Xəbər lenti
16/10/2019 [11:30]:
Dadaşlinskidən Mircavadova: “Aaa, deməli, özünüzlə qapıçı aparmışdınız” - VİDEO
16/10/2019 [11:29]:
Xəzərin sahilini hasarlayan vətəndaşa yazılan cərimə ləğv edildi
16/10/2019 [11:27]:
Bakı-Quba yolunda sürücülər dava edib, xəsarət alanlar var
16/10/2019 [11:22]:
Bakıda avtomobil iki maşını vuraraq, yük maşınına çırpıldı - ANBAAN VİDEO
16/10/2019 [11:15]:
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
16/10/2019 [11:15]:
“Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə ən yaxşı mütəxəssis hazırlığı bizdə aparılır”
16/10/2019 [11:10]:
Ermənistanda atışma olub, polis əməkdaşı öldürüldü
16/10/2019 [11:08]:
Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən quruldu - FOTOLAR
16/10/2019 [11:05]:
“Onunla başladım...” - Zülfiyyə 52 yaşında
16/10/2019 [11:03]:
Şimali Koreya lideri at belində dağa çıxdı - Fotolar
16/10/2019 [11:02]:
İnam Kərimov onları direktor təyin etdi
16/10/2019 [10:52]:
ADU-da “Chuanyan” Çin bayramı qeyd olundu - FOTO
16/10/2019 [10:49]:
“Azəriqaz” payız-qış mövsümünə hazırlıqla bağlı məlumat yaydı
16/10/2019 [10:47]:
Yaponiyada "Hitachi" və "Panasonic" şirkətlərinin zavodları su altında qaldı
16/10/2019 [10:46]:
Nazirdən iki təyinat
16/10/2019 [10:42]:
Kral ailəsinin ən çətin səfəri başladı - Min polis səfərbər edildi
16/10/2019 [10:37]:
Yol polisinin “Diqqət uşaqlar!” aylığı yekunlaşdı
16/10/2019 [10:35]:
Vilayət Eyvazova ağır itki üz verdi
16/10/2019 [10:33]:
Azərbaycanın dəniz yataqlarından indiyədək 1 090 mln. ton neft hasil edildi
16/10/2019 [10:30]:
"Azərbaycanın qaz ehtiyatları gələcək yüz ildə bizə və tərəfdaşlarımıza kifayət edəcək"
16/10/2019 [10:28]:
Dünyanın ən gözəl qadını odur - FOTO
16/10/2019 [10:26]:
Bu gün ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər
16/10/2019 [10:25]:
Bakıda 4 nəfərdən külli miqdarda narkotik götürüldü
16/10/2019 [10:24]:
UEFA Qurban Qurbanovla bağlı yanlışlığa yol verdi
16/10/2019 [10:21]:
Nepalın Baş naziri Azərbaycana səfərə gələcək
16/10/2019 [10:09]:
Azərbaycanlı tibb aliminin adı Ginnesin rekordlar kitabında - o, dünyanın 100 ən yaxşı qaraciyər həkimindən biridir
16/10/2019 [10:04]:
Bu gün bəzi rayonlarda qaz verilişində fasilə olacaq
16/10/2019 [10:02]:
Samirə: "Azərbaycanda “toylar kraliçası” mənəm" -VİDEO
16/10/2019 [09:51]:
“Hercai”nin məşhur aktrisası dekolteli geyimi ilə OVSUNLADI - FOTO
16/10/2019 [09:48]:
Avtomobili olanlara şad xəbər - Azərbaycanda YENİLİK
16/10/2019 [09:46]:
Bakı polisi 3 ay əvvəl itkin düşmüş kişini tapdı
16/10/2019 [09:39]:
Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - Generaldan şok açıqlama
16/10/2019 [09:29]:
Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”
16/10/2019 [09:29]:
Pensiyaçılara qızınmaq pulu da veriləcək...
16/10/2019 [09:23]:
Alimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblər
16/10/2019 [09:22]:
Türkiyə Prezidenti: “Sanksiyalardan narahat deyilik”
16/10/2019 [09:20]:
Ermənistan atəşkəs rejimini 22 dəfə pozdu
16/10/2019 [09:20]:
Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfər edəcək
16/10/2019 [09:10]:
“Barış pınarı”: 637 terrorçu zərərləşdirildi
16/10/2019 [08:39]:
"Türkiyə qoşunları əməliyyat bitdikdən sonra Suriyanı tərk edəcək"
16/10/2019 [08:37]:
Azərbaycanda qadınlarının doğuşunu izləmək istəyən kişilər az deyilmiş
16/10/2019 [08:34]:
Məşhur aktrisa “Instagram”a qatıldı – Sutka ərzində 3 milyon abunəçi topladı
16/10/2019 [08:30]:
Yaponiyada “Haqibis” qasırğası qurbanlarının sayı 74 nəfərə çatdı
16/10/2019 [08:28]:
In emosiyalara daldı: düşünmək üçün Müqəddəs Pektusana çıxdı - FOTO
16/10/2019 [08:25]:
70-dən çox ölkənin xüsusi xidmət orqanlarının rəsmiləri Soçidə görüşəcək
16/10/2019 [08:02]:
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
16/10/2019 [07:18]:
“İngilislər Hindistan müsəlmanlarının  mənəvi irsini məhv edib...”
16/10/2019 [06:30]:
İnsan gördüyü yuxunu kimə danışa bilər?..
16/10/2019 [00:48]:
Dünyanın ən gənc milyarderi ikinci dəfə ana olmaq istəyir - MARAQLI...
16/10/2019 [00:45]:
Əkrəm İmamoğlunun həyat yoldaşı məşhur jurnalın üz qabığında - FOTOLAR
15/10/2019 [23:42]:
Nazarbayev: "“Türk baxışı 2040” proqramını hazırlamalıyıq"
15/10/2019 [23:02]:
Məşhur ilahiyyatçıdan "dini lətifə" - "Onun adına görə "İxlas"da "Allahu-səməd" demirdim" - VİDEO
15/10/2019 [22:55]:
Kanal direktoru: “Pul qarşılığında kimlərisə efirə çıxartmağımızla bağlı iddialar tamamilə absurddur”
15/10/2019 [22:31]:
ABŞ Suriyadan gedir, təşvişə düşmüş işğalçı Qarabağ harayı salır... - ANALİTİKA
15/10/2019 [22:30]:
Dini təhsil adı altında 67 nəfəri zəncirlədilər
15/10/2019 [22:23]:
Sabah bəzi rayonlarda qaz olmayacaq
15/10/2019 [22:18]:
“Ərdoğan bazarlığa getdiyim üçün təəccübləndi” – Məşhur müğənni
15/10/2019 [22:14]:
9 ildir zirzəmidə "dünyanın sonu"nu gözləyən ailə tapıldı - MARAQLI
15/10/2019 [22:08]:
“Türk birliyin hərəkətverici qüvvəsi Azərbaycan və Türkiyədir” - Elnur Eltürk
15/10/2019 [22:03]:
"Azadlığı qanı-canı ilə qazanmayan xalq kölə kimi gözüqıpıq yaşamağa məhkumdur..."
15/10/2019 [21:44]:
Yevlaxda inək yol qəzasına səbəb oldu
15/10/2019 [21:43]:
Yasamalda 3 nəfər qırılan ağac budaqlarının altında qaldı
15/10/2019 [21:40]:
Azərbaycan - İsveçrə oyununda yanğın baş verdi - FOTO
15/10/2019 [21:39]:
“Qarabağ heç vaxt Ermənistanın əyaləti olmayacaq”- Xankəndidən Paşinyana hədə...
15/10/2019 [21:27]:
"Elə olub ki, toylarda xətrimə dəyib, yumruq atıblar..."
15/10/2019 [21:26]:
23 günlük uşağını ölümcül zərbələrlə öldürdü - AĞLASIĞMAZ...
15/10/2019 [21:06]:
“Hər zaman Azərbaycan və Türkiyə düşmənlərinə qarşı birgə mübarizə aparacaq”
15/10/2019 [21:03]:
Paşinyan Saakyanı İrəvana çağırdı – İşğalçılar təşviş içində
15/10/2019 [20:57]:
Türkiyə ailəmizin içində qalmalıdır - Norveç
15/10/2019 [20:53]:
Cəlil Xəlilov: “Ermənistan siyasi meydanda təklənib, onun mənfur siyasətini bütün dünya tənqid edir”
15/10/2019 [20:44]:
"Rusiyanı azərbaycanlılarsız təsəvvür edə bilmirəm"
15/10/2019 [20:39]:
Agentlik rəsmisi açıqladı: Azərbaycana 200 mindən çox çinli turist gələcək
15/10/2019 [20:39]:
Azay Quliyev seçicilərini qəbul edib
15/10/2019 [20:37]:
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirildi
15/10/2019 [20:36]:
“Mən Azərbaycandan ermənilərin hamısının getməsinə tərəfdar deyiləm...”
15/10/2019 [20:34]:
"Qəhrəmanlarımızı təhqir etməklə gündəmə gəlmək istəyənlər 10 il həbsə məhkum edilsin"
15/10/2019 [20:34]:
"Terrorçuları qırıb qurtarmaqla bu məsələni həll etmək mümkün olmayacaq..."
15/10/2019 [20:24]:
Əfqanıstanda hərbi vertolyot qəzaya uğradı
15/10/2019 [20:22]:
Su quyusuna düşmüş pişiyi FHN-in əməkdaşları xilas etdi
15/10/2019 [20:20]:
Əli Əhmədov: “Bu günə qədər 300 minə qədər köçkün mənzillə təmin olunub”
Bütün arxiv bir sırada
17/09/2019 [12:12] - Cəmiyyət - ( 810 dəfə baxılıb)

Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir



Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. 

Millətimizin gələcəyini hazırlayan təhsil sahəsi hər zaman ulu öndərin diqqət və qayğısını hiss edib. Dahi rəhbərin sərəncamı ilə 1998-ci il martın 30-da ölkəmizdə təhsil sahəsində beynəlxalq standartlara uyğun islahatların keçirilməsini müəyyənləşdirən proqramın hazırlanması məqsədi ilə Dövlət Komissiyası yaradıldı. “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də ölkə başçısı tərəfindən təsdiq edildi. Proqramda mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Artıq bu proqramın qəbulundan 20 il ötür. Bu dövrdə milli təhsilimiz sürətli inkişaf yoluna çıxmışdır. 
Ulu öndər bu vəzifələrin həyata keçirilməsi üçün mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Məsələn, 2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət sənədi idi.
Bundan əlavə, Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanı müstəqil Azərbaycanda ali təhsilin inkişafı və təşkilində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda təhsil sürətlə inkişaf etməkdədir. Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəli mövqedədir. Deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb.
Təhsil xərclərinin ilbəil artması Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimizin vurğuladığı “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”, “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” kimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır. Bu mənada “təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Təhsil sahəsində aparılan islahatlar, dövlət proqramlarının, həmçinin “2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiya”nın qəbul edilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Son 16 ildə Azərbaycan təhsilinin inkişafı ilə bağlı 20-dən çox dövlət proqramı qəbul olunmuşdur. Onların icrası təhsilimizin inkişafına güclü stimul yaratmışdır. Yeni məktəb tikintisi ölkədə prioritet istiqamətə çevrilmişdir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkədə bir dənə də olsun qəzalı məktəb qalmayacaq.
Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı dövlət proqramlarında da öz əksini tapıb. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi son 16 ildə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən olmuşdur. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və respublikamızın inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam da imzalanıb. Bu gün azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar.
Dünyanın bir sıra ölkələri ilə təhsil sahəsində yaradılmış əməkdaşlıq sonradan xeyli genişlənmişdir. Azərbaycanın hazırda 30-dan çox dövlətlə təhsil əlaqələri vardır. Bu əlaqələr digər ölkələrlə təcrübə mübadiləsinə və ümumilikdə ölkədə təhsilin inkişafına, dünya təcrübəsində istifadə olunan yeni texnologiyaların, təlim strategiyalarının, innovasiyaların tətbiqinə şərait yaradır, beynəlxalq proqram və layihələrin respublikamızda reallaşdırılmasına, eləcə də təhsil sektoruna investisiya cəlbinə imkan verir. Ölkəmizdə təhsilin inkişafı sahəsində dünyanın 40-dan artıq beynəlxalq təşkilatı ilə 100-dən çox birgə layihə və proqram həyata keçirilmiş və ya keçirilməkdədir.
Məktəblərin pulsuz dərslik və bədii ədəbiyyatlarla təminatının diqqət mərkəzində saxlanılması, məktəb kitabxanalarının komplektləşdirilməsi də bu sahəyə göstərilən yüksək dövlət qayğısının parlaq ifadəsi kimi diqqəti cəlb edir.
 Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse -prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva daim təhsilin inkişafına böyük töhfələr verməkdədir. Belə ki, ulu öndərin adını daşıyan fondun maliyyə vəsaiti hesabına respublikamızda onlarca təhsil müəssisəsi təmir edilib, tikilib və istifadəyə verilib. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son 16 ildə respublikamızda 400-dək yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Təmirə ehtiyacı olan internat tipli tədris müəssisələri müasir standartlar çərçivəsində yenidən qurulmuş, məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüterlərlə təchiz olunmuşdur.
Təhsil müəssisələrinin infrastrukturunun yeniləşməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Son 5 ildə 600-dən çox, 2003-2018-ci illərdə isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Son illərdə modul tipli məktəblərin tikintisinə xüsusi önəm verilir. Yeni tədris ilində 3500 şagird yerlik daha modul tipli 50 məktəbin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Ötən il Azərbaycanda "Təhsil haqqında" Qanunun qəbul edilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyi milli təhsilin inkişafı üçün mümkün olan hər şeyi edir. Qeyd olunan qanunun qəbulundan sonra, təhsil sahəsində çox yeniliklər baş vermişdir.
Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Təhsil işçilərinin əməkhaqları mütəmadi olaraq artırılır, onlara fəxri adlar, Prezident təqaüdləri və digər mükafatlar verilir. Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla həyata keçirilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə maraq əhəmiyyətli şəkildə artmış, onlar arasında sağlam rəqabət və motivasiya güclənmişdir. Bu gün müəllimlik nüfuzlu bir peşəyə çevrilmiş, təhsilin keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlmişdir. 
Təhsilin bütün sahələrində yeniləşmə, müasirləşmə sürətlə davam edir. Azərbaycan təhsilinin dünya standartlarına uyğunlaşması üçün mühüm layihələr reallaşdırılır.
Təhsil naziri Ceyhun Bayramovun sözləri ilə desək: “ Müasir dövrün çağırışlarına uyğun olaraq, dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq olar”.
Bu gün təhsil sahəsində davamlı islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. (Məqalə "Xalq qəzeti"ndən götürülb)

Mönsüm ALIŞOV, 
pedaqoji elmlər doktoru, professor

loading...
loading...
Dünyanın ən gənc milyarderi ikinci dəfə ana olmaq istəyir - MARAQLI...
Əkrəm İmamoğlunun həyat yoldaşı məşhur jurnalın üz qabığında - FOTOLAR
9 ildir zirzəmidə "dünyanın sonu"nu gözləyən ailə tapıldı - MARAQLI
"Elə olub ki, toylarda xətrimə dəyib, yumruq atıblar..."
23 günlük uşağını ölümcül zərbələrlə öldürdü - AĞLASIĞMAZ...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Məşhur ilahiyyatçıdan "dini lətifə" - "Onun adına görə "İxlas"da "Allahu-səməd" demirdim" - VİDEO
Siyasət
"Terrorçuları qırıb qurtarmaqla bu məsələni həll etmək mümkün olmayacaq..."
Dünya
“Siyasət mənim ikinci sevgimdi...”- “Playboy” modeli prezidentliyə namizəd oldu+FOTOLAR
Gündəm
BDU müəllimlərinin  binasında  yenidən siyahıyaalınma aparılacaq...
Dünya
Sevgilisini öldürdükdən sonra intihar etdi- FOTOLAR
Həftənin ən çox oxunanları
Şəbnəm Tovuzlunun həcisi "tenderlər kralı" Ramazan Mirzəyevlə bağlı sirlər AÇILDI
Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO
Tezliklə azadlığa çıxacaq Fədayə üçün BƏD XƏBƏR
YPG-PKK komandirləri Türk ordusunun qarşısında ağlayırlar – VİDEO
“Suriya ordusu türk ordusu ilə vuruşmayacaq, çünki...”
"Maşın" şouda böyük rüşvət qalmaqalı - Rəqsanə inanılmaz VİDEO paylaşdı
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
Paşinyanın Aşqabad fiaskosu – Putin Nikolu necə aşağıladı – FOTO/VİDEO
Masonlardan Türkiyənin əməliyyatı ilə bağlı - Bəyanat
Mafiya başçısı Azərbaycan nömrəli “Rolls-Royce”la İsmayılovun evinə getdi - VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247