Xəbər lenti
23/02/2020 [17:17]:
Qaradağ seçki dairəsi ilə bağlı DSK-nın qərarı qüvvədə saxlanıldı
23/02/2020 [17:12]:
Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı
23/02/2020 [17:07]:
"Əlimdə bu barədə çox ciddi və təkzibolunmaz faktlar var"
23/02/2020 [16:54]:
Ərləri, sevgililəri, qohumları tərəfindən öldürülən qadınlar...
23/02/2020 [16:51]:
MSK Mixail Zabelinin dairəsi üzrə müraciətə baxdı
23/02/2020 [16:50]:
Goranboyda 40 başdan çox iribuynuzlu mal-qara oğurlanıb - FOTO
23/02/2020 [16:47]:
İranda zəlzələ zamanı xəsarət alanların sayı artdı - YENİLƏNİB
23/02/2020 [16:44]:
MSK seçkilərlə bağlı şikayət və müraciətlərə baxır
23/02/2020 [16:42]:
“Kimlərsə şou-biznesə ər tapmağa gəlir”
23/02/2020 [16:21]:
Yeni seçilən deputatdan məsləhət: “Şükür edin!”
23/02/2020 [16:17]:
ATƏT PA-nın qış sessiyasında Ermənistanın təxribatının qarşısı alınıb
23/02/2020 [16:16]:
Şəkidə it sakinlərə hücum edərək bir neçə nəfəri dişlədi
23/02/2020 [15:50]:
Həvəskar astronavt “Ağılsız Mayk”ın ölüm anı kamerlara belə düşdü - ANBAAN VİDEO
23/02/2020 [15:41]:
Əməliyyatdan çıxan aktyor danışdı: “Özümü yaxşı hiss edirəm”
23/02/2020 [15:24]:
Magistraturaya qəbul imtahanı keçirilib
23/02/2020 [15:08]:
Astara gömrük postunda keçid dayandırıldı
23/02/2020 [15:07]:
Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi bağlandı
23/02/2020 [15:05]:
Bakının mərkəzində maşın yandı - VİDEO
23/02/2020 [14:35]:
Hüsnü Mübarəkin oğulları bəraət aldı
23/02/2020 [14:32]:
Rus təyyarələri hərəkətə keçdi: Bu kənd vuruldu
23/02/2020 [14:29]:
XİN-dən İrana gedən azərbaycanlılara koronavirus ÇAĞIRIŞI
23/02/2020 [14:06]:
Baş redaktor 29 yaşında həyatını itirdi
23/02/2020 [14:06]:
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 556 nəfərə çatıb
23/02/2020 [14:05]:
Koalisiya husilərin partlayıcı ilə dolu qayğını məhv etdi
23/02/2020 [14:03]:
İranın Qərbi Azərbaycan əyalətində zəlzələ nəticəsində 25 nəfər xəsarət alıb
23/02/2020 [13:26]:
Hitlerə görə 6 övladını öldürdükdən sonra əri ilə birlikdə intihar edən qadın... - FOTOLAR
23/02/2020 [13:24]:
Yeni doğulan körpə mimikası ilə hər kəsi şoka saldı - FOTOLAR
23/02/2020 [13:20]:
Sabah Bakıda hava çiskin olacaq, dağlıq rayonlara qar yağacaq
23/02/2020 [13:15]:
"Ölkəmizdə sovetlər dönəmində də, YAP hakmiyyəti zamanında da vəzifə yalnız biznes məqsədli olub"
23/02/2020 [13:02]:
Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycanı yasa boğmuş faciə
23/02/2020 [13:00]:
İvana Sərtdən xanımlara 3 önəmli məsələhət - VİDEO
23/02/2020 [12:37]:
İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: Yeddi ölü, beş yaralı - YENİLƏNİB -FOTO
23/02/2020 [12:31]:
İranda koronavirusa görə məktəb və universitetlər bağlandı...
23/02/2020 [12:28]:
Tutulan damarları açmaq, qan dövranını tənzimləmək üçün nə etmək lazımdır?
23/02/2020 [12:27]:
İsrail bomba yerləşdirən iki fələstinlini güllələdi
23/02/2020 [12:19]:
Sünnət zamanı uşağın cinsiyyət üzvünü dibindən kəsdilər: Səhiyyəmizin günü + VİDEO
23/02/2020 [12:17]:
İtaliya A seriyasına koronavirus əngəli
23/02/2020 [12:06]:
"Bütün bunlar olmasaydı, cinayət işi Azadə Kərimovaya deyil, Jalə Bayramovaya qarşı açılardı"
23/02/2020 [12:05]:
Tramp Boltona mane olacaq: Gizli məlumatlar...
23/02/2020 [11:49]:
Yasamalda yol keçən 64 yaşlı kişini avtomobil vurdu
23/02/2020 [11:45]:
Ağılsız Mayk öldü
23/02/2020 [11:44]:
İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: Evlər yıxıldı, heyvanlar tələf oldu -FOTOLAR
23/02/2020 [11:28]:
Peruda daşqınlar nəticəsində bir neçə nəfər öldü, onlarla xəsarət alan var
23/02/2020 [11:15]:
Elimdar adına salınan park bu gün hamı tərəfindən ziyarət olunur - FOTOLAR
23/02/2020 [11:12]:
Ermənistanda İranla sərhədi bağlamaq çağırışları səsləndi...
23/02/2020 [11:11]:
Səni bu günə kim salıb, Yardımlı?..
23/02/2020 [10:55]:
ABŞ-ın Rusiya ssenarisi: Nüvə silahı ilə vuracağıq!
23/02/2020 [10:52]:
Hadı Rəcəblinin və Hüseynbala Mirələmovun pensiyanın miqdarı açıqlandı
23/02/2020 [10:48]:
Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda da hiss edildi
23/02/2020 [10:46]:
İki avtomobil toqquşdu, xanım sərnişin xəstəxanalıq oldu - VİDEO
23/02/2020 [10:43]:
Ermənistan silahlı bölmələri ötən gecə də dinc durmayıb: İriçaplı pulemyotlar işə düşdü
23/02/2020 [10:30]:
Bu gün magistraturaya qəbul imtahanı keçirilir
23/02/2020 [10:28]:
Seks zamanı ölən məşhurlar - FOTO
23/02/2020 [10:20]:
Şamaxıda zəlzələ oldu
23/02/2020 [09:30]:
“Suriya bataqlığı” dərinləşir: Türkiyə-Rusiya hərbi toqquşması baş verə bilər
23/02/2020 [09:27]:
Azərbaycanda yeni virus yayılıb — Əhalinin nəzərinə!
23/02/2020 [09:26]:
Maliyyəni daha düzgün idarə etmək üçün yeddi faydalı vərdiş
23/02/2020 [09:25]:
Aparıcı dəniz dövlətlərinin HDQ-nin reytinqi dərc olundu – TOP 12
23/02/2020 [09:24]:
Ömrü uzadan dörd idman növü
23/02/2020 [09:21]:
Çində koronavirusun qurbanlarının sayı 2 400 nəfəri ötdü - YENİLƏNİB
23/02/2020 [09:07]:
Londondan Məkkəyə piyada yollanan  Fərid İstanbula yetişdi… - FOTOLAR
23/02/2020 [08:21]:
Elə işlə ki, sanki heç vaxt ölməyəcəksən. Elə qorx ki, sanki sabah öləcəksən…
23/02/2020 [00:35]:
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatdı - FOTO
23/02/2020 [00:16]:
Sumqayıtda azyaşlı qız faciəli şəkildə öldü
22/02/2020 [23:17]:
Türkiyə İdlibdə şəhid verdi - FOTO
22/02/2020 [23:13]:
İlham Əliyev: “Ermənistan regionda destruktiv siyasət yürüdür”
22/02/2020 [23:05]:
Azərbaycan "Böyük Dəbilqə"də ilk medalını qazandı
22/02/2020 [22:55]:
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb - YENİLƏNİB
22/02/2020 [22:48]:
Koronavirusdan ölən ilk avropalı bu ölkənin vətəndaşıdır
22/02/2020 [22:45]:
Ucarda ağır yol qəzası: Bir ölü, dörd yaralı - FOTO
22/02/2020 [22:42]:
Anasının əlindən çıxıb yola qaçan uşağı avtomobil vurdu
22/02/2020 [22:40]:
Azərbaycanda minlərlə şəxs sürücülük hüququndan məhrum edildi - VİDEO
22/02/2020 [22:31]:
Heç vaxt üzr istəməyənlər daha xoşbəxtdirlər
22/02/2020 [22:27]:
Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldü - FOTO
22/02/2020 [22:19]:
Avtobusun qəza anı saniyə-saniyə görüntüləndi - VİDEO
22/02/2020 [21:36]:
Arxasında minlərlə cəsəd buraxan pərdə arxasındakı qatil: O, kimdir?
22/02/2020 [21:35]:
İranda parlament seçkiləri və koronavirus sərhəddə...
22/02/2020 [21:18]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [21:06]:
“18 il efir üzünə həsrət qoymuşdular” – Mətanəti tənqid etdi
22/02/2020 [20:47]:
Beş aylıq uşaq tarakan dərmanı yedi
Bütün arxiv bir sırada
16/09/2019 [12:05] - Cəmiyyət - ( 6056 dəfə baxılıb)

"Etibar bəy bu günün Etibarı deyil, o, millətin vicdanının gözüdür..." - Əbülfəz Elçibəy



Artıq bir müddətdir ki, istər sosial şəbəkələrdə, istərsə də elektron KİV-də AMİP lideri Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıdacağı ilə bağlı geniş müzakirələr aparılır. Etibar Məmmədovun yenidən siyasi prosesslərin önündə dayanmaq istəyib-istəməməsini deyə bilmərəm. Bu təbii olaraq Etibar bəyin şəxsi qərarı olacaq və bu qərar da cəmiyyətdən gələn sosial sifarişin nə qədər real və təsirli olacağına bağlıdır.

Görünən odur ki, bu xəbərlərdən AMİP-çilər və ümumilikdə Etibar Məmədov tərəfdarları nə qədər şad olsa da, əks cinahda dayanan qüvvələr bir o qədər narahatlıq keçirir. Mövcud hakimiyyətdə olan qüvvələrin, onların trol dəstələrinin, “müxalifət” cinahında aylıq hesab alaraq hakimiyyətin sifarişlərini yerinə yetirən siyasi partiyaların Etibar Məmmədovla bağlı keçirdikləri narahatlıq başa düşüləndir. Çünki Etibar Məmmədovun aktiv siyasətə qayıtması, heç şübhəsiz ki, onun ətrafında yeni güc mərkəzinin yaranması ilə nəticələnəcək. Bu da nə mövcud hakimiyyətin, nə də firqə və şəxsi maraqlarla yaşayan bir çox müxalifətçilərin maraqlarına cavab vermir.

Hakimiyyətin Etibar Məmmədovun əleyhinə istifadə edəcəyi hər hansı bir arqumenti yoxdur. E.Məmmədov heç vaxt hakimiyyətdə təmsil olunmayıb. Bu fakt hakimiyyət təmsilçilərini onu da 1992-1993-cü illərdə Azərbaycandakı vəziyətdə günahlandırmaq imkanından məhrum edir. Odur ki, Etibar Məmmədovun ünvanına olan ittihamlar əsasən müxalifət düşərgəsindəki dostlarımız və onların sosial şəbəkələrdəki trolları vasitəsilə səsləndirilir. İttihamlar isə 25 ildən artıqdır ki, dəyişmir. 1993-cü il, AXC-Musavat hakimiyyətinin süqutu, AMİP-in həmin hakimiyyəti müdafiə etməməsi və s. Bu ittihamlara dəfələrlə tutarlı cavablar verilsə də, bir daha həmin dövrdə AMİP-in və Etibar Məmmədovun tutduğu mövqeni oxucuların nəzərinə çatdırmağı lazım bilirəm.

İlk olaraq ondan başlayaq ki, 1992-ci ildə Etibar Məmmədov da prezidentliyə namizəd olub və Əbülfəz Elçibəyin prezidentliyə namizədliyi elan olunduqdan sonra namizədliyini geri götürüb. Bununla da Əbülfəz bəyin prezidentliyə gedən yolunu asanlaşdırıb.

 

AMİP-i satqınlıqda və xəyanətdə ittiham edənlərin nəzərinə çatdırım ki, AMİP, AXC-Musavat hakimiyyətində təmsil olunmayıb və müxalifətdə olub. Müxalif partiya olaraq AMİP 1992-1993-cü illər ərzində dəfələrlə hakimiyətin bu və ya digər sahədəki fəaliyyətini tənqid edən bəyanatlarla çıxış edərək problemlərin aradan qaldırılması istiqamətində qəti addımların atılmasını tələb edib. Lakin Etibar Məmmədovun KQB arxivlərinin açılması, komunistlərin uzaqlaşdırılması üçün parlament seçkilərinin keçirilməsi ilə bağlı və digər tələbləri cavabsız qalır.

1993-cü ilin 4 iyunu ərəfəsində Etibar Məmmədov hakimiyətin Gəncədə əməliyyat hazırladığını və bu əməliyyatın yaxşı heç bir nəticə verməyəcəyini bildirir və dayandırılmasını tələb edir. Hakimiyyət rəsmiləri isə hər hansı əməliyatın hazırlanmadığını bildirərək Etibar Məmmədovu yalan danışmaqda ittiham edirlər. Nəhayət, bu il Əbülfəz Elçibəy iqtidarında baş nazir postu tutan Pənah Hüseyn 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu yayır. Əülfəz bəyin həmin iclasdakı çıxışından qısa bir sitatı nəzərinizə çatdırmaq istəyirəm. Əbülfəz Elçibəy: “709-cu briqada dövlətə tabe etdirlməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır.” Göründüyü kimi, 709-cu briqadanın tərksilah edilməsi ilə bağlı əməliyyat hazırlanıb və nəhayət, həmin əməliyyat 4 iyunda həyata keçirilib.

 

Bəs Sürət Hüseynov kim idi?

Sürət Hüseynov Əbülfəz Elçibəy hakimiyyəti dövründə Azərbaycanın Milli Qəhrəmanı adı almış, Prezident Əbülfəz Elçibəy tərəfindən baş nazirin müavini, Qarabağ və ətraf rayonlarda Prezindentin səlahiyyətli nümayəndəsi təyin olunmuş adam idi.

Qayıdaq 4 iyuna. Beləliklə, 4 iyunda Gəncədə əməliyyat keçirilir və həmin əməliyyat AXC-Musavat hakimiyyətinin süqutu ilə nəticələnir.

Göründüyü kimi, 709-cu briqadanın tərksilah edilməsi ilə bağlı əməliyyat hazırlanıb və nəhayət, həmin əməliyyat 4 iyunda həyata keçirilib.

Ümumiyyətlə 1993-cü ildə nə baş verdiyini xatırlamaq və ittihamlara cavab vermək üçün AXCP sədri Əli Kərimlinin bu ilin 18 iyun tarixində verdiyi video müsahibədən bəzi sitatları nəzərinizə çatdırmaq istərdim.

 

Əli Kərimli: “Hələ qiyamdan bir neçə gün əvvəl Dövlət Müdafiə Komitəsinin iclasında bir sıra hərbi hissələrin Sürət Hüseynova sədaqət andı içməsi barədə məlumat vermişəm... Çox təəssüf ki, hərbi hissələrin tərksilah olunması ilə bağlı əməliyyat məndən xəbərsiz baş verib və o əməliyyatı bir başqaları həyata keçirdilər. Onlar bir neçə dəfə toplaşıblar, plan qurublar, əməliyyat keçiriblər və əməliyatı da çox uğursuz həyata keçiriblər. Bütün bunlar mənim iradəmdən kənar baş verib. Həm əməliyyatın keçirilməsi, həm də Heydər Əliyevin Bakıya dəvət olunmasında iştirak etməmişəm....

İyunun 16-da Müdafiə Nazirliyində zabitlər “biz bu işə qarışmırıq” deyəndən, başqa sözlə, Ali Baş Komandan Əbülfəz Elçibəyə itaətsizlik göstərdikdən sonra Əbülfəz bəy ayın 17-də Bakını tərk edəndə də məndən xəbərsiz baş verib hər şey....

Bizim hakimiyyət dönəmində KQB arxivlərinin açılmaması ilə bağlı bildirim ki, mən həmin dövrdə arxivlərin açılmasının tərəfdarı olmuşam. Bizi tənqid edirlər ki, niyə hakimiyyətiniz dönəmində parlament seçkiləri keçirmədiniz. Bildirim ki, mən hələ Prezident aparatında şöbə müdiri olduğum vaxt parlament seçkilərinin keçirilməsini istəmişəm... Mən elə öz hakimiyyətimiz dönəmində də ayrı-ayrı dövlət idarələrində baş verən qanunsuzluqlara, indiki ilə müqayisədə kiçik də olsa korrupsiya əməllərinə çox barışmaz yanaşmışam....

Mən etiraf edirəm ki, həmin dövrdə Prezident Aparatının keçirdiyi bütün sorğular göstərirdi ki, Heydər Əliyevin reytinqi çox yüksəkdir... Prezident aparatının qarşısında bizim hakimiyyətə, Əbülfəz Elçibəyə dəstək mitinqi elan olunmuşdu. Həmin mitinqə cəmi on min ətrafında adam gəlmişdi. Bir il öncə 59% səslə seçdikləri Prezidentin müdafiə olunması üçün cəmi 10 min nəfər adam toplanmışdı”. 

Əli Kərimlinin dedikləri ilə aşağıdakı linkdə tanış ola bilərsiz.

İndi gəlin, həmin dövrdə baş verənləri ümumiləşdirməyə çalışaq. Göründüyü kimi, AXC-Musavat hakimiyyətində dövlət katibi postu tutmuş Əli Kərimli özünün qısa müsahibəsində həmin dövrdə nə baş verdiyini tam çılpaqlığı ilə ortaya qoyur. Ölkədə hakimiyyətdən narazılıq, məmur özbaşınalığı və korrupsiya meylləri var (Əli bəy həmin korrupsiya faktlarının bu günki ilə müqayisə olunmayacaq dərəcədə az olduğunu desə də, gəlin, onu da unutmayaq ki, həmin illərdə ölkədə olan maliyə kütləsi də bugünkü ilə müqayisə olunayacaq dərəcədə az idi). Hərbi hissələr bir-birinin ardınca Sürət Hüseynova sədaqət andı içir, Müdafiə Nazirliyi prosesslərə qarışmaqdan imtina edir və faktiki olaraq prezidentə itaətsizlik göstərilir. AXC-Musavat hakimiyyətinin baş prokuroru İxtiyar Şirin Əbülfəz Elçibəyin həbsi ilə bağlı sanksiya verir (Xüsusi olaraq qeyd edim ki, baş prokurorun bu sanksiyasından sonra məhz Etibar Məmmədov həmin sanksiyanın qanunsuz verildiyini və baş prokurorun dərhal vəzifəsindən azad olunmalı olduğunu bəyan edib). Hakimiyyətin qorunması üçün xalqa edilən müraciətdən sonra prezident aparatının qarşısına cəmi on min civarında adam toplaşır ki, bu da xalq kütlələrinin həmin hakimiyyətə inamının olmamasının göstəricisidir. Milli Məclisin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseyn istefa verir, Əbülfəz bəy Bakını tərk edir və ölkə tamamilə başsız qalır.

 

Bütün bu sadalananlardan sonra həmin hakimiyyətə müxalifətdə olan AMİP-i AXC-Musavat hakimiyyətini qorumamaqda ittiham etmək nə dərəcədə məntiqlidir? Etibar Məmmədovu Heydər Əliyevi Bakıya dəvət etməkdə günahlandıranlar özləri də kifayət qədər yaxşı bilirlər ki, Heydər Əliyev Naxçıvandan Əbülfəz Elçibəyin, İsa Qəmbərin və Pənah Hüseynin dəvəti ilə gəlib və dəvətdə də məqsəd hakimiyyəti bölüşmək olub. Heydər Əliyevin 1993-cü ilin iyun ayında parlamentdəki çıxışını yəqin ki, xatırlayırsınız. Xatırlamayanlar üçün bir daha xatırladım.  Heydər Əliyev: “...Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət ediblər. Məndən dəfələrlə İsa Qəmbərov, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy xahiş ediblər ki, gəlim və burada vəzifə tutum”. 

Çıxışın tam mətni ilə aşağıdakı linkdə tanış ola bilrsiz.

Növbəti ittiham Əbülfəz Elçibəyin prezident səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar qanun layihəsi ilə bağlıdır. Nəzərinizə çatdırım ki, Əbülfəz bəyin Bakını tərk etməsindən sonra ona ilk müraciət edən də məhz Etibar Məmmədov olub. O dəfələrlə Əbülfəz bəyin Bakıya qayıtmasının vacibliyini onun nəzərinə çatdıraraq, təhlükəsizliyi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib. Məhz Etibar bəyin bu təşəbbüsündən sonra Parlamentin iclasında Əbülfəz bəyə müraciət ünvanlanır və ondan səlahiyyətlərinin icrasına davam etmək üçün Bakıya qayıtması xahiş olunur. Həmin müraciət lehinə 36, əleyhinə - 0, bitərəf – 2 nəfər olmaqla qəbul edilir. Amma Əbülfəz Elçibəy Bakıya qayıtmaqdan imtina edir.

İndi hörmətli oxucuları həmin dövrü təsəvvürlərində canlandırmağa çağırıram. Ölkədə müharibə gedir, Ermənistan başda olmaqla düşmən qüvvələr ölkəni parçalamq, “Ləzgistan” , “Talış Muğan respublikası”, Kürdüstan və s. kimi subyektlərə bölmək istəyir. Ölkə isə başsızdır. Etibar Məmmədov nə etməli idi? Müharibə gedən və parçalanmaq təhlükəsi ilə üz-üzə qalan bir ölkənin ana müxalifət partiyası və onun sədri Etibar Məmmədov susub yenicə müstəqiliyini əldə edən Azərbaycanın məhv olmasınımı izləməli idi?

 

Hakimiyyət boşluğunun aradan qaldırılması vacib və zəruri idi. Etibar Məmmədov da öz fəaliyyəti ilə məhz Azərbaycanın gələcəyini düşünərək ən düzgün addım atıb. Əgər Etibar Məmmədov da bu gün şəxsi və firqə maraqlarından çıxış edənlər kimi düşünsəydi, Heydər Əliyev tərəfindən ona təklif olunan vəzifə təkliflərini qəbul edər və hakimiyyətdə təmsil olunardı.

İndi siz deyin: söhbət hansı xəyanətdən gedir? Etibar Məmmədovun 1993-cü ildəki fəaliyəti niyə xəyanət hesab olunur? Xəyanət - bilirsiz, nədir? Xəyanət - Etibar Məmmədovun Moskvada həbs olunması zamanı AXC İdarə Heyətinin adından Kremlə vurulmuş teleqram idi. Xəyanət - komunistlərlə hakimiyyət bölgüsünə getmək idi. Xəyanət - şəxsi maraqlardan çıxış edərək ölkədə parlament seşkiləri keçirməmək idi. Xəyanət - 1998-ci il prezident seçkilərində Etibar Məmmədovun uğurundan sonra onu müdafiə etməmək və AMİP-i meydanlarda tək qoymaq idi. Xəyanət - Azərbaycanın tarixində əvəzsiz xidmətləri olmuş şəxsləri ləkələmək, onları gözdən salmaq üçün aparılan kampaniyaya dəstək verməkdir. Bax bunlardır xəyanət.

Bu gün dürüstlükdən, qərəzsizlikdən dəm vuran bəzi siyasilərə müraciət edirəm: sizlər heç olmasa bir dəfə də olsun Etibar Məmmədovun Azərbaycanın müstəqillik əldə etməsindəki xidmətləri, onun müstəqilliyimizin tanınmasındakı fəaliyyəti, ordu quruculuğunda və ordunun silahlandırılmasındakı rolu ilə bağlı çıxış etmisinizmi? - Yox. Çünki sizlərin məqsədi ancaq və ancaq başqalarını əsassız ittihamlarla gözdən salmaqla özünü üstün göstərməkdən ibarətdir.

 

Ümumilikdə Etibar Məmmədovun 1993-cü ildəki mövqeyinə ən düzgün qiymət mərhum prezident Əbülfəz Elçibəy tərəfindən verilib. 1997-ci ildə Kələkidən qayıdan Əbülfəz bəy AXCP sədri olaraq AMİP-lə əməkdaşlıq haqqında saziş imzalayır. Diqqət edin, heç bir partiya ilə yox, məhz AMİP-lə və bununla da bütün ittihamlara nöqtə qoyur. Bu saziş Etibar Məmmədovla bağlı Əbülfəz bəyin adından manipulyasiya edənlərə ən tutarlı cavab idi.  

Bu gün Etibar Məmmədovun qayıdacağından narahat olanlar düşünməlidir ki, onun kənara çəkilməsindən keçən 15 il ərzində Azərbaycan müxalifəti ilbəil zəifləyərək acınacaqlı duruma düşüb. Onun qayıdışı Etibar Məmmədova inanan kifayət sayda insanların da yenidən aktivləşməsinə və ümumilikdə müxalifətin güclənməsinə xidmət edər. Bundan narahat olanları və bu qədər açıq şəkildə qısqanclıq nümayiş etdirənləri də başa düşürəm. Amma narahat olmayın. Əksinə, onun qayıdışından sonra hakimiyyətdəki sahibləriniz daha çox təşviş keçirəcək, bununla da hər ay aldığınız “hesab”ın da məbləği artmış olacaq. (ovqat.com)

Rəşad Bayramov
AMİP Mərkəzi Şurasının üzvü

Tutulan damarları açmaq, qan dövranını tənzimləmək üçün nə etmək lazımdır?
Seks zamanı ölən məşhurlar - FOTO
"Sözümüz Akademiyanın və digər əlaqədar qurumların rəhbərlərinədir" - Professor iradı...
"Jaləyə təcavüz edən Azadə Kərimova seçki məntəqəsinə xüsusi təyinatla gətirilib"
"Onların yardımından imtina etdik, yalnız 2-3 nəfər siyasətçi gəlib atamla maraqlanıb" - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
Elimdar adına salınan park bu gün hamı tərəfindən ziyarət olunur - FOTOLAR
Maraqlı
Bir-birilərini öldü bilirdilər, ancaq 47 il sonra qovuşdular... - FOTOLAR
Dünya
Van Dama Vəndamda heykəl qoyulmasının  faydası olmadı - Ermənilərlə məşq edir...-FOTOLAR
Cəmiyyət
Baş nazir yeni açılan xəstəxanaya Ərdoğanın adını verdi- FOTOLAR
Dünya
Bu kənddə on ildir oğlan uşağı doğulmur-Səbəbini heç kim bilmir - FOTOLAR
Yazar
Seymur Əliyev
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Seymur Verdizadə
Ana-bacı söyüşləri havada uçuşur...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”- Əməkdar artist əsəbiləşdi...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247