qarşı sanksiyaları yumşaltmaq istəyib, Bolton isə buna qarşı sərt münasibət göstərib. Məlumata görə, elə müşavirin istefasının səbəblərindən başlıcası bu sayılır. Donald Tramp jurnalistlərə açıqlamasında deyib ki, Con Bolton çox böyük səhv edib. Prezidentin sözlərinə görə, keçmiş müşavirinin Şimali Koreya lideri Kim Çen In üçün “Liviya modeli” (Liviyaya hücum, Qəddafinin məhkəməsiz öldürülməsi) təklifini bəyənməyib. Donald Tramp Boltonun irəli sürdüyü bir çox məsələ ilə razılaşmadığını da vurğulayıb: “O, Ağ Evdə vacib saydığım adamlarla ortaq dil tapa bilmədi”.

Düzdür, Tramp Şimali Koreya və Liviya məsələsi kimi İrana dair problemlərdə də keçmiş müşaviri ilə fikirlərinin üst-üstə düşdüyünü açıq-aşkar bildirməyib. Ancaq tərəflər arasında bu məsələdə fikir ayrılığının olduğu ehtimalı da az deyil. ABŞ prezidenti 2018-ci ilin mayında İrana qarşı iki mərhələli sanksiya tətbiq edəcəklərini bildirdi. Bu planın müəllifinin Con Bolton olduğu istisna edilmir. Ona görə də müşavirin istefaya göndərilməsi İranın rəsmi dairələrində məmnunluqla qarşılanıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Con Boltonun vəzifəsindən azad olunması ilə Vaşinqtonun Tehrana olan təzyiqlərinin sona çatacağını istədiklərini bildirib: “Boltonun vəzifədən getməsi ilə birlikdə Tehrana olan təzyiqlər sona çatmalıdır”. Ancaq ABŞ-ın dövlət katibi Maykl Pompeo və maliyyə naziri Stiven Mnuçinin Bolton vəzifədən uzaqlaşdırılandan sonra keçirdikləri mətbuat konfransında İrana qarşı təzyiqi artıracaqlarına dair açıqlamaları Tehran hakimiyyətinin yuxusunu daha bir müddət qarışdıracaq.

Deməli, Con Boltonu istefaya göndərəndən sonra İrana qarşı sanksiyalar dayandırılmayacaq. Bu, məhdudiyyətlərin dayandırılmasının əsası da yoxdur. Çünki İrana qarşı sanksiyaların tətbiqinə səbəb olan amillər aradan qaldırılmayıb. Başqa sözlə, Tehran Vaşinqtonun şərtlərinə əməl etməyib. Bu halda ABŞ-ın gözlənilmədən sanksiyaları aradan qaldırması məntiqli görünmür. 

Bəs nə baş verə bilər? Tərəflər arasında müxtəlif səviyyələrdə keçirilən görüşlərin sayı artar, terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət gücləndirilər, İran vətəndaşlarının ABŞ-a səfərinə qoyulan məhdudiyyət azaldılar, ABŞ-ın Avropadakı müttəfiqlərinin İrana münasibətdə mövqeləri daha çox yaxınlaşar və s. Ancaq bu, İranın neft-qaz, bank sektoruna, iqtisadiyyatının müxtəlif sahələrinə, bir sıra rəsmilərinə, İran İnqilab Keşikçiləri Qvardiyasının rəhbərlərinə tətbiq edilən sanksiyanın qaldırılması, eləcə də qvardiyanın terrorçu təşkilatlar siyahısından çıxarılacağı demək deyil. Məsələn, Donald Trampın terrorizmə qarşı sanksiyaların artırılmasına dair imzaladığı sərəncamla bağlı Ağ Evdə mətbuat konfransı keçirən M.Pompeo və S.Mnuçin ABŞ prezidentinin İran prezidenti Həsən Ruhani ilə ilkin şərtsiz görüşməyə hazır olduğunu, ancaq İslam Respublikasına qarşı maksimum təzyiq siyasətini davam etdiriləcəyini vurğulayıblar. 

Əslində, Vaşinqton rəsmiləri belə təklifi əvvəllər də ediblər. Rusiya və Şimali Koreyaya sanksiya tətbiq edilməsinə baxmayaraq, Donald Tramp hər iki dövlətin lideri ilə görüşlər keçirir. Bu baxımdan, Həsən Ruhani ilə də görüş ola bilər. Ancaq Həsən Ruhani İranın dövlət başçısı deyil. O, hökumət başçısıdır. Bu səbəbdən ehtimal edilən belə tədbiri nəzakət görüşü adlandırmaq olar. İran tərəfi əvvəllər edilən belə təklifi rədd edərək bildirmişdi ki, belə bir görüş yalnız sanksiyalar ləğv ediləcəyi halda mümkündür. Məhəmməd Cavad Zərif cari ilin avqustunda Donald Trampla Həsən Ruhaninin bir araya gəlməsinin mümkünsüzlüyünü vurğulamışdı: “Donald Trampla Həsən Ruhani arasında görüş ağlasığmazdır. ABŞ-la ikitərəfli danışıqlar olmayacaq”.

Deməli, bu və başqa bu kimi məlumatlara əsasən, ABŞ-ın İrana qarşı sanksiyaları davam edəcək, Trampın Ruhani ilə görüşməsi ehtimalı azdır. İndi hadisə ilə bağlı bu suala cavab axtarılır: Con Boltonun yerinə kim təyin ediləcək? Donald Tramp bildirib ki, beş nəfər, həqiqətən, bu vəzifəni tutmağa layiqdir: “Son üç ildə tanış olduğum, çox bacarıqlı hesab etdiyim beş yaxşı insan var”. O, yeni müşavirinin adını gələn həftə açıqlayacağını da qeyd edib. Ötən gün CNN telekanalı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə namizədliyi irəli sürülən 10 nəfərin adını açıqlayıb. Onların arasında bu vəzifəyə daha çox Brayn Huk şanslı sayılır. O, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsidir. Huk bu yaxınlarda prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerlə birlikdə Yaxın Şərqdə səfərdə olub. Ona Ağ Evdə yaxşı münasibət göstərildiyi bildirilir. Başqa bir namizəd ABŞ ordusunun ehtiyatda olan general-mayoru Rikki Uoddelldir. O, 2017-2018-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini vəzifəsində çalışıb. ABŞ prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqan da bu posta namizəddir. ABŞ-ın vitse-prezidenti Maykl Pensin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kitt Kelloq və Mik Malvaninin qərargahının keçmiş rəisi Rob Blerin də adları namizədlər arasında hallanır. ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenella və Niderlanddakı səfiri Pit Hukstrın da adı namizədlər siyahısındadır. ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor və prezidentin keçmiş müşaviri Con Boltonun qərargahının keçmiş rəisi Frederika Fleys, istefada olan general, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə qeyri-rəsmi müşaviri olmuş Cek Kin də namizədlər arasındadır.

Beləliklə, Con Bolton getsə də, ABŞ-İran münasibətlərində gərginlik qalır. Maykl Pompeo İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməməkdə, nüvə sahəsində bəzi işlərini gizli saxlamaqda ittiham edərək rəsmi Vaşinqtonun İrana nüvə silahı əldə etməsinə icazə verməyəcəyini vurğulayıb.

Belə çıxır, Boltonun istefası müttəfiqlərarası məsələ ilə də bağlı ola bilər. Çünki hazırda İran məsələsində Avropa İttifaqı ilə ABŞ arasında fikir ayrılığı var. ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsindən çıxmamasına qərbdəki müttəfiqləri etirazlarını gizlətmədi. Con Bolton müşavir vəzifəsinə təyin ediləndən sonra (2018-ci ilin mayında) Donald Tramp ABŞ-ın həmin müqavilədən çıxdığını bəyan etdi. Ona görə də Ağ evin indiki sahibi Avropadakı müttəfiqləri ilə İran məsələsində anlaşmaq üçün bu addımı ata bilər. Ehtimal etmək olar ki, Donald Tramp Avropa İttifaqını razı salmaq üçün müşavirini qurban verib. Bununla da 70 yaşlı Con Bolton Henri Kissincer və Zbiqnev Bjezinski ola bilmədi.(Report)

"İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?"
"İmzaların yoxlanılması prosesinə nə özüm, nə də səlahiyyətli nümayəndəm dəvət olunmayıb"
"Hercai"nin "liliput" aktrisası 98 kq arıqlamaqla çəkiyə meydan oxudu... - FOTOLAR
Gənclər 20 Yanvar faciəsi ilə bağlı video hazırlayıblar - VİDEO
Qarsdakı baş konsulumuz Diyarbəkir vilayətində önəmli görüşlər keçirdi - FOTOLAR
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Rusiyada isti su dəhşəti-Çox sayda ölü var- FOTOLAR
Gündəm
“20 Yanvara yalnız qaboy səsi, ağlaşma kimi yanaşmaq doğru deyil”
Cəmiyyət
"Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu"
Hadisə
20 yanvar hadisələrindən 30 il keçir – Şahidlər danışır...
Ədəbiyyat
Maştağalı Sübhan kişi Məkkəyə getmədən necə hacı oldu?- Olmuş əhvalat...
Həftənin ən çox oxunanları
Altı yaşlı uşağa təcavüz etdiyi üçün kəndlilər onu benzinlə yandırdı- FOTOLAR
“DİN-ə qəribə bir əmr gəldi:  “Hər kəs silahını təhvil verib binadan bayıra çıxmasın…”
Nərminin qətlinə görə tutulan İlkinin ailəsindən sensasion AÇIQLAMA: "Xətt onun deyil"
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
İsrail həkimləri qan təzyiqini normallaşdırmağın  ən sadə yollarını göstərdi...
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsini tərk etdi
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247