İmamoğlunun azərbaycanlı dostu: “Hələ 2010-cu ildə ona təklif etdim ki, siyasətə qatılsın”
Oxunub: 4659
18 Sep 2019 | 09:27
İmamoğlunun azərbaycanlı dostu:  “Hələ 2010-cu ildə ona təklif etdim ki, siyasətə qatılsın”

Uzun illər Daxili İşlər Nazirliyində xidmət keçmiş polis polkovniki, 1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin, 2000-2005-ci illərdə isə II çağırış Milli Məclisin (83 saylı Saatlı Sabirabad seçki dairəsindən) deputatı olmuş Cahangir Hüseynov Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- Cahangir müəllim, deyəsən çoxdandır siyasətdən uzaqlaşmısınız. Bağ evinizdə rahat həyat sürürsünüz... Söhbətimizə ondan başlayaq ki, siyasətə gəloşiniz necə olmuşdu?

- Yəqin ki, oxucularınız, saytın izləyicilərinin bir qismi məni tanıyar. Uzun illər daxili işlər orqanlarında çalışmışam, 4 rayonda polis rəisi olmuşam. Bakı Dövlət Universitetinin hüquq fakultəsini, Moskvada SSRİ DİN-in  Ali Akademiyanı,  Aspiranturanı, Sankt-Peterburqda İstintaq, Prokurorluq İşçiləri İnstitutunu, iki dəfə Moskvada “VAK”ı oxumuşam. Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Ali Akademiyasının yeganə dinləyicisiyəm ki, oranı fərqlənmə diplomu ilə bitirmişəm.

Universiteti bitirdikdən sonra Səbail rayonunda müstəntiq işləmişəm. Xəzər rayonunda İstintaq İdarəsinin rəhbəri olmuşam. Ağdaş, Biləsuvar, Abşeron və Sabirabad rayonlarında polis rəisi işləmişəm.

1991-1995-ci illərə Ağdaş rayonundan Ali Sovetə deputat, 2000-2005-ci illərdə isə Sabirabad-Saatlı rayonlarından Milli Məclisin üzvü seçilmişəm.  Siyasi fəaliyyətimdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda direktor müavini işləmişəm, hal-hazırda  isə elmi yaradıcılıqla məşğulam, 5 kitabın müəllifi olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm.

Mənim siyasətə gəlməyimə Qarabağda başlayan məlum hadisələr səbəb oldu. Qarabağda müharibə alovlandı. Siyasətə atılmağımın da  əsas səbəbi məhz bu müharibə oldu. Ən gənc millis rəisi idim, titullarım var idi. Ancaq hadisələr başlayanda düşündüm ki, əlimdən nə isə gələrsə, ölkəmə kömək etməliyəm.

1988-ci ilin fevral ayından 1993-cü ilin sentyabr ayında atəşkəs elan edilənədək Qarabağın bütün bölgələrində hərbi əməliyyatlarda iştirak etmişəm.


O əməliyyatlardan nələr yadınızda qalıb?

- “Başkənd əməliyyatı” Gədəbəydə həyata keçirilib. Gədəbəy mənim üçün doğma rayondur, hər iki valideynim oralıdır. 1992-ci ildə ermənilər çox azğınlaşmışdılar. Gədəbəydəki Başkənd yaşayış məntəqəsi ermənilər yaşayan əraziydi. Şəmkirdə də ermənilər yaşayan çox böyük Çardaxlı kəndi var idi. Onu indi Çənlibel adlandırıblar. Oradan keçmiş SSRİ-nin iki marşalı çıxıb – Babacanyan və Baqramyan. Başkənd Gədəbəyin ərazisi idi, oradan o tərəfə Şınıx deyilən bölgədə Gədəbəyin təxminən 20-yə qədər xırda kəndi var. Ermənilər Çardaxlı, Başkənd və onların arasında yerləşən Atabəy kəndini  birləşdirib, Azərbaycanın Qərb bölgəsi tamamilə işğal altına almaq istəyirdilər. Belə çətin, faciəli vəziyyəti duyurdum. O zaman Əbülfəz Elçibəy prezident idi və mən parlamentdə çıxış edib, ermənilərin Gədəbəydə belə bir əməliyyat keçirəcəkləri barəsində məlumat verdim. Bu isə Qərb bölgəsi üçün böyük təhükə ola bilərdi.

1992-ci ilin avqust ayında Müdafiə Nazirliyi “Başkənd əməliyyatı” keçirdi. Polkovnik Cahangir Rüstəmov həmin əməliyyatı aparan hərbi briqadanın rəhbəri idi. Mən də o döyüşlərdə iştirak etdim. Mən onda Biləsuvarda polis rəisi idim. O zaman əməliyyata xeyli silah-sursat, əsgərlər üçün geyim, müxtəlif vacib məmulatlarla kömək etmişdik. O döyüşlər çox uğurlu olmuşdu. Həmin vaxta qədər Başkənddə olmamışdım. Biz ora girəndə məəttəl qaldıq. Daşnak  Andranikin bəlkə də 3 metr hündürlüyündə  heykəli var idi. Əsgərlərimiz onu darmadağın etdilər.

1992-ci ilin 7 avqustunda Başkənd ermənilərdən təmizləndi. Məni bu yay Gədəbəydə Yaylaq Festivalına dəvət etmişdilər. Festivala qatıldım, sonra da bir daha Başkəndi əzdik, xatirələri də yada saldıq.


- Qarabağ münaqişənin həllini necə görürsünüz?

- 1988-ci ilin fevral ayından Dağlıq Qarabağ hadisələri başladı. O zaman ermənilər bir neçə dəfə Moskva qarşısında Dağlıq Qarabağ məsələsini qaldırdılar. 1988-ci ildə Heydər Əliyevin Moskvada Siyasi Bürodan uzaqlaşdırılmasından sonra onlar yenidən aktivləşdilər. Bu isə 20 Yanvar qətliamı, Xocalı soyqırımı, Qarakənd faciəsi, Şuşanın süqutu, Kəlbəcərin işğalı və daha sonra altı rayonumuzun ələ keçirilməsi ilə nəticələndi. Çox təəssüflər olsun ki, biz bu günə qədər məsələnin həllini tapa bilməmişik. Mən bir yaşlı siyasətçi kimi hesab edirəm ki, müxalifət, iqtidar və bütün Azərbaycan xalqı Dağlıq Qarabağ ətrafında bir olmalıdır. Əgər diplomatik yolla bu məsələ həll olunmursa, referendum keçirib, müharibə elan etmək olar. Bu böyük bir bəladır, ancaq problemin həll yolu araşdırılıb, tapılmalıdır.


- 1990-cı illərdəki Azərbaycanın siyasi həyatını necə xatırlayırsınız?

- 1990-cı illərin əvvəllərində Mütəllibov hakimiyəti, sonra Xalq Cəbhəsinin iqtidara gəlməsi  Azərbaycanda birmənalı qarşılanmadı. Moskva və ermənipərəst qüvvələr isə hər vasitə ilə Heydər Əliyevin hakimiyyətə qayıdışına mane olmaq istəyirdi.  O zaman Ziya Bünyadov, Murtuz Ələskərov, Siruz Təbrizli, Arif Rəhimzadə, Eldar İbrahimov və mən də daxil olmaqla bir qrup siyasi fəal mübarizə aparırdıq. 1992-cı ildə Milli Məclisin “fövqəladə mart sessiyası”nda birinci dəfə mən Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb etdim. Həmin sessiyada Eldar İbrahimov, Arif Rəhimzadə və mən Ali Sovet sədrliyinə Heydər Əliyevin namizədliyini irəli sürdük. Lakin çox təəssüf ki, o dövr iqtidarı Heydər Əliyevin hakimiyyətə qayıtmasını qəbul etmək istəmirdi. Bir yandan isə torpaqlarımız ermənilər tərəfindən işğal olunurdu. Sonda isə mərhum prezident Əbülfəz Elçibəy Kələki kəndinə getməklə Ali baş komandan səlahiyyətlərinin icrasından imtina etdi. Belə olan halda Qarabağın böyük bir hissəsi də işğal olundu. Heydər Əliyev prezident seçildikdən sonra cəbhədə atəşkəs elan edildi. Lakin keçən müddət ərzində ermənilər torpaqlarımızı azad etmədilər.
Bu gün Azərbaycan  güclü orduya sahibdir və mən elə hesab edirəm ki, oz torpaqlarımızı azad etmək vaxtı gəlib çatıb.


- Sizin Türkiyənin İstanbul şəhərinin yeni bələdiyyə başkanı Əkrəm İmamoğlu ilə əlaqələriniz, dostluq münasibətinizin olduğunu bilirik. Onun İstanbul Bələdiyyə başqanlığına namizəd olacağı planından xəbəriniz var idimi?



- Mən Əkrəm İmamoğlu ilə hələ 2010-cu ildə şirkət rəhbəri olduğu dövrdə tanış olmuşam. İstanbulda bir məsələ ilə əlaqədar onunla tanışlığımız yarandı. Qısa müddət sonra ailəsi, bacısı, qohumları ilə yaxın əlaqələrimiz, münasibətlərimiz formalaşdı. Mən görüşəndə onun intellektinə və siyasi bacarığına  valeh oldum.  Ona təklif etdim ki, siyasətə qatılsın. Onda siyasətin marağında olduğunu hiss etdim.

Üstündən bir müddət keçdi. 2014-cü ildə artıq eşitdim ki, Əkrəm İmamoğlu Bəylikdüzü bələdiyyəsinin sədridir. Bu il isə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçildi. Hələ namizəd olduğunu eşidəndə heç kim inanmasa da, mən onun sədr seçiləcəyinə inanırdım. İlk seçkidən sonra onu təbrik də etdim. Buna görə, məni qınayan dostlarım da oldu. Sonradan seçki nəticələri ləğv edildi. Amma İmamoğlu ikinci dəfə böyük üstünlüklə qalib gəldi.

Yay aylarında həmişə istirahətimin 1 ayını mütləq doğma Gədəbəydə keçirirəm. Bu il Yaylaq Festivalından qayıdandan sonra düşündüm ki, İstabula gedib müayinə olunmalıyam. Əkrəm İmamoğlu ilə görüşmək niyyəti ilə köməkçisinə zəng etdim. Böyük bir şəhərin bələdiyyə başqanlığını yürütmək asan məsələ deyil. Onun gərgin çalışdığına görə, mənə ayırmağa vaxtı olmayacağını düşünürdüm. Amma avqustun 22-də o, məni Bələdiyyə binasında qarşıladı. Əkrəm bəy üçün hədiyyə olaraq xalı toxutdurmuşdum. Üzərində ikimizin şəkili və “Bir millət, iki dövlət” yazısı olan xalını ona hədiyyə etdim. İmamoğlu isə mənə belə bir söz hədiyyə etdi: “Bir millət, iki dövlət, yaşayacaq qərinəyədək”. İlk dəfə idi ki, deyimi yeni formada eşidirdim. Mən ona bir daha dedim ki, azərbaycanlı, türk olmağımla fəxr edirəm.


- İmamoğlunun siyasi fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu yaxınlarda eşitdim ki, İstanbul Böyükşəhər Bələdiyyəsində yoxlamalar keçirilirib, 500 milyon lirəyə qədər pulu boş işlərə sərf ediblər. Mən Türkiyə, İstanbul üçün sevinirəm ki, onların gələcəyini düşünən bir rəhbəri var. İstanbul dünyanın mərkəzidir, o nə qədər inkişaf edərsə, türk aləmi də, İslam aləmi də qabağa gedər. İstanbulda tək türklər və qonşu xalqların nümayəndələri deyil, demək olar, bütün dünyadan iş dalınca gələn müxtəlif ölkələrin vətəndaşları yaşayır.
Əkrəm İmamoğlu yüksək səviyyəli siyasətçim kimi yetişib.


- Milli Məclis üçün darıxırmırsınız ki?


- Heç darıxmıram. Deputat olduğum vaxt, 1994-cü ildə siyasi fəaliyytimə görə mənə elə öz bağ evimdə sui-qəsd etdilər. 5 güllə yarası aldım. Yaxın qohumumu və azyaşlı oğlumu qətlə yetirdilər. Ailə üzvlərimdən çoxu xəsarət aldı.

Mən polisdə özümə düşmən qazanmamışam. Polis rəisi olduğum Ağdaş və Sabirabad rayonlarından məni deputat seçdilər.


- Dostluqdan danışdınız. Bildiyimizə görə, YAP-ın qurucularından olmuş mərhum Siruz Təbrizli ilə bir zamanlar möhkəm dostluğunuz olub...

- Necə də yadıma saldınız... Allah Siruza rəhmət eləsin. O mənim çox yaxın dostum, sirdaşım idi...


- İndi də dostlarınız çoxdur dediniz. Onu əvəz edən dostunuz varmı?

- Yoxdur...  (kövrəlir)

Uşaqlıqdan, məktəb illərindən bu yana parlamentdə, siyasətdə, hüquq-mühafizə orqanlarında dostlarım həmişə çox olub. Məktəb yoldaşlarımın bəziləri ilə bu gün də dostluq edirəm. Cəmi 1 il İstanbulda yaşadım, orada da onlarla dost qazana bildim. Hamısına böyük hörmətim var. Ancaq Siruz Təbrizlidən sonra heç bir dostumu onun qədər yaxınıma qəbul edə bilmirəm. O mənə qardaş qədər yaxın idi. Siruzda paxıllıq heç yox idi. Azərbaycan millətini də çox sevirdi.


- YAP-la əlaqəniz varmı?

- Mən 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişəm. YAP-ın birinci rayon  təsis konfransını Biləsuvarda mənim rəhbərliyimlə gizli keçirmişik. Amma heç bir zaman partiyanın üzvü olmamışam. Əvvəllər Kommunist Partiyasında təmsil olunmuşam. Kommunist Partiyası ləğv olunandan sonra isə siyasi yoluma bitərəf olaraq davam etdim.


- Son zamanlar müxalifət və iqtidar arasında gərgin çəkişmələr var. Siz bu prosesi necə qiymətləndirirsiniz?


- Mətbuatdan bu hadisələri izləyirəm. Radikal müxalifət  və iqtidar nümayəndələri – biri söyür, digəri isə aşırı tərifləyir. Bu gün Azərbaycanda 10 milyon əhali yaşayır. Bunun təxminən 10 faizi müəyyən bir partiyanın mənsubu ola bilər. Hətta bu rəqəmin özündə də şişirdilmiş, həqiqəti əks etdirməyən tərəflər var. 90 faiz müstəqil insanlardır. Amma internetdə, mətbuatda, sosial şəbəkələrdə bir müstəqil insandan, alimdən, ziyalıdan, yazıçıdan, sənətçidən müsahibə götürülmür. Televiziyalarda, mətbuatda müstəqil adam yoxdur. Mən “bitərəf” sözünü sovetdən qalma kimi dəyərləndirirəm və müstəqil ifadəsi ilə əvəz olunmasının tərəfdarıyam. Təklif edirəm ki, ziyalılar yığışsınlar, iqtidarla müxalifəti barışdıraq!  Azərbaycan xalqının ümumi bir dərdi var: torpaqlarımızın 20 faizi işağldadır. Erməni qalıb bir tərəfdə, öz daxilimizdə yola gedə bilmirik. Bir necə ay bundan öncə mən “kanal24”ə müsahibə verib iqtidar və müxalifət nümayəndələrinə müraciət etdim ki, onlar bir araya gəlib Azərbaycanın ümumi dərdi olan Qarabağ probleminin həllində birgə iştirak etsinlər. 11 sentyabrda Ana Vətən Partiyasının təşəbbüsü ilə belə bir görüş keçirildi. Mən bir siyasətçi kimi bunu alqışlayıram. Arzu edirəm ki, gələcəkdə Qarabağ probleminin həll edilməsində bütün Azərbaycan xalqı vahid bir mərkəzdə birləşsin.


- Bəzən deyirlər ki, Azərbaycan insanı artıq siyasətə maraq göstərmir. Siz də belə düşünürsünüz?

- Mən əksini iddia edərdim. Azərbaycanda hamı siyasətlə maraqlanır. Kəndə gedirəm, hətta bəlkə orta təhsili belə olmayan insanlar siyasətdən danışır. Şəhərdə, rayonlarda da eyni ilə.
Belə bir şəraitdə bəzi deputatlar qorxur ki, siyasi sual verərlər, cavablandıra bilməz, yaxud da cavabı fərqli anlaşılar. Hərdən deputatlar da deyirlər ki, mən başqa cür demişdim, jurnalist təhrif edib. Mən onları anlaya bilmirəm. Əgər jurnalist sənin demədiyin nəyi isə özündən uydurub yazıbsa, bunu təkzib etmək haqqın var. Bununla da kifayətlənməyərək, məhkəməyə müraciət edə bilərsən.
Əslində müsahibə verən şəxs savadsızdır, suala cavab verə bilmir, danışanda da nəticəsini hesablamadığı ifadələr söyləyir, sonra da düşür jurnalistin üstünə. “KİV haqqında” qanunda deyilir ki, hər bir məmur jurnalistin sualına cavab verməlidir. Hətta cavab verməsə, jurnalistin haqqı var ki, onu məhkəməyə versin. İndi yeni terminlər çıxıb – mətbuat katibinin mətbuat katibi. Sən məmursana, jurnalist sənə çatmaq üçün 3-4 pillə əziyyət çəkməməlidir.



- Bir az da yaradıcılığınızdan danışın?


- Mənim ilk kitabım 2012-ci ildə çap olundu. Siyasi fəaliyyətimlə bağlı olan kitabda bütün xidmətlərim əksini tapıb. O kitabın nəşr olunmağı  mənə uğurlu oldu və yaradıcılıq fəaliyyətinə davam etdim.

Azərbaycanda ilk dəfə “Azərbaycan Nadir şah Əfşar dövləti” adlı elmi kitab hazırladım. Buna qədər Nadir şah barəsində kiçik bir monoqrafiyadan başqa elmi əsər yox idi. Həmin kitabı hazırlamaq üçün 1 il İstanbulda araşdırma apardım, o cmlədən Gürcüstan arxivində, Tehran, Təbriz, Məşhəd, Vatikan kimi yerlərdə tədqiqatlara davam etdim. 2014-cü ildə əsərin böyük təqdimatını keçirdik. Sonradan həmin kitabı Türkiyədə türk dilində çap etdirdim. Onu çap edəndə o zaman Bəylikdüzü bələdiyyə başqanı olan Əkrəm İmamoğlu ilə görşdük. Əvvəldən şəxsi münasibətlərimiz var idi, görüşürdük. O həmin kitabı çox məmnuniyyətlə götürüb oxudu və hətta ona “Ön söz” yazdı. Beləliklə, təxminən 10 min nüsxədə çap olunan kitab Türkiyənin böyük bir hissəsinə yayıldı. İlk dəfə 2015-ci ildə Bəylikdüzü bələdiyyəsində, daha sonra Aydınlar ocağında, nəhayət Bakıda tədimatlarını keçirdik.

2016-cı il aprel döyüşləri mənə çox pis təsir etdi. Mən iki ayın ərzində “Fikir və düşüncələrim” adlı 400 səhifəlik monoqrafiya yazdım. Bu il isə “Fikir, düşüncələrim və fərziyyələrim” adı ilə kitabın ikinci hissəsini də çap etdik. Həmin kitabların da Azərbaycan Yazıçılar Birliyində təqdimatın keçirdik.


- Bir məqam diqqətimi çəkdi. Kitablarınızı “Cahangir Hüseyn Əfşar” imzası ilə nəşr etdirirsiniz. İmzanızın tarixçəsi maraqlıdır.


- Bizim nəslimiz çox böyük nəsildir. Bu gün demək olar, respublikada elə sahə yoxdur ki, orada nəslimizin nümayəndəsi olmasın. Hətta sovetlər dönəmində bizim kiçik kəndimizdən – Gədəbəyin Nərimankəndindən 5 polkovnik, 40-a qədər elmlər namizədi, 1 akademik, 4 elmlər doktoru, şahmat üzrə dünya çempionu, generallar çıxmışdı. Atam uzun illər hüquq sahəsində çalışıb, Heydər Əliyevlə birlikdə oxuyublar, amma 75 yaşına qədər bunu heç kimə deməmişdi. Mən isə “vinetka”da şəkillərini görüb  tanımışdım. 1998-ci ildə Heydər Əliyevin 75 yaşı olanda, qrup yoldaşlarını dəvət edib, Prezident Aparatında görüş təşkil etmişdi. Mən atamı Sabirabadda televizordan izləmişdim. Atam məni tarixə yaxın insan olaraq tərbiyə etmişdi. Ona görə qarşıma məqsəd qoydum ki, nəslimizin tarixçəsini araşdıracağam. Onu tamamilə açıb, sübuta yetirdikdən sonra ilk kitabım çıxanda Əfşar imzasını götürdüm. Mən bu gün də Əfşarlar sülaləsinin nümayəndəsi olduğuma görə fəxr edirəm.


- Son olaraq nə demək istəyirsiniz?

- Mən vurğuladığım kimi, 1990-cı ilin əvvəlindən siyasətə qatılmışam. Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün parlamentdə və siyasi həyatda fəal mübarizə aparmışam. Həmin dövrlərdə Murtuz Ələsgərov, Siruz Təbrizli, Eldar İbrahimov, Arif Rəhimzadə, Maksim Musayev, Rəfael Allahverdiyev və bir sıra insanlar fəal mübarizə aparırdılar. Onda Heydər Əliyevin hakimiyyətə qayıdışını istəməyən çoxlu insanlar var idi. Onlar həm Mütəllibov hakimiyyəti, həm də AXC hakimiyyəti dövründə çox fəal idilər. Biz parlamentdə 134 deputatın imzasını toplayıb, Ali Sovetin sessiyasının keçirilməsi üçün müraciət etdik. Yeni Azərbaycan Partiyası bütün Azərbaycan ərazisində təmsil olunmaqla ulu öndərin hakimiyyətə qayıdışını dəstəkləyirdi. Əlbəttə, həmin dövr çox çətin, acınacaqlı zaman idi. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı, torpaqlar ermənilər tərəfindən işğal olunurdu. Belə bir durumda Heydər Əliyev 1993-cü ilin 15 iyununda Ali Sovetə sədr seçildi və sonra da Azərbaycan Respublikasının prezidenti seçildi. Respublikamız son 25 ildə xeyli inkişaf edib. Bakı-Ceyhan, Bakı-Supsa neft kəmərləri, TANAP qaz kəməri, İpək yolunun bərpası bunlara misaldır. Arzu edirəm ki, respublikamızda iqtisadiyyat güclənsin.
Azərbaycanda aparılan islahatlar məni sevindirir. Məhkəmə-hüquq sistemində islahatlar aparılması üçün sərəncam verilmsi ölkəmizin gələcəyi üçün çox mühüm addımdır. Korrupsiyaya qarşı mübarizənin güclənməsi, cinayətkarlığın aradan qaldırılması istiqamətində görülən tədbirlər təqdirəlayiqdir. Bu inkişafin sonunda Qarabağın da işğaldan azad olunacağına böyük ümidimiz var.

Oxşar xəbərlər
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq