Xəbər lenti
24/10/2019 [06:56]:
Bu 3 nişanəsi olana müəllim və alim demək olar...
24/10/2019 [01:18]:
"Vəzifələrimiz çoxdur, məqsədimiz isə birdir – etimadı və ümidləri doğrultmaq..."
24/10/2019 [00:55]:
“Ramiz müəllim elmi karyeranın kabinet rahatlığına sığınan alimlərdən olmayıb..."
24/10/2019 [00:19]:
Bir Millətin iki dövlətinin diplomatı: "Sonunadək Azərbaycan sevdalısı olacam..."
24/10/2019 [00:16]:
Ramiz Mehdiyevin AMEA-nın prezidenti kimi ilk FOTOSU
23/10/2019 [23:27]:
"Türkiyə bu məsələdə oyun pozan bir dövlət kimi dünyaya dərs verdi..." - Politoloq
23/10/2019 [23:23]:
Prezident Qarabağ qazisinə ev verdi
23/10/2019 [23:19]:
"Türkiyə bundan sonra da Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqq işini müdafiə edəcək"
23/10/2019 [23:19]:
“Röya, Tünzalə və Mir Yusifin “Xalq artisti” adı almasının günahkarı xalqın özüdür”
23/10/2019 [22:54]:
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib
23/10/2019 [22:27]:
Putinin vizit kartı yüksək məbləğdə satışa çıxarıldı - FOTO
23/10/2019 [22:10]:
Qadının şirini tez xarab olur, əzilir və səni tez tərk edir...
23/10/2019 [22:07]:
Malaziyada siçan yeyən meymunlar tapıldı - MARAQLI
23/10/2019 [21:55]:
"Heç bir məqaləmi oxumayan Əlisa Nicat məni I Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayır"
23/10/2019 [21:48]:
"Prezident bu sərəncamlarla cəmiyyəti əmin edir ki, onun sözü imzası qədər mötəbərdir"
23/10/2019 [21:35]:
Nəzarətdən çıxan avtomobil piyadaların üstünə aşdı - QORXUNC... + VİDEO
23/10/2019 [21:12]:
ADPU-da "Nəsimi: kim idi, yeni tədqiqatlar: nə əslində necədir" adlı elmi seminar
23/10/2019 [20:54]:
Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi: "Hətta Ankaraya kömək etməyə hazırıq"
23/10/2019 [20:50]:
İlham Əliyevdən Ramiz Mehdiyevə: "Artıq yaşınız səksəni keçib və deyirdiniz ki, gərək gəncləri irəli çəkək"
23/10/2019 [20:46]:
Elmar Məmmədyarov: "Fələstin xalqının yanındayıq"
23/10/2019 [19:33]:
Ərdoğandan xəritəni qapatmasını xahiş edən Putinə maraqlı cavab: “Nə qədər işlədiyimizi görsünlər...”
23/10/2019 [19:30]:
“Qapını çırpıb gedə bilmir": "Putin səhərdən axşama kimi varisi düşünür..."
23/10/2019 [19:26]:
Parisdə erməni məktəbi darmadağın edildi -FOTO
23/10/2019 [19:17]:
“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”
23/10/2019 [19:14]:
Ölən nişanlısının cəsədi ilə evləndi - MARAQLI
23/10/2019 [19:10]:
NATO Türkiyə və Suriya arasında sazişi dəyərlənidirməyə tələsmir
23/10/2019 [18:43]:
İtalyan deputatdan qalmaqallı hərəkət: Türk parlamentarilərin gətirdiyi şokoladı atdı... + VİDEO
23/10/2019 [18:10]:
Prezidentin növbəti islahatı burda olacaq – YAP-çı deputat
23/10/2019 [18:01]:
Məzahir Pənahova yeni müavin seçildi
23/10/2019 [17:58]:
Azərbaycan Prezidenti: "Kadr islahatları labüddür, bu, qaçılmazdır"
23/10/2019 [17:56]:
Ramiz Mehdiyev yeni iş yerinə belə gəldi -VİDEO
23/10/2019 [17:55]:
“Onlar rusların hesabına özlərini kişi hesab edir”
23/10/2019 [17:52]:
İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib - FOTO
23/10/2019 [17:47]:
“Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb
23/10/2019 [17:43]:
Məmmədyarov Məhəmməd Cavad Zəriflə görüşdü
23/10/2019 [17:42]:
Putinin vizit kartı 2 milyona satışa çıxarıldı - Foto
23/10/2019 [17:40]:
"Mən bilirəm, sizə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki..."
23/10/2019 [17:39]:
Ramiz Mehdiyevə yeni vəzifə həvalə edildi - AMEA-nın prezidenti seçildi...
23/10/2019 [17:37]:
Bu gecə Babək prospekti rənglənəcək
23/10/2019 [17:21]:
Avropada daha bir şəhər qondarma “erməni soyqırımı”nı tanıdı
23/10/2019 [17:06]:
Rövşən Rzayev İsveçrə səfiri ilə görüşdü
23/10/2019 [17:05]:
Türkiyə Suriyada əməliyyatları dayandırdı
23/10/2019 [17:04]:
Ölkə başçısı vəzifədən gedən Ramiz Mehdiyevi qəbul etdi - FOTOLAR
23/10/2019 [17:01]:
Prezidentdən Akif Əlizadə ilə bağlı – Sərəncam
23/10/2019 [16:58]:
“TIR”ın içindən 39 meyit çıxdı, sürücü həbs edildi- FOTOLAR
23/10/2019 [16:39]:
ADAU-nun tələbə evində Türkiyədən olan tələbələrlə görüş keçirilib
23/10/2019 [16:24]:
Prezidentdən növbəti dəyişiklik: TŞ-nin tərkibini dəyişdi
23/10/2019 [16:24]:
İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM
23/10/2019 [16:23]:
Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif etdi
23/10/2019 [16:22]:
İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi
23/10/2019 [16:16]:
Ombudsman nümayəndələri Tofiq Yaqublu ilə görüşdü
23/10/2019 [16:13]:
“Mikayıl Cabbarovun bu ağır işin öhdəsindən uğurla gələcəyinə inanıram”
23/10/2019 [16:10]:
İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - Foto
23/10/2019 [16:06]:
Rövşən Rzayev UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
23/10/2019 [15:41]:
Parlament binası yeməkxanada ətin yanması  səbəbindən təxliyə edildi...
23/10/2019 [15:39]:
ADPU-da “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib
23/10/2019 [15:38]:
Prezident Zahid İsayevi də vəzifəsindən azad etdi
23/10/2019 [15:37]:
Prezident Kərəm Həsənovu işdən çıxartdı
23/10/2019 [15:29]:
Ağ Evdə təşkil olunan iclası Trampa dua edərək başladılar- FOTOLAR
23/10/2019 [15:25]:
ADPU-nun nümayəndələri EQAC layihəsi çərçivəsində İsveçdə beynəlxalq təlimdə iştirak ediblər
23/10/2019 [15:24]:
Moskvada parlament binası  naməlum səbəbdən boşaldıldı...
23/10/2019 [15:24]:
Yeni İqtisadiyyat nazirinin DOSYESİ
23/10/2019 [15:21]:
“Suriyada sülhün təmin olunacağına ümid edirik...”- İrandan Soçi görüşü açıqlaması...
23/10/2019 [15:20]:
“YPG sərəddən çəkilməsə, türk ordusu tərəfindən məhv ediləcək...”- Kremldən xəbərdarlıq...
23/10/2019 [15:18]:
Prezident üç qurumu - 1 nazirliyi, 1 komitəni və 1 agentliyi ləğv etdi
23/10/2019 [15:17]:
67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə cavab verdi -“Bir az da klassikanı oxuyun"
23/10/2019 [15:09]:
Əhaliyə şad xəbər – Yaşayış minimumu və ehtiyac meyarı artırılır
23/10/2019 [15:05]:
İlham Əliyev yeni İqtisadiyyat naziri təyin etdi
23/10/2019 [15:04]:
Prezident Mikayıl Cabbarovu vəzifəsindən azad etdi
23/10/2019 [14:37]:
Keçmiş prezidentin və ailə üzvlərinin təminatı üçün gələn il nə qədər vəsait ayrılacaq?
23/10/2019 [14:30]:
“Çukur” serialı cərimələndi - SƏBƏB
23/10/2019 [14:29]:
KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq
23/10/2019 [14:27]:
Anar: "Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir”
23/10/2019 [14:25]:
Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq - Tarix açıqlandı
23/10/2019 [14:23]:
Pentaqon rəhbəri İraqa elan olunmamış səfər edib
23/10/2019 [14:20]:
“Sağlam münasibətlər və sağlam kadrlar olsa, onda hər şey yaxşı olacaq...”
23/10/2019 [14:19]:
İngiltərədə tükürpədici hadisə: "Yük maşınından 39 nəfərin meyiti tapıldı"
23/10/2019 [14:12]:
"İranın məscidlərin yerində donuzxanalar yaratmış bir ölkə ilə əməkdaşlığına etirazımı bildirmişəm”
23/10/2019 [13:51]:
Ramos Çempionlar Liqasının tarixinə düşdü
23/10/2019 [13:48]:
Parlament seçkilərinin keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb
Bütün arxiv bir sırada
18/09/2019 [14:28] - Cəmiyyət - ( 917 dəfə baxılıb)

"Allah bu bəndəsindən insanlığa aid heç bir şeyi əsirgəməyib"



Nizami Cəfərov. Bu ad-soyadı eşidən sadə insan da, elm, incəsənət, mədəniyyət adamları da, siyasətçilər, ictimaiyyət nümayəndələri də fikirləşmədən akademik Nizami Cəfərovu düşünürlər. Biri deyir gözəl dilçi alimdir, ədəbiyyatşünasdır, digəri isə onun həm də bişmiş siyasətçi, milli mədəniyyətimizin, incəsənətimizin, dilimizin inkişafının, qorunub saxlanmasının, zənginləşməsinin dayağı adlandırırlar. 
Həqiqətdə isə, bir çox xalq yazıçı və şairlərimizin, tanınmış alimlərin, möhtərəm söz və qələm sahiblərinin Nizami Cəfərov barəsində, onun yaradıcılığı haqqında söylədikləri fikirlərə əsaslanaraq və özümüzün qənaətinə görə hörmətli akademikimizi ana dilimizin korifeyi adlandırsaq heç də yanılmarıq. 
Filologiya elmləri doktoru, akademik Nizami Cəfərov fenomen insandır, fitri istedada malik alimdir, işıqlı ziyalıdır, mənəviyyat sahibidir. Allah bu bəndəsindən insanlığa aid heç bir şeyi əsirgəməyib. Müsbət aura, səmimiyyət, sadəlik təcəssümüdür. 
Nizami müəllimin yaradıcılığı ilə hələ tələbəlik illərindən – Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyarkən tanış idim. Onun türkologiyaya, ümumiyyətlə, dilçiliyə aid məqalələrini maraqla oxuyur, faydalanırdım. Həmin dövrdən Nizami Cəfərovun elmi yaradıcılığını izləyir, çoxsaylı kitab və monoqrafiyalarını, məqalələrini daim nəzərdən keçirir, onlardan elmi mənbə kimi istifadə edirəm. 
Akademik Nizami Cəfərovla əyani tanışlığım isə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda aspiranturada oxuyarkən olmuşdur. İnstitutun keçirdiyi tədbirdə iştirak edən Nizami müəllim o vaxt gənclərlə söhbəti zamanı vurğuladı ki, o da Universiteti bitirdikdən sonra bir müddət Dilçilik İnstitutunda işləmişdir. Sonra üç il “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında şöbə müdiri vəzifəsində çalışmışdır. 1991-ci ildən isə fəaliyyətini Bakı Dövlət Universitetinə bağlamışdır. 
Akademik Nizami Cəfərov müsbət auralı insan olduğu kimi, həm də çox yüksək səviyyəli alimdir, görkəmli türkoloq, dilşünas, ədəbiyyatşünas, tənqidçidir, eyni zamanda ideoloq və siyasət adamıdır. Bəli, işıqlı təfəkkürə malik professor Nizami Cəfərov gənc yaşlarından bəri bütün fəaliyyətini elmi yaradıcılığa, ictimai işlərə, milli mədəniyyətimizə həsr edib. 
Nizami Cəfərovun ömürnaməsinə nəzər saldıqda onun elmin zirvələrinə pillə-pillə ucaldığının, dilçiliyin müxtəlif sahələrinə nüfuz etməsinin və hər bir mövzunun ətraflı, dərindən təhlil edilməsində, araşdırılmasında yeniliklərin şahidi oluruq. 
Akademik Nizami Cəfərov qızıl payız adlanan fəslin başladığı ilk gündə - sentyabr ayının 21-də anadan olmuşdur. Ağstafa rayonunun Zəlimxan kəndində dünyaya göz açan, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirən Nizami Cəfərovun hər bir əsəri də elmimiz, xalqımız üçün qızıldan qiymətli mənbədir. Alimin yaradıcılığı, tədqiqatları təkcə Azərbaycan dili və Azərbaycan ədəbiyyatı tarixinə, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın inkişaf tarixinə, ümumi türkologiyaya, türk xalqları ədəbiyyatı tarixinə həsr edilməmişdir. O, eyni zamanda ana dilimizə, mədəniyyətimizə böyük qayğı göstərmiş Ümummilli Liderimiz Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin fəaliyyətlərinin bu istiqamətinə, müasir ədəbi proseslə bağlı problemlərə, ayrı-ayrı yazıçı və şairlərin, dilçilərimizin yaradıcılıqlarına nüfuz etmiş, əsərlər ərsəyə gətirmişdir. Burada alimin “Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir”, Dəyanət Osmanlı ilə birlikdə yazdığı “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə”, “İlham Əliyev (portret cizgiləri)”, “Füzulidən Vaqifə qədər”, “Bəxtiyar Vahabzadə”, “Anar”, “Möhsün Nağısoylu”, “Afaq Məsud”, “Elçin: yazıçının yaradıcılıq yolu”, “Mir Cəlalın milli ideyaları” kitablarını qeyd etmək yerinə düşər. 
Akademik Nizami Cəfərov ümumiyyətlə, 500-dən çox elmi əsərin, monoqrafiya və kitabın müəllifidir. Onun kitab və kiçik həcmli məqalələrində belə dərin təhlil, ümumiləşdirmələr, yeniliklər var. Təkcə müəllifin kitablarının adları ilə tanışlıq zamanı alimin yaradıcılığının nə qədər çoxşaxəli olduğunu görürsən. 
Akademikin bir neçə monoqrafiya və kitablarını diqqətə çatdırmağı vacib saydıq: “Türk dünyası: xaos və kosmos”, “Genezisdən tipologiyaya”, “Azərbaycanşünaslıq məsələləri”, “Azərbaycanşünaslığa giriş”, “Klassiklərdən müasirlərə”, “Qədim türk ədəbiyyatı”, “Seçilmiş əsərləri (5 cilddə)”, “Tarixin müasirliyi və müasirliyin tarixi”, “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, “Türk xalqları ədəbiyyatı (4 cilddə)”, “Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları”, “Türkologiyaya giriş” və s. 
Bunlar Nizami Cəfərovun qələm məhsulunun, təfəkkürünün cüzi bir hissəsidir. Onun yaradıcılığı, məlum olduğu kimi, zəngindir. Bu zənginlik, bu çoxşaxəlilik yalnız dilçi alimləri, ədəbiyyatşünasları deyil, həm də müxtəlif sahələrin mütəxəssislərini cəlb edir. Buna görə də akademik Nizami Cəfərovun həmkarları, çoxsaylı ictimaiyyət nümayəndələri, ziyalılar onun yaradıcılığına həmişə nüfuz etməyə səy göstərirlər. Bunu görkəmli alimin haqqında kütləvi informasiya vasitələrində - qəzet və jurnallarda dərc edilən ciddi yazılardan da açıq-aydın görmək olur. Müəlliflər (onların içərisində xalq yazıçıları da, akademiklər də, adi ziyalı da var) onun yaradıcılığının bütün istiqamətlərini geniş təhlil edir, xalqımıza yüksək səviyyədə çatdırmağa səy göstərirlər. Nizami Cəfərovun özünü isə olduğu kimi - bütöv şəxsiyyət kimi təqdim edirlər. 
Bəli, Nizami Cəfərovun sadəliyi, səmimiliyi, elmiliyi, müsbət aurası, natiqliyi, necə deyərlər, ağır taxtalı olması, xeyirxahlığı onun bütövlüyündə cəmlənmiş, vəhdət təşkil edir. Onu dinləyən hər kəs bu elm xadiminin natiqliyinə məftun olur. Akademik Nizami Cəfərov televiziyada veriliş apararkən adam ekrandan uzaqlaşmır. Həm onun verilişlərinin məzmunlu olması, həm aydın diksiyası adamı valeh edir. Onun rəvan, axıcı danışığına, intellektli, məzmunlu çıxışına qulaq asanda yeniyetmə yaşlarında sahillərində əyləndiyi, sularında üzməyi öyrəndiyi Ana Kürün dərinliyini, sakit, səssiz axımını xatırlayırsan. Tanrı bu istedadı, bu vergini, bu xoşbəxtliyi hər kəsə qismət etmir. 
Böyük türkoloq alim, ana dilimizin incəliklərinə, milli mədəniyyətimizin, tariximizin dərin köklərinə varan, onları lay-lay araşdıran, yeni-yeni qatlar üzə çıxaran Nizami Cəfərov Allahın ona bəxş etdiyi bu qisməti-istedadı öz xeyirxahlığı ilə xalqımıza sərf edir. 
Akademik Nizami Cəfərov təmənnasız insandır. Yüksək enerjili, yorulmaq bilməyən, fədakar tədqiqatçı alimdir. Öz yaradıcılıq işləri, siyasi-ictimai, pedaqoji fəaliyyəti, müəyyən kollektivə rəhbərlik etməsi, müxtəlif elmi qurumlarda (Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şura, Azərbaycan Respublikası Prezidenti yanında Al Attestasiya Komissiyasının Dilçilik üzrə ixtisaslaşdırılmış Doktorluq şurası, Azərbaycan Respublikası Milli Məclisinin deputatı) üzv və sədr kimi fəal iştirak etməsi ilə yanaşı, həmkarlarının yaradıcılığını da daim izləyir, öz münasibətini bildirir, mətbuat səhifələrində geniş fikir söyləyir. Bir sözlə, o ziyalılarımızın (istər ədəbi mühitin, istərsə də elm sahəsinin nümayəndəsi olsun) yaradıcılığından yan keçmir. Vəzifəsindən, titulundan asılı olmayaraq yaradıcılığında müsbət qayə, işıqlı məqam olan insanların fəaliyyətlərinə nüfuz edir, barələrində geniş məqalələr yazır, öz dəyərli fikirlərini bildirir. Biz bunu onun dövri mətbuatda, demək olar ki, hər həftə dərc etdirdiyi yazılarından da aydın görürük. 
Böyük alim Nizami Cəfərov mənim də monoqrafiyalarım haqqında rəy söyləmiş, “Ədəbiyyat” qəzetində (13 yanvar 2018-ci il) “Aynelin türkoloji axtarışları” adlı geniş məqalə dərc etdirmişdir. Mənim yaradıcılığıma qiymət verdiyinə görə də hörmətli akademikə dərin təşəkkürümü bildirirəm. 
Akademik Nizami Cəfərov haqqında çox məqalələr, kitablar yazılıb. Möhtərəm söz sahibləri – xalq yazıçıları Anar, Elçin, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisinin deputatı, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Misir Mərdanov, yazıçı Vidadi Babanlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və publisist Dəyanət Osmanlı, filologiya elmləri doktoru Vaqif Yusifli və bir çox başqalarının bu mütəfəkkir alim, ictimai xadim, ideoloq barədə dövri mətbuatda dərc elətdirdikləri məqalələrində, yaratdıqları əsərlərində Nizami Cəfərovun yaradıcılığına, keçdiyi yola işıq salmış, Misir Mərdanovun təbirincə desək, alimin qazandığı təcrübənin onun bəsirət gözünün daha da genişləndirdiyini vurğulamışlar. 
Bəli, Nizami Cəfərov elmiliyi qədər də, hadisələri daha dəqiq görməyi, gələcək barədə dürüst nəticələr çıxarmağı bacaran insandır. 
Akademik Nizami Cəfərov 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Atatürk Mərkəzinə fəaliyyətə başlandığı gündən indiyədək müvəffəqiyyətlə rəhbərlik edir. Bu müddət ərzində Mərkəz bir çox faydalı işlər görmüşdür. Burada həyata keçirilən mühüm tədbirlərdən biri Türk dünyasının ayrı-ayrı ictimai-siyasi, mədəni qurumları ilə əlaqələrin daha da möhkəmləndirilməsidir. 
Nizami Cəfərov təhsil sahəsində də böyük təcrübəyə malikdir, uğurlar qazanmışdır. O, otuz ildir ki, doğma təhsil ocağında – Bakı Dövlət Universitetində təhsil quruculuğu ilə məşğuldur, pedaqoji fəaliyyət göstərir. Bu təşkilatçı alim tədris müəssisəsində də pillə-pillə irəliləmişdir. Müəllimdən dekan, kafedra müdirliyinədək yüksəlmişdir. “Əməkdar elm xadimi” adına məhz elmi nəticələrinə və təhsil quruculuğuna görə layiq görülmüşdür. 
Dilçilik elminə böyük töhfələr verən görkəmli və zəhmətkeş alim, bacarıqlı ictimai-siyasi xadim, gənclikdən ağsaqqal xarakterlərini özündə birləşdirərək cavanlara örnək olan akademik Nizami Cəfərovun sentyabrın 21-də 60 yaşı tamam olur. Onu yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Dilçilik elminin mayaklarından olan Nizami Cəfərova möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi, 
filologiya üzrə fəlsəfə doktoru, dosent AYNEL MƏŞƏDİYEVA

loading...
loading...
Qadının şirini tez xarab olur, əzilir və səni tez tərk edir...
Malaziyada siçan yeyən meymunlar tapıldı - MARAQLI
Ölən nişanlısının cəsədi ilə evləndi - MARAQLI
Ramiz Mehdiyev yeni iş yerinə belə gəldi -VİDEO
Ramiz Mehdiyevə yeni vəzifə həvalə edildi - AMEA-nın prezidenti seçildi...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Ramiz Mehdiyevin AMEA-nın prezidenti kimi ilk FOTOSU
Siyasət
Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi: "Hətta Ankaraya kömək etməyə hazırıq"
Dünya
Ərdoğandan xəritəni qapatmasını xahiş edən Putinə maraqlı cavab: “Nə qədər işlədiyimizi görsünlər...”
Dünya
İtalyan deputatdan qalmaqallı hərəkət: Türk parlamentarilərin gətirdiyi şokoladı atdı... + VİDEO
Gündəm
“Onlar rusların hesabına özlərini kişi hesab edir”
Həftənin ən çox oxunanları
Bəylər Əyyubovun müavininin istefaya göndərilmə səbəbi: Güvən problemi, yoxsa ...?
“Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim...” - VİDEO
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
Rusiyalı ekspert: “Türkiyə real döyüşlərdə Yaxın Şərqin istənilən ordusunu boğar”
120 saatın bitməsinə az qalmış ABŞ-dan qalmaqallı addım -FOTOLAR
“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”
Prezidentdən "Qordi düyünü" ilə bağlı tapşırıq: "Yaxın günlərdə problem çözüləcək..."
“Bu adam nə qədər şərəfsiz, ləyaqətsizdir ki... - Xalq artistindən əməkdar artistə şok ittiham
Xəstələnmisənsə, yatanda bunu dabanına çək, keçib gedəcək - Rus hərbi həkimindən SİRR...
Aylardır yoxa çıxan cazibədar modelin meyiti tapıldı - FOTOLAR
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247