Xəbər lenti
29/05/2020 [14:36]:
XI sinif buraxılış imtahanlarında tapşırıqların strukturunda sadələşdirilmə aparılıb
29/05/2020 [14:33]:
Sülh dövrünün “müharibəsi”: 300 milyon insan bu “müharibə”nin qurbanı olacaq!
29/05/2020 [14:14]:
Bakıda karantini pozan dönər evinin sahibi 2 000 manat cərimələndi
29/05/2020 [14:11]:
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib, öldürsəydi də kişidir"
29/05/2020 [13:57]:
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
29/05/2020 [13:56]:
Türkiyə Böyük Millət Məclisinin Sədri Sahibə Qafarovaya zəng edib
29/05/2020 [13:54]:
“Səhlənkarlıq davam etsə, bizi Avropanın taleyi gözləyə bilər” - Baş infeksionist
29/05/2020 [13:51]:
Bakıda gözəllik salonunda qətl törədildi, saxlanılan var - RƏSMİ
29/05/2020 [13:38]:
Milli Məclis sədrinin müavini Adil Əliyev “Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif edilib
29/05/2020 [13:20]:
Ötən günün "yol terroru" - 6 qəza, 6 ölü, 1 yaralı
29/05/2020 [13:19]:
BMT-nin iqlim konfransı 15 ildə ilk dəfə təxirə salındı
29/05/2020 [13:17]:
Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı - VİDEO
29/05/2020 [13:14]:
DİM TOEFL imtahanı keçirəcək
29/05/2020 [13:12]:
Sabah güclü külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək
29/05/2020 [13:10]:
Ermənistanda hərbi polisə yeni əməkdaşlar rüşvətlə götürülür
29/05/2020 [13:10]:
Azərbaycanın torpaqlarının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
29/05/2020 [12:58]:
Aktrisa ərinə çəkilişdə reperlə xəyanət etdi -FOTOLAR
29/05/2020 [12:55]:
Sabah küçəyə çıxmamaq tövsiyə olunur
29/05/2020 [12:54]:
Mənzurə Musayeva: “Söhbət edə-edə plastik əməliyyat etdirdim” - VİDEO
29/05/2020 [12:53]:
İş yerini dəyişməsi üçün sənəd qəbulunun vaxtı açıqlandı - Müəllimlərin nəzərinə
29/05/2020 [12:50]:
Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı - VİDEO
29/05/2020 [12:47]:
Bu dərman vasitələri yerli mal hesab ediləcək
29/05/2020 [12:25]:
“Cəmiyyəti mübarizəyə ciddi hazırlamalıyıq, əks halda yeni itkilərə qapı açmış olacağıq...”
29/05/2020 [12:24]:
"“Qobu Park-3” qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının daha bir real nümunəsidir"
29/05/2020 [12:19]:
Çempionlar Liqasının "dördlər finalı" Almaniyada ola bilər
29/05/2020 [12:18]:
“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edildi
29/05/2020 [12:18]:
Azərbaycan Dillər Universitetinin Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu E L A N E D İ R
29/05/2020 [12:17]:
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
29/05/2020 [12:16]:
“Ümidimiz odur ki, işə başlasaq, ürəyimiz açılar, evdə darıxdırıcıdır...”
29/05/2020 [11:54]:
“Ermənilər toparlanıb ümumi qiymətlərini desinlər, pullarını verib axırlarına çıxaq...”
29/05/2020 [11:50]:
“Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda Elmi konfransı keçiriləcək
29/05/2020 [11:45]:
Valideynlər Gömrük Akademiyasına təşəkkürlərini bildiriblər
29/05/2020 [11:41]:
Rusiya Ukraynanı bölməyə hazırlaşır - Saakaşvili
29/05/2020 [11:36]:
Azərbaycanda baş redaktorun anası koronavirusdan vəfat etdi
29/05/2020 [11:26]:
Emin Həsənli: “Hər bir Azərbaycan vətəndaşı Ramil Səfərovu müdafiə etməlidir”
29/05/2020 [11:25]:
Düşmən hələ 100 il öncə Qarabağın işğalına qəpik-qəpik pul yığıb: Tarixi sənəd!
29/05/2020 [11:22]:
ABŞ-ın tarixi ərazisindəki inzibati binadan Azərbaycan bayrağı asıldı
29/05/2020 [11:20]:
Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
29/05/2020 [11:18]:
Azərbaycanın dəmir yollarının 140 illiyi ilə bağlı videoçarx hazırlanıb - VİDEO
29/05/2020 [11:14]:
İcra başçısı kartof yığdı - FOTO
29/05/2020 [11:12]:
“Bu cür hallardan sonra həmin uşağı valideynin yanında qoymaq təhlükəlidir...”
29/05/2020 [10:50]:
Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq
29/05/2020 [10:50]:
Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub
29/05/2020 [10:47]:
BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub
29/05/2020 [10:47]:
Dünyada koronavirusa yoluxanların sayı 6 milyona çatır
29/05/2020 [10:43]:
“Silvester Stallonenin bağına getmişdim” - Nazpəri
29/05/2020 [10:39]:
Muradla Handenin toyu olacaq -FOTO
29/05/2020 [10:28]:
Trampın təhdidindən sonra Zukerberq “Twitter”i hədəf aldı...
29/05/2020 [10:16]:
İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
29/05/2020 [10:16]:
Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər?
29/05/2020 [10:15]:
10-dan çox deputatın “vurulması” haqda göstəriş gəldi...- “Qara siyahı”...
29/05/2020 [10:13]:
DİM müraciət yaydı: bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək
29/05/2020 [10:12]:
Cəbhə xəttində bu gecə də atəşkəs pozuldu
29/05/2020 [10:09]:
Qubada “UAZ” dərəyə aşdı – 1 nəfər öldü
29/05/2020 [10:08]:
"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu
29/05/2020 [10:07]:
Türkiyədə iyundan şəhərlərarası səfərlərə icazə veriləcək
29/05/2020 [10:07]:
Jurnalist Eynulla Fətullayevə ağır itki ÜZ VERDİ
29/05/2020 [09:29]:
Qeyri-adi burunlu it internet ulduzuna çevrildi - FOTO
29/05/2020 [09:25]:
Tramp "Twitter"in bağlanacağını güman edir
29/05/2020 [09:23]:
Fond ləğv prosesində olan bankların kreditorlarına yenidən müraciət etdi
29/05/2020 [08:54]:
"Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil, ona görə də..."
29/05/2020 [08:44]:
Azərbaycan hakerləri Qarabağda bizneslə məşğul olan düşmən saytlarını dağıtdı...
29/05/2020 [08:36]:
Hacıqabulda minik avtomobili “KamAZ”a çırpılıb, xəsarət alanlar var
29/05/2020 [07:59]:
Koronavirus palçıqda da tapıldı
29/05/2020 [07:51]:
Müsəlman ölkəsi hakim elitasının nümayəndəsi bütlərə sitayiş etdi...-RƏZALƏT-VİDEO
29/05/2020 [07:34]:
Fransada daha 66 nəfər koronavirusdan ölüb, 3325 nəfər isə virusa yoluxub
29/05/2020 [07:18]:
Gəlin baldızının pullarını oğurlatdı
29/05/2020 [07:16]:
Pandemiya ilə bağlı ən faciəvi görüntü: Uşaq ölən anasını oyatmağa çalışır - VİDEO
29/05/2020 [07:15]:
Aləmlərin ən ziyankarı və ziyangörəni ancaq insandır... Bəs nə etməli?..
29/05/2020 [05:07]:
"Qarnınızın dərdi nədir, bəndədən qorxmursunuz, heç olmasa Allahdan qorxun..."
29/05/2020 [05:00]:
Acun İlicalı valideynlərinin ölümündə özünü suçlu hesab edir...
29/05/2020 [04:57]:
"Facebook" və "Twıtter" Rusiyaya təzminat ödəməkdən imtina etdi...
29/05/2020 [04:55]:
Prezident olanda kasıbladı, biznesmen kimi yenidən milyarder oldu - İNANILMAZ...
28/05/2020 [23:50]:
Qətərin məşhur tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTOLAR
28/05/2020 [23:48]:
Bakıda karantin rejimini pozan kafelər aşkarlandı
28/05/2020 [23:41]:
"Bu günə qədər saxladım, ancaq ölkə başçımıza təslim edəcəyəm" - FOTOLAR
28/05/2020 [23:28]:
Bu gün Türkiyədə koronavirusdan daha 30 nəfər ölüb
28/05/2020 [23:05]:
Qeyri-adi canlı – Beyni yoxdu, 720 cinsiyyəti var!
28/05/2020 [23:04]:
"Hər bir vətəndaş Ali Baş Komandan kimi Sizin əmrinizi səbirsizliklə gözləyir"
28/05/2020 [22:51]:
Kolumbiya narkobaronlarla bacarmadı: ABŞ ordu yeridəcək!
Bütün arxiv bir sırada
16/09/2019 [19:17] - Cəmiyyət - ( 2914 dəfə baxılıb)

"Ölüm-dirim savaşındakı bir şəxsin əlindən tutmaq əvəzinə, ona bu sualı ünvanlamaq..."



İncəsənət - insan hisslərini təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur. Əgər sənin içində o bacarıq fışqırırsa, nəyin bahasına olursa-olsun, nümayiş etdirməyə can atırsan. Yox, əgər o harayı ortaya qoymağa imkan vermirlərsə və ya içində boğmağa çalışırlarsa, onda sən bir növ ölümə sürüklənirsən...
O, bir zamanlar Akademik Milli Dram Teatrının, YUĞ Teatrının sevilən, dəyərli aktrisası olub. Azərbaycan teatrının səhnəsində N.Gəncəvinin  "Sirlər xəzinəsi”, A.P.Çexovun "Sentimental vals”,  K.Abdullanın  "Bir-iki bizimki”,  R.Rövşənin "Gəl gedək”, Ekzüperinin "Balaca şahzadə”, R.Rövşənin "Gündogan”, Füzulinin "Şəbi–hicran” əsərlərinin tamaşalarında müxtəlif obrazlarla yaddaşlara həkk olub. Söhbət Afət Sudan gedir. Hazırda “sənətim damarlarıma işləyib, mən bu sənətlə doğulmuşam”, - deyə səhnədən uzaqlaşdırıldığından fəryad edən Afət xanımdan. 
Xatırladaq ki, Afət xanım Azərbaycan Akademik Milli Dram Teatrının direktor müavini, tanınmış aktyoru Hacıbaba Məmmədovun həyat yoldaşıdır.

- Xoş gördük sizi. Afət xanım, niyə kənarda qalmısınız? 
- Xoş gününüz olsun. Niyə qalmışam? Çünki dəvət edən yoxdur. 

- Eşitdik, başınıza gələnlərdən sonra bir qədər ara vermək məcburiyyətində qaldınız...

- Xeyr, əzizim. 1997-ci ildə ailə qurdum, öz sənət yoldaşımla. Bir-birimizi yaxşı başa düşəcək arzusu ilə. Amma bir ildən sonra “Krupskaya” adına doğum evində keysəriyyə yolu ilə əməliyyat olundum. Övladımı itirdim. Həkimlərin kiçik bir məsuliyyətsizliyi ucbatından kliniki ölüm keçirtdim. Onunla da həyatım büsbütün dəyişildi və mən tamam başqa bir insan olaraq həyata qayıtdım. Əslində mənə elə gəlirdi ki, hər şey normaldır və mən sağlamam. Lakin artıq hər kəs əlini məndən üzmüşdü. Sən demə, beyin yarımkürələrimdə zədələnmələr yaranıb və bu zədələr məni ölümə sürükləməkdədir. 
Mən sanki başqa adam olmuşdum. Bir cümlə belə danışa bilmirdim. Nə gözəllik, nə də baxışlar o baxışlar deyildi. Mənə çatmırdı ki, nə üçün insanlar məni qəbul edə bilmir. Qayıtdım doğma evimə - Yuğ teatrına. Amma... Başa düşürəm, teatrda həmişə formada olmalısan. Dinamikliyin, aktivliyin, sağlamlığın yerində olmalıdır. Mən özümə qarşı bu reaksiyanı başqa adamlardan gözləyirdim, ancaq Vaqif müəllimdən heç vaxt. Özümü toparlamaq üçün çox zaman lazım oldu. O mənə dedi ki, sənə zaman verirəm, özünü toparla. Bir müddətdən sonra teatrda Yuğ poetikası qeyri-səlis məntiqlə əvəzləndi. Vaqif müəllim bu üslubda tamaşaların hazırlanması ilə bağlı bizə məlumatlar verirdi.  Bu prosesi konseptual şəkildə izah etdi. Bizim onunla bir mübahisəmiz oldu. Qeyri-səlis məntiqi yaradıcılığa, xüsusən də teatra gətirməyin mümkünsüz olduğunu dedim. Kinoda hansısa janrda müəyyən qədər istifadə etmək olar. Ancaq teatrda əsla... Azərbaycan tamaşaçısı Yuğ poetikasını anlaya bilmirsə, qeyri-səlis məntiqi necə qavrayacaq? Müəllimə dedim ki, bizə yalnız teatrşünaslarmı, sizin professor dostlarınızmı baxacaq? Axı bu ölkənin yarısı o qədər də ziyalı deyil. Onlar bu məntiqi o qədər də anlamayacaq. Onlar Yuğun mənasını bilmirlər, nəinki qeyri-səlis məntiqi. Biz müəllimlə fikir ayrılığına gəldik. Mən dərk etmirdim ki, bunu rejissora demək olmaz. Axı fikir mübadiləsi etməyi, yaradıcı təxəyyülün formalaşmasını bizə Vaqif müəllim öyrədib.  Bu mənim cavanlıq səhvim idi. Əslində susmalıydım. Özümə haqq qazandırmıram. Azərbaycanda belə bir qanun var. Heç bir rejissorla mübahisə etməməlisən. Rejissorlar mənim bu xarakterimi qəbul edə bilmirlər. Mənə hər hansı bir janra görə müraciət edəndə, belə sual edirəm ki, janr xarakter paradiqması haqqında məlumat verin. Beləcə, uzaqlaşdım. 
- Həmin müddət ərzində sənət yoldaşlarınızdan yanınızda olan tapılmadımı? Rəfiqəlik və ya dostluq etdiyiniz kimsə sizə dəstək çıxdımı? 

- Heç kim! Hamı – həm sənətdə, həm də qohum-əqraba içərisində oturub ölümümü gözləyirmiş kimi davranırdılar mənimlə. Müalicə etməyə külli miqdarda pul lazım idi. Ona imkanımız çatmırdı. Karyeram məhv olmuşdu, sağ qalıb-qalmayacağım sual altında idi. Övladımla bacım ikisi də dünyasını dəyişmişdi. Ailə həyatım uçuruma yuvarlanmaqdaydı. Tutacağım, qısınacağım kimim, kimsəm yox idi. Mən çox götür-qoy etdim və bir gün Quranı götürdüm. İlk cümlə bu oldu: “Əllərimiz şahidimizdir”. Həmin ərəfədə qonşumuz köhnə kitabları atırdı. İbn Sinanın kitablarını seçib götürdüm və oxuya-oxuya başladım özümü müalicə etməyə. Orda mənim kimi əli hər yerdən üzülmüşlər üçün konkret vəziyyətdə çıxış yolları var idi. Ölmüş hüceyrələrin bərpası üçün yollar var idi. Beləcə, heç kimin gözləmədiyi bir müalicə baş verdi. Kimsə mənə demədi, “bravo, Afət, sən bacardın!”. Hamı deyirdi, “necə elədin ki sağ qaldın?” Bilirsiniz bu nə sualdır? Ölüm-dirim savaşı arasında qalmış bir şəxsin əlindən tutub ona yardım etmək əvəzinə, ona bu sualı ünvanlamaq... 
- Afət xanım, hər şey qaydasına düşəndən sonra köhnə dostlarınız yenə əhatənizə toplandımı?

- Toplanmaq istədilər, amma artıq mənə lazım deyildilər. Bilirsiniz, özüm Tovuzun Düz Qırıxlı kəndindənəm. Kəndə gedəndə qohum-əqraba başıma yığılırdı ki, Qənirə Paşayevanı, Tünzalə Ağayevanı, Şəbnəm Tovuzlunu, nə bilim, onu-bunu görürsən? Hamısı öz sənəti ilə irəliyə getdilər. Sən niyə gerilədin? Sən niyə qabağa gedə bilmədin? Deyən olmadı ki, ötlümdən qayıtdın, bağışla ki, sənə əl uzada bilmədik, sənə kömək etməyə kişiliyimiz çatmadı. Dedim ki, mən əxlaqsızlıq edə bilmədim bu sənətdə, mən namusumu qorudum. Ona görə qabağa gedə bilmədim.

- Başqa teatrlara necə, üz tutmuşdunuzmu?

- Bütün qapılar üzümə bağlandı... Əsas kimi isə Vaqif müəllimin tələbəsi olduğumu gətirirdilər. Onlar Vaqif müəllimi qəbul edə bilmirdilər. Təbii ki, hansı teatra getsəydim, onların öz şərtlərini qəbul etməliydim.  

- Afət xanım, insəsənət və yoqa... Nə kimi bağlılıq var? Niyə məhz yoqa?
- Mən artıq sağlamlığım üçün tibbin bütün növlərini mənimsəməyə başlamışdım. Yoqa da sağlamlıq üçün vacibdir. Dərman yox, iynə yox, düzgün qidalanma, düzgün nəfəs alma. Yoqa məni depressiyadan xilas etdi, çətin günlərimi unutmağa yardımçı oldu. Yoqa bir elmdir! Dərin fəlsəfəsi olan bir elm. Mən ətdən də imtina etmişəm. Ancaq sağlam qidalara üstünlük verirəm. Yoqadan başqa məni ikinci övladım – Şirin bu həyata bağladı. O, mənim can parçamdır. Həyata dönüşümdə Şirinə çox borcluyam. Onunla ana-bala yox, yaxın rəfiqə kimiyik. Yoqa dərsləri deyirəm. Əsasən də Tibb Universitetinin tələbələrinə. 25 ildir yoqa təlimçisiyəm, Bu, az təcrübə deyil. Bununla belə, mən aktrisalıq sənətimin vurğunuyam. 

- Bəs indi necə? Dəvətlər gəlirmi sizə? 
- Dəvətlər gəlmir. Halbuki, mən öz patensialıma arxayınam. Hər hansı bir obrazı yaratmağa – hətta Jikerə kimi – gücüm, qüvvəm var. Reissor Rövşən İsakla bir yerdə oxumuşuq. Dedim ona ki, mənə də rol ver. Amma hələ bir səs-soraq yoxdur. 

- Sonuncu dəfə nə zaman rola çəkilmisiniz? 
- Amerikada yaşayan rejissor-yazarımız Sevinc Səfərovadan dəvət aldım. Bir-iki ay əvvəl gəldi, çəkilişlər etdi, məni tapdı, ana rolunu mənə həvalə etdi. Sağ olsun. “7 saylı mənzil”dir filmin adı. ABŞ-da təqdimatı olandan sonra Azərbaycanda göstəriləcək. Sevinc xanıma minnətdarlığımı bildirirəm. 
- Yoqa Afət Su, yoxsa aktrisa Afət xanım? 

- Çox istərdim ki, aktrisa Afət xanım... Gözləyirəm rejissorlarımızdan. Təkliflər gözləyirəm. 

Könül Aypara

"Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil, ona görə də..."
"Qarnınızın dərdi nədir, bəndədən qorxmursunuz, heç olmasa Allahdan qorxun..."
Qarnı burnunda olan məşhur müğənni çimərlikdə kameralara yaxalandı - FOTOLAR
Canlı yayımda döşləri görünən aktirsadan maraqlı etiraf: "Bilərək etdim"
İnterpolun axtardığı avtomobil Türkiyədən tapıldı - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Gündəm
Sülh dövrünün “müharibəsi”: 300 milyon insan bu “müharibə”nin qurbanı olacaq!
Şou-biznes
“Ümidimiz odur ki, işə başlasaq, ürəyimiz açılar, evdə darıxdırıcıdır...”
Dünya
"Facebook" və "Twıtter" Rusiyaya təzminat ödəməkdən imtina etdi...
Maraqlı
Qeyri-adi canlı – Beyni yoxdu, 720 cinsiyyəti var!
Gündəm
“Rusiya Suriyada etdiklərini Liviyada təkrarlamaqdadır, amma unudur ki...”
Yazar
Seymur Verdizadə
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247