Xəbər lenti
19/10/2019 [23:46]:
Tanınmış diaspor liderindən Sovet İttifaqı Qəhrəmanı barədə gözəl təşəbbüs - FOTOLAR
19/10/2019 [23:37]:
Büstqalterdən imtina qadınlar üçün təhlükəlidir - Bu fəsada yol açır...
19/10/2019 [23:31]:
Xəstələnmisənsə, yatanda bunu dabanına çək, keçib gedəcək - Rus hərbi həkimindən SİRR...
19/10/2019 [23:28]:
Seksə qarşı allergiya - Həkimlər çıxış yolu kimi qadınlara təklif edir ki...
19/10/2019 [23:12]:
Əməkdar jurnalistin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLAR
19/10/2019 [22:55]:
Ozan Can Kökçü: "Baş məşqçi məndən narazı olmaqda haqlıdır"
19/10/2019 [22:52]:
Mətbuat Şurası jurnalistlərə və hüquq-mühafizə orqanlarına müraciət edib
19/10/2019 [22:50]:
Milli Şuranın icazəsiz mitinqinin qarşısı alınıb - VİDEO
19/10/2019 [21:14]:
Təhlükəli selfi çəkən qadını gəmidən qovdular
19/10/2019 [20:55]:
Yediyi şirniyyatın pulunu ödəməmək üçün baxın nə etdi - AĞLASIĞMAZ...+ VİDEO
19/10/2019 [20:44]:
"Qəbələ" - "Qarabağ" matçında qalib müəyyənləşməyib
19/10/2019 [20:27]:
Gəncədə inək 41 yaşlı kişiyə ağır xəsarət yetirdi
19/10/2019 [20:22]:
Səhər idmanını bu cür etsəniz, şəkər və ürək xəstəlikləri riski azalar - ARAŞDIRMA
19/10/2019 [20:21]:
ABŞ-lı qadının yaşadığı ev-avtoqoşqudan 320 siçan çıxdı - MARAQLI
19/10/2019 [20:19]:
Bərdədə avtomobil yolu keçmək istəyən qadını vurdu
19/10/2019 [20:00]:
Oğlundan şikayət edən uşağı xəstəxanalıq etdi - AĞLASIĞMAZ...
19/10/2019 [19:40]:
Azərbaycanlı kişi müğənni: "Ev işləri görməyi çox sevirəm"
19/10/2019 [19:35]:
“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”
19/10/2019 [19:34]:
Geyindiyi çimərlik paltarı başına bəla oldu - MARAQLI
19/10/2019 [19:29]:
“Əxlaqsız da sənsən, təlxək də” – Sabiq millət vəkilləri canlı efirdə bir birini təhqir etdi -VİDEO
19/10/2019 [19:11]:
Milli Şura Bakının mərkəzində aksiya keçirib - VİDEO
19/10/2019 [19:02]:
Anasının işə gedərkən öpmədiyi uşaq bu cür üsyan etdi - MARAQLI...+ VİDEO
19/10/2019 [18:48]:
Dünyanın ən sürətli qarışqasının şok edici sürəti ortaya çıxdı - MARAQLI
19/10/2019 [18:38]:
Xalq artistinin qızı göz yaşı tökdü: “Şokdayam, yaşananlara inanmıram”
19/10/2019 [18:34]:
Azərbaycanda “Ortaq Türk tarixi” dərsliyi proqrama daxil ediləcək
19/10/2019 [18:31]:
“Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək”
19/10/2019 [18:26]:
14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi
19/10/2019 [18:16]:
BŞBPİ: Qanunsuz aksiyada 60 nəfər saxlanılıb, onlardan 42-si xəbərdarlıq edilərək buraxılıb
19/10/2019 [18:14]:
Prezidentin köməkçisi yazdı: "Radikal müxalifətin ikinci oktyabr faciəsi"
19/10/2019 [18:12]:
STAR zavodunun açılışının 1 ili tamam olur
19/10/2019 [18:09]:
Siyavuş Novruzov: "Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar"
19/10/2019 [18:05]:
“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi –Stalin 1 ay gec ölsəydi...
19/10/2019 [17:53]:
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...
19/10/2019 [17:44]:
Hansı ət məhsulunu yemək qan qrupunuz üçün faydalıdır? - Mütəxəssislərdən AÇIQLAMA
19/10/2019 [17:21]:
Əli Əhmədovdan qanunsuz aksiyaya - Sərt reaksiya
19/10/2019 [17:20]:
Qanunsuz aksiyanın qarşısı alındı: Saxlanılanlar var - Rəsmi
19/10/2019 [17:18]:
Türkiyədə müəmmalı qəza: rus nüvə alimləri öldü – FOTO
19/10/2019 [16:29]:
"Qafqaz İslam Ordusu 101 il əvvəl necə gəlib Bakını xilas edibsə, indi də..."– Kılıç
19/10/2019 [16:24]:
Saakaşvilidən Məmmədovun təyinatına reaksiya
19/10/2019 [16:19]:
"Sabah düşmən canlı qüvvələrimizin üstünə təpədən dırnağa qədər silahlanmış robotlar göndərəndə..."
19/10/2019 [16:13]:
Nüfuzu birinciləri narahat edən müzəffər marşal – Stalin də, Xruşov da, Brejnev də Jukova haqsızlıq edib
19/10/2019 [15:47]:
Azərbaycan millisinin futbolçusu: "Etdiyim hərəkətə görə peşmanam, üzr istəyirəm"
19/10/2019 [15:46]:
Suriyanın şimalında terrorçular atəşkəsi 14 dəfə pozdu
19/10/2019 [15:45]:
Bakıda 14 marşrut xəttinin istiqaməti müvəqqəti dəyişdirilib
19/10/2019 [15:44]:
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası oldu - FOTO
19/10/2019 [15:41]:
Düşmən Azərbaycan torpağında növbəti nar festivalı keçirdi... - FOTO
19/10/2019 [15:39]:
Qanunsuz aksiyalarla bağlı 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib
19/10/2019 [15:03]:
Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər”
19/10/2019 [15:03]:
“Türkiyə NATO-dan çıxsa, ABŞ və Avropa Avrasiyada bütün rıçaqlarını itirəcək”
19/10/2019 [15:02]:
Sabirabad və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərildi
19/10/2019 [15:01]:
SOCAR: Kitab köşklərinin quraşdırılmasını mənəvi olaraq dəstəkləyirik
19/10/2019 [14:59]:
Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb
19/10/2019 [14:50]:
Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini təyin olundu
19/10/2019 [14:17]:
Roza Zərgərli: "Onların “duxu” yoxdur, ona görə ombalarını əməliyyat etdirib, böyütdürürlər"
19/10/2019 [14:07]:
Hacıqabul və Şirvan sakinləri itkin düşüb - FOTO
19/10/2019 [14:05]:
UEFA “Neftçi”ni 40 min avro cərimələyib
19/10/2019 [14:04]:
“SOCAR AQŞ” Ankarada ofis açıb
19/10/2019 [13:41]:
“Verdiyim konsertlər müstəqillik bayramımıza bir töhfə idi”
19/10/2019 [13:18]:
"Bu təşəbbüs DTX sədri Əli Nağıyevin ideyasının məhsuludur"
19/10/2019 [13:08]:
ABŞ-dan işğalçıya daha bir dəstək: Erməni hərbçilərinin həyatı Ağ Ev üçün niyə bu qədər dəyərlidir?
19/10/2019 [12:58]:
Mətbuat Şurasından jurnalistlərə və hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ...
19/10/2019 [12:57]:
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılacaq - RƏSMİ
19/10/2019 [12:56]:
“SOCAR AQŞ” xaricdə 100 milyon dollarlıq qazma müqaviləsinə imza atdı
19/10/2019 [12:55]:
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb - FOTOLAR
19/10/2019 [12:50]:
Axtarışda olan şəxslər Azərbaycan sərhədini pozarkən saxlanıldı
19/10/2019 [12:49]:
“Türkiyə eyforiyaya qapılmamalıdır: ABŞ belə geriləmələri unutmur!”
19/10/2019 [12:47]:
Rövşən Rzayev ilin sonunadək mənzillə təmin olunacaq məcburi köçkünlərin sayını açıqlayıb
19/10/2019 [12:35]:
UEFA “Qarabağ”ı cərimələyib, erməni təxribatı ilə bağlı açıqlama verilməyib
19/10/2019 [12:24]:
Müsəlman alimin dövlət büdcəsi haqda 13 əsr öncəki əsəri üzə çıxdı...- FOTOLAR
19/10/2019 [11:48]:
Düşmənin Müdafiə Nazirliyində yeni şöbə yaradıldı: Ön xəttə “uzunsaçlıların axını” başlayır...
19/10/2019 [11:45]:
Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü
19/10/2019 [11:45]:
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
19/10/2019 [11:42]:
"AMİP-i təxribata çəkmək istəyən qüvvələr ölkənin və xalqın gələcəyini istəməyənlərdir"
19/10/2019 [11:39]:
Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı sərt QƏRAR
19/10/2019 [11:37]:
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19/10/2019 [11:31]:
Azərbaycan neftinin qiyməti bahalaşıb
19/10/2019 [11:30]:
Pakistan generalı: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik"
19/10/2019 [11:28]:
Doqquz ayda avtomobil benzini və dizel yanacağı istehsalı artıb
19/10/2019 [11:19]:
BMT Baş Assambleyasının Prezidenti Azərbaycana səfər edəcək
19/10/2019 [11:18]:
Nazir: “Son 10 ildə ölkədə elektrik enerjisinin istehsalı 18% artıb”
Bütün arxiv bir sırada
17/09/2019 [10:28] - İqtisadiyyat - ( 1179 dəfə baxılıb)

Vüqar Bayramov: “Hökumət neftin qiymətini 50 dollar götürməliydi”



Pərviz Heydərov: “İkirəqəmli inflyasiya o zaman baş verir ki...”
Azərbaycan Maliyyə Nazirliyi ilk dəfə “dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” (“İlkin büdcə bəyanatı”) yayıb.

Bəyanatda bildirilir ki, büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi istiqamətində növbəti addım olan sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.

Hökumətin proqnozuna görə, 2020-ci ildə Azərbaycanda 82,7 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcək. Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 2,4 faiz çoxdur.

ÜDM-in 54,2 milyard manatı qeyri-neft sektorunda istehsal olunacaq ki, bu da cari ilə nisbətən 3,3 faiz çoxdur. Bu zaman ÜDM-in 4,8 milyard manatlıq hissəsi, yaxud 5,8 faizi kənd, meşə və balıqçılıq təsərrüfatında, 31,5 milyard manatlıq hissəsi, yaxud 38 faizi sənayedə, 6,5 milyard manatlıq hissəsi, yaxud 7,8 faizi tikintidə, 32,7 milyard manatlıq hissəsi, yaxud 39,5 faizi xidmət sektorunda, 7,3 milyard manatlıq hissəsi, yaxud 8,8 faizi isə məhsula və idxala xalis vergilərdə əldə ediləcək. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,5 faiz artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda cəmi 0,9 faiz artım gözlənilir.

Maliyyə Nazirliyinin məlumatına görə, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti olaraq 1 barel üçün 55 dollar götürülüb.

Nazirliyin açıqladığı ilkin parametrlərdən aydın olur ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat  olacaq ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316,0 milyon manat və ya 5,7 faiz çoxdur.

Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 milyard 536,5 milyon manat) 43 faiz, neft gəlirləri (13 milyard 947,5 mlilyon manat) isə 57 faiz olacaq. Neft gəlirlərinin 11 milyard 767,5 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edəcək. 2019-cu ildə Neft Fondundan büdcəyə transfertin həcmi 11 milyard 364 milyon 300 min manat proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, 2020-ci ildə fonddan büdcəyə transfert bu ilə nisbətən 403 milyon manat və ya 3,55 faiz çox olacaq.

Qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirlərinin cari ilə nisbətən 1 milyard 68,8 milyon manat və ya 11,3 faiz çox olacağı proqnozlaşdırılır.

Gələnilki büdcənin xərclərinə gəlincə, bunun  25 milyard  617,7 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

Maliyyə Nazirliyindən verilən məlumata görə, büdcə xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz bəndi və ya 2 milyard  664,2 milyon manat çoxdur.

Sosialyönümlü xərclərin  6 milyard 723,4 milyon manatı əməyin ödənişinə, 3 milyard 213,4 milyon manatı pensiya və müavinətlərin ödənişinə (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna transfertlər 1 milyard 426,9 milyon manat) sərf olunacaq.

Bundan əlavə, gələn il icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin 902,9 milyon manat, ərzaq məhsullarının alınması və təminatı ilə bağlı xərclərin 414 milyon manat, digər sosial yönümlü xərclərin 81,2 milyon manat olacağı nəzərdə tutulub.

2020-ci ilin dövlət büdcəsi xərclərinin tərkibində dövlət borcuna xidmət xərcləri 2 milyard 458,2 milyon manat, o cümlədən faiz xərcləri 775,4 milyon manat təşkil  edəcək. Maliyyə Nazirliyindən verilən məlumata görə, imzalanmış kredit sazişləri çərçivəsində 2020-ci il ərzində xarici dövlət borcu üzrə 559,4 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi (yeni borclanma) nəzərdə tutulur. Eyni zamanda daxili borc üzrə 2020-ci il ərzində 100 milyon manat həcmində yeni (təkrar maliyyələşən borclar nəzərə alınmadan) borcların cəlb edilməsi proqnozlaşdırılıb.

2020-ci ilin əvvəlinə imzalanmış kredit sazişlərindən istifadə proqnozları nəzərə alınmaqla, Azərbaycan Respublikasının xarici dövlət borcunun 8 milyard 860,0 milyon  dollar ekvivalenti, daxili dövlət borcunun isə 1 milyard 420,0 milyon manat təşkil edəcəyi gözlənilir.

“İlkin büdcə bəyanatı”ndan o da aydın olur ki, hökumət bu ilin sonuna ölkədə inflyasiya səviyyəsinin 3,7 faizə çatacağını proqnozlaşdırır. Sənəddə gələn il və növbəti 3 illik dövr üzrə inflyasiya gözləntiləri də açıqlanıb. Belə ki,  2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz, 2021-ci ildə 4,5 faiz, 2022-ci ildə 4,1 faiz, 2023-cü ildə isə 3,9 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, rəsmi statistika bu ilin 8 ayında Azərbaycanda 2,6 faizlik inflyasiya olduğunu açıqlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu zaman ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb. Hökumətin proqnozu reallaşarsa, bu, ilin sonunadək qalan 4 ay ərzində inflyasiyanın azı iki dəfə sürətlənməsi demək olacaq.

Hökumət gələn il manatın məzənnəsinə dair gözləntilərini də açıqlayıb. Belə ki, 2020-ci ildə milli valyutanın dollar qarşısındakı mövqeyi nə artacaq, nə də azalacaq - 1 dollar /1,7 manat məzənnəsi davam edəcək.

Pərviz Heydərov ile ilgili görsel sonucu


İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, bu ildən icrasına başlanan sosial paketlərin maliyyə yükü ağır olsa da, gələn ilin büdcəsinin icrasında ciddi bir çətinliyin olması gözlənilən deyil: “Açıqlanan ilkin parametrlər deməyə əsas verir ki, gələn il də dövlət büdcəsinin icrasında hansısa çətinliklər olmayacaq. Bildiyiniz kimi, bu ildən icrasına başlanan sosial paketlər gələn il də davam edəcək və onlar üçün zəruri olan vəsaiti büdcəyə təmin etmək çətin olmayacaq. İlin sonunadək dövriyyəyə əlavə pul kütlələrinin daxil olması davam edəcək. Düzdür, bəzi ekspertlər sosial paketlərin icrasına münasibətdə ciddi xarici şoklar (neftin qiymətinin kəskin enməsi və sair) olarsa, çətinliklərin yaranacağını istisna etmirdilər. Lakin məsələ burasındadır ki, sosial paketlərin maliyyələşdirilməsi neft gəlirləri deyil, qeyri-neft sektorundan əlavə daxilolmalar hesabına həyata keçirilib. Burada vergi qanunvericiliyinə edilən dəyişikliklər, kölgə iqtisadiyyatına qarşı mübarizə sahəsində irimiqyaslı tədbirlər mühüm rol oynayıb. Bu tədbirlər nəticəsində qeyri-neft sektorundan büdcəyə yüz milyonlarla manat əlavə vəsait daxil olub. Hansı ki, bu da paketlərin icrası zamanı yarana biləcək bütün riskləri aradan qaldırmış oldu”.

Ekspert hesab edir ki, dövlət büdcəsində neftin qiymətinin builkindən 5 dollar az götürülməsi müsbət qiymətləndirilməlidir: “Bu, çox mühafizəkar, eyni zamanda müsbət yanaşmadır. Baxmayaraq ki, bu il büdcədə neftin qiyməti 60 dollar götürüldüyü halda, orta illik qiymətin bundan yüksək olacağı gözlənilir, hökumətin gələn il üçün ehtiyatlı mövqe tutması təqdirəlayiq haldır. Bununla da gələn ilin dövlət büdcəsi hər cür risklərdən sığortalanmış olur”.

P.Heydərovun fikrincə, Azərbaycanda inflyasiyanın ikirəqəmli olması o halda mümkündür ki, ölkənin tədiyə balansı pozulsun, neftin dünya bazar qiyməti kəskin ensin, büdcə gəlirlərinin təmin olunmasında problem meydana çıxsın və nəhayət, devalvasiya təhlükəsi yaransın: “Bu hallar baş verərsə, ölkədə inflyasiya prosesləri sürətlənə bilər. Maaş və pensiya-müavinət artımları nəticəsində inflyasiyanın 2 rəqəmli həddə çatmasını biz heç zaman müşahidə etməmişik, bu dəfə də etməyəcəyik. Bizdə əksər dünya ölkələrindən fərqli olaraq,  dövriyyəyə əlavə vəsaitlərin daxil olması, iqtisadi artım və sair kimi proseslər inflyasiyanı sürətləndirmir. Bu baxımdan, gələn il üçün götürülən birrəqəmli inflyasiya hədəfini real hesab edirəm” .

Vüqar Bayramov: ile ilgili görsel sonucu


İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə hesab edir ki, hökumət gələn ilin büdcəsində neftin qiymətini daha aşağı götürməliydi: “Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsinin xülasəsini ictimaiyyətə təqdim edib. Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bu 2019-cu illə müqayisədə hər bareldə 5 dollar az olsa da belə, neft bazarındakı volatilliyi nəzərə alsaq, qiymətin daha aşağı götürülməsi məqsədəuyğun idi. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) neftin büdcədəki qiymətini 50 dollar təklif edirdi. Hətta Səudiyyə Ərəbistanındakı neft quyularına hücumdan sonra bu gün neftin qiymətində müşahidə edilən 20 faizlik artım da bazarda nikbinlik yaratmır. Aydındır ki, belə qiymət artımları texniki səbəblərlə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır”.

Mərkəz rəhbəri gələn ilin büdcəsində xərclərindəki artımın icra olunan sosial paketlərlə bağlı olduğunu deyir: “Büdcə xərclərinin yüksəlməsinin əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır. Bununla belə, bu artımın maliyyələşmə mənbəyi yenə də əsasən neft sektoru olacaq. Gələn il büdcə gəlirləri 25 milyard 484 milyon manat proqnozlaşdırılır. Belə ki, büdcə gəlirlərinin 57 faizi neft sektorunun payına düşəcək. Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait dövlət büdcəsinə transfert ediləcək. Qeyd edək ki, Neft Fondundan bu il büdcəyə11 milyard 364 milyon manat ödənilməlidir. Əslində Maliyyə Nazirliyi fonddan transferlərin artırılmasına deyil, azaldılmasına çalışmalı idi. Çünki büdcənin neftdən və xüsusən də neftin dünya bazarından asılılığının aradan qaldırılması əsas prioritet olaraq qalır. Doğrudur, gələn il qeyri-neft sektorunun budcə gəlirlərində payı 2019-cu ilə nisbətən 11.3 faiz artacaq. Bu müsbət tendensiya olsa da belə, hökumət büdcə gəlirlərinin ən azı yarıdan çoxunun qeyri-neft sektoru hesabına formalaşmasına çalışmalıdır”.

V.Bayramovun sözlərinə görə, dövlət borclarının qaytarılması üçün 2 milyard 458 milyon manatın ayrılması xarici borclanmanı minimumlaşdırmağın vacibliyini bir daha təsdiq edir: “Maliyyə Nazirliyi gələn il manatın dollara məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır. Bununla belə, manatın kursunun 2020-ci ildə necə dəyişməsi daha çox neftin dünya bazar qiymətindən və qeyri-neft xarici ticarət tərəfdaşlarımızda və xüsusən də Rusiyada milli valyutaların məzənnəsindən birbaşa asılı olacaq”.

loading...
loading...
Seksə qarşı allergiya - Həkimlər çıxış yolu kimi qadınlara təklif edir ki...
ABŞ-lı qadının yaşadığı ev-avtoqoşqudan 320 siçan çıxdı - MARAQLI
Oğlundan şikayət edən uşağı xəstəxanalıq etdi - AĞLASIĞMAZ...
Geyindiyi çimərlik paltarı başına bəla oldu - MARAQLI
Anasının işə gedərkən öpmədiyi uşaq bu cür üsyan etdi - MARAQLI...+ VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Yediyi şirniyyatın pulunu ödəməmək üçün baxın nə etdi - AĞLASIĞMAZ...+ VİDEO
Hadisə
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...
Gündəm
“Türkiyə NATO-dan çıxsa, ABŞ və Avropa Avrasiyada bütün rıçaqlarını itirəcək”
Mədəniyyət
“Verdiyim konsertlər müstəqillik bayramımıza bir töhfə idi”
Araşdırma
Anasından ayrı qalmaq uşağa necə təsir edir? - ARAŞDIRMA
Həftənin ən çox oxunanları
Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
“Suriya ordusu türk ordusu ilə vuruşmayacaq, çünki...”
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
"Maşın" şouda böyük rüşvət qalmaqalı - Rəqsanə inanılmaz VİDEO paylaşdı
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
Səudiyyə kralına hədiyyə etdiyi Kamçatka qızılquşu Putini utandırdı - VİDEO
Vilayət Eyvazova ağır itki üz verdi
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247