Xəbər lenti
24/10/2019 [01:18]:
"Vəzifələrimiz çoxdur, məqsədimiz isə birdir – etimadı və ümidləri doğrultmaq..."
24/10/2019 [00:55]:
“Ramiz müəllim elmi karyeranın kabinet rahatlığına sığınan alimlərdən olmayıb..."
24/10/2019 [00:19]:
Bir Millətin iki dövlətinin diplomatı: "Sonunadək Azərbaycan sevdalısı olacam..."
24/10/2019 [00:16]:
Ramiz Mehdiyevin AMEA-nın prezidenti kimi ilk FOTOSU
23/10/2019 [23:27]:
"Türkiyə bu məsələdə oyun pozan bir dövlət kimi dünyaya dərs verdi..." - Politoloq
23/10/2019 [23:23]:
Prezident Qarabağ qazisinə ev verdi
23/10/2019 [23:19]:
"Türkiyə bundan sonra da Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqq işini müdafiə edəcək"
23/10/2019 [23:19]:
“Röya, Tünzalə və Mir Yusifin “Xalq artisti” adı almasının günahkarı xalqın özüdür”
23/10/2019 [22:54]:
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib
23/10/2019 [22:27]:
Putinin vizit kartı yüksək məbləğdə satışa çıxarıldı - FOTO
23/10/2019 [22:10]:
Qadının şirini tez xarab olur, əzilir və səni tez tərk edir...
23/10/2019 [22:07]:
Malaziyada siçan yeyən meymunlar tapıldı - MARAQLI
23/10/2019 [21:55]:
"Heç bir məqaləmi oxumayan Əlisa Nicat məni I Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayır"
23/10/2019 [21:48]:
"Prezident bu sərəncamlarla cəmiyyəti əmin edir ki, onun sözü imzası qədər mötəbərdir"
23/10/2019 [21:35]:
Nəzarətdən çıxan avtomobil piyadaların üstünə aşdı - QORXUNC... + VİDEO
23/10/2019 [21:12]:
ADPU-da "Nəsimi: kim idi, yeni tədqiqatlar: nə əslində necədir" adlı elmi seminar
23/10/2019 [20:54]:
Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi: "Hətta Ankaraya kömək etməyə hazırıq"
23/10/2019 [20:50]:
İlham Əliyevdən Ramiz Mehdiyevə: "Artıq yaşınız səksəni keçib və deyirdiniz ki, gərək gəncləri irəli çəkək"
23/10/2019 [20:46]:
Elmar Məmmədyarov: "Fələstin xalqının yanındayıq"
23/10/2019 [19:33]:
Ərdoğandan xəritəni qapatmasını xahiş edən Putinə maraqlı cavab: “Nə qədər işlədiyimizi görsünlər...”
23/10/2019 [19:30]:
“Qapını çırpıb gedə bilmir": "Putin səhərdən axşama kimi varisi düşünür..."
23/10/2019 [19:26]:
Parisdə erməni məktəbi darmadağın edildi -FOTO
23/10/2019 [19:17]:
“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”
23/10/2019 [19:14]:
Ölən nişanlısının cəsədi ilə evləndi - MARAQLI
23/10/2019 [19:10]:
NATO Türkiyə və Suriya arasında sazişi dəyərlənidirməyə tələsmir
23/10/2019 [18:43]:
İtalyan deputatdan qalmaqallı hərəkət: Türk parlamentarilərin gətirdiyi şokoladı atdı... + VİDEO
23/10/2019 [18:10]:
Prezidentin növbəti islahatı burda olacaq – YAP-çı deputat
23/10/2019 [18:01]:
Məzahir Pənahova yeni müavin seçildi
23/10/2019 [17:58]:
Azərbaycan Prezidenti: "Kadr islahatları labüddür, bu, qaçılmazdır"
23/10/2019 [17:56]:
Ramiz Mehdiyev yeni iş yerinə belə gəldi -VİDEO
23/10/2019 [17:55]:
“Onlar rusların hesabına özlərini kişi hesab edir”
23/10/2019 [17:52]:
İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib - FOTO
23/10/2019 [17:47]:
“Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb
23/10/2019 [17:43]:
Məmmədyarov Məhəmməd Cavad Zəriflə görüşdü
23/10/2019 [17:42]:
Putinin vizit kartı 2 milyona satışa çıxarıldı - Foto
23/10/2019 [17:40]:
"Mən bilirəm, sizə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki..."
23/10/2019 [17:39]:
Ramiz Mehdiyevə yeni vəzifə həvalə edildi - AMEA-nın prezidenti seçildi...
23/10/2019 [17:37]:
Bu gecə Babək prospekti rənglənəcək
23/10/2019 [17:21]:
Avropada daha bir şəhər qondarma “erməni soyqırımı”nı tanıdı
23/10/2019 [17:06]:
Rövşən Rzayev İsveçrə səfiri ilə görüşdü
23/10/2019 [17:05]:
Türkiyə Suriyada əməliyyatları dayandırdı
23/10/2019 [17:04]:
Ölkə başçısı vəzifədən gedən Ramiz Mehdiyevi qəbul etdi - FOTOLAR
23/10/2019 [17:01]:
Prezidentdən Akif Əlizadə ilə bağlı – Sərəncam
23/10/2019 [16:58]:
“TIR”ın içindən 39 meyit çıxdı, sürücü həbs edildi- FOTOLAR
23/10/2019 [16:39]:
ADAU-nun tələbə evində Türkiyədən olan tələbələrlə görüş keçirilib
23/10/2019 [16:24]:
Prezidentdən növbəti dəyişiklik: TŞ-nin tərkibini dəyişdi
23/10/2019 [16:24]:
İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM
23/10/2019 [16:23]:
Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif etdi
23/10/2019 [16:22]:
İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi
23/10/2019 [16:16]:
Ombudsman nümayəndələri Tofiq Yaqublu ilə görüşdü
23/10/2019 [16:13]:
“Mikayıl Cabbarovun bu ağır işin öhdəsindən uğurla gələcəyinə inanıram”
23/10/2019 [16:10]:
İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - Foto
23/10/2019 [16:06]:
Rövşən Rzayev UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
23/10/2019 [15:41]:
Parlament binası yeməkxanada ətin yanması  səbəbindən təxliyə edildi...
23/10/2019 [15:39]:
ADPU-da “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib
23/10/2019 [15:38]:
Prezident Zahid İsayevi də vəzifəsindən azad etdi
23/10/2019 [15:37]:
Prezident Kərəm Həsənovu işdən çıxartdı
23/10/2019 [15:29]:
Ağ Evdə təşkil olunan iclası Trampa dua edərək başladılar- FOTOLAR
23/10/2019 [15:25]:
ADPU-nun nümayəndələri EQAC layihəsi çərçivəsində İsveçdə beynəlxalq təlimdə iştirak ediblər
23/10/2019 [15:24]:
Moskvada parlament binası  naməlum səbəbdən boşaldıldı...
23/10/2019 [15:24]:
Yeni İqtisadiyyat nazirinin DOSYESİ
23/10/2019 [15:21]:
“Suriyada sülhün təmin olunacağına ümid edirik...”- İrandan Soçi görüşü açıqlaması...
23/10/2019 [15:20]:
“YPG sərəddən çəkilməsə, türk ordusu tərəfindən məhv ediləcək...”- Kremldən xəbərdarlıq...
23/10/2019 [15:18]:
Prezident üç qurumu - 1 nazirliyi, 1 komitəni və 1 agentliyi ləğv etdi
23/10/2019 [15:17]:
67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə cavab verdi -“Bir az da klassikanı oxuyun"
23/10/2019 [15:09]:
Əhaliyə şad xəbər – Yaşayış minimumu və ehtiyac meyarı artırılır
23/10/2019 [15:05]:
İlham Əliyev yeni İqtisadiyyat naziri təyin etdi
23/10/2019 [15:04]:
Prezident Mikayıl Cabbarovu vəzifəsindən azad etdi
23/10/2019 [14:37]:
Keçmiş prezidentin və ailə üzvlərinin təminatı üçün gələn il nə qədər vəsait ayrılacaq?
23/10/2019 [14:30]:
“Çukur” serialı cərimələndi - SƏBƏB
23/10/2019 [14:29]:
KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq
23/10/2019 [14:27]:
Anar: "Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir”
23/10/2019 [14:25]:
Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq - Tarix açıqlandı
23/10/2019 [14:23]:
Pentaqon rəhbəri İraqa elan olunmamış səfər edib
23/10/2019 [14:20]:
“Sağlam münasibətlər və sağlam kadrlar olsa, onda hər şey yaxşı olacaq...”
23/10/2019 [14:19]:
İngiltərədə tükürpədici hadisə: "Yük maşınından 39 nəfərin meyiti tapıldı"
23/10/2019 [14:12]:
"İranın məscidlərin yerində donuzxanalar yaratmış bir ölkə ilə əməkdaşlığına etirazımı bildirmişəm”
23/10/2019 [13:51]:
Ramos Çempionlar Liqasının tarixinə düşdü
23/10/2019 [13:48]:
Parlament seçkilərinin keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb
23/10/2019 [13:41]:
Həmid Herisçi "Space"i "İtlər vadisi" adlandırdı - "İtlərlə bir dam altda qalanlardan deyiləm"
Bütün arxiv bir sırada
18/09/2019 [13:59] - Siyasət - ( 959 dəfə baxılıb)

İğdırdan Ermənistana və havadarlarına Qarabağ xəbərdarlığı - FOTOLAR



İğdır valisi Ənvər Ünlü: “Türkiyənin bu məsələdə mövqeyi qətidir, konkretdir: Qarabağ Azərbaycan torpağıdır!”; Hulusi Kılıç: “Bakı üçün, Qarabağ üçün mən də canımı verməyə hazıram”

Türkiyənin İğdır şəhərindəki mədəniyyət sarayında 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad olunmasının 101-ci ildönümü münasibətilə konfrans keçirildi. Rəsmi şəxslər, o cümlədən İğdır vilayətinin valisi Ənvər Ünlünün, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın, Türkiyənin yerli ictimaiyyətin tanınmış nümayəndələrinin, QHT və KİV təmsilçilərinin qatıldıqları möhtəşəm tədbir Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın ideyası əsasında  İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi əsasında təşkil olunmuşdu.

Aparıcı tədbir iştirakçılarını salamladıqdan sonra şəhidlər sayğı duruşu ilə yad edildi. Türkiyənin İstiqlal marşı və Azərbaycanın dövlət himni Azərbaycan və Türkiyədən gəlmiş qonaqlar, həmçinin zaldakı iğdırlı gənclər tərəfindən şövqlə oxundu. Bunun ardınca bütün Türk şəhidlərinin ruhuna Qurani Kərimdən ayələr oxundu.

Tədbirin təşkilatçısı, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar çıxışı zamanı Türkiyə-Azərbaycan qardaşlığından, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun keçdiyi şərəfli yoldan bəhs etdi. “Türkiyədən sonra ən böyük Türk şəhidliyi Azərbaycandadır” deyən Ziya bəy torpaqlarımız uğrunda canından keçən qəhrəman oğullara rəhmət dilədi.

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev tədbirə qatılan İğdır valisini, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıcı, digər qonaqları və iştirakçıları salamladıqdan sonra Bakının işğaldan azad olunması ilə bağlı ard-arda iki gözəl tədbirin reallaşmasında mühüm rol oynayanlara və adları çəkilən şəxslərə təşəkkür etdi. “Dünənki birlik-bərabərliyimizi göstərən yürüş, yan-yana olan bayraqlarımız, bu gün bir araya gəlməyimiz iki dövlətin, amma bir millətin bir yerdə olmasının bir daha təsdiqidir”, - deyən baş konsul çıxşında Təkaltı dağından Ermənistana verilən mesajlara diqqət çəkdi. Diplomat Azərbaycanın da Çanaqqala uğrunda döyüşlərdə şəhidlər verdiyini xatırladaraq bildirdi ki, iki qardaş ölkə birgə şəhidlər verib, gərəkərsə, bundan sonra da şəhidləri olacaq: “Vətənin o başı, bu başı olmaz. Vətənimiz başlayır İstanbulda, bitir Bakıda! Təbii ki, Türk dünyası çlox genişdir, İstanbuldan Bakıya qədər deyil”. Baş konsulun bu sözləri sürəkli alqışlarla qarşılandı. “Bakının azadlığı əslində bütün Türk dünyasının işğaldan azad olunması idi. Bakı işğalda qalsa, bu gün Türkiyə nə qədər güclü olsa da, rahat nəfəs ala bilməzdi, biz buna əminik”, baş konsul əlavə etdi.

Tədbirə aparıcılıq edən xanım Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini söylədi və zalda coşqulu anlar yaşandı.

İğdır valisi Ənvər Ünlü hamını Azərbaycan paytaxtının qurtuluşunun 101-ci ildönümü münasibətilə təbrik etdi, dəvəti qəbul edib proqrama qatılanlara təşəkkürünü bildirdi. “15 sentyabr Türk dünyasın göz bəbəyi, müsəlman türk kəndi Bakının işğaldan azad olunmasının 101-ci ildönümüdür. Azərbaycanın istiqlalı, azadlığı üçün həlak olan bütün şəhidlərimizi sayğı ilə anırıq. Onlar fədakarlıqları və cəsarətləri ilə geridə qürurla anlatılacaq şanlı bir dastan buraxaraq Türkiyə və Azərbaycanın əbədi qardaşlığının simvolları oldular. Türkiyə və Azərbaycan keçmişi, mədəniyyəti, dili, dini bir iki qardaş ölkədir. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin ifadəsi ilə desək, Azərbaycan və Türkiyə iki dövlət, tək millətdir. Qazi Mustafa Kamal Atatürkün ifadəsilə desək, Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir. Azərbaycanın qüruru bizim qürurumuz, dərdi, sıxıntısı bizim də dərdimiz, sıxıntımızdır. Azərbaycan ağlarsa, biz də ağlarıq, Azərbaycan gülərsə, biz də gülərik”.

Valinin çıxışı dəfələrlə sürəkli alqışlarla kəsildi. “Azərbaycanın ən böyük milli məsələsi olan Qarabağ problemi bizimçün də milli məsələdir. Eyni həssaslıqla Qarabağın Azərbaycan torpağı olduğu bütün beynəlxalq təşkilatlar çərçivəsində Türkiyə tərəfindən də israrla dilə gətirilməkdədir”,- vali əlavə etdi. Ənvər Ünlü bəyan etdi ki, Türkiyənin bu məsələdə mövqeyi qətidir, konkretdir: "Qarabağ Azərbaycan Respublikasının torpağıdır!”

Vali böyük Əhməd Cavadın Türkiyə sevgisindən bəhs edən “Salam Türkün bayrağına” şeirindən bir bəndi söylədi. Ardınca isə istiqlal şairi Mehmet Akifin “Mən əzəldən bəridir hürr yaşadım, hürr yaşarım” şeirini səsləndirdi və alqış sədaları zalı bürüdü. Vali bildirdi ki, Çanaqqaladan Bakıyadək Vətən torpaqlarını qanı ilə suvaran qəhrəmanlar heç zaman unudulmayacaq. Yekunda natiq 19 sentyabr Qazilər günü münasibətilə bütün qazilərə təbrik ünvanladı.

BDU-nun Tarix fakültəsinin dosenti Arzu Məmmədova “Bakıdan, sizə çoxlu salam gətirmişik” deyərək çıxışa başladı. Tarixçi alim xronoji ardıcıllıqla Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan dövr haqqında konfrans iştirakçılarını məlumatlandırdı. A.Məmmədova 1813-1828-ci illər, tarixi Azərbaycan torpaqlarının iki imperiya arasında bölüşdürülməsindən başlamış, sonrakı dövrlərə qədər baş verən faciələrimiz barədə danışdı. Dedi ki, o zaman Dərbəddən başlamış, Həmədanadək 20-dən çox, xanlıq adlanan dövlət var idi. Azərbaycan Xalq Cümhuriyyəti, Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə desək, “Yoxdan var olmuş bir dövlət oldu”. Xanım tarixçi tədbirin keçirildiyi 17 sentyabra diqqət çəkərək əlavə etdi ki, Azərbaycan hökuməti məhz həmin gün Gəncədən Bakıya köçüb: “Bu tarixdə həmin hadisələrdən bəhz etmək olduqca önəmlidir, qürurludur”.

AMEA-nın Tarix İnstitutunun əməkdaşı, dosent İlqar Niftəliyev isə çıxışında dedi ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqilliyə nail olan nadir xalqlardan biridir. “70 il sovetlər imperiyasının tərkibində olduğumuz zaman bizə Cümhuriyyət tarixini öyrənməyi qadağan etmişdilər. Bu tarix bizimçün yasaqlanmışdı. Ancaq 1991-ci ildən sonra, Azərbaycan yenidən öz müstəqilliyini bərpa edəndən sonra biz bu tariximizi öyrənməyə başladıq. Sevindirici haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş tədbirlər təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilir”, - İ.Niftəliyev dedi.

Tarixçi alim Bakınınn işğaldan azad olunmasından bəhs edərkən dedi ki, o zaman ordusu olmayan hökumətin əsas hədəfi bu şəhəri azad etmək idi. İ.Niftəliyev bir tarixi sənəddən bəhs etdi. Bu sənəd AXC Milli Şurasının sədri M.Ə.Rəsulzadənin Türk qoşununun Azərbaycana köməyə gəlməsi istəyi ilə apardığı çalışmalar barədəydi. M.Ə.Rəsulzadənin 12 sentyabrda, Almaniya hökumətinin başçısına göndərdiyi etiraz məktubunda yazırdı: “Bakı Azərbaycan üçün təkcə adi bir şəhər deyil. Bakı Azərbaycan üçün ölüm-dirim məsələsidir”.

Alim dedi ki, qardaş Türkiyənin Azərbaycan ordusunun yaranmasında çox böyük yardımı olub: “Hələ 1918-ci ilin yanvarında, Gəncədə fəaliyyət göstərən Milli Komitənin üzvü Namı bəy Şıxzamanlı İstanbula göndərilmişdi. Onun qarşısına belə bir vəzifə qoyulmuşdu ki: Osmanlı hökumətinə bildirmək ki, bədən başsız mövcud ola bilməz, biz müstəqil olmaq istəyirik və bu müstəqillik yolunda bizə yardım etmək lazımdır. 1918-ci ilin 2 martında Şeyxzamanlı İstanbula çatır, orada Tələt paşa, Ənvər paşa, Osmanlı dövlətinin xarici işlər nazir Xəlil Müntəşi ilə görüşlərdən sonra Osmanlı hökuməti Azərbaycana yardım göstərilməsinə qərar verir. O vaxt xüsusi bir komissiya yaradılır və onun rəhbəri 29 yaşlı Nuru paşa olur. Onun qarşısına Qafqaz İslam Ordusunu təşkil etmək vəzifəsi qoyulur. Nuru paşa Mosula gəlir, oradan 149 türk zabiti və 488 əsgərdən ibarət bir heyət toplayaraq, Gəncəyə yol alır. 1918-ci ilin 25 mayında Gəncəyə gəlir. M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində yazır ki, Nuru paşanın Gəncəyə gəlməsi göydən mələklərin yerə enməsinə bənzəyirdi. Məhz bundan sonra Bakının qurtuluş hərəkatı başlayır və 1918-ci il, 15 sentyabrda Bakı azad edilir. Qafqaz İslam Ordusu təxminən 11 min nəfərdən ibarət idi. Onun tən yarısı Azərbaycan Milli Ordusunun hissələrindən ibarət idi”.

Alim daha sonra dedi ki, şəhidlərin ruhları Qarabağı azad etdiyimiz zaman azad olacaq: “Mən inanıram ki, Türkiyə-Azərbaycan birliyi son nəticədə Qarabağın da qurtuluşuna gətirib çıxaracaq” .

Konfransda Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıça söz verilməzdən öncə, Türkiyə-Azərbaycan sevdalı diplomatın keçdiyi yolla bağlı iştirakçılar məlumatlandırıldı.

Hulusi bəy İğdırın tarixi bir gün yaşadığını söylədi: “Bu gün çox-önəmlidir və bu günü hörmətli valimizin sayəsində yaşayırıq. Hörmətli valimiz dəstək olmasaydı, bu günü yaşaya bilməzdik. Həmçinin Qars baş konsulumuza, Ankaradakı böyük elçimizə, Xəzər qardaşıma (Xəzər İbrahim-E.P.) çox təşəkkür edirəm, onlar çox böyük dəstək verdilər”. Daha sonra dəyərli Hulusi bəy “bu qığılcımı yapan, Elşad qardaşım var, qəzetəçi, orda oturur, ona da təşəkkür etmək istəyirəm”, deyərək, bu, möhtəşəm tədbirin ərsəyə gəlməsinə işarə vuraraq, “Yeni Müsavat” əməkdaşına əsl sürpriz etdi.

"15 sentyabr Türk dünyasının mərkəzi Bakının işğaldan qurtuluşunun, 15 iyul da Türk dünyasının FETÖ-dan qurtuluşunun ildönümüdür", deyə, Hulusi Kılıç nitqinə əlavə etdi, sürəkli alqışlandı.

H.Kılıç ötən əsrin əvvəllərində yaşanan tarixi hadisələr haqda məruzə edərkən ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışaraq dedi ki, çar Rusiyası dönəmində heş bir azərbaycanlı hərbi xidmətə aparılmadığı halda, ermənilər və gürcülər orduya çağrılırdı: “İndi düşünün, bir savaş başlamış, hərbi bilməyən insanlar nə edə bilərdi?” Diplomat dedi ki, Qafqaz İslam Ordusu Azərbaycan könüllüləri ilə birlikdə böyüdü, düşməni darmadağın etdi. H.Kılıç dedi ki, Osmanlı dövləti 7 cəbhədə döyüşsə də, Azərbaycanı xilas əməliyyatından vaz keçmədi. Hulusi bəy Azərbaycanda məşhur olan “Lalələr” mahnısının da məhz Qafqaz İslam Ordusunun gəlişi ilə əlaqədar yarandığını söylədi: “Yazın ortasında, Gəncə çölündə, Çıxıbdır yenə də düzə lalələr”. (Mahnın belə misraları da var: "Nə vaxtdır Bakının gözü yoldadır, bir qonaq gələsiz bizə, lalələr" -  "YM").

Hulusi Kılıç dedi ki, Azərbaycanı xilas əməliyyatında minlərlə qardaşımız şəhid oldu və 15 sentyabrda Bakı qurtuldu. Azərbaycana könüldən bağlı olan sabiq səfir dedi ki, onun nəzərincə Bakı bir İstanbuldur: “İstanbul Türk və İslamın mərkəzidir. Amma Bakı türklüyün, Türk dünyasının mərkəzidir. Astana ilə Bakı arası nə qədərdirsə, Bakı ilə İstanbul arası o qədərdir”. Ardınca diplomat Azərbaycanın müstəqilliyini ilk dəfə Türkiyənin tanıdığını vurğuladı. “Qarabağ uğrunda da savaşdıq, bunu hər kəs bilir. Dağlıq Qarabağ problemi bizim öz problemimizdir. O torpaqlar bizim torpaqlarımızdır. 1 milyondan çox qaçqın-köçkün pərişan halda yaşamaqdadır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Oranı azad etməyə Azərbaycanın gücü var, amma məsələni barış yolu ilə həll etmək istəyir”, - H.Kılıç bildirdi.

Sabiq səfir Azərbaycandan Türkiyəyə uzanan nəhəng layihələrdən bəhs etdi, həmçinin Azərbaycanın Türkiyəyə qoyduğu yatırımlardan danışdı. “Bunlar dəmir borularla bağlılıqdır, amma bizi əsl bağlayan davarlarımızdakı qandır”, - deyən H.Kılıçın sözləri coşqu ilə və sürəkli alqışlarla qarşılandı. Diplomat hazırda Türkiyə və Azərbaycan arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu söylədi. Hulusi bəy Türkiyə və Azərbaycanın Türk dünyasında önəmindən bəhs edərkən “Naxçıvan Türk dünyasının köşə daşıdır. Orada Türk konseyinin təməlləri atılıb” söylədi və İğdırdan bir neçə kilometrlik Ermənistana, onun havadarlarına mühüm mesajını verdi. “Bakı üçün, Qarabağ üçün mən də canımı verməyə hazıram. Nə zaman istərlərsə, savaşlara gedərəm”, - söyləyən diplomat bu fikirləri ilə zalı daha da coşdurdu.

Tədbirin sonunda valilik adından belə möhtəşəm konfransın gerçələşməsi üçün əmək sərf edən şəxslərə Türk şəhidliyini simvolizə edən xatirə hədiyyəsi təqdim olundu. Azərbaycan və Türkiyə üçün həssas bölgə olan, Ermənistanla həmsərhəd, eyni zamanda Azərbaycana Naxçıvandan açılan qapı rolunu oynayan İğdırda Bakı-Ankara qardaşlığına həsr olunan, dostlar üçün şad, düşmənlər üçün bəd mesajlarla zəngin olan tədbir başa çatdı.

Tədbirin gedişində jurnalist həmkarımz Sabir Şahtaxtlının müəllifi olduğu, Qarabağ faciələrindən, ermənilərin böyük yalanlarından bəhs edən, türkcəyə çevrilmiş kitabları - “Sözde “Büyük Ermenistan”: olgular ve kanıtlar” və “Soykırımdan Hocaliya” kitabları təqdim edildi.

Bu yerdə xatırladaq ki, sentyabrın 16-da İğdır bölgəsindəki Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçirildi. Yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adı verilən zirvəyə qaldırdılar. Onu da xatırladaq ki, Tuzluca rayonundan Təkaltı dağına gedən yol Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır. Bu faktın özü əslində çox şey deyir. Yeri gəlmişkən, illərdir “Türkiyə və Azərbaycanın səfiri” adını daşıyan dəyərli Hulusi Kılıç Ermənistana yaxın məsafədə olan Təkaltı dağına yürüşün hər il, Bakının azadlığı günündə keçiriləcəyini bildirdi. (musavat.com)

loading...
loading...
Qadının şirini tez xarab olur, əzilir və səni tez tərk edir...
Malaziyada siçan yeyən meymunlar tapıldı - MARAQLI
Ölən nişanlısının cəsədi ilə evləndi - MARAQLI
Ramiz Mehdiyev yeni iş yerinə belə gəldi -VİDEO
Ramiz Mehdiyevə yeni vəzifə həvalə edildi - AMEA-nın prezidenti seçildi...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Ramiz Mehdiyevin AMEA-nın prezidenti kimi ilk FOTOSU
Siyasət
Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi: "Hətta Ankaraya kömək etməyə hazırıq"
Dünya
Ərdoğandan xəritəni qapatmasını xahiş edən Putinə maraqlı cavab: “Nə qədər işlədiyimizi görsünlər...”
Dünya
İtalyan deputatdan qalmaqallı hərəkət: Türk parlamentarilərin gətirdiyi şokoladı atdı... + VİDEO
Gündəm
“Onlar rusların hesabına özlərini kişi hesab edir”
Həftənin ən çox oxunanları
Bəylər Əyyubovun müavininin istefaya göndərilmə səbəbi: Güvən problemi, yoxsa ...?
“Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim...” - VİDEO
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
Rusiyalı ekspert: “Türkiyə real döyüşlərdə Yaxın Şərqin istənilən ordusunu boğar”
120 saatın bitməsinə az qalmış ABŞ-dan qalmaqallı addım -FOTOLAR
“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”
Prezidentdən "Qordi düyünü" ilə bağlı tapşırıq: "Yaxın günlərdə problem çözüləcək..."
“Bu adam nə qədər şərəfsiz, ləyaqətsizdir ki... - Xalq artistindən əməkdar artistə şok ittiham
Xəstələnmisənsə, yatanda bunu dabanına çək, keçib gedəcək - Rus hərbi həkimindən SİRR...
Aylardır yoxa çıxan cazibədar modelin meyiti tapıldı - FOTOLAR
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247