Xəbər lenti
24/10/2019 [06:56]:
Bu 3 nişanəsi olana müəllim və alim demək olar...
24/10/2019 [01:18]:
"Vəzifələrimiz çoxdur, məqsədimiz isə birdir – etimadı və ümidləri doğrultmaq..."
24/10/2019 [00:55]:
“Ramiz müəllim elmi karyeranın kabinet rahatlığına sığınan alimlərdən olmayıb..."
24/10/2019 [00:19]:
Bir Millətin iki dövlətinin diplomatı: "Sonunadək Azərbaycan sevdalısı olacam..."
24/10/2019 [00:16]:
Ramiz Mehdiyevin AMEA-nın prezidenti kimi ilk FOTOSU
23/10/2019 [23:27]:
"Türkiyə bu məsələdə oyun pozan bir dövlət kimi dünyaya dərs verdi..." - Politoloq
23/10/2019 [23:23]:
Prezident Qarabağ qazisinə ev verdi
23/10/2019 [23:19]:
"Türkiyə bundan sonra da Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqq işini müdafiə edəcək"
23/10/2019 [23:19]:
“Röya, Tünzalə və Mir Yusifin “Xalq artisti” adı almasının günahkarı xalqın özüdür”
23/10/2019 [22:54]:
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib
23/10/2019 [22:27]:
Putinin vizit kartı yüksək məbləğdə satışa çıxarıldı - FOTO
23/10/2019 [22:10]:
Qadının şirini tez xarab olur, əzilir və səni tez tərk edir...
23/10/2019 [22:07]:
Malaziyada siçan yeyən meymunlar tapıldı - MARAQLI
23/10/2019 [21:55]:
"Heç bir məqaləmi oxumayan Əlisa Nicat məni I Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayır"
23/10/2019 [21:48]:
"Prezident bu sərəncamlarla cəmiyyəti əmin edir ki, onun sözü imzası qədər mötəbərdir"
23/10/2019 [21:35]:
Nəzarətdən çıxan avtomobil piyadaların üstünə aşdı - QORXUNC... + VİDEO
23/10/2019 [21:12]:
ADPU-da "Nəsimi: kim idi, yeni tədqiqatlar: nə əslində necədir" adlı elmi seminar
23/10/2019 [20:54]:
Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi: "Hətta Ankaraya kömək etməyə hazırıq"
23/10/2019 [20:50]:
İlham Əliyevdən Ramiz Mehdiyevə: "Artıq yaşınız səksəni keçib və deyirdiniz ki, gərək gəncləri irəli çəkək"
23/10/2019 [20:46]:
Elmar Məmmədyarov: "Fələstin xalqının yanındayıq"
23/10/2019 [19:33]:
Ərdoğandan xəritəni qapatmasını xahiş edən Putinə maraqlı cavab: “Nə qədər işlədiyimizi görsünlər...”
23/10/2019 [19:30]:
“Qapını çırpıb gedə bilmir": "Putin səhərdən axşama kimi varisi düşünür..."
23/10/2019 [19:26]:
Parisdə erməni məktəbi darmadağın edildi -FOTO
23/10/2019 [19:17]:
“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”
23/10/2019 [19:14]:
Ölən nişanlısının cəsədi ilə evləndi - MARAQLI
23/10/2019 [19:10]:
NATO Türkiyə və Suriya arasında sazişi dəyərlənidirməyə tələsmir
23/10/2019 [18:43]:
İtalyan deputatdan qalmaqallı hərəkət: Türk parlamentarilərin gətirdiyi şokoladı atdı... + VİDEO
23/10/2019 [18:10]:
Prezidentin növbəti islahatı burda olacaq – YAP-çı deputat
23/10/2019 [18:01]:
Məzahir Pənahova yeni müavin seçildi
23/10/2019 [17:58]:
Azərbaycan Prezidenti: "Kadr islahatları labüddür, bu, qaçılmazdır"
23/10/2019 [17:56]:
Ramiz Mehdiyev yeni iş yerinə belə gəldi -VİDEO
23/10/2019 [17:55]:
“Onlar rusların hesabına özlərini kişi hesab edir”
23/10/2019 [17:52]:
İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib - FOTO
23/10/2019 [17:47]:
“Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb
23/10/2019 [17:43]:
Məmmədyarov Məhəmməd Cavad Zəriflə görüşdü
23/10/2019 [17:42]:
Putinin vizit kartı 2 milyona satışa çıxarıldı - Foto
23/10/2019 [17:40]:
"Mən bilirəm, sizə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki..."
23/10/2019 [17:39]:
Ramiz Mehdiyevə yeni vəzifə həvalə edildi - AMEA-nın prezidenti seçildi...
23/10/2019 [17:37]:
Bu gecə Babək prospekti rənglənəcək
23/10/2019 [17:21]:
Avropada daha bir şəhər qondarma “erməni soyqırımı”nı tanıdı
23/10/2019 [17:06]:
Rövşən Rzayev İsveçrə səfiri ilə görüşdü
23/10/2019 [17:05]:
Türkiyə Suriyada əməliyyatları dayandırdı
23/10/2019 [17:04]:
Ölkə başçısı vəzifədən gedən Ramiz Mehdiyevi qəbul etdi - FOTOLAR
23/10/2019 [17:01]:
Prezidentdən Akif Əlizadə ilə bağlı – Sərəncam
23/10/2019 [16:58]:
“TIR”ın içindən 39 meyit çıxdı, sürücü həbs edildi- FOTOLAR
23/10/2019 [16:39]:
ADAU-nun tələbə evində Türkiyədən olan tələbələrlə görüş keçirilib
23/10/2019 [16:24]:
Prezidentdən növbəti dəyişiklik: TŞ-nin tərkibini dəyişdi
23/10/2019 [16:24]:
İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM
23/10/2019 [16:23]:
Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif etdi
23/10/2019 [16:22]:
İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi
23/10/2019 [16:16]:
Ombudsman nümayəndələri Tofiq Yaqublu ilə görüşdü
23/10/2019 [16:13]:
“Mikayıl Cabbarovun bu ağır işin öhdəsindən uğurla gələcəyinə inanıram”
23/10/2019 [16:10]:
İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - Foto
23/10/2019 [16:06]:
Rövşən Rzayev UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
23/10/2019 [15:41]:
Parlament binası yeməkxanada ətin yanması  səbəbindən təxliyə edildi...
23/10/2019 [15:39]:
ADPU-da “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib
23/10/2019 [15:38]:
Prezident Zahid İsayevi də vəzifəsindən azad etdi
23/10/2019 [15:37]:
Prezident Kərəm Həsənovu işdən çıxartdı
23/10/2019 [15:29]:
Ağ Evdə təşkil olunan iclası Trampa dua edərək başladılar- FOTOLAR
23/10/2019 [15:25]:
ADPU-nun nümayəndələri EQAC layihəsi çərçivəsində İsveçdə beynəlxalq təlimdə iştirak ediblər
23/10/2019 [15:24]:
Moskvada parlament binası  naməlum səbəbdən boşaldıldı...
23/10/2019 [15:24]:
Yeni İqtisadiyyat nazirinin DOSYESİ
23/10/2019 [15:21]:
“Suriyada sülhün təmin olunacağına ümid edirik...”- İrandan Soçi görüşü açıqlaması...
23/10/2019 [15:20]:
“YPG sərəddən çəkilməsə, türk ordusu tərəfindən məhv ediləcək...”- Kremldən xəbərdarlıq...
23/10/2019 [15:18]:
Prezident üç qurumu - 1 nazirliyi, 1 komitəni və 1 agentliyi ləğv etdi
23/10/2019 [15:17]:
67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə cavab verdi -“Bir az da klassikanı oxuyun"
23/10/2019 [15:09]:
Əhaliyə şad xəbər – Yaşayış minimumu və ehtiyac meyarı artırılır
23/10/2019 [15:05]:
İlham Əliyev yeni İqtisadiyyat naziri təyin etdi
23/10/2019 [15:04]:
Prezident Mikayıl Cabbarovu vəzifəsindən azad etdi
23/10/2019 [14:37]:
Keçmiş prezidentin və ailə üzvlərinin təminatı üçün gələn il nə qədər vəsait ayrılacaq?
23/10/2019 [14:30]:
“Çukur” serialı cərimələndi - SƏBƏB
23/10/2019 [14:29]:
KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq
23/10/2019 [14:27]:
Anar: "Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir”
23/10/2019 [14:25]:
Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq - Tarix açıqlandı
23/10/2019 [14:23]:
Pentaqon rəhbəri İraqa elan olunmamış səfər edib
23/10/2019 [14:20]:
“Sağlam münasibətlər və sağlam kadrlar olsa, onda hər şey yaxşı olacaq...”
23/10/2019 [14:19]:
İngiltərədə tükürpədici hadisə: "Yük maşınından 39 nəfərin meyiti tapıldı"
23/10/2019 [14:12]:
"İranın məscidlərin yerində donuzxanalar yaratmış bir ölkə ilə əməkdaşlığına etirazımı bildirmişəm”
23/10/2019 [13:51]:
Ramos Çempionlar Liqasının tarixinə düşdü
23/10/2019 [13:48]:
Parlament seçkilərinin keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb
Bütün arxiv bir sırada
18/09/2019 [12:29] - Cəmiyyət - ( 961 dəfə baxılıb)

“Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı” - TARİX



18 sentyabr tarixi Azərbaycan musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin doğum günüdür.

Həm bəstəkar, həm jurnalist-publisist, həm də ictimai xadim kimi Azərbaycanın həyatında müstəsna rol oynayan Üzeyir bəyin çoxşaxəli fəaliyyəti bu gün də hamını heyrətləndirir.

Jurnalistika tarixi üzrə araşdırmaçı Nəsiman Yaqublu Modern.az saytına verdiyi kiçik müsahibəsində Üzeyir bəy fəaliyyətini dövrləşdirməklə yanaşı, həm də diqət mərkəzinə onun Azərbaycan milləti və Xalq Cumhuriyyətinə olan sevdasını çıxarır:

“Onun özü musiqi bəstələməklə yanaşı, həm  də qəzet nəşr etdirib”

“Azərbaycanın görkəmli bəstəkarı və mütəfəkkiri, böyük fikir adamı Üzeyir Hacıbəyli təkcə musiqi sahəsində deyil, həm də jurnalistikada, Azərbaycanın ictimai həyatında böyük iş görən şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti əsasən 3 dövrə bölünür: Birinci dövr Çar Rusiyasına, ikinci dövr Azərbaycan Xalq Cumhuriyyətinə, üçüncü dövr isə Sovet dönəminə təsadüf edir.

Birinci dövrdə o, həm jurnalist, həm də bəstəkar kimi yetişib, özünü formalaşdırıb. 1908-ci ilin yanvar ayında “Leyli və Məcnun” operasının tamaşaya qoyulmasından sonra Ü.Hacıbəyli özünü bəstəkar kimi Azərbaycan cəmiyyətinə təqdim edib. Qeyd etmək istəyirəm ki, opera tamaşaya qoyulana qədər o, Qori Müəllimlər Seminariyasında təhsil alıb və bir müddət Qarabağın Hadrut kəndində müəllim işləyib. Onun ilk məqalələri 1904-ci ildən etibarən “Kaspi” qəzetində çap olunub. Qəzetin redaktoru isə Əlimərdan bəy Topçubaşov idi. Yəni, Üzeyir bəy ilk addımlarını kifayət qədər peşəkar kollektivlə atdı. Bir müddətdən sonra isə o, “Tərəqqi”, “İrşad” kimi qəzetlərlə əməkdaşlıq etməyə başladı. Daha sonra isə “Həqiqət” adlı qəzeti özü nəşr etdirdi və onun redaktoru oldu. Bundan sonra isə özünün məşhur opera və operettalarını yazdı. Onlara misal olaraq “Şah Abbas”, “Şeyx Sənan”, “Aşıq Qərib”, “Əsli və Kərəm” , “Ər və arvad”, “O olmasın bu olsun”, “Arşın mal alan” və başqalarını misal göstərmək olar. Beləliklə, yaradıcılığının ikinci dövrünə kimi, yəni AXC dövrünə qədər o, artıq məşhur bəstəkar və jurnalist kimi tanınırdı”.

“Cumhuriyyətin süqutundan sonra 18 il heç nə yaza bilmədi”

“Qeyd etməliyik ki, AXC dövründə o “Azərbaycan” qəzetinin baş reaktor əvəzi kimi də çox məhsuldar çalışıb. Qəzetin baş redaktoru Ceyhun Hacıbəyli Versal sülh konfransına gedəndən sonra o, Üzeyir bəy həm baş redaktor əvəzi, həm də parlament müxbiri kimi fəaliyyət göstərib. Parlamentdən çox maraqlı reportajlar hazırlayıb. Bunu deməkdə məqsədim odur ki, Üzeyir bəy 1920-ci ilə qədər, yəni 35 yaşına kimi çox məhsuldar işləyib, 600-dan çox məqalə və felyeton yazıb, 10-dan çox opera və operettalar bəstələyib. Amma 1920-ci ildən (yəni AXC-nin süqutundan sonra) 1937-ci ilə kimi nə bir məqalə yazıb, nə də bir musiqi bəstələyib. Yalnız 1937-ci ildən sonra “Koroğlu” operası ilə bu durğunluğa son verib. Bu fasilədə isə o, yalnız Azərbaycan xalq musiqilərini nota köçürüb, Azərbaycan muğamlarının təsnifatı ilə məşğul olub, Konservatoriyanın, Bəstəkarlar İttifaqının və dövlət xorunun inkişafı istiqamətində çalışıb.
Bunları deməkdə məqsədim odur ki, Üzeyir bəy uzun müddət Sovet rejimini qəbul etməyib, o cümlədən sovet rejimi də onu qəbul etməyib. Üzeyir bəy ruhən millətçi idi. Tənqidçi Mustafa Quliyev onun əsərlərini aşağı səviyyəli “Quba meydanı musiqiləri” adlandırıb. Fikir verin, Üzeyir bəyin bu cür gözəl musiqlərini “milli olmayan zəif bəstələr” adlandırıb.
Sovetin Üzeyir bəyə ikinci təzyiqi isə bir az fərqli idi. Belə ki,  xarici bəstəkarları dəvət edir və bizim musiqiçilərimizə saymazyana münasibət göstərirdilər. Nəticədə isə çox biabırçı sonluq yaranırdı. Bir dəfə isə gülünc doğuran hadisə baş verib. Avropadan guya, nümunə olaraq gətirilən bəstəkar Qlier Üzeyir bəyin qardaşı Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasını oğurlayaraq, onu öz adına çıxarıb. Amma o, yalnız operanın adını dəyişib “Şahsənəm” qoymuşdu və qismən də formasını dəyişmişdi. Bu hadisə o zamankı Azərbaycan elitası tərəfindən böyük rişxəndlə qarşılandı. Onlar Üzeyir bəyin qarşısını bu cür almaq istəyirdilər, amma o, bunlara tab gətirdi.

Üzeyir bəy 18 illik fasilədən sonra yenidən səhnəyə çıxdı və möhtəşəm “Koroğlu” operasını yaratdı. O qüvvələr də başa düşdülər ki, Üzeyir Hacıbəylidən kənarda Azərbaycan musiqisi yaratmaq qeyri-mümkündür. Çünki o, elə bir cığır açıb ki, ora ikinci bir şəxsin girməsi mümkün ola bilməzdi. Üzeyir bəy belə bir şəxsiyyət idi”.

Tarixçi alim daha sonra Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cumhuriyyəti sevgisindən də danışıb. Zaman-zaman bir çox qüvvələr böyük bəstəkarın şəxsiyyətinə və onun ideoloju hislərinə qəti hörmətlə yanaşmayıblar. Onu hətta bolşeviklərə yaxın bir şəxs kimi də dəyərləndiriblər. Amma Nəsiman Yaqublu bunun tam əksinə düşünür:

“Onu qeyd edək ki, Üzeyir bəy Azərbaycan Xalq Cumhuriyyətinə ürəkdən bağlı olub. Bunu onun yazılarında da açıq-aydın hiss etmək olar. Təsadüfi deyil ki, Üzeyir bəy öləndə vaxtilə əqidə dostu olmuş Məhəmməd Əmin Rəsulzadənin bu hadisəyə dair məqalə yazıb. Rəsulzadə məqalədə qeyd edirdi ki, “bu gün Üzeyir bəyin tabutunun başında Sovet komissarları növbə tutsalar da, onu heç vaxt sovetləşdirə bilmədilər. Üzeyir bəy hər zaman milli qaynaqlarımıza söykənən insan olaraq qaldı və həmişə də bizim üçün bu cür insan olaraq xatırlanacaq”.
Onun ölümündən 2 il sonra qardaşı Zülfüqar Hacıbəyli də vəfat etdi. Bu iki insanın ölümü Azərbaycan musiqi mədəniyyəti üçün böyük itki oldu. Amma Üzeyir bəyin qoyub getdiyi musiqi irsi millətçi Azərbaycan gəncinin yetişməsi üçün böyük mənbə idi”.

“Bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına aldı”

Tarixçi alim daha sonra Məhəmməd Əmin Rəsulzadənin Üzeyir bəy haqqında yazdığı məqalədən maraqlı sitatlar gətirir. O sitatlarda bir dövrün böyük siyasi  mənzərəsi var:

“Üzeyir bəy universal fəaliyyətə malik bir şəxs idi. O hələ 1907-ci ildə türkcə-rusca və rusca- türkcə siyasi, iqtisadi və hüquqi terminlər lüğəti hazırlamışdı. Həmin kitabın da redaktoru Rəsulzadə idi. Onun Xalq Cumhuriyyətinə sevgisi həddindən artıq böyük idi. Təsadüfi deyil ki, Rəsulzadə 1915-ci ildə “Yeni İqbal” qəzetinin üçüncü sayında yazırdı: “Şübhəsizdir ki, Qafqaz türklərinin sənayesini yazanlar musiqi tarixinə gələndə burada böyük bir səhifə açmalıdırlar və həmin səhifənin başına Üzeyir bəyin fotosunu qoymalıdırlar”.

Rəsulzadə daha sonra Üzeyir bəy haqqında 1952-ci ildə “Azərbaycan” jurnalının ikinci sayında yazırdı: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə nüfuzunu hər kəsə tanıdan bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onun bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir qisim rəsmi və siyasi vəzifələrlə onu mənimsəmişdir. Fəqət bihudə dəmir pərdənin arxasında özünə süni marşlar yazdırsa da, Moskvada süni diktatorlar tərəfindən oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgili olmayan komissarlar növbəyə dursa da,  Hacıbəyli Üzeyiri Azərbaycanda azəri-türk tarixindən kimsə ayıra bilməz. O, milli Azərbaycan varlığının dayaqları arasında qalacaq ayrılmaz bir dəyərdir”.

Sonda bir neçə söz...

“Sonda bir söz deyim ki, Hacıbəylinin yaxın bir qohumu var idi Ramazan Xəlilov, onun ev muzeyində işləyirdi. Mən onunla görüşən dedi ki, vaxtilə Üzeyir Hacıbəylinin də adını güllələnə biləcək şəxslər siyahısına daxil etmişdilər. Sadəcə, onun həyat yoldaşı Məleykə xanımın bir qohumu gizli depoda işlədiyi üçün Üzeyir bəyin adını siyahıdan çıxarmışdı. Həm də Üzeyir bəy 1937-ci ildə “Koroğlu” operası ilə Moskvada Azərbaycan mədəniyyəti günlərində çıxış edərkən Stalin də onu izləmişdi. Stalin hələ Bakıda olan vaxtlarda Üzeyir bəyin adını eşitmişdi. “Koroğlu”operasından sonra isə onu ziyafətə dəvət edir və əlini Üzeyir bəyin çiyninə qoyaraq onu tərfiləyir. Yəni bu amil də onu repressiyadan xilas edir”.

loading...
loading...
Qadının şirini tez xarab olur, əzilir və səni tez tərk edir...
Malaziyada siçan yeyən meymunlar tapıldı - MARAQLI
Ölən nişanlısının cəsədi ilə evləndi - MARAQLI
Ramiz Mehdiyev yeni iş yerinə belə gəldi -VİDEO
Ramiz Mehdiyevə yeni vəzifə həvalə edildi - AMEA-nın prezidenti seçildi...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Ramiz Mehdiyevin AMEA-nın prezidenti kimi ilk FOTOSU
Siyasət
Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi: "Hətta Ankaraya kömək etməyə hazırıq"
Dünya
Ərdoğandan xəritəni qapatmasını xahiş edən Putinə maraqlı cavab: “Nə qədər işlədiyimizi görsünlər...”
Dünya
İtalyan deputatdan qalmaqallı hərəkət: Türk parlamentarilərin gətirdiyi şokoladı atdı... + VİDEO
Gündəm
“Onlar rusların hesabına özlərini kişi hesab edir”
Həftənin ən çox oxunanları
Bəylər Əyyubovun müavininin istefaya göndərilmə səbəbi: Güvən problemi, yoxsa ...?
“Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim...” - VİDEO
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
Rusiyalı ekspert: “Türkiyə real döyüşlərdə Yaxın Şərqin istənilən ordusunu boğar”
120 saatın bitməsinə az qalmış ABŞ-dan qalmaqallı addım -FOTOLAR
“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”
Prezidentdən "Qordi düyünü" ilə bağlı tapşırıq: "Yaxın günlərdə problem çözüləcək..."
“Bu adam nə qədər şərəfsiz, ləyaqətsizdir ki... - Xalq artistindən əməkdar artistə şok ittiham
Xəstələnmisənsə, yatanda bunu dabanına çək, keçib gedəcək - Rus hərbi həkimindən SİRR...
Aylardır yoxa çıxan cazibədar modelin meyiti tapıldı - FOTOLAR
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247